Məhkəmə qərarları › İş №1(009)-61/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-61/2023

07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-61/2023 07.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs3 iştirakları ilə, xx xxxxxx 1998-ci ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2şayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə, xx xxxxxx 1993-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, “Alma Store” mağazasında menecer işləyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Səbail rayonu, ünvan 4 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə, xx xxxxxxx 1999-cu ildə Qazax rayonu, Kosalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qazax rayonu, Kosalar kəndində qeydiyyatda olan, ünvan 5 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 07 mart 2023-cü il tarixdə saat 12.15-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmiş, habelə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixdə, saat 22 radələrində tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə ünvan 6 ünvanında yerləşən metronun “Sahil” stansiyasının çıxışında olarkən əvvəllər tanımadığı Zərərçəkmiş şəxs onlara baxmasını cüzi səbəb kimi bəhanə edib, bunu özü üçün qəbul olunmaz hal hesab edərək, öz şəxsiyyətini başqalarının fövqündə qoymaqla, heç bir əsaslı səbəb olmadan Alparsan Fatehə yaxınlaşıb, əsassız mübahisə yaratmaqla tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə bir qrup şəxs halında birləşib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə ictimai yerdə digər şəxslərin narahatçılığına səbəb olmaqla onların gözü qarşısında Zərərçəkmiş şəxs zor tətbiq edib bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri ilə vuraraq sonuncuya sol gözaltı nahiyənin və üst göz qapağının həmin gözün ağlı qişasına qansızma ilə müşayiət olunan qançırları kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya, hər iki dirsək oynağı nahiyəsinin arxa səthlərinin sıyrıqları kimi sağlamlığa zərərvurmayan dərəcələri təyin edilməyən xəsarətlər yetirərək qərəzli xuliqanlıq etmiş, habelə bir qrup şəxs halında Zərərçəkmiş şəxs yetirdikləri zərbələr nəticəsində sonuncuya xuliqanlıq niyyəti ilə burunun yumşaq toxumalarının şişkinliyi fonunda qançır və sıyrığı (əziyi), burun tənəffüsünün pozulması və burun sümüyünün respozisiyası (cərrahi müdaxilə) ilə nəticələnmiş burun sümüyünün yerini dəyişən qapalı sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmiş, habelə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə ünvan 6 ünvanında yerləşən metronun “Sahil” stansiyasının çıxışında olarkən əvvəllər tanımadığı Zərərçəkmiş şəxs onlara baxmasını cüzi səbəb kimi bəhanə edib, bunu özü üçün qəbul olunmaz hal hesab edərək, öz şəxsiyyətini başqalarının fövqündə qoymaqla, heç bir əsaslı səbəb olmadan Alparsan Fatehə yaxınlaşıb, əsassız mübahisə yaratmaqla tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə bir qrup şəxs halında birləşib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə ictimai yerdə digər şəxslərin narahatçılığına səbəb olmaqla onların gözü qarşısında Zərərçəkmiş şəxs zor tətbiq edib bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri ilə vuraraq sonuncuya sol gözaltı nahiyənin və üst göz qapağının həmin gözün ağlı qişasına qansızma ilə müşayiət olunan qançırları kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya, hər iki dirsək oynağı nahiyəsinin arxa səthlərinin sıyrıqları kimi sağlamlığa zərərvurmayan dərəcələri təyin edilməyən xəsarətlər yetirərək qərəzli xuliqanlıq etmiş, habelə bir qrup şəxs halında Zərərçəkmiş şəxs yetirdikləri zərbələr nəticəsində sonuncuya xuliqanlıq niyyəti ilə burunun yumşaq toxumalarının şişkinliyi fonunda qançır və sıyrığı (əziyi), burun tənəffüsünün pozulması və burun sümüyünün respozisiyası (cərrahi müdaxilə) ilə nəticələnmiş burun sümüyünün yerini dəyişən qapalı sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs3 təqsirləndirilir ondan ötrü ki, o, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmiş, habelə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur Belə ki, xx.xx.2022-ci il tarixdə, saat 22 radələrində tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə ünvan 6 ünvanında yerləşən metronun "Sahil” stansiyasının çıxışında olarkən əvvəllər tanımadığı Zərərçəkmiş şəxs onlara baxmasını cüzi səbəb kimi bəhanə edib, bunu özü üçün qəbul olunmaz hal hesab edərək, öz şəxsiyyətini başqalarının fövqündə qoymaqla, heç bir əsaslı səbəb olmadan Alparsan Fatehə yaxınlaşıb, əsassız mübahisə yaratmaqla tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında birləşib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə ictimai yerdə digər şəxslərin narahatçılığına səbəb olmaqla onların gözü qarşısında Zərərçəkmiş şəxs zor tətbiq edib bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri ilə vuraraq sonuncuya sol gözaltı nahiyənin və üst göz qapağının həmin gözün ağlı qişasına qansızma ilə müşayiət olunan qançırları kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya, hər iki dirsək oynağı nahiyəsinin arxa səthlərinin sıyrıqları kimi sağlamlığa zərərvurmayan dərəcələri təyin edilməyən xəsarətlər yetirərək qərəzli xuliqanlıq etmiş, habelə bir qrup şəxs halında Zərərçəkmiş şəxs yetirdikləri zərbələr nəticəsində sonuncuya xuliqanlıq niyyəti ilə burunun yumşaq toxumalarının şişkinliyi fonunda qançır və sıyrığı (əziyi), burun tənəffüsünün pozulması və burun sümüyünün respozisiyası (cərrahi müdaxilə) ilə nəticələnmiş burun sümüyünün yerini dəyişən qapalı sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə Vətən Müharibəsində eyni hərbi hissənin nəzdində döyüşdə iştirak etmişlər. 20 avqust 2022-ci il tarixdə, təxminən saat 22:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən metronun «Sahil» stansiyasının çıxışının qarşısında o, Cavad və Fərid ilə dayanmışdır. Bu zaman metrodan küçəyə çıxan, əvvəllər tanımadığı, istintaq zamanı adını bildiyi Zərərçəkmiş şəxs tanımadığı bir nəfər qıza yaxınlaşan zaman qız Alparslana rədd cavabı vermişdir. Həmin vaxt onun gözü Alparslanda olduğundan aralarında mübahisə yaranmışdır. Alparslan ondan tanış olub-olmadıqlarını soruşmuş, o, isə cavabında tanış ola biləcəyini demişdir. O, bu sözləri dedikdən sonra Alparslana yaxınlaşıb «baxıram, yaxşı edirəm» deyə bildirmişdir. Bu vaxt Cavad Alparslanın sağ qolundan tutaraq «kələ çıx get» deyə bildirmişdir. Alparslan Cavadın bu sözünə öz iradını bildirmişdir. Cavad da danışıq tərzinin belə olduğunu demişdir. Alparslan da cavabında özünün Bakılı olduğunu, danışıq tərzinin belə olduğunu demiş, Cavad isə Gəncəli olduğunu, haradan olmağın fərqi olmadığını deyərək Alparslana çıxıb getməyi demişdir. Alparslan Cavadın üstünə gələndə Fərid Alparslanı itələyib çıxıb getməyi bildirmişdir. Bundan sonra Fərid Cavadı kənara çəkən vaxtı onunla Alparslan arasında mübahisə yaranmışdır. O, Alparslanın ucadan danışmasını görüb kənara çəkilməyi təklif etmişdir. Lakin Alparslan buna əhəmiyyət verməyib ucadan danışmağa davam etmişdir. Alparslan kobud şəkildə rəftar etdiyi üçün o, Alparslanın sinəsindən əli ilə vurub itələyərək qışqırmamağı söyləmişdir. Sonra Alparslan yenidən Cavadın üstünə gələrkən Fərid əli ilə Alparslanı itələyən zaman əli Alparslanın üzünə dəymişdir. Sonra Alparslan onunla mübahisə edərkən o, idman fəndi işlətməklə Alparslanı yerə yıxmışdır. Bu vaxtı Fərid də yumruqla Alparslanı vurmuşdur. Bundan sonra kənardan keçən tanımadığı şəxslər hadisə yerinə yaxınlaşıb onları kənarlaşdırmışlar. Bundan sonra o, öz mobil nömrəsini Alparslana vermiş və oradan çıxıb getmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, mübahisənin səbəbi Alparslanın onunla ucadan danışaraq kobud rəftar etdikdən sonra onu əli ilə itələyib söyüş söyməsi olmuşdur. Mübahisə metronun «Sahil» stansiyasının çıxışının qarşısında baş vermiş və təxminən 10 dəqiqə davam etmişdir. Hadisə zamanı Alparslan əli ilə onu, itələsə də ona heç bir xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət törətməsini, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, Vətən Müharibəsində iştirakçısı olmasını, bir sıra medallarının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, X4 və Təqsirləndirilən şəxs3 X2 eyni hərbi hissənin nəzdində döyüşdə iştirak etdiklərindən tanımışdır. 20 avqust 2022-ci il tarixdə, təxminən saat 22:00 radələrində Sahiİ metrostansiyasının çıxışının qarşısında o, Tural və Fərid ilə dayanmışdır. Həmin vaxt istintaq zamanı adını bildiyi Zərərçəkmiş şəxs ilə Turalın arasında göz təması olmuş və aralarında sözlü mübahisə yaranmışdır. Alparslan Turaldan tanış olub- olmadıqlarını soruşmuş, Tural, isə cavabında tanış ola biləcəyini demişdir. Tural bu sözləri dedikdən sonra Alparslana yaxınlaşıb «baxıram, yaxşı edirəm» deyə bildirmişdir. Bu vaxt o, Alparslanın sağ qolundan tutaraq «kələ çıx get» deyə bildirmişdir. Alparslan onun bu sözünə öz iradını bildirmişdir. O isə danışıq tərzinin belə olduğunu, pis söz demədiyini bildirmişdir. Bundan sonra o onları aralamaq, davanı sakitləşdirmək məqsədilə Alparslana çıxıb getməyi demişdir. Alparslan isə bu sözünü də onu oradan qovmaq kimi- səhv başa düşmüşdür. O isə onlardan böyük olduğu üçün mübahisəni aradan qaldırmaq məqsədilə belə demişdir. Niyyəti mübahisəni aradan qaldırmaq olmuşdur. Bundan sonra Turalla Alparslan arasında mübahisə davam etmiş,lakin o, onların bir-birini necə vurmalarını görməmişdir. O dava zamanı əvvəldən axıra kimi hər iki tərəfi ayırmağa çalışmışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, Alparslan yerdə olan zaman onu qaldırmaq istəyəndə Alparslan onu pis başa düşmüş, onu özündən aralamaq məqsədilə itələmiş, lakin o Alparslanı vurmamışdır. İstintaq zamanı verdiyi ifadəni təsdiq etmir. Belə ki, istintaq zamanı bildirmişdir ki, o Alaparslanı itələmişdir, lakin məhkəmə iclasında bildirmişdir ki, onları ayırmaq niyyəti ilə Alparslanı qucuqlamaq istəmiş, lakin pis başa düşəcəyindən qorxaraq yüngül tərzdə itələmişdir. Bundan əlavə bildirmişdir ki, hüquqi biliyi olmadığı üçün ona təqdim olunan bütün sənədləri imzalamış, təqsirli bildiyini bildirmişdir. Bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, X4 və Təqsirləndirilən şəxs2 X2 eyni hərbi hissənin nəzdində döyüşdə iştirak etdiklərindən tanımışdır. 20 avqust 2022-ci il tarixdə, təxminən saat 22:00 radələrində Sahil metrostansiyasının çıxışının qarşısında o, Tural və Cavad ilə dayanmışdır. Həmin vaxtı Tural ilə istintaq zamanı adını bildiyi Zərərçəkmiş şəxs arasında sözlü mübahisə yaranmışdır. Həmin vaxtı Alparslan Turaldan tanış olub-olmadıqlarını soruşmuş, Tural, isə cavabında tanış ola biləcəyini demişdir. Tural bu sözləri dedikdən sonra Alparslana yaxınlaşıb «baxıram, yaxşı edirəm» deyə bildirmişdir. Bu vaxt Cavad Alparslanın sağ qolundan tutaraq «kələ çıx get» deyə bildirmişdir. Alparslan Cavadın bu sözünə öz iradını bildirmişdir. Cavad da danışıq tərzinin belə olduğunu demişdir. Alparslan da cavabında özünün Bakılı olduğunu, danışıq tərzinin belə olduğunu demiş, Cavad isə Gəncəli olduğunu, haradan olmağın fərqi olmadığını deyərək Alparslandan getməyini xahiş etmişdir. Alparslan Cavadın üstünə gələndə o, Alparslanı itələyib çıxıb getməyi bildirmişdir. Bundan sonra o, Cavadı kənara çəkən vaxtı Tural ilə Alparslan arasında mübahisə yaranmışdır. Lakin o, onların bir-birini necə vurmalarını görməmişdir. Sonra Alparslan yenidən Cavadın üstünə gələrkən o, əli ilə Alparslanı itələyən zaman əli Alparslanın üzünə dəymişdir. X5 ilə mübahisə edərkən Cavad onları ayırmağa getmişdir. Həmin vaxtı Tural idman fəndi işlətməklə Alparslanı yerə yıxarkən özü Alparslanın altına yıxılmışdır. Yəni birlikdə yerə yıxılmışlar. O, onlara yaxınlaşıb “dalaşmayın lazım deyil” deyə bildirmişdir. O, onları aralayan zaman Alparslanın əli onun burun nahiyəsinə dəymişdir. Bu vaxtı o da yumruqla Alparslanı vurmuşdur. Lakin zərbənin Alparslanın bədəninin hansı nahiyəsinə dəyməsini xatırlamır. Bundan sonra kənardan keçən tanımadığı şəxslər hadisə yerinə yaxınlaşıb onları kənarlaşdırmışlar. Bundan sonra Tural öz mobil nömrəsini Alparslana vermişdir. Bundan sonra o, Cavad ilə birlikdə yolu qarşı tərəfə keçmişdir ki, Cavadı yola salsın ki, evə getsin. Sonra o, özü tək Turalın yanına, yəni hadisə yerinə qayıtsa da, Turalı orada görməmişdir. Sonra o, Turala zəng edib harada olduğunu soruşmuşdur. Tural da evə getdiyini bildirmişdir. Təqsirləndirilən şəxs3 bildirmişdir ki, mübahisənin səbəbi Alparslanın onlarla kobud danışması olmuşdur. Həmin zaman orada bir çox kənar şəxslər olmuşdur və onlara yaxınlaşıb davadalaşı sakitləşdirmək istəmişdir. Təqsirləndirilən şəxs3 əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət törətməsini, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, Vətən Müharibəsində iştirakçı olmasını, bir sıra medallarının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərmişdir ki, “Whatsapp” mesajlaşma sistemi vasitəsi ilə qoşulduğu qruplar vasitəsi ilə özünə iş axtarırdı. O, qrupda elan gördüyü zaman həmin elanla maraqlanaraq 20 avqust 2022-ci il tarixdə, təxminən saat 21 radələrində yaşadığı evdən çıxıb metronun Sahil stansiyasına gəlmişdir. O, orada olduğu zaman qrup vasitəsilə tanıdığı, lakin üzünü görmədiyi “Kofe Caz” adlı kafenin meneceri Sənan adlı şəxslə əlaqə saxlamış, Sənan kafenin yerləşdiyi yeri “Whatsapp” mesajlaşma sistemi ilə ona göndərmişdir. Həmin gün, təxminən saat 22:00 radələrində onun mobil telefonunda həmin vaxtı internet şəbəkəsi olmadığı üçün o, metronun «Sahil» stansiyasının çıxışında mobil nömrəsinə pul yükləyib internet götürmək üçün mağazaya daxil olmaq istədiyi zaman, ondan bir qədər aralıda dayanan, əvvəllər tanımadığı, sonradan adlarını bildiyi Tural, Cavad və Fəridin dayandığını görmüşdür. Belə ki, o, Turalın ona aqressiv halda dəfələrlə baxa- baxa qaldığını görüb tanış olub-olmadıqlarını soruşmuşdur. Tural isə cavabında gəlib tanış ola biləcəyini demişdir. Tural bu sözləri ona dedikdən sonra ona tərəf yaxınlaşıb «baxıram, yaxşı edirəm» demişdir. Bu vaxt Cavad onun sağ qolundan tutaraq ona «kələ çıx get» deyə bildirmişdir. Cavadın bu sözünə o, öz iradını bildirmişdir. Cavad da danışıq tərzinin belə olduğunu, pis söz demədiyini bildirmişdir. Söhbət əsnasında gözləmədiyi halda Fərid yumruqla bir dəfə onun sol göz nahiyəsinə vurmuşdur. Sonra o, Fəridin üzünə yumruq atmışdır. Sonra Tural yumruqla bir dəfə onun burun nahiyəsinə vurmuşdur. Buna qarşılıq vermək məqsədilə o, Turalı itələmək istəyərkən Tural idman fəndi işlətməklə onu yerə yıxmışdır. Sonra Fərid ona yaxınlaşıb üz nahiyəsinə yumruqla vurmuşdur. Bundan sonra Tural da yumruqla onun üz nahiyəsinə vurmuşdur. O ümumən həmin şəxslərə «gərək tək-tək gələrdiz» deyə bildirmişdir. O, bu sözü dedikdən sonra Tural ona öz nömrəsini söylərək istədiyi yerdə onunla görüşə biləcəyini demişdir. Həmin vaxtı o, Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Hadisədən təxminən 5 dəqiqə sonra Tural, Cavad və Fərid hadisə yerindən çıxıb getmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, Cavad onu vurmamış, onları ayırmaq istəmiş, mübahisəni aradan qaldırmaq niyyəti ilə ona oradan çıxıb getməsini demişdir. O Cavadı itələmiş, lakin Cavad ona vurmamışdır. Hadisə vaxtı onu sonradan adlarını bildiyi Tural, Fərid adlı şəxslər vurmuşdur. O, həmin şəxsləri ilk dəfə görürmüş və həmin şəxslərlə heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. Tural və Fərid ona qəsdən sataşmışlar. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı heç bir şikayət və tələbi yoxdur, onlarla barışmışdır. Məhkəmə-tibbi ekspertizasının 25 avqust 2022-ci il tarixli 612 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər - burun nahiyəsinin burun sümüyünün yerdəyişən sınığı ilə müşayiət olunan qançır-şişkinlik halında əziyi və sıyrığı, sol gözaltı nahiyənin və üst göz qapağının həmin gözün ağlı qişasına qansızma ilə müşayiət olunan qançırları, hər iki dirsək oynağı nahiyəsinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 4-5 gün əvvələ uyğun olmaqla qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci ıl tarixdə və şəraitdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığı uzun müddətə pozan sağlamlığa az ağır zərərvurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının 28 sentyabr 2022-ci il tarixli 05/612 nömrəli əlavə məhkəmə-tibbi ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər burunun yumşaq toxumalarının şişkinliyi fonunda qançır və sıyrığı (əziyi), burun tənəffüsünün pozulması və burun sümüyünün respozisiyası (cərrahi müdaxilə) ilə nəticələnmiş burun sümüyünün yerini dəyişən qapalı sınığı; sol gözaltı nahiyənin və üst göz qapağının həmin gözün ağlı qişasına qansızma ilə müşayiət olunan qançırları, eləcə də hər iki dirsək oynağı nahiyəsinin arxa səthlərinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xx.xx.2022-ci il tarixdə kənar şəxs (şəxslər) tərəfindən qeyd olunan nahiyələrə yumruq və təpiklə vurma nəticəsində əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlərdən - burunun yumşaq toxumalarının şişkinliyi fonunda qançır və sıyrığı (əziyi), burun tənəffüsünün pozulması və burun sümüyünün respozisiyası (cərrahi müdaxilə) ilə nəticələnmiş burun sümüyünün yerini dəyişən qapalı sınığı dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya, sol gözaltı nahiyənin və üst göz qapağının həmin gözün ağlı qişasına qansızma ilə müşayiət olunan qançırları dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya, hər iki dirsək oynağı nahiyəsinin arxa səthlərinin sıyrıqları isə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlərə aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterik xüsusiyyətlərinə, lokalizasiyasına, eləcə də, müayinə olunanın verdiyi anamnestik məlumatlara əsaslanıb, xəsarətlərin özü yıxılma zamanı və ya özü tərəfindən özünə yetirmə nəticəsində deyil, bir neçə kənar şəxs (şəxslər) tərəfindən yetirilmiş lokal zərbələr təsirindən törənə bilinmələri barədə fikir söyləmək mümkündür. Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 04 oktyabr 2022-ci il tarixli, 2632 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 üzvi emosional-ləbil (astenik) pozuntusu müəyyən edildi. Təqsirləndirilən şəxs1 müəyyən edilmiş qeyri-psixotik pozuntular o dərəcədə ifadə olunmayıb ki, o, qərarda göstərilən əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dər etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmaldıdır. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə istintaq və prosessual hərəkətlərində iştirak etmək və öz prosessual hüquq və vəzifələrini icra etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 təfəkküründə lənglik, ilişkənlik, bir prosesdən digərinə keçirilməsində çevik olmamaq kimi xüsusiyyətlər aşkar olunmaqla ümumiyyətlə əqli-intellektual imkanlarının normaya uyğun olması aşkar olunur. Hazırki psixi-emosional vəziyyətində maraq dairəsinin məhdudluğu, hiss və həyəcanlarında tam açılmama, əhval ruhiyyənin dəyişkən olması, tez yorulması, qıcığa qarşı həssaslığı müəyyən edilir. Təqsirləndirilən şəxs1 yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla, onunla edilən və etdiyi hərəkətlərin xarakterini və mənasını anlaya bilərdi. Təqsirləndirilən şəxs1 başqalarının təsiri altında uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik müəyyən edilmədi. 17 sentyabr 2022-ci il tarixdə fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 20 sentyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 18 noyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə ittiham edilməsi və müvafiq qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. 22 noyabr 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. 22 noyabr 2022-ci il tarixli qərar ilə Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilmişdir. 22 noyabr 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CMnin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. 22 noyabr 2022-ci il tarixli qərar ilə Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilmişdir 22 noyabr 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CMnin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. 22 noyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs3 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilmişdir. 11 noyabr 2022-ci il tarixli Zərərçəkmiş şəxs ərizəsinə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Vətən Müharibəsinin iştirakçısı olmuş, Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə”, Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. İş materiallarına əlavə edilmiş sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 “Vətən müharibəsi iştirakçısı”, “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. İş materiallarına əlavə edilmiş sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə”, Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Hərbi xidmətlərə görə”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı heç bir şikayət və tələbi yoxdur, onlarla barışmışdır. Məhkəmə iş üzrə ibtidai istintaq və məhkəmə baxışı zamanı toplanılmış sübutları araşdırıb, məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin ifadələrini dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs2 bəraət verilməlidir. Məhkəmə, məhkəmə istintaqında əldə edilmiş və araşdırılmış sübutlara, o cümlədən təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin ifadələrinə hüquqi qiymət verib Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsinə aidiyyəti olmaması nəticəsinə gəlir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cinayət əməlinin törədilməsinə aidiyyəti olmamasına dair mövqeyini onunla əsaslandırır ki, ittiham tərəfindən təqdim edilmiş sübutlar həm birbirilə, həm də məhkəmə istintaqı zamanı toplanmış sübutlarla uyğunsuzluq təşkil edir və işin əhəmiyyət kəsb edən hallarını müəyyən etməyə imkan vermir. Belə ki, məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, zərərçəmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, “hadisə təxminən 10-15 dəqiqə davam etmişdir. Hadisə zamanı Cavad onu vurmamış, onları ayırmaq istəmiş, mübahisəni aradan qaldırmaq niyyəti ilə ona çıxıb getməsini demişdir. O dava zamanı Cavadı itələmiş, lakin Cavad ona vurmamışdır. Dava zamanı Cavadın əvvəldən axıra kimi hər iki tərəfi ayırmağa çalışdığını bildirməsini təsdiq etmişdir. Bundan başqa, o yerdə olan zaman Cavad onu qaldırmaq istəyəndə o Cavadı pis başa düşmüş, onu özündən aralamaq məqsədilə itələsə də, lakin Cavad onu vurmamışdır. Zərərçəmiş şəxs məhkəmə iclasında verdiyi ifadəni təsdiq etdiyi bildirmişdir. Bundan başqa, zərərçəkmiş şəxsin həmin ifadəsinə qiymət verilməsi və həmin ifadənin ittihamın əsasını təşkil etməsi üçün ilk növbədə həmin ifadəni verən şəxsin barəsində ifadə verdiyi şəxsə qarşı qərəzli mövqedə olub-olmaması, həmin ifadədə ümumilikdə baş vermiş həqiqəti özündə nə dərəcədə əks etdirməsi, digər sübutlarla müqayisəli şəkildə təhlili zamanı ifadənin ziddiyyətli olub-olmaması aydınlaşdırılmalıdır. Belə ki, xuliqanlıq cinayətinin əsas (sadə) tərkibi CM-nin 221.1-ci maddəsinin dispozisiyasında “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. CM-nin 127.2.3-cü maddəsinin dispozisiyasına görə isə, həmin maddədə nəzərdə tutulmuş cinayətin tövsifedici, yəni cinayət tərkibinin zəruri əlaməti kimi (baxılan işin kontekstində) xuliqanlıq niyyəti ilə zərərçəkmişin sağlamlığına az ağır zərərin vurulması çıxış edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər əvvəllər bir-birini tanımamış, hadisəyə qədər hər hansı münasibətləri olmamış, ünvan 6 ünvanında yerləşən metronun Sahiİ stansiyasının çıxışının qarşısında Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 dayanmışlar. Həmin vaxt Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 arasında göz təması olmuş və aralarında sözlü mübahisə yaranmışdır. Sonra Tural və Fərid yumruqla Alparslanı vurmuş, Cavad isə zərərçəkmiş şəxsə zərbə yetirməmiş, əksinə onları ayırmaq, mübahisəni aradan qaldırmaq istəmişdir. Təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin məhkəmə iclası zamanı verdikləri ifadələrində bu halı etiraf etmişlər. Həm ibtidai istintaq zamanı, həm də məhkəmə baxışı zamanı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Sahiİ metrostansiyasının çıxışının qarşısında təhlükəli davranışı mübahisə edilməzdir. Zərərçəkmiş şəxsin iradı haqlı olmuş, hadisə zərərçəkmişin təşəbbüsü ilə başlamamış, təqsiləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 heç bir səbəb olmadan mübahisə yaratmış, mübahisə nəticəsində vətəndaşların normal həyat və fəaliyyəti üçün təhlükə yaradıb, ictimai yerdə zərərçəkmişi nalayiq ifadələrlə təhqir etmiş, zor tətbiq edərək əl ilə ona çoxsaylı zərbələr endirib “burunun yumşaq toxumalarının şişkinliyi fonunda qançır və sıyrığı (əziyi), burun tənəffüsünün pozulması və burun sümüyünün respozisiyasından ibarət burun sümüyünün yerini dəyişən qapalı sınığı dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvuran, sol gözaltı nahiyənin və üst göz qapağının həmin gözün ağlı qişasına qansızma ilə müşayiət olunan qançırları dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvuran bədən xəsarəti yetirməklə xuliqanlıq etmiş və xuliqanlıq niyyəti ilə Fateh Alparlsanın hər iki dirsək oynağı nahiyəsinin arxa səthlərinin sıyrıqları isə sağlamlığa zərərvurmayan xəsarətlər yetirməklə dərəcələri təyin edilməyən xəsarətlər yetirmişlər. Beləliklə, Təqsirləndirilən şəxs2 ittihamda göstərilən cinayət əməlinin törətməsinə aidiyyəti olmaması sübut edilir. Məhkəmə, iş üzrə əhəmiyyətli olan digər bir məqamı vurğulayaraq qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 №-li Qərarına əsasən Cinayətin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətinin olmaması (CPM-in 42.1.3-cü maddəsində nəzərdə tutulmuş hal) dedikdə, cinayət qanunu ilə nəzərdə tutulmuş hadisənin mövcudluğunu və cinayət tərkibinin olmasını inkar etmir, lakin əməlin törədilməsində təqsirləndirilən şəxsin iştirak etməməsini, əməlin başqa şəxs (şəxslər) tərəfindən törədilə bilməsini ehtiva edir. Məhkəmə, yuxarıda göstərilən xüsusatlara diqqəti cəlb edərək bildirir ki, məhkəmə istintaqı zamanı əldə olunmuş mötəbər, əsaslı və təkzibedilməz sübutlar isə təqsirləndirilən şəxslərin təqsirsizliyini təsdiq edir. Beləliklə, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının CPM-nin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxslərin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 ona verilmiş ittiham üzrə cinayətin törədilməsində aidiyyəti sübuta yetirilmir. Buna görə də, ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, təqsirləndirilən şəxsin cinayət əməlinin törədilməsinə aidiyyəti olmaması sübut edilməsi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikasının CPM-in 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Təqsirləndirilən şəxs2 cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsi ilə bağlı müraciət etmək hüququ izah edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əməllərinə münasibətdə isə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsinə onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özlərinin etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və işin digər halları ilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlq etmiş, habelə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurması tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə ittiham irəli sürülmüşdür. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs3 özünü qismən təqsirli bilməsini, yəni Alparslan Tural ilə mübahisə edərkən onun onları ayırmağa getməsini ifadəsində göstərməsi zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə Təqsirləndirilən şəxs3 belə məzmunda ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittihamda qismən təqsirli bilməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və bununla razılaşmaq olmaz. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi əməldən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, Vətən Müharibəsində iştirak etməsini, “Vətən müharibəsi iştirakçısı” medalı, “Hərbi xidmətlərə görə” medalı, “Füzulinin azad olunmasına görə” medalı, “Cəbrayılın azad olunmasına görə” medalı, “Xocavəndin azad olunmasına görə” medalının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 127.2.3 və 221.2.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev küçəsi, ev 90, mənzil 13 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs3 əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət törətməsini, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, Vətən Müharibəsində iştirak etməsini, “Cəbrayılın azad olunmasına görə” medalı, “Füzulinin azad olunmasına görə” medalı, “Xocavəndin azad olunmasına görə” medalı və “Hərbi xidmətlərə görə” medalının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 127.2.3 və 221.2.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs3 üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 5 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 350-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsinə aidiyyəti olmadığından bəraət verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs2 izah edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 01 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə 08 ( səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev küçəsi, ev 90, mənzil 13 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 210 (iki yüz on ) manat tutulub Bakı şəhəri 3 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 01 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə 08 ( səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs3 qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 5 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən Təqsirləndirilən şəxs3 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 180 (bir yüz səksən) manat tutulub Bakı şəhəri 3 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar