Məhkəmə qərarları › İş №1(009)-65/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-65/2020

23.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-65/2020 23.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Məmmədov Azər Rasim oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 3-cü Y.Hüseynov küçəsi, ev 3A, mənzil 14-də ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə xx xxxxxxxx 2018-ci il tarixdə, gecə saat 01 radələrində Quba rayonu, Birinci Nügədi kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus “Qafqaz-Oil” yanacaq doldurma məntəqəsində operator vəzifələrində işləyən Şahid5 və X1, növbə rəisi vəzifəsində işləyən Şahid4 yaxınlaşaraq “Qafqaz-Oil” yanacaq doldurma məntəqəsinin rəhbərliyinin onun qohumu olduğundan satılan yanacağın pulunu rəhbərliyə aparacağı adı ilə aldadaraq, Şahid5 1250 (bir min iki yüz əlli) manatı, Nəriman Fərzəliyevdən 1050 (bir min əlli) manatı və Şahid4 1400 (bir min dörd yüz) manatı, ümumilikdə 3700 (üç min yeddi yüz) manatı alaraq, Zərərçəkmiş şəxs2 MMC-nin 3700 (üç min yeddi yüz) manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə xx xxxx 2018-ci il tarixdə saat təxminən 12 radələrində Quba rayon, Birinci Nügədi kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus “Qafqaz-Oil” yanacaq doldurma məntəqəsində operator vəzifəsində işləyən Quba rayonu, Aşağı- Atuc kənd sakini Zərərçəkmiş şəxs1 3600 (üç min altı yüz) manat pulun müqabilində Quba rayon Mühafizə polisinə işə düzəltməyi vəd edib vahid niyyətlə aldatmaqla işlədiyi “Qafqaz Oil” yanacaq doldurma məntəqəsində 500(beş yüz) manatını, xx xxxx 2018-ci il tarixdə saat 11 radələrində sağlamlıq barədə arayış alınması adı ilə “Qafqaz Oil” YDM-də 50 manatını, xx xxxx 2018-ci il tarixdə saat 12 radələrində “Qafqaz Oil” YDM-də 500 manatını, xx xxxxxx 2018-ci il tarixdə saat 13 radələrində Quba şəhər İcra Hakimiyyətinin yaxınlığındakı dairənin yanında Zərərçəkmiş şəxs1nin atası Şakir Ziyaidən tanışı X8 vasitəsilə 500 manatını,xx xxxxxx 2018-ci il tarixdə saat 11 radələrində “Qafqaz Oil” YDM-də 750 manatını,xx xxxxxx 2018-ci il tarixdə saat 18 radələrində Quba rayonu, Aşağı-Atuc kəndində Şahid3 yaşadığı evin qarşısında sonuncunun vasitəsilə 40 manatını, xx xxxxxx 2018-ci il tarixdə saat 11 radələrində Quba-Şabran avtobusunun tanımadığı sürücüsü vasitəsilə 750 manatını, xx xxxxxxxx 2018-ci il tarixdə saat 10 radələrində “Qafqaz Oil” YDM-də işləyən Şahid2 vasitəsilə 350 manatını, xx xxxxxxx 2018-ci il tarixdə Şahid1 adına ünvan 1 ünvanda yerləşən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin 1 saylı poçt filialının 5 saylı poçt şöbəsinə 150 manat pul göndərməklə ümumilikdə Zərərçəkmiş şəxs1 3590 (üç min beş yüz doxsan) manat maddi ziyan vurmaqla, 3590 (üç min beş yüz doxsan) manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Quba rayonunun, Aşağı Atuc kənd sakini Zərərçəkmiş şəxs1ni 2018-ci ilin əvvəllərindən tanıyır, birlikdə Quba rayonu ərazisində, Bakı-Quba yolunda yerləşən “Qafqaz Oil” yanacaq doldurma məntəqəsində işləmişlər. Həmin dövrdə Bakir mühafizə polisinə işə düzəlmək istədiyini bildirmiş, o, Bakirə bu sahədə tanışlarının olduğunu deyərək 3600 manat pul müqabilində mühafizə polisinə işə düzəldə biləcəyini bildirmişdir. Bakir də onun təklifi ilə razılaşdıqdan sonra 2018-ci ilin iyul ayından 2018-ci ilin avqust ayına kimi müxtəlif tarixlərdə əsasən Bakı-Quba yolunda yerləşən “Qafqaz Oil” yanacaq doldurma məntəqəsində mühafizə polisinə işə düzəltmək üçün 3440 manat məbləğində pul vermişdir. Sonuncu dəfə Bakıda olarkən Bakirlə telefonla danışan zaman Polis Akademiyasında imtahandan keçmək üçün müəllimə pul verməli olduğunu və buna görə də, 150 manat pul göndərməsini demişdir. O, üstündə şəxsiyyət vəsiqəsi olmadığı üçün 150 manatı tanışı Şahid1 adına göndərməsini Bakirə tapşırmışdır. Eyni zamanda o, tanışı Samirə zəng edərək Quba rayonundan Samirin adına pul göndərəcəyini və həmin pulu poçtdan alıb ona verməsini xahiş etmiş, Samir də həmin pulu poçtdan götürüb ona vermiş, bununla da,o, Bakiri işə düzəlmək adı ilə ümumilikdə cəmi 3.590 manatı alıb öz şəxsi ehtiyacları üçün xərcləmişdir. O, Bakirdən işə düzəltmək adı ilə pul alarkən heç bir qəbz və ya iltizam verməmişdir. Bundan başqa, xx xxxxxxxx 2018-ci il tarixdə Quba rayonu ərazisində, Quba- Bakı yolunun kənarında yerləşən “Qafqaz-Oil” yanacaq doldurma məntəqəsində növbədə olarkən,həmin gün növbədə kassir-operatorlar Ruslan və Nəriman adlı şəxslər olduğundan, 2018-ci ilin sentyabr ayının 23-dən 24-nə keçən gecə saat 01 radələrində,o, Ruslan və Nərimandan satılmış yanacağın pullarını məntəqənin sahibi olan Rövşənə çatdırmaq adı ilə istəyib, Nərimandan 1050 manatı, Ruslandan isə 1250 manatı, özündə olan 1400 manat pulu ümumilikdə yanacaq doldurma məntəqəsinə məxsus, cəmi 3700 manat pulu götürüb taksyə minib əvvəlcə Quba şəhərinə,sonra isə Bakı şəhərinə getmişdir. Əldə etdiyi pulların bir hissəsini öz şəxsi ehtiyacları üçün xərcləmiş, sonra isə ələ keçirdiyi puldan qalıq qalmış 1500manat pulu “Qafqaz-Oil” yanacaq doldurma məntəqəsinə qaytarmışdır. Törətdiyi əməldən peşmandır, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki,o, 2018-ci ilin iyun və iyul aylarında Zərərçəkmiş şəxs2 MMC-nin Bakı-Quba yolunda yerləşən “Qafqaz Oil” yanacaq doldurma məntəqəsində operator vəzifəsində işləyərkən, yanacaq doldurma məntəqəsinin rəhbəri Rövşən Ağayevin qohumu Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Təqsirləndirilən şəxsla söhbət edərkən polis orqanlarında işləməyə həvəsi olduğunu bildirmiş, Emin də ona tanışlarının vasitəsi ilə Quba rayon Mühafizə polis şöbəsinə hissə-hissə ödəmək şərti ilə cəmi 3600 manat pulun müqabilində işə düzəldə biləcəyini bildirmişdir. O da, Eminin təklifi ilə razılaşmışdır. xx xxxx 2018-ci il tarixdə saat təxminən 12 radələrində Bakı-Quba yolunda yerləşən “Qafqaz Oil” yanacaq doldurma məntəqəsində o, Təqsirləndirilən şəxs mühafizə polisinə işə düzəltməsi üçün 500 manat,xx xxxx 2018-ci il tarixdə “Qafqaz Oil” yanacaq doldurma məntəqəsində, Eminə işə düzəlmək məqsədi ilə sağlamlıq barədə arayışın alınması üçün 50 manat, xx xxxx 2018-ci il tarixdə saat 12 radələrində “Qafqaz Oil” yanacaq doldurma məntəqəsində məqsədlə Eminə 500 manat, xx xxxxxx 2018-ci il tarixdə saat 13 radələrində atası Şakirin vasitəsi ilə Eminə çatdırması üçün sonuncunun tanışı Məmmədə Quba şəhər İcra Hakimiyyətinin yaxınlığındakı dairənin yanında 500 manat, xx xxxxxx 2018-ci il tarixdə “Qafqaz Oil” yanacaq doldurma məntəqəsində Eminə 750 manat, xx xxxxxx 2018-ci il tarixdə saat 18 radələrində Quba rayonu, Aşağı-Atuc kəndində həmkəndlisi Habilin vasitəsi ilə evinin qarşısında Eminə çatdırması və sonuncunun iş üçün arayış almaq məqsədi ilə 40 manat, xx xxxxxx 2018-ci il tarixdə Quba şəhər avtovağzalından Şabran avtobusunun tanımadığı sürücü vasitəsi ilə Eminə çatdırması üçün 750 manat, həmçinin xx xxxxxxxx 2018-ci il tarixdə saat 10 radələrində “Qafqaz Oil” yanacaq doldurma məntəqəsində işləyən Ədalətin vasitəsilə Eminə çatdırması üçün 350 manat göndərməklə vermişdir. O, Eminlə telefon vasitəsi ilə əlaqə saxladıqda Emin onun göndərdiyi pulları aldığını təsdiq edərək,Polis Akademiyasında işləyən Samir müəllimə imtahan verməsi əlavə 150 manat pul verməsini,o, razılaşmış və xx xxxxxxx 2018-ci il tarixdə bu məqsədlə Şahid1 adına poçt vasitəsilə 150 manat pul göndərmişdir. Bununla da, ümumilikdə o, Təqsirləndirilən şəxs Quba rayon X10 işə düzəlmək üçün cəmi 3590 manat pul vermiş, lakin Təqsirləndirilən şəxs verdiyi vədə əməl etməmiş və ondan aldığı 3590 manat pulu qaytarmaqdan müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Zərərçəkmiş şəxs1 qeyd etmişdir ki, dələduzluq nəticəsində 3590 manat dəymiş ziyan ödənilməmişdir və o ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 nüməyəndəsi Nümayəndə göstərmişdir ki, o, 2015-ci ildən Zərərçəkmiş şəxs2 MMC-nin hüquqşünası vəzifəsində işləyir. xx xxxxxx 2018-ci il tarixdə işlədiyi Zərərçəkmiş şəxs2 MMC-nin tərkibində olan “Qafqaz Oil” yanacaq doldurma məntəqəsinin rəhbərliyi Təqsirləndirilən şəxs iş öyrənməsi üçün yanacaq doldurma məntəqəsinə gətirmişdir.xx xxxxxxxx 2018-ci il tarixdə təxminən saat 01 radələrində Quba rayonu, Birinci Nügədi kəndi ərazisində yerləşən “Qafqaz Oil” yanacaq doldurma məntəqəsində operatorlar işləyən Şahid5 və X11 Salmanov yaxınlaşaraq satılmış yanacağın pullarını Zərərçəkmiş şəxs2 MMC-nin rəhbəri və özünün qohumu olan Sadıq Ağayevin qardaşı Rövşən Ağayev istədiyini bildirərək, Nərimandan 1050 manat, Ruslandan isə 1250 manat götürmüş, eyni zamanda yanacaq doldurma məntəqəsinin növbə rəisi işləyən Şahid4 yığılmış 1400 manatı eyni adla almış, ümumilikdə 3700 manat pulu götürərək yanacaq doldurma məntəqəsindən çıxıb getmişdir. Sonra Şahid4 Rövşən Ağayevə zəng edərək bu barədə məlumat vermiş, Rövşən Ağayev qohumu Təqsirləndirilən şəxs elə bir tapşırıq vermədiyini, sonuncunun əməli barədə polis şöbəsinə ərizə ilə müraciət etməsini tapşırmışdır. O,da ərizə ilə müraciət etdikdən sonra Təqsirləndirilən şəxs "Zərərçəkmiş şəxs2" MMC-yə dəymiş 3700 manat ziyandan 1500 manatını "Zərərçəkmiş şəxs2" MMC-nin Xaçmaz rayonunda yerləşən filialına göndərərək qaytarmışdr. "Zərərçəkmiş şəxs2" MMC ziyanın qalıq 2200 manat hissəsinin ödənilməsini tələb etdiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki,o, Təqsirləndirilən şəxsla əvvəllər bir məhəllədə yaşamışdır. 2018-cu ilin təxminən oktyabr ayının əvvəllərində, o, Bakı şəhəri, Səbail rayonu,Badamdar şossesi 52 ünvanda yerləşən avto-servisdə çilingər işləyərkən,saat təxminən 13 radələrində mobil telefonuna Emin zəng edərək, ondan şəxsiyyət vəsiqəsinin üzərində olmasını öyrəndikdən sonra, öz şəxsiyyət vəsiqəsi üstündə olmadığından arvadı Aynur onun adına Quba rayonundan 150 manat pul göndərəcəyini, həmin pulu hər hansı bir poçt şöbəsindən götürməsini xahiş etmişdir. O,da Eminin xahişini nəzərə alıb, təxminən bir saat sonra iş yerinə yaxın olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən poçt söbəsinə gedib öz şəxsiyyət vəsiqəsini təqdim edərək adına gəlmiş 150 manat pulu qəbul etmiş, həmin pulu kimin adından göndərilməsini bilməmiş, bu haqda poçtdan ona məlumat verilməmiş,o,da bu haqda maraqlanmışdır. Təxminən bir saat keçmiş Emin ona zəng edib pulun götürdüyünü öyrənmiş, həmin günü axşam saat 19 radələrində,o, Bakı şəhəri, “20 yanvar” metrosunun yaxınlığında Eminlə görüşüb 150 manatı Eminə vermişdir. Emin rayondan göndərilmiş pulun alınmasında və özünə çatdırılmasına görə ona pul verməmiş, sonralar o, bir daha Emini görməmişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs2 MMC-nin icraçı direktor müavini Şahid4 məhkəməyə teleqram göndərərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş çəxs Zərərçəkmiş şəxs2 MMC-dən aldatma yolu ilə mənimsədiyi 3700 manat məbləğində pulun həmin hadisə baş verən gündən 2-3 gün sonra anasının vasitəsilə 1500 manatını qaytarmış, 2200 manatını isə tez bir zamanda qaytaracağına söz verməyinə baxmayaraq bugünədək qaytarmamışdır. İşə onun iştirakı olmadan baxılmasını xahiş etmiş və hazırda işi ilə əlaqədar məhkəmə prosesində iştirak edə bilmir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid4 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, 2016-cı il tarixdən Zərərçəkmiş şəxs2 MMC-nin “Qafqaz Oil” yanacaq doldurma məntəqəsində növbə rəisi vəzifəsində işləyir. xx xxxxxx 2018-ci il tarixdə işlədiyi yanacaq doldurma məntəqəsinin rəhbərliyi Təqsirləndirilən şəxs iş öyrənməsi üçün yanacaq doldurma məntəqəsinə gətirmişdir. xx xxxxxxxx 2018-ci il tarixdə təxminən saat 01 radələrində Təqsirləndirilən şəxs Quba rayonu,Birinci Nügədi kəndi ərazisində yerləşən “Qafqaz-Oil” yanacaq doldurma məntəqəsində operator vəzifəsində işləyən Nəriman Fərzəliyevə və Şahid5 yaxınlaşıb, satılmış yanacağın pulunu Zərərçəkmiş şəxs2 MMC-nin rəhbəri və özünün qohumu olan Sadıq Ağayevin qardaşı Rövşən Ağayev istədiyini bildirərək, Nərimandan 1050 manat, Ruslandan 1250 manat götürmüş, eyni adla ona da yaxınlaşıb 1400 manat pulu alıb getmişdir. xx xxxxxxxx 2018-ci il tarixdə səhər saat 09 radələrində o, R.Ağayevə göndərilmiş pulun çatdırılması ilə əlaqədar Eminə zəng etmiş, sonuncunun mobil telefonu bağlı olduqda,o, dərhal R.Ağayevlə əlaqə saxlamış, sonuncu isə Eminə belə bir tapşırıq vermədiyini və özünə pul verilməməsini bildirmiş,sonra da Eminin hərəkəti barədə polisə ərizə verməsini ona tapşırmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki,o, xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxxx 2018-ci il tarixədək Quba rayonu ərazisində Quba-Bakı yolunda yerləşən Zərərçəkmiş şəxs2 MMC-nin “Qafqaz Oil” yanacaq doldurma məntəqəsində kassir-operator vəzifəsində işləmiş, vəzifəsi məntəqədə yanacağı satmaq və satılan yanacağın pulunu hər gün növbə rəisi Şahid4 vermək olmuşdur. xx xxxxxx 2018-ci il tarixdə yanacaq doldurma məntəqəsinin sahibinin qohumu olan Təqsirləndirilən şəxs iş öyrənməsi üçün onun işlədiyi yanacaq doldurma məntəqəsinə gəlmişdir. xx xxxxxxxx 2018-ci il tarixdə Təqsirləndirilən şəxs gecə saat 01 radələrində ona yaxınlaşaraq yanacaq doldurma məntəqəsinin sahibi Rövşən Ağayevin satılan yanacağın pulları işçilərdən yığıb özünə gətirməsinə dair Eminə göstəriş verdiyini deyərək, ondan gün ərzində satışdan əldə olunmuş 1250 manatı istəmiş, o,da Eminin R.Ağayevin qohumu olduğu üçün sözlərinə inanıb həmin məbləği vermiş, sonra Təqsirləndirilən şəxs iş yoldaşı Nəriman Fərzəliyevdən də növbə ərzində satışdan əldə etdiyi 1050 manat pul alıb getmişdir. xx xxxxxxxx 2018-ci il tarixdə səhər saat 09 radələrində növbə rəisi Şahid4 R.Ağayevə zəng edərək Eminin satışdan əldə olunmuş pulları çatdırması barədə maraqlanmış, R.Ağayev pulun verilmədiyini və Eminə belə bir tapşırıq vermədiyini bildirmiş, sonra Şahid4 Eminin mobil telefonuna zəng etdikdə zəng çatmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş şahid X5 ibtidai istintaq dövründə verdiyi ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxxxx 2018-ci il tarixədək Zərərçəkmiş şəxs2 MMC-nin “Qafqaz Oil” yanacaq doldurma məntəqəsində kassir-operator vəzifəsində işləmiş, vəzifəsi məntəqədə yanacağı satmaq və satılan yanacağın pulunu hər gün növbə rəisi Şahid4 vermək olmuşdur. xx xxxxxx 2018-ci il tarixdə yanacaq doldurma məntəqəsinin sahibinin qohumu olan Təqsirləndirilən şəxs iş öyrənməsi üçün onun işlədiyi yanacaq doldurma məntəqəsinə gəlmişdir. xx xxxxxxxx 2018-ci il tarixdə Təqsirləndirilən şəxs gecə saat 01 radələrində ona yaxınlaşaraq yanacaq doldurma məntəqəsinin sahibi Rövşən Ağayevin satılan yanacağın pulları işçilərdən yığıb özünə gətirməsinə dair Eminə göstəriş verməsini deyərək, ondan gün ərzində satışdan əldə olunmuş 1050 manatı istəmiş, o,da Eminin R.Ağayevin qohumu olduğu üçün sözlərinə inanıb həmin məbləği vermiş, sonra Təqsirləndirilən şəxs iş yoldaşı Şahid5 də növbə ərzində satışdan əldə etdiyi 1250 manat pul alıb getmişdir. xx xxxxxxxx 2018-ci il tarixdə səhər saat 09 radələrində növbə rəisi Şahid4 R.Ağayevə zəng edərək Eminin satışdan əldə olunmuş pulları çatdırması barədə maraqlanmış, R.Ağayev pulun verilmədiyini və Eminə belə bir tapşırıq vermədiyini bildirmiş, sonra Şahid4 Eminin mobil telefonuna zəng etdikdə zəng çatmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid2 ibtidai araşdırma zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 2017-ci il tarixdən Zərərçəkmiş şəxs2 MMC-nin Quba rayonunda yerləşən “Qafqaz Oil” yanacaq doldurma məntəqəsində kassir-operator vəzifəsində işləyir, Zərərçəkmiş şəxs1 həmkəndlisi olmaqla birlikdə “Qafqaz Oil” yanacaq doldurma məntəqəsində kassir-operator vəzifəsində işləyir, həmin YDM-nin sahibi Rövşən Ağayevin qohumu Təqsirləndirilən şəxs həmin yanacaq doldurma məntəqəsinə tez-tez gəlib getdyindən tanımışdır. xx xxxxxxxx 2018-ci il tarixdə saat 10 radələrində o, işdə olduğu zaman Bakir yanına gəlib içərisində 350 manat pul olan zərfi ona verərək,həmin pulu Təqsirləndirilən şəxs yanacaq doldurma məntəqəsinə gəlib götürəcəyini demiş, Bakir pul olan zərfi verib getdikdən təxminən 1 saat sonra Emin yanına gəlib, Bakirin verdiyi 350 manat pul olan zərfi götürüb getmiş, Bakir pulu ona verərkən və Emin pulu götürərkən yanında heç kəs olmamışdır. Sonralar o, Bakirdən Emin özünü mühafizə polisinə işə düzəltmək adı ilə ümumilikdə 3600 manat pul almasını eşitmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş şahid Şahid3 ifadəsində göstərmişdir ki, o, 2016-cı ilin oktyabr ayından Zərərçəkmiş şəxs2 MMC-nin Quba rayonu, Birinci Nügədi kəndində yerləşən “Qafqaz Oil” yanacaq doldurma məntəqəsində kassir-operator vəzifəsində işləmiş, həmkəndlisi Zərərçəkmiş şəxs1 onunla birlikdə həmin yanacaq doldurma məntəqəsində eyni vəzifədə işləmişdir. İşlədiyi “Qafqaz Oil” YDM-nin rəhbərliyi olan Rövşən Ağayevin qohumu Təqsirləndirilən şəxs tez-tez həmin yanacaq doldurma məntəqəsinə gəlib gedərkən tanımışdır.xx xxxxxx 2018-ci il tarixdə saat 18 radələrində Bakir yaşadığı Quba rayon, Aşağı-Atuc kəndindəki evinə gəlib ona 40 manat pul verərək, həmin pulu iş yerində Eminə verməsini xahiş etmiş,o,da səhəri günü, yəni xx xxxxxx 2018-ci il tarixdə YDM-də olarkən saat 12 radələrində oraya gəlmiş Eminə Bakirin verdiyi 40 manatı vermiş və Emin pulu götürüb çıxıb getmişdir. Sonradan o, Bakirdən Eminin özünü mühafizə polisinə işə düzəltmək adı ilə aladadaraq ümumilikdə 3600 manat pul almasını eşitmişdir. xx xxxxxx 2019-cu il tarixdə Quba rayon Polis Şöbəsinin müstəntiqi Fərid Alıyev tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə cinayət işi başlanılmışdır. xx xxxxxx 2019-cu il tarixdə müstəntiq F.Alıyev tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və istintaqdan qaçıb gizləndiyinə görə barəsində axtarış elan edilməsi haqda qərar qəbul edilmişdir. xx xxxxxx 2019-cu tarixdə müstəntiq F.Alıyev tərəfindən cinayət təqibi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs istintaqdan gizləndiyindən Azərbaycan Respublikası CPM-nin 53.1.cü maddəsinə əsasən dayandırılmışdır. xx xxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs tutularaq istintaqa təqdim edildiyindən ona Azərbaycan Respublikası CM-nın 178.2.2-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. xx xxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair Quba rayon prokuroru Elman Süleymanov qarşısında vəsatət qaldırılmış, həmin tarixdə vəsatət Quba rayon prokuroru tərəfindən təmin edilməyərək,Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən həbsdən azad edilməsi və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi barədə qərar qəbul edilmişdir. xx xxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx xxx 2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə istintaq edilən ********* №-li cinayət işi ərazi aidiyyətı üzrə Bakı şəhəri Yasamal RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir. xx xxxx 2019-cu tarixdə cinayət təqibi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs istintaqdan gizləndiyindən Azərbaycan Respublikası CPM-nin 53.1.3 maddəsinə əsasən dayandırılmışdır. xx xxxx 2019-cu il tarixdə müstəntiq E.Əsədov tərəfindən cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və həmin tarixdə cinayət işi ərazi aidiyyəti üzrə Bakı şəhəri Səbail RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir. “xxxx” MMC-nin 5 saylı poçt şöbəsinin xx xxxx 2019-cu il tarixli məlumatından görünür ki, 5 saylı Poçt Filialının 4 saylıPoşt Şöbəsi ünvan 3 ünvanında yerləşir. xx xxxx 2019-cu tarixdə, tərəfindən cinayət təqibi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs istintaqdan gizləndiyindən Azərbaycan Respublikası CPM-nin 53.1.3 maddəsinə əsasən dayandırılmışdır. xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs istintaqa gəlməsi təmin edildiyindən dayandırılmış icraat təzələnərək ibtidai istiqtaq davam etdirilmişdir. xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə elan edilmiş ittihama əlavə və dəyişiklərin edilməsi haqqında qərar qəbul edilmiş, həmin tarixdə Təqsirləndirilən şəxs yeni məzmunda Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilərək, barəsində əvvəllər seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Səbail Rayon Məhkəməsinin 1(009)-65/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində əvvəl seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmişdir. 18 sentyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Səbail RPİ-nin əməkdaşları tərəfindən tutulmuş və o Bakı İstintaq Təcridxanasına yerləşdirilmişdir. Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X2 tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsilə xx.xx.2017-ci il tarixdə Qaradağ RPİ İŞ-si tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş və xx.xx.2017-ci il tarixdə cinayət işi məhkəməyə göndərilmişdir. Bakı çəhər Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(001)1/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs CM-nin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət təqibi üzrə icraata xitam verilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2016-cı il tarixli, AZ-İİİ 813026 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx xxxxxxx 2014-cü il tarixdə anadan olmuş, atası –Təqsirləndirilən şəxs, anası X3r. İş materiallarına əlavə edilmiş xx xxx 2017-cı il tarixli, AZ-İİİ 903675 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 01 aprel 2017-cü il tarixdə anadan olmuş, atası –Təqsirləndirilən şəxs, anası X3r. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, Zərərçəkmiş şəxs2 MMC-yə dəymiş ziyanın qismən ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi X6 barəsində Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Təqsirləndirilən şəxs 29 aprel 2019-cu il tarixdən xx xxxxx 2019-cu il tarixədək həbsdə olması, yəni 01 (bir) gün müddətində həbsdə olması Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla 01 (bir) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Səbail Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli qərarı 18 sentyabr 2020-ci il tarixdə icra edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli 18 sentyabr 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq dövründə xx xxxxx 2019-cu il tarixdən xx xxxxx 2019-cu il tarixədək həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, 01 (bir) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını istintaq müddətində müdafiə edilməsinə görə 360 (üç yüz altmış ) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 03 saylı Vəkil Bürosunun ( “xxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 480 (dörd yüz səksən ) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 03 saylı Vəkil Bürosunun ( “xxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar