Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-62/2022 16.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslərin müdafiəçiləri: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Müdafiəçi3, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs2 (mülki cavabdeh), Təqsirləndirilən şəxs1 iştirakları ilə, 08 avqust 1973-cü ildə Bakı şəhərində anadan olmuşdur, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evlidir, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmişdir, həbs edilməzdən əvvəl işləməyib, Bakı İstintaq təcridxanasmda saxlanılır, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə, xx xxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 2 ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmişdirlər. Təqsirləndirilən şəxs2 özgə özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə 16 iyul 2021-ci il tarixdə, saat 18:45 radələrində Bakı şəhəri Nərimanov rayonu Ağa-Nemətulla küçəsi ilə H.Əliyev prospektinin kəsişməsində, piyadalar üçün yeraltı keçiddə quraşdırılmış Zərərçəkmiş şəxs4nə məxsus 3805 saylı “E Manat” ödəmə terminalının pullar saxlanılan hissəsinə qanunsuz daxil olmaqla terminalın qapısını açaraq içərisində 1844 manat pul olan pul kassetini gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 MMC-yə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olub bir qrup şəxs halında təkrar olaraq 17 avqust 2021-ci il tarixdə, saat 03 radələrində Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsi İ.Məmmədov küçəsi-2A ünvanına gəlib orada olan "xxxx" mağazasının yan tərəfdə olan pəncərəsinin dəmir barmaqlıqlarını yaxınlıqdakı tikinti yerindən götürdüyü dəmir linglə qıraraq şüşəsini sındırıb həmin yerdən mağazaya qanunsuz daxil olaraq tanışı Təqsirləndirilən şəxs1 yaxınlıqda pusquda durmaqla hər birinin qiyməti 2 manat, ümumi məbləği 58 manat olan 29 ədəd «ARGO markalı, hər birinin qiyməti 2,5 manat, ümumi məbləği 70 manat olan 14 ədəd «ROTHMANS» markalı, hər birinin qiyməti 2,5 manat, ümumi məbləği 10 manat olan 4 ədəd «RALL MALL» markalı, hər birinin qiyməti 2,2 manat, ümumi məbləği 44 manat olan 20 ədəd «WANT NANO» markalı; hər birinin qiyməti 2,5 manat, ümumi məbləği 110 manat olan 44 ədəd «WİNCHESTER» markalı, hər birinin qiyməti 3 manat, ümumi məbləği 51 manat olan 17 ədəd «LD CLUB» markalı, hər birinin qiyməti 2 manat, ümumi məbləği 52 manat olan 26 ədəd «VİCEROY NANO» markalı, hər birinin qiyməti 3,8 manat, ümumi məbləği 114 manat olan 30 ədəd «KENT» markalı; hər birinin qiyməti 3,4 manat, ümumi məbləği 20,4 manat olan 6 ədəd «WİNSTON XS» markalı; hər birinin qiyməti 2 manat, ümumi məbləği 36 manat olan 18 ədəd «MAGNA CARBON markalı, hər birinin qiyməti 1,8 manat, ümumi məbləği 21,6 manat olan 12 ədəd «KİNGSTON» markalı, hər birinin qiyməti 2,3 manat, ümumi məbləği 6,9 manat olan 3 ədəd «WEST» markalı, hər birinin qiyməti 2,1 manat, ümumi məbləği 10,5 manat olan 5 ədəd «PRİMA» markalı, hər birinin qiyməti 2,2 manat, ümumi məbləği 24,2 manat olan 11 ədəd «İMPERİAL» markalı siqaretlər; hər birinin qiyməti 0,5 manat, ümumi məbləği 12 manat olan 24 ədəd «HORSİ ENERGETİK» enerji içki bankaları, hər birinin qiyməti 1,45 manat, ümumi məbləği 97,15 manat olan 67 ədəd «RAİRDER» batareyaları, hər birinin qiyməti 2,19 manat, ümumi məbləği 28,47 manat olan 13 ədəd «DURACELL» batareyaları, hər birinin qiyməti 4,55 manat, ümumi məbləği 27,3 manat olan 6 ədəd «GİLETTE BLUE 3» üzqırxan ülgücləri, 104 manat ümumi dəyərində kassa çəkməcəsi və 998 manat dəyərində Azərbaycan Sənaye Bankının ödəmə terminalını gizli olaraq taayıb zərərçəkmiş "xxxx" MMC-yə ümumi olaraq 1902 manat 52 qəpik məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olan bir qrup şəxs kimi 30 avqust 2021-ci il tarixdə, saat 08 radələrində Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsi «X24»nin yaxınlığında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yol kənarında əzilmiş vəziyyətdə saxlanılmış «Toyota prius» markalı, ** VK *** dövlət nömrə nişanlı avtomobilin yanma gəlib təkrar olmaqla avtomobilin salonunda qalmış və həmin avtomobilin sahibi X7 məxsus hər biri 600 manat qiymətində, ümumi qiyməti 1200 manat olan iki ədəd işlədilən «X33-8» markalı mobil telefon cihazlarını və 600 manat nəqd pulu gizli olaraq talayıb zərərçəkmiş R.M.Dövlətova ümumilikdə 1800 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə 04 sentyabr 2021-ci il tarixdə, saat 03 radələrində Bakı şəhəri Səbail rayonu Elçin Əzizov küçəsi-39 ünvanına gəlib təkrar olaraq orada X10 icarə ilə işlətdi İyi ərzaq mağazasının pəncərəsinin dəmir barmaqlıqlarına vurulmuş asma qıfılını qıraraq oradan saxlanc yerinə qanunsuz daxil olmuş və mağazadan E.B.Əliyevə məxsus 700 manat dəyərində müxtəlif çeşiddə siqaret qutularını, 12 manat dəyərində bir ədəd «Snikers» markalı şkolad qutusunu, 38 manat dəyərində ət məhsullarını və kassa aparatının alt hissəsində qoyulmuş 300 manat nəqd pulu gizli olaraq talayıb zərərçəkmiş E.B.Əliyevə ümumilikdə 1050 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə 10 sentyabr 2021-ci il tarixdə, saat 03 radələrində Bakı şəhəri Səbail rayonu Yüzbəy Mürsəlov küçəsi-10A ünvanında yerləşən "xxxx" mağazasının qarşısına gəlib təkrar olmaqla, özü ilə gətirdiyi vintaçanla mağazanın giriş qapısını açaraq saxlanc yerinə qanunsuz daxil olmaqla oradan hər biri 3,6 manat olmaqla ümumi qiyməti 144 manat olan 40 qutu «Kent HD 4 NEO» markalı, hər biri 3,9 manat olmaqla ümumi qiyməti 120,90 manat olan 31 qutu «X22» markalı, hər biri 3,6 manat olmaqla ümumi qiyməti 115,20 manat olan 32 qutu «X28 01» markalı, hər biri 3,6 manat olmaqla ümumi qiyməti 104,40 manat olan 29 qutu «Kent HD 8 Futura» markalı, hər biri 2,2 manat olmaqla ümumi qiyməti 110 manat olan 50 qutu «X38 siqaret» markalı, hər bir qutusu 2,5 manat olmaqla ümumi qiyməti 80 manat olan 32 qutu X19» markalı, hər qutusu 2,5 manat olmaqla ümumi qiyməti 75 manat olan 30 qutu « X26 Nights» markalı, hər qutusu 2,5 manat olmaqla ümumi qiyməti 70 manat olan 28 qutu X20» markalı, hər qutusu 3 manatdan olmaqla ümumi qiyməti 66 manat olan 22 qutu «LD X29» markalı, hər qutusu 2 manat olmaqla ümumi qiyməti 58 manat olan 29 qutu «X27» markalı, hər qutusu 3,4 manat olmaqla ümumi qiyməti 57,80 manat olan 17 qutu X30» markalı, hər qutusu 2 manat olmaqla ümumi qiyməti 60 manat olan 30 qutu «X34» markalı, hər qutusu 2 manat olmaqla ümumi qiyməti 42 manat olan 21 qutu «X31» markalı, hər qutusu 2,8 manat olmaqla ümumi qiyməti 39,20 manat olan 14 qutu «LD X32» markalı, 1 kq 16,2 manat olmaqla ümumi qiyməti 97,20 manat olan 6 kq «Anchor kere yağı 82,9%» markalı, hər 1 kq 14,6 manat olmaqla ümumi qiyməti 58,40 manat olan 4 kq «X21 yağı Nevland» markalı, hər 1 kq 13,68 manat olmaqla ümumi qiyməti 54,72 manat olan 4 kq «Novaya Zemlya kere yağı 82 %» markalı siqaretləri, 1 kq 4,05 manat olmaqla ümumi qiyməti 101,94 manat olan 25,170 kq olan «Siyezen teze toyuq açıq» əti, hər bankası 0,7 manat olmaqla ümumi qiyməti 47,60 manat olan 68 banka «Bizon Enerji içecegi 250 ml», hər qutusu 9,39 manat olmaqla ümumi qiyməti 37,56 manat olan 4 ədəd 450 qramlıq qutuda «Azerçay» markalı çay, hər qutusu 6,21 manat olmaqla ümumi qiyməti 12,42 manat olan 2 qutu «Azerçay Bergamot- 450 qram*15_75qhy Copack» markalı çay, 8,58 manat olan 1 qutu 450 qramlıq «X35 çay, hər qutusu 2,25 manat olmaqla ümumi qiyməti 6,75 manat olan 3 qutu 100 qramlıq «Azerçay Buket» markalı, hər qutusu 1,96 manat olmaqla ümumi qiyməti 5,88 manat olan 3 qutu 100 qramlıq «Azerçay kəklikotu» markalı, hər qutusu 12,99 manat olmaqla ümumi qiyməti 77,94 manat olan 6 ədəd «Sıgma home Carsaf 160*240CM tekli, hər biri 16,99 manat olan ümumi qiyməti 67,96 manat olan 4 ədəd «Sıgma home Carsaf 240*260CM tekli, hər biri 11,99 manatdan ümumi qiyməti 59,95 manat olan 5 ədəd «Amanda Mikser AG01, hər biri 12,99 manat olan ümumi qiyməti 64,95 manat olan 5 ədəd Amanda Mikrafon So8-01, 88 manat dəyərində 1 ədəd pul çəkməcəsi, hər biri 578 manat qiymətində ümumi qiyməti 1156 manat olan 2 ədəd kompüterin sistem bloku, 125 manat dəyərində 1 ədəd «DVR» apparatı, 756 manat nəqd pulu gizli olaraq talayıb zərərçəkmiş "xxxx" MMC-yə ümumilikdə 4275 manat 35 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 (mülki cavabdeh) ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək, iş yeri olmadığı üçün fərdi qaydada olan işlərlə məşqul olur, uzun müddətdir ki, narkotik vasitə olan heroindən istifadə edir, itifadə etdiyi həmin narkotik vasitə olan heroini tanımadığı şəxsdən alıb özü tək olaraq qəbul edir, ona görə də pula ehtiyacı olurmuş. Əvvəllər bir neçə dəfə oğurluq etdiyinə görə məhkum olunmuşdur, sonuncu dəfə 14 iyun 2016-ci il tarixdə Səbail rayon məhkəməsinin hökmü ilə oğurluq cinayətini törətdiyinə görə 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və 14 dekabr 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Həbsdən buraxıldıqdan sonra Bakı şəhəri Səbail rayonu 20-ci sahədə yaşayan, əvvəllər oğurluq cinayətini törətdiyinə görə məhkum olunmuş Təqsirləndirilən şəxs1 6 ildir ki, tanıyır, bir məhlədə yaşamışlar, normal münasibətləri olmuşdur. 16 iyul 2021-ci il tarixdə Eldarla birlikdə Nərimanov rayonu ərazisində «Bakı kart» kartı satırmış, həmin kartları satandan sonra birlikdə yeraltı keçidə düşmüşlər, bu zaman görmüş ki, yeraltı keçiddə olan «E-manat» pul terminalının arxa tərəfi açıq vəziyyətdədir, həmin terminala yaxınlaşıb ətrafa nəzər salaraq heç kimin olmadığını görüb terminalın qapısını açıb orada olan pulları götürüb tələsik oradan çıxmışdır, Eldar da kənardan onu müşahidə edirmiş və Eldar da onun arxasınca gəlirmiş. Bir az getdikdən sonra taksiyə əyləşib Nərimanov heykəlinin yanına getmişdir. Orada o Eldarın mobil nömrəsinə zəng vurub yerini demiş və Eldarın da ora gəlməsini təklif etmişdir. Eldar da həmin yerə gəlmiş və o Eldara demiş ki, oğurladığı pul cəmi 150 manatdır, həmin puldan Eldara verməmişdir və sonra Eldardan ayrılıb evə getmişdir. Evdə oğurladığı pulları saymış və dəqiqləşdirmişdir ki, «E-manat» aparatından oğurladığı pulun məbləği 1800 manatdır. Oğurladığı həmin 1800 manatı öz şəxsi ehtiyaclarına xərcləmişdir. Oğurluuğ o törətmişdir, Eldar, ətrafda müşahidə kameraları olduğuna və həmin kameralar vasitəsilə onu tapa biləcəklərini deyərək həmin oğurluqdan onu çəkindirməyə çalışsa da o oğurluq niyyətindən çəkinməmişdir, sonra oradan uzaqlaşmışdır, həmin oğurluq hadisəsində Eldar iştirak etməmişdir. 16 avqust 2021-c i tarixdə, saat 23 radələrində xərcləmək üçün pulu olmadığına görə qərara gəlmiş ki, oğurluq edib pul əldə etsin. Bu məqsədlə tanışı Eldarın evinə gedib ona oğurluq etmək barədə fikrini demiş, o da razılaşmışdır, ikisi birlikdə gəzərək 2021-ci ilin avqust ayının 16-dan 17-nə keçən gecə, saat 02 radələrində Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi ərazisinə gəlib 16 mərtəbəli binan yanından keçib gedərkən, həmin binanın birinci mərtəbəsində yerləşən "xxxx" mağazasının küçəyə yan tərəfdən baxan, təxminən 0,4x0,5 metr ölçüdə plastik pencərəsinin gözdən kənar gizlin yerdə olmasını və dəmir barmaqlıqları yerindən qoparılmasmı mümkün olmasını görmüşlər. O ətrafda hündürmərtəbəli binaların tikintisi gedən ərazidən ling kimi dəmir parçası tapıb gətirmiş, Eldar aralıqda pusquda dayanmış, o isə tapdığı dəmir parçası ilə pencərənin bayırında olan demir barmaqlığını yerindən qoparmış, sonra pencərənin şüşəsini sındırmış və həmin pəncərədən mağazaya daxil olmuşdur, mağazanın içərisində işıqlar yanırmış, o mağazanın kassa olan hissəsinə gəlib kassanın pul olan hissəsinə baxaraq orada pul olmadığını görmüş, sonra kassanın üst hissəsində olan siqaret qutuları yığılmış vitrin piştaxtasını götürüb kənara qoymuş və onları kassanın yanında qoyulmuş polietilen torbalara yığmışdır, həmin siqaretləri bir neçə torbaya tələsik yığdığından həmin torbalara neçə ədəd və hansı marka siqaretləri yığmasına fikir verməmişdir. Sonra o həmin torbaları gətirib mağazaya girdiyi pəncərədən bayırda pusquda dayanan tanışı Eldara vermişdir, bundan əlavə mağazadan bir kaset enerji içkisi götürmüş ki, isti olduğundan dostu Eldarla içərlər, sonra mağazaya daxil olduğu pəncərədən bayıra çıxmış və Eldarla birlikdə təxminən 4-5 ədəd setkanı və bir kaset enerji içkilərini götürüb, heç kəsin gözünə görünmədən 20-ci sahəyə, Eldarın yaşadığı həyətə tərəf gedərkən yolda «Akapen» adlanan ərazidə oturub siqaret çəkib setkalarda olan mallara baxarkən və enerji içkilərini içərkən oğurladığı siqaret setkalarının bir ədəd bank ödəniş kartının olmasını görmüşdür, həmin kartı o fikir vermədən götürmüşdür, həmin ödəmə kartının heç nəyə yararlı olmadığını fikirləşib onu orada olan qamışlıqda tullamışdır. Sonra oğurladıqları əşyalarla birlikdə Eldarın yaşadığı həyətə gəlmişlər, evin həyətində yerləşən istifadəsiz otaqda oturmuşlar, səhər açıldıqda o Eldarla birlikdə oğurladıqları siqaret qutularının bir hissəsini götürüb şəhərə satmağa getmişlər, birlikdə taksiyə minib Bakı şəhəri, Azərbaycan prospektində, «X9»nın yaxınlığında avtobus dayanacağında yerləşən köşkə, sifətdən tanıdığı şəxsin yanma gəlib əvvəllər bir neçə dəfə nisyə siqaret aldığı və 11 manat borcu qalan adını bilmədiyi satıcıya həmin siqaretlərdən 35 ədəd «Kent» markalı siqaret qutusunu hər biri 2,8 manat olmaqla cəmi 98 manata, 35 ədəd «Vinçester» markalı siqareti hər birini 1,8 manat olmaqla cəmi 63 manata, ümumilikdə cəmi 161 manatlıq siqareti özünə məxsus olduğunu bildirərək satmışdır. Həmin adını bilmədiyi şəxs 11 manat borcunu çıxaraq ona cəmi 150 manat pul vermişdir. Sonra o taksiyə dönmüş və həmin taksi ilə Səbail rayonu 20-si sahəyə gəlmişlər, onlarda qalan siqaretlərdən o məhəllə arası yerləşən sahibini tanımadığı köşkə yaxınlaşıb satmasını bildirmiş, həmin şəxs təqdim etdiyi siqaretlərin içərisindən 100 manat dəyərində müxtəlif sayda «Soljraniye», «Vikeroy», «Rotmas», «Vinçester» və sayır siqaret qutularını seçib götürmüş, əvəzində özündə olan 50 manatı verib qalan 50 manat pulu axşam üstü gəlib götürməsini bildirmişdir. Bundan sonra o taksiyə dönmüş, birlikdə 20-ci dairəsi yaxınlığında yerləşən «Lombard» mağazasının qarşısında düşüb tamımadığı taksi sürücüsünə 10 manat pul ödəmişdir. Sonra «Lombard» mağazasına daxil olub orada «Redmi» markalı mobil telefonunu girov qoyduğu 93 manatı ödəmiş, sonra Eldarla birlikdə həmin ərazidə gəzişmiş, çörək yemiş və təxminən saat 10:30 radələrində Eldar gilin həyətinə qayıtmışlar. Orada olduqları zaman, saat 11 radələrində polis əməkdaşları gəlib onu və Eldarı polisə aparmışlar, 8-ci PB-də sorğular apararkən o və Eldar gece vaxtı "xxxx" mağazasından oğurluq etdiklərini, oğurladıqları siqaret qutularının bir hissəsini satdıqlarını, bir hissəsi Eldarın evinin həyətində gizlətdiklərini bildirərək polis əməkdaşlarına özlərində qalmış siqaret qutularını təqdim edərək siqaretin digər hissəsini satdıqları köşklərin və ödəniş terminalını atdıqları yeri göstərmişlər. Oğurladıqları siqaretləri köşklərə o tək satmışdır, siqaretin neçə ədədini və neçədən satmasını, satarkən alan köşkləri işlədən şəxslərə nə deməsini Eldar bilməmiş, yanında olmamış, onu köşkdə işləyən şəxslər görməmişlər. Eldarla birlikdə etdiyi oğurluq barədə heç bir kəsə deməmişdir. Oğuladıqları siqaretlərin qutularının sayını, konkret hansı markalı olmasını dəqiq bilmir, həmin siqaret qutuları açıq tək-tək şəkildə imiş, yəni blok şəklində olmamışdır, siqaret qutularının bir hissəsni satmışlar, bir hissəsi Eldarın həyətində gizlətmişlər, bir hissəsini isə o və Eldar çəkmişlər, siqaret qutularını sataraq əldə etdikləri pulun 93 manatım o «Lombard»a olan borcunu ödəmiş, pulun qalanını isə yeməyə və şəhərdə taksi ilə gəzərkən xərcləmişlər. Etmiş olduğu cinayət əməlindən səmimi peşmandır. 30 avqust 2021-ci il tarixdə, təxminən saat 03 radələrində əvvəllər cəzaçəkmə müəssisəsində bir yerdə cəza çəkdikləri Təqsirləndirilən şəxs3 yaşadığı evə gedərək onu gəzmək adı ilə evdən çıxarmışdır, Ruslana özü ilə vintaçan götürməsini təklif etmiş, Ruslan da onun sözü ilə evdən vintaçan götürüb ona vermişdir. İkisi bir yerdə Bakı Metropaliteninin «İçərişəhər» stansiyüasınm yaxınlığında olan dayanacaqdakı "xxxx" ödəmə terminalının yanma getmişlər. O Ruslana demiş ki, dünən bu apparatı açmaq istəmişdir, lakin işi yarımçıq qalmışdır. Ruslana təklif etmiş ki, gedib qıraqda pusquda dursun, o da apparatı açıb içindəki pulları götürsün. Ruslan təxminən 20 metr aralıda dayapnarkən o Ruslandan aldığı vintaçanla apparatı açmışdır, bu işə təxminən yarım saat vaxt sərf etmişdir, aparatdan götürdüyü pul kasetini açmış və orada olan pulları saymadan cibinə qoyubmuş, işini görüb qurtardıqdan sonra Ruslanın yanma getmişdir. Ruslan kənarda ona görə dayanıbmış ki, kimsə gələrsə ona xəbər etsin. Ruslanla ikisi birlikdə oradan aralanıb «Azneft» dairəsinə gəlmişlər. Azneft dairəsində birlikdə taksiyə əyləşərək N.Nərimanov heykəlinin yanma getmişlər və həmin yerdə taksidən düşmüşlər. N.Nərimanov heykəlinin yanında olanda aparatdan oğurlayıb cibinə qoyduğu pulları çıxarıb Ruslanın yanında saymağa başlamışdır, pul təxminən 260 manata yaxın imiş, xərcləməsi üçün həmin puldan Ruslana 50 manat vermiş və oradan taksiyə əyləşib yaşadıqları evə qayıtmışlar. Oğurluq etməmişdən qabaq həmin apparatı tək açmağa çalışmışdır, oğurluğu törətməkdə ona Ruslan kömək etmişdir və köməkliyi də ondan ibarət olmuş ki, kənardan gələ biləcək şəxslər barəsində ona məlumat versin. Aparatdan oğurluq edərkən orada başqa kənar şəxs olmayıb və onların oğurluqlarını göoən olmamışdır. Bundan başqa 30 avqust 2021-ci il tarixdə, saat 08 radələrində tanışı Təqsirləndirilən şəxs1la birlikdə Səbail rayonu Bayıl qəsəbəsi «X24»nin yaxınlığında olarkən kompleksin yaxınlığında yol-nəqliyyat hadisəsi baş verdiyini eşidib həmin hadisə yerinə, yəni Salyan şossesinə gəlmişlər, oraya çoxlu tanımadığı adamlar yığışıblarmış, orada qırmızı rəngli «Toyota» markalı, dövlət qeydiyyat nişanına fikir vermədiyi avtomaşınla işıq idarəsinə məxsus dövlət qeydiyyat nişanına fikir vermədiyi yük avtomobili toqquşubmuş, ora yığışan adamlar avtomobildə olan sürücü və sərnişini təcili yardım avtomobili ilə xəstəxanaya yola salıblarmış. Ara qarışıbmış və o Eldarla birlikdə bundan istifadə edib qırmızı rəngli «Toyota» markalı minik avtomobilinə yaxınlaşmışlar, avtomobilin salonuna baxarkən salonda, yerdə ayaq altında qadın əl çantasını görmüşdür. Qarışıqlıqdan istifadə edib Eldarla birlikdə həmin çantanın içinə baxdıqda pul və iki ədəd mobil telefon cihazı olmasını görüb gizlicə pul və mobil telefon cihazlarını götürüb oradan uzaqlaşmışlar, sonra sayıb pulun 600 manat olmasını, mobil telefonların isə hər ikisinin «Redmi» markalı olmasını görmüşdür, mobil telefonlardan birini Eldara vermiş, birini isə özü götürmüş, 600 manat pulu isə Eldarla birlikdə yeyib-içməyə xərcləmişlər. Sonra o özünə saxladığı «Redmi» markalı mobil telefonun içərisində olan mobil nömrəni çıxarıb atmış, mobil telefon cihazını isə Bayıl bazarı yaxınlığında tanımadığı şəxsə 60 manata satıb pulu özü üçün xərcləmişdir. Mobil telefonu o tanımadığı şəxsə satarkən oğurluq olmasını deməmişdir, telefonu sənədsiz satmışdır, telefonu satdığı şəxsi tanımır. Eldarın isə özündə olan mobil telefonu nə etməsini o bilmir, həmin telefonu Eldara o oğurluqda ona kömək etdiyinə görə veribmiş, etmiş olduğu cinayət əməlindən səmimi peşimandır. Bundan əlavə 04 sentyabr 2021-ci il tarixdə, gecə saat 03 radələrində tək Səbail rayonu Bayıl qəsəbəsində gəzərkən Elçin Əzizov küçəsində bağlı vəziyyətdə olan mağaza görmüş və həmin mağazadan oğurluq etmək qərarına gəlmişdir. Mağazanın pəncərəsində olan qıfılı sındıraraq pəncərəni açıb oradan içəri daxil olmuş və alışqan işığı ilə mağazadan müxtəlif çeşiddə siqaret və şirniyyat mallarını plietilen torbaya yığmış, sonra mağazada olan kassa aparatının altına baxdıqda 300 manat pul tapı bonu da götürərək girdiyi yerdən də mağazadan çıxaraq oradan uzaqlaşmışdır. Sonrakı günlərdə oğurladığı malları özü və tanışlarına pay verməklə istifadə etmişdir, pulu isə özü üçün xərcləmişdir. Etmiş olduğu cinayət əməlindən səmimi olaraq peşimandır. Bunlardan əlavə 10 sentyabr 2021-ci il tarixdə, saat təxminən 02 radələrində tək olaraq küçə ilkə piyada gedən zaman "xxxx"in giriş qapısının plastikdən olmasını görmüş və oradan oğurluq etmək fikrinə düşmüşdür. Ona görə də evə geərək götürdüyü vintaçanla qayıdıb "xxxx"in plastik materialdan olan qapısının arasına müdaxilə edərək açıb içəri daxil olmuşdur. Marketə daxil olan zaman orada video müşahidə kamerasının olduğunu görüb gələcəkdə həmin oğurluq hadisəsinin onun tərəfindən törədilməsinin izini itirmək məqsədi ilə həmin videomüşahidə kamerasını yerindən çıxarmışdır. Bundan sonra həmin marketdə olan müxtəlif adda tütütn məmulatlarını, kərə yağını, qutularda olan quru çay məhsullarını və toyuqla ət məhsillarmı görürüb orda olan kloklarda yığaraq kənara qoymuşdur. Bu zaman içəridə olan seyfi görüb onun içərisində pul olmasını zənn edərək onu da özü ilə götürüb kənarda saxlamışdır. Həmin ərəfələrdə o öz mobil telefonu ilə dostu Eldarın mobil telefonuna zəng edərək ərzaq və ya qeydi ərzaq əşyalarının aparılmasına köməklik etməsini demişdir. "xxxx"dən oğurladığı həmin əşyaları orada olan araba ilə gətirib kənarda saxlamışdır, oğurladığı həmin ərzaq və qeyri-ərzaqları aparmaq üçün 20-ci sahə dairəsinin yaxınlığında, yolun kənardmda dayanmış qara rəngli Tay ota Prius markalı avtomobilə yaxınlaşıb yükü olmasını, onları aparmaq lazım olduğunu demişdir. Həmin sürücü onunla razılaşaraq birlikdə gəlib "xxxx"dən oğurlayıb kənarda saxladığı malları və seyfi onun avtomobilinin yük yerinə yığaraq oradan onun dediyi istiqamətdə, Cəbrayıl məktəbi istiqamətində getmişlər. Cəbrayıl məktəbinin yanında zəng edib ona köməklik etmək üçün dostu Eldarı da oradan götürüb 20-ci sahədə olan dairəytə tərəf gəlmişlər. Olduqları taksi sürücüsünə gedəcəkləri yerin Muxtarov qəsəbəsi olmasını dedikdə sürücü həmin yerin uzaq olduğu üçün onları aparmaqdan imtina etmiş və onlar 20-ci sahə dairəsinin yanında həmin avtomobildən düşüb sürücüyə 10 manat zəhmət haqqı verib orada olan digər bir fırqonlu taksiyə əyləşib oradan uzaqlaşmışlar. O "xxxx"dən oğurladığı həmin tütün məhsullarının özünə məxsus olmasını deyib Mərkəzi bankın yanında olan kioskaya cəmisini 1058 manata adını bilmədiyi satıcıya satmışdır, həmçinin oğurladığı kərə yağını da özü istifadə etdiyinə görə qalmamışdır. O həmin marketdən oğurladığı videomüşahidə kamerası ilə seyfi Əhmədli qəsəbəsində tək yararaq içərisndən pulları götürüb seyfin özün tək həmin yerdə məhəllədə bir neçə dənə yan-yana cərgə ilə olan zibil yeşiynə atmışdır, lakin həmin seyfin qıfılı onda olmuşdur. Eldara "xxxx"dən oğurluq etməyi barədə heç bir söz deməmişdir, Eldarda ondan həmin əşyaları haradan əldə etməsi haqqında heç bir söz soruşmamışdır, yəni Eldarın onun "xxxx"dən oğurluq etməsi haqqında heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs2 son sözündə əməlindən səmimi peşman olduğunun, ailəli olmasını, himayəsində bir azyaşlı övladının olmasını, hazırki cinayət əməlini ehtiyacdan törətdiyinin, mülki iddianın təmin olunmamasını və etiraf etməsinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək, 16 avqust 2021-ci il tarixdə, saat 23 radələrində o evdə olduğu zaman Tofiq onlara gəlib onu bayıra çağıraraq birlikdə gedib oğurluq edərək pul əldə etmələrini təklif etmiş və onun təklifi ilə razılaşmışdır. İkisi birlikdə gəzərək 2021-ci ilin avqust ayının 16-dan 17-nə keçən gecə, saat 03 radələrində Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi ərazisinə gəlib 16 mərtəbəli binanın yanından keçib gedərkən, həmin binanın birinci mərtəbəsində yerləşən "xxxx" mağazasının küçəyə yan tərəfdən baxan, təxminən 0,4x0,5 metr ölçüdə olan plastik pencərəsinin gözdən kənar gizlin yerdə olmasını və dəmir barmaqlıqların yerindən qoparılmasının mümkün olmasını görmüşlər. Tofiq ətrafda hündürmərtəbəli binaların tikintisi gedən ərazidən ling kimi dəmir parçası tapıb gətirmiş, sonra o aralıqda pusquda dayanmış və Tofiq tapdığı dəmir parçası ilə pencərənin bayırında olan demir barmaqlığı yerindən qoparmış, sonra pencərənin şüşəsini sındırmış və həmin yerdən mağazaya daxil olmuşdur. O bayırda dayanıb gəlib-gedənə nəzarət edirmiş, vaxt gec olduğundan oradan keçib gedən olmamışdır. Sonra Tofiq təxminən 10-15 dəqiqə ərzində mağazadan bayıra polietilen setkalara yığılmış, müxtəlif markada və sayda siqaret qutularını, bir kaset enerji içkisini növbə ilə vermiş, o bayırda durub setkaları qəbul edərək kənara yığırmış. Sonra Tofiq özü mağazadan bayıra çıxmış və təxminən 4-5 ədəd setkanı götürüb ikisi birlikdə heç kəsin gözünə görünmədən 20-ci sahəyə, onların həyətinə tərəf gedərkən yolda «Akapen» adlanan ərazidə oturub siqaret çəkib setkalarda olan mallara baxarkən, orada setkanm birində Tofıqin mağazadan bir ədəd bank kartının ödəniş terminalı olmasını görüb, həmin terminalın heç nəyə yararlı olmadığını fikirləşib həmin qamışlıqda tullamışlar. Sonra oğurladıqları əşyalarla birlikdə onun yaşadığı həyətə gəlib evin həyətində yerləşən istifadəsiz otaqda oturmuş və səhər açıldıqda o Tofıqlə birlikdə oğurladıqları siqaret qutularının bir hissəsini götürüb şəhərə satmağa getmişlər. İkisi birlikdə taksiyə minib Bakı şəhəri, Azərbaycan prospektində, «Mərkəızi Unversam» mağazasının yaxınlığında, avtobus dayanacağında yerləşən köşkə Tofiq tək aparıb siqaretlərin bir hissəsini satıb 150 manat pul əldə etmişdir, sonra taksi ilə yenidən Səbail rayonu, 20-ci sahəyə gəlmişlər, orada yenə Tofiq tək həyətlərin arasında yerləşən mağazaya gedib siqaret satdıqdan sonra 20-ci yol dairəsinə gəlmişlər, orada Tofiq «Lombard» mağazasına girov qoyduğu mobil telefonun pulunu ödəmiş və ikisi birlikdə yenidən onun yaşadığı həyətə gəlmişlər. Həmin günü saat 11 radələrində o və Tofiq onların həyətində oturduqları zaman polis əməkdaşları gəlib hər ikisini polisə dəvət etmişlər, 8-ci PB-də sorğular apararkən o və Tofiq gece vaxtı "xxxx" mağazasından oğurluq etmələrini, oğurladıqları siqaret qutularının bir hissəsini satdıqları, bir hissəsinin yaşadıqları evdə olmasını bildirərək polis əməkdaşlarına özlərində qalmış siqaret qutularını təqdim etmişlər, sonra digər siqaret satdıqları köşklərin və ödəniz terminalını atdıqları yeri göstərmişlər. Oğurladıqları siqaretləri köşklərə Tofiq tək satmışdır, siqaretin neçə ədədini və neçədən satmasını, satarkən alan köşkləri işlədən şəxslərə nə deməsini o bilmir. O Tofıqlə etdiyi oğurluq barədə heç bir kəsə deməmişdir. Oğuladıqları siqaretlərin qutularının sayını, konkret hansı markalı olmasını dəqiq bilmir, həmin siqaret qutuları açıq və tək-tək şəkildə imiş, yəni blok şəklində deyilmiş, siqaret qutularının bir hissəsni satmışlar, bir hissəsi evdə imiş, bir hissəsini isə o və Tofiq çəkibmişlər, siqaret qutularını sataraq əldə etdikləri pulun bir hissəsini Tofiq «Lombard»a olan borcunu ödəmiş, qalan hissəsini şəhərdə taksi ilə gəzərkən xərcləmişlər, siqaret qutularının satılması nəticəsində nə qədər pul əldə olunmasını o dəqiq bilmir, maraqlanmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs2la birlikdə 30 avqust 2021-ci il tarixdə, səhər saat 08 radələrində Səbail rayonu Bayıl qəsəbəsi «X24»nin yaxınlığında olarkən, həmin kompleksin yaxınlığında yol qəzası baş verməsini eşidib ora, yəni Şalyan şossesinə qəza baş verən yerə gəlmişlər, oraya çoxlu tanımadığı adamlar yığışıbmışlar. Orada qırmızı rəngli «Toyota» markalı, dövlət qeydiyyat nişanına fikir vermədiyi avtomobillə, işıq idarəsinə məxsus dövlət qeydiyyat nişanına fikir vermədiyi yük avtomobili toqquşubmuşlar. Orada yığışan adamlar avtomobildə olan sürücü və sərnişini təcili yardım avtomobili ilə xəstəxanaya yola salıbmışlar, ara qarışmış və o Tofıqlə birlikdə qarışıqlıqdan istifadə edib əzilmiş qırmızı rəngli «Toyota» markalı minik avtomobilinə yaxınlaşıb avtomobilin salonuna baxarkən avtomobilin salonunda yerdə ayaq altında qadın əl çantasının olduğunu görmüş və qarışıqlıqdan istifadə edib həmin çantanın içərisinə baxdıqda pul və iki ədəd mobil telefon olmasını görüb gizlincə pulu və mobil telefonları götürüb oradan uzaqlaşmışlar. Sonra sayıb oğurladıqları pulun 600 manat olmasını, mobil telefonlar isə hər ikisinin «Redmi» markalı olmasını görmüşlər. Tofiq həmin telefonlardan birini ona vermiş, digərini isə özündə saxlamışdır, 600 manat pulu isə Tofiqlə birlikdə yeyibiçmələrinə, şəxsi ehtiyaclarına xərcləmişlər. Tofiqin özündə saxladığı mobil telefon cihazını nə etməsini bilmir, o isə payına düşən telefonun içərisindən mobil nömrəni çıxarıb sındıraraq atmış, telefonun özünü isə Rəşad adlı tanışına 100 manata satmışdır, Rəşada satdığı mobil telefon cihazının şüşəsi çartlamış və sınıq imiş. Təqsirləndirilən şəxs1 son sözündə əməlindən səmimi peşman olduğunun, hazırki cinayət əməlini ehtiyacdan törətdiyinin və etiraf etməsinin nəzərə alınmasını xahiş etdi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi təqsirləndirilən, zərərçəkmiş şəxslərin və şahid ifadələri və cinayət işi üzrə digər materiallarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi kimi tanınmış Nümayəndə3 bildirmişdir ki, 2021-ci ilin fevral ayından Zərərçəkmiş şəxs4 MMC-də təhlükəsizlik şöbəsinin rəhbəri və etibarnamə əsasında həmin MMC-nin səlahiyyətli nümayəndəsi vəzifəsində işləyir. Zərərçəkmiş şəxs4 MMC keçidlərdə, mağazalarda və digər yerlərdə «E-manat» ödəmə terminallarının quraşdırılması, həmin terminallarda olan xidmətlərin təşkili və yığılan məvaciblərin daşınması ilə məşquldur, terminallarda yığılan məvacib Zərərçəkmiş şəxs4 MMC-yə aiddir. Həmin «E-manat» terminallarından biri də Nərimanov rayonu H.Əliyev prospekti ilə AğaNemətulla küçəsinin kəsişməsində olan yeraltı keçiddə quraşdırılmışdır. Həmin «E- manat» apparatı İD-3805 nömrə ilə qeydiyyata alınmışdır. 16 iyul 2021-ci il tarixdə, saat 15:40-da keçiddə mühafizə xidməti işini təşkil edən şəxs MMCyə keçiddə quraşdırılmış terminalın kassasının naməlum şəxs tərəfindən oğurlanması barədə məlumat vermişdir, bundan sonra əməkdaşlar həmin terminala baxış keçirmiş və MMC-də aparılan araşdırma və hesablama ilə məlum olmuşdur ki, terminalın kassasına müştərilər yüklənmiş 1844 manat pul naməlum şəxs tərəfindən oğurlanmışdır, ona görə də mühafizə işini təşkil edən Məhəmməd Xalacov DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir, sonra o Nərimanov RPİ-nin 17-ci Polis bölməsinə dəvət olunmuş və orada səlahiyyətli nümayəndə kimi ərizə və izahat vermişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə3 məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu, onu bağışlamadığını, ona dəymiş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsə cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə2 bildirmişdir ki, 2019-cu ilin yanvar ayından "xxxx" MMC-nin idari işləri üzrə bölmə rəisi vəzifəsində işləyir. MMC-nin direktoru tərəfindən Al-market» MMC-nin Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsi İ.Məmmədov küçəsi-22 ünvanında yerləşən "xxxx" mağazalar şəbəkəsinə aid mağazadan 2021-ci ilin avqust ayının 16-dan 17-nə keçən gecə baş vermiş oğurluq faktı ilə əlaqədar Səbail RPİ-nin İstintaq şöbəsində aparılan cinayət işinin istintaqı ilə əlaqədar MMC-nin nümayəndəsi kimi təmsil etməyə təhkim olunmuşdur. Həmin oğurluq faktı ilə əlaqədar MMC-nin rəhbərliyi tərəfindən verilmiş tapşırığa əsasən oğurlanmış əmlakın miqdarı və dəyəri araşdırılaraq siyahı tərtib edilmişdir: 760 manat ümumi dəyərində - hər birinin dəyəri 2 manat, məbləği 58 manat olan 29 ədəd «ARGO; hər birinin dəyəri 2,5 manat, məbləği 70 manat olan 14 ədəd «ROTHMANS»; hər birinin dəyəri 2,5 manat, məbləği 10 manat olan 4 ədəd «RALL MALL»» hər birinin dəyəri 2,2 manat, məbləği 44 manat olan 20 ədəd «WANT NANO»; hər birinin 2,5 manat, məbləği 110 manat olan 44 ədəd «WİNCHESTER»; hər birinin dəyəri 3 manat, məbləği 51 manat olan 17 ədəd «LD CLUB»; hər birinin dəyəri 2 manat, məbləği 52 manat olan 26 ədəd «VİCEROY NANO»; hər birinin dəyəri 3,89 manat, məbləği 114 manat olan 40 ədəd «KENT»; hər birinin dəyəri 3,4 manat, məbləği 20,4 manat olan 6 ədəd «WİNSTON XS»; hər birinin dəyəri 2 manat, məbləği 36 manat olan 18 ədəd «MAGNA CARBON»; hər birinin dəyəri 1,8 manat, məbləği 21,6 manat olan 12 ədəd «KİNGSTON»; hər birinin dəyəri 2,3 manat, məbləği 6,9 manat olan 3 ədəd «WEST»; hər birinin dəyəri 2,1 manat, məbləği 10,5 manat olan 5 ədəd «PRİMA»; hər birinin dəyəri 2,2 manat, məbləği 24,2 manat olan 11 ədəd «İMPERİAL» markalı siqaretlər. 189 manat ümumi dəyərində - hər birinin dəyəri 0,5 manat, məbləği 12 manat olan 24 ədəd «HORSİ ENERGETİK» içki; hər birinin dəyəri 1,45 manat, məbləği 97,15 manat olan 67 ədəd «RAİRDER» batareykası; hər birinin dəyəri 2,19 manat, məbləği 28,47 manat olan 13 ədəd «DURACELL» batareykası; hər birinin dəyəri 4,55 manat, məbləği 27,3 manat olan 6 ədəd «GİLETTE BLUE 3» üzqırxan ülgücü. 104 manat ümumi dəyərində kassa çəkməcəsi və 998 manat dəyərində Azərbaycan Sənaye Bankının ödəmə terminalı oğurlanmışdır, bununla da "xxxx" MMC-yə ümumi olaraq 2027 manat maddi ziyan vurulmuşdur. Həmin məbləğdə maddi ziyanın ödənilməsini və ya oğurlanmış malların qaytarılmasının təmin edilməsini xahiş edir. "xxxx" mağazasında baş vermiş oğurluq zamanı naməlum şəxsin mağazaya daxil olma və qeyd edilən malların oğurlanmasını əks etdirən videogörüntüləri ilkin araşdırmalar zamanı istintaqa təqdim edilmişdir. Həmin oğurluq hadisəsini törətməkdə hər hansı şübhə etdikləri şəxs yoxdur. Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə2 məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu, onu bağışlamadığını, ona dəymiş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsə cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmış Nümayəndə1 bildirmişdir ki, Zərərçəkmiş şəxs2 MMC-nin Təhlükəsizlik şöbəsinin hüquqşünası vəzifəsində işləyir və MMC-nin nümayəndəsi qismində ibtidai istintaqda iştirak edir. 30 avqust 2021-ci il tarixdə, gecə saatlarında naməlum şəxs Bakı şəhəri Səbail rayonu İstiqlaliyyət küçəsi-45/47 ünvanında Zərərçəkmiş şəxs2 MMC-nin mülkiyyətində olan 20004 nömrəli ödəmə terminalının içərisində olan nəqd pulu oğurlamaq üçün terminalın qapısını sındırmaqla terminala qanunsuz daxil olub oradan içərisində 410 manat 80 qəpik pul vəsaiti olan 300 manat dəyərində pul kassetini oğurlamışdır, bununla da MMC-yə 1530 manat 80 qəpik maddi ziyan dəymişdir. Oğurlananlardan başqa terminalın 50 manat dəyərində inkassasiya qapısının «GERİON» daxili kilidi, pul kasetinin üzərində quraşdırılmış 300 manat dəyərində «cashin», 220 manat dəyərində «cashbox» cihazları zədələnmişdir. Ödəmə aparatının təmiri və bərpası üçün 250 manat vəsait istifadə olunmalıdır. Zərərçəkmiş şəxsin nümayəndəsi (mülki iddiaçı) Nümayəndə1 təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, onu bağışlamadığını, eyni zamanda mülki iddia qaldıraraq Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri nəticəsində ona vurulmuş Təqsirləndirilən şəxs2 765 (yeddi yüz altmış beş) manat 40 (qırx) qəpik maddi ziyan tutularaq zərərçəkmiş və mülki iddiaçı Komtec LTD MMC-yə ödənilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınmış X11 bildirmişdir ki, özünə məxsus kreditlə aldığı «Toyota Prius» markalı, ** VK *** dövlət qeydiyyat nişanlı avtomobilə taksi fəaliyyəti ilə məşqul olur. 30 avqust 2021-ci il tarixdə, saat 07:30 radələrində arvadı Şahid4 ilə birlikdə yaşadıqları evdən çıxıb idarə etdiyi avtomobilə Bakı şəhərinə şəxsi işləri ilə əlaqədar gedirmiş, arvadı Elnarə qabaq oturacaqda əyləşibmiş. İdarə etdiyi avtomobilə Salyan-Bakı avtomobil yolu ilə hərəkətdə olarkən Bayıl qəsəbəsi, «X36»nın qarşısına çatdıqda şosse yolunu soldan sağa keçən yük avtomobili ilə toqquşmuşdur. Toqquşmadan sonra o və arvadı Elnarə xəsarət aldıqlarından özlərini itrmişlər, xəstəxanada özlərinə gəlmişlər. Bundan sonra qohumu Elxan Hüseynov hadisə yerində olub, avtomobildə olan ona məxsus ***-***-**-** mobil nömrəsi ilə istifadə etdiyi «Redmi Not 8» markalı və arvadı Elnarənin istifadə etdiyi ***-***-**-** mobil nömrəsi ilə istifadə etdiyi «Redmi Not 8» markalı, ümumilikdə 1200 manat dəyərində mobil telefonları, həmçinin 25 manat dəyərində boz rəngdə idman çantası, içərisində olan 600 manat nəqd pulu, Şahid4 adma olan şəxsiyyət vəsiqəsi və öz adına olan sürücülük vəsiqəsinin yoxa çıxdığını demiş və Elnarənin adma olan şəxsiyyət vəsiqəsini sonra qohumu Elxana hadisə yerində tanımadığı şəxs təqdim edərək yerdən tapdığını demişdir. Sonra qohumu Elxan avtomobilin salonunu axtarsa da qeyd etdiyi iki ədəd mobil telefonu, 600 manat nəqd pulu, həmçinin sürücülük vəsiqəsini tapmamışdır. Oğurluq baş verdiyini anlayıb bu barədə DİNnin 102 xidmətinə zəng edib məlumat vermiş, sonra da Polis bölməsinə ərizə vermişdir. Oğurluq nəticəsində ona cəmi 1825 manat məbləğində maddi ziyan vurulmuşdur. Oğurluq etmiş şəxsin tapılıb məsuliyyətə cəlb edilməsini xahiş edir, həmin oğurluğu törətməkdə şübhələndiyi şəxs yoxdur. Həmin oğurlanan mobil telefonların imeikodlarım Polis bölməsi əməkdaşlarına təqdim etmişdir. Zərərçəkmiş şəxs X11 məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu, onları bağışlamadığını, ona dəymiş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxslərə cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında ifadəsi elan olunmuş zərərçəkmiş şəxs qismində tanınmış X15 göstərmişdir ki, rəsmi pasport qeydiyyatında ünvan 9 ünvanında olsada faktiki olaraq ünvan 10nda yaşayır, fərdi olaraq yaşadığı evdən 30-40 metr aralıdf, E.Əzizov küçəsində yerləşən qohumu Fikrət Salmanovdan hər ayını 200 manata icarəyə götürdüyü təxminən 15-20 m2 ölçüdə olan mağazanı işlədir, həmin mağazada ərzaq malları satır. Həmin mağazada arada babası Akif Salmanov da satıcılıq edir. Mağazanı səhər saat 06 radələrində açıb, axşam saat 23 radələrində bağlayır, mağaza mişar daşından tikilib, qapısı dəmir jalüzidəndir, pencərəsindən malların satışı üçün istifadə edildiyindən dəmir barmaqlığı olmaqla asma qıfılla bağlanır. 03 sentyabr 2021-ci il tarixdə, saat 23:45 radələrində o işlətdiyi mağazanı bağlayıb yaşadığı evinə getmişdir. 04 sentyabr 2021-ci il tarixdə, səhər saat 06 radələrində gəlib mağazanın qapısını açmaq istəyən zaman mağazanın küçəyə baxan pəncərəsinin dəmir barmaqlığının üzərində olan asma qıfılın sındırıldığını görmüşdür. Mağazanın girişindəki jalüz qapını açıb içəri daxil olduqda, içəridə satılan ərzaq məhsullarının yerə dağıdılmış vəziyyətdə olduğunu görmüş, yoxladıqda mağazadan hər birinin qiyməti 3 manat 90 qəpik olan cəmi 109 manat 20 qəpik dəyərində 28 qutu nazik və qalın «Sobranie» markalı, hər birinin qiyməti 3 manat 60 qəpik olan cəmi 86 manat 40 qəpik dəyərində 24 qutu nazik və qalın «Kent» markalı, hər birinin qiyməti 3 manat 40 qəpik olan cəmi 57 manat 80 qəpik dəyərində 17 qutu nazik və qalın «Winston” markalı, hər birinin qiyməti 3 manat olan cəmi 72 manat dəyərində 24 qutu nazik və qalın “LD” markalı, hər birinin qiyməti 2 manat 50 qəpik olan cəmi 100 manat dəyərində 40 qutu nazik və qalın «Winçester» markalı, hər birinin qiyməti 2 manat 50 qəpik olan cəmi 62 manat 50 qəpik dəyərində 25 qutu nazik «Rotmans» markalı, hər birinin qiyməti 2 manat 50 qəpik olan cəmi 62 manat 50 qəpik dəyərində 25 qutu nazik və qalın «Palmall» markalı, hər birinin qiyməti 1 manat 90 qəpik olan cəmi 78 manat dəyərində 40 qutu nazik və qalın «Maqna» markalı, hər birinin qiyməti 1 manat 80 qəpik olan cəmi 36 manat dəyərində 20 qutu qalın «Arqo» markalı, hər birinin qiyməti 1 manat 90 qəpik olan cəmi 38 manat dəyərində 20 qutu nazik və qalın «Viceroy» markalı ümumilikdə 702 manat 40 qəpik dəyərində siqaretlərin; hər birinin qiyməti 90 qəpik olan cəmi 9 manat dəyərində 10 ədəd balaca və hər birinin qiyməti 1 manat 50 qəpik olan cəmi 3 manat dəyərində 2 ədəd super ümumilikdə 12 manat dəyərində «Snikers» şokoladlarının, 10 manat dəyərində bir kiloqram «Manqal üstü» sosislərinin, 13 manat dəyərində bir kiloqram «Oxotnik» kolbasası; ümumilikdə 38 manat dəyərində ət məhsullarının (kolbasa, sosiska) və kassa aparatının alt hissəsində qoyduğu cəmi 300 manat nağd pulunun oğurlandığını aşkar etmiş və dərhal bu barədə DİN-nin 102-xidmətinə zəng edib məlumat vermişdir, müəyyən vaxtdan sonra polis əməkdaşları gəlib mağazaya baxış keçirmişlər. Oğurluq nəticəsində ona cəmi 1052 manat 40 qəpik maddi ziyan dəymişdir. Mağazadan oğurluq etməkdə şübhə etdiyi hər hansı şəxs yoxdur. Mağazada müşahidə kamerası quraşdırılmayıb, lakin mağazanın sag hissəsində olan «Qurman» restoranının giriş qapısı önündə müşahidə kamerası quraşdırılıb, sonradan həmin kameranında işləmədiyini öyrənmişdir. Zərərçəkmiş şəxs X15 məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu, onları bağışlamadığını, ona dəymiş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxslərə cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadəsi elan olunmuş Şahid1, Bakı şəhəri Səbail rayonu Azərbaycan prospekti-2 ünvanın qarşısındakı avtobus dayanacağında yerləşən köşkdə satıcı işləyir, hər gün səhər saat 08:00 dəqiqədə həmin köşkdə işə başlayıb, saat 20:00-da köşkü başqa satıcıya təhvil verir, köşkdə müxtəlif növ tütün məhsulları, sərnləşdirici içkilər və şirniyyatlar satır. Təqsirləndirilən şəxs2 təxminən 2-3 aydır ki. sifətdən tanısa da adını bilmirmiş, Tofiq hərdən onun işlədiyi köşkə gəlib onunla söhbət edib çay içdiyindən aralarında münasibət yaranmışdır, aralarında yaranmış münasibətlə əlaqədar olaraq Tofiq bir neçə dəfə gəlib ondan nisyə siqaret götürdüyü üçün Tofıqin ona 11 manat borcu var imiş. 17 avqust 2021-ci il tarixdə, saat 08:00-da o həmişə olduğu kimi köşkdə işə başlamışdır, təxminən yarım saat keçdikdən sonra Tofiq onun yanına gəlmiş və özü ilə gətirdiyi bir ədəd polietilen torbada 35 ədəd «Kent» markalı, 35 ədəd «Winshester» markalı siqaret qutularını gətirərək həmin siqaretləri almağı, ona olan 11 manat borcunu silməsini, qalan məbləği nəqd şəkildə ona verməsini təklif etmişdir. O siqaretlərin haradan olmasını soruşduqda Tofiq bildirmiş ki, «qohumunun obyekti bağlandığı üçün qalıq qalmış siqaretləri satmaq üçün ona vermişdir. O, Tofıqin dediklərinə inanmış və «Kent» markalı siqaretlərin hər qutusu üçün 2,8 manat, «Winshester» markalı siqaretin hər qutusu üçün 1,8 manat pul verə biləcəyini dedikdə Tofiq qiymətlə razılaşmışdır. Aldığı siqaretlərin hər qutusunu deyilən qiymətlə hesabladıqda 161 manat pul etmiş, həmin puldan 11 manat borcunu çıxmış və qalan 150 manatını nəqd şəkildə Tofıqə vermişdir, Tofiq pulu aldıqdan sonra oradan getmişdir. Həmin gün, saat 17 radələrində Tofiq onun iş yerinə polis əməkdaşları ilə gəlmiş və işlədiyi köşkü və onu göstərərək siqaretləri ona satdığını polislərə bildirmişdir, sorğu zamanı o da etiraf etmişdir ki, həqiqətən Tofıqdən 70 qutu siqaret almışdır. Polislər həmin siqaretlərin oğurluq olmasını bildirdikdən sonra o Tofıqdən aldığı 70 qutu siqaretləri polis əməkdaşlarına təhvil vermişdir, polislər bu barədə protokol tərtib etmişlər. Tofiq həmin siqaretləri onun işlədiyi köşkə tək gətirmişdir və o köşkün içərisində olduğundan Tofıqin həmin siqaretləri onun işlədiyi köşkə nə il əvə hansı tərəfdən gəldiyini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Bakı şəhəri Səbail rayonu E.Əzizov küçəsi-18, mənzil-5A ünvanında ailəsi ilə yaşayır, adma olan vöen əsasında fiziki şəxs kimi yaşadığı evin küçəyə çıxışı olan otağında ticarətlə məşqul olur və orada ətrafda olan müştərilərə gündəlik tələbat mallarının satışı ilə məşqul olur. Hər gün, saat 07 radələrində köşkü açıb, axşam saat 22 radələrində köşkü bağlayır. 17 avqust 2021-ci il tarixdə, saat 10 radələrində işlətdiyi köşkdə olarkən oraya bir nəfər orta yaşlı əvvəllər tanımadığı bir nəfər kişi gəlmiş, əvvəllər özünün də mağaza işlətdiyini, sonralar borca düşüb iflasa uğradığından mağazanı bağladığını, qalıq qalmış siqaret qutularını isə satmaq istədiyini bildirərək polietilen torbaya yığılmış müxtəlif markada siqaret qutularını ona təqdim edərək almasını xahiş etmişdir, o da həmin şəxsin xahişini nəzərə alıb təqdim etdiyi torbaya baxmış və torbada olan siqaretlərdən 100 manatlıq müxtəlif markadı, yəni «Sobranie», «Vikeroy», «Rotmas», «Vinçester» və sair markalı müxtəlif sayda siqaret qutularını hesablayıb götürmüşdür. Həmin şəxsə nəqd şəkildə 50 manat vermiş, qalan 50 manatını günün sonunda gəlib götürməsini bildirmişdir, həmin şəxsdə onunla razılaşıb getmişdir, həmin gün saat 17 radələrində o işlətdiyi köşkdə olarkən ona siqaret satan şəxs polis əməkdaşları ilə ora gəlimiş, onu və işlətdiyi köşkü göstərərək siqareti ona satdığını bildirmişdir, o da həmin vaxt adını bildiyi Tofiq adlı şəxsdən 100 manatlıq «Sobranie», «Vikeroy», «Rotmas», «Vinçester» və sair markalı siqaretlər aldığını təsdiq edərək həmin dəyərdə siqaret qutularını polis əməkdaşlarına təqdim etmişdir, polis əməkdaşları protokol tərtib edərək təqdim etdiyi siqaretləri ondan götürmüşlər. Həmin siqaretləri alarkən sonradan adının Tofiq olduğunu bildiyi şəxs həmin siqaretlərin oğurluq olmasını ona deməmişdir. Tofiq siqaretləri onun yanma tək gətirmişdir və siqaretləri Tofıqdən alarkən yanlarında başqa heç kim olmamışdır, həmçinin köşkün içərisində olduğundan onun nə il əvə hansı tərəfdən gəldiyini görməmişdir. Məhkəmə iclasında şahid qismində ifadəsi elan olunmuş Şahid3 göstərmişdir ki, Bakı şəhəri «Lombard N°l» şirkətində proqramçı işləyir, cinayət hadisəsi dövründə şirkətin Bakı şəhəri Səbail rayonu 20-ci sahənin yol dairəsində yerləşən «Lombard N2İ» mağazasında işləyib. Mağazanı hər gün səhər 09:00-da açır və saat 19:00-da bağlayır. Lombardın fəaliyyəti vətəndaşlardan girova əmlak götürüb 05-10 faiz nisbətində nəqd pul verməkdən ibarətdir. Girovla bağlı mağaza ilə vətəndaşlar arasında girov müqaviləsi bağlanılır. Təqsirləndirilən şəxs2 14 avqust 2021-ci il tarixdə işlədiyi lombarda gələrək özü ilə gətirdiyi bir ədəd «Redmi Poco-M3» markalı mobil telefonu girov qoyaraq hər ay 10 faizlə 90 manat nəqd pul götürmüşdür, mağaza həmin girovla bağlı Təqsirləndirilən şəxs2la girov müqaviləsi bağlamışdır. Bundan sonra 17 avqust 2021-ci il tarixdə, səhər saat 10 radələrində Təqsirləndirilən şəxs2 yenidən tək lombarda gəlib 93 manat nəqd şəkildə ödəyərək girovda olan mobil telefonunu götürüb getmişdir. Təqsirləndirilən şəxs2 lombarda pul ödəməyə gələrkən yanında heç kim olmamışdır. Təqsirləndirilən şəxs2 girova mobil telefon götürməklə nəqd pulun ödənməsinə dair girov biletin surəftini və onun şəxsiyyətini təsdiq edən sənədin surətini istintaqa təqdim edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, 30 avqust 2021ci il tarixdə «X36»nm yaxınlığında əri Rahimin idarə etdiyi avtomobillə yük avtomobilinin toqquşması nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əri Rahim və o xəsarət alaraq ikisi də xəstəxanaya aparılıblarmış, sonra qardaşı Elxana zəng edib maşında qalan pul və mobil telefonları götürmək üçün getməsini xahiş etmişlər, qardaşı Elxan hadisə yerinə gedib baxaraq pul və mobil telefonların maşında olmadığını görmüş yə bu barədə onlara xəbər vermişdir. Həmin mobil telefonlar və pul əri Rahimə məxsusdur, ərinin sürücülük vəsiqəsi də oğurlanmışdır, baş vermiş yol-nəqliyyat hadisəsindən xəsarət alıb müalicədə olduqlarından avtomobildən 600 manat pulun, iki ədəd mobil telefonların, ərinin sürücülük vəsiqəsinin oğurlanması barədə 8-ci PB-nə gec məlumat vermişlər. Hadisəni törətmələrini etiraf etmiş Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Tariyel oğlu bildirmişdir ki, ünvan 13 ünvanında yaşayır və ***-***-**-** mobil nömrəsini işlədir, nömrə arvadı X2 adına olsa da o işlədir. Qeyd edilən mobil nömrəni 01 sentyabr 2021-ci il tarixdən «Redmi» markalı mobil telefon cihazında işlədir. «Redmi» markalı həmin mobil telefon cihazını 01 sentyabr 2021-ci il tarixdə uzun illər tanıdığı qonşuluqda yaşayan həmyaşıd olduğu Təqsirləndirilən şəxs1 100 manata alıbmış, küçədə olarkən Eldar ona yaxınlaşıb özünə məxsus olmasını dediyi qara rəngli, işlənmiş, lakin yaxşı vəziyyətdə olan mobil telefon cihazını göstərərək pula ehtiyacı olduğundan satmaq istədiyini demiş, o da Eldarı tanıdığı üçün və telefona ehtiyacı olduğu üçün deyilən qiymətlə razılaşıb həmin telefon cihazını almışdır. Həmin telefonun oğurluq olmasını bilməmişdir və oğurluq olmasını indii bildiyindən hazırda həmin telefon cihazını istintaqa təqdim edə bilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, «BC» kateqoriyası ilə sürücülük vəsiqəsi vardır, 5-6 ildir ki, taksi sürücüsü kimi işləyir, əvvəllər başqa maşınlarla taksi sürücüsü kimi işləyirmiş, 30 iyul 2021-ci il tarixdə X5 «Toyota prius» markalı, ** NT *** dövlət qeydiyyat nişanlı avtomobili günü 25 manata icarəyə götürüb taksi fəaliyyəti ilə məşqul olmağa başlamışdır, taksi fəaliyyəti ilə məşqul olmaq üçün lisenziyası vardır və sürücülüyə aid sənədlərinin kserosurətini istintaqa təqdim edir, əsas dayanacaq yeri «Dünya market»in qarşısıdır. 10 sentyabr 2021-ci il tarixdə, saat 05:40-da o «Dünya market»in qarşısında 20-ci sahə istiqamətində yol kənarında dayanıb müştəri gözləyərkən yolun digər tərəfindən, yəni elektrik stansiyası tərəfidən bir nəfər şəxs ona yaxınlaşmışdır, həmin şəxsin sifətində qara rəngli maskası, başında «çeçenka» papaq və əynində tünd rəngli köynək və şalvar var imiş, əlində hər hansı predmet və ya kisə yox imiş, həmin şəxsi birinci dəfə imiş ki görürmüş, həmin şəxs ona yaxınlaşıb bildirmiş ki, əli ilə göstərərək «burda bir-iki veş var, onları götürüb bir-iki yerə vermək lazımdır», o soruşmuş ki, uzaqdırsa mən getmirəm, həmin şəxs demiş ki, əli ilə göstərərək «uzaq deyil, buralardır», o razılaşmış və hər hansı qiymət danışmadan həmin şəxsin göstərdiyi yolla 20-ci sahə dairəsi istiqamətdə gedib «Orxan» və «Duyma» restoranlarının arasından sağa dönmüşlər, həmin yolla təxminən 500 metr yuxarı qalxmış və onun göstərdiyi yerdə maşını saxlamışdır, həmin yerdə yol kənarında dəmir arabada və yerdə torbalarda, kisələrdə, sumkalarda qablaşdırılmış nəsə var imiş, o düşüb maşının ehtiyat yerini açmış və həmin müştəri düşüb qeyd edilən torbaları maşının baqajına yükləmişdir, araba isə orada qalıb, həmin şəxs demiş ki, «sür Cəbrayıl məktəbinin yanma, orada bir nəfər var, onu da götürək», onun dediyi ünvana maşını sürmüş, Cəbrayıl məktəbinin yanında yol kənarında dayanmış şəxsi də maşina götürmüş və soruşmuş ki, hara gedəcəyik, əvvəl minən oğlan demiş ki, «sür Muxtarov qəsəbəsinə», o həmin gün anasını Əhmədli qəsəbəsində olan Diaqnostika mərkəzinə aparmalı imiş, həm də taksi kimi işlədiyi «BOLT» şirkətinin xəttində olmalı imiş, ona görə də demiş ki, Muxtarova gedə bilməyəcək, onlarla razılaşmış ki, onları və yüklərini 20-ci sahənin dairəsində düşürsün, başqa maşınla getsinlər, o onları 20-ci sahə dairəsinə gətirib dairəni dönüb şəhər istiqamətində saxlamış, onlar gedib nömrəsini, markasını xatırlamadığı furqon maşm-taksi sürücüsü ilə danışaraq gəlib onun maşınında olan əşyaları götürüb həmin maşina yükləmişlər və o oradan sürüb gəlib öz yerində maşını saxlamışdır, onlardan ayrılandan sonra baxmış ki, oturacağın üstünə 10 manat pul atıb. Bu hadisədən sonra o həmin şəxsləri görməmişdir. Bu gün onu Səbail RPİ-nin 8-ci PB-nin əməkdaşları çağırıb həmin hadisə barədə soruşduqda o bildiklərini onlara danışıb bu barədə izahat vermişdir, polisdə olarkən ona kamera görüntüləri göstərilmiş və onun həmin şəxsləri maşınında görüntülərini görüb faktı təsdiq etmişdir. Maşınına yüklədilmiş həmin bağlamalar yolun üstündə yarı arabaya yüklənmiş, yarı da yerdə qoyulmuş vəziyyətdə imiş, yanında heç bir şəxs yox imiş, o həmin yeri əyani olaraq göstərə bilər. Bağlamalar olan yerə yaxınlıqda Zərərçəkmiş şəxs3 yoxdur, Zərərçəkmiş şəxs3lə həmin bağlamalar olan yer arasında təxminən 1 km məsafə olar. Hava toran olduğundan və həmin şəxslərin fərdi əlamətlərinə fikir vermədiyindən onların fərdi əlamətlərini deyə bilməz, lakin kamerada görəndə onlardan birini tanımışdır, onlar onun maşınında olanda bir-birlərinin adlarını çəkməmişlər, onların onun maşınına yüklədikləri bağlamalar bağlı olduğundan onlarda nələr olmasını görməmişdir. Məhkəmə iclasında şahid qismində ifadəsi elan olunmuş Şahid7 bildirmişdir ki, ailəsini dolandırmaq üçün 2021-ci ilin fevral ayından Nəsimi rayonu Rəşid Behdudov küçəsində olan Mərkəzi bankı qarşısında olan köşkdə satıcı kimi fəaliyyət göstərir. İşlədiyi köşk günün 24 saatında fəaliyyətə göstərir. O həftənin bütün günlərində səhər saat 07-dən axşam saat 24 radələrinədək tək olaraq həmin köşkdə satıcılıq fəlaiyyətini yerinə yetirir. Ondan başqa gündüz növbəsində də Həsən fəaliyyət göstərir. Onun işlədiyi köşk Ticarət Departamentinindir. onun işlədiyi köşkdə müxtəlif adda siqaretlər, sular, şirələr, un məmulatları, müxtəlif adda tumlar, qəzet-jurnallar, karandaşlar, dəftərlər və sair məktəb ləvazimatları satılır. Onun işlədiyi həmin köşkdə olan satış mallarını şirkətlərin gətirdiyi firmalardan və topdan satışlardan alırlar. Təqsirləndirilən şəxs2 əvvəllər bir neçə dəfə o işlədiyi köşkün yanında olan şəhər arası sərnişin daşıyan avtomobil dayanacağında görübmüş, hətta o Tofıqdən siqaret aldığı gündən bir neçə gün əvvəl Tofiq onun yanından keçən zaman əlində olan sumkada siqaretin olmasını deyərək əgər istəsə ona da almaq üçün siqaret gətirə biləcəyini deyibmiş. Tofıqlə onun aralarında heç bir ədavəti və düşmənçiliyi olmamışdır. 11 sentyabr 2021-ci il tarixdə, saat 06:30 radələrində həmişəki kimi o köşkdə olan zaman həmin Tofiq tək olaraq tanımadığı və nömrəsini bilmədiyi bir yaşıl rəngli taksi maşını ilə gəlib onun köşkünün qarşısında düşərək ona yaxınlaşıb əlində sumkada siqaret satdığını demişdir. O Tofıqin gəldiyi həmin taksi sürücüsünü görməmişdir, onu tanımır və adını belə bilmir. O Tofıqin satdığı siqareti haradan almasını və yaxud da oğurluq olmasını soruşduqda o, satmaq istədiyi siqaretləri tütün fabrikində işəyən qohumunun orada işədiyi üçün əmək haqqı əvəzində ona vermələrini bildirmişdir. O da Tofıqin bu sözünə inanmış və onun əlində olan sumkanı köşkün içərisinə qoyub sumkanın ağzın açaraq siqareti çıxarmışdır. Tofıqlə, onun satdığı siqaretləri almaq barədə razılaşmış, bundan sonra hər bir siqaretin qitmətini bildirərək Tofiq əlində olan həmin sumkadan 6 blok «Vinçestr», hər birin 2,10 manata, 2 blok «LD» siqareti, hər biri 2,5 manata, 8 blok «Kent», hər biri 3 manata, 1 blok «Maqna», hər biri 1,6 manata, 1 blok «Viceroy», hər biri 1,6 manata, 1 blok «Kinqston», hər biri 1,4 manata, 2 blok «Arqo», qalın, hər biri 1,4 manata, 1 blok «Bakı», hər biri 1,4 manata və 2 blok «Want» siqaretlərini 1,8 manata satmışdır. O Tofıqdən aldığı həmin siqaretlərin alışı ilə bağlı olaraq özündə əlyazma ilə bağlı qeydlərini aparmış, həmin əlyazmanı istintaqa təqdim etmişdir. İlk dəfədir ki, köşkə gətirilən siqareti almışdır. İşlədiyi köşkdə malların alışı ilə gündüz növbəsində işləyən Həsən məşqul olurmuş. Təqsirləndirilən şəxs2 siqaretləri alarkən onların oğurluq olmasını bilməmişdir, əgər bilsəyldi bu barədə hüquq mühavifə orqanlarına məlumat verəsiymiş. Siqaret aldığı Tofıqi bir neçə dəfə işlədiyi köşkün qabağında görübmüş, onun oğurluqla məşqul olmasından xəbəri olmamışdır, ona görə də Tofıqin səşsiyyət vəsiqəsinin surətini ondan almamışdır. İŞ MATERİALLARİNDA OLAN VƏ MƏHKƏMƏ BAXİŞİNDA TƏDQİQ EDİLMİŞ: İş üzrə 16 iyul 2021-ci il tarixdə keçirilmiş hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri Nərimanov rayonu AğaNeimətulla küçəsi ilə H.Əliyev prospektinin kəsişməsində yerləşən yeraltı piyada keçididir. Piyada keçidinə pilləkənlərlə düşüb qalxılır. Keçidin Montin qəsəbəsi istiqamətindən Bakı Metropaliteninin Nərimanov metrostansiyası istiqamətində getdikdə sol tərəfdə 03 ədəd ödəmə terminalı quraşdırılmışdır, terminallardan ikisi «E-Manat», biri isə "xxxx" ödəniş terminalıdır, "xxxx" terminalı qırmızı rəngdə olmaqla ortada yerləşir, qıraqlarda yerləşən «E-manat» terminalları isə göy rəngdədir. Sol tərəfdə olan «E-manat» terminalının üstünə ağ rəngli lent yapışdırılmışdır, qalan hissəsi açıq vəziyyətdədir və baxış zamanı iştirak edən Nümayəndə3 lent çəkilmiş həmin terminalı göstərərək 16 iyul 2021-ci il tarixdə həmin terminaldan pulların oğurlandığını bildirmişdir. Nümayəndə3 həmin terminalın qapısını açıb içəri hissəsində olan sarımtıl rəngli plastik detalı göstərib bildirmiş ki, pul kaseti adlanan hissə orada yerləşir və oğurluq edən şəxs pulu həmin yerdən götürmüşdür. Hadisə yerinin və terminalların fotoşəkilləri çəkilərək bu barədə tərtib edilmiş protokola əlavə edilmişdir. İş üzrə Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə 30 avqust 2021-ci il tarixdə keçirilmiş hadisə yerinə baxış protokolundan görünür ki, oğurluq hadisəsi Bakı şəhəri Səbail rayonu İstiqlaliyyət küçəsi-45/47 ünvanında, avtobus dayanacağının içində quraşdırılmış "xxxx" ödəmə terminalının aparıtndan edilmişdir. MMC-nin nümayəndəsi Nümayəndə1 həmin apparatı göstərib bildirmiş ki, 30 avqust 2021-ci il tarixdə, saat 07:50 radələrində həmin "xxxx" aparatının sındırılması nəticəsində içərisində 410 manat 80 qəpik pulun oğurlanmasını, eyni zamanda aparatın ehtiyat hissələrinin yararsız hala salınmasını, 1 ədəd pul yerləşən kassetin oğurlandığını aşkar etdiklərini və oğurluq nəticəsində Zərərçəkmiş şəxs2 MMC-yə 1530 manat 80 qəpik maddi ziyan vurulmasını bildirmişdir. Baxış zamanı hadisə yerindən bir ədəd vintaçan alət və əlbarmaq izləri qablaşdırılaraq götürülmüşdüur. Hadisə yerinin və "xxxx" aparatının fotoşəkilləri çəkilərək bu barədə tərtib edilmiş protokola əlavə edilmişdir. İş üzrə zərərçəkmiş X6 iştirakı ilə 03 sentyabr 2021-ci il tarixdə keçirilmiş hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri Bakı-Salyan avtomobil yolunun sola dönmə hərəkətləri etmək üçün nəzərdə tutulmuş dairənin sağ hissəsində, X36 istiqamətində gedən yolun olduğu yerdir. Zərərçəkmiş R.M.Dövlətov həmin yeri göstərib yol-nəqliyyat hadisəsindən sonra avtomaşının həmin yerdə qaldığını və avtomaşının salonunda olmuş iki ədəd mobil telefon cihazının, 600 manat pulun, sürücülük vəsiqəsinin həmin yerdən naməlum şəxs(lər) tərəfindən oğurlandığını bildirmişdir. Hadisə yerinin fotoşəkilləri çəkilərək bu barədə tərtib edilmiş protokola əlavə edilmişdir. İş üzrə zərərçəkmiş X10 iştirakı ilə 04 sentyabr 2021-ci il tarixdə keçirilmiş hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsi E.Əzizov küçəsi-39 ünvanında yerləşən ərzaq mağazasıdır, mağaza yol kənarında yerləşir, sahəsi 17 m2-dır, giriş qapısı dəmir jalüzdür, mağazanın küçəyə açılan dəmir barmaqlıqlarla pəncərəsi vardır, mağazanın içərisində olan ərzaq malları dağınıq haldadır. Hadisə yerinin fotoşəkilləri çəkilərək bu barədə tərtib edilmiş protokola əlavə edilmişdir. Zərərçəkmiş şəxs4 MMC-dən təqdim edilmiş İD 3805 terminalının xx.xx.2021 -ci il, saat 18:00:00-dan həmin gün 23:59:59 müddətində inkassa tarixi hesabatından görünür ki, saat 18:47:24-də terminaldan 24 ədəd 1 manatlıq, 10 ədəd 5 manatlıq, 3 ədəd 10 manatlıq, 22 ədəd 20 manatlıq, 8 ədəd 50 manatlıq, 9 ədəd 100 manatlıq, cəmi 76 ədəd əskinaslarla ümumilikdə 1844 manat pul götürülmüşdür. Zərərçəkmiş şəxs2 MMC-nin əməkdaşlarının tərtib etdikləri 30 avqust 2021-ci il tarixli dəymiş ziyan barədə aktdan görünür ki, Səbail rayonu İstiqlaliyyət küçəsi-45/47 ünvanında avtobus dayanacağında quraşdırılmış MMC-nin şəxsi mülkiyyətində olan 20004 saylı ödəmə terminalının içərisində olan nəqd pulu oğurlamaq üçün aparatın qapısının üzərində yerləşən, kartın düşməsi üçün hazırlanmış boşluğu bağlayan hissəni dəmir alətdən istifadə etməklə sındırılmış və 50 manat dəyərində inkassasiya qapısının «Gerion» daxili kilidi sökərək qapını açmışlar, sonra aparatın daxilində quraşdırılmış 300 manat dəyərində pul kassetini daxilində olan 410 manat 80 qəpik nəqd pula birlikdə oğurlamışlar. Ödəmə aparatının pul kassetinin üzərində quraşdırılmış 300 manat dəyərində cahsin, 220 manat dəyərində cashbox cihazlarını zədələyərək sındırmışlar. Ödəmə aparatının təmiri və bərpası üçün 250 manat vəsait istifadə ediləcək. Cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs2 MMC şirkətinə 1530 manat 80 qəpik məbləğində maddi ziyan vurulmuşdur. İş üzrə 17 avqust 2021-ci il tarixdə təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Səbail rayonu Bayıl qəsəbəsi İ.Məmmədov küçəsi-2A ünvanında yerləşən "xxxx"dən oğurladıqları əşyaların arasında olmuş və əşyaları apararkən lazımsız bilib atdıqları «Veri Fom VX680» bank üçün ödəmə terminalı Səbail rayonu G.Əliyev küçəsində, «Dəmirçilər» məhləsinin girişində, «qamışlıq» adlanan yerdən götürülmüş və istintaq hərəkətinin fotoşəkilləri çəkilərək bu barədə tərtib edilmiş protokola əlavə edilmişdir. İş üzrə 17 avqust 2021-ci il tarixdə təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Səbail rayonu Bayıl qəsəbəsi İ.Məmmədov küçəsi-2A ünvanında yerləşən "xxxx"dən oğurladıqları tütün məhsullarının bir hissəsi Təqsirləndirilən şəxs2 yaşadığı Səbail rayonu A.İsmayılov küçəsi ev-22 ünvanından götürülmüş və istintaq hərəkətinin fotoşəkilləri çəkilərək bu barədə tərtib edilmiş protokola əlavə edilmişdir. İş üzrə 17 avqust 2021-ci il tarixdə təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Səbail rayonu Bayıl qəsəbəsi İ.Məmmədov küçəsi-2A ünvanında yerləşən "xxxx"dən oğurladıqları və Səbail rayonu E.Əzizov küçəsində yerləşən marketə satdıqları 15 qutu siqaretlər həmin marketi işlədən Şahid2 götürülmüş və istintaq hərəkətinin fotoşəkilləri çəkilərək bu barədə tərtib edilmiş protokola əlavə edilmişdir. İş üzrə 17 avqust 2021-ci il tarixdə təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Səbail rayonu Bayıl qəsəbəsi İ.Məmmədov küçəsi-2A ünvanında yerləşən "xxxx"dən oğurladıqları və Səbail rayonu Azadlıq prospekti-2 ünvanında yerləşən avtobus dayanacağında fəaliyyət göstərən köşkə satdıqları 23 qutu «Kent» və 24 qutu «Vinçestr» markalı siqaretlər həmin köşkün satıcısı Şahid1 götürülmüş və istintaq hərəkətinin fotoşəkilləri çəkilərək bu barədə tərtib edilmiş protokola əlavə edilmişdir. İş üzrə Şahid5 22 noyabr 2021-ci il tarixdə könüllü olaraq təqdim etdiyi, bir ədəd qara rəngli, «Redmi-Not 8» markalı, işlənmiş, lakin işlədilmək üçün yararlı vəziyyətdə olan **********93859/00 **********93854 İMEİ kodlu mobil telefon cihazını istintaqa təqdim etmiş və həmin mobil telefon ondan götürülmüşdür. İş üzrə araşdırma aparılarkən şübhəli şəxs Təqsirləndirilən şəxs2, 10 sentyabr 2021ci il tarixdə Səbail rayonu Bayıl qəsəbəsi Yüzbəy Mürsəlov küçəsi-10A ünvanında yerləşən "xxxx"dən oğurladığı və kirayədə qaldığı ünvan 20 ünvanında gizlədərək saxladığı və istintaqa təqdim etdiyi seyfin 1 ədəd kilidi, 1 ədəd «Nikvision» markalı videoötürücü, 2 ədəd "xxxx" markalı kompüterin prosessorları təhqiqatçı tərəfindən götürülmüş və onlara baxış keçirilərək fotoşəkilləri çəkilib bu barədə tərtib edilmiş protokola əlavə edilmişdir. Nərimanov RPİ-nin 17-ci Polis şöbəsindən daxil olmuş, Zərərçəkmiş şəxs4 MMC-dən təqdim edilmiş İD 3805 terminalından oğurluq edilməsinin videogörüntüləri ilə olan bir ədəd «CD-R» diskinə Təqsirləndirilən şəxs2 iştirakı ilə keçirilmiş baxış protokolundan görünür ki, videogörüntü 6 hissədən ibarətdir, videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs2 16 iyul 2021-ci il tarixdə Nərimanov rayonu AğaNemətulla küçəsi ilə H.Əliyev prospektinin kəsişməsində yerləşən yeraltı keçiddə quraşdırılmış «E Manat» terminalından oğurluq edərək oranı tərk edir. Diskə baxışda iştirak edən Təqsirləndirilən şəxs2 etiraf edərək bildirmişdir ki, görüntülərdə görünən şəxs odur və həqiqətən yeraltı keçiddə quraşdırılmış «E Manat» terminalını sındıraraq oradan 1844 manat pulu oğurlayıb yeraltı keçidi tərk edir. İş üzrə 17 avqust 2021-ci il tarixdə Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsi İ.Məmmədov küçəsi-2A ünvanında yerləşən "xxxx"dən edilmiş oğurluq faktı üzrə zərərçəkmiş X3 təqdim etdiyi və cinayət hadisəsinin videogörüntüləri olan bir ədəd DVD diskinə baxış keçirilmişdir. Diskdə 03 ədəd fayl vardır ki, onlardan biri 26 saniyə, ikincisi 28 saniyə, üçüncüsü isə 01 dəqiqə davam edir. Görüntülərdə, 17 avqust 2021-ci il tarixdə, saat 03:20 radələrində bir nəfər kişinin ilk öncə həmin "xxxx"in giriş qapısının sol tərəfində, kassa aparatının arxa hissəsində yerləşən divara asılan qutunu oradan çıxararaq sərin sular olan hissəyə aparması, orada qutunun içərisində olan tütün məhsullarını digər bir kağız qutuya yığması, növbəti görüntülərdə marketdən oğurladığı və qutuya yığdığı tütün məhsullarını, enerji içkilərini ərzaq məhsulları satılan hissədə olan balaca pəncərədən çölə daşıması müşahidə olunur. 18 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanılan zaman Təqsirləndirilən şəxs2 Səbail rayonu Bayıl qəsəbəsi İ.Məmmədov küçəsi-2A ünvanında yerləşən "xxxx" mağazasının qarşısına gəlmiş və mağazanın binasına girdiyi 0,4x0,5m ölçüdə plastik materialdan pəncərəni, həmin pəncərənin dəmir barmaqlıqlarını yaxınlıqda olan tikinti yerindən götürdüyü dəmir linglə qırdığını, mağazanın binasına girdikdən sonra siqaretləri, enerji içkilərini, kassadan pulları götürdüyü yerləri, sonra həmin oğurladığı əşyaları yığdığı torbaları çıxararaq kənada pusquda dayanan Təqsirləndirilən şəxs1 Qazıcxanoviçə verməsini, sonra qayıdıb enerji içkiləri olan kaseti götürüb pəncərədən çıxaraq Təqsirləndirilən şəxs1 yanma gedib oğurladıqları torbalarda olan əşyaları daşıyaraq oradan uzaqlaşmalarını və Təqsirləndirilən şəxs1 yaşadığı ünvana aparmalarını, onları satdıqları ünvanları əyani olaraq göstərmişdir, ifadənin yerində yoxlanmasının fotoşəkilləri çəkilərək bu barədə tərtib edilmiş protokola əlavə edilmişdir. 18 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlandan zaman Təqsirləndirilən şəxs1 Səbail rayonu Bayıl qəsəbəsi İ.Məmmədov küçəsi-2A ünvanında yerləşən "xxxx" mağazasının qarşısına gəlmiş və tanışı Təqsirləndirilən şəxs2 mağazanın binasına girdiyi pəncərəni, həmin pəncərənin dəmir barmaqlıqlarını yaxınlıqda olan tikinti yerindən götürdüyü dəmir linglə qırmasını, onun isə binanın beton dirəklərinin yanında pusquda dayanmasını, Eldarın içəridən oğurlayıb yığdığı torbalarda olan əşyaları pəncərədən ondan alıb pusquda durduğu yerə aparmasını, sonra Təqsirləndirilən şəxs2 bir kasset enerji içkisini də götürüb həmin pəncərədən çıxıb onun yanma gəlməsini, ikisi birlikdə Bayıl qəsəbəsinin qaranlıq küçələri ilə «Akapen» adlanan əraziyə getmələrini, orada olan «qamışlıq»da əyləşib oğurladıqları enerji içkisindən içərkən Toflqin oğurladığı torbada olan posterminalı görüb içində heç nə olmadığını fikirləşib ora atmasını, oradan onun evinə getmələrini, səhərisi ikisi birlikdə oğurladıqları siqaretləri satdıqları ünvanları əyani olaraq göstərmişdir, ifadənin yerində yoxlanmasının fotoşəkilləri çəkilərək bu barədə tərtib edilmiş protokola əlavə edilmişdir. 24 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 ifadəsi tərəfimdən yerində yoxlandan zaman o Səbail rayonu Yüzbəy Mürsəlov küçəsi-10A ünvanında yerləşən "xxxx" mağazasının qarşısına gəlib mağazanın giriş qapısına özü ilə gətirdiyi vintaçanla müdaxilə edib açmasını, oradan içəri girib qapının sağ tərəfində olan piştaxtanın yanında olan «DVR» videogörüntü aparatını çıxardığı yeri, sonra mağazanın arxa tərəfində olan giriş qapısını göstərib həmin qapını sındırmasını, orada olan dləmir şkafdakı müxtəlif markalı siqaret qutularını, bir ədəd bağlı vəziyyətdə olan seyfi götürdüyü yeri, sonra mağazanın salonundan kərə yağlarını, quru çay qutularını, toyuq ətlərini, enerji içkilərini, müxtəlif markalı tütün məhsullarını oğurladığı yerləri və sonra oğurladığı əşyaları mağazaya məxsus əl arabasına yükləyərək oradan çıxarıb Y.Mürsəlov küçəsi-21 ünvanına aparıb orada saxladığı yeri, oradan piyada gəlib «Toyota prius» markalı taksi saxladıb gələrək həmin əşyaları apardığı yeri, sonra digər tanımadığı taksi ilə gəlib həmin oğurluq malları götürüb Mərkəzi Bankın yanında olan dayanacaqda quraşdırılmış köşkdə 150 manata müxtəlif markalarda siqaretləri satdığı yeri və şəxsi, sonra oğurladığı dəmir seyi apardığı və açdıqdan sonra içərisindəki pulları götürdüyü yeri və sonra həmin seyfi kirayə qaldığı Xətai rayonu kənd Əhmədli, 7-ci küçədə yerləşən evin yaxınlığında olan zibil qutusun əyani olaraq göstərdi və onun göstərdiyi yerlərdə fotoşəkilləri çəkilərək bu barədə tərtib edilmiş protokola əlavə edildi. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 22 sentyabr 2021-ci il tarixli, 9/6046 nömrəli rəyindən görünür ki, AR aksiz markası ilə markalanmış «Sobranie» markalı (ağ nazik) siqaretin 1 qutusu 3,80 manat, AR aksiz markası ilə markalanmış «Viceroy Nseries» markalı (qara nazik) siqaretin 1 qutusu 2 manat, AR aksiz markası ilə markalanmış «X37» markalı (qara nazik) siqaretin 1 qutusu 2,20 manat, AR aksiz markası ilə markalanmış «Kent 1» markalı (qara nazik) siqaretin 1 qutusu 3,60 manat, AR aksiz markası ilə markalanmış «Kent silver» markalı (boz qalın) siqaretin 1 qutusu 3,60 manat, AR aksiz markası ilə markalanmış «Winchester blue» markalı (göy nazik) siqaretin 1 qutusu 2,50 manat, AR aksiz markası ilə markalanmış «Winchester compast» markalı (ağ qalın) siqaretin 1 qutusu 2,50 manat, AR aksiz markası ilə markalanmış «Arqo Nano slim» markalı (qara nazik) siqaretin 1 qutusu 1,80 manat, AR aksiz markası ilə markalanmış «Arqo compast» markalı (boz qalın) siqaretin 1 qutusu 1,80 manat, AR aksiz markası ilə markalanmış «Kingston king size» markalı (qara qalın) siqaretin 1 qutusu 2 manat, AR aksiz markası ilə markalanmış «İmperial Classik silver» markalı ( boz qalın) siqaretin 1 qutusu 2,20 manat, AR aksiz markası ilə markalanmış «Rothmans» markalı (qara qalın) siqaretin 1 qutusu 2,50 manat, «Verifone» markalı, «VX680» model, **********64389 İMEİ kodlu istifadədə olmuş post terminal 80 manat. Ekspertiza tədqiqatına təqdim edilmiş malların 2021-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 110,50 manat müəyyən edilir. Zərərçəkmiş şəxs2 MMC şirkətinə məxsus "xxxx" aparatından pul oğurlanması nəticəsində vurulmuş ziyanla əlaqədar keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 19 noyabr 2021-ci il tarixli, 9/7885 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən Zərərçəkmiş şəxs2 MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktından göründüyü kimi malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq dəymiş ziyanın məbləği nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir; Zərərçəkmiş şəxs2 MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktından göründüyü kimi MMC-nin şəxsi mülkiyyətində olan 20004 saylı ödəmə terminalına dəymiş ziyanın məbləği 1120,00 manat müəyyən edilir. O cümlədən, 1 ədəd pul kaseti - 300,00 manat; 1 ədəd pul kasetinin üzərinə quraşdırılmış cahsin - 300,00 manat; 1 ədəd cashbox cihazı - 220,00 manat; ödəmə aparatının təmiri və bərpası - 250,00 manat. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 10 dekabr 2021-ci il tarixli, 9/8459 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd qara rəngli, 64 GB yaddaş tutumlu, «Redmi» markalı, «M1908C3JG» modelli telefonun istifadədə olması və satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması nəzərə alınmaqla 2021-ci ilin avqust ayına olan orta bazar qiyməti təxminən 180,00 müəyyən olunur. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 28 oktyabr 2021-ci il tarixli, 5/1094-9/6948 nömrəli rəyindən görünür ki, təqdim edilmiş «Hikvision» markalı, «DS-7108HQHİ-K1» modeli, «C76299551» seriya nömrəli səkkiz kanalı müşahidə kameralarından videogörüntüləri qeydə alan bir ədəd «DVR» tipli cihaz hal-hazırda işlək vəziyyətdədir və cihazda quraşdırılmış tarix göstəricisi real tarixə uyğundur. Tədqiq olunan "xxxx" markalı, «V530S-07İCB» modeli «00229887» seriya nömrəli və "xxxx" markalı «V530S-07İCB» modeli, «00229871» seriya nömrəli «desktop» tipli kompüter sistem blokları hal-hazırda işlək vəziyyətdədirlər. Təqdim edilmiş «Hikvision» markalı, «DS-7108HQHİ-K1» modeli «C76299551» seriya nömrəli səkkiz kanalı müşahidə kameralarından görüntüləri qeydə alan «DVR» tipli cihazın yaddaşında 09 sentyabr 2021-ci il tarixdə, saat 22:00:00 radələrindən 10 sentyabr 2021-ci il tarixdə, saat 03:47:44 radələrədək zaman intervalında olan videofayllar müəyyən olundu(bax rəyə əlavə olunmuş iki ədəd DVD-R diskə). Bakı şəhərində yerləşən ticarət mərkəzlərində və mağazalarda, eləcə də köhnə işlənmiş və təzə vəziyyətdə kompüter avadanlıqlarının satışı məntəqələrində mövcud olan qiymətlərə əsasən, ekspertizaya təqdim edilən tədqiqat obyektlərinin, 10 sentyabr 2021-ci il tarixə, respublikadaxili orta bazar pərakəndəsatış qiymətləri təxminən aşağıdakı kimi müəyyən edilir: -1 ədəd üzərində "xxxx" markalı, «V530S-07İCB» modeli «00229887» seriya nömrəli markalanma yazıları olan, xarici görünüşünə görə əvvəllər istifadə olunmuş, gövdəsi qara rəngdə, fərdi istifadə üçün nəzərdə tutulmuş «desktop» tipli kompüter sistem blokunun təzəsi 850,00 manat, istismar müddəti və köhnəlməsini nəzərə alaraq təxminən 680,00 manat müəyyən edilir; -1 ədəd üzərində "xxxx" markalı «V530S-07İCB» modeli «00229871» seriya nömrəli markalanma yazıları olan, xarici görünüşünə görə əvvəllər istifadədə olmuş, gövdəsi qara rəngdə, fərdi istifadə üçün nəzərdə tutulmuş «desktop» tipli kompüter sistem blokunun təzəsi 850,00 manat, istismar müddətini və köhnəlməsini nəzərə alaraq təxminən 680,00 manat müəyyən edilir; -1 ədəd üzərində «Hikvision», «DS-7108HQHİ-K1» model markalanma yazıları olan, xarici görünüşünə görə əvvəllər istifadədə olmuş, gövdəsi plasmasdan gümüşü rəngli, daxilində 2 TB yaddaş qurğusu ilə birlikdə «DVR» tipli cihazın hazırkı vəziyyətdə qiyməti 200,00 manat. Mərkəzdə ekspertiza tədqiqatına təqdim edilmiş seyf qutusunun kilid hissəsinin qiyməti və qərarın təsviri hissəsində onun markası, modeli, yararlı olub-olmaması və istismar müddəti barədə məlumat olmadığından tədqiqat və qiymətləndirmə aparılmadı. İş üzrə Zərərçəkmiş şəxs4 MMC-dən təqdim edilmiş İD 3805 terminalından oğurluq edilməsinin videogörüntüləri ilə olan 1 ədəd «CD-R» diskinin; 17 avqust 2021-ci il tarixdə Səbail rayonu Bayıl qəsəbəsi İ.Məmmədov küçəsi-2A ünvanında yerləşən Zərərçəkmiş şəxs3mağazasından oğurlanmış və Səbail rayonu G.Əliyev küçəsində olan «Dəmirçilər» məhləsindən, yaşıllıq adlanan yerdən götürülmüş 1 ədəd «Veri Fom VX680» nişanlaması ilə bank ödəmə terminalının; Təqsirləndirilən şəxs1 yaşadığı Səbail rayonu A.İsmayılov küçəsi ev-22 ünvanından götürülmüş və sahibinə qaytarılmış açıq qutularda müxtəlif markalı siqaretlərin; ünvan 22 ünvanında yaşayan Şahid2 təqdim etməsi ilə ondan götürülmüş və sahibinə qaytarılmış 15 qutu müxtəlif markalarda siqaretlərin; Səbail rayonu Azadlıq prospekti-2 ünvanında yerləşən avtobus dayanacağında quraşdırılmış köşkdən, satıcı Şahid1 Əlhüseyn oğlunun təqdim etməsi ilə ondan götürülmüş və sahibinə qaytarılmış 23 qutu «Kent» və 24 qutu «Winchester» markalı siqaretlərin, zərərçəkmiş X3 təqdim etdiyi və cinayət hadisəsinin videogörüntüləri olan bir ədəd DVD diskinin; 10 sentyabr 2021-ci il tarixdə Səbail rayonu Y.Mürsəlov küçəsi-10A ünvanında yerləşən Zərərçəkmiş şəxs3 mağazasından oğurlanmış və Təqsirləndirilən şəxs2 kirayədə qaldığı ünvan 20 ünvanından götürüb təqdim etməklə ondan götürülmüş «Hikvision» markalı, «DS-7108HQHİ-K1» modeli, «C76299551» seriya nömrəli səkkiz kanallı müşahidə kameralarından videogörüntüləri qeydə alan 1 ədəd «DVR» tipli cihazın, "xxxx" markalı, «V530S-07İCB» modelli «00229887» seriya nömrəli və "xxxx" markalı «V530S-07İCB» modelli, «00229871» seriya nömrəli «desktop» tipli 2 ədəd kompüter sistem bloklarının, dəmir seyfin 1 ədəd kilidinin; 30 avqust 2021-ci il tarixdə Səbail rayonu «X24»nin yaxınlığında qəzaya uğramış avtomaşından oğurlanmış zərərçəkmiş Dövlətov Rahim maxsud oğluna məxsus və əməliyyat yolu ilə götürülmüş 1 ədəd qara rəngli, 64 GB yaddaş tutumlu, «Redmi» markalı, «M1908C3JG» modelli telefon cihazının maddi sübut hesab edilmələri, siqaretlərin sahiblərinə qaytarılması, digərlərinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. İş üzrə Səbail rayon 149 saylı MİKS-dən alınmış arayış və xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 24 ünvanda yaşayır və yaşadığı müddət ərzində ondan MİKS-ə hər hansı şikayət daxil olmamışdır. İş üzrə Səbail rayon 149 saylı MİKS-dən alınmış arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 25 ünvanda yaşayır və yaşadığı müddət ərzində ondan MİKS-ə hər hansı şikayət daxil olmamışdır. Elektron Məhkəmə Portalının çıxarışında görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2008-ci il təvəllüdlü X12 adlı azyaşlı övladı var. 23 sentyabr 2021-ci il tarixdə, saat 21:30 dəqiqədə Təqsirləndirilən şəxs2 tərəfimdən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə şübhə edilən şəxs kimi tutulmuş və saxlanılması üçün Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir. 25 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs2 barəsində Səbail rayon Məhkəməsinin 25 sentyabr 2021-ci il tarixli qərarı ilə 02 ay 27 gün müddətinə, yəni 20 dekabr 2021-ci il tarixə kimi «həbs» qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs1 Qazixanoviç 18 avqust 2021-ci il tarixdən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə şübhə edilən şəxs kimi tutulmuş, 20 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Qazixanoviç təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələrində nəzərdə tutulan ittiham elan edilərək barəsində 03 ay müddətinə «həbs» qətimkan tədbiri seçilməsinə dair vəsatət ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən Səbail rayon prokuroru, baş ədliyyə müşaviri Natiq Əsədov tərəfindən təmin edilmədən rədd edilmiş və dərhal həbsdən azad edilərək barəsində həbslə əlaqədar olmayan başqa növ qətimkan tədbiri seçilməsi məsələsinin həll edilməs göstərişi verilmişdir, təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxslərin nümayəndələrinin, şahidlərin ifadələrini, ekspertiza rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 maddələri ilə düzgün tövsif edilmiş, onların həmin maddələrdə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirləri sübuta yetirilmişdir və onlar törətdikləri cinayət əməllərinə görə təqsirli bilinib cəzalandırılmalıdırlar. Onların hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Eyni zamanda məhkəmə və məhkəməyədək istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ittiham olunduğu əməl üzrə özlərini təqsirli bilmiş və müdafiəsi ilə əlaqədar dəlil gətirməmişlər. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. İş materialında olan tələbnamədən və hökmün surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər dəfələrlə məhkum olunmaqla, sonuncu dəfə Səbail rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə təqsirli bilinib 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs2 hazırki cinayət əməllərindən ilk epizodu 16 iyul 2021-ci il tarixdə, sonucunu isə 10 sentyabr 2021-ci il tarixdə törətmişdir, belə olan halda, onun əməlində cinayətlərin residivinin olması müəyyən edilir və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən cəza təyin olunarkən ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkumluğun anlayışı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən aşağıdakı kimi verilmişdir: cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Məcəllənin 83.3.3ci maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cinayətin residivini, o cümlədən, qabaqcadan əlbir olaraq bir qrup şəxs halında cinayət törətməsini nəzərə alaraq, hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs2 islah olunması mümkün deyil və ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə, eyni zamanda, Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşman olmasını, əməlini etiraf etməsini, himayəsində və bir azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 hərəkətlərində cinayətin residivi yarandığı üçün ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməli, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 353.4.8-ci və 353.4.12-ci maddələrinin tələbləri baxımından təyin ediləcək cəzanın əvvəli onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 23 sentyabr 2021-ci il tarixdən tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 18 avqust 2021-ci il tarixdən, 20 avqust 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş əsas cəza müddətindən çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. İş materialında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 sonuncu dəfə Səbail rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.3, 69.3-cü maddələri ilə təqsirli bilinib 02 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, sonra Səbail rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə Qaradağ rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 06 ay 09 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılıb. Təqsirləndirilən şəxs1 hazırki cinayət əməlini epizodu 16 avqust 2021-ci il tarixdə törətmişdir, belə olan halda, onun əməlində cinayətlərin residivinin olması müəyyən edilir və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən cəza təyin olunarkən ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkumluğun anlayışı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən aşağıdakı kimi verilmişdir: cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Məcəllənin 83.3.3ci maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cinayətin residivini, o cümlədən, qabaqcadan əlbir olaraq bir qrup şəxs halında cinayət törətməsini nəzərə alaraq, hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs1 islah olunması mümkün deyil və ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə, eyni zamanda, Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasını, əməlini etiraf etməsini, cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, əməlində cinayətlərin residivinin müəyyən olunmasını, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etməsini nəzərə alaraq, hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs1 islah olunması mümkün deyildir və islah olunması məqsədilə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 hərəkətlərində cinayətin residivi yarandığı üçün ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməlidir. Məhkəmə, həmçinin, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrumetmə cəzasına təyin olunduğunu bu səbəbdən seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilməklə həbs qətimkan tədbirinin seçilməsini, hökm qanuni qüvvəyə minənədək seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını və cəzaçəkməsinin əvvəlinin hökmün elan olunduğu, 16 iyun 2022-ci il tarixdən hesablanmasını əsaslı hesab edir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 18 avqust 2021-ci il tarixdən, 20 avqust 2021-ci il tarixədək, 03 sentyabr 2021-ci il tarixdən, 05 sentyabr 2021ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş əsas cəza müddətindən çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Bundan başqa məhkəmə, aşağıdakılara görə hesab edir ki, zərərçəkmiş şəxsin nümayəndəsi (mülki iddiaçı) Nümayəndə1 təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs2 qarşı maddi zərərin ödənilməsinə dair verilmiş mülki iddiası əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 89-cu maddəsinin tələblərinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinin tələblərinə əsasən əmlaka vurulmuş ziyana görə fiziki şəxs cinayət mühakimə icraatı zamanı “ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda” mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 80-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Hazırki, tələb bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğundan, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş Komtec LTD MMC Təqsirləndirilən şəxs2 onun tərəfindən vurulmuş maddi ziyan həcmində ziyanın ödənilməsini tələb edir. Təqsirləndirilən şəxs2 zərərçəkmiş Komtec LTD MMC-yə maddi ziyanın vurulması ilə əlaqədar ittiham elan olunmuşdur. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs2 tərəfindən ödənilməmiş və ona aid olan ziyan məbləğinin 765 (yeddi yüz altmış beş) manat 40 (qırx) qəpik hissəsinin ondan tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Komtec LTD MMC-yə ödənilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 yanvar 2010-cu il tarixli, 21 saylı qərarına əsasən Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxslərin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut hesab edilmiş tütün məhsulları sahiblərinə qaytarılmasının nəzərə alınması, “Redmi” markalı mobil telefon cihazı zərərçəkmiş şəxs X7 qaytarılmasını, 1 ədəd seyf kilidinin, 1 ədəd “Nikvision” markalı videoötürücünün, 2 ədəd "xxxx" markalı kompüterin sistem bloklarının zərərçəkmiş AL Market MMC-yə qaytarılmasını, 02 ədəd ədəd disk və 1 ədəd bank kartı cinayət işinin materiallarında saxlanılması, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyərinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 105 (yüz beş) manat, Təqsirləndirilən şəxs1 105 (yüz beş) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülməsi məqsədəmüvafiqdir. İş üzrə üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 11 (on bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 18 avqust 2021-ci il tarixdən, 20 avqust 2021-ci il tarixədək, 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddət çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 10 (on) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkməsinin əvvəli tutulduğu vaxtdan, yəni 23 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 18 avqust 2021-ci il tarixdən, 20 avqust 2021-ci il tarixədək, 03 sentyabr 2021-ci il tarixdən, 05 sentyabr 2021-ci il tarixədək, 04 (dörd) gün şübhəli şəxs qismində tutulduğu müddət çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanın əvvəli hökm elan edildiyi gündən, yəni 16 iyun 2022-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxsin nümayəndəsi (mülki iddiaçı) Nümayəndə1 təqsirləndirilən Təqsirləndirilən şəxs2 qarşı mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs2 765 (yeddi yüz altmış beş) manat 40 (qırx) qəpik maddi ziyan tutularaq zərərçəkmiş və mülki iddiaçı Komtec LTD MMC-yə ödənilsin. İş üzrə maddi sübut hesab edilmiş tütün məhsulları sahiblərinə qaytarılması nəzərə alınsın, “Redmi” markalı mobil telefon cihazı zərərçəkmiş şəxs X7 qaytarılsın, 1 ədəd seyf kilidi, 1 ədəd “Nikvision” markalı videoötürücü, 2 ədəd "xxxx" markalı kompüterin sistem blokları zərərçəkmiş AL Market MMC-yə qaytarılsın, 02 ədəd ədəd disk və 1 ədəd bank kartı cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 105 (yüz beş) manat, Təqsirləndirilən şəxs1ndan 105 (yüz beş) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 Qazixanoviçin hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə 540 (beş yüz qırx) manat pul vəsaiti, Müdafiəçi3 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə 540 (beş yüz qırx) manat pul vəsaiti dövlət büdcəsindən tutulub Bakı şəhəri 3 saylı Vəkil Bürosunun “Kapital Bank”-ın 1 saylı Səbail rayon filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-62/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-62/2022
16.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver