Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-65/2021 27.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, Bakı şəhərində 27 may 2021-ci il tarixdə saat 12:00-da 28 avqust 1997-ci ildə Salyan rayonu, Kürqaraqaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, işləməyən, əvvəllər məhkum olunmamış, subay, orta təhsilli, Salyan rayonu, Kürqaraqaşlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs, 04 sentyabr 2020-ci il tarixdə, saat 21:30 radələrində, Bakı şəhəri, X3 Xidməti bölüyünün əməkdaşları tərəfindən Bakı şəhəri, Səbail rayonu, “Xəqani” bağında şübhəli şəxs qismində saxlanılmış və Səbail RPİ-nin 39-cu PB-nin ünvan 1 ünvanında yerləşən inzibati binasında üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı əynindəki qara rəngli cins şalvarın cibində bir ədəd blister kəsiyində çəkisi 0,214 qram qəhvəyimtil - boz rənli tablet qırıntısının tərkibində təsiredici maddəsinin miqdarı 0,02 qram narkotik vasitə metadon preparatını şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, əynindəki qara rəngli cins şalvarın sağ cibində istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, daşıyaraq üzərində saxlamaqda ittiham olunmuşdur. İŞİN HALLARİ VƏ İTTİHAMİN DƏLİLLƏRİ: Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin avqust ayının ortalarında o, yaşadığı Salyan rayonu, Kürqaraqaşlı kəndinin ərazisində olarkən, tək Kür çayının kənarı ilə gəzərkən, çayqırağında bir ədəd dərman tapmış, həmin tabletkanın blisterinin üzərində metadon sözü yazıldığından, həmin dərmanın adamı bihuş edən narkotik vasitə olmasını başa düşmüş, həmin tabletkanı tam şəkildə qəbul etməkdən ehtiyat edib yarısnı kəsib udaraq qəbul etmiş, qalan yarısını isə sonralar qəbul etməsi üçün üzərində, əynimdəki cins şalvarın cibində saxlamışdır. Sonra o, Bakı şəhərinə dönmüş və son iki gündə Səbail rayonu, Xəqani bağının yaxınlığında yerləşən Günəbaxan market mağazasında satıcı kimi işə düzəlmişdir. 04 sentyabr 2020-ci il tarixdə, axşam saat 22:00-da mağazada işi başladığından, o, saat 21:30 radələrində Xəqani bağına gələrək iş saatının başlamasını skamyada gözləyərkən, iki nəfər polis əməkdaşı ona yaxınlaşıb Səbail RPİ-nin 39-cu PBnə dəvət etdikdə, o, etiraz etmədən PB-nə getmiş və orada polis əməkdaşları onun narkotik vasitələrin qəbulunda şübhə etdiklərini bildirərək, ona hüquqları müdafiə etmək üçün müdafiəçi dəvət edib təqdim etməklə, onun şübhəli şəxs qismində tutulmasını elan edilmişlər. Sonra polis əməkdaşı ona hüquq və vəzifələri izah etməklə, üzərində şəxsi axtarış aparılmasına dair qərar ilə tanış etmiş və şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşyalar və ya narkotik vasitələr varsa təqdim etməsi təklif edildikdə,o, əynindəki qara rəngli cins şalvarın sağ cibində saxlamaqla üstündə gəzdirdiyi psixotrop maddə olan yarım tablet metadonu çıxarıb təqdim edib, həmin maddənin metadon olmasını Salyan rayonu, Kürqaraqaşlı kəndinin ərazisində Kür çayı qırağında tapmasını, udaraq qəbul etmək üçün üzərində gəzdirdiyimi bildirmişdir. Sonra polis əməkdaşı həmin yarımçıq tableti zərfə qoyub qablaşdırıb möhürləmiş, həmin bağlı zərfi o, müdafiəçisi və digər iştirakçılar imza etmiş, sonra polis əməkdaşı onun üzərindən psixotrop maddəyə oxşar yarımçıq tabletin aşkar edilib götürülməsi barədə protokol tərtib etmiş,həmin protokol ucadan oxunduqdan sonra, o, və orada olan digər iştirakçılar imza etmişlər. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasının, cinayətin açılmasında fəal kömək etməsinin, ailə vəziyyəti ağır olmasının və gənc olmasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, ekspertiza rəyləri, sənədlər və tədqiq olunmuş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 04 sentyabr 2020-ci il tarixdə, axşam saat 22:00 radələrində, o, Bakı şəhəri, Səbail RPİ-nin 39-cu PB-də xidmətdə olarkən, oraya Səbail RPİ-nin PPXB-nün əməkdaşları polis nəfərləri Amal Nuruşlu və Şahid3 tərəfindən xidmətdə olduqları Səbail rayonu, “Xəqani” bağı ərazisində, bir nəfər cavan oğlanın narkotik vasitələrin istifadəsində və saxlamasında şübhəli bildikləri üçün gətirib növbətçi hissəyə təhvil verərək, həmin şəxsin PB-də şəxsiyyəti məlim olmuş Təqsirləndirilən şəxs barəsində müvafiq araşdırma aparılmasına dair 39-cu PB-nin rəhbərliyinə raportla məruzə etmişdilər. Təqsirləndirilən şəxs barəsində müvafiq araşdırma aparılması PB-nin rəhbərliyi tərəfindən ona həvalə edildiyindən, tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edilib təqdim edilmiş, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik tərkibli maddələrin saxlayaraq daşımasın-da şübhə edildiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tərəfindən tutulmaqla, hüquq və vəzifələri izah edilmişdir. Sonra xidməri otağında video çəkiliş aparılaraq Səbail RPİ-nin 39-cu PB-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid2, müdafiəçisi Cahangir Cavadovun iştirakları ilə onun tərəfimdən şübhəli şəxs Təqsirləndirilən şəxs özünü təqdim etməsi təklif edilmişdir. Sonuncu özünü Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Sonra o, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçisinə, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına dair qərarı elan etmiş və axtarışa başlamazdan əvvəl sonuncuya üstündə qeyri qanuni əşya varsa könüllü surətdə təqdim etməsini təklif olunmuş, bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ cibindən bir ədəd tabletkanın blister qırıntısını çıxarıb masanın üzərinə qoyaraq, içərisində özünə məxsus “metadon” olmasını bildirmiş, həmin blistər qırıntısı tərəfindən açıldıqda içərisində qəhvəyi rənli tabletka qırıntısı olması aşkar edilmişdir. Sonra onun tapşırığı ilə baş əməliyyat müvəkkili Şahid2 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə əlavə axtarış apardıqda, üzərində qeyri qanunu heç bir əşya aşkar dilməmişdir. Sonra o, şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd yarım tablet olan blister qırığını zərfə qoyulub möhürlənmiş, həmin zərf üzərinə şübhəli şəxs özü, vəkili və digər iştirakçılar tərəfindən imza edilmiş, həmin tablet qırığı barədə şübhəli şəxs Təqsirləndirilən şəxs sorğular apararkən, sonuncu, həmin tablet qırığı psixotrop maddə metadon olmasını, 2020-ci ilin avqust ayında yaşadığı Salyan rayonu, Kürqaraqaşlı kəndinin ərazisində Kür çayı qırağında tək gəzərkən tapmasını və özü udaraq qəbul etməsi üçün üzərində gəzdirərək saxlamasını bildirmişdir. Sonra onun tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi barədə protokol tərtib edilmiş,həmin protokol ucadan oxunduqdan sonra, düzgünlüyünü şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi və digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 04 sentyabr 2020-ci il tarixdə, axşam növbəsində iş yoldaşı polis nəfəri Amal Nuruşlu ilə birlikdə 6657 çağırışlı avtopatrul avtomobili ilə Bakı şəhəri,Səbail rayonu, 39-cu PBnin ərazisində xidmət aparıb, saat 21:30 radələrində “Xəqani” bağı ətrafında hərəkət etdiyi zaman, həmin bağın içərisində bir nəfər cavan oğlanın skamyada tək əyləşib özünü şübhəli aparması diqqətlərini cəlb etmiş, o, iş yoldaşı ilə həmin şəxsə yaxınlaşıb özünü təqdim edərək,həmin şəxsə şəxsiyyətini təsdiq edən sənədini təqdim etməsini bildirmiş, həmin şəxsin üzərində sənədi olmadığından, Bakı şəhəri, Səbail RPİ-nin 39-cu PB-nə dəvət etmiş, həmin şəxs etiraz etmədən PB-nə gəlmiş, orada həmin şəxsin Təqsirləndirilən şəxs olmasını müəyyən edib,barəsində müvafiq yoxlama aparılması üçün PB-nin rəhbərliyinə raportla məruzə edib, Təqsirləndirilən şəxs növbətçi hissəyə təhvil verərək xidmətini davam etdirməsi üçün xitməti əraziyə qayıtmışdır. Sonradan ona məlum olmuşdur ki, PB-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması zamanı bir ədəd tabletka - metadon pereparatı aşkar edilib götürülmüşdür. İŞ MATERİALLARİNDA OLAN VƏ MƏHKƏMƏ BAXİŞİNDA TƏDQİQ EDİLMİŞ: Məhkəmə iclasında ifadəsi elan olunmuş şahid qismində Şahid2 Sahib oğlu ifadəsində bildirmişdir ki, 04 sentyabr 2020-ci il tarixdə, axşam saat 22:00 radələrində, o, Bakı şəhəri, Səbail RPİ-nin 39-cu PB-də xidmətdə olarkən, oraya Səbail RPİ-nin PPXBnün əməkdaşları polis nəfərləri Amal Nuruşlu və Şahid3 tərəfindən xidmətdə olduqları Səbail rayonu,“Xəqani” bağı ərazisində, bir nəfər cavan oğlanın narkotik vasitələrin istifadəsində və saxlamasında şübhəli bildikləri üçün gətirib növbətçi hissəyə təhvil verərək, həmin şəxsin şəxsiyyəti PB-də məlim olmuş Təqsirləndirilən şəxs barəsində müvafiq araşdırma aparılmasına dair 39-cu PB-nin rəhbərliyinə raportla məruzə etmişdilər. Təqsirləndirilən şəxs barəsində müvafiq araşdırma aparılması PB-nin rəhbərliyi tərəfindən baş təhqiqatçısı polis mayoru Şahid1 həvalə edilmiş,sonuncu tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edilib təqdim edilmiş, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik tərkibli maddələrin saxlayaraq daşımasında şübhə edilib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq, hüquq və vəzifələri izah etməklə baş təhqiqatçının xidməri otağında video çəkiliş apararaq müdafiəçisi Cahangir Cavadovun iştirakları ilə üzərində şəxsi axtarış apararkən o, da iştirak etmişdir. Şəxsi axtarış aparılmasına başlamazdan əvvəl baş təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs özünü təqdim etməsini təklif edilmiş, sonuncu özünü Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Sonra baş təhqiqatçı Şahid1 şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçisinə,şəxsi axtarış və götürmə aparılmasına dair qərar elan etmiş və axtarışa başlamazdan əvvəl sonuncuya üstündə qeyri qanuni əşya varsa könüllü surətdə təqdim etməsini təklif olunmuş, bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ cibindən bir ədəd tabletkanın blister qırıntısını çıxarıb masanın üzərinə qoyaraq, içərisində özünə məxsus “metadon”-olmasını bildirmişdir. Həmin blistər qırıntısı baş təhqiqatçı Şahid1 tərəfindən açıldıqda içərisində qəhvəyi rənli tabletka qırıntısı olması aşkar edilmişdir. Sonra baş təhqiqatçının tapşırığı ilə o, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə əlavə axtarış apardıqda, üzərində başqa heç bir qeyri qanunu əşya aşkar edilməmişdir. Sonra baş təhqiqatçı Şahid1 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd yarım tablet olan blister qırığı zərfə qoyulub möhürlənmiş, həmin zərfin üzərinə şübhəli şəxs özü,vəkili və digər iştirakçılar tərəfindən imza edilmişdir. Sonra baş təhqiqatçı Şahid1 tərəfindən həmin tablet qırığı barədə şübhəli şəxs Təqsirləndirilən şəxs sorğular apararkən, sonuncu həmin tablet qırığı metadon olmasını, 2020-ci ilin avqust ayında yaşadığı Salyan rayonu, Kürqaraqaşlı kəndinin ərazisində Kür çayı qırağında tək gəzərkən tapmasını və özü udaraq qəbul etməsi üçün üzərində gəzdirərək saxlamasını bildirmişdir. Bundan sonra baş təhqiqatçı Şahid1 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi barədə protokol tərtib edilmiş, həmin protokol ucadan oxunduqdan sonra, düzgünlüyünü şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi və digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şəxsi axtarış və götürmə aparılması haqqında video görüntüyə baxış keçirilmiş və 05 sentyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən bir ədəd bisket kəsiyində çəkisi-0,214qram qəhvəyimtil-boz rəngli tablet qırıntısının tərkibində təsiredici maddəsinin miqdarı 0,02 qram olan metadon preparatı aşkar edilərək götürülmüşdür. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında tədqiq olunraq elan olunmuş məhkəmə-kimyəvi ekspertizasının 05 sentyabr 2020-ci il tarixli 6/1782 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən..„”və s.yazılar, imzalar (6 imza),AR DİN “Zərflər üçün № 49” möhür əksi olan zərfdəki 01 ədəd bisket kəsiyində səthində “M40”yazısı həkk olunmuş,çəkisi-0,214qram qəhvəyimtil-boz rəngli tablet qırıntısının tərkibində təsiredici maddəsinin miqdarı 0,02q ram olan metadon preparatı müəyyən edildi. Metadon Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılmış narkotik vasitələrin siyahısı” na (Siyahı İİ) daxildir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Şübhəli şəxsin tutulması haqqında 05 sentyabr 2020-ci il tarixli protokoldan və təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 06 sentyabr 2020-ci il tarixli Səbail rayon prokurorunun qərarından görünür ki, Təqsirləndirilən şəxs 05 sentyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 06 sentyabr 2020-ci il tarixdə onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunmuş və o, dərhal azad edilmişdir. Qətimkan tədbirinin seçilməsi barədə 06 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində axtarış elan etmə haqqında 27 oktyabr 2020-ci il tarixli qaərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur. Axtarışda olan şəxsin yaxalanması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 noyabr 2020-ci il tarixdə tutulub Bakı şəhəri Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsinə dair 14 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət rədd olunmuş və “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Maddi sübut kimi tanınma haqqında 05 sentyabr 2020-ci il tarixli qərarlardan görünür ki, “CD” disk iş materiallarına əlavə olunmuş, tədqiqat üçün sərf olunduqdan sonra qalıq qalmış 0,093 qram narkotik vasitə olan metadon isə saxlanılması üçün Səbail RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutları sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli Qərarının 13-cü hissəsində göstərilmişdir ki, cinayət qanununun sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlüyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsası göstərilməlidir. Eləcə də müttəhimin şərti məhkum olunması, ona cinayət üçün qanunda nəzərdə tutulduğundan aşağı hədd cəza təyin edilməsi və ya daha yüngül başqa cəzaya keçirilməsi, habelə müttəhimin cəzadan azad edilməsi və ya onu ümumi qaydadan kənara çıxmaqla koloniya növü təyin olunması zərurəti barədə nəticəyə gəlməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığının, ilk dəfə olaraq az ağır cinayətin törədilməsini, əməlindən səmimi peşman olmasını, cinayətin açılmasında fəal kömək etməsini və gənc olmasını nəzərə alaraq onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Təqsirləndirilən şəxs 05 sentyabr 2020-ci il tarixdən 06 sentyabr 2020-ci il tarixədək, 01 (bir) gün və 12 noyabr 2020-ci il tarixdən 14 noyabr 2020-ci il tarəxədək 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 06 (altı) gün çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Eyni zamanda ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin məhkəmənarkoloji ekspertizasının 18 noyabr 2020-ci il tarixli 3228 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs sintetik tərkibli tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən nar-komaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut qismində tanınmış Səbail RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan 0.093 qram narkotik vasitə metadonun hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, bir ədəd “CD” diskin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 01 (bir) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 05 sentyabr 2020-ci il tarixdən 06 sentyabr 2020-ci il tarixədək, 01 (bir) gün və 12 noyabr 2020-ci il tarixdən 14 noyabr 2020-ci il tarəxədək 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 06 (alı) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Salyan rayonu ərazisini tərk etməmək, Salyan rayonu, Kürqaraqaşlı kəndində yaşayış yerini hər gün saat 23-00-dən 700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli məhkumun yaşadığı yer üzrə müvafiq Salyan Rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut Səbail RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan 0.093 qram narkotik vasitə metadon hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd “CD” disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 109 (yüz doqquz) manat, 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Hökmün icrası Salyan Rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə dövlət büdcəsindən 240 (iki yüz qırx) manat pul tutulub, “Kapital Bank” 1 saylı 3 saylı vəkil bürosunun Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-65/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-65/2021
27.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver