Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-63/2023 23.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Məmmədova Nərmin Namiq qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1997-ci ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Ağsu rayonu Mustafalı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massiv nömrəsiz evdə yaşamış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 1(004)- 59/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 05 (beş) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli talayaraq oğurluq etmiş və satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlayaraq daşımışdır. İttiham aktına əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 19:20 radələrində ünvan 1 ünvanında yerləşən “Zeytun” apteki olarkən orada əczaçı işləyən Zərərçəkmiş şəxs2 özünə məxsus mobil telefon aparatını onun üçün əlçatan yerdə, yəni kassa aparatının yanında qoyduğundan istifadə edərək sonuncunun fikirini yayındırmaq məqsədi ilə rəfi üzərində olan bir neçə dərman prepatartlarının verilməsini istəmiş və Zərərçəkmiş şəxs2 onun sifarişini yerinə yetirən zaman nəzarətini telefonundan itirdiyi məqamda Zərərçəkmiş şəxs2 məxsus içərisində 25 manat dəyərində ***-***-**-** və 5 manat dəyərində ***-***-**-** saylı GSM kartlarla olar 800 manat dəyərində “Samsung A52” **********11630 və **********16365 imey kodlı mobil telefon aparatını gizli yolla talayıb zərərçəkmiş şəxsə ümumilikdə 830 manat məbləğimi: maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2022-ci i tarixdə saat 17:30 radələrində ünvan 2 ünvanında yerləşən “Milan” qadın paltarları mağazasında olarkən müştəri qismində gələn Zərərçəkmiş şəxs1 mağazanın kassasının yanında olan birinci paltar dəyişmə otağında köhnə paltarlarını soyunub yeni paltarlarını geyinərək dəyişmə otağından çıxdığını gördükdə həmir paltardəyişmə otağına daxil olaraq Zərərçəkmiş şəxs1 köhnə paltarının üstündə telefonunu unudaraq nəzarətsiz qoyduğunu aşkar etdikdən sonra sonuncuya məxsus içərisində 15 manat dəyərində 051 -701 -89-99 saylı GSM kartla birlikdə 1500 manat dəyərində «İphone 11 Pro» markalı **********15059 imey kodlu mobil telefon aparatını gizli yolla talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 1515 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə və mənbədən, satış məqsədi ilə ümum təmiz çəkisi 1,368 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və təmiz çəkisi 0,107 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 2-ci Bağlar döngəsi ünvanına qədər daşımış, 25 avqust 2022-ci il tarixdə saat 16 radələrində Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan ünvanın qarşısında saxlanılaraq ünvan 4ləşən 41-ci Polis bölməsinin inzibati binasına gətirilmiş, saat 17:10-dan etibarən orada onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əlində saxladığı, “Silver Style” yazısı olan kağız paketdəki “Winchester” markalı siqaret qutusunun içərisində elektron tərəzi ilə yanaşı 5 ədəd gümüşü rəngli kağız bükümlərdə və əynindəki qara rəngli şalvarının sağ yan cibində 1 ədəd şəffaf selofan bükümündə, satış məqsədi ilə qanunsuz əldə edib saxladığı və daşıdığı ayrı-ayrılıqda təmiz çəkiləri 0,440 qram, 0,232 qram, 0,271 qram, 0,155 qram və 0,270 qram, ümumi təmiz çəkisi 1,368 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və təmiz çəkisi 0,107 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ilkin ifadəsində ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində kirayədə tək yaşayır. Azyaşlı qızı əvvəl onunla birlikdə yaşayırdı, 2022-ci il sentyabr ayından isə məktəb başlayanda anasının yanında Ağsu rayonunda yaşayır. Tutulmazdan təxminən 3 ay əvvəl Badamdar qəsəbəsinə köçmüş, orada İbrahim adlı şəxsin ailəsi ilə yaşadığı evin həyətində yerləşən kirayə verilən evdə yaşayırmış və həmin vaxtdan metamfetamin və heroindən istifadə etməyə başlamışdır. Badamdar qəsəbəsində yaşadığı vaxt ərzində onunla qonşuluqda yaşayan və narkotik vasitələrinin istifadəçiləri olan Ofelya və Bəşirlə tanış olmuşdur. Onlar onun yaşadığı əraziyə yaxın ərazidə ər-arvad kimi yaşayırdılar və birlikdə pul düzəldib tanımadığı şəxslərdən narkotik vasitələr alıb birlikdə istifadə edirdilər. Bundan sonra o, qazanc əldə etmək üçün əldə etdiyi narkotik vasitələrinin bir qismini satmağa başlamışdır. Narkotik vasitələri satarkən onları çəkib xırda hissələrə bölmək üçün elektron tərəzi əldə etmişdir. Narkotik vasitələri o, çox vaxt Binə qəsəbəsində yaşayan, adını Tural bildiyi şəxsdən alıb əsasən Badamdar qəsəbəsində tanımadığı şəxslərə satmışdır. 24 avqust 2022-ci il tarixdə o, Turaldan metamfetamin və heroin, hərəsindən 2 qram əldə edərək həmin gün bir qismini Badamdar qəsəbəsində tanımadığı şəxslərə satmışdır. Səhərisi gün isə o, Bəşirgilin evin yaxınlığında 41-ci polis bölməsinin əməkdaşları tərəfindən tutulmuş və onu həmin polis bölməsinə aparmışdılar. Onu otaqların birinə gətirərək üzərinə baxış keçiriləcəyini bildirmişdilər. Həmin vaxt üzərində içində ona məxsus elektron tərəzi, eləcə də Tural adlı şəxsdən aldığı metamfetamin və heroindən onda qalmış hissələr olan kağız paketi olmuşdur. Sonra müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilmişdir. O, əlində saxladığı kağız paketi masa üzərinə qoymuş və sonra da şəxsi istifadəsi üçün əynindəki şalvarın cibində selofan kəsiyin içində saxladığı heroini çıxarıb təqdim etmişdir. Kağız paketdəki narkotik vasitələr 5 ədəd bükümdə olmuşdur. Polis əməkdaşları içində narkotik vasitələri saxladığı paketə baxış keçirmişdilər, siqaret qutusunun içində saxladığı 5 büküm narkotik vasitələr, digər siqaret qutusunun içindən elektron tərəzi aşkar edilmişdir. Bükümlər bir-bir açılıb yoxlanılmışdır. Həmçinin narkotik vasitələri çəkmək üçün istifadə etdiyi borucuqlar da aşkar edilmişdir. Bundan sonra çəkilişlər bitmiş, bununla bağlı protokol tərtib edilmiş, o protokolu və digər sənədləri də imzalamışdır. Bundan başqa, 2022-ci il iyun ayının axırlarında o, oğurluq etmək məqsədi ilə Xətai rayonunda yerləşən aptekə müştəri qismində daxil olmuşdur. Satıcı xanıma qarın ağrısı dərmanı almaq istədiyini bildirmişdir. Bu zaman kassanın yanında smartfonun olmasını görmüşdür. Əczaçıya ona başqa dərmanın gətirməsini xahiş etmişdir ki, satıcı uzaqlaşsın və o, həmin telefonu kassadan götürə bilsin. Həmin vaxtı satıcıdan və ondan başqa aptekdə heç kəs olmamışdır. Əczaçı uzaqlaşıb arxası ona tərəf dayanan kimi o, əlini kassanın yanına uzatmış və smartfonu oradan götürərək guya pulu maşından götürüb qayıdacağını söyləyib dərhal aptekin əsas girişindən çıxmış və oradan uzaqlaşmışdır. Təxminən bir neçə saatdan sonra o, “Neftçilər” metrostansiyasının yaxınlığında həmin smartfonu dəyərindən ucuz satmaq niyyəti ilə satmağa çalışmışdır. Bu zaman bir nəfər tanımadığı bir kişi ona yaxınlaşmış və smartfonun qiymətini soruşmuşdur. O, 100 manata satmaq istədiyini demiş, lakin həmin kişi qiymətin aşağı salmağını istəmişdir. Onlar 70 manata razılaşmış və həmin məbləğ müqabilində o, oğurladığı “Samsung A52” markalı mobil telefonu həmin adama satmış və yaşadığı ünvana getmişdir. Təxminən 3 həftə sonra, yəni 2022-ci ilin ortalarında saat 17 radələrində yenə kiminsə telefonu oğurlamaq məqsədilə “Əhmədli” metrostansiyasının yaxınlığında fəaliyyət göstərən “Milan” adlı paltar mağazasına daxil olmuşdur. Diqqət çəkməmək üçün asılqandan öz ölçüsündə paltar götürmüş və paltar dəyişmə otaqlara keçmişdir. Bu zaman kassaya ən yaxın olan paltardəyişmə otağından əynində təzə paltar geyinmiş bir nəfər cavan qadının çıxdığını görmüşdür. O, həmin qadının çıxdığı paltardəyişmə otağına daxil olub orada köhnə paltarın və paltar üzərində «İphone 11» markalı telefonun olduğunu görmüşdür. O, həmin telefonu oğurlamaq qərarına gəlmiş və həmin qadının yaxında olmadığını görüb bir daha paltardəyişmə otağına daxil olaraq həmin telefonu götürüb cibinə qoymuşdur. Sonra o, əlindəki paltarı vitrinə qoyub bu mağazanı tərk etmişdir. Mağazadan çıxan kimi o, telefondakı sim kartı çıxarıb tullamışdır. Həmin gün axşam saatlarında o, “20 Yanvar” metrostansiyanın yanında həmin telefonu küçədən keçən tanımadığı şəxslərdən birinə təklif etmişdir. Həmin şəxs bahalı telefonu bu cür aşäğı qiymətə satmağının səbəbini soruşduqda o, təcili surətdə pula ehtiyacı olduğundan satdığını demişdir. Həmin şəxs ondan bu telefonu 80 manata almışdır. 80 manat pulu aldıqdan sonra o, həmin pulu ehtiyaclarına xərcləmişdir. Törətdiyi əməldən peşmandır, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs növbəti ifadəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, 25 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanın qarşısında olan zaman iki nəfər mülki geyimdə olan şəxs onu saxlamışlar və Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə aparmışlar. Bildirmişdir ki, ilkin ifadəsində göstərilən məlumatlar həqiqəti əks etdirmir. Onu Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə gətirmiş və bildirmişlər ki, narkotik vasitə satışı ilə məşğul olduğunu desin. İbtidai istintaq zamanı üzərində şəxsi axtarış götürmə istintaq hərəkətinin qeydə alındığı videogörüntüdən öncə ona narkotik vasitənin satış məqsədi ilə üzərində daşıması barədə ifadə verməsi bildirilmişdir. O, narkotik vasitə istifadəçisidir, lakin satışı ilə heç vaxt məşğul olmamışdır. Şahid5 və Şahid6 narkotik vasitə satmamış, təmannasız vermişdir və onlarla birlikdə istifadə edirdi. Təqsirləndirilən şəxs məhkəmədən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə münasibətdə hazırki ifadəsinin nəzərə alınmasını xahiş etdi. Məhkəmədən ona ədalətli cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 25 avqust 2022-ci il tarixdə bölmənin əməliyyat aparatına məlumat daxil olmuşdur ki, Badamdar qəsəbəsində kirayəşin yaşayan Ayşən adlı qadın qanunsuz olaraq narkotik vasitələri əldə edərək onların qəbulu, saxlaması və satışı ilə məşğul olur. Bu barədə bölmənin rəhbərliyinə məruzə etdikdən sonra Ayşən adlı şəxsin ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədəmüvafiq hesab edilmiş və əməliyyat qrupu yaradılmışdır. O, Şahid2 yə Şahid3 əməliyyat-axtarış tədbirləri həyata keçirməyə başlamışdılar. Həmin gün saat 16 radələrində onlara əlavə məlumat verilmişdir ki, Ayşən adlı qadın Badamdar qəsəbəsində 2-ci massivi 2-ci Bağlar döngəsindədir. Onlar həmin yerə gəlmiş və məlumatda göstərilən əlamətlərə oxşar qadının piyada əlində ağ rəngli kağız paketi ilə hərəkət etdiyini görüb həmin qadına yaxınlaşmışdılar. Özlərini təqdim edərək Təqsirləndirilən şəxs şübhəli bilindiyini izah edib onlarla 41-ci polis bölməsinə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarışa keçirilmişdir. Axtarış aparılarkən videoçəkilişdən istifadə edilmişdir. Təqsirləndirilən şəxs əlində saxladığı kağız səbəti və əynindəki şalvarın sağ yan cibindən çıxartdığı kiçik şəffaf rəngli selofandan olan bükümü çıxarıb təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs əynindəki maykanın altından rəzinlə bağlanmış pul əskinazları çıxarıb həmin paketin yanına qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi kağız səbətinə baxış keçirildikdə orada siqaret qutusunun içərisində bir ədəd gümüşü rəngli elektron tərəzi və 5 ədəd gümüşü rəngli falqa bükümləri aşkar edilmişdir. Təqdim olunmuş 6 ədəd büküm bir-bir açıldıqda beşinin içərisində qəhvəyi rəngli tozşəkilli, birinin içərisində isə kristallaşmış, ağ rəngli maddə kütləsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin aludəçisi olmaqla yanaşı həmin vasitələrin satışı ilə məşğul olduğunu etiraf etmişdir, üzərində aşkar edilmiş tərəzini narkotik vasitələrinin satışı zamanı istifadə etməsini bildirmişdir. Eyni zamanda kağız səbətin içərisində narkotik vasitələrin çəkilməsi üçün nəzərdə tutulmuş borular və alışqanlar aşkar edilmişdir. Prosessual hərəkətin yekununda aşkar edilmiş maddələr kağız zərfə qablaşdırılmışdır. Zərf möhürlənmiş, prosessual hərəkətlə bağlı protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 və Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin operatoru Şahid4 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərmişdir ki, 2018-ci ildən metamfetamin və heroindən istifadə etməyə başlamışdır. Təqsirləndirilən şəxs ilə məclislərin birində tanış olmuş və onlar dost olaraq ünsiyyət qururmuşlar. Təqsirləndirilən şəxs ilə tanış olarkən onun narkotik vasitələrindən istifadə etdiyini bilmişdir. Aşən Həşimova da onun narkotik vasitələrindən istifadə etdiyini bildiyi üçün bir dəfə ona pay olaraq bir dəfəlik çəkmək üçün heroin vermiş, ondan pul almamışdır və istəməmişdir. Ofelya Əliyevanı isə o, 2 il olar ki tanıyır. Ofeliya Badamdar qəsəbəsində yaşayan tanışı X8 yanına gəlib- gedirmiş, o Ofelyanı Müşfiqin vasitəsilə tanımışdır. Sonra Ofeliya ilə aralarında yaxın münasibətlər yaranmış və onlar qeyrirəsmi ər-arvad kimi yaşamağa başlamışdılar. O, Ofeliya ilə tanış olduqda onun da heroindən istifadə etdiyini bilmişdir. Ofeliya heç bir yerdə işləməmiş, anası ilə birlikdə onların evində qalmışdır. 24 avqust 2022-ci il tarixdə Ofeliya 41-ci polis bölməsinin əməkdaşları tərəfindən tutulmuş və narkotik vasitələrin istifadəsinə görə məhkəmə ona 1 ay inzibati həbs vermişdir. Ofeliya Əliyeva saxlanıldığı gün o, evdə olmuşdur, Ofelyanın isə evin yaxınlığında tutulduğunu bir neçə saat sonra bilmişdir. Təqsirləndirilən şəxs ona heç vaxt narkotik vasitə satmamışdır. Ayşən yalnız narkotik vasitədən istifadə edir, satışı ilə məşğul olmur. Ofeliyanın tutulduğu günün səhərisi gün Təqsirləndirilən şəxs ona çəkmək üçün heroin təşkil edə biləcəyi demişdir, buna görə Ayşəni evinə dəvət etmiş, lakin, həmin gün Ayşən onların evinə gələn zaman polis əməkdaşları tərəfindən tutulmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitə satdığı ilə bağlı istintaqda dediklərihəqiqətə uyğun deyil. Məhkəmə iclasında Şahid6 ifadəsində göstərmişdir ki, 3 il bundan əvvəl Günay adlı qızla tanış olduqdan sonra onlar rəfiqə olmuşdular. Günayın vasitəsi ilə onun qardaşı Bəşiri tanımışdır. Bəşirlə tanış olandan qısa müddət sonra aralarında yaxın münasibət yaranmış və o, Bəşir, onun bacısı və anası ilə birlikdə yaşadığı Badamdar qəsəbəsində yerləşən evə köçərək onlarla birlikdə yaşamağa başlamışdır. Bəşirlə tanış olub yaxın münasibətləri yaranandan sonra onun narkotik vasitələrinin aludəçisi olduğunu bilmişdir. 2 il bundan əvvəl metamfetamin, daha sonra isə heroindən çəkmə yolu ilə istifadə etməyə başlamışdır. Badamdar qəsəbəsində yaşayan zaman narkotik vasitələrinin satışı ilə məşğul olan İbrahim adlı şəxslə tanış olmuşdur. 24 avqust 2022-ci il tarixdə günorta saatlarında o, evinin yanında olan zaman 41-ci polis bölməsinin əməkdaşları onu saxlamışlar və məhkəmə ona bir ay inzibati həbs vermiş və onu inzibati həbs olunanların saxlama yerinə göndərmişdilər. Oradan çıxandan sonra bilmişdir ki, tutulduğu günün səhərisi Ayşən onun yaşadığı küçədə 41-ci polis bölməsinin əməkdaşları tərəfindən tutulmuş və polis bölməsinə aparılandan sonra Ayşənin üzərinin narkotik vasitələr aşkar edildiyi üçün barəsində cinayət işi açılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrinin satışı ilə məşğul olmur, yalnız bu cür maddələrdən istifadə edir. 24 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs onun Bəşir ilə birlikdə yaşadığı evə gələrək heroin və metamfetaminin bir hissəsini ona, Bəşirə və özləri ilə gətirdikləri şəxslərə satması ilə bağlı Təqsirləndirilən şəxs göstərdiklərinin yalandır. Təqsirləndirilən şəxs onun və ya Bəşirin vasitəsi ilə ümumiyyətlə heç kəsə narkotik satmamışdır. Zərərçəkmiş şəxs2 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ona dəymiş ziyanı tələb etdiyini göstərmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs2 ibitidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, “Zeytun Pharma” farmasevtik şirkətinin ünvan 5 ünvanında yerləşən filialında əczaçı vəzifəsində işləyir. Hadisənin baş verdiyi gün yəni xx.xx.2022-ci il tarixdə aptekdə növbədə olmuş və aptekə gələn müştərilərə tək xidmə göstərmişdir. Hadisədən 2-3 gün qabaq əvvəlləf tanımadığı bir qadın - Təqsirləndirilən şəxs Əliza qızı işlədiyi aptekə gəlmişdir. Sonuncu hamiləlik səbəbindən ürəkbulanmaya qarşı dərmanla barəsində soruşmuş və ondan ən ucuz lakin təsirli dərmanın satılmasını istəmişdir. O hamiləlil səbəbindən yazılan bütün dərmanların satışı yalnız hamiləliyə nəzarət edən həkimin icazəsi il; verilən xüsusi arayış əczaçıya təqdim edildikdən sonra həmin dərman məmulatlarının satışın; icazə verildiyini bildirmişdir. Onun bu sözlərindən sonra Ayşən aptekin giriş qapısın; yaxınlaşmış və bir az sonra qayıdacağını bildirsə də həmin gün aptekə gəlməmişdir. 21 iyuı 2022-ci il tarixdə təxminən saat 19 radələrində Ayşən aptekə daxil olmuş, nə almaq istədiyin bilməmiş, ürəkbulanmaya qarşı dərmanı, daha sonra saç boyasını, uşaq qızdırmasına qarşı dərmaları və uşaq üçün vitaminlər barəsində ondan soruşmuşdur. Uşaq qızdırmasına qarşı ən ucuz dərmanı istəmişdir. O uşaq qızdırmasına qarşı tərkibində antibiotik maddələr olmayaı və ən ucuz dərman yalnız parasetamol olduğunu bildirmişdir. Həmin məqamada o apet! kassasının yanında dayanmış və ona məxsus «Samsung A52» markalı mobil telefonu həmişək yerinə - kassa aparatının sol tərəfinə qoymuşdur. Parasetamol dərmanını götürmək üçün kassadan bir neçə metrə aralanmış və təxminən 10 saniyə keçdikdən soanra o Ayşənin ona «pul avtomaşında qalıb, götürüb gəlirəm» sözlərini eşitmiş və eyni məqamda aptek qapısının açılıb-bağlanmasım eşitmişdir. Parasetamol ilə kassanın yanma yxınlaşmış, 10-15 saniyə ərzində ayşənin gəlməyəcəyini başa düşdükdən sonra teleyfonu götürmək istədikdə telefonun yerində olmadığını aşkar etmişdir. O telefonu aptekin hansısa rəfə və ya aptekin başqa yerlərində unutduğunu düşünmüş, telefonu tapmayandan sonra küçəyə çıxmış və Ayşəni tapmaq istəsə də sonuncunun orada olmadığını aşkar etmişdir. Daha sonra o küçədə olan bir kişidən DİN-in 102 qaynar xəttinə zəng etməsini xahiş etmişdir. Oğurluq hadisəsi ilə bağlı Xətai RPİ-nin 37-ci PŞ-nə ərizə ilə müraciət etmişdir. Sorğu-sual zaman ifadəsini dəqiqləşdirən Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs əvvələr tanımadığını, sonuncunu hadisə baş verdiyi gündən 2-3 gün əvvəl və xx.xx.2022-ci il tarixdə işlədiyi aptekdə gördüyünü bildirmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxs kimi əlavə dindirilmiş Zərərçəkmiş şəxs2 Xətai RPİ-nin 37-ci polis şöbəsində yazdığı ərizə və izahatında telefonun həmin dövrə olan qiymətini göstərdiyini. İfadə verən zaman isə mən abstrakt şəkildə 700-800 manat ziyan vurulduğunu qeyd etdiyini, telefonu oğurlanan anda içərisində 25 manata aldığı ***-***-**-** və 5 manata aldığı ***-***-**-** saylı nömrələr olduğunu, ümumilikdə oğurluq nəticəsində ona 830 manat maddi ziyan vurulduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ona dəymiş ziyanın qaytarıldığını göstərmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs1 ibitidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, hadisənin baş verdiyi gün - xx.xx.2022-ci il tarixdə saat 17 radələrində o, idarə etdiyi avtomaşınla «Əhmədli» metrostansiyasının yaxınlığında olmuşdur. Avtomaşını park etmiş, özünə paltar və ayaqqabı almaq üçün metronun çıxışının yuxarısında yerləşən Sarayevc küçəsində olan “GREEN PRİCE” adlı paltar dükanına, adsız ayaqqabı dükanına və ən sonda 17 radələrində “Milan” adlı mağazaya daxil olmuşdur. “Milan” mağazasında o, özünə paltar seçmiş və həmin dükanın kassasının yanında olan birinci paltar dəyişmə otağına daxil olmuşdur. Bir neçə dəqiqədən sonra ona məxsus olan “İphone 11 Pro” markalı telefonunu, 100 manat pul və avtomaşın açarlarını köhnə paltarların üstünə qoymuş və paltar dəyişmə otağından çıxmışdır. Həmin otaqdan çıxanda Təqsirləndirilən şəxs görmüş, sonuncunun əlində paltar olmuş və Təqsirləndirilən şəxs dəyişmə otaqlarının boşalmasını gözləmişdir. O, paltar dəyişmə otaqlarının qarşısında olan güzgülərə yaxınlaşmış və adam çox olduğunu görmüşdür. Paltar dəyişmə otağından 2-3 metr aralıqda yerləşən güzgülərə tərəf getmiş və bir neçə dəqiqə ərzində yeni paltarını baxışdan keçirmişdir. Daha sonra paltar dəyişmə otağına qayıtmışdır. Köhnə paltarlarını geyinmiş və artıq kassaya yaxınlaşanda telefonun üstündə olmadığını aşkar etmişdir. O, telefonunu “Milan” dükanına gəlməkdən əvvəl getdiyi dükanlarda unutduğunu fikirləşmiş, lakin ayaqqabı dükanında və “GREEN PRİCE’' dükanında telefonu tapılmamışdır. Daha sonra o, “Milan” dükanına qayıtmış və nəzarətmüşahidə kameralarının qeydə aldığı görüntülərin açılmasını xahiş etmişdir. Çəkilişlərə baxmış və onun dəyişmə otağının güzgülərin qarşısında olduğu məqamda Təqsirləndirilən şəxs daxil olmasını və daha sonra oradan çıxmasını görmüşdür. Baş vermiş oğurluq hadisəsi ilə əlaqədar o, Xətai RPİ-nin 34-cü PB-nə ərizə ilə müraciət etmişdir. Sorğu-sual zaman ifadəsini dəqiqləşdirən Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs əvvələr tanımadığını, sonuncunu xx.xx.2022-ci il tarixdə “Milan” adlı mağazada gördüyünü bildirmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxs kimi əlavə dindirilmiş Sevda X1 həyat yoldaşı olduğunu, baş vermiş oğurluq barədə polisə məlumatı sonuncunun verdiyini, məlumat verən anda telefonun qiymätini təxminən olaraq 2000 manat göstərdiyini, bundan sonra polis bölməsində oğurluq barədə ərizə ilə müraciət edərkən ona israrla telefonun qiymətini göstərməli olduğu deyildiyini, həmin vaxtı istifadəsində olan telefonun real qiyməti bilmədiyindən təxminən 1500 manat göstərdiyini, bundan sonra bu və digər oğurluq faktı ilə başlanmış cinayət işi üzrə hadisələri törətmiş şəxsin müəyyən olunduğunu və sonuncunun məhkəmə məsuliyətinə veriləcəyini bilib məhkəmədə təqsirkar qadından ona vurulmuş maddi ziyanın ödəməyi tələb edərkən telefonun dəyərini bilmək üçün bir neçə dükanlarda eyni vəziyyətdə və texniki parametrlərə malik olan telefonlara baxarkən oğurluq zamanı onun telefonunun real qiymətin elə 1500 manat olmasını müəyyən etdiyini, telefonu oğurlanan anda içərisində 15 manata aldığım ***-***-**-** saylı nömrənin olduğunu, həmin nömrənin atası İlham Bağırovun adma rəsmilləşdirildiyini, lakin özünün bu nömrədən istifadə etdiyini, oğurluqdan sonra həmin nömrənin dublikatım çıxartdırdığını, oğurluq nəticəsində ona 1515 manat maddi ziyan vurulduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə aparılmasını əks etdirən videogörüntüyə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, 25 may 2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 2-ci massiv 2-ci Bağlar döngəsində saxlanılaraq 41-ci polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılan zaman o əlində olan qara qulplu ağ rəngli üzərində “Silver Style” sözləri yazılmış kağız səbəti təqdim etmiş, səbətin içərisindən 01 ədəd sarı rəngli alışqan, 01 ədəd içərisi boş olan bükülü kağız, 01 ədəd «Rothmans» siqaret qutusu, içərisində 01 ədəd qırıq alışqan, 02 ədəd bükülü ortası boş olan bir manatlıq pul əskinazları, 01 ədəd «Winchester» siqaret qutusu, içərisində 01 ədəd kiçik ölçülü gümüşü rəngli tərəzi, 04 ədəd gümüşü rəngli kağız bükülüdə tünd qəhvəyi rəngli spesifik iyə malik olan narkotik vasitəyə bənzər kütlə, 01 ədəd gümüşü kağız bükülüdə içərisində şəffaf toz halında spesifik iyə malik olan narkotik vasitəyə oxşar kütlə aşkar olunmuş, bundan əlavə Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən selofan bükülünün içərisində tünd rəngli qəhvəyi rəngli narkotik vasitəyə bənzər kütlə çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs sinə nahiyəsindən ümumilikdə 102 manat pul çıxarıb təqdim etmişdir. Həmin maddələr və elektron tərəzi götürülmüş, maddələr zərfdə qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 5 ədəd bükümün içərisində “kakos”, bir ədəd bükümün içərisində isə “patı” adlı narkotik vasitələrinin olmasını, həmin narkotik vasitələri bir gün əvvəl Binə qəsəbəsində “Tural” adlı şəxsdən satıb pul əldə etmək və özü istifadə etmək üçün ümumilikdə 150 manata aldığını, tərəzidən isə narkotik vasitələri satan zaman istifadə etdiyini bildirmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 26 avqust 2022-ci il tarixli 6/4553 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “....Vət. Təqsirləndirilən şəxs aşkar edilmiş..” yazı və imzalar olan zərfdə 5 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,440 qr, 0,232 qr, 0,271 qr, 0,155 qr və 0,270 qram olmaqla, ümumi çəkisi 1,368 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd bükümdə təmiz çəkisi 0,107 qr ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroinin təmiz çəkisi 1,368 qram, tədqiqata sərf edildi 0,25 qram, qalıq çəkisi 1,118 qram. Metamfetaminin təmiz çəkisi 0,107 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq çəkisi 0,057 qram. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı 1), metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri"-in siyahısına (Siyahı 1 ) daxildir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 88 (səksən səkkiz) manatdır. Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 26 sentyabr 2022-ci il tarixli 6/4875 saylı ekspert rəyindən görünür ki, “Vətəndaş Təqsirləndirilən şəxs ... 01 ədəd elektron tərəzi...” yazı və imzalar olan zərfdə 01 ədəd 6*8 sm ölçüdə gümüşü-qara rəngli elektron tərəzinin səthində narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 88 (səksən səkkiz) manatdır. 25 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs saat 16:00-da şübhəli şəxs qismində tutulmuşdur. 26 avqust 2022-ci il tarixdə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 26 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham elan edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-317/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı şəhər Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Raqif Şərifov Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatəti rədd edilmiş, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş ev dustaqlığı barədə vəsatət təmin olunmuş, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə, yəni 25 noyabr 2022-ci il tarixinədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Respublika Narkoloji Mərkəzinin 23 sentyabr 2022-ci il tarixli 5444 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 21 iyul 2022-ci il tarixli qərarla Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 21 iyul 2022-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs saat 15:30da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. 21 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham elan edilmişdir. Xətai rayon prokurorluğunun 22 iyul 2022-ci il tarixli qərar ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş, Xətai Rayon Polis İdarəsinin X13 azad edilmişdir. 22 iyul 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 26 iyul 2022-ci il tarixli qərarla Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 29 iyul 2022-ci il tarixli qərarla Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 15 avqust 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğuna görə tutulması üçün barəsində axtarış elan edilmiş, eyni tarixli qərarla ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. Təqsirləndirilən şəxs 25 avqust 2022-ci il tarixdə Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. 26 avqust 2022-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. 10 sentyabr 2022-ci il tarixli qərarla ********* nömrəli cinayət işi ilə ********* nömrəli cinayət işi bir icraatda birləşdirilmişdir. 30 sentyabr 2022-ci il tarixli maddi sübut qismində tanınma barədə qərarla ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotik vasitə heroin 1,368 qram çəkidə, psixotrop maddə metamfetamin 0,107 qram çəkidə göstərməklə elektron tərəzi ilə birlikdə iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tadqiqatından sonra qalıq qalmış 1,118 qram heroin va 0,057 qram metamfetamin və elektron tərəzi məhkəmənin hökmü olana qədər Səbail Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. 18 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci və 234.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona yenidən ittiham elan edilmişdir. 12 noyabr 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, eyni tarixli qərarla ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. 25 noyabr 2022-ci il tarixli qərar ilə ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. Səbail rayon prokurorluğunun 21 noyabr 2022-ci il tarixli qərar ilə Təqsirləndirilən şəxs ev dustaqlığında qalma müddətinin uzadılması barədə vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. 25 noyabr 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 25 noyabr 2022-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmişdir. 28 noyabr 2022-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə icraat təzələnmiş və eyni tarixli qərarla Rayon Polis İdarəsinin X13 azad edilmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə ünvanladığı teleqramdan görünür ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmir, dəymiş ziyan ona qaytarılmışdır. Zərərçəkmiş şəxs2 məhkəməyə ünvanladığı teleqramdan görünür ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, təqsirləndirilən şəxsə qarşı şikayəti vardır, işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmir. Elektron məhkəmə portalının çıxarışından görsənir ki, Təqsirləndirilən şəxs bir azyaşlı uşağı – 06 mart 2016-cı il təvəllüdlü X4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 1(004)-540/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmişdir. Məhkəmənin hazırlıq iclasının 11 yanvar 2023-cü il tarixli, 1(009)-63/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs haqqında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 1(004)-540/2022 saylı qərarı ilə həbs qətimkan tədbirinin seçildiyini nəzərə alaraq ibtidai istintaq zamanı seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmişdir. Təqsirləndirilən şəxs haqqında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 1(004)-540/2022 saylı qərarı qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 1(004)-59/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzaçəkmə müddətinin əvvəli 25 dekabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq aşağıdakı prinsip və müddəaları qeyd edir. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, istintaq hərəkətlərinin protokollarının, ekspertiza rəyi və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətdiyi əmələ düzgün hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasının anlayışı verilmişdir. Həmin qanuna əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı Qərarının 8-ci bəndində verilmiş izaha əsasən şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Təsadüfi deyildir ki, qanunvericilik və hüquq ədəbiyyatı “cinayət” anlayışı ilə yanaşı “obyektiv əlamətlər” anlayışından istifadə edir. Cinayət – ictimai təhlükəli əməli yaradan obyektiv və subyektiv elementlərin sistemidir. Cinayət tərkibi – ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və subyektiv əlamətlərin məcmusudur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasında cinayət əməlinin obyektiv cəhəti satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində verilmiş izaha əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təsvir edilənlər belə deməyə əsas verir ki, şəxsin narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün onun məhz yuxarıda sadalanan məqsədlərin hər hansı birini güdərək narkotik vasitələri əldə edib gəzdirməsi sübut edilməlidir. İstər məhkəməyədək araşdırma zamanı, istərsə də məhkəmə istintaqında Təqsirləndirilən şəxs əvəzli, qazanc əldə etmək məqsədi ilə və ya digər şəxsi marağa görə narkotik vasitə olan heroini əldə etməsinə və yaymasına, narkotik vasitəni əldə etməmişdən öncə başqa şəxslə (şəxslərlə) sövdələşməsinə, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olmasına dair hər hansı mötəbər sübut əldə etmək mümkün olmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, elektron tərəzinin ittiham aktının sonundakı arayışda iş üzrə maddi sübut qismində tanınması göstərilməmişdir. Bununla bağlı ayrıca qərar qəbul edilmişdir. İttiham aktında elektron tərəziyə müstəntiq tərəfindən hüquqi qiymət verilməmişdir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini ondan aşkar edilərək götürülmüş narkotik vasitənin miqdarına və şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif etsə də, cinayət işində onun digər şəxslə (istehlakçı) əvvəlcədən razılıq əldə etməsi və narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi haqda nəticəyə gələcək sübutlar mövcud deyil. Belə olan halda isə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs narkotik vasitəni satması və ya satmaq niyyətinin və istehlakçı ilə razılığının olmasını təsdiq edən mötəbər sübutlar əldə edib, qiymətləndirmədən, ehtimal əsasında Təqsirləndirilən şəxs əməlini narkotik vasitə olan maddələrin satma kimi qiymətləndirilməsi və əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməsi əsassız və qanunsuzdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən heç bir sübutla Təqsirləndirilən şəxs digər şəxsə narkotik vasitəni satması, dəyişdirməsi, borc əvəzinə verməsi, borc olaraq verməsi kimi hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında şahidlər Şahid5 və Şahid6 da ifadələrində Təqsirləndirilən şəxs onlara narkotik vasitə satmadığını, yaalnız birlikdə istifadə etdiklərini təsdiq etmişlər. Əksinə məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığını göstərmişdir. Həmçinin ibtidai istintaq zamanı üzərində şəxsi axtarış götürmə istintaq hərəkətinin qeydə alındığı videogörüntüdən öncə ona narkotik vasitənin satış məqsədi ilə üzərində daşıması barədə ifadə verməsi bildirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihama görə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan 1,368 qram çəkidə narkotik vasitə olan heroini və 0,107 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edərək satması faktına dair mötəbər sübutlar əldə edilmədən və qiymətləndirilmədən, təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə tövsif edilə bilməz. Həmin şəxsin əməli yalnız narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini üzərində saxlayaraq və 25 avqust 2022-ci il tarixdə Bakı şəhəri Səbail rayonu Babamdar qəsəbəsi 2-ci Bağlar döngəsi ünvanında saxlanılaraq ünvan 7l Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin inzibati binasına gətirilərək xidməti otaqda üzərinə baxış keçirilərkən əlində saxladığı 5 ədəd gümüşü rəngli kağız bükümlərdə və əynindəki qara rəngli şalvarının sağ yan cibində 1 ədəd şəffaf selofan bükümündə qanunsuz əldə edib saxladığı və daşıdığı ayrı-ayrılıqda təmiz çəkiləri 0,440 qram, 0,232 qram, 0,271 qram, 0,155 qram və 0,270 qram, ümumi təmiz çəkisi 1,368 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və təmiz çəkisi 0,107 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilməsi faktına dair mötəbər sübutlar əldə edildiyindən və qiymətləndirildiyindən, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan - narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə edib satmasını, yəni yayılmasını təsdiq edən mötəbər sübutlar olmadığından və məhkəmə istintaqında yeni mötəbər sübutların əldə edilməsinin qeyrimümkünlüyünü nəzərə alaraq, məhkəmə Təqsirləndirilən şəxs əməlini həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etməyi qanuni və əsaslı sayır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “X12 Keçirilməsi Zamanı “İnsan Hüquqlarının və X9 Haqqında” X3 və İnsan Hüquqları Üzrə Arvopa Məhkəməsinin Presedentlərinin Tətbiqi Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 10-cu maddəsində göstərilir ki, hüququn aliliyi və insan hüquqlarına hörmət X6 3-ü maddəsində nəzərdə tutulan əsas dəyərlərdəndir. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələbinə görə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyətini yaradır. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin sübutların mümkünlüyünü müəyyən edən 125-ci maddəsində təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Qanunun mənasına görə əldə edilən istənilən sübut yalnız yoxlanıldıqdan və digər sübutlarla müqayisəli şəkildə qiymətləndirildikdən sonra qəbul edilir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146-cı maddəsi). Cinayət-Prosessual Məcəlləsinin 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. (CPM 21.3) Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə toplanmış mötəbər sübutları obyektiv araşdıraraq və hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məsəllənin 234.1-ci maddəsinə tövsif edilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə törətdiyi cinayətə görə cəza almalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edərək saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs elan olunmuş ittihamda ( təqsirləndirilən şəxs qismində cəlb etmə etmə haqqında qərarda) və ittiham aktında onun satış məqsədilə təmiz çəkisi 0,107 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib saxlanılması göstərilmişdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ saylı qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nda psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qeyd olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən isə aşkar edilmiş psixotrop maddə metamfetamini ümumi çəkisi -0,107 qramdır. Göründüyü kimi, aşkar edilmiş psixotrop maddə metamfetaminin çəkisi şəxsi istehlak miqdarından artıq miqdar təşkil etmir və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 0,107 qram psixotrop maddə metamfetaminin çəkisi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibini yaratmır. Belə olan halda həmin epizodun hazırkı ittiham üzrə məhkəmə baxışına heç bir aidiyyət və bağlılığının olmamasını nəzərə alınaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 0,107 qram psixotrop maddə metamfetamin ilə bağlı hissə Təqsirləndirilən şəxs elan olunmuş ittihamın məzmunundan xaric edilməlidir . Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu tamamilə sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla təqsirləndirilən şəxsə ittiham elan edilmiş Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə münasibətdə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, himayəsində bir azyaşlı uşağının olması, dıymiş ziyanın qismən aradan qaldırılmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, əvvəllər talama cinayətinə görə məhkum olunduğunu, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 177.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmalı və qəti cəza təyin edilməlidir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 1(004)-59/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzaçəkmə müddətinin əvvəli 25 dekabr 2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-cı maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Hazırkı iş üzrə cinayət əməlləri Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 1(004)-59/2023 saylı hökmü çıxarılmazdan əvvəl, yəni 2022-ci ildə törədilmişdir. Belə olan halda Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 1(004)-59/2023 saylı hökmü ilə təyin edilmiş 05 (beş) ay müddətə azadlıqdan məhrumetmə cəzasının hazırkı hökmlə ona təyin olunacaq cəza ilə Azərbaycan Respublikasının CM-nın 66.5-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin məcmusu üzrə cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cəza təyin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 1(004)-59/2023 saylı hökmünə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 1(004)-59/2023 saylı hökmünə əsasən 25 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 25 avqust 2022-ci il tarixdən 25 noyabr 2022-ci il tarixədək ev dustaqlığında olması, 21 iyul 2022-ci tarixdən 22 iyul 2022-ci il tarixədək (şübhəli şəxs qismində tutulma) və 28 noyabr 2022-ci il tarixdə həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla, 03 (üç) ay 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 1(004)-59/2023 saylı hökmünə əsasən azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınmışdır. Hazırda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza təyin edildiyindən barəsində həbs qətimkan tədbiri seçilməlidir və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X5 ekspert komissiyasının xx.xx.2022-ci il tarixli 5444 №-li rəyinə əsasən Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilməli və o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Səbail Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,118 qram (ilkin təmiz çəkisi 1,368 qram) çəkidə narkotik vasitə olan heroin, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,057 qram (ilkin təmiz çəkisi 0,107 qram) çəkidə psixotrop maddə metamfetamin və elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış materialların məhkəmə ekspertizası tədqiqatlarının xərci 176 (bir yüz yetmiş altı) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 02 (iki) il 04 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 (iki) il 04 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 1(004)-59/2023 saylı hökmü ilə təyin edilmiş 05 (beş) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 25 avqust 2022-ci il tarixdən 25 noyabr 2022-ci il tarixədək ev dustaqlığında olması, 21 iyul 2022-ci tarixdən 22 iyul 2022-ci il tarixədək (şübhəli şəxs qismində tutulma) və 28 noyabr 2022-ci il tarixdə həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla, 03 (üç) ay 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 1(004)-59/2023 saylı hökmünə əsasən 25 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ümumi çəkisi 0,107 qram çəkidə psixotrop maddə metamfetamin ilə bağlı hissə Təqsirləndirilən şəxs elan olunmuş ittihamın məzmunundan xaric edilsin. Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,118 qram (ilkin təmiz çəkisi 1,368 qram) çəkidə narkotik vasitə heroin, 0,057 qram (ilkin təmiz çəkisi 0,107 qram) çəkidə psixotrop maddə metamfetamin və elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci – 176 (bir yüz yetmiş altı) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X7, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 480 (dörd yüz səksən) manat tutalarq “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelllyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-63/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-63/2023
23.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver