Məhkəmə qərarları › İş №1(009)-64/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-64/2020

18.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-64/2020 18.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X5 qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, Bakı şəhərində 18 mart 2020-ci il tarixdə saat 11:30-da xx xxxxx 1998-ci il tarixdə Saatlı rayonu, Mircəlalkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Saatlı rayonu, Mircəlalkənd kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs, 10 iyul 2019-cu il tarixdə, saat 10:00 radələrində vət.Zərərçəkmiş şəxs məxsus və onun yaşadığı Bakı şəhəri, Səbail rayonu, 4-cü Bayıl döngəsində yerləşən 9 saylı evin 2 saylı mənzilinin birinci mərtəbəsində olan qarajda saxladığı “Hyundai Santafe” markalı, ** OD *** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qarajdan çıxarıb qanunsuz qaçıraraq ələ keçirmiş və qaçırdığı avtomobili idarə etməklə Bakı şəhəri, Səbail rayonu, Ziya Yusifzadə küçəsi ilə Bayıl qəsəbəsi istiqamətində 60-70 km/saat sürətlə hərəkətdə olarkən əks yolla “Dəniz Administrasiyası” istiqamətdə hərəkətdə olan Şahid4 idarə etdiyi Mersedes-Benz» markalı, ** TM *** dövlət qeydiyyat nişanlı avtomobillə, sonra isə həmin avtomobilin arxası ilə eyni istiqamətdə hərəkətdə olan Şahid2 idarə etdiyi “Hyundai Creta” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşdurmuş, “Mersedes-Benz” markalı avtomobilə 3000 manat, “Hyundai Creta” markalı avtomobilə 2000 manat, Zərərçəkmiş şəxs məxsus “Hyundai Santafe” markalı avtomobilə isə 9860 manat məbləğində maddi ziyan vuraraq “Hyundai Creta” və “Mersedes-Benz” markalı avtomobillərə vurduğu cəmi 5000 manat ziyanı da zərərçəkmiş Zərərçəkmiş şəxs ödətdirməklə ona ümumilikdə 14 860 manat məbləğində xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, hadisə baş verməmişdən əvvəl “Pitaçok”un yaxınlığında olan “Redbul” ofisinin yanında olan moykada avtomobil yuyucusu işləmişdir. 2019-cu ilin aprel ayından işlədiyi avtoyuma yerinin sahibi obyekti bağladığına görə oradan işdən çıxmışdır, sonra Nihadın işlədiyi avtoyuma yerində Nihadla razılaşıb avtomobil yuyucusu kimi işə başlamışdır. Nihadla birlikdə işlədiyi müddətdə bilmiş ki, avtomobil yuyucusu Zərərçəkmiş şəxs məxsusdur, orada Cip tipli avtomobilləri 10 manata, sedan tipli avtomobilləri isə 6 manata yuyurmuşlar. Nihadla işlədiyi avtoyuma yerinin sahibi Məmməd müəllim hər axşam işdən sonra özünə məxsus Hyunday- Santafe markalı, cip tipli ** OD *** dövlət nömrə nişanlı maşınını moykaya salıb saxlayırmış, maşının açarlarını da avtoyuma yerində divardan asıb saxlayırmış, səhər tezdən Nihadla birlikdə işə başlayanda həmin açarı oradan götürüb maşını moykadan çıxardıb kənarda saxlayaraq işə başlayırmışlar. Həmin zamanlarda Məmmədin maşınını avtoyuma yerindən Nihad və avtoyuma yeri ilə üzbəüzdə dükanı olan Cavad adlı şəxs çıxarıb kənarda saxlayırmışlar. Avtoyuma yerinin açarı həmişə Nihadda olurmuş, işə başlayanda Nihad özündə olan açarla səhər tezdən avtoyuma yerinin qapısını açırmış, sonrada işə başlayırmışlar. Son vaxtlar o Nihadın evində qalırmış. Nihad hadisə baş verən gün xəstə olduğuna görə işə gəlməmişdir, hadisə baş verən gün, yəni 10 iyul 2019-cu il tarixdə, saat 08:30 radlərində o avtoyuma yerində işə başlamaq üçün Nihadı çağırdıqda Nihad xəstə olduğu üçün işə çıxmayacağını deyib avtoyuma yerinin açarını ona vermiş ki, o özü avtoyuma yerini açıb işlətsin. Həmin vaxt Məməd müəllimin maşını həmişəki kimi yenə də avtoyuma yerində imiş. Məmmədin maşını avtoyuma yerində işləməyə mane olduğu üçün həmişəki kimi onu çıxardıb kənarda saxlamaq lazım imiş, ona görə də o avtoyuma yerində divardan asılmış maşının açarını götürüb özü işə salaraq maşını qarajdan çölə çıxarmış və idarə edərək qabaqdan çevrilib qayıtmaq istəmişdir. Həmin vaxt idarə etməni itirdiyi üçün “Dəniz administrasiyası”nın qarşısında iki avtomobillə toqquşmuşdu. Hadisə zamanı bədən xəsarəti aldığı üçün təcili tibbi maşını gəlib onu xəstəxanaya aparmışdır, avtomobil idarə etməyi bacarsa da, sürücülük hüququ verən sürücülük vəsiqəsi yoxdur. Zərərçəkmiş şəxs özünə məxsus “Hyundai Santafe” markalı, ** OD *** dövlət nömrə nişanlı avtomobili idarə etmək üçün ona icazə verməmişdir. Nihad Məmmədə məxsus avtobili avtoyuma yerindən çıxarmaq üçün açarlarını Cavada verməsini ona deyibmiş, lakin o özü avtomobil idarə etməyi bacardığına görə Məmmədə məxsus avtomobili özü idarə edib çölə çıxarmış və qarşıdan dönüb gəlmək üçün idarə edən zaman həmin gün yəni, 10 iyul 2019-cu ildə yol-nəqliyyatı hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasının, əvvəllər məhkum olunmadığının, ilk dəfə olaraq az ağır cinayət ona dəymiş ziyanının ödənildiyinin, zərərçəkmiş şəxslə barışıqəldəedilməsinin, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasının və gənc olmasının nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, 2017-ci ildə işlənmiş “Hyundai Santafe” markalı, ** OD *** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Maşını ailəsi ilə yaşadığı evin altında olan qarajda saxlayırmış, təxminən 2017-ci ilin may ayında maddi vəziyyəti ilə əlaqədar həmin qarajı avtoyuma yeri kimi Şahid1 icarəyə vermişdir. Nihadla şərtləşmişlər ki, həmin qarajı gündüzlər avtoyuma yeri kimi işlətsin, axşamlar isə avtomobilini həmin qarajda saxlayacaq. Avtomobili bəzi vaxtlardla özü qaraja salırmış, özü olmayanda isə avtomobilin açarlarını həmin qarajla üzbə-üzdə dükan işlədən Cavada verirmiş ki, səhər Nihad qarajı açanda avtomobili qarajdan çıxarsın və dükanın yanında yol kənarında saxlasın, axşam da Nihadgil işi qürtarandan sonra avtomobili həmin qaraja salsın, çünki Cavadın sürücülük vəsiqəsi və sürücülük bacarığı olduğunu bilirmiş. İlk əvvəllər də şərtləşdikləri qaydada Nihad qarajı açıb işə başlayanda Cavad onun maşınını qarajdan çıxarıb yol kənarında saxlayır, axşam iş qurtarandan sonra isə maşını qaraja salırmış. X4 öz yanına köməkçi götürməsini sonradan bilmiş və Təbrizin sürücülük vəsiqəsi olmadığını, sürücülük bacarığı olmadığını bilirmiş, bunu Nihad da bilirmiş və ona görə də o da, Nihadda Təbrizə tapşırıbmışlar ki, maşını qarajdan çıxarmasın və qaraja salmasın. Hadisə baş verən gün Nihad xəstə olduğundan işə çıxmayıbmış, bunu o da, Cavadda bilirmiş, lakin Nihadın işə çıxmamasına görə avtomobili qarajdan çıxarmağı və işi başa vurandan sonra isə maşanı qaraja salmağı Təbrizə tapşırmayıbmışlar. Qarajın qapısının açarı pultladır, maşının açarını qarajda olan qutuda saxlayırmışlar, qarajın qapısını pultla açandan sonra maşının açarını həmin qutudan götürüö mühərrikini işə salır və maşını qarajdan çıxarırmışlar, sonra açarı ya qarajdakı qutuda, ya da Cavadda saxlayırmışlar, onun isə özünün açarları var imiş. 09 iyul 2019-cu il tarixdə, axşam saat 22 radələrində avtomobilini gətirib qaraja qoymuş və maşının açarlarını qarajda olan qutuya qoyub özündə olan pultla qarajın qapısını bağlayıb evinə getmişdir. 10 iyul 2019-cu il tarixdə, təxminən saat 09 radələrində tanışı İsmayıl ona zəng edib bildirmiş ki, onun maşını Dəniz Administrasiyasının yanında vurulmuş vəziyyətdədir və maşının içərisində ölən vardır. Dərhal durub həmin deyilən ünvana getmiş və görmüş ki, onun avtomobili ilə Mersedes və təzə Santafe markalı maşınlar vurulmuşdur, təzə Santafe markalı avtomobilin sahibi qadın orada imiş, Mersedesin sürücüsünü və onun avtomobilini qaçıraraq vuran avtoyumada işləyən Təbrizi təcili yardım maşını ilə aparıbmışlar, orada öyrənmiş ki, onun maşınını avtoyumada yuyucu işləyən Təbriz qaçırmış və 2,5 km aralıya sürərək orada idarəetməni itirib əvvəl Mersedesi, sonra isə Santafe markalı avtomobilləri vurmuşdur, onun avtomobilinə və vurulmuş digər iki maşina ciddi ziyan dəyibmiş, hadisə yerinə gələn Səbail RPİ-nin DYP-nin əməkdaşlarına avtomobilin sənədlərini vermiş və avtomobilləri cərimə meydançasına aparmışlar, özü isə KTM-ə getmişdir, orada Təbrizlə görüşmüş və Təbriz etiraf etmiş ki, onun avtomobilini Nihadın, Cavadın və onun xəbəri olmadan qarajdan çıxarmış və sürərək Dəniz Administrasiyasının yanına sürüb orada idarəetməni itirib avtomobillərə çırpmışdır, onun avtomobilini və digər iki avtomobilləri əzmişdir. Sonra yol-nəqliyyat hadisəsi ilə əlaqədar Səbail RPİ-nin təhqiqatçısı Anar araşdırmaya başlamış və o təhqiqatçı Anara məlumat vermiş ki, Təbriz onun avtomobilini ondan icazəsiz qaçırmış və həmin yol-nəqliyyat hadisəsini törətmişdir, bundan sonra təhqiqatçı Anar Təbrizin valideyinlərini dəvət etmiş və onların xahişlərini nəzərə alaraq ona təklif etmiş ki, Təbrizin valideyinləri vurulmuş ziyanı ödəyirlər, onlarla danışsın, razılığa gəlsin, Təbrizin atası Vüqar və qohumları ondan xahiş etmişlər ki, avtomobillərə vurulmuş ziyanı ödəyəcək, Vüqar dializ xəstəsi olduğunu bildirdiyinə görə ona yazığı gəlmiş və razılaşmışlar ki, Təbrizin onun avtomobili ilə vurub zədələdiyi avtomobillərin pulunu onlar ödəsinlər, öz avtomobilini özü təmir edər və Mersedes markalı avtomobilə vurulmuş 3000 manat, Santafe markalı avtomobilə vurulmuş 2000 manat maddi ziyanı, Mersedesin sürücüsünün xəsarəti ilə əlaqədar 750 manat ziyan ödənilsin və həmin ziyanı ödəməyi Təbrizin atası Vüqar öhdəsinə götürmüşdür, maşın sahibləri ilə o danışmış və onlar ona görə razılaşmışlar, Vüqar söz vermiş ki, həftənin bazar günü həmin ziyan əvəzinə olan pulu gətirib ödəyəcək, Təhqiqatçı Anar da ona təklif etmiş ki, avtomobilini Təbrizin qaçırmasını yazmasın, guya o ona icazə veribmiş ki, avtomobilini qarajdan çıxarsın, sonra da avtomobillərini cərimə meydançasından götürməyə məktub verəcək, həm də Təbrizin onun avtomobili ilə vurub əzdiyi avtomobillərə vurulmuş ziyana görə sığorta onu məhkəməyə verməli imiş, ziyan ödənilərsə həmin maşınların sürücüləri sığortaya şikayətləri olmadığını bildirəcəkdilər ki, bu da onun sığorta tərəfindən məhkəməyə verilməsini aradan qaldırırmış, ona görə də o izahat vermiş ki, avtomobilini idarə etməyə özü icazə veribmiş. Təbrizin atası Vüqarın ziyanı ödəmək barədə söz verdiyi gün gəlib çıxmış, əzilmiş avtomobillərin sahibləri ziyanın ödənilməsi ilə əlaqədar ona zəng etmişlər, o da Vüqara zəng etmiş ki, maşın sahibləri pullarını istəyirlər, Vüqar ona bildirmiş ki, pul hazırdır, lakin etibarlı adam tapa bilmir ki, pulu göndərsin, onun əvəzindən onlara pul verməyi xahiş etmiş, 1-ci gün qızının yoldaşı ilə pulu göndərəcəyini bildirmişdir, ona inanıb borc alaraq 2000 manat Santafe markalı avtomobilin sürücüsünə, 3000 manat da Mersedes markalı avtomobilin sürücüsünə, onların avtomobillərinə Təbrizin onun maşını ilə vurub yetirdiyi ziyanın əvəzinə vermişdir. Həftənin 1-ci günü zəng etmiş, lakin Vüqar cavab verməmişdir, sonrakı 3-4 gündə də o zənglərə cavab verməmiş, nəhayət telefon zənginə cavab verib bildirmiş ki, oğluna şər atır, oğlu avtomobili qaçırmamışdır, başqa avtomobilləri vurmamışdır və bununla da söz verdiyi pulu ödəməkdən boyun qaçırvsilsh, Mersedesin sürücüsünə ödənilməli olan 750 manat da ödənilməvbilbh, bundan sonra Vüqar ona hədələr deyir, başqa-başqa vəzifəli şəxslərin adları ilə onu qorxudur və bu günə qədər onun pulunu ödəməmişdir. O öz avtomobilini özü təmir edərək 9860 manat xərc çəkmişdir, Təbrizin onun avtomobili ilə vurub əzdiyi avtomobil sahiblərinə də 5000 manat pul vermişdir, beləliklə həmin hadisə ilə əlaqədar onun 14 860 manat xərci çıxmışdır. Öz avtomobilini Dərnəgüldə olan “Opelservis”də təmir etdirmişdir, belə ki, 1000 manat dəmirçiyə yalnız zəhmət haqqı vermiş, mühərik və çilingər işlərinə zəhmət haqqı kimi 550 manat, 600 manat rəngsaza vermiş, 800 manat hava yastıqlarının yığılmasına zəhmət haqqı ilə birlikdə vermiş, 250 manat qabaq podpresin özünə və zəhmət haqqına vermiş, 480 manat sağ qranata zəhmət haqqı və qranatın özünə vermiş, 1200 manat travesə görə xərci çıxmışr, 980 manat kondinsener, dinamo remenin paçevniklərinə xərci çıxmış, 700 manat mühərrikin yastıqlarına vermiş, qabaq bufev, qabaq sağ qanad, amartizator, buferin altının kantına birlikdə 800 manat vermiş, 280 manat qabaq ablisovkaya vermiş, kondensenerin radiatoruna, mühərrikin radiatoruna 400 manat vermiş, 120 manat salonda olan manitora vermiş, 1700 manat isə peredoka vermişdir, ümumilikdə öz maşınına 9860 manat xərci çıxmışdır. Təbrizin atası Vüqarın ona qarşı elədiyi bu haqsızlığa görə, həm də vurduğu maddi ziyana görə Səbail rayon prokuroruna şikayət etmiş və onun şikayəti əsasında təhqiqatçı Anar müəllimin cinayət işi başlanmasının rədd edlməsinə dair qərarı ləğv edilərək material yenidən araşdırılması üçün istintaqa təqdim edilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək, ona vurulmuş zərərin ödədiyini, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Bakı şəhəri, Səbail rayonu, 7-ci Bayıl döngəsi, ev-37 ünvanında yaşamaqla Zərərçəkmiş şəxs çoxdan tanıyır və münasibətləri yaxşıdır, Saatlı rayonundan olan Təqsirləndirilən şəxs isə hadisədən bir müddət əvvəldən tanımışdır, iş yeri axtararkən Zərərçəkmiş şəxs yaşadığı evin 1-ci mərtəbəsində olan qarajını avtoyuma yeri kimi icarəyə vermək istədiyini bilib 2019-cu ilin may ayında Zərərçəkmiş şəxsla danışıb razılaşaraq həmin qarajı avtoyuma yeri kimi icarəyə götürmüşdür. Zərərçəkmiş şəxs özünə məxsus olan “Hyundai Santafe” markalı, ** OD *** dövlət qeydiyyat nişanlı avtomobilini həmin qarajda saxlayırmış, danışıb razılaşmışlar ki, onlar gündüzlər həmin qarajı avtoyuma yeri kimi işlədəndə Zərərçəkmiş şəxs avtomobilini çıxarıb çöldə saxlasınlar, işi qurtarandan sonra isə avtomobili təzədən qaraja salıb qapını bağlasınlar, qarajın qapısı pultla açılıb bağlanırmış və pultun biri Zərərçəkmiş şəxs, biri isə onda imiş, avtomobilin açarlarını isə qarajda olan qutuda saxlayırmışlar. Əvvəldən danışıb razılaşdıqları kimi o özündə olan pultla qarajın qapısını açır və qarajla üzbə-üzdə alver edən Cavad gəlib avtomobilin açarını qarajdan götürüb mühərriki işə salaraq avtomobili qarajdan çıxarıb yol kənarında saxlayır, işi qurtarandan sonra isə avtomobili yenidən qaraja salıb açalarını qarajda saxlamaqla qarajın qapısını pultla bağlayırmış. Danışıb razılaşdıqları qaydada o bir müddət həmin qarajda tək işləmiş, bir müddət sonra isə Təqsirləndirilən şəxs ilə rastalışb danışıb razılaşaraq ikisi bir yerdə Zərərçəkmiş şəxs məxsus qarajda avtoyuyucu kimi işləməyə başlamışlar. 10 iyul 2019-cu il tarixdə xəstə olduğundan işə çıxmamışdır, qarajın pultla olan açarını Təbrizə vermişdir ki, qarajın qapısını açıb avtomobilin açarını Cavada versin ki, Cavad gəlib Zərərçəkmiş şəxs avtomobilini qarajdan çıxarıb yol kənarında saxlasın və sonra Təbriz avtoyuma işinə başlasın. Təbriz avtomobilin açarının qarajda saxlandığı yeri bilirmiş, lakin Təbrizin sürücülük vəsiqəsi və sürücülük bacarığı olmadığından ona tapşırıbmış ki, yuyulmağa gətirilmiş avtomobilləri və Məmməd müəllmmin avtomobilini idarə etməsin. 10 iyul 2019-cu il tarixdə, səhər vaxtı evdə olarkən eşitmişdir ki, Təbriz Zərərçəkmiş şəxs məxsus qarajın qapısını ona verdiyi pultla açmış və özbaşına həmin avtomobili qarajdan sürüb çıxararaq qarajdan 2,5 km aralıya idarə edib apararaq Dəniz administrasiyasının yaxınlığında idarəetməni itirib qaçıraraq idarə etdiyi avtomobili iki avtomobilə vuraraq həm Zərərçəkmiş şəxs avtomobilini, həm də vurduğu iki avtomobili zədələmişdir, həm özü, həm də vurduğu Mersedes markalı avtomobilin sürücüsü xəsarət almışlar. Təbrizin avtomobili darə etmək bacarığı və sürücülük vəsiqəsi olmadığından Zərərçəkmiş şəxs da ona tapşırıbmışki, yuyulması üçün gətirilmiş avtomobilləri və onun öz avtomobilini idarə etməsin, qarajın qapısının pult açarını da ona verərkən şəxsən tapşırıbmış ki, qarajı açıb maşının qarajda saxlanılan açarını götürüb Cavada versin ki, Cavad Zərərçəkmiş şəxs avtomobilini qarajdan çıxarıb yol kənarında saxlasın, lakin Təqsirləndirilən şəxs ona tapşırılan tapşırığı icra etməyib özbaşına avtomobili idarə edərək qarajdan çıxarıb kənara sürərək yolda da yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, Füzuli rayonundan məcburi köçkün kimi Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Neftçilər prospekti, Mikayıl Useynov küçəsi, ev-27, mənzil-19 ünvanında məskunlaşmışdır və yaşadığı ünvana yaxınlıqda yer icarəyə götürüb orada ərzaq məhsulları və meyvə-tərəvəz satışı ilə məşğuldur. Zərərçəkmiş şəxs çoxdan tanıyır, onun qardaşı ilə orta məktəbdə paralel oxumuşlar, onun işlədiyi dükanla üzbə-üzdə Məmməd Məmmdovun qarajı yerləşir və Zərərçəkmiş şəxs əvvəllər öz “Hyundai Santafe” markalı, ** OD *** dövlət qeydiyyat nişanlı avtomobilini həmin qaraja özü salıb çıxarmaqla orada saxlayırmış, qarajın qapısı pultla açılıb bağlanırmış. 2019-cu ilin təxminən may ayında Zərərçəkmiş şəxs həmin qarajı Nihad adlı şəxsə icarəyə vermişdir ki, sonuncu oranı avtoyuma yeri kimi işlətsin, ona isə tapşırıbmış ki, Nihadgil qarajın qapısını açandan sonra onun avtomobilini qarajdan çıxarıb yol kənarında saxlasın, iş qurtarandan sonra isə Zərərçəkmiş şəxs olmayanda avtomobili qaraja salsın, çox vaxt isə Zərərçəkmiş şəxs özü avtomobili qaraja salırmış, Zərərçəkmiş şəxs məxsus qarajın qapısı pultla açılıb bağlanır, avtomobilini açarı isə qarajda olan qutuda saxlanırmış, bəzi vaxtlar isə qaraj açıq olanda avtomobilin açarı onda qalırmış. Əvvəllər Nihad həmin qarajda tək yuyucu kimi işləyirmiş, sonra isə onun yanına Təqsirləndirilən şəxs gəlmiş və Nihadla birlikdə yuyucu kimi işləyirmişlər. Hadisədən bir gün əvvəl və hadisə günü Nihad xəstə olduğundan işə çıxmayıbmış, bunu ona deyibmiş və tapşırıbmış ki, qaraja nəzarət etsin ki, oradan oğurluq olmasın, çünki qarajda Zərərçəkmiş şəxs əşyaları var imiş. Hadisədən əvvəlki gün işdən sonra avtomobilini Zərərçəkmiş şəxs özü qaraja salıbmış. 10 iyul 2019-cu il tarixdə səhər vaxtı o iş yerində olsa da Təbrizin qarajı açıb avtomobili qarajdan çıxarmasını görməmişdir, maşını da onun iş yerinin yanında saxlamayıbmış, bir müddət sonra Məmməd Məmmdovun azyaşlı qızı onun yanına gəlib bildirmişdir ki, “dayı deyəsən avtoyumada işləyən oğlan ölüb, atamın avtomobilində avtoqəza olub” və xahiş etmişdir ki, Nihada zəng edib çağırsın, o Nihada dəfələrlə zəng etsə də Nihad zəngə cavab verməmişdir, dükanı açıq qoyub gedə bilməmiş və sonra öyrənmişdir ki, təbriz Zərərçəkmiş şəxs “Hyundai Santafe” markalı avtomobilini qarajdan özbaşına sürüb çıxarmış və qaçıraraq yolnəqliyyat hadisəsi törətmişdir. O Zərərçəkmiş şəxs məxsus qarajın qapısının açıq olduğunu görmüş və gedib qarajın qapısını əllə bağlamışdır, bir az sonra Nihad ora gəlmiş və aydınlaşdırmışlar ki, Təbriz avtomobili özbaşına idarə edərək qarajdan çıxarmış və aparıb yol-nəqliyyat hadisəsi törətmişdir, Məmməd Məmmdova məxsus qaraj Bayıl qəsəbəsi Aydın məmmədov küçəsində yerləşsə də Təqsirləndirilən şəxs qaçırdığı avtomobilə yol-nəqliyyat hadisəsi törətdiyi ünvan 2,5 km aralıda yerləşir. Təqsirləndirilən şəxs avtomobili idarə etmək bacarığı olmadığından Nihad ona avtomobili idarə etməməyi tapşırıbmış. Bir müddət sonra isə öyrənmişdir ki, Təqsirləndirilən şəxs qaçırdığı avtomobilə törətdiyi yol-nəqliyyat hadisəsi faktı ilə əlaqədar polisdə araşdırma aparılmış və vurulan ziyanı Zərərçəkmiş şəxs vurularaq zədələnmiş avtomobil sahiblərinə ödəmiş, öz avtomobilini öz hesabına təmir etmiş, lakin Təqsirləndirilən şəxs valideyinləri ziyanı ödəyəcəklərinə söz versələr də heç bir ziyan ödəməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, “Mersedes Benz E220” markalı, ** TM *** dövlət qeydiyyat nişanlı avtomobili və həmin avtomobili idarə etmək üçün “B” kateqoriyası ilə sürücülük vəsiqəsi vardır. 10 iyul 2019-cu il tarixdə, saat 10:00 radələrində texniki cəhətdən saz olan həmin avtomobilə Z.Yusifzadə küçəsi ilə Dəniz Administrasiyası istiqamətində 30-40 km/saat sürətlə hərəkətdə olarkən əks hərəkət zolağı ilə Bayıl qəsəbəsi istiqamətində qara rəngli “Hyundai Santafe” markalı, ** OD *** dövlət qeydiyyat nişanlı avtomobil gəldiyini və ani anda həmin avtomobilin sürücüsünün idarəetməni itirməsini və aralarında 5-10 metr məsafə qaldığı zaman onun hərəkət zolağına çıxaraq qabaq hissəsi ilə onun idarə etdiyi avtomobilin qabaq hissəsindən vurmuşdur, sonra həmin avtomobil iti sürətlə hərəkət etdiyindən Qurban Abbasov küçəsi ilə hərəkətdə olan “Hyundai Qreta” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə də toqquşmuşdur, həmin yol-nəqliyyat hadisəsi nəticəsində onun avtomobili əzilmiş və alnınından xəsarət almışdır, onun və arxada olan digər avtomobili vuran avtomobilin sürücüsü isə əvvəl huşsuz vəziyyətdə imiş və hamı elə başa düşmüşlər ki, həmin sürücü ölmüşdür, hadisə yerinə çağırılmış Təcili Tibbi yardım maşını ilə onları X6 aparmışlar və xəstəxanada onların avtomobillərini vuran avtomobilin sürücüsü ayılanda onun Təqsirləndirilən şəxs olduğunu bilmişdir, sonra isə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onların avtomobillərini vurub əzdiyi “Hyundai Santafe” markalı avtomobili sahibinin icazəsi olmadan qaçırıbmış. Hadisə nəticəsində ona məxsus avtomobilə vurulmuş 5000 manat ziyanın 3000 manatı “Hyundai Santafe” markalı avtomobilin sahibi Zərərçəkmiş şəxs tərəfindən ona ödənilmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş və iclasında ifadəsi elan olunmuş Şahid2 bildirmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus olan “Hyundai Greta” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı avtomobili lizinq əsasında idarə edir və “B” kateqoriyası ilə sürücülük vəsiqəsi vardır. 10 iyul 2019-cu il tarixdə, saat 10:00 radələrində texniki cəhətdən saz vəziyyətdə olan həmin avtomobili 20-30 km/saat sürətlə idarə etməklə Qurbanov Abbasov küçəsi ilə hərəkətdə olan zaman Z.Yusifzadə küçəsi ilə Bayıl istiqamətində “Hyundai Santafe” markalı, ** OD *** dövlət qeydiyyat nişanlı avtomobilin iti sürətlə gələrək əks hərəkət zolağına çıxıb ilk əvəvl “Mersedes Benz E220” markalı, ** TM *** dövlət qeydiyyat nişanlı avtomobili, sonra isə onun idarə etdiyi avtomobilin qabaq hissəsindən öz qabaq hissəsi ilə vurmuşdur. Toqquşma nəticəsində onun idarə etdiyi avtomobilin mühərrik örtüyü və qabaq paneli əzilmişdir, həmin yol-nəqliyyat hadisəsi nəticəsində o xəsarət almamışdır, lakin onların avtomobillərini vuran avtomobilin sürücüsü və “Mersedes Benz E220” markalı avtomobilin sürücüsü xəsarət alıblarmış. Sonradan o bilmişdir ki, onların avtomobillərini vurub əzən “Hyundai Santafe” markalı avtomobili idarə edən şəxs Təqsirləndirilən şəxs olmuşdur və o həmin avtomobili sahibindən icazəsiz qaçırıbmış. Hadisə nəticəsində onun avtomobilinə vurulmuş ziyanın 2000 manatını “Hyundai Santafe” markalı avtomobilin sahibi Zərərçəkmiş şəxs ödəmişdir. Təqsirləndirilən şəxsin ifadəsinin hadisə yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Səbail rayonu, Aydın Məmmədov küçəsində, zərərçəkmiş Zərərçəkmiş şəxs yaşadığı evin 1-ci mərtəbəsində yerləşən qarajı göstərib Nihadla birlikdə həmin qarajı avtoyuma yeri kimi işlətdiklərini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs həmin qarajda saxlanılan və zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus “Hyundai Santafe” markalı, ** OD *** dövlət nömrə nişanlı avtomobilin mühərriki qarajdan götürdüyü açarı ilə işə salıb idarə edərək qarajdan çıxardığını və avtomobili “Dəniz Administarsiyası” istiqamətində idarə edərək 600 metr aralıda idaretməni itirərək həmin qaçırdığı avtomobillə iki avtomobili vurub zədələdiyini bildirmiş və həmin yerləri əyani olaraq göstərməklə fotoşəkilləri çəkiərək bu barədə tərtib edilmiş protokola əlavə edilmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş canlı şəxsin ekspertizasının 365 nömrəli ekspert rəyindən görünür ki, vət.Şahid4 almış olduğu xəsarətlər - alın-təpə nahiyəsinin sol yarsının və sol təpə nahiyəsinin cərrahi tikişli əzilmiş yaraları, alın nahiyəsinin sol yarısının, sol qaş qövsünün mərkəzi hissəsinin, sol almacıq nahiyəsinin, sol dirsək oynağı və sol saidin orta 1/3-nin arxa, sol diz oynağının ön-bayır səthinin sıyrıqları, sol gözaltı nahiyənin cüzi şişkinlik fonunda qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişlər. 10.07.2019-cu il tarixli avtomobil pravması, o cümlədən hərəkətdə olan avtomaşınların toqquşması nəticəsində sürücü qismində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş canlı şəxsin ekspertizasının 369 №-li ekspert rəyindən görünür ki, vət.Təqsirləndirilən şəxs 11 iyul 2019-cu il tarixli məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı xəsarət aşkar edilmədi. Vət.Təqsirləndirilən şəxs adına tərtib olunmuş tibbi sənəddə göstərilmiş “Qapalı kəllə-beyin travması, baş veyinin silkələnməsi, alın nahiyəsinin yumşaq toxumalarının əzilməsi” diaqonozu küt əşyanın (əşyaların) təsirindən törənmişlər. 10 iyul 2019-cu il tarixli avtomobil travması, o cümlədən hərəkətdə olan avtomaşınların toqquşması nəticəsində sürücü qismində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 07 yanvar 2020-ci il tarixli, 31536 saylı rəyindən də görünür ki, nəzəri hesablama yolu ilə təqdim edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş 23 avqust 2019-cu il tarixli qüsur aktı məlumatlarına əsasən 2011-ci il buraxılışlı “Hyundai Santafe” markalı, ** OD *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci təxminən aşağıdakı kim müəyyən edilir. O cümlədən: 1.Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 7720,00 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti-6400,00 manat; Təmir bərpa işlərinin qiyməti-1320,00 manat, 2.Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 5993,00 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti-4673,00 manat; Təmir-bərpa işlərinin qiyməti-1320,00 manat. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. İş materiallarında olan tutma haqqında 27 yanvar 2020-ci il tarixli protokoldan və Səbail Rayon Məhkəməsinin 29 yanvar 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 27 yanvar 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 29 yanvar 2020-ci il tarixdə onun barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş və o, məhkəmə iclas zalından dərhal azad edilmişdir. Saatlı Mircəlalkənd İƏD-si üzrə Nümayəndəlikdən verilmiş xasiyyətnamədən və N nömrəli hərbi hissədən verilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri və xidmət yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-ndən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə məlumat yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, ekspertiz rəylərini, ifadənin yerində yoxlanılması protokolunu, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli Qərarının 13-cü hissəsində göstərilmişdir ki, cinayət qanununun sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlüyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsası göstərilməlidir. Eləcə də müttəhimin şərti məhkum olunması, ona cinayət üçün qanunda nəzərdə tutulduğundan aşağı hədd cəza təyin edilməsi və ya daha yüngül başqa cəzaya keçirilməsi, habelə müttəhimin cəzadan azad edilməsi və ya onu ümumi qaydadan kənara çıxmaqla koloniya növü təyin olunması zərurəti barədə nəticəyə gəlməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-ci, 59.1.10-cu, 59.1.12ci, 59.1.13-cü və 59.2ci maddələrinə əsasən Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə olaraq az ağır cinayətin törədilməsini, cinayətinaçılmasındafəalköməketməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, sonuncunun təqsirləndirilən şəxsə şikayət və tələbinin olmamasını, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsini, və gənc olmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımındanTəqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxsna xüsusi müsadirə cinayəthüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu maddəsinə uyğun olaraq iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını,Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxshüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə maddi sübut, mülki iddia və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351- 356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 07 iyul 2019-cu il tarixdən 09 iyul 2019-cu il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Saatlı rayonunun hüdudlarını tərk etməmək, Saatlı rayonu, Mircəlalkənd kəndindəkiyaşayış yerini hər gün saat 23-00-dən 700dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli məhkumun müvafiq İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs məhkəmə iclaslarında müdafiə edilməsinə görə 420 (dörd yüz iyirmi) manat, X2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istinta zamanı müdafiə edilməsinə görə 390 (üç yüz doxsan) manat pul tutulub, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun “Kapital Bank”-ın 1 saylı Səbail rayon filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar