Məhkəmə qərarları › İş №1(009)-63/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-63/2024

22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-63/2024 22.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı4, Müdafiəçı “Kamandar Nəsibov və Partnyorları” Vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1970-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Şəhriyar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmayan, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Şəhriyar kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı X3 qarşı yaranmış etibarından sui-istifadə edərək, sonuncuya məxsus Pirallahı rayonunda yerləşən 24 sot torpaq sahəsinə “Çıxarış” sənədi düzəltməsinə dair yalandan vəd verib inandırmaqla, Rasim Mustafayevin birinici dəfə 07 mart 2023-cü il tarixdə ünvan 2 ünvanında olarkən mobil telefondakı mobil tətbiq vasitəsilə Təqsirləndirilən şəxs **********2023 nömrəli kart hesabına göndərilmiş 5000 manat məbləğində vəsaiti, ikinci dəfə 08 mart 2023-cü il tarixdə ünvan 3 ünvanın qarşısında Rasim Mustafayevlə görüşərək eyni adla 500 manat məbləğində vəsaiti götürərək verdiyi vədə əməl etməyib aldatmaqla, zərərçəkmiş şəxs X4 məxsus ümumilikdə 5500 manat məbləğində vəsaiti vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirib zərərçəkmiş şəxs X4 ümumilikdə 5500 manat məbləğində olmaqla xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da o, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2023-cü ilin fevral ayında tanışı Bahar Zakirova onunla danışaraq X1 almaqda kömək etməyini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə Rasim Mustafayevlə onun yaşadığı ünvanın yanında görüşmüşlər. Həmin vaxtı Rasim Mustafayev ondan Pirallahı rayonunda özü üçün aldığı 24 sot torpaq sahəsinə çıxarış sənədi düzəltməyi xahiş etmiş, bunun müqabilində o, Rasim Mustafayevdən 6000 manat pul istəmiş, lakin Rasim Mustafayev ona 5500 manat verə biləcəyini demiş, o, da onunla razılaşmışdır. Rasim Mustafayev onun kartına 5000 manat köçürmüş, qalan 500 manatı isə ona əl-bə-əl vermişdir. Rasim Mustafayevə verdiyi vədi yerinə yetirməmiş, pulu talamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 ifadəsində göstərmişdir ki, o, Pirallahı rayonunda özü üçün 24 sot torpaq sahəsi almışdır. Həmin torpaq sahəsinə aid İcra Hakimiyyətinin Sərəncam sənədi vardır. O, həmin torpaq sahəsinə çıxarış sənədi almaq istəyirmiş, bununla bağlı 2023-cü il tarixdə fevral ayında onun tanışı Bahar Zakirova Təqsirləndirilən şəxs onun torpağına sənəd ala biləcəyini ona bildirmişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs ilə Badamdar qəsəbəsində yaşadığı ünvanın yanında görüşüb söhbət edən zaman Təqsirləndirilən şəxs ona torpağa çıxarış sənədi düzəldə biləcəyini bildirmiş, bunun müqabilində ondan 6000 manat pul istəmişdir. O, Təqsirləndirilən şəxsla danışaraq 5500 manata razılaşmışdır. Həmin günü o, Təqsirləndirilən şəxs bank kartına 5000 manat pul köçürmüşdür. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxsla Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində görüşərək avtomobilinin içərisində əl-bə-əl Təqsirləndirilən şəxs qalan 500 manatı vermişdir. Bununla da o, Təqsirləndirilən şəxs ümumilikdə 5500 manat vermişdir. Təqsirləndirilən şəxs ona verdiyi vədi yerinə yetitməmiş, onu aldadaraq ona məxsus pulu talamışdır. Şikayətçidir, ona vurulmuş ziyanı tələb edir. İş materiallarında olan 24 iyul 2023-cü il tarixli cinayət işin başlanması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan 27 iyul 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərarından görünür ki, X5 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 27 iyul 2023-cü il tarixli “qəbzə baxış keçirilməsi və götürülməsi” haqqında protokolundan görünür ki, bir ədəd qəbzin surətində “5.075,00 AZN, İB**********, Money Transfer, “göndərən 4127********1486, X11, Əməliyyat tarixi xx/xx/2023 14:59:12, Status Uğurla başa çatdı” yazıların olması müəyyən edilmişdir. İş materiallarında olan 15 avqust 2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Xətai RPİ tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə xx.xx.2023-cü il tarixdə cinayət işi başlanılmış, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan 30 avqust 2023-cü il tarixli “axtarışda olan şəxsin tutulması” barədə protokolundan görünür ki, Təqsirləndirilən şəxs 30 avqust 2023-cü il tarixdə saat 22:30 radələrində tutulmuş və Səbail RPİ-nin MSY-yə təhvil verilmişdir. İş materiallarında olan 01 sentyabr 2023-cü il tarixli əməlin tövsif edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilmişdir. İş materiallarında olan 01 sentyabr 2023-cü il tarixli təqsirlənidirilən şəxs qismində cəlb olunma haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan 01 sentyabr 2023-cü il tarixli “MSY-dən azad edilməsi” barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan 01 sentyabr 2023-cü il tarixli qətimkan tədbirinin seçlməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 08 sentyabr 2023-cü il tarixli “qəbzə baxış keçirilməsi və götürülməsi” haqqında protokolundan görünür ki, Leobank UNİBANK X10 Səhmdar Cəmiyyətinin qəbzində Təqsirləndirilən şəxs məxsus 4098********9406 hesab nömrəsi üzrə edilən əməliyyatlar öz əksini tapmışdır. Qeyd olunan əməliyyatlardan biri isə xx-xx-2023çü il tarixdə saat 14:59:15-də edilərək Təqsirləndirilən şəxs məxsus 4098********9406 hesabına 5000 manat pulun köçürülməsini özündə əks etdirmişdir. İş materiallarında olan 23 oktyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə X6 və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təqdim etdikləri qəbzlər sübut əhəmiyyəti daşıdığından cinayət işi üzrə sübut növü kimi tanınmışdır. İş materiallarında olan 27 dekabr 2023-cü il tarixli zərərçəkmiş şəxs X3 məhkəməyə ünvanladığı ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışıb, onun tərəfindən dəymiş ziyan tam ödənilmişdir və hal-hazırda ondan heç bir tələb və şikayəti yoxdur. İş materiallarında olan "xxxx" ASC-nin 08 fevral 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs səhv olaraq vurulmuş ziyanın 25 faizini -500 (beş yüz) manat məbləğində vəsaiti Dövlət Büdcəsinə ödəmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 06 mart 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs səhv olaraq vurulmuş ziyanın 25 faizini -400 (dörd yüz) manat məbləğində vəsaiti Dövlət Büdcəsinə ödəmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun etirafı, zərərçəkmiş şəxsin ifadəsi, iş üzrə sübutlar, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmişlə barışmasını və zərərin tam şəkildə ödənilməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsini 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədəuyğun hesab edir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq tutma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 30 avqust 2023-cü il tarixdən 01 sentyabr 2023-cü il tarixədək tutulduğu cəmi 02 (iki) gün müddət, bir günə iki gün hesablanaraq 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılaraq ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən səhv olaraq Dövlət Büdcəsinə ödənilmiş 400(dörd yüz) və 500(beş yüz) manat məbləğində vəsait, cəmi 900(doqquz yüz) manat məbləğində vəsait Dövlət Büdcəsindən tutularaq Təqsirləndirilən şəxs ödənilməlidir. Cinayət işi üzrə maddi sübut yoxdur. Cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CinayətProsessual 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək ona 1 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 avqust 2023-cü il tarixdən 01 sentyabr 2023-cü il tarixədək tutulduğu cəmi 02 (iki) gün müddət, bir günə iki gün hesablanaraq 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 1 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs tərəfindən səhv olaraq Dövlət Büdcəsinə ödənilmiş 400(dörd yüz) və 500(beş yüz) manat məbləğində vəsait, cəmi 900(doqquz yüz) manat məbləğində vəsait Dövlət Büdcəsindən tutularaq Təqsirləndirilən şəxs ödənilsin. Cinayət işi üzrə maddi sübut yoxdur. Cinayət işi üzrə mülki iddia yoxdur. “Kamandar Nəsibov və Partnyorları” Vəkil bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 300 (üç yüz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından tutularaq “Kamandar Nəsibov və Partnyorları” vəkil Bürosunun bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar