Məhkəmə qərarları › İş №1(009)-65/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-65/2023

01.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-65/2023 01.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, sürücü işləyən, əvvəllər məhkum olunmuş, Abşeron rayonu, Novxanı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Keşlə qəsəbəsi, N.Abdullayev küçəsi, nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına 01 fevral 2023-cü il tarixdə saat 12.15-də məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: 02 noyabr 2022-ci il tarixdə saat 02:40 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə dairəsi yaxınlığında, Bakı şəhəri, Badamdar şossesi 34 ünvanda yerləşən «Araz» supermarktin qarşısında, həmin ünvıana sərnişin qismində gətirdiyi Zərərçəkmiş şəxs ilə gediş haqqının verilməsi ilə bağlı «AzSamand» markalı 90KV725 dövlət qeydiyyat nişanlı taksi avtomobilin içərisində mübahisə etmiş, sonuncunun onu nalayiq ifadələrlə söyməsi səbəbindən, şəxsi münasibətlərin kəskinləşməsi zəminində qisas almaq məqsədilə avtomobilin yük yerindən götürdüyü taxta ilə onun bədəninin müxtəlif nahiyyələrinə vuraraq ona hər iki diz oynağında ağrı və hərəkət məhdudluğu ilə müşaiyət olunan hər iki diz çuxurunun və hər iki yuxarı 1/3-nin arxa səthinin qançırları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, himayəsində iki azyaşlı övladı var. İcarəyə götürdüyü «AzSamand» markalı 90KV725 dövlət qeydiyyat nişanlı avtomobillə «Bolt» taksi xidmətinə qoşulub, taksi xidməti göstərir. 02 noyabr 2022-ci il tarixdə gecə saat 02:00 radələrində «Bolt» taksi xidmətindən Bakı şəhəri 6-cı Paralel küçəsindən sifariş qəbul etmişdir. Sifariş verənin adı proqramda Sərxan olaraq göstərilmişdir. Sifariş Bakı şəhəri 6-cı Paralel küçəsindən Bakı şəhəri 20-ci sahə dairəsinə və geriyə qeyd olunmuşdur. Ünvana gələrkən Sərxan adlı sərnişin avtomobilə əyləşmişdir. Sərnişinin sərxoş olduğunu dərhal hiss etmişdir. 20-ci sahə dairəsinə çatdıqda sərnişin Sərxan ona «burada gözlə» deyə bildirmişdir. Bir çox sərnişinlər belə edib, düşüb ödənişi vermədən getdikləri üçün o, Sərxandan ümumi sifarişin hansı məbləğ etdiyini soruşmuşdur. Sərxan qayıdıb 6-cı Paralel küçəsinə çatdıqda 6 manat ödəməli olduğunu demişdir. O, Sərxana gəldikləri məsafənin 3 manat ödənişini etməsini, qayıtdıqda da qalan 3 manatı ödəməsini, bu halda onu gözləyə biləcəyini demişdir. Sərxan pulu kartdan çıxarıb verəcəyini demiş, bu səbəbdən o, avtomobili qarşıda, Bakı şəhəri Badamdar şosesi 34 ünvanda yerləşən «Araz» supermarketin qarşısına sürmüş, avtomobili saxlamış və orada bankomat olduğunu bildirmişdir. Bu müddət ərzində Sərxan onu nalayiq söyüşlərlə söyüb təhqir etmişdir. O, avtomobildə hərəkətdə olarkən Sərxanın paltarından dartmış və söyüş söyməməyi demişdir. Sərxan isə onun boğaz nahiyəsindən yumruqla vurmuş və söyüş söyməyi davam etmişdir. «Araz» supermarketin qarşısında avtomobildən düşdükdən sonra o, avtomobilin yük yerində, ehtiyat təkər olmadığından, təkərin yeri sabit qalsın deyə oraya qoyduğu, uzunluğu 60-70 sm, eni 2-3 sm olan dörd ədəd taxtadan birini əlinə götürüb, Sərxanın ayağına 3 dəfə vurmuş, Sərxanı avtomobildən düşürmüş, pulunu da almadan oradan getmişdir. Sərxan ən nalayiq formada söyüşlər söyməsəydi, o, sərxoş olmasını nəzərə alıb Sərxanı yola verərdi. O, Zərərçəkmiş şəxs 02 noyabr 2022-ci il tarixdə saat 02:40 radələrində Bakı şəhəri Səbail rayonu 20-ci sahə dairəsi yaxınlığında, Bakı şəhəri Badamdar şosesi 34 ünvanda yerləşən «Araz» super marketin qarşısında, haqlı tələbinə qarşı nalayiq ifadələrlə onu söyüb təhqir etdiyinə görə, taksi kimi idarə etdiyi avtomobilin yük yerindən götürdüyü taxta ilə ayaqlarına və kürəyinə vuraraq xəsarətlər yetirmişdir. Məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışdığını və icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 02 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən «Medalyon Pub»-da müxtəlif növ spirtli içkilər qəbul etdikdən sonra, tanışını götürmək məqsədilə «Bolt» taksi xidmətindən Səbail rayonu 20-ci sahə dairəsinə sifariş vermişdir. Çağırışla gəlmiş «AzSamand» markalı 90KV725 dövlət qeydiyyat nişanlı avtomobilə həmin ünvana gəlmişlər. O, sifarişi iki başa, yəni gediş və qayıdış üçün vermişdir. Çatdıqları ünvanda taksinin sürücüsü ondan gəldikləri məsafənin pulunu tələb etmişdir. O isə qayıtmalı olduğunu deyib, taksi sürücüsündən gözləməsini tələb etmişdir. Bu zaman aralarında mübahisə yaranmış, o, avtomobildən düşdükdən sonra taksi sürücüsü Elvin avtomobilin yük yerindən taxta aləti götürüb ona yaxınlaşmış və bədəninnin müxtəlif yerlərinə həmin taxta ilə vuraraq onu döymüşdür. Həmin vaxt Elvinin onu döyməsi tamamilə həqiqətdir. Hadisə təxminən 3-5 dəqiqə ərzində davam etmiş və həmin vaxt orada kənar şəxslər görməmişdir. Hadisə nəticəsində xəsarətlər almışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayəti yoxdur. 03 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə böyük ictimai təhlükə törətməyən aşkar cinayətlərə dair işlər məhkəməyədək sadələşdirilmiş icraat başlanılmışdır. 02 noyabr 2022-ci il tarixli 2/27162 saylı Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokoluna əsasən Təqsirləndirilən şəxs həmin tarixdə orta dərəcəli sərxoş olmuşdur. Məhkəmə-tibb ekspertizasının 04 noyabr 2022-ci il tarixli 784 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - hər iki diz oynağında ağrı və hərəkət məhdudluğu ilə müşaiyət olunan hər iki diz çuxurunun və hər iki yuxarı 1/3-nin arxa səthinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 02 noyabr 2022-ci il tarixdə, kənar şəxs tərəfindən qeyd olunan nahiyyələrə taxta parçası nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. 15 noyabr 2022-ci il tarixli qərarla Zərərçəkmiş şəxs qismində tanınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 23 noyabr 2022-ci il tarixli tələbnaməyə əsasən xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs: Sumqayıt Hərbi Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə CM-nin 331.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il şərti sınaq müddəti tətbiq edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayəti yoxdur. Məhkəmədən nəzərə alınmasını xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, zərərçəkmiş şəxs ilə aralarında barışmışdır. Məhkəmədən nəzərə alınmasını xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün və zərərçəkmiş şəxsin məhkəmə iclasında verdikləri ifadələri ilə, ekspert rəyi və digər iş materialları ilə onun zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül xəsarətin yetirilməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli təhqiqatçı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi düzgün tövsif olunmuşdur. Lakin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan, yəni Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və zərərçəkmiş şəxsin ondan şikayəti olmadığından Təqsirləndirilən şəxs qarşı cinayət təqibinə xitam verilməli, və o, cinayət məsuliyyətindən azad edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən CPM-nin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. CPM-nin 40.3-cü maddəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Yuxarıda göstərilən qanunvericlik normalarına əsasən məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslərlə barışdığı və zərərçəkmiş şəxsin ondan şikayətinin olmadığı üçün onun barəsində cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3, 43.1.2, 193, 344-347, 358, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 150 ( bir yüz əlli ) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı vəkil bürosunun "xxxx" ASC-nin Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar