Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-64/2022 09.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1, onun müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakı ilə, X1 Azərbaycan Respublikasının CM-nin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X8 xüsusi ittiham qaydasında şikayətinə Məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X10 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xüsusi ittiham qaydasında şikayət verən şəxs X10 «Milli.Az» internet saytında 25 yanvar 2022-ci il tarixdə dərc olunmuş X2 «X11 Mehdiyev haqqında «AMEA ailə biznesinə çevirilib» adlı müsahibəsində -internet saytında dərc etdirdiyi bu məqalədə ona böhtan atmış, yəni yalan olduğunu bilə-bilə, onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan yalan məlumatları yaymış və onu təhqirə, yəni şəxsiyyətini, şərəfini və ləyaqətini nalayiq formada qəsdən alçaltmış və yalan olduğunu bilə-bilə qəsdən az ağır, ağır və xüsusilə ağır cinayətlərin törədilməsində məni ittiham etdiyindən, onun xüsusi ittiham qaydasında Azərbaycan Respublikasının CM-nin 147.2 və 148-ci maddələri ilə təqsirli bilinib, məsuliyyətə cəlb olunmasını Bakı şəhəri Səbail rayon Məhkəməsindən xahiş edir. Belə ki, «Milli.Az» internet saytında 25 yanvar 2022-ci il tarixdə dərc olunmuş X2 «X11 Mehdiyev haqqında «AMEA ailə biznesinə çevirilib» adlı müsahibəsində X5 ona verilmiş suallara cavablar olaraq, aşağıdakıları göstərmişdir: «...Kamal Əliyevin rəhbərlik etdiyi Hüquq şöbəsinin fəaliyyəti ancaq çəkişmələrdən, dedi-qodulardan və Akademiyanın qrupundakı yazışmalardan ibarətdir. AMEA-nın maraqlarını məhkəmədə Kamal Əliyev təmsil edir. Hansı ki, bu gün AMEA-nın Hüquq və kadrlar şöbəsinin müdiri, eləcə də “Tərtər” hadisələrində Azərbaycan xalqının zabitlərinin və əsgərlərinin başına oyunlar gətirən, ədalətsiz qərarlar qəbul edən Bakı Hərbi məhkəməsinin hakimidir... ...Nə qədər ki, X4 kürəkəninin qardaşı Fikrət Əliyev işlər idarəsinin müdiri vəzifəsini icra edir, onun da yaxın dostu cinayətkar Kamal Əliyevdirsə, AMEA-da çəkişmələr bitməyəcək. Tərtər hadisələrinin araşdırması gedir və inşallah- Kamal Əliyev də öz cəzasını alacaq. Onun etdiyi yazılı ərizə-müraciətinə əsasən, AMEA Rəyasət heyəti aparatının Hüquq şöbəsinin müdiri vəzifəsinə işə qəbul olunana kimi AMEA-nın heç bir əməkdaşı, o cümlədən AMEA prezidenti ilə şəxsi və ya kimlərinsə vasitəsi ilə heç bir tanışlığı və ya əlaqələri olmayıbdır. Təbii ki, heç bir kəslə də cinayət əlaqəsində deyil. Həmçinin o «“Tərtər” hadisələrində Azərbaycan xalqının zabitlərinin və əsgərlərinin başına oyunlar gətirən, ədalətsiz qərarlar qəbul edən Bakı Hərbi məhkəməsinin hakimi» ilə bağlı sözlərinə görə isə bildirir ki, o, heç bir kəsə, o cümlədən “Tərtər” hadisələrində Azərbaycan xalqının zabitlərinin və əsgərlərinin başına oyunlar gətirməmiş, ədalətsiz qərarlar qəbul etməmişdir. O, heç bir cinayət əməli törətməmiş və cinayətkar da deyil. İnşallah cinayət əməli törətmiş şəxs kimdirsə, o da öz layiqli cəzasını alacaqdır. «Milli.Az» internet saytında 25 yanvar 2022-ci il tarixdə dərc olunmuş X2 «X11 Mehdiyev haqqında «AMEA ailə biznesinə çevirilib» adlı müsahibəsində X5 onun üzərinə böhtan, yəni yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında qəsdən yaymaqla ona qarşı açıq-açığına böhtan atmış, onun şərəf və ləyaqətini ləkələmiş və onu təhqir etmişdir. Beləliklə, Elton Məmmədov ona şər və böhtan atmaqla, onu az ağır, ağır və xüsusilə ağır cinayət əməllərini, o cümlədən Azərbaycan Respublikasının CM-nin 133.2-ci maddəsində (133.1. Bu Məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə, eyni əməllər 133.2.1. iki və ya daha çox şəxsə qarşı...133.2.3. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə;... 133.2.5. zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumlarına qarşı törədildikdə; 133.2.6. işgəncə verməklə törədildikdə., iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır), 274-cü maddəsində (Dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə—on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.), 295-ci maddəsində (295.1. Hakimlərin biləbilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərar çıxarması—...295.2. Eyni əməllər azadlıqdan məhrum etmə barədə məhkəmənin çıxardığı qanunsuz hökm ilə əlaqədar olduqda və ya başqa ağır nəticələrə səbəb olduqda—beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.), 308-ci maddəsində «308.1. Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda..308.2. Bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda ...üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.) və 309-cu maddəsində (309.1. Vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda...309.2. Bu Məcəllənin 309.1-ci maddəsində nəzərdə tutulmuş əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda—üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.) nəzərdə tutulmuş az ağır, ağır və xüsusilə ağır cinayət əməllərini törətməkdə heç bir əsası olmadan qəsdən ittiham etmişdir. «Milli.Az» internet saytında 25 yanvar 2022-ci il tarixdə dərc olunmuş X2 «X11 Mehdiyev haqqında «AMEA ailə biznesinə çevirilib» adlı müsahibəsində X5 onun konstitusiyon hüquqlarını pozaraq, onun üzərinə böhtan, yəni yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında qəsdən yaymaqla, yalan olduqlarını bilərək, onu az ağır, ağır və xüsusilə ağır cinayətləri törətməkdə ittiham edərək, ona qarşı açıqaçığına böhtan atmış, onun şərəf və ləyaqətini ləkələmiş və onu təhqir etmişdir. Xüsusi ittiham qaydasında vermiş olduğu şikayətinə bu məqalədə qeyd olunan onun üzərinə böhtan, yəni yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında qəsdən yaymaqla, yalan olduqlarını bilərək, onu az ağır, ağır və xüsusilə ağır cinayətləri törətməkdə ittiham edərək, onaqarşı açıq-açığına böhtan atması, onun şərəf və ləyaqətini ləkələməsi və onu təhqir etməsi hallarının olması ilə bağlı Azərbaycan Respublikasının CM-nin 147 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi ilə əlaqədar ittiham irəli sürür. Göstərilənlərə əsasən, X2 Azərbaycan Respublikasının CM-nin 147.2 və 148- ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsini, Azərbaycan Respublikasının CM-nin 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, ona 3(üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının CM-nin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, ona 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını, Azərbaycan Respublikasının CM-nin 66.2-ci cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxil olduğundan, təyin olunmuş cəzaları tamamilə toplamaq yolu ilə qəti cəza 3(üç) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunması barədə məhkəmə hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəməyə 04.02.2022-ci il tarixdə X8 xüsusi ittiham qaydasında şikayətinə əlavə daxil olmuşdur. Şikayətə əlavədə qeyd etmişdir ki, şikayətində «Milli.Az» internet saytında 25 yanvar 2022-ci il tarixdə dərc olunmuş X2 «X11 Mehdiyev haqqında «AMEA ailə biznesinə çevirilib» adlı müsahibəsində -internet saytında dərc etdirdiyi bu məqalədə ona böhtan atmış, yəni yalan olduğunu bilə-bilə, onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan yalan məlumatları yaymış və onu təhqir, yəni şəxsiyyətini, şərəfini və ləyaqətini nalayiq formada qəsdən alçaltmış və yalan olduğunu bilə-bilə qəsdən az ağır, ağır və xüsusilə ağır cinayətlərin törədilməsində onu ittiham etdiyindən, onun xüsusi ittiham qaydasında Azərbaycan Respublikasının CM-nin 147.2 və 148-ci maddələri ilə təqsirli bilinib, məsuliyyətə cəlb olunmasını Bakı şəhəri Səbail rayon Məhkəməsindən xahiş etmişdir. Lakin haqqında Azərbaycan Respublikasının CM-nin 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi barədə xüsusi ittiham qaydasında şikayət verdiyi şəxs X6 şikayətinin məhkəmə hazırlıq iclasında baxılmaq üçün 02 fevral 2022-ci il tarixə təyin olunmasına baxmayaraq, ona qarşı etdiyi şər və böhtan xarakterli çıxışlarını dayandırmaq əvəzinə, yenidən 27 yanvar 2022-ci il tarixdə kütləvi nümayiş etdirilən “YouTube” kanalında onun barəsində müsahibə vermiş və həmin müsahibəsində onun üzərinə yenidən eyni məzmunlu böhtan, yəni yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında qəsdən yaymaqla, yalan olduqlarını bilərək, onun cinayətlər törətməkdə təqsirli olduğunu bildirərək onu cinayətlər törətməkdə ittiham edərək, ona qarşı açıq-açığına böhtan atmış, onun şərəf və ləyaqətini ləkələmiş və onu təhqir etmişdir. Qeyd olunan 03 fevral 2022-ci il tarixdə «YouTube»-nin «Laf TV» internet telekanalında translasiya olunmuş «Ramiz Mehdiyev AMEA-dan yola salınır adlı verlişin 40.24-dən 44.20 dəqiqələrində onun barəsində verdiyi müsahibənin mətnini məhkəməyə təqdim edərək, xüsusi ittiham qaydasında verdiyi şikayətinə baxılan zaman nəzərə alınmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X10 şikayətini müdafiə edərək, X1 Azərbaycan Respublikasının CM-nin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək həmin Məcəllənin 147.2-ci maddəsi ilə ona 3(üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının CM-nin 148-ci maddəsi ilə ona 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını, Azərbaycan Respublikasının CM-nin 66.2-ci cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxil olduğundan, təyin olunmuş cəzaları tamamilə toplamaq yolu ilə qəti cəza 3(üç) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunması barədə məhkəmə hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında barəsində şikayət verilmiş X6 şikayəti qəbul etməyərək, xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsindən imtina olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında barəsində şikayət verilmiş X1 müdafiəçisi Müdafiəçi1 xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsindən imtina olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında barəsində şikayət verilmiş X1 müdafiəçisi Müdafiəçi2 xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsindən imtina olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış materiallara hüquqi qiymət verərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə Məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Məhkəmə qeyd edir ki, cinayət-prosessual qanunvericiliyinə görə, xüsusi ittiham qaydasında verilmiş şikayət o zaman əsaslı hesab edilir ki, şikayətdə istinad olunan əməlin həqiqətən törədildiyi, həmin əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyi, eləcə də qeyd olunan əməlin barəsində şikayət verilən şəxs tərəfindən törədildiyi müvafiq sübutlarla əsaslandırılsın. Odur ki, şikayətdə göstərilənlər müvafiq sübutlarla təsdiqlənmirsə, belə şikayət əsassız hesab edilməlidir. Məhkəməyə təqdim edilmiş məqalədə X8 şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatların nədən ibarət olması, hansı ifadələrin təhqir, hansı ifadələrin böhtan hesab edilməsi müəyyən olunmur. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, şikayətçi ərizəsində yalnız ümumi şəkildə qeyd etmişdir ki, X9 oğlu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında qəsdən yaymaqla, yalan olduqlarını bilərək, onun cinayət törətməkdə təqsirli olduğunu bildirərək, onu cinayət törətməkdə ittiham edərək, ona qarşı açıq-açığına böhtan atmış, onun şərəf və ləyaqətini ləkələmiş və onu təhqir etmişdir. Lakin, şikayətçi ərizəsində böhtan və təhqir xarakterli məlumatların konkret olaraq hansı ifadələrdən ibarət olmasını göstərməmiş, hansı sözlərlə və ya ifadələrlə onun şərəf və ləyaqətini ləkələməsini, hansı sözlərlə və ya ifadələrlə isə onu təhqir etməsini fərqləndirməmişdir. X7 şikayət ərizəsində X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilsə də, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin həmin məqalədəki məhz hansı fikir və ifadələri böhtan hesab etdiyini, bu məlumatların məhz hansının və ya hansı hissəsinin CM-nin 147.2-ci maddəsinin tərkibini yaratdığını, hansı hərəkətləri ilə Azərbaycan Respublikasının CM-nin 148-ci maddəsi ilə nəzərdə tutulmuş əməlləri törətməsini konkretləşdirməmiş və əsaslandırmamışdır. Belə ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin hansı hərəkətləri ilə Azərbaycan Respublikasının CM-nin 147.2-ci maddəsi, hansı hərəkətləri ilə isə Azərbaycan Respublikasının CM-nin 148-ci maddəsi ilə nəzərdə tutulmuş əməlləri törətməsini fərqləndirməmişdir Məhkəmə hesab edir ki, şikayət ərizəsində X3 istinad edilən əməllərdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrinin tərkib əlamətləri müəyyən edilməmişdir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının Qərarının 5-ci bəndində göstərilir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin CM-nin 147.2 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Həmin qərarın 11-ci bəndində göstərilir ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə Məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Bununla da, X8 xüsusi ittiham qaydasında şikayətinin yoxlanılması zamanı müəyyən edilmişdir ki, şikayətin məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun deyil, həmin şikayətin qanunvericiliyin tələblərinə əməl edilməklə verilmiş xüsusi ittiham qaydasında şikayət qismində qəbul olunaraq şikayət üzrə məhkəmə baxışının keçirilməsi və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi üçün heç bir qanuni əsas yoxdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda, 302.1.7-ci maddəsinə əsasən isə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə Məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə Məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, şikayət forma və məzmunca Azərbaycan Respublikasının CPM-nin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun tərtib edilmədiyindən, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadığından və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən məhkəmə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri cinayət məsuliyyətinə cəlb olunmasına dair X8 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88, 293, 299,300, 302, 384-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X8 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən X1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı vəkil bürosunun "xxxx" ASC-nin Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB**********3500216105, VÖEN **********) hesabına keçirilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-64/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-64/2022
09.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver