Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-65/2025 19.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Əsgərova Sübhə Hüsən qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçı 03 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə və psixortop maddəni əldə edib üzərində saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarında iki ədəd bükümdə cəmi çəkisi 0,520 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üç ədəd bükümdə cəmi çəkisi 0,358 qram olan ağ rəngli kristallik maddələr kustar üsualla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Səbail RPİ-nin 8-ci PB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 27 avqust 2024-cü il tarixdə, saat 21:20 dəqiqədə ünvan 4 ünvanın qarşısında saxlanılıb ünvan 5nin inzibati binasına gətirilib 22:50 radələrindən üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən 02 (iki) ədəd şəffaf sellofana bükülü vəziyyətdə tünd qəhvəyi rəngli toz şəklində ayrı-ayrılıqda çəkiləri 0.230 qram, 0.290 qram olmaqla ümumi təmiz çəkisi 0.520 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 3 (üç) ədəd şəffaf sellofana bükülü halda ayrı-ayrılıqda çəkiləri 0.132 qram, 0.096 qram, 0.130 qram olmaqla ümumi təmiz çəkisi 0.358 qram olan ağ rəngli kristal şəkilli maddələr kustar üsulla hazırlanmış psxiotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Beləliklə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, üzərində psixotrop maddə və narkotik vasitə olmamış, o məcburiyyətdən təziyiq altında boynuna psixotrop maddəni götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Səbail RPİ-nin 8-ci PB- nin CA üzrə kiçik inspektoru, polis serjantı Şahid2 «Emil» adlı şəxsin narkotik vasitələrin əldə edilməsi, qəbulu, gəzdirilməsi və satışı ilə məşqul olması barədə məlumat daxil olmuşdur. 27 avqust 2024-cü il tarixdə Emil adlı şəxsin olduğu yer müəyyən edilmiş həmin gün, saat 21:20 radələrində ünvan 6 ünvanın qarşısında «Emil» adlı şəxs saxlanılaraq Səbail RPİ-nin 8-ci Polis bölməsinə gətirilmişdir. Həmin şəxsin şəxsiyyəti yoxlanılarkən onun xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, subay, əvvəllər məhkum olunmuş, Səbail rayonu, İ.Məmmədov küçəsi, ev 11, mənzil 14 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılarkən narkotik vasitə təsiri altında olmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması X9yə həvalə edilmişdir. Vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə başlanılmış bu zaman Təqsirləndirilən şəxs əynində olan şalvarının cibindən bir ədəd şəffaf selofana bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümdə beş ədəd xırda bükümlər olmuş, həmin bükümlər təhqiqatçı tərəfindən yoxlanılarkən iki ədəd bükümdə tünd qəhvəyi rəngli toz şəklində heroinə bənzər kütlə, üç ədəd bükümdə isə ağ rəngli, kristal formalı metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Həmin beş ədəd büküm təhqiqatçı tərəfindən içi boş zərfə qablaşdırılmış və zərfin üzərində təhqiqatçı qeydlər apardıqdan sonra zərfin üzərinə iştirakçılar imza etmişlər, sonra həmin zərf təhqiqatçı tərəfindən götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 ifadəsində dediklərini təsdiq edərək analoji ifadə vermişdir. İş materiallarında olan 27 avqust 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 27 avqust 2024-cü il tarixdə, saat 21:20-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 27 avqust 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolundan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarının sol yan cibindən şəffaf selofan bükümü cibindən çıxarıb masanın üzərinə qoyur. Həmin bükülüyə təhqiqatçı tərəfindən baxış keçirilir və bükümdə iki ədəd xırda bükümlərdə içərisində tünd qəhvəyi rəngdə toz formasında narkotik vasitə heroinə bənzər kütlə olması aşkar edilir və təhqiqatçı həmin kütlələrin nə olmasını soruşduqda şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümdəkilərin «kakos» olmasını bildirir, bundan əlavə bükülüdə olan 03 ədəd xırda bükülülərdə isə ağ rəngli, psixotrop maddə metafmetaminə bənzər kütlə olması müəyyən edildi. Təhqiqatçı həmin böükümdəkiləri haradan və nə üçün əldə etməsi soruşulduqda şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümləri Zabrat qəsəbəsindən tanımadığı şəxsdən 80 manat müqabilində özü qəbul etməsi üçün aldığını, narkotik vasitələrin satışı ilə məşqul olmadığını deyir. Şübhəli şəxs Təqsirləndirilən şəxs cibindən çıxarıb masanın üzərinə qoyduğu həmin 05 ədəd büküm içi boş kağız zərfə qablaşdırılır, təhqiqatçı tərəfindən üzərində qeydlər aparılmaqla zərfin üzərində iştirakçılar imza edirlər. Sonra təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində, əynindəki geyim paltarlarına baxış keçirilir və hər hansı qanunsuz predmet aşkar olunmur. Sonra təhqiqatçı tərəfindən vəkilə «sualı olub-olmadığı» soruşulur, vəkil Səyyarə Əliyeva da, «Sizə polislər tərəfindən hər hansı formada təzyiq, zor tətbiq edilmişdirmi?» sualı verilir, şübhəli şəxs Təqsirləndirilən şəxs, ona heç bir zor tətbiq edilməmişdir» deyir, bundan sonra şəxsi axtarış və götürmənin başa çatması elan edilir. İş materiallarında olan 28 avqust 2024-cü il tarixli cinayət işin başlanması, icraata qəbul edilməsi və istintaq aidiyyatı üzrə göndərilməsi haqqında qərardan görünür ki, fakta görə Səbail RPİ-nin İŞ-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan 28 avqust 2024-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-6/4355 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş : AR DİN «Zərflər üçün №52» möhür əksi, «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələr: 1) Təqsirləndirilən şəxs /imza/; 2) S.Əliyev /imza/; 3) Şahid1 /imza/; 4) N.Məmmədov /imza/; Tərtib etdi: R.Lətifli /imza/ yazılar olan zərfdəki 03 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0.132 qr, 0.096 qr, 0.130 qram; ümumi təmiz çəkisi: 0.358 qram olan ağ rəngli, kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop rnadto-metamt'e tamındır, həmin metamfetamin kütlələri kimyəvi kompanent tərkiblərinə və xarici görünüşlərinə görə öz aralarında eynilik təşkil edirlər və 02 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0.230 qram, 0.290 qram; ümumi təmiz çəkisi 0.520 qram olan qəhvəyi rəngli maddələr kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, həmin heroin kütləsi kimyəvi kompanent tərkiblərinə və xarici görünüşlərinə görə öz aralarında eynilik təşkil edirlər. İş materiallarında olan 28 avqust 2024-cü il tarixli “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair” aktından görünür ki, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 0.268 qram metamfetamin və 0.420 qram heroin geri qaytarılmışdır. İş materiallarında olan 28 avqust 2024-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Səbail RPİ-nin İŞ-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir. İş materiallarında olan 29 avqust 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan 29 avqust 2024-cü il tarixli, 4(0009)-457/2024 saylı Bakı şəhəri Səbail rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 27 avqust 2024-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan 29 avqust 2024-cü tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X13 X12-narkoloji X5 5947 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda absintensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 31 avqust 2024-cü il tarixli AR Bakı şəhəri İHBA-nın MKTD Səbail rayon MKTB-nin 45 saylı MKİS-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs Səbail rayonu, İ.Məmmədov küçəsi ev 11, mənzil 14 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 06 sentyabr 2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan 05 may 2023-cü il tarixli Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hökmündən görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun üzərinə qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilərək cəzacəkmə müddətinin əvvəli 20 aprel 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan 10 sentyabr 2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Səbail RPİ-nin 8-ci PB-də, təhqiqatçının xidməti otağında 8-ci PBnin kiçik inspektoru Şahid2, həmin bölmənin CA üzrə əməliyyat müvəkkili Şahid1, 3 saylı vəkil bürosunun vəkili X3 iştirakları ilə 8-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Lətifli Ramil tərəfindən videoçəkilişdən istifadə etməklə saat 22:50 dəqiqədə başlanmışdır. X9 əvvəlcə kimin üzərində şəxsi axtarış aparılacağını və sonra şəxsi axtarış və götürmədə iştirak edənləri elan edir və sonra da üzərində şəxsi axtarış və götürmə aparılacaq şəxsdən kimliyini deməsini istəyir, həmin şəxs xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 8 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğunu bildirir. Təhqiqatçı tərəfindən ona şəxsi axtarış və götürmə aparılması qərarı elan edilir və şübhəli şəxsin hüquq və vəzifələri ona elan edilir, sonra təklif olunur ki, paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilən, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü təqdim etsin. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarının sol yan cibindən şəffaf selofan bükümü cibindən çıxarıb masanın üzərinə qoyur. Həmin bükülüyə təhqiqatçı tərəfindən baxış keçirilir və bükümdə iki ədəd xırda bükümlərdə içərisində tünd qəhvəyi rəngdə toz formasında narkotik vasitə heroinə bənzər kütlə olması aşkar edilir və təhqiqatçı həmin kütlələrin nə olmasını soruşduqda şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümdəkilərin «kakos» olmasını bildirir, bundan əlavə bükülüdə olan 03 ədəd xırda bükülülərdə isə ağ rəngli, psixotrop maddə metafmetaminə bənzər kütlə olması müəyyən edildi. Təhqiqatçı həmin böükümdəkiləri haradan və nə üçün əldə etməsi soruşulduqda şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümləri Zabrat qəsəbəsindən tanımadığı şəxsdən 80 manat müqabilində özü qəbul etməsi üçün aldığını, narkotik vasitələrin satışı ilə məşqul olmadığını deyir. Şübhəli şəxs Təqsirləndirilən şəxs cibindən çıxarıb masanın üzərinə qoyduğu həmin 05 ədəd büküm içi boş kağız zərfə qablaşdırılır, təhqiqatçı tərəfindən üzərində qeydlər aparılmaqla zərfin üzərində iştirakçılar imza edirlər. Sonra təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində, əynindəki geyim paltarlarına baxış keçirilir və hər hansı qanunsuz predmet aşkar olunmur. Sonra təhqiqatçı tərəfindən vəkilə «sualı olub-olmadığı» soruşulur, vəkil Səyyarə Əliyeva da, «Sizə polislər tərəfindən hər hansı formada təzyiq, zor tətbiq edilmişdirmi?» sualı verilir, şübhəli şəxs Təqsirləndirilən şəxs, ona heç bir zor tətbiq edilməmişdir» deyir, bundan sonra şəxsi axtarış və götürmənin başa çatması elan edilir. Videogörüntülərdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə zamanı narkotik təsiri altındadır. Şəxsi axtarış və götürmənin videogörüntüləri ilə həmin istintaq hərəkətinin aparılması barədə 27 avqust 2024-cü il tarixli protokol arasında hər hansı ziddiyyət aşkar edilmədi. Şəxsi axtarış və götürmənin videogörüntüləri 06:03 dəqiqə davam edir. İş materiallarında olan 04 oktyabr 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, 01 ədəd disk və diskdə olan görüntülər, bu barədə tərtib İmiş protokol, Təqsirləndirilən şəxs oğunun etirafedici ifadələri, şahidlər Şahid2, Şahid1 ifadələri, şübhəli şəxs üzərində keçirilmiş xsi axtarış və götürmə protokolu, həmin istintaq hərəkətğinin videogörüntüləri və həmin görüntülərə baxış protokolu, materialların məhkəmə ekspertizasının 28 avqust 2024-cü il tarixli, 3-16-16/2-6/4355 nömrəli rəyi, ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli 5947 nömrəli rəyi, gütürülmüş narkotik vasitə heroinin cinayət işi üzrə sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin belə ifadə verməsi məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadədir, onun bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar yoxdu. İş materialları ilə müəyyən edilir ki, Məlikli X8 rayon məhəkməsinin 05 may 2023-cü il tarixli Azərbaycan Respublikası Cinayət Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda 27 avqust 2024-cü il tarixdə yenidən qəsdən cinayət törətməsi cinayətin residivi hesab edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəllənin 61.1.1-ci maddəsinə əsasən X6 əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, cəzaçəkmə müddətinin əvvəli 27 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Cinayət işi üzrə 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut olan - Səbail rayon Polis İdarəsində saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 0.268 qram metamfetamin və 0.420 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CinayətProsessual 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli 27 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan - Səbail rayon Polis İdarəsində saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 0.268 qram metamfetamin və 0.420 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci –60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X4 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 330 (üç yüz otuz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından tutularaq Bakı şəhəri 03 saylı vəkil Bürosunun bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-65/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-65/2025
19.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver