Məhkəmə qərarları › İş №1(009)-66/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-66/2024

29.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-66/2024 29.03.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı5 , Müdafiəçi Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1990-cı ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Göyçay rayonu, Ceyirli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, hazırda barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 26 may 2023-cü il tarixdə saat 17:30 radələrində etibarnamə əsasında idarə etdiyi “X4” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi ilə Mehdi Hüseyn küçəsinə doğru yolun sağ zolağı ilə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 5-ci hissəsinin tələblərini pozaraq, həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısnı almağa texniki imkanı olduğu halda buna əməl etməyib, svetoforun icazə siqnalı yanarkən sürücü yolayrıcında hərəkəti başa çatdırmaqda olan nəqliyyat vasitələrinə və həmin istiqamətin hərəkət hissəsində keçidi başa çatdırmamış piyadalara yol verməli olduğu halda yolu soldan sağa keçəməkdə olan piyada xx.xx.1974-cü il təvəllüdlü Zərərçəkmiş şəxs avtomobilin ön sol hissəsi ilə vurmuş, nəticədə Zərərçəkmiş şəxs sağ diz oynağmda ağrı və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ incik sümüyünün başınm xətti sınığı, sağdan İV qabırğanın yerini dəyişməyən qapalı sınığı, sol diz oynağının ön səthinin sıyrığı ilə müşahidə olunan ehtiyyatsızlıqdan az ağır xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da o, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 17:30 radələrində etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı, **-CH-*** dövlət nömrə nişanlı avtomobil ilə saatda 5-10 km sürətlə Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi ilə Mehdi Hüseyn küçəsinə doğru yolun sağ zolağı ilə hərəkət etmiş, həmin küçələrin kəsişməsinə çatdıqda svetoforun qırmızı işığında dayanıb, bir qədər sonra svetoforun yaşıl işığının yanmasını görüb yoluna davam etmək istəyərkən gözlənilmədən piyada keçidinin üzərində yolun sol istiqamətindən sağ istiqamətinə doğru hərəkət edən sonradan adını bildiyi piyada Zərərçəkmiş şəxsnm onun idarə etdiyi “Toyota Prius” markalı avtomobilin qarşına çıxdığını görmüş, dərhal tormuz əyləcini sıxıb təhlükənin qarşısnı almaq istəmiş, lakin məsafə təxminən 2 metr olduğundan təhlükənin qarşısını almağa texniki imkanı olmamış və idarə etdiyi avtomobilin ön sol hissəsi ilə piyada Zərərçəkmiş şəxs vurmuşdur. Həmin hadisə nəticəsində piyada Zərərçəkmiş şəxs yerə yıxılmış, o, dərhal avtomobildən düşüb piyadaya yaxınlaşıb, köməklik göstərib və idarə etdiyi avtomobilinə əyləşdirib onu xəstəxanaya aparmışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 17:30 radələrində işlədiyi “AZTV” şirkətindən çıxıb Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi ilə hərəkət etmiş, Teymur Elçin küçəsinin kəsişməsinə çatdıqda piyadalar üçün yaşıl işığın yanmasını görmüş, piyada zolağının üzəri ilə yolun qarşı tərəfinə doğru hərəkət etməyə davam etmiş və yolu soldan sağa doğru 8-9 metr məsafədə qət etdiyi zaman gözlənilmədən sağ istiqamətdən, yəni Teymur Elçin küçəsi ilə hərəkət edən avtomobil onun bədəninin sağ tərəfindən vurmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində o, müvazimatını itirib maşını üstünə, daha sonra isə yerə çırpılmışdır. Bundan sonra sonradan adını bildiyi sürücü Təqsirləndirilən şəxs və bir neçə şəxs ona yaxınlaşıb, köməklik göstərmiş, sürücü onu idarə etdiyi avtomobilə əyləşdirib xəstəxanaya aparmışdır. Avtomobilin onu vurması nəticəsində sağ ayağından, sağ qabırğasından və bədininin müxtlif yerlərindən xəsarətlər almışdır. İş materiallarında olan 03 iyul 2023-cü il tarixli “yol-nəqliyyat hadisə yerinə baxış keçirilməsi haqqında” protokolundan görünür ki, “Toyota Prius” markalı, **-CH-*** qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi ilə Mehdi Hüseyn küçəsi istiqamətində olarkən piyada zolağı ilə yolu küçən piyadanı qabaq ön sağ hissəsi ilə vurmuşdur. Tərtib olunmuş hadisənin sxemi və çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir. İş materiallarında olan 04 iyul 2023-cü il tarixli 376 №-li Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi X3 rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs qızmın almış olduğu xəsarətlər - sağ diz oynağında ağrı və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ incik sümüyünün başının xətti sınığı, sağdan İV qabırğanm yerini dəyişməyən qapalı sınığı, sol diz oynağının ön səthinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixində, yol-nəqliyyat hadisəsi, o cümlədən piyadanın hərəkətdə olan avtomaşının qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AGİR zərərvurmaya aiddirlər. İş materiallarında olan 05 sentyabr 2023-cü il tarixli 8/2459 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, “Toyota Prius” markalı, **-CH-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinin 5-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Tədqiqatın dəyəri 85 (səksən beş) manatdır. İş materiallarında olan 25 sentyabr 2023-cü il tarixli “cinayət işinin başlanması haqqında” qərarından görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 236.1-ci maddəsi ilə cinayət işi başlanaraq icraata qəbul edilmişdir. İş materiallarında olan 27 sentyabr 2023-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınması haqqında” qərarından görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 04 oktyabr 2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan 14 oktyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında” qərarından görünür ki, 14 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan 14 oktyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “sübutların qitmətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “X4” markalı, **-CH-*** dövlət qeydiyyat nişalı minik avtomobili cinayət işi üzrə maddi sübut kimi tanınmış və qəbzlə Təqsirləndirilən şəxs geri qaytarılması nəzərə alınmışdır. İş materiallarında olan 15 mart 2024-cü il tarixli Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş zərər ödənilmişdir, hazırda Təqsirləndirilən şəxs ya qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, həmçinin iş üzrə keçirilmiş ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs könüllü gəlib təqsirini boynuna aldıqda, cinayətin üstünün açılmasına fəal kömək etdikdə, cinayət nəticəsində dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəlləsinin 72.2-ci maddəsinə əsasən, başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 72.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcələnin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə olan cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən xitam verilməlidir. Azərbaycan Respubikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “başqa yerə qetməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olması məsələsinin araşdırılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Səbail rayon prokurorluğuna göndərilməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut olan “X4” markalı, **-CH-*** dövlət qeydiyyat nişalı minik avtomobilin Təqsirləndirilən şəxs geri qaytarılması nəzərə alınmalıdır. İş üzrə 04 (dörd) ədəd foto şəkil cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci –85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut olan “X4” markalı, **-CH-*** dövlət qeydiyyat nişalı minik avtomobilin Təqsirləndirilən şəxs geri qaytarılması nəzərə alınsın. İş üzrə 04 (dörd) ədəd foto şəkil cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 270 (iki yüz yetmiş) manat pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsinən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB**********35********) bank hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar