Məhkəmə qərarları › İş №1(009)-64/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-64/2025

15.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-64/2025 15.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi:Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 2002-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Lənkəran rayonu, Mamusta kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda barəsində Nəsimi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına görə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 0,51 qram təşkil edən, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və tərkibində narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən preqabalinin təsiredici maddəsinin ümumi miqdarı 1,2 qram olan “Preqabalin 150 mq” göstəricili 8 ədəd dərman kapsullarını əldə edib özündə və yaşadığı mənizlində saxlamış, 26 iyul 2024-cü il tarixdə saat 02 radələrində yaşadığı ünvan 1 ünvanında qeyd edilən narkotik vasitə qrudulmuş marixuananın 01 bükümdə 0,15 qram hissəsini tanışı X4 10 manat müqabilində satmış, həmin gün saat 03:05- də Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində X9 rayonu, Ü.Hacıbəyov və Zorge küçələrinin kəsişməsində saxlanılaraq Nəsimi rayonu, Azadlıq prospekti 28 ünvanında yerləşən 22-ci PŞ-nə gətirilib orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın cibindən 01 bükümdə 0,15 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bundan sonra davam etdirilən əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 26 iyul 2024-cü il tarixdə saat 07:05-də Səbail rayonu, Zorge küçəsi ev 5 ünvanının qarşısında Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq həmin polis şöbəsinə gətirilmiş, orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarınının cibindən 01 bükümdə 0,12 qram çəkidə və yaşadığı ünvan 4 ünvanına baxış keçirilən zaman dəhlizdə olan şkafda qoyulmuş çantanın içərisindən hər biri 0,12 qram olmaqla ümumi təmiz çəkisi 0,24 qram təşkil edən, üzərindən aşkar olunmuş və Cavidan Əskərova satdığı narkotik vasitə ilə eynilik təşkil edən narkotik vasitə qurudulmuş marixuana, narkotik vasitələrin satışında istifadə etdiyi 01 ədəd elektron tərəzi, habelə satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı tərkibində narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən preqabalinin təsiredici maddəsinin ümumi miqdarı 1,2 qram olan “Preqabalin 150 mq” göstəricili 8 ədəd dərman kapsulları aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitələrin satışı ilə məşğul deyil, əvvəllər narkotik vasitə istifadəçisi olsa da sonradan istifadə etməmişdir. Mahiyyəti üzrə bildirmişdir ki, Şahid5 və Şahid6 Raqif oğlu onun tanışlarıdır, X5 isə tanımır. Hadisənin baş verdiyi gün saat 06 radələrində dostu Amilgilə getmiş, həmin vaxt yorğun olduğu üçün başqa otağa keçərək yatmışdır. Təxminən gecə saat 1-2 radələrində polis əməkdaşları onların olduğu mənzilə daxil olmuş, onları yuxudan oyadaraq evi axtarmağa başlamış, lakin heç nə tapa bilmədikləri üçün, heç bir səbəb göstərmədən onları döyməyə başlamışlar. Bir qədər sonra onu, Amili və Fərzini qollarına qandal taxaraq şöbəyə aparmış və orada onları sorğu sual etdikdən sonra təzyiq göstərərək üzərinə qoyulan narkotik vasitəni qəbul etmələrini demişlər. Onuda qeyd etmişdir ki, həmin polis əməkdaşlarının adlarını bilmir. Bir qədər sonra əməkdaşlar təkrar mənim evimə gəlmiş və nnarkotik vasitələri mənim çantamın işərisinə qoymuş, Amil və Fərzi də həmin vaxt onunla birlikdə gətirilmişdir. Daha sonra polis əməkdaşları onları ayrı ayrılıqda təlimatlandırdıqdan sonra videoçıkiliş etmiş və orada məcbur qalaraq narkotik vasitənin ona məxsus olmasını və satışla məşğul olmasını etiraf etmişdir. Əlavə olaraq hadisənin çöldə baş verməsini və tutulan zaman əynində şortik olduğunu qeyd etmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs elan edilməklə tədqiq olunan ifadasində göstərmişdir ki, Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 07 radələrində Bakı şəhəri, Səbail rayonu, R.Zorge küçəsi ilə Ü.Hacıbəyli küçəsinin kəsişməsində dostları Amil və Fərzi ilə səki ilə hərəkət edən zaman tanımadığı şəxslər yaxınlaşaraq özlərinin polis işçiləri olduqlarını bildirərək onları 22-ci Polis şöbəsinə aparmışlar. Həmin şəxslər özlərini onlara təqdim etdikdən sonra sonunculara səmimi olaraq üzərində qanunsuz olaraq əldə etdiyi narkotik vasitə olan “marixuana” olduğunu və istifadəçisi, həmçinin satışı ilə məşğul olduğunu demişdi. Dostlarının isə olanlardan xəbəri olmamış, yəni sonuncular onun üzərində narkotik vasitə olduğunu bilmirdi. 22-ci Polis şöbəsində olan zaman onu xidməti otaqlardan birinə qaldırmış və ona öz hüquq və vəzifələrindən danışaraq dövlət hesabına vəkil tutmaq hüququnu izah etmişlər. Daha sonra dövlət hesabına onun üçün vəkil dəvət edilmiş, bir qədər sənədləşmə apardıqdan sonra ona üzərində olan predmetlərlə bağlı şəxsi axtarış aparılacağı bildirilmiş, həmin zaman xidməti otaqda vəkilinin, həmçinin dostları Amil və Fərzinin və digər polis işçilərinin iştirakı ilə üzərində axtarış aparılmışdı. Ona hüquq və vəzifəri yenidən izah olunduqdan sonra üzərində olan əşyaların təqdim olunması təklif edilmiş, o, cibimdə olan 01 (bir) ədəd bükülünü, mobil telefonunu, bank kartını və metro kartını təqdim etmişdi. Polis işçiləri ona suallar verdikdə isə, həmin bükülünün narkotik vasitə olan “marixuana” olduğunu, özünə məxsus olduğunu, onu şəxsi istifadəsi və satış üçün internet vasitəsilə “zaklatka” yolu ilə Yasamal ərzisindən götürdüyünü, həmin narkotik vasitəni 10 manat dəyərində satdığını demişdi. X8 narkotik vasitə aldığı soruşulan zaman isə Cavidanı tanıdığını, ondan əvvəllər də narkotik vasitə aldığını, ən son 10 manat dəyərində narkotik vasitə sataraq pulunu sonradan ona verəcəyini demişdi. Daha sonra həmin marixuana olan bükülü boş zərfdə qablaşdırılaraq ekspertiza tədqiqatına göndiriləcəyi bildirildikdən sonra mobil telefonu və bank kartı sübut əhəmiyyətli olduğundan götürülmüşdü. Polis işçilərinə üzərində olan narkotik vasitədən başqa yaşadığı ünvan 5 ünvanda da narkotik vasitə olduğunu demiş, ondan mənzilinə baxış keçirilmək barədə etirazı olmadığı üçün ərizə alınmış və iştirakçılar ilə birlikdə mənzilə ünvan 6 ünvanına getmişlər. Mənzildə olan zaman o, koridorda olan qəhvəyi rəngli şkafda olan çantanı çıxaraq içərisindəki 02 (iki) ədəd bükülünü, probaqalin listini və elekton tərəzini təqdim etmişdi.Elektron tərəzidən narkotik vasitəni, marixunanı bölmək, hissələrə ayırmaq üçün istifadə etdiyini, həmin narkotik vasitə marixunanın və probaqalinin özünə məxsus olduğunu, istifadə və satışı ilə məşğul olduğunu demişdi. Daha sonra həmin 02 (iki) ədəd bükülüdə olan marixuna və list boş zərfdə qablaşdırılaraq ekspertiza tədqiqatına göndiriləcəyi bildirildikdən sonra qablaşdırılmışdı. Həmin zərflər möhür ilə möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdı. O, səmimi olaraq evində başqa qanunsuz predmetin olmadığını deyərək, şkafın digər gözlərini də açaraq nümayiş etdirmişdi. Mənzildə çəkiliş və qablaşdırma yekunlaşdıqdan sonra bütün iştirakçılar ilə birlikdə polis şöbəsinə getmiş və görüntüyə baxmış, həmçinin protokolu imzalamışlar. Ümumilikdə 03 (üç) ədəd təqdim etdiyi bükülü marixuanadır, listdə olan probaqalin, digəri isə elektron tərəzidir. Həmin narkotik vasitəni satmaq və istifadə etmək üçün sosial şəbəkə vasitəsi ilə yazışdığm tanımadığı şəxsdən, internet vasitəsilə “zaklatqadan” Yasamal rayonu ərazisindən əldə etmişdir. Əskərov Cavidana narkotik maddədən dəfələrlə satmış, sonuncu onun yaşadığı ünvana, ünvan 7. Ən son xx.xx.2024-cü il tarixdə saat təxminən 02 radələrində sonuncu onun yaşadığı ünvana gələrək ondan dəyəri 10 manat olan marixuana götürmüş və pulunu sonra verəcəyini demişdi. Cavidan ondan əvvəl də narkotik vasitə götürmüş və onların da pulunu sonra verəcəyini demişdir. Ümumilikdə Cavidan ondan marixuana aldğına görə 47 (qırx yeddi) manat pul borcu qalmışdır. Şahid5 və Şahid6 onun qanunsuz əməllərindən məlumatları olmamış, onun narkotik vasitə istifadə etməyindən və ya satmağından xəbərləri olmamışdı. Mənzildə narkotik vasitə olduğunu da sonunculara deməmişdi və məlumatları yox idi. Ən son xx.xx.2024-cü tarixdə saat 02 radələrində Cavidan Əskərov mənzilə marixuana almaq üçün gələrkən sonuncuya evin girişində marixuana vermişdi. Fərzi və Amil isə yataq otağında yatmış və xəbərləri olmamışdı. O, yaşadığı evdən aşkar edilmiş preqabalin tərkibli dərman preparatlarını və narkotik vasitə qurdulmuş marixuananı şəxsi istifadəsi və satış məqsədi üçün əldə etmişdir.O, həmin preqabalin tərkibli dərman preparatlarını və narkotik vasitə qurudulmuş marixuananı sosial şəbəkə vasitəsi ilə tanış olduğu, adını bilmədiyi və üzünü görmədiyi şəxsdən sonuncunun ona göndərdiyi ünvandan götürüb pulu sonuncunun M 10 hesabına göndərmək yolu ilə əldə etmişdir. Onun həmin tanımadığı şəxsdən aldığı preqabalin tərkibli dərman preparatlarını və narkotik vasitə qurudulmuş marixuananı satdıqdan sonra əldə etdiyi gəliri sonuncü ilə bölmək və ya müəyyən miqdarını göndərmək kimi qabaqcadan aralarında razılaşma olmayıb. Həmin şəxsdən ilk dəfə idi ki, narkotik vasitə qurudulmuş marixuananı və preqabalin tərkibli dərman preparatlarını alırdı. Saxlanılan zaman, eləcə də üzərinə və yaşadığı evə baxış keçirilən zaman polis əməkdaşları tərəfindən onlara heç bir fiziki və ya psixi təzyiq göstərilməmişdir. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərmişdir ki, hazırda ünvan 8 ünvanda dostları Təqsirləndirilən şəxs və Şahid6 ilə birlikdə yaşayır. xx.xx.2024-cü il tarixdə saat 07 radələrində dostu Saleh və Amillə birlikdə yaşadıqları evdən çıxaraq işə gedərkən, təxminən saat 07 radələrində Nəsimi rayonu, R.Zorge küçəsi ilə Ü.Hacıbəyli küçəsinin kəsişməsində olan zaman tanımadığı mülki geyimli şəxslər onlara yaxınlaşaraq polis işçisi olduqlarını bildirmişlər. Onlarla bir qədər söhbət etdikdən sonra polis orqanına dəvət etmişlər. Həmin zaman dostu Təqsirləndirilən şəxs polis işçilərinə üzərində narkotik vasitə olan marixuana olduğu demişdi. O, bunu eşidəndə təəcüblənmiş və nə baş verdiyini anlamamışdı. Onlar polis şöbəsinə getdikdən sonra o, Saleh və Amil xidməti otaqlardan birinə qalxmış, daha sonra Saleh üçün vəkil dəvət olunmuş və üzərində axtarış keçiriləcəyi bildirilmişdi. Bir qədər sonra onun, Salehin, Amilin, vəkilin və digər polis işçilərin iştirakı ilə çəkiliş başlamış və Salehin üzərində axtarış həyata keçirilmişdi. Təqsirləndirilən şəxs cibindən bükülü, mobil telefon, bank kartı və metro kartını çıxarıb təqdim etmişdi. Saleh polis işçisinə həmin maddənin özünə məxsus olduğunu, istifadə etdiyini və satdığını, onu necə və haradan əldə etdiyini izah etmişdi. Daha sonra ona qanunsuz narkotik dövriyyəsi ilə məşğul olduğu soruşulan zaman, belə bir halın olmadığını və dostu Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin olduğundan və onu necə, haradan əldə etdiyindən məlumatsız olduğunu bildirmişdi. Daha sonra həmin bükülü zərfə qoyularaq qablaşdırılmış və ekspertizaya göndəriləcəyi deyilmişdi. Təqsirləndirilən şəxs çəkiliş zamanı onların yaşadıqları evdə yəni, ünvan 5 ünvanda da narkotik vasitə olduğunu dedikdən sonra, sonuncudan ərizə alınmış və çəkiliş iştirakçıları ilə birlikdə yaşadıqları həmin evə getmişlər. Təqsirləndirilən şəxs mənzildə olan zaman şkafın içərisində olan çantasını çıxarıb içindən narkotik vasitə kimi dediyi bükülünü, listi və elektron tərəzini təqdim etmişdi. Saleh onların özünə məxsus olduğunu, satışı ilə və istifadəsi ilə məşğul olduğunu demişdi. Mənzildə olan narkotik vasitə barəsində ona sual olunanda heç bir məlumatının olmadığını və satış etdiyindən xəbərsiz olduğunu bildirmişdi. Təqsirləndirilən şəxs uşaqlıqdan böyüdüyü rayondan tanıyır. Sonuncunun narkotik maddə istifadə etməyindən və ya əldə etməyindən, satışını həyata keçiridiyindən məlumatı olmamışdır. Çəkiliş zamanı Salehin narkotik vasitəni necə və haradan əldə etdiyini öyrənmişdi və həmin vaxta kimi heç bir şeydən məlumatı yox idi. xx.xx.2024-cü il tarixdə hər hansı bir şəxsin yaşadığı mənzilə gələrək Salehdən narkotik vasitə aldığı barədə məlumatı yox idi, o, narkotik vasitələrdən istifadə etmir İş üzrə şahid qismində dindirilmiş Şahid6 Raqif oğlu da Şahid5 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini tam təsdiq etmişdir. Məhkəmə iclasında şahid X6 xx.xx.2024-cü il tarixdə saat 03.00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, R.Zorge küçəsi ilə Ü.Hacıbəyli küçəsinin kəsişməsində dostu Şahid7 ilə səki ilə hərəkət edən zaman tanımadığı şəxslər ona yaxınlaşaraq özlərinin polis işçiləri olduqlarını və onun üzərində narkotik vasitə olmağı barədə məlumatlarının olmasını bildirərək onları Nəsimi RPİ-nin 22-ci Polis şöbəsinə aparmışlar. Həmin şəxslər özlərini onlara təqdim etdikdən sonra səmimi olaraq üzərində qanunsuz olaraq əldə etdiyi narkotik vasitə olan “marixuana” olduğunu və istifadəçisi olduğunu demişdi. Dostu Şahid7 isə olanlardan xəbəri olmamış, yəni sonuncu onun üzərində narkotik vasitə olduğunu bilməmişdi. 22-ci Polis şöbəsində olan zaman onu xidməti otaqlardan birinə qaldırmış və hüquq və vəzifələrindən danışaraq dövlət hesabına vəkil tutmaq hüququ izah edilmişdi. Daha sonra dövlət hesabına onun üçün vəkil dəvət edilmiş, bir qədər sənədləşmə apardıqdan sonra ona üzərində olan predmetlərlə bağlı şəxsi axtarış aparılacağı bildirilmişdi. Həmin zaman xidməti otaqda vəkilinin, həmçinin dostu Yaqubun və digər polis işçilərinin iştirakı ilə üzərində axtarış aparılmışdı. Ona hüquq və vəzifələri yenidən izah olunduqdan sonra üzərində olan əşyaların təqdim olunması təklif edilmişdi. O isə cibində olan 01 (bir) ədəd bükülünü, mobil telefonunu və 2 (iki) ədəd bir manatı təqdim etmişdi. Polis işçiləri ona suallar verdikdə isə, həmin bükülünün narkotik vasitə olan “marixuana” olduğunu, onu şəxsi istifadəsi üçün tanıdığı Təqsirləndirilən şəxs adlı şəxsdən Salehin özünün yaşadığı evdən xx.xx.2024-cü il tarixdə təxminən saat 02 radələrində aldığını bildirmişdi. Polis işçisinə Salehdən həmin marixuananın pulunu sabah vermək şərti ilə 10 manat dəyərində aldığını və əvvəllərdə bir neçə dəfə Salehdən narkotik vasitə aldığını bildirmişdi. Daha sonra həmin marixuana olan bükülü boş zərfdə qablaşdırılaraq ekspertiza tədqiqatına göndiriləcəyi bildirildikdən sonra, mobil telefonu da sübut əhəmiyyətli olduğundan götürülmüşdü. 2 (iki) ədəd bir manat isə ona geri qaytarılmışdı. Üzərinizdə olan bükülüdə narkotik vasitə olan marixuanadır, onu şəxsi istifadəsi üçün Təqsirləndirilən şəxs yaşadığı R.Zorge küçəsi, ev 5, mənzil 8 ünvanda pulunu sonradan vermək şərti ilə 10 manat dəyərində əldə etmişdir. Salehin yaşadığı evi tanıyır və əvvəllər də həmin mənzildən Salehdən marixuana almışdır. Gecə saatlarında Salehin evinə gedən zaman həmin mənzildə qapının önündə ona marixuananı verdikdən sonra binanı tərk etmiş və dostu Şahid7 ilə görüşmüşdü. Yaqubun onun üzərində narkotik vasitə olmağından məlumatı olmamışdı Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilən Şahid7 ifadəsində göstərmişdir ki, hal-hazırda ünvan 9 ünvanında kirayədə yaşayır. xx.xx.2024-cü il tarixdə gecə saatlarında dostu Cavidan Əskərovla görüşərək piyada səki ilə hərəkət etmişlər. Təxminən saat 03 radələrində Səbail rayonu, R.Zorge küçəsi ilə Ü.Hacıbəyli küçəsinin kəsişməsində olan zaman tanımadığı mülki geyimli şəxslər onlara yaxınlaşaraq polis işçisi olduqlarını bildirmiş, onlarla bir qədər söhbət etdikdən sonra polis orqanına dəvət etmişlər. Həmin zaman dostu Əskərov Cavidan polis işçilərinə üzərində narkotik vasitə olan marixuana olduğunu demişdi. O, bunu eşidəndə təəccüblənmiş və nə baş verdiyini anlamamışdı. Onlar polis şöbəsinə getdikdən sonra Cavidanla o, xidməti otaqlardan birinə qalxmış, daha sonra Cavidan üçün vəkil dəvət olunmuş və üzərində axtarış keçiriləcəyi Cavidana bildirilmişdi. Bir qədər sonra onun, Cavidanm, vəkilin və digər polis işçilərinin iştirakı ilə çəkiliş başlamış və Cavidanın üzərində axtarış həyata keçirilmişdi. Cavidan Əskərov cibindən bükülü, mobil telefon və iki ədəd bir manatlığı çıxarıb təqdim etmiş, polis işçisinə həmin maddənin özünə məxsus olduğunu, onu necə və haradan əldə etdiyini izah etmişdi. Daha sonra ona qanunsuz narkotik dövriyyəsi ilə məşğul olduğu soruşulan zaman belə bir halın olmadığını və dostu Cavidan Əskərovun üzərində narkotik vasitənin olduğundan və onu necə, haradan əldə etdiyindən məlumatsız olduğunu bildirmişdi. Daha sonra həmin bükülü zərfə qoyularaq qablaşdırılmış və ekspertizaya göndəriləcəyi deyilmişdi. Cavidan Əskərovu uşaqlıqdan böyüdüyü rayondan tanıyır, sonuncunun narkotik maddə istifadə etməyindən və ya əldə etməyindən məlumatı olmamışdı. Çəkiliş zamanı Cavidanm narkotik vasitəni necə və haradan əldə etdiyini öyrənmiş, həmin vaxta kimi heç bir şeydən məlumatı olmamış, o, narkotik vasitə istifadə etmir. Məhkəmə iclasında Şahid2 ifadəsində gösətmişdir ki, Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı vəzifəsində xidmət edir. 26 iyul 2024cü il tarixdə Bakı şəhəri Nəsimi rayonu ərazisində narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi istifadəsi və satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinin əməkdaqları iərəfındən X1 şöbəyə aparılmış və orada videoçəkilişlə üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Cavidan Əskərovun cibindən narkotik vasitə marixuanaya bənzər maddə aşkar edilmiş, sonuncu bildirmişdir ki, üzərindən aşkar edilən həmin maddəni şəxsi istifadəsi üçün Təqsirləndirilən şəxs adlı şəxsdən əldə etmişdir, sonuncu Səbail rayonu Zorge küçəsi ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsində İ blok 5-ci mərtəbədə qalır. Bundan sonra X4 narkotik vasitə marixuananı satan Təqsirləndirilən şəxs adlı şəxsin ifşa olunması üçün raportla şöbə rəhbərliyinə məruzə edilmiş, məlumat əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs adlı şəxsin şəxsiyyəti müəyyən edilərək xx.xx.2002-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş, Lənkəran rayonu Mamusta kəndində qeydiyyatda olan, ünvan 10 ünvanda yaşayan, əvvəllər məhkum olunmayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdi. Bu barədə rəhbərlikdən icazə aldıqdan sonra həmin şəxsin ifşa edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərin keçirilməsi barədə qərar qəbul edilmiş və daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı, Şahid1, Şahid4 və digər əməkdaşlardan ibarət əməliyyat qrupu təşkil edilmişdi. xx.xx.2024-cü il tarixdə saat 07.05 radələrində qrupun digər üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail rayonu R.Zorge küçəsi ilə Ü.Hacıbəyli küçəsinin kəsişməsində digər iki nəfər şəxslə piyada getdiyini görmüş və həmin şəxslərə yaxınlaşıb saxlamış,xidməti vəsiqələrini göstərərək özlərini təqdim edib, özlərini təqdim etmələrini xahiş etmişlər. Həmin şəxslərdən biri özünü təqdim edərək adının Təqsirləndirilən şəxs, biri Şahid6 Raqif oğlu, digəri isə Şahid5 olduğunu bildirmişdi. Onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, daşıma, gəzdirmə və satmada şübhəli bilindiyinə görə saxlanıldıqlarını bildirib onları Nəsimi RPİ-nin 22-ci PŞ-nin inzibati binasına dəvət etmişlər. Bu zaman Təqsirləndirilən şəxs etiraf edərək bildirmişdi ki, onun üzərində narkotik vasitə qurudulmuş marixuana var. Bundan sonra onların hər üçü bizə etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə getmişlər. Keçirdikləri əməliyyat tədbiri barədə şöbə rəhbərliyinə məruzə etdikdən sonra araşdırmanın aparılması növbətçi təhqiqatçıya həvalə edilmiş, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuş, müvafiq sənədləşmə aparıldıqdan sonra videoçəkilişlə üzərinə şəxsi axtarış aparılacağını təhqiqatçı tərəfindən izah edilərək ondan bu hərəkətə dair etirazının olubolmamasını soruşulmuşdu. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkilişlə üzərində olan əşyaları masanın üzərinə qoyması xahiş edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan əynində olan şalvarının cibindən bir ədəd bükülü, bir ədəd mobil telefon, bir ədəd bank kartını və bir ədəd metro kartını çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdi. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş, lakin üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdi. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülüyə baxış keçirilən zaman içərisində ota bənzər kütlə aşkar olunmuş, suallara cavab olaran Təqsirləndirilən şəxs billdirmişdi ki, həmin maddə narkotik vasitə marixuanadır, həmin maddəni internet vasitəsilə «zaklatkadan» Yasamal rayonu ərazisində şəxsi istifadəsi və satmaq üçün 10 manata əldə etmişdir. Əskərov Cavidana da həmin narkotikdən satdığını, sonuncunun ondan əvvəllər də bir neçə dəfə narkotik aldığını bildirmişdi. Həmçinin sonuncu kirayə yaşıdığı Səbail rayonu Zorge küçəsi ilə ev 5-dəki 8 saylı mənzildə də narkotik vasitə olduğunu və həmin mənzildə axtarışın aparılmasına etirazının olmadığını bildirmişdi. Daha sonra aşkar edilmiş həmin büküm təhqiqatçı tərəfindən boş zərfə qoyularaq qablaşdırılmış, sonra iştirakçılarla birlikdə Təqsirləndirilən şəxs də zərfin üzərinə digər iştirakçılar kimi imza etmişdi. Sorğu-sual zamanı Şahid6 Raqif oğlu və Şahid5 bildirmişlər ki, Təqsirləndirilən şəxs ilə bir mənzildə kirayədə qalırlar, lakin sonuncunun narkotik maddə istifadə etməyindən və ya əldə etməyindən məlumatları olmamışdır. Çəkiliş zamanı Cavidanın narkotik vasitəni necə və haradan əldə etdiyini öyrənmiş, həmin vaxta kimi heç bir şeydən məlumatları olmamış, onlar narkotik vasitə istifadə etmirlər. Bundan sonra Təqsirləndirilən şəxs, Şahid6 Raqif oğlundan və Şahid5 kirayədə yaşadıqları evdə axtarışın aparılmasına dair razılıq ərizəsi alınmış və onların iştirakı ilə təhqiqatçı Oruc Əliyev tərfındən Təqsirləndirilən şəxs kirayədə yaşadığı ünvan 6 ünvana baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs həmin mənzilin koridorunda olan qəhvəyi rəngli şkafda olan çantanı çıxarıb içərisindəki 02 (iki) ədəd bükülünü, probaqalin listini və elekton tərəzini təqdim etmişdi. Elektron tərəzidən narkotik vasitəni, marixunanı bölmək, hissələrə ayırmaq üçün istifadə etdiyini, həmin narkotik vasitə marixunanın və probaqalinin özünə məxsus olduğunu, istifadə və satışı ilə məşğul olduğunu demişdi. Daha sonra həmin 02 (iki) ədəd bükülüdə olan marixuna və list boş zərfdə qablaşdırılaraq ekspertiza tədqiqatına göndiriləcəyi bildirildikdən sonra təhqiqatçı tərəfindən götürülmüşdü. Həmin zərflər möhür ilə möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdı. Təqsirləndirilən şəxs evində başqa qanunsuz predmetin olmadığını deyərək, şkafın digər gözlərini də açaraq nümayiş etdirmişdi. Mənzildə çəkiliş və qablaşdırma yekunlaşdıqdan sonra bütün iştirakçılar ilə birlikdə polis şöbəsinə getmiş və görüntüyə baxmış, həmçinin bu bardə tərtib olunmuş protokolu imzalamışlar. Təqsirləndirilən şəxs demişdi ki, ümumilikdə 03 (üç) ədəd təqdim etdiyi bükülü marixuanadır, listdə olan probaqalin, digəri isə elektron tərəzidir, həmin narkotik vasitəni satmaq və istifadə etmək üçün sosial şəbəkə vasitəsi ilə yazışdığı tanımadığı şəxsdən, internet vasitəsilə “zaklatqadan” Yasamal rayonu ərazisindən əldə etmişdir, Əskərov Cavidana narkotik maddədən dəfələrlə satmış, sonuncu onun yaşadığı ünvana, ünvan 7. Ən son xx.xx.2024-cü il tarixdə saat təxminən 02 radələrində Cavidan onun yaşadığı ünvana gələrək ondan dəyəri 10 manat olan marixuana götürmüş və pulunu sonra verəcəyini demişdi, Cavidan ondan əvvəl də narkotik vasitə götürmüş və onların da pulunu sonra verəcəyini demiş, Şahid5 və Şahid6 onun qanunsuz əməllərindən məlumatları olmamış, onun narkotik vasitə istifadə etməyindən və ya satmağından xəbərləri olmamışdı. Mənzildə narkotik vasitə olduğunu da sonunculara deməmişdi və məlumatları yox idi. Sonuncu dəfə xx.xx.2024-cü tarixdə saat 02 radələrində Cavidan Əskərov mənzilə marixuana almaq üçün gələrkən sonuncuya evin girişində marixuana vermişdi. Fərzi və Amil isə həmin vaxt yataq otağında yatmış və xəbərləri olmamışdı, yaşadığı evdən aşkar edilmiş preqabalin tərkibli dərman preparatlarını və narkotik vasitə qurdulmuş marixuananı şəxsi istifadəsi və satış məqsədi üçün əldə etmişdir, həmin preqabalin tərkibli dərman preparatlarını və narkotik vasitə qurudulmuş marixuananı sosial şəbəkə vasitəsi ilə tanış olduğu, adını bilmədiyi və üzünü görmədiyi şəxsdən sonuncunun ona göndərdiyi ünvandan götürüb pulu sonuncunun M 10 hesabına göndərmək yolu ilə əldə etmişdir. İş üzrə şahid qismində dindirilmiş Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 da iş yoldaşı Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı vəzifəsində xidmət edir. 25 iyul 2024-cü il tarixdə işlədiyi Nəsimi RPİ-nin 22-ci PŞ-nə məlum və qərəzsiz mənbədən Cavidan adlı şəxsin Bakı şəhəri Nəsimi rayonu ərazisində narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi istifadəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, bu barədə rəhbərlikdən icazə aldıqdan sonra həmin şəxsin ifşa edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərin keçirilməsi barədə qərar qəbul edilmiş və daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 və digər əməkdaşlardan ibarət əməliyyat qrupu təşkil edilmişdi. Məlumat əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində Cavidan adlı şəxsin şəxsiyyəti müəyyən edilərək xx.xx.2003-cü il tarixdə ünvan 11 ünvanda qeydiyyatda olan, ünvan 12 yaşayan, əvvəllər məhkum olunmayan X7 olması müəyyən edilmişdi. xx.xx.2024-cü il tarixdə saat 02:40 radələrində X3 bir nəfər şəxslə Bakı şəhəri Səbail rayonu, Ü.Hacıbəyov və Zorge küçələrinin kəsişməsində olması barədə təkrar əməliyyat məlumatı daxil olmuşdu. Məlumat əsasında yaradılmış əməliyyat qrupu ilə birlikdə həmin ünvana getmiş və məlumatda göstərilən əlamətlərə bənzər şəxsin digər bir nəfərlə həmin yerdə piyada getdiklərini görmüşlər. Həmin günü saat 03.05 radələrində həmin şəxslərə yaxınlaşıb saxlamış və xidməti vəsiqələrini göstərərək özlərini təqdim edib sonunculardan özlərini təqdim etmələrini xahiş etmişlər. Həmin şəxslərdən biri özünü təqdim edərək adının X7, digəri isə Şahid7 Rəfayıl oğlu olduğunu bildirmiş, sonuncularla bir qədər söhbət etdikdən və Cavidan Əskərovun qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, daşıma, gəzdirmə və satmada şübhəli bilindiyinə görə saxlanıldıqlarını bildirib Nəsimi RPİ-nin 22-ci PŞ-nin inzibati binasına dəvət etmişlər. Bu zaman Cavidan Əskərov etiraf edərək bildirmişdi ki, üzərində narkotik vasitə qurudulmuş marixuana var. Bundan sonra onların hər ikisi etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə getmişlər. Onlar keçirdikləri əməliyyat tədbiri barədə şöbə rəhbərliyinə məruzə etdikdən sonra araşdırmanın aparılması növbətçi təhqiqatçıya həvalə edilmişdi. İlk əvvəl Cavidan Əskərovun hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuş, müvafiq sənədləşmə aparıldıqdan sonra videoçəkilişlə üzərinə şəxsi axtarış aparılacağını təhqiqatçı tərəfindən izah edərək bu hərəkətə dair etirazının olub-olmamasını soruşulmuş, Cavidan Əskərov heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkilişlə üzərində olan əşyaları masanın üzərinə qoyması xahiş edilmişdi. Bundan sonra Cavidan Əskərov əynində olan əynində olan boz rəngli şalvarının cibindən bir ədəd bükülü, bir ədəd mobil telefon və iki ədəd bir manatlıq əskinazları çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdi. Bundan sonra təhqiqatçı tərəfindən Cavidan Əskərovun üzərinə axtarış keçirilmiş, lakin üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdi. Cavidan Əskərovun təqdim etdiyi bükülüyə baxış keçirilən zaman içərisində ota bənzər kütlə aşkar olunmuş, suallara cavab olaraq Cavidan Əskərov billdirmişdi ki, həmin maddə narkotik vasitə marixuanadır, həmin maddəni şəxsi istifadəsi üçün Təqsirləndirilən şəxs adlı şəxsdən əldə etmişdir, sonuncu Səbail rayonu Zorge küçəsi ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsində İ blok 5-ci mərtəbədə qalır. Daha sonra aşkar edilmiş həmin büküm təhqiqatçı tərəfindən boş zərfə qoyularaq qablaşdırılmış, sonra iştirakçılarla birlikdə Cavidan Əskərov da zərfin üzərinə digər iştirakçılar kimi imza etmişdi. Sorğu-sual zamanı Şahid7 Rəfayıl oğlu bildirmişdi ki, Cavidan Əskərovu uşaqlıqdan böyüdüyü rayondan tanıyır, sonuncunun narkotik maddə istifadə etməyindən və ya əldə etməyindən məlumatı olmamışdır. Çəkiliş zamanı Cavidanın narkotik vasitəni necə və haradan əldə etdiyini öyrənmiş, həmin vaxta kimi heç bir şeydən məlumatı olmamış, o, narkotik vasitə istifadə etmir Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunan Nəsimi rayon Polis İdarəsinin 22ci Polis şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 da iş yoldaşı Şahid4 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizanın xx.xx.2024-cü il tarixli, 7/1220 saylı ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “1) R.Saleh” yazılar və imzalar olan 1 №-li kağız paketi vçdıqda 2 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,12 qram, 0,12 qram, ümumi çəkisi 0,24 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş maixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “1) Təqsirləndirilən şəxs ” yazılar və imzalar olan 2 №-li kağız paketdə 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,12 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş maixuanadır. Həmin marixuanalar tərkibinə görə eynidirlər. Təqsirləndirilən şəxs mənzilindən, üzərindən və X3 təqdim etdiyi marixuanalar tərkibinə görə eynidir. Marixuananın ümumi təmiz çəkiləri 0,24 qram, (l-2№-li ob.), 0,12 qram (3 №-li ob.) tədqiqata sərf edildi cəmi -0,06 qram, qalıq 0,20 qram. 0,10 qramdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizanın xx.xx.2024-cü il tarixli, 6/3847 saylı ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N9 190” dairəvi möhür əksi və imzalar olan paketdəki, üzərində “Praqebin 150 mq (preqabilin)” markalanma göstəricisi olan bir ədəd konvalyutdakı 8 (səkkiz) ədəd ağ rəngli kapsul preqabalin tərkibli kapsullardır və 8 ədəd kapsullardan ibarət preqabilin təsiredici maddəsinin ümumi miqdarı 1,2 qram təşkil edir, (üzərindəki qeyd olunmuş göstəricisinə əsasən bir kapsulda 0,15 qr preqabilin olmaqla). Preqabilin tərkibli kapsullar tərkibindəki təsiredici maddəsinin miqdarına və xarici əlamətlərinə görə eynidirlər. 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən preqabilin “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı” na daxildir İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizanın 6615 saylı,xx.xx.2024-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən dərman preparatı olan preqabalinin birgə qəbul edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş İstintaq üçün əhəmiyyət kəsb etdiyindən X3 üzərindən, həmçinin Təqsirləndirilən şəxs mənzilindən və üzərindən aşkar edilmiş bir ədəd elektron tərəzi, təmiz çəkisi 0,51 qram narkotik vasitə qurudulmuş maixuana iş üzrə maddi sübut kimi tanınması, tədqiqatdan sonra qalıq qalmış 0.43 qram narkotik vasitə qurudulmuş maixuananın saxlanılması üçün Səbail RPİ-nin saxlanc yerinə təhvil verilməsi, o cümlədən iş üzrə Təqsirləndirilən şəxs mənzilindən aşkar edilmiş 8 kapsula güclü təsir edici maddə Preqabilin iş üzrə maddi sübut kimi tanınması və tədqiqatdan sonra qalıq qalmış 7 kapsula güclü təsir edici maddə Preqabilin saxlanılması üçün Səbail RPİnin saxlanc yerinə təhvil verilməsi nəzərə alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə cinayət işi materialları ilə tanış olarkən üzərinə və yaşadığı mənzilə baxış keçirilərkən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuana və preqabalinin ona məxsus olmamasını bildirməsi və özünü ona elan olunmuş ittihamda təqsirli bilməməsi özünü müdafiə etməsi kimi qiymətləndirilmiş və toplanmış kifayət qədər istintaq materialları ilə inkar olunduğundan vəsatət kimi qəbul edilərək xx.xx.2024-cü il tarixli qərarlarla rədd edilmişdir. “Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” 27 iyul 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 240.1-ci maddələri ilə cinayət işi başlanılmışdır. “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 26 iyul 2024-cü il tarixli qərardan görünür ki, X3 ətrafında təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin keçirilməklə yaxalanması üçün əməliyyat qrupu yaradılmışdır. “Şübhəli şəxsin tutulması haqqında” 26 iyul 2024-cü il tarixli protokoldan görünür ki, X7 26 iyul 2024-cü il saa 03:30 radələrində tutulmuşdur. “Şəxsi axtarışın aparılması və maddi sübutun götürülməsi barədə” 26 iyul 2024-cü il tarixli protokoldan görünür ki, X7 üzərindən çıxan 01(bir) ədəd bükülünü tanışları vasitəsi ilə tanıdığı, Bakı şəhəri, Səbail rayonu, R.Zorge küçəsi ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsində 1-ci blok 5-ci mərtəbədə qalan Təqsirləndirilən şəxs adlı şəxsdən aldığını bildirmişdir. Nəsimi RPİ-nin 22-ci PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 xx.xx.2024-cü il tarixdə raportla Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunaraq yaxalanması məqsədilə əməliyyat qrupunun yaradılması barədə rəhbərliyə müraciət etmişdir. “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 26 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin keçirilməklə yaxalanması üçün əməliyyat qrupu yaradılmışdır. “Şübhəli şəxsin tutlması haqqında” qərardan 26 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 07:05-də tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 28 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 28 iyul 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələri ilə ittiham elan edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(006)-387/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03(üç) ay müdətində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 26 iyul 2024-cü il saat 07:30 tarixdən hesablanmışdır. “Cinayət işinin aidiyyəti üzrə göndərilməsi barədə” 05 avqust 2024-cü il tarixli qərarından görünür ki, cinayət işi istintaqın davam etdirilməsi üçün Bakı şəhər Prokurorluğu vasitəsi ilə Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə göndərilmişdir. “Cinayət işinin icraata qəbul edilməsi barədə” 15 avqust 2024-cü il tarixli qərarda gösərilmişdir ki, cinayrət işinin istintaqı davam etdirilməsi üçün icrata qəbul edilmişdir. “Maddi sübut kimi tanınma haqqında” 16 avqust 2024-cü il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 0,20 qram olan quludulmuş marixuana və təsiredici maddə ümumi miqdarı “Preqabalin 15 mq” göstəricili 07(yeddi) ədəd dərnan kapsulları və 01(bir) ədəd elektron tərəzi maddi sübut kimi tanınaraq Səbail RPİ-nin maddi sübutların saxlanc otağna təhvil verilmişdir. Lənkəran Şəhər İcra hakimiyyəti başçısının Mamusta kəndi İnzibati ərzi dairəsi üzrə nümayənəliyindən daxil olan xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə, digər iş materialları ilə onun satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayətini törətməsi, həmçinin narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satma cinayətlərini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci və 240.1-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrin sanksiyaları həddində cəzalandırılmalıdır. Həmin Məcəllənin 234.2-ci maddəsinə görə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 240.1-ci maddəsinə görə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satma- üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, qeyd edilmiş qanunun tələbi baxımından təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində müəyyən edilmiş cəzasını ağırlaşdıran halların olmamasını qeyd etməklə, əməlindən peşman olmasını, əvvəllər məhkum olunmamasını, yüngülləşdirən hallar kimi qiymətləndirir və ona istinad edilən maddədə nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində cəkilməsi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı, ev dustaqlığında saxlanıldığı müddətlər daxildir. Ona görə də Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 26 iyul 2024-cü il tarixdən hesablanmalıdır Məhkəmə hesab edir ki, məhkəmə-narkoloji ekspertizanın 6615 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən dərman preparatı olan preqabalinin birgə qəbul edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bakı şəhəri Səbail Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, bir ədəd elektron tərəzi, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,20 qram çəkidə qurudulmuş marixuana və 07(yeddi) kapsula güclü təsiredici maddə “Preqabalin 150 mq” hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə hazırki iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. İş üzrə xüsusi müsadirə olunması təklif edilən və cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmetləri, cinayət yolu ilə əldə edilmiş əmlak, habelə cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan pul və ya digər əmlak yoxdur. İş üzrə aparılmış məhkəmə ekspertizalarının dəyəri 258 (iki yüz əlli səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına edilən 28 aprel 2025-ci il tarixli dəyişikliyə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Bu səbəbdən Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən vəsaitin ödənilməsini məqsədəmüvafiq hesab edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci və 240.1ci maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 03 (üç) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1ci maddəsi 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplanılmaqla onun üzərində 03 (üç) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 26 iyul 2024-cü il tarixdən hesablansın Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoliji dispanserdə qeydiyyata alınsın. Səbail Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, bir ədəd elektron tərəzi, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,20 qram çəkidə qurudulmuş marixuana və 07(yeddi) kapsula güclü təsiredici maddə “Preqabalin 150 mq” hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 840 (səkkiz yüz qırx) manat pul tutulub, Bakı şəhəri 03 saylı Vəkil Bürosunun “Kapital Bank”-ın Səbail rayon filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar