Məhkəmə qərarları › İş №1(009)-63/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-63/2022

13.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-63/2022 13.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Zərərçəkmiş şəxsin hüquqi varisi: X3, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1975-ci ildə Qubadlı rayon Tarovlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də usta vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, vəzifəli şəxs olmaqla işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Elan olunmuş ittihama görə Təqsirləndirilən şəxs, 11 iyun 2020-ci il tarixdən Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsi 39 ünvanında yerləşən "xxxx" MMC-də baş usta vəzifəsində işləyərkən, “Elektrik təhlükəsizliyi, ümumi tələblər” 12.1.019-79 DÜST-ün 3.4.1 bəndinin və “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizə qaydaları”nın 12 və 14-cü bəndlərinin tələblərini pozmaqla öz işinə vicdansız və laqeyd münasibət göstərərək öz əməlinin başqasının ölümünə səbəb olacağı imkanını lazımı diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, bunu görməyərək öz xidməti vəzifəsini lazımı qaydada yerinə yetirməyib, 03 iyul 2021-ci il tarixdə saat 15 radələrində həmin MMC-də fəhlə işləyən, istismarda olan hava elektrik xəttində elektrik enerjisinin verilişi dayandırılmadan və tələb olunan digər texniki və təşkilati tərkibli təhlükəsizlik tədbirləri təmin edilmədən, xüsusi nəzəri və praktiki hazırlıq keçməmiş, biliyi yoxlanılmamış və elektrik qurğularında işləməsinə icazəsi olmayan Zərərçəkmiş şəxs Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsi 39 ünvanında yerləşən "xxxx" restoranının dam örtüyünün yaxınlığından keçərək restoranın fasad hissəsinə sallanmış optik kabelin dartılıb bərkidilməsinə yəni, gərginlik altında olan 6 kV-luq hava elektrik xəttinin yaxınlığında işlərin görülməsinə göstəriş vermiş, sonuncu qeyd olunan işi görərkən baş nahiyyəsinin elektrik cərəyanı xəttinə dəyməsi ilə alın nahiyyəsində, sağ gözətrafı yumşaq toxumalarda, burun yəhəri və burunun sağ və sol yan çəpərləri üzərində və sağ ayaq pəncəsinin İ barmağının ayaqaltı səthində elektrik daşıyıcısı ilə bilavasitə təmasda olmağa dəlalət edə biləcək xəsarətlər almış, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs elektrik cəryanının orqanizmə ümumi təsiri nəticəsində ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, 2020-ci il tarixdən hal hazıradək yaşadığı evinin yaxınlığında fəaliyyət göstərən "xxxx" MMC-də 11 iyun 2020-ci il tarixli rəsmi əmək müqaviləsi əsasında usta, əyləc fəhləsi işləmişdir. Fəaliyyət göstərdiyi MMC əsasən döşəmə daşları olan tamet, divar üzlüklərinin istehsalı və sair ilə məşğul olmuşdur. Onun vəzifəsi MMC-də üzlük daşların hazırlanması üçün zəruri olan texnoloji qarışıqları hazırlanmasını təşkil etməkdən ibarətdir. Onunla birlikdə həmin MMC-də Zərərçəkmiş şəxs da fəhlə kimi 16 iyul 2020-ci il tarixli əmək müqaviləsi əsasında işləmişdir. Onlar "xxxx" MMC-də üzlük daşların və tamet döşəmələrin hazırlanması ilə məşğul olmuşlar. MMC-də işlərin bölgüsü hər gün səhər işə gələrkən direktor Şahid2 tərəfindən həyata keçirilmişdir. Direktor Elnur onlara gündəlik olaraq nə işlər görəcəklərini göstərmişdir. Müəssisədə 5 günlük iş rejimi mövcuddur, hadisə baş verən gün, yəni 03 iyul 2021-ci il tarixdə həftənin 6-cı günü olmuş, buna görə də MMC-də iş günü olmamışdır. Eləcə də, müəssisə tərəfindən heç bir işçinin işə çıxması haqqında göstəriş və ya əmr verilməmişdir. İş günü olmayan zamanlarda onlar bekar vaxtlarında MMC-yə gəlib oturub çay içib söhbətləşmişlər. Həmin gün də o, Ramiz və Hüseynlə birlikdə MMC-yə gəlmişdir ki, onları oğlunun hərbi xidmətdən tərxis olunmasını qeyd etsinlər. Onlar orada olan zaman lham Muradov MMC-yə gəlib ofisə daxil olub çıxıb getmişdir. 03 iyul 2021-ci il tarixdə saat 15 radələrində işlədiyi MMCnin ön hissəsində yerləşən və fəaliyyət göstərən "xxxx" restoranının ikinci mərtəbəsinin dam örtüyündən asfalt yola optik kabel xətti sallanmış vəziyyətdə olmuşdur. Hadisə baş verməmişdən təxminən bir saat əvvəl MMC-nin sahibi və rəhbəri kimi tanıdığı İlham müəllim istifadəsində olan mobil telefondan onun nömrəsinə zəng edərək qeyd olunan sallanmış vəziyyətdə olan həmin kabelin bir qədər hündürlüyə qaldırılaraq möhkəm bağlanmasına göstəriş vermişdir. O, İlham müəllimlə danışarkən sonuncunun səsli göstərişini onunla birlikdə işləyən Hüseyn və həmin MMC-də müəyyən işlərdə onlara köməklik göstərən, lakin rəsmi olaraq əmək müqaviləsi üzrə işləməyən Ramiz eşitmişlər. Onlar həmin göstərişə uyğun olaraq "xxxx" restoranının dam hissəsinə qalxaraq qeyd olunan kabeli hündürlüyə qaldırıb bağlamağa başlayanda o, restoranın qarşısında dayanmışdır. Hüseyn və Ramiz qeyd olunan işi görərkən heç bir fərdi mühafizə vasitəsi və ya qoruyucu tərtibatla təchiz edilməmişdir.Elə bu vaxt qəflətən Ramizin qışqırıq səsini eşidib yuxarıya baxmış və Hüseyni üzü üstə damda uzanıqlı vəziyyətdə görmüşdür. Həmin vaxt bir qədər aralıda dayanmış Ramiz Hüseynin olduğu yerə yaxınlaşıb sonuncunu damın uc hissəsində olduğu yerdən bir qədər kənara çəkmiş və bu zaman onlar Hüseynin qeyd olunan kabeli qaldırarkən başı üzərindən keçən yüksək gərginikli elektrik xəttinə dəyməsini başa düşmüşlər. Sonra köməkləşib Hüseyni damdan yerə düşürmüş, dərhal təcili-tibbi yardım çağırmış, lakin həkimlər gəldikdə artıq Hüseynin öldüyünü bildirmişlər. Hadisə baş verən ərazidə hər hansı bir işlərin həyata keçirilməsi rəsmi qaydada onların heç birinə həvalə edilməmişdir. Eləcə də həmin ərazidə işlərin görülməsi onların işinə heç bir aidiyyəti olmamışdır. O, Hüseyn və Ramiz sadəcə olaraq İlham müəllimin şifahi göstərişi əsasında qeyd olunan yüksək gərginlikli elektrik xəttinin yaxınığmdan sallanan kabelin bərkidilməsini həyata keçirmişlər ki, nəticədə də qeyd olunan hadisə baş vermişdir. Həmin ərazidə bu və ya digər işlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmamışdır. Təqsirləndirilən şəxs son sözündə özünün təqsirli bilməyərək ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxslə 2017-ci ildə ailə qurandan sonra, ünvan 2 ünvanda yerləşən həyət tipli evdə kirayədə yaşamışdır. Əri Zərərçəkmiş şəxs yaşadıqları evin yaxınlığında yerləşən "xxxx" MMC-də fəhlə işləmişdir. 02 iyul 2021-ci il tarixdə o, anası İntizar Nağıyevanın yaşadığı Əhmədli qəsəbəsində yerləşən evinə baş çəkmək üçün getmiş, Hüseyn isə həmin gün evdə qalmışdır. Səhəri gün, yəni 03 iyul 2021-ci il tarixdə Hüseynlə telefonla danışanda ona müdirinin "xxxx" restoranının damında hansısa elektrik işini görməyi tapşırdığını, işi qurtardıqdan sonra axşam üstü onlara gələcəyini demişdir. Həmin günün ikinci yarısında ona qonşuluqda yaşayan Günay adlı qadın telefonla zəng edərək əvvəlcə əri Hüseynin gün vurmasından halının pisləşdiyini bildirmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, əri Zərərçəkmiş şəxs qeyri-iş saatlarında həmin ünvanda yerləşən "xxxx" restoranının fasadına sallanmış olan hansısa kabeli qaldırıb bərkitmək istəyərkən başı 6 kV-luq elektrik xəttinə dəyərək ölmüşdür. Əri Hüseyn həmin "xxxx" MMC-də ancaq fəhlə işləmişdir. Elektrik və kabel xətlərinin bərkidilməsi, quraşdırılması, eləcə də digər başqa işlərin görülməsi səlahiyyətlərinə aid olmamışdır. Həmin vaxt Hüseynin yanında digər iş yoldaşları Teymur və Ramiz adlı şəxslər də olmuşlar. Teymur yoldaşına göstəriş verməmişdir. Yoldaşının ölümü ilə bağlı xərclərdə ona köməklik göstərməyiblər. Zərərçəkmiş şəxsin hüquqi varisi X11 ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs qarşı şikayətçi olmadığını və onun təqsirsiz hesab edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2019-cu ilin son ayından hazırkı vaxta kimi ünvan 3 ünvanda yerləşən və hazırda da fəaliyyət göstərən "xxxx" MMC-nin direktoru vəzifəsində işləmişdir. Rəhbərlik etdiyi MMC əsasən döşəmə daşları olan tamet, isti ağlay, divar üzlüklərinin istehsalı və sair ilə məşğul olmuşdur. Hadisə baş verən ərəfədə və hal hazırda rəsmi sənədlərdə MMC-nin təsisçisi X10 olmuşdur. X24 Muradovun həyat yoldaşıdır. Şahid3 həmin müəssisənin təsisçisi və yaxud hər hansı vəzifəli şəxsi deyildir. İlham adlı şəxsi onun direktoru olduğu MMC-nin və "xxxx" restoranının əsl sahibi kimi tanımışdır. Onu MMC-də direktor kimi işə Şahid3 götürmüşdür. Əmək kollektivində onunla birlikdə mühasib Asif Məmmədov, usta Təqsirləndirilən şəxs, mərhum fəhlə Zərərçəkmiş şəxs və Şahid1 işləmişdir. MMC-də iş vaxtı isə İ-V günlər səhər saat 09:00-dan axşam saat 18:00-dək müəyyənləşdirilmişdir Şahid1 ilə təxminən 2021-ci ilin sentyabr ayında rəsmi əmək müqaviləsi bağlanmışdır. Əvvəllər isə Ramiz ancaq iş olandan-olana gündəlik onlara köməklik etməsi üçün qeyri rəsmi işə çağırılmışdır. Hər bir əməkdaş ilə rəsmi əmək müqaviləsi bağlanmışdır. Zərərçəkmiş şəxs "xxxx" MMCdə 16 iyul 2020-ci il tarixdə fəhlə kimi işlə qəbul olunmuş və fəhlə kimi də işləməkdə davam etmişdir. Müəssisədə beş günlük is rejimi mövcuddur, hadisə baş verən gün yəni 03.07.2021-ci il tarixdə həftənin 6-cı günü müəssisə tərəfindən heç bir işçinin işə çıxması haqqında göstəriş və ya əmr verilməmişdir. O, 02 iyul 2021-ci il tarixdə işdən sonra Şəki rayonuna getmişdir. Səhəri gün, yəni 03 iyul 2021-ci il tarixdə saat təxminən 16 radələrində işdən zəng edib bildirmişlər ki, MMC-də fəhlə işləyən Hüseyn "xxxx" MMC-nin ön hissəsində yerləşən və fəaliyyət göstərən "xxxx" restoranının ikinci mərtəbəsinin dam örtüyündən asfalt yola sallanmış optik kabel xəttini bağlamaq istəyərkən restoranın dam örtüyünün yaxınlığından keçən 6 Kv-luq elektrik cərəyanı vurmuş və nəticədə Hüseyn ölmüşdür. O, dərhal Şəki rayondan Bakı şəhərinə qayıtmış və səhəri gün Hüseynin dəfnində iştirak etmək üçün doğulduğu Cəlilabad rayonuna getmişdir. Zərərçəkmiş şəxs MMC-də əsas işi yük daşıma, yük boşaltmaq, materialların hazırlanmasına köməklik etmək və sairdən ibarət olmuşdur. Hüseynin hadisə baş verən günü işə gəlməsi barədə onun heç bir məlumatı olmamışdır. "xxxx" restoranının yerləşdiyi ərazidə hər hansı bir işlərin həyata keçirilməsi rəsmi qaydada həmin əməkdaşların heç birinə həvalə edilməmişdir. Bu barədə heç kimə hər hansı bir formada tapşırıq verməmişdir. Bildiyinə görə isə Hüseyn və Ramiz sadəcə olaraq İlham müəllimin şifahi göstərişi əsasında qeyd olunan yüksək gərginlikli elektrik xəttinin yaxınlığından sallanan kabelin bərkidilməsini həyata keçirirdikləri vaxt qeyd olunan hadisə baş vermişdir. Həmin ərazidə bu və ya digər işlərin həyata keçirilməsi onların səlahiyyətlərinə aid olmamışdır. Zərərçəkmiş şəxs hadisə yerinə hansı səbəblə getməsi ilə bağlı cəmiyyət rəhbərliyinin məlumatı olmamış, eləcə də Zərərçəkmiş şəxs ölümü cəmiyyətin hər hansı işinin icrası ilə bağlı olmamışdır. Təqsirləndirilən şəxs cəmiyyətdə Hüseyn kimi fəhlə işləyir və elektrikə baxan işçi deyil. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tapşırıq verməyə səlahiyyəti olmamışdır. Kabeldə nasazlıq olduqda onu mühəndis düzəltməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir, o, 2001-ci ildən 2005-ci ilədək Azərbaycan Respublikası Prezidentinin İşlər idarəsində məsləhətçi, 2005-ci ildən hal hazıradək isə İşlər İdarəsinin 2 saylı pansionatın müavini vəzifəsində işləmişdir. "xxxx" MMC-nin bugunkü gündə ona heç bir aidiyyəti yoxdur. MMCnin təsisçisi həyat yoldaşı X4r. Bundan başqa şirkətlə bağlı onun heç bir məlumatı yoxdur. O, 2011-ci ildə həmin MMC-ni təsis etmiş, bundan bir neçə il sonra MMC həyat yoldaşının adına sənədləşdirilmiş və həyat yoldaşı təsisçi olmuşdur. 03 iyul 2021-ci il tarixdə günorta saatlarında ünvan 3 ünvanında yerləşən "xxxx" restoranının qarşısından keçərkən restorana bitişik divar ilə aşağı istiqamətdə sallanmış olan optik kabelin bir qədər hündürlüyə qaldırılaraq bərkidilməsi məqsədi ilə əvvəllər tanıdığı "xxxx" MMC-də usta işləyən Teymur adlı şəxsə mobil telefonu ilə zəng edərək kabelə baxılmasına, əgər aradan qaldırılmalıdırsa bunu etmələrini bildirmişdir. Bundan sonra həmin ərazidən çıxıb getmişdir. Bir neçə saat sonra Teymur ona telefonla zəng edərək həmin sallanmış optik kabeli bərkitmək istədikləri vaxt özü ilə birlikdə sexdə fəhlə işləyən Hüseyn adlı işçini elektrik cərəyanı vurduğunu demişdir. O, dərhal həmin ünvana gəlmiş və həqiqətən də "xxxx" MMC-də fəhlə işləyən Zərərçəkmiş şəxs elektrik cərəyanı vurmasından öldüyünü görmüşdür. "xxxx" restoranının isə ona heç bir aidiyyəti qeyd etmişdir. O, kabelin sallandığını görəndə bir vətəndaş kimi gələcəkdə oradan oynayan uşaqlara maneçilik yaratmaması üçün Teymura bununla bağlı müraciət etmişdir. O, yalnız Teymura həmin kabelə baxılmasını bildirmişdir. Başqa heç bir məqsədi olmamışdır. Teymura Qurman restoranına bitişik divarın kənarından keçən optik kabelə baxılması ilə bağlı şifahi qaydada telefonla xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 3 ildir ki, o həftədə bir-iki gün yaşadığı evin yaxınlığında fəaliyyət göstərən "xxxx" MMC-yə gəlib orada müəyyən fəhləlik işlərində işçilərə köməklik göstərmişdir. Həmin MMC-də rəsmi əmək müqaviləsi əsasında işləməmişdir. O, İlham adlı şəxsi işlədiyi MMCdə ağsaqqal kimi tanımış, ancaq konret olaraq vəzifəsinin nədən ibarət olmasını bilməmişdir. Fəhləlik etdiyi "xxxx" MMC-nin direktoru Şahid2 olmuşdur. 02 iyul 2021-ci il tarixdən yenə də həmin MMC-yə gəlib daşların boşaldılmasına köməklik etmişdir. 03 iyul 2021-ci il tarixdə saat təxminən 15 radələrində MMC-də usta işləyən Teymura İlham zəng edərək demişdir ki, MMC-nin ön hissəsində fəaliyyət göstərən "xxxx" restoranının dam hissəsindən yola sallanmış optik kabelin bir qədər hündürlüyə qaldırılaraq bağlanması lazımdır. Kabelin qaldırılmasını telefonda Şahid3 Teymura göstəriş verəndə eşitmişdir. Buna görə də o, Hüseynlə birlikdə dam örtüyünün üzərinə qalxmışlar. "xxxx" restoranının yerləşdiyi ərazidə hər hansı bir işlərin həyata keçirilməsi rəsmi qaydada onların heç birinə həvalə edilməmişdir. O, Hüseynlə birlikdə sadəcə olaraq restoranın damının üzərindən keçən yüksək gərginlikli elektrik xəttinin yaxınığından sallanan kabelin bərkidilməsini həyata keçirmişlər. Həmin ərazidə bu və ya digər işlərin həyata keçirilməsi onların heç birinin səlahiyyətlərinə aid olmamışdır. Onu işə heç kim çağırmamışdı, özü getmişdir. "xxxx" restoranının dam örtüyünün üzərindən keçən optik kabelin bərkidilməsi işini görərkən hər hansısa fərdi mühafizə vasitəsi və ya qoruyucu tərtibatlarla təchiz edilməmişlər. O, Hüseyndən bir qədər aralıda damın bir qədər aşağı hissəsində dayanıb kabelin bir tərəfini elektrik dirəyinə bağlamışdır. Hüseyn isə həmin kabelin ilişib qaldığı yerdən kabeli aralamaq üçün bir qədər hündürlüyə qalxmış və üzü üstə dam örtüyünün üzərində uzanıqlı vəziyyətdə dayanmışdır. O, həmin vaxt Hüseynin hərəkətsiz olaraq gözlərinin bərəldiyini, ağzının isə açıq olduğunu görüb yanına qalxmış və əli ilə bir qədər həmin ərazidən, yəni yüksək gərginlikli elektrik xəttinin altından kənara çəkmişdir. Nə qədər Hüseyni çağırsa da cavab verməmişdir. Sonra o Hüseyni nərdivanla aşağı düşürmüşdü. Teymur isə həmin vaxt aşağıda dayanmışdır. Bundan sonra dərhal təcili-tibbi yardım çağırmış, lakin həkimlər gəldikdə artıq Hüseynin öldüyünü bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2015-ci ildən hazırkı vaxta kimi "xxxx" ASC-nin Səbail RETSİnin mühəndis vəzifəsində işləmişdir. ünvan 3 ünvanda yerləşən 6 kV-luq hava elektrik xətti Səbail RETSİ-nin balansındadır. Həmin elektrik şəbəkəsi "xxxx" ASC tərəfindən aparılmış müvafiq bölgü əsasında Səbail RETSİ-yə təhkim olunmuşdur ki, həmin ərazidə də qeyri rəsmi olaraq müəyyən təmizlik, yağlama və digər təmir işlərinin aparılması məqsədilə mühəndis kimi o, fəaliyyət göstərmişdir. Onunla birlikdə müəyyən vaxtlarda mühəndis Şahid5 da həmin əraziyə nəzarət etmişdir. Qeyd olunan hava elektrik şəbəkəsi E.Əzizov küçəsi 39 nömrəli ünvanda yerləşən və hazırda da fəaliyyət göstərən "xxxx" restoranının dam örtüyünün təxminən 3 metrlik məsafəsindən hava ilə keçir. Üzərində həmin elektrik xəttinin birləşdirildiyi elektrik dirəyi qeyd olunan ərazidə təxminən 10-15 il bundan əvvəl torpağa basdırılmışdır. Əvvəllər bu əraziyə Neft-Qaz Çıxarma idarəsi tərəfindən nəzarət olunmuş, lakin artıq 10-12 ildir ki, nəzarəti Səbail RETSİ həyata keçirmişdir. Hazırda "xxxx" restoranının ikinci mərtəbəsinin dam örtüyü ilə həmin elektrik hava xəttinin arasında təxminən 3 metr məsafə vardır. Bu isə elektrik hava xəttinin yerləşdiyi ərazi ilə həmin ərazidə tikilmiş qeyri-yaşayış obyektinin arasındakı mühafizə zonasının pozulması deməkdir. Qeyd etdiyi pozuntu ilə bağlı həm onun tərəfindən, həm də digər mühəndislər tərəfindən restoranın rəhbərliyin şifahi xəbərdarlıq edilmiş, eləcə onun məlumatları əsasında Səbail RETSİ tərəfindən "xxxx" ASC-yə dəfələrlə məlumatlar göndərilmiş, həmçinin Səbail rayon İcra hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə və hüquq mühafizə orqanlarına rəsmi məktubla məlumatlar verilmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid5 ibtidai istintaqa verdiyi ifadəsində Şahid4 göstərdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının 03 iyul 2021-ci il tarixli 37 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb elektrikvurma - elektrik cəryanının orqanizmə ümumi təsiri olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsindən 4-5 saat əvvəl baş vermişdir. Meyitin xarici müayinəsi zamanı sifətdə - alın nahiyyəsində, sağ gözətrafı yumşaq toxumalarda, burun yəhəri və burunun sağ və sol yan çəpərləri üzərində və sağ ayaq pəncəsinin İ barmağının ayaqaltı səthində elektrik nişanələri aşkar edilmişdir. Qeyd olunan xəsarətlərin xarakterik xüsusiyyətlərinə və lokalizasiyalarına əsasən demək olur ki, sifət nahiyyəsində aşkar edilmiş elektrik nişanələri elektrik daşıyıcısı ilə bilavasitə təmasda olmağa dəlalət edə biləcək xəsarətlər olmaqla cəryanın bədənə daxil olma - giriş yerləri, sağ ayaq pəncəsinin İ barmağının ayaqaltı səthindəki elektrik nişanəsi cəryanın bədəndən çıxış yeri kimi qiymətləndirilir. Mərhum Zərərçəkmiş şəxs meyitinin xarici müayinəsi zamanı onun bədəni üzərində qeyd olunan elektrik nişanələrindən başqa sağ bazu oynağının yuxarı-ön səthində qançırla əhatə olunmuş sıyrıq müəyyən edilmişdir. Göstərilən xəsarət küt əşyanın (alətin) təsirindən mərhumun ölümündən az əvvəl və ya bilavasitə ölüm anında törənmişdir, ölümlə səbəbli əlaqəsi yoxdur və belə xəsarətlər zərərvurmayan xəsarətlərin əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı zamanı metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Məhkəmə-texniki təhlükəsizlik ekspertizasının 23 avqust 2021-ci il tarixli 10/3364 nömrəli rəyindən görünür ki, istismarda olan hava elektrik xəttində elektrik enerjisinin verilişi dayandırılmadan və tələb olunan digər texniki və təşkilati tərkibli təhlükəsizlik tədbirləri təmin edilmədən 6 kV-luq hava elektrik xəttinin yaxınlığında işlər aparıldığına görə, baş vermiş hadisə ilə əlaqədar “Elektrik təhlükəsizliyi. Ümumi tələblər”. 12.1.019-79 DÜST-ün 3.4.1 bəndinin və “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın 12 və 14-cü bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin baş verməsinin texniki səbəbi olmuşdur. “Elektrik təhlükəsizliyi. Ümumi tələblər” 12.1.019- 79 DÜST-ün 3.4.1 bəndinin və “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın 12 və 14-cü bəndlərinin tələbləri istismarda olan hava elektrik xəttində elektrik enerjisinin verilişi dayandırılmadan və tələb olunan digər texniki və təşkilati tərkibli təhlükəsizlik tədbirləri təmin edilmədən, xüsusi nəzəri və praktiki hazırlıq keçməmiş, biliyi yoxlanılmamış və elektrik qurğularında işləməsinə icazəsi olmayan Zərərçəkmiş şəxs gərginlik altında olan 6 kV-luq hava elektrik xəttinin yaxınlığında işlərin görülməsinə göstəriş vermiş şəxs tərəfindən pozulmuşdur (konkret şəxs istintaq tərəfindən araşdırılmalarla həll edilə bilər). 6 kV-luq hava elektrik xəttinin müvafiq qaydaların tələblərinə uyğun (yer səthindən 7 m, tikilidən şaquli 3 m və horizontal 2 m ara məsafə) saxlanılması təmin edilmədiyinə görə, “Elektrik qurğularının quraşdırılması Qaydası”nın 2.5.14.3, 2.5.14.7 bəndlərinin tələbləri "xxxx" MMC-nin Səbail RETSİ-nin həmin sahə üzrə cavabdeh olan şəxs(-lər) tərəfindən pozulmuşdur (konkret şəxs istintaq tərəfindən araşdırılmalarla müəyyən edilə bilər). Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsi 39 ünvanında yerləşən "xxxx" restoranının binasının “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları” ilə müəyyən edilən 6 kV hava elektrik xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən edilir. Lakin rəyin tədqiqat hissəsində göstərildiyi kimi, həmin tikilinin mühafizə zolağında yerləşməsi ilə bağlı elektrik şəbəkə tərəfindən "xxxx" restoranının rəhbərliyinə xəbərdarlıq edilib-edilməməsi barədə iş materiallarında konkret məlumatlar olmadığına görə “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın 3 və 5-ci bəndlərinin tələblərinin kimin tərəfindən pozulması istintaq tərəfindən müəyyən edilə bilər. Gələcəkdə istintaq tərəfindən göstərilən hallar müəyyən edilərsə, konkret bu hissə üzrə normativ aktların tələblərinin pozulubpozulmamasına dair tədqiqat aparıla bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən və zərərçəkmiş şəxsin hüquqi varisi, şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibinin mövcudluğu məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamış, onun tərəfindən həmin cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmuşdur. Belə ki, ittiham aktında Təqsirləndirilən şəxs “Elektrik təhlükəsizliyi, ümumi tələblər” 12.1.019-79 DÜST-ün 3.4.1 bəndinin və “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizə qaydaları”nın 12 və 14-cü bəndlərinin tələblərini pozmaqla, öz işinə vicdansız və laqeyd münasibət göstərməklə öz əməlinin başqasının ölümünə səbəb olacağı imkanını lazımı diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, bunu görməyərək öz xidməti vəzifəsini lazımı qaydada yerinə yetirməməsi ümumi sözlərlə sadalansa da, onun üzərinə vəzifəli şəxs kimi məhz hansı vəzifələrin qoyulması, Təqsirləndirilən şəxs həmin vəzifələri yerinə yetirməməsi dəqiq göstərilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələbinə əsasən ittiham konkret olmalıdır. İttiham aktından kənara çıxmaq qadağandır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.20-ci maddəsinə əsasən ittiham - Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsində müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətindən Səbail rayon prokurorluğuna daxil olmuş 09 dekabr 2021-ci il tarixli, **********1 saylı məktubdan görünür ki, "xxxx" MMC-nin işçisi Zərərçəkmiş şəxs 03 iyul 2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsi 39 ümvanında yerləşən "xxxx" restoranının dam örtüyünün yaxınlığından keçən elektrik cərəyanı xəttinə dəyməsi nəticəsində hadisə yerində ölməsi faktı ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətində araşdırma aparılmışdır. Aparılan araşdırma zamanı, "xxxx" MMC-nin rəhbərliyi tərəfindən təqdim edilmiş 25 noyabr 2021-ci il tarixli məktubda Zərərçəkmiş şəxs 16 iyul 2020-ci il tarixdə fəhlə peşəsinə işə qəbul edildiyi, müəssisədə 5 günlük iş rejiminin olduğu, 03 iyul 2020-ci il tarixdə, həftənin 6-cı günü müəssisə tərəfindən heç bir işçinin işə çıxması haqqında göstəriş və əmr verilmədiyi, Zərərçəkmiş şəxs hadisə yerinə hansı səbəbdən getdiyi ilə bağlı cəmiyyət rəhbərliyinin məlumatı olmadığı, nə "xxxx" restoranı ilə, nə də restoranın ərazisində olan 6000 kV-luq elektrik xəttinin və optik kabelin cəmiyyətlə heç bir əlaqəsinin olmadığı göstərilmişdir. Cəmiyyətin icraçı direktoru Şahid2 ilə telefon əlaqəsi (tel:***-***-**- **) saxlanılmış və hadisə şahidlərinin izahat verməsi üçün Xidmətə göndərilməsi xahiş edilmiş, lakin həmin şəxslərin göndərilməsi təmin edilməmişdir. Qeyd olunanlara əsasən, Zərərçəkmiş şəxs ölümü ilə nəticələnmiş halın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.2-ci bəndində nəzərdə tutulmuş hallara uyğun olub-olmamasını müəyyən etmək mümkün olmadığından tərəflərindən baş vermiş bədbəxt hadisənin təhqiqatı aparılmamışdır. Tərəflərindən aparılan araşdırma zamanı Zərərçəkmiş şəxs ölümünün əmək fəaliyyəti və cəmiyyətin mənafeyi ilə bağlı iş görərkən olduğu müəyyən edildiyi halda müvafiq sənədlər əlavə edilməklə məlumat verilməsi, o cümlədən əmək qanunvericiliyi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin hər hansı bir maddəsinin pozulması aşkar olunduğu təqdirdə qəbul edilmiş müvafiq qərarın Xidmətə göndərilməsi xahiş edilmişdir. Əmək Müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Zərərçəkmiş şəxs 16 iyul 2020-ci il tarixdən icraçı direktor Şahid2 tərəfindən "xxxx" MMC-nə daşla işləyən fəhlə, əmək müqaviləsi üzrə fəhlə peşəsinə işə qəbul olunmuşdur. "xxxx" MMC-nin direktoru X13 ilə Təqsirləndirilən şəxs arasında 11 iyun 2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-də usta peşəsində işə qəbul edilmişdir. Sosial arayışdan görünür ki, Təqsirləndirilən şəxs 11.06.2020-ci il tarixdən "xxxx" MMC-də əyləc fəhləsi, qatar/karxana peşəsində əmək fəaliyyəti göstərmişdir. Məhkəmə tərəfindən “AZEMİS” Elektron Məhkəmə Sisteminə edilmiş sorğu ilə Təqsirləndirilən şəxs "xxxx" MMC-də 300 manat məğləğində əmək haqqı almaqla əyləc fəhləsi peşəsində işlədiyi müəyyən olunur. 149 saylı Mənzil-Kommunal İstismar sahəsindən Səbail Rayon Prokurorluğuna təqdim edilmiş 07 yanvar 2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında Qubadlı rayonundan məcburi köçkün kimi həyat yoldaşı X7, oğlu X8, qızı X5 ilə məskunlaşmışdır. 149 saylı MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Qubadlı rayonundan məcburi köçkün kimi ünvan 5 ünvanında məskunlaşmışdır. Məskunlaşdığı müddət ərzində onun haqqında heç bir şikayət ərizəsi daxil olmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi 701 saylı Hərbi Hissə tərəfindən 09.07.2021-ci il tarixdə verilmiş travma haqqında arayışdan görünür ki, təqsirləndirilən şəxsin oğlu kiçik çavuş X6 12.11.1996-cı il 03.10.2020-ci il tarixdə Ağ uçuq istiqamətində gedən döyüşlər zamanı düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində “sol budun yuxarı 1/3-nin kor qəlpə yarası” diaqnozu ilə xəsarət almışdır. Xəsarət döyüş tapşırığını yerinə yetirərkən alınmışdır. Azərbaycan Respublikası İcbari Tibbi sığorta üzrə X23 Ərazi Bölmələrini İdarəetmə Birliyi Xocalı Rayon X16 hüquqi şəxsi tərəfindən 30 dekabr 2021-ci il tarixdə verilmiş tibbi arayışdan görünür ki, 1996-cı il təvəllüdlü X6, 03.11.2020-ci il tarixdə “Xocalı RMX” X25 yaralı olaraq gətirilmiş və ilk tibbi yardım edilərək təxliyyə edilmişdir. "xxxx" MMC-nin direktoru Şahid2 16 iyul 2020-ci il tarixdə təsdiq etdiyi və Təqsirləndirilən şəxs imza etməklə tanış olduğu “Fəhlə barədə vəzifə təlimatı”nın İİ hissəsində sadalanan Vəzifə öhdəliklərindən görünür ki, “Fəhlə istehsalat sahələrində və tikinti meydançalarında, anbarlarda və bazalarda yardımçı işləri yerinə yetirir. Ehtiyatlılıq tələb etməyən (yeşik, çən, karton, faner, taxta-şalban və s), eləcə də tozlu olmayan (qum, çınqıl, şlak, kömür, zibil, ağac yonqarı, metal yonqarı və digər istehsalat tullantıları) yüklərin əl ilə və ya arabalarla vurulması, boşaldılması, yerdəyişməsi və qablaşdırılmasını həyata keçirir. Ərazini, yolları, əsas yola çıxan yolları təmizləyir. Sexləri, tikinti meydançalarını və sanitariya-məişət tikililərini yığışdırır. Döşəmələri, pəncərələri, qablama əşyalarını, qab-qacağı, detalları və məmulatları yuyur.” Həmin sənəddəndə göründüyü kimi Təqsirləndirilən şəxs "xxxx" MMC-də fəhlə işləmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin qeydində göstərilmişdir ki, “Korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər” fəslinin maddələrində “vəzifəli şəxs” dedikdə aşağıdakı şəxslər başa düşülür:

1. hakimiyyət nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş, yaxud xüsusi səlahiyyət əsasında dövlət və ya yerli özünüidarə orqanlarını təmsil edən şəxslər, zabit, gizir və ya miçman olan hərbi qulluqçular, dövlət qulluqçuları (dövlət qulluğunun xüsusi növündə çalışan şəxslər daxil olmaqla), bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları;

2. dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən edilən qaydada qeydə alınmış şəxslər;

3. dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, o cümlədən publik hüquqi şəxslərin, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarının rəhbərləri və işçiləri;

4. dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, o cümlədən publik hüquqi şəxslərdə, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər;

5. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər;

6. xarici ölkələrin dövlət orqanlarının vəzifəli şəxsləri, xarici ölkələrin seçkili dövlət orqanlarının üzvləri, beynəlxalq təşkilatların vəzifəli şəxsləri və digər qulluqçuları, beynəlxalq parlament assambleyalarının üzvləri;

7. beynəlxalq məhkəmələrin hakimləri və digər vəzifəli şəxsləri, Azərbaycan Respublikası və ya xarici ölkələrin qanunlarına, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən fəaliyyət göstərən yerli, xarici və beynəlxalq arbitrlər, xarici andlı iclasçılar. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair 19 iyul 2013-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsinin mənasına görə: - qanunvericiliklə müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, gizir və ya miçman olan hərbi qulluqçular hakimiyyət nümayəndəsi kimi vəzifəli şəxs hesab olunurlar; - dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyrikommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar. Qərarda həmçinin göstərilmişdir ki, Şəxsə müvafiq funksiyaların verilməsinin hüquqi əsası qismində Konstitusiya, qanun, nizamnamə, təlimat, əmr və ya konkret vəzifə tutan şəxsin hüquq və vəzifələrinin müəyyən edildiyi vəzifəyə təyin edilməyə dair digər hüquqi akt çıxış edir. Konkret vəzifəyə təyin olunmadan lakin faktiki olaraq təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyaları yerinə yetirən, həmçinin xüsusi səlahiyyət əsasında dövlət və ya özünüidarə orqanlarını təmsil edən şəxslər Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsinə əsasən vəzifəli şəxs hesab edilə bilərlər. Xüsusi səlahiyyətləri buna hüququ olan orqan, vəzifəli şəxs, əmək kollektivi verir. Xüsusi səlahiyyətlər qanunla, normativ aktla, əmrlə, əmək kollektivinin qərarı və s. ilə rəsmiləşdirilir. Bu funksiyalar müəyyən müddət ərzində, birdəfəlik və ya əsas işlə müştərək qaydada həyata keçirilə bilər. Cinayət qanununun məzmununa görə müəyyən olunmuş qaydada hüquqi əhəmiyyətli hərəkətləri etməyə səlahiyyətli şəxslər - müəssisə, idarə və təşkilatlarda (mülkiyyət formasından asılı olmayaraq) daimi və ya müvəqqəti olaraq vəzifə tutan və ya üzərilərinə qoyulmuş öhdəlikləri xüsusi tapşırıq əsasında icra edən, başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətləri edən şəxslərdir. Bundan başqa Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. İşin hallarından müəyyən olunur ki, 03 iyul 2021-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsi 39 ünvanında yerləşən "xxxx" restoranının dam örtüyünün yaxınlığından keçərək restoranın fasad hissəsinə sallanmış optik kabelin dartılıb bərkidilməsi yəni, gərginlik altında olan 6 kV-luq hava elektrik xəttinin yaxınlığında işlərin görülməsi zamanı ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs elektrik cəryanının orqanizmə ümumi təsiri nəticəsində ölümünə səbəb olmuş hadisə baş vermişdir. Hadisə baş verən zaman orada Təqsirləndirilən şəxs və Şahid1 da olmuşlar. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə Sisteminə edilmiş sorğudan, sosial arayışdan və 11 iyun 2020-ci il tarixdə bağlanmış əmək müqaviləsindən və şahid ifadələri ilə təsdiq olunur ki, həmin vaxt, Təqsirləndirilən şəxs usta peşəsinə işə qəbul olunmuş rəsmi olaraq əyləc fəhləsi, qatar/karxana vəzifəsində əmək fəaliyyətinə həyata keçirmişdir. Toplanmış materiallar və mövcud ifadələrin təhlili zamanı Teymur Mirzəliyevin sözügedən MMC-də işlədiyi dövr ərzində “Fəhlə vəzifə təlimatı” ilə tanış olması, təlimatda göstərilən vəzifə öhdəliklərinin icrası prosesində hər hansı nöqsan və ya pozuntuya yol verməməsi məlum olmuşdur. Qeyd olunmalıdır ki, həmin təlimatda fəhlənin MMC-də işləyən həmkarlarına müəssisənin daxilində və ya xaricində elektrik cərəyanı keçən kabelin yerinin dəyişdirilməsi, bərkidilməsi və bu kimi digər göstərişlər verməsinə dair səlahiyyətlər və ya sözügedən işlərin icrası ilə bağlı təhlükəsizlik tədbirləri üzrə öhdəliklər nəzərdə tutulmamışdır. Həmçinin Təqsirləndirilən şəxs xidməti vəzifələri arasında hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlərin edilməsi səlahiyyətlərinin olmadığı və bu istiqamətlərdə fəaliyyət göstərmədiyi müəyyən edilmişdir. Şəxs xidməti vəzifələri kimi müəyyən edilməmiş hərəkətlərin yerinə yetirilməməsində təqsirləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsinə görə səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Belə olan halda işin faktiki hallarına əsasən aşkar müəyyən olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə o halda cinayət işi başlanıla bilər ki, cinayətin subyekti vəzifəli şəxs olsun, yəni həmin cinayət əməli vəzifəli şəxsin öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ilə törədilə bilər. Lakin toplanmış materiallar və rəsmi sənədlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət və Əmək Məcəllələri, eləcə də Konstitusiya Məhkəməsinin qərarının tələblərinə uyğun olaraq vəzifəli şəxs hesab olunmur. Bu xüsusda, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs, sözügedən cinayətin subyekti, yəni vəzifəli şəxs deyildir və bu səbəbdən həmin maddə üzrə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Göründüyü kimi, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsinin dispozisiya hissəsinin elementi kimi cinayətin subyekti vəzifəli şəxsdir, yəni həmin cinayət vəzifəli şəxsin öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ilə törədilə bilər. Verilmiş ittihamda təqsirləndirilən şəxsin işə yanaşmasındakı vicdansız və ya laqeyd münasibətin isə nədə ifadə olunması dəqiq qeyd edilməmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, hazırki ittihamla bağlı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibi mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 9 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin cinayət mühakimə icraatının vəzifələri və əsas prinsiplərini tənzimləyən 21.1-ci maddəsinin tələbinə görə, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsində nəzərdə tutulur ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquqi düşüncəsi ilə həll edirlər. 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 42-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılması üçün bir neçə hallar mövcuddur ki, həmin hallardan da ən azı birinin mövcud olması bəraət hökmü çıxarılması üçün əsasdır. 42.1.2-ci maddəsinə əsasən, əməldə cinayət tərkibi olmadıqda bəraət hökmü çıxarılır. 42.2.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda məhkəmə bəraət hökmü çıxarır. 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. 124.1-ci maddəsinə görə, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olubolmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. 138.2-ci maddələrinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən,şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. 349.5.1-ci maddəsinə əsasən, məhkəmə yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Cinayət qanunvericiliyinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İttihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə vurğulamışdır ki, hakim sübutların qəbul edilənliyini müəyyənləşdirməyə görə cavabdehlik daşıyır. Hakim bu məsələdə İnsan Hüquqları X2 presedent hüququna uyğun olan tərzdə Cinayət Prosessual Məcəlləsinə istinad etməlidir. Məhkəmə bir sıra qərarlarında qeyd etmişdir ki, “əsaslı şübhə yeri qoymayan” sübut standartları sübutların qiymətləndirilməsi zamanı bütün işlərə tətbiq edilən ümumi prinsipdir. Sübutlar kifayət qədər güclü, aydın və uzlaşdırılmış nəticələrin, yaxud faktlara əsaslanan analoji təkzib edilməz ehtimalların birgə mövcudluğundan irəli gələ bilər. Qaneedici və inandırıcı sübutları təqdim etmək məsələsində sübutetmə yükü ittiham orqanının üzərinə düşür. Hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. İnsan Hüquqlarının və X9 X2 6-cı maddəsinin 2-ci bəndində göstərilir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. BMT Baş Məclisinin 10 dekabr 1948-ci il tarixli 217A (İİİ) nömrəli Qətnaməsi ilə qəbul və bəyan edilmiş İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin birinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər bir şəxs ona müdafiə üçün bütün imkanların təmin olunduğu açıq məhkəmə istintaqında günahı qanuni şəkildə sübut olunanadək günahsız hesab edilmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair" 12 may 2009-cu il tarixli Qərarında göstərilirki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Ədalətli məhkəmə araşdırması hüququ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, “ədalət mühakiməsi mahiyyət etibarilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir” (“Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 420.3-cü maddəsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2002-ci il tarixli qərarı).Bu baxımdan məhkəmə hesab edir ki, təqsirliliyi sübuta yetirilmədikdə şəxslərə bəraət verilməsi ədaləti bərqərar etmiş olur. "Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 N°-li Qərarının 2-ci bəndində qeyd olunur ki, izah edilsin ki, məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə təhqiq olunan sübutlara əsaslana bilər. Qanunun məzmununa görə, məhkəmə öz nəticələrini şərh edərkən, iş üzrə toplanılan, lakin məhkəmə iclasında təhqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Müttəhimin, zərərçəkmişin, şahidlərin təhqiqat, ibtidai istintaq və ya başqa məhkəmə iclasında verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisəli şəkildə təqiq edilmiş olsun. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarında göstərilmişdir ki, Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Məhkəmə, həmçinin qanunla müəyyən olunmuş hüquq normalarına əsaslanaraq qeyd edir ki, hər bir cinayət işi üzrə müəyyən edilməli olan halların araşdırılmasında obyektiv mövqedən çıxış etməkdə təkcə ittihamı sübut edən sübutların toplanması deyil, həmçinin ittihamı təkzib edən məlumatların toplanması vacib və zəruridir. İbtidai araşdırma orqanı tərəfindən yalnız ittihamedici sübutların toplanması, bəraətverici sübutların toplanmasına səylər göstərilməməsi cinayət işinin birtərəfli, natamam, ittiham istiqamətində aparılmasına və qanunçuluğun, hüquq qaydasının, eləcə də insan hüquq və azadlıqlarının pozulmasına səbəb olması anlamına gəlinməsinə əsas verir. Bununla yanaşı, əldə edilmiş sübutlar təqsirləndirilən şəxsin məhkum olunması ehtimalına bəraət ehtimalından qüvvətli təsir göstərə bilmirsə həmin sübuta yetərli şübhə kimi yanaşılmalı, konkret ziddiyyət təşkil etməyən məlumatlara, sənədlərə və əşyalara söykənməyən təxminlər, fərziyyələr, ehtimallar sübutun həqiqiliyi kimi qəbul edilməməli və qiymətləndirilməməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını, habelə istintaq materiallarını, zərərçəkmiş şəxsin hüquqi varisi, şahidlərin və təqsirləndirilən şəxsin ifadələrini müqayisəli şəkildə təhlil və tədqiq edərək belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsilə irəli sürülmüş ittiham üzrə sübut qismində təqdim edilmiş məlumatlar əsasında müəyyən olunmuş və işin faktiki hallarına uyğun olmayan şübhəli, ziddiyyətli məqamların digər sübutlarla aradan qaldırılması mümkün olmadığından, həmin sübutların ittihamın əsası kimi qəbul edilməsi yolverilməzdir və bu hallar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən, məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış, məhkəmə iclaslarında tədqiq edilmiş sübutları bir daha təhlil edib, məhkəmə istintaqının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən verilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə nəzərdə tutulan ittiham üzrə, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığından ona bəraət verilməlidir. Təqsirləndirilən şəxs barəsində 08 yanvar 2022-ci il tarixdə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə habelə belə hesab edir ki, təqsirləndirilən şəxsə bəraət verildiyindən iş üzrə məhkəmə xərci - keçirilmiş məhkəmə texniki təhlükəsizlik ekspertizasının dəyərini təşkil edən 102 (yüz iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından ödənilməlidir. Məhkəmə, eyni zamanda, CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən, bəraət hökmü çıxarılarkən cinayət törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarını ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən prokurora göndərir. Göstərilən maddənin tələblərini rəhbər tutaraq məhəkəmə hesab edir ki, 03 iyul 2021-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsi 39 ünvanında yerləşən "xxxx" restoranının dam örtüyünün yaxınlığından keçərək restoranın fasad hissəsinə sallanmış optik kabelin dartılıb bərkidilməsi yəni, gərginlik altında olan 6 kV-luq hava elektrik xəttinin yaxınlığında işlərin görülməsi zamanı ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs elektrik cəryanının orqanizmə ümumi təsiri nəticəsində ölümünə səbəb olmuş hadisədə təqsiri olan şəxs müəyyən edilməmiş qaldığından, hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxs(lər)in müəyyən edilib cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə aidiyyəti materiallar ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. İş üzrə mülki iddia, maddi sübut, üzərinə həbs qoyulmuş əmlak və müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2, 42.2.2, 344-350, 352-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ:

Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığına görə, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayəti törətmiş şəxsin (şəxslərin) cinayət təqibi məsələsinin həll edilməsi üçün müvafiq materiallar aidiyyəti üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. İş üzrə məhkəmə xərci - keçirilmiş məhkəmə texniki təhlükəsizlik ekspertizasının dəyərini təşkil edən 102 (yüz iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından ödənilsin. Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə 160 (yüz altmış) manat pul vəsaiti dövlət büdcəsindən tutulub, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun "xxxx" QSCnin Səbail filialındakı hesabına keçirilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir.

HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar