Məhkəmə qərarları › İş №1(009)-66/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-66/2025

17.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-66/2025 17.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Vəliyev Məhəmməd Natiq oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 2000-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, subay, 1 (bir) azyaşlı uşağı olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi ev 9C, mənzil 146-da qeydiyyatda olan, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları 8-ci dalan, bağ evi 5972 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi olmadan, istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,183 qram və 0,109 qram, ümumi təmiz çəkisi 0,292 qram ağ rəngli kristalşəkilli maddə, xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, xidmətdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ƏÇPA-nın əməkdaşları tərəfindən 26 iyul 2024-cü il tarixdə, saat 22:30 radələrində ünvan 2 ünvanında saxlanılaraq həmin tarixdə Səbail RPİ-nin 8-ci PB-nin inzibati binasına gətiriləndən sonra üzərində şəxsi axtarış aparılan zaman əynindəki tünd göy rəngli pencəyinin sağ iç cibindən qara rəngli “Kenao” markalı siqaret qutusunun içində saxladığı 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,183 qram və 0,109 qram, ümumi təmiz çəkisi 0,292 qram ağ rəngli kristalşəkilli maddələr, xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olmaqla, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək bildirmişdir ki, Xanlar küçəsində dayanıb tanışını görüb salamlaşmışdır. Bir qədər keçəndən sonra 3 nəfər polis əməkdaşı yaxınlaşıb. Üzərinə çöldə baxış keçiriblər. Vəsiqəsi, müharibə iştirakçılığına dair sənədi üzərində idi. Sonra siqaret bağlaması göstəriblər ki, bu nədir? Deyib ki, xəbəri yoxdur, onun deyil. Bölməyə dəvət ediblər və deyiblər ki, üzərinə baxış keçirdiklərini bildirməsin. Onu bölməyə gətiriblər və çəkiliş üçün aşağı düşürüblər. Müstəntiq gəlib və hədə-qorxu gəliblər ki, qol çəkməlisən yoxsa külli miqdara tövsif edəcəyik. O da məcbur olub qol çəkib. Üzərində narkotik vasitə olmayıb. Həmin zaman narkotikdən istifadə etməyib. Hal-hazırda da müalicə olunub və narkotik vasitədən istifadə etmir. Müharibədən sonra narkotik vasitə istifadə edib. Maştağaya gedib analiz verib. Bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında Şahid1 Şehrəli oğlu bildirmişdir ki, 26 iyun tarixində Xanlar küçəsində xidmət apararkən 1 nəfər şəxs diqqətini çəkib və onun onlardan qaçmağa çalışdığını hiss edib. Ona yaxınlaşıb, özlərini təqdim ediblər və şəxsiyyətini müəyyənləşdirmək üçün polis şöbəsinə dəvət etdiblər. Polis şöbəsində şəxsin üzərinə baxış keçirən zaman cibindən, siqaret qutusunun içindən 2 ədəd bağlamada olan metanfetaminə bənzər maddə aşkar edilib. Şəxsin şəxsiyyət vəsiqəsi üzərində olmadığını, tək olduğunu və yanında heç kimin olmadığını bildirmişdir. Məhkəmə istintaqında Şahid2 bildirmişdir ki, hadisə çoxdan olub deyə tam da dəqiq yadında qalmayıb. Təxminən iyun ayı saat 11 radələrində şəxsi görüblər. Şəxs özünü şübhəli aparıb, onları görüb qaçmaq istəyib. Şəxsiyyətini müəyyən etmək üçün onu bölməyə dəvət ediblər. Məhkəmə istintaqında Şahid3 bildirmişdir ki, 26 iyun 2024-cü il tarixdə “Xanlar” küçəsində xidmət apararkən, bölmədən əvvəlcədən məlumat verilmiş Təqsirləndirilən şəxs görüblər, özünü şübhəli aparıb və onlardan yayınmağa çalışıb. Onu saxlayıb 8-ci Polis Bölməsinə raportla təhvil veriblər. Yaxınlaşıb özlərini təqdim ediblər. Polis bölməsində Emin səmimi şəkildə üzərində narkotik vasitə olduğunu etiraf edib. Şəxsi axtarış və götürmədə iştirak etdiyini və yanında vəkil olduğunu bildirmişdir. İş materiallarında olan 27 iyul 2024-cü il tarixli “cinayət işinin başlanması, icraata qəbul edilməsi və aidiyyəti üzrə göndərilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış, icraata qəbul edilmiş və istintaq aparılmışdır (c.i.v. 1). İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 27 iyul 2024-cü il tarixli 6/3846 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş zərfdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,183 qram və 0,109 qram, ümumi təmiz çəkisi 0,292 qram ağ rəngli kristalşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Aparılmış təhqiqatın dəyəri 114 manatdır (c.i.v. 28-30). İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 27 avqust 2024-cü il tarixli 5897 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan Asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (c.i.v.85-86). İş materiallarında olan «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» tərtib edilmiş 26 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 iyul 2024-cü il tarixdə saat 22:30-da qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələrin saxlaması və daşımasında şübhəli olduğundan şübhəli şəxs qismində tutulmuşdur. (c.i.v.15) İş materiallarında olan «şəxsi axtarış və götürmə haqqında» tərtib edilmiş 27 iyul 2024-cü il tarixli protokoldan görünür ki, 26 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs DİN-in Əlahiddə ÇPA-nın 4-cü Patrul bölüyünün əməkdaşları tərəfindən narkotik vasitələri və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Səbail rayon Polis İdarəsinin 8-ci PB-nə gətirilmiş və hüquqlarını müdafiə edilməsi üçün dəvət edilmiş vəkilinin iştirakı ilə polis idarəsində üzərində şəxsi axtarış aparılan zaman əynindəki tünd göy rəngli pencəyinin sağ iç cibindən qara rəngli “Kenao” markalı siqaret qutusunun içində 02 ədəd ağ kağıza bükümdə ağ rəngli kristalşəkilli maddələr aşkar edilərək götürülmüşdür. Aşkar olunmuş həmin büküm qablaşdırılıb möhürlənmişdir. Baxış zamanı video çəkiliş aparılmışdır (c.i.v.23-24). Cinayət işində olan CD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə Səbail RPİ-nin 8-ci PB-nin təhqiqatçısı X4 tərəfindən DİN-in Əlahiddə ÇPA-nın 4-cü patrul bölüyünün polis nəfəri Şahid3, DİN-in Əlahiddə ÇPAnın 4-cü patrul bölüyünün polis nəfəri Şahid2, DİN-in Əlahiddə ÇPA-nın 4-cü patrul bölüyünün polis nəfəri Şahid1, müdafiəçi X1 iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Video görüntüdə şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs əşyalarında və ya üzərində dövriyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilir, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli pencəyinin sağ iç cibindən qara rəngli “Kenao” markalı siqaret qutusunun içində 02 ədəd ağ kağıza bükümdə ağ rəngli kristalşəkilli maddə bükümü təqdim edir, aşkar olunmuş maddə cinayət təqibi orqanı tərəfindən 01 (bir) ədəd kağız zərfdə qablaşdırılıb götürülür. Video diskə baxış zamanı Təqsirləndirilən şəxs bildirir ki, həqiqətən baxış keçirilən şəxs odur. Narkotik vasitə ona məxsus deyil, onu daha ağır maddə ilə ittiham edəcəkləriylə hədələdikləri üçün video çəkiliş zamanı ona məxsus olduğunu bildirmişdir. İş materiallarında olan 28 iyul 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir (c.i.v.39-40). İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” Səbail rayon Prokuroru, baş ədliyyə müşaviri Natiq Əsədovun 28 iyul 2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs dərhal müvəqqəti saxlama yerindən azad edilməsi qərara alınmışdır (c.i.v.58-59). İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi” barədə 28 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (c.i.v.60-62). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 10 avqust 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur (c.i.v.77-78). İş materiallarında olan Səbail rayon Məhkəməsinin 1(009)-150/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 02 (iki) il 01 (bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 02 noyabr 2023-cü il tarixdən 04 noyabr 2023-cü il tarixədək, 11 yanvar 2024-cü il tarixdən 13 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetməsinə bərabər tutulmaqla üzərində qəti olaraq 02 (iki) il 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 1(103)-2370/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, 1(009)-150/2024 nömrəli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş və onun 02 noyabr 2023-cü il tarixdən 04 noyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün, 11 yanvar 2024-cü il tarixdən 13 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün, 17 sentyabr 2024-cü il tarixdən 12 dekabr 2024-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) ay 25 (iyirmi beş) gün, cəmi 2 (iki) ay 29 (iyirmi doqquz) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablamaq yolu ilə 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddət təyin edilmiş qəti cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində 2 (iki) il 6 (altı) ay 2 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin 04 fevral 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan İ-54526 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir və bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan metamfetaminin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarın 27-ci bəndində göstərilmişdir ki, təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunubolunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olubolmaması, cinayətin törədilməsindən sonrakıdövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspertizaların rəyləri, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs Vətən müharibəsi iştirakçısı olmasını, bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, məhkəmə iclasındakı davranışını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunması mümkündür, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunması məqsədəuyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-cı maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin normalarından görünür ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilən cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmün məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında eyni zamanda göstərilmişdir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş məhkəmənin hökmünə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Hazırkı iş üzrə cinayət əməli Bakı Apellyasiya Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 1(103)-2370/2024 saylı qərarı çıxarılmazdan əvvəl, yəni 26 iyul 2024-cü ildə törədilmişdir. Belə olan halda Bakı Apellyasiya Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 1(103)- 2370/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə ona təyin olunacaq cəza ilə Azərbaycan Respublikasının CM-nın 66.5-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin məcmusu üzrə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cəza təyin edilməli, Bakı Apellyasiya Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 1(103)-2370/2024 saylı qərarına əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalıdır. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə 26 iyul 2024-cü il tarixdə saat 22:30-da şübhəli şəxs kimi tutulmuş və Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir. 28 iyul 2024-cü il tarixdə saat 14:00-da Təqsirləndirilən şəxs Səbail RPİnin MSY-dən həbsdən azad edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Əvvəlki iş üzrə 02 noyabr 2023-cü il tarixdən 04 noyabr 2023cü il tarixədək şübhəli şəxs qismində, 11 yanvar 2024-cü il tarixdən 13 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulmuş, 17 sentyabr 2024-cü il tarixdən 12 dekabr 2024cü il tarixədək həbsdə saxlanılmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs hazırki iş üzrə 26 iyul 2024-cü il tarixdən 28 iyul 2024-cü il tarixədək, əvvəlki iş üzrə 02 noyabr 2023-cü il tarixdən 04 noyabr 2023cü il tarixədək, 11 yanvar 2024-cü il tarixdən 13 yanvar 2024-cü il tarixədək, 17 sentyabr 2024-cü il tarixdən 12 dekabr 2024-cü il tarixədək həbsdə saxlanıldığı 3 (üç) ay 01 (bir) gün ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə 01 (bir) gün hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini və iş yerini dəyişdirməmək, eləcə də cəzanın icrasına nəzarət edən orqanı yaşayış yeri və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi vəsaiti hesabına 66 manat pul ödənilməlidir. İş üzrə maddi sübut olan Səbail rayon Polis İdarəsində saxlanılan 0,292 qram metamfetamindən ekspertiza tədqiqatından sonra qalan qalıq, yəni 0,212 qram çəkidə psixotrop maddə olan metamfetamin məhv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Bakı Apellyasiya Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 1(103)-2370/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası qismən toplamaq yolu ilə ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırki iş üzrə 26 iyul 2024-cü il tarixdən 28 iyul 2024-cü il tarixədək, əvvəlki hökm üzrə 02 noyabr 2023-cü il tarixdən 04 noyabr 2023-cü il tarixədək, 11 yanvar 2024-cü il tarixdən 13 yanvar 2024-cü il tarixədək, 17 sentyabr 2024-cü il tarixdən 12 dekabr 2024-cü il tarixədək həbsdə saxlanıldığı 3 (üç) ay 01 (bir) gün ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə 01 (bir) gün hesablanmaqla 06 (altı) ay 02 (iki) gün ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları 8-ci dalan, bağ evi 5972 axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini və iş yerini dəyişdirməmək, eləcə də cəzanın icrasına nəzarət edən orqanı yaşayış yeri və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. 240020311 saylı cinayət işi üzrə maddi sübut olan - Səbail rayon Polis İdarəsində saxlanılan 0,212 qram çəkidə psixotrop maddə olan metamfetamin məhv edilsin. İş üzrə 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat ekspertiza xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X2 Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 66 (altmış altı) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Müdafiəçi1 ödənilməsi üçün Bakı şəhəri 12 saylı Vəkil Bürosunun, "xxxx" QSC-nin Səbail rayon filialındakı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar