Məhkəmə qərarları › İş №1(009)-66/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-66/2021

10.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-66/2021 10.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Məmmədov Azər Rasim oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Abdulməcidoviçin, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1992-ci Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə olan metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib satış məqsədi olmadan üzərində saxlamış və daşımışdır. İttiham aktına əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerdən şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdar hesab edilən, ümumilikdə 23 ədəd ağ-göy rəngli kapsulun tərkibində tramadol hidroxloridin təsir maddəsinin miqdarı 1,15 qram (bir ədəd həbdə tramadolun təsir maddəsinin miqdarı 0,05 qram) olan güclü təsir edən maddə və xx xxxxxx 2020-ci il tarixdə saat 20:30 radələrində Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdar hesab edilən, ayrı-ayrılıqda təmiz çəkisi 0,389 qram və 0,033 qram olmaqla, ümumi təmiz çəkisi 0,422 qram olan ağ rəngli kristallik maddədən kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, xx xxxxxx 2020-ci il tarixdə saat 21:20 radələrində Bakı şəhəri Səbail rayonu T.Elçin küçəsində quraşdırılmış 6 saylı stasionar postda xidmət aparan Səbail rayon Polis İdarəsinin Post- patrul Xidməti bölüyünün və Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X7 əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs idarə etdiyi “Ravon” markalı, **-PJ-*** dövlət nömrə nişanlı avtomobilin salonunda keçirilmiş yoxlanış zamanı qabaq sərnişin oturacağının altındakı bir ədəd kibrit qutusunun içərisindəki bir ədəd qırmızı və bir ədəd qara rəngli kağız bükümlərdə olan, ayrı-ayrılıqda təmiz çəkisi 0,389 qram və 0,033 qram olmaqla, ümumi təmiz çəkisi 0,422 qram olan ağ rəngli kristallik maddədən kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin, həmin kibrit qutusunun içərisindən ümumi sayı 09 ədəd olan ağgöy rəngli kapsulun tərkibində tramadol hidroxloridin təsir maddəsinin miqdarı 0,45 qram (bir ədəd həbdə tramadolun təsir maddəsinin miqdarı 0,05 qram) olan güclü təsir edən maddə, bundan başqa avtomobilin salonundakı saxlanc yerindən üzərində “Tramadol” göstəricisi olan bir ədəd qutuda olan iki ədəd konvalyutda ümumi sayı 14 ədəd olan ağ-göy rəngli kapsulun tərkibində tramadol hidroxloridin təsir maddəsinin miqdarı 0,70 qram (bir ədəd həbdə tramadolun təsir maddəsinin miqdarı 0,05 qram) olan, ümumi sayı 23 ədəd və ümumi miqdarı 1,15 qram olan güclü təsir edən maddə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 20:30 radələrində idarə etdiyi “Ravon Nexia” markalı **-PJ-*** dövlət nömrə nişanlı avtomaşınla “Şəhidlər Xiyabanı” yaxınlığında bir nəfər müştəri götürərək Bakı şəhəri Səbail rayonu, Bayıl ərazisində yerləşən “Oazis” adlı restoranın yaxınlığında düşürtmüş, həmin şəxs avtomaşından düşən zaman 02 büküm içərisində “şüşə” adlandırdığı psixotrop maddəni ona təqdim etmişdir. O, həmin maddəni əvvəlcədən üzərində olan, içərisində “tramadol” həbi olan kibrit qutusunun içərisinə yerləşdirmiş, kibrit qutusunu avtomobilin oturacağının altında, əvvəlcədən içərisində “tramadol” həbləri olan qutunu isə saxlanc yerində yerləşdirmişdir. Daha sonra Dağüstü parkın ərazisində yerləşən postda onun idarə etdiyi “Ravon Nexia” markalı **-PJ-*** dövlət nömrə nişanlı avtomaşın saxlanılmış, avtomaşına baxış keçirən zaman oturacağın altında yerləşdirdiyi, içərisində psixotrop və güclü təsir edən maddələr olan kibrit qutusu və saxlanc yerinə qoyduğu içərisində tramadol dərmanları olan qutu polis əməkdaşları tərəfindən aşkar edilmişdir. O, təxminən 4-5 aydır, narkotik vasitə qəbul edir, narkotik vasitədən uzaqlaşmaq üçün mütəmadi olaraq tramadoldan istifadə edir. O, avtomaşınına sərnişin qismində əyləşmiş, ona 02 ədəd içərisində narkotik vasitə olan büküm təqdim etmiş şəxsi ilk dəfə həmin vaxt görmüş və bu səbəbdən, sonuncu barəsində heç bir məlumatı olmamışdır. Törətdiyi əməldən peşmandır, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail rayon Polis İdarəsinin Post- patrul Xidməti bölüyünün polis nəfəri Şahid1 Vidadi oğlu göstərmişdir ki, Səbail RPİ-nin Post patrul xidməti bölüyünün polis nəfərləri polis serjantları Rizvan Əliyev, İbrahim Çodarlı və Bakı şəhəri BPİ-nin DYPİ-nin əməkdaşları Şahid3 və Xəqani Mirzəliyev Azərbaycan Respublikası ərazisində tətbiq edilmiş hərbi vəziyyət rejimi ilə əlaqədar komendant saatı ilə bağlı Bakı şəhəri, Səbail rayonu, T.Elçin küçəsində yaradılmış Vİ saylı stasionar postda xidmətdə olarkən xx xxxxxx 2020-ci il tarixdə saat 21:20 radələrində “Ravon” markalı ** PJ *** dövlət nömrə nişanlı avtomobil saxlanılaraq sürücünün icazəsinin olub-olmaması yoxlanılmış, avtomobilə baxış keçirilən zaman sürücü səs-küy yaradaraq avtomobildən düşüb qaçmağa cəhd etmiş, lakin saxlanılmışdır. Baxış keçirilən zaman həmin avtomobilin salonunun ön sağ oturacağının altından 01 ədəd kibrit qutusu, avtomobilin saxlanc yerindən isə 01 ədəd üzərində «Tramadol» yazısı olan qutu aşkar olunmuşdur. Sonra sürücü özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş, 01 ədəd kibrit qutusunda psixotrop maddə olan metamfetamin, üzərində «Tramadol» yazısı olan qutunun içərisində isə güclü təsir edən tramadol dərmanı olduğunu bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs idarə etdiyi “Ravon Nexia” markalı ** PJ *** dövlət nömrə nişanlı avtomobilin salonun ön sağ oturacağının altından aşkar olunaraq götürülmüş, içərisində metamfetaminə oxşar maddə və həblər olan 01 ədəd kibrit qutusu, avtomobilin saxlanc yerindən aşkar olunaraq götürülmüş, içərisində həblər, üzərində “Tramadol” yazısı olan 01 ədəd qutu əməliyyat qrupuna təqdim edilmiş, baxış zamanı içərisində 09 ədəd həb və içərisində metamfetaminə bənzər kütlələr olan 01 ədəd qırmızı rəngli siqaret kağızındakı büküm, içərisində narkotik vasitə olan metamfetaminə bənzər kütlələr olan 01 ədəd qara rəngli siqaret kağızına bükülmüş büküm və içərisində ümumilikdə 14 ədəd həb, üzərində “Tramadol” yazısı olan 01 ədəd qutu qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında ifadələri elan edilmiş şahidlər Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 və Bakı şəhəri Baş Polis İdarəsinin Dövlət X8 bilavasitə tabe olan YPX Alayının Müşayiət-eskort bölüyünün yol-patrul xidmətinin inspektoru Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 Vidadi oğlunun qeyd etdiyi xüsusatları təsdiq etmişlər. Cinayət işində olan DVD-R diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Səbail RPİ-nin 9-cu Polis Bölməsinin təhqiqatçısı polis baş leytenantı Elmar Məmmədov tərəfindən Təqsirləndirilən şəxs etibarnamə ilə idarə etdiyi və Bakı şəhəri, Səbail rayonu T.Elçin küçəsində olan 6 saylı postda saxlanılmış «Ravon Nexia R 3» markalı ** PJ *** dövlət nömrə nişanlı avtomobilə baxış, axtarış və götürmə aparılmış, baxış zamanı göstərilən avtomobilin salonunun ön sağ oturacağının altından içərisində psixotrop maddə olan metamfetaminə oxşar maddə və həblər olan 01 ədəd kibrit qutusu, avtomobilin saxlanc yerindən içə içərisində həblər və üzərində «Tramadol» yazısı olan 01 ədəd qutu aşkar olunmuş, baxış zamanı içərisində 09 ədəd həb və içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə olan 01 ədəd qırmızı rəngli siqaret kağızındakı büküm, içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlələr olan 01 ədəd qara rəngli siqaret kağızına bükülmüş büküm və içərisində ümumilikdə 14 ədəd həb və üzərində «Tramadol» yazısı olan 01 ədəd qutu qablaşdırılaraq götürülmüşdür. xx xxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması və idarə etdiyi «Ravon Nexia R 3» markalı ** PJ *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə baxış, axtarış və götürmə aparılmasını üzərinə baxış keçirilərkən aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD-R disk cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-fiziki-kimyəvi ekspertizanın xx xxxxxx 2020ci il tarixli, 6/2438 saylı ekspert rəyinə əsasın tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 166» dairəvi möhür əksi olan adlar, soyad və imzalar qeyd edilmiş bir ədəd qırmızı rəngli kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkisi 0,389 qram, 0,033 qram ümumi təmiz çəkisi 0,422 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri»in siyahısına (Siyahı İ) daxildir. Üzərində «Tramadol» göstəricisi olaq bir ədəd qutuda olan iki ədəd konvalyutda ümumi sayı 14 ədəd və qırmızı rəngli kibrit qutusunda ümumi sayı 9 ədəd olan ağ-göy rəngli kapsulun tərkibində tramadol hidroxloridin təsir maddəsinin ümumi miqdarı 1,15 qram (bir ədəd həbdə tramadolun təsir maddəsinin miqdarı 0,05 qramdır) olduğu müəyyən edildi. Tramadol hidroxlorid xx xxxx 2016-cıi il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına» (1 nömrəli əlavə) daxildir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 65 (altmış beş) manat müəyyən edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə iş üzrə Təqsirləndirilən şəxs üzərinə baxış zamanı aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,422 qram olan psixotrop maddə olan metamfetamin və cəmi 23 ədəd güclü təsiredici maddə olan «tramadol» hidroxloridli həbləri iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra ümumi təmiz qalıq çəkisi 0,362 qram psixotrop maddə metamfetamin və 21 ədəd güclü təsiredici maddə «tramadol» hidroxlorid həbləri iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Səbail rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. Respublika Narkoloji Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 3189 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop madddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx xxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:30-da şübhəli şəxs qismində tutulmuşdur. xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Səbail rayon prokurorunun təqsirləndirilən şəxs barəsində həbs qəimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməmiş və o, Səbail RPİ-nin X4 azad edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə edərək saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs elan olunmuş ittihamda ( təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarda və ittiham aktında) onun satış məqsədi olmadan 23 ədəd kapsulun tərkibində tramadol hidroxloridin təsir maddəsinin miqdarı 1,15 qram (bir ədəd həbdə tramadolun təsir maddəsinin miqdarı 0,05 qram) olan güclü təsir edən maddənin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlanılması göstərilmişdir. Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli 180-VQ saylı qanunu ilə təsdiq edilmiş “güclü təsir edən maddələr və onların külli muiqdarının, habelə zəhərli maddələrin Siyahısı”nda tramadol hidroxloridin külli miqdarı 6 qram qeyd olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən isə aşkar edilmiş tramadol hidroxloridin ümumi çəkisi - 1,15 qramdır. Göründüyü kimi, aşkar edilmiş tramadol hidroxloridin çəkisi külli miqdar təşkil etmir və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1,15 qram tramadol hidroxloridin çəkisi Azərbaycan Respublikası CM-nin 240.1-ci maddəsinin tərkibini yaratmır. Belə olan halda həmin epizodun hazırkı ittiham üzrə məhkəmə baxışına heç bir aidiyyət və bağlılığının olmamasını nəzərə alınaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1,15 qram tramadol hidroxlorid ilə bağlı hissə Təqsirləndirilən şəxs elan olunmuş ittihamın məzmunundan xaric edilməlidir . Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət törətməsini, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İbtidai istintaq dövründə Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək, yəni 02 gün müddətində həbsdə olması Azərbaycan Respublikasının CMnin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, 04 (dörd) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 2 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 ekspert komissiyasının xx xxxxxx 2020-ci il tarixli 3189 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Səbail rayon polis idarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,362 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və 21 həb güclü təsir edən maddə tramadol hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Şəxsi axtarış və götürmə prosessual hərəkətini əks ektdirən 01 ədəd DVD-R cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 65,0 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 2 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müvafiq İcra və Probasiya qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ümumi çəkisi 1,15 qram tramadol hidroxlorid ilə bağlı hissə Təqsirləndirilən şəxs elan olunmuş ittihamın məzmunundan xaric edilsin. Şəxsi axtarış və götürmə prosessual hərəkətini əks ektdirən 01 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. Səbail Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,362 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və 21 həb güclü təsir edən maddə tramadol hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 65.0 (altmış beş) manat Təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 360 (üç yüz altmış) manat pul tutulub, Bakı şəhəri 3 saylı vəkil bürosunun (“xxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar