Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-61/2024 29.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Şirməmmədova Günel Lətif qızınını katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında kirayə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 4(001)-82/2024 saylı qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və hal-hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 29 may 2024-cü il tarixdə saat 10.30-da məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakın ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs ona qarşı yaranmış etibarından sui-istifadə edərək, sonuncuya 6500 (altı min beş yüz) manat pulun müqabilində Bakı şəhəri Yasamal rayonu ərazisində inşa olunan sosial evlərdən dörd otaqlı mənzilin verilməsini təşkil edəcəyinə dair yalandan vəd verib inandırmış, Zərərçəkmiş şəxs ilk dəfə 15 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri Səbail rayonu, Bayıl qəsəbəsi, Mikayıl Hüseynov prospekti 5 ünvanda yerləşən “Bayıl” parkında 1500 (bir min beş yüz) manat məbləğində nağd pul almış, bundan sonra Zərərçəkmiş şəxs onun telefonda dediyi ********60785163 hesabı olan bank kartı hesabına ilk dəfə 23 sentybar 2022-ci il tarixdə saat 11:58-də Bakı şəhəri Səbail rayonu, Bayıl qəsəbəsi, ünvan 4 ünvanında yerləşən “Bax Belə” marketində quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsilə 1100 (bir min yüz) manat, daha sonra 27 sentyabr 2022-ci il tarixdə saat 11:43-də ünvan 5 ünvanında yerləşn “Snickers” marketində quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsilə 350 (üç yüz əlli) manat, bundan sonra 31 oktyabr 2022-ci il tarixdə saat 12:08-də Bakı şəhəri Səbail rayonu, 20-ci Sahə qəsəbəsi, Arif İsmayılov küçəsində yerləşən “Kərimbəyli” marketində quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsilə 1200 (bir min iki yüz) manat, daha sonra 02 noyabr 2022-ci il tarixdə saat 11:54-də yenə də həmin ünvanda quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsilə 350 (üç yüz əlli) manat, sonra 09 noyabr 2022-ci il tarixdə Bakı şəhəri Səbail rayonu, Bayıl qəsəbəsi, ünvan 4 ünvanında yerləşən “Bax Belə” marketində quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsilə 600 (altı yüz) manat, daha sonra 10 noyabr 2022-ci il tarixdə saat 13:23-də Bakı şəhəri Səbail rayonu, 20-ci Sahə qəsəbəsi, Arif İsmayılov küçəsində yerləşən “Kərimbəyli” marketində quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsilə 1200 (bir min iki yüz) manat məbləğində pul vəsaiti köçürmüş, nəticədə o, 6300 (alt min üç yüz) manat məbləğində pulu Zərərçəkmiş şəxs alıb ələ keçirərək verdiyi vədlərə əməl etməyib vahid niyyətlə əhatə olunan qəsdlə aldatmaqla Zərərçəkmiş şəxs ümumilikdə 6300 (alt min üç yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirsiz bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2020-ci ildən tanıyır və aralarında yaxın münasibət olmuşdur. Belə ki, o əvvəllər hərbiçi olmuş və sərhəd qoşunlarında İlkinlə birlikdə xidmət etmiş, həmin vaxtdan İlkini tanımışdır. 2022-ci ilin ortalarında anasının əməliyyatı ilə bağlı pul lazım olduğu üçün İlkindən 5000 manat borc pul almışdır. Həmin borc pul 6 ay ərzində hissə-hissə kartına göndərilmişdir. İlkinlə parkda görüşü isə ondan 1300 manat almaq üçün yox, əksinə borcunu niyə qaytarmadığını soruşmaq üçün olmuşdur. Qeyd olunan borcdan 600 manatını ödəmişdir. Qalan borc məbləğini də hissələr şəklində ödəyərək bağlayacaqdır. Zərərçəkmiş şəxs Bakı şəhəri, Yasamal rayonu ərazisində inşa olunan sosial evlərdən dörd otaqlı mənzil təşkil edəcəyi ilə bağlı vəd verməmiş, habelə aralarında belə söhbət olmamışdır. Əməlində dələduzluq olmadığını, təqsirsiz olduğunu və borcu ödəyəcəyini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmənin növbəti iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 6300 manatı zərərçəkmiş şəxsə tam olaraq ödəmiş, dəymiş ziyanın 25%-ni dövlət nəfinə keçirmişdir. İş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində oğlu göstərmişdir ki, Təqsirləndirilən şəxs 2020-ci ildən tanıyır. Bir müddət əvvəl Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Çevik Alayının Yevlax hərbi hissəsində xidmət etmiş və Qoçulu ilə orada tanış olmuşdur. Tanış olduğu vaxt atasının Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin polkovnik-leytenantı olduğunu, dayısının isə Azərbycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi hissələrə nəzarət xidmətində “MMK” radarlarına baxan əməkdaşı olduğunu bildirmişdir. Bir müddət sonra oradan işdən çıxıb Bakıya gələrək işləməyə başlayıblar. Bundan təxminən bir ay sonra Qoçulu ona zəng edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində inşa olunan sosial evlərdən onun üçün ev almağı təşkil edəcəyini, həmçinin onu xəstəliyi ilə əlaqədar təqaqüdə çıxarmağa köməklik edəcəyini demişdir. Evin ilkin ödənişinin məbləğinin 600 manat olduğunu bildirmişdir. O, bir həftə Qoçulunun təklifinə imtina etsə də, daha sonra ona aldanmış və təklifi qəbul etmişdir. Bundan sonra onlar parkda görüşüblər və Qoçuluya əlbəəl 1300 manat, daha sonra kart vasitəsilə müxtəlif miqdarda pul ödənişləri etmişdir. Ümumilikdə altı ay ərzində Qoçuluya 6300 manat pul vermişdir.Lakin bir müddət sonra Təqsirləndirilən şəxs ilə əlaqə saxlaya bilməmiş, atası ilə görüşmüş, o da borcu qaytarmaq üçün imkanlarının olmadığını demişdir. Hazırda ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Şahid ifadəsində göstərmişdir ki, Bayıl qəsəbəsində rəngsaz olaraq işləyir. İlkini təxminən səkkiz ildir ki, tanıyır, birlikdə işləyiblər. Belə ki, Zərərçəkmiş şəxs bir neçə il bundan əvvəl işlədiyi hərbi hissədən xəstəliyi ilə əlaqədar işdən çıxmışdır. 2022-ci ilin yay aylarında İlkin ona bildirmişdir ki, əvvəllər onunla birlikdə hərbidə işləmiş bir nəfər tanışı öz yaxın adamları vasitəsilə ona Bakı şəhəri, Yasamal rayonu ərazisində inşa olunan sosial evlərdən dörd otaqlı mənzil almaqda köməklik edir. İlkin həmin adama pul verməlidir ki, evlərdən birində mənzil verilməsinə köməklik göstərsin. Bundan sonra İlkin ondan 3000 manat borc pul almış, bir müddət sonra borcunu qaytarmışdır. Lakin sonradan öyrənmişdir ki, hərbidə birlikdə işlədiyi adını bilmədiyi tanışı İlkini aldatmış, ondan 6300 manatı alsa da, verdiyi vədə əməl etməmişdir. Bir müddət sonra Qoçulunun atası işlədikləri dükana gələrək İlkindən ona bir-iki ay vaxt verməsini, borcu bağlayacağını demişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Zərərçəkmiş şəxs müxtəlif vaxtlarda Təqsirləndirilən şəxs oğunun bank hesabına xeyli miqdarda pul ödəmişdir. 17 iyul 2023-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 25 iyul 2023-cü il tarixli qərarla Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 01 sentyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs tutulması üçün barəsində axtarış elan edilmişdir. 01 sentyabr 2023-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. 24 oktyabr 2023-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 11:00 radələrində Səbail rayon ərazisində saxlanılaraq Səbail RPİ-yə gətirilmiş, Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir. 24 oktyabr 2023-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. 24 oktyabr 2023-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 25 oktyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirlənidirlən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. 26 oktyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Səbail rayon məhkəməsinə təqdimat verilməsinə dair Səbail RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi Cavid Məmmədovun 26 oktyabr 2023-cü il tarixli vəsatəti təmin edilməmişdir. 26 oktyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında məlumat yoxdur. Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-82/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs oğunun himayəsində bir azyaşlı övladı var- xx.xx.2018-ci il təvəllüdlü X2. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışmış, dəymiş maddi ziyan tamamilə ödənmişdir. Heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs oğunun xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, təqsirləndirildiyi cinayət işi üzrə zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödədiyi, aralarında barışıq olduğu və dövlət rüsumunu ödədiyi üçün barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. İşdə olan "xxxx" ASC-nin 27 may 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs dəymiş zərərin (6300 manat) 25 faizi miqdarında dövlət büdcəsinə 1575 (bir min beş yüz yetmiş beş) manat ödəniş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxslərin məhkəmə iclasında verdikləri ifadələr və digər iş materialları ilə onun etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən Cinayət Prosessual Məcəlləsinin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Hazırkı işdən isə görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş 6300 (altı min üç yüz) manat məbləğində maddi ziyanı tamamilə ödəmiş, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən heç bir tələbi və şikayəti yoxdur, eləcə də cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında, yəni 1575 (bir min beş yüz yetmiş beş) manat dövlət büdcəsinə ödəniş etmişdir. Yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş maddi ziyanı tamamilə ödədiyindən, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən heç bir tələbi və şikayəti olmadığından, eləcə də cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri xitam olunmalıdır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3, 43.1.2, 193, 344-347, 357-358 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri xitam olunsun. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 324 (üç yüz iyirmi dörd) manat dövlət büdcəsindən tutulub Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-61/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-61/2024
29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver