Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-67/2024 03.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ xx xxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi qaydada taksi fəaliyyəti ilə məşqul olan, ünvan 39-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə qetməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, iş yoldaşı Zərərçəkmiş şəxs3 ona qarşı yaranmış etibarmdan sui-istifadə edərək sonuncuya xarici ölkələrin birindən sərfəli qiymətə “Toyota Prius” markalı avtomobili gətirəcəyini vəd verib inandıraraq 2019-cu ilin dekabr ayında ünvan 1 ünvanmda yerləşən Səbail rayon DYMH-nin inzibati binasında 600 manat, eyni adla 2020ci ilin yanvar ayında həmin ünvanda 1000 manat, eyni adla 2020-ci ilin fevral ayında həmin ünvanda 1000 manat, eyni adla 2020-ci ilin mart ayında həmin ünvanda 500 manat, eyni adla 2020-ci ilin aprel ayında həmin ünvanda 500 manat, eyni adla 2020-ci ilin iyun ayında həmin ünvanda 500 manat, eyni adla 2020-ci ilin iyul ayında həmin ünvanda 500 manat, eyni adla 2020-ci ilin avqust ayında həmin ünvanda 840 manat məbləğində pul vəsaitlərini nağd şəkildə almaqla, habelə eyni adla 2020-ci ilin sentyabr ayının əvvələrində isə Zərərçəkmiş şəxs3 tərəfındən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi Ə.Qasımov 15 A ünvanında yerləşən “Ballı marketdə” olan “milli ön” terminalı vasitəsi ilə həmin vaxt istifadəsində olmuş bank kartına köçürülmüş 160 manat məbləğində olan pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib aldatmaqla, ümumilikdə Zərərçəkmiş şəxs3 5600 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, iş yoldaşı Zərərçəkmiş şəxs2 ona qarşı yaranmış etibarmdan sui-istifadə edərək, sonuncunun işlədiyi FHN-nin Bakı şəhəri, Səbail rayon DYMH-dən Bakı şəhəri, Qaradağ rayonu DYMH-nə yerini dəyişdirəcəyini vəd verib inandıraraq, bu adla Zərərçəkmiş şəxs2 2023-cü ilin fevral ayının sonlarında ünvan 4 ünvanmda yerləşən “Beynəlxalq Bankm” Səbail rayon fılialının qarşısmda 1400 manat məbləğində pul vəsaitini alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs2yə həmin məbləğdə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs3 ona qarşı yaranmış etibarından sui-istifadə edərək, sonuncuya guya satış üçün xarici dövlətdən gətirdiyi avtomobilin gömrük xərclərinin ödənilməsi üçün müəyyən məbləğdə pul vəsaiti lazım olduğunu, həmin vəsaiti ödədikdən sonra avtomobili gömrükdən keçirərək satışım təmin edib, əldə olunan gəlirdən onada qazanc verəcəyini vəd verib inandıraraq, həmin adla 2023-cü ilin iyun ayının sonlarında ünvan 4 ünvanmda yerləşən “Beynəlxalq Bankın” Səbail rayon fılialının qarşısmda Zərərçəkmiş şəxs3 900 manat məbləğində pul vəsaitini alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib aldatmaqla sonuncuya həmin məbləğdə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs1nm ona qarşı yaranmış etibarından sui-istifadə edərək, sonuncuya xarici ölkələrin birindən sərfəli qiymətə “Mercedes Vito” markalı avtomobil gətirdəcəyinə vəd verib inandıraraq 2023-cü ilin iyun ayının əvvələrində ünvan 7 ünvanın qarşısında 5000 manat məbləğində pul vəsaitini alıb ələ keçirmiş, daha sonra həmin cinayət əməlinin davamı olaraq Zərərçəkmiş şəxs1 guya ölkəyə gətirdiyi həmin avtomobilin gömrük xərcləri üçün əlavə olaraq 2000 manat pul lazım olduğunu bildirib, həmin adla 2023-cü ilin iyul ayının əvvələrində ünvan 8 ünvanmda yerləşən “MUM” ticarət mərkəzinin qarşısında sonuncudan 2000 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirdərək, verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs1 ümumlikdə 7000 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bununla da, o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2018-ci ilin may ayından 2023-cü ilin avqust ayına qədər FHN-nin Bakı şəhəri, Səbail rayon DYMH-də yanğınsöndürən vəzifəsində çalışmışdır. O, hal-hazırda fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. Belə ki, o, taksi fəaliyyəti ilə məşğul olan zaman Zərərçəkmiş şəxs1 tanımış və aralarında faktiki olaraq sevgili münasibətləri olmuşdur. 2023-cü ilin iyun ayının əvvələrində xatırlamadığı ünvanda idarə etdiyi “Toyota Prius” markalı avtomobilin içində söhbət edən zaman əmisinin guya Dövlət Gömrük Komitəsində yüksək vəzifədə çalışdığını və onun vasitəsi ilə Zərərçəkmiş şəxs1 5000 manat qarşılığında “Mercedes Vito” markalı avtomobili 3 ay müddətində Azərbaycan Respublikasına gətirə biləcəyini bildirərək ona yalan vəd vermişdir. Zərərçəkmiş şəxs1 onun təklifi ilə razılamış və 2023-cü ilin iyun aylarının əvvələrində günorta saatlarında yaşadığı ünvan 7 ünvanın qarşısında Zərərçəkmiş şəxs1 5000 manat məbləğində pul vəsaitini almışdır. O, həmin pul vəsaitini şəxsi istifadəsi üçün xərcləmişdir. O, bundan başqa “whatsapp” sosial şəbəkəsində “Rəşad” adlı gömrük əməkdaşı adından özünə məxsus “whatsapp” sosial şəbəkəsinə mesaj yazaraq Zərərçəkmiş şəxs1 üçün “Mercedes Vito” markalı avtomobil görə gömrük ödənişləri üçün 2000 manat məbləğində pul vəsaitinin çatışmadığım bildirən mesaj yazmışdır. O, daha sonra həmin mesajın ekran görüntüsünün şəklini çəkib Zərərçəkmiş şəxs1 göndərərək xaricdən guya Zərərçəkmiş şəxs1 üçün gətirdiyi “Mercedes Vito” markalı avtomobilin hal-hazırda Bakı Baş Gömrük idarəsində olduğunu və avtomobili oradan çıxartmaq üçün 2000 manat məbləğdə pul vəsaitinə ehtiyac olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 ona inanaraq 2023-cü ilin iyul aylarının əvvələrində günorta saatlarında “MUM” ticarət mərkəzinin yaxınlığında idarə etdiyi “Toyota Prius” markalı avtomobilin içində 2000 manat məbləğində pul vəsaitini ona vermişdir. O, Zərərçəkmiş şəxs1 məxsus 2000 maant məbləğində pul vəsaitini öz şəxsi ehtiyaclarına xərcləmişdir. O, Zərərçəkmiş şəxs1 məxsus ümumillikdə 7000 manat məbləğində pul vəsaitini aldadaraq dələduzluq yolu ilə ələ keçirmişdir. O, Zərərçəkmiş şəxs3la birlikdə Səbail rayon X1 birlikdə işləmişdir. O, Zərərçəkmiş şəxs3 məxsus 5600 manat məbləğində pul vəsaitini ələ keçirmək məqsədi ilə 2019-cı ilin oktyabr ayının ortalarında Səbail rayon X2 Zərərçəkmiş şəxs3la söhbət zaman ona yalandan əmisinin guya Dövlət Gömrük Komitəsində yüksək vəzifədə çalışdığmı, bu səbəbdən özü üçün xarici ölkə ərazisindən 10500 AZN qarşılığında “Prius” markalı avtomobil gətirdiyini bildirmiş və Zərərçəkmiş şəxs3 ona ilkin olaraq 5600 manat məbləğində pul vəsaitini verəcəyi, daha sonra isə idarə etdiyi “Opel Astra” markalı avtomobili ondan 7800 manat məbləğində alacağını bildirirərək ona xaricdən “Prius” markalı avtomobil gətirəcəyinə yalan vəd vermişdir. Zərərçəkmiş şəxs3 onun təklifi ilə razılaşaraq həmin 5600 manat məbləğində pul vəsaitini ona hissə-hissə vermişdir. Belə ki, o, Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək 2019-cu ilin dekabr ayından 2020-ci ilin sentyabr ayının əvvələrinədək olan müddət ərzində hissə-hissə olmaqla cəmi 5600 manat məbləğində pul vəsaitini aldadaraq dələduzluq yolu ilə ələ keçirmiş və Zərərçəkmiş şəxs3 vəd etdiyi işi yerinə yetirməmişdir. Həmin pul vəsaitlərinin əksər hissəsini ünvan 1 ünvanmda yerləşən Səbail rayonu DYMH-nin inzibati binasında almışdır. O, Cavaq Qasımovdan ələ keçirtdiyi 5600 manat məbləğində pul vəsaitini şəxsi istifadəsi üçün xərcləmişdir. O, 2023-cü ilin iyun ayının sonlarında Zərərçəkmiş şəxs3 zəng edərək güya satmaq məqsədi ilə xaricdən gətirdiyi “Toyota carolla” markalı avtomobilin gömrük ödənişləri üçün 2000 manat məbləğində pul vəsaitinə ehtiyac olduğunu və həmin avtomobilin satışından əldə etdiyi gəlirdən ona da xeyir qalacağmı bildirərək yalan vədlər vermiş və bankdan öz adına onun üçün pul götürməsini təklif etmişdir. Lakin reallıqda onun həmin avtomobili xaricdən gətirmək məqsədi və imkanı olmamış, onun niyyəti Zərərçəkmiş şəxs3 məxsus pul vəsaitini ələ keçirmək olmuşdur. Zərərçəkmiş şəxs3 onun təklifı ilə razılaşaraq 2023-cü ilin iyun ayının sonlarında günorta saatlarında onunla birlikdə ünvan 4 ünvanmda yerləşən “Beynəlxalq Bankın” Səbail rayon filialına getmiş, Bankdan Zərərçəkmiş şəxs3 adına kredit olması səbəbindən ona yenidən kredit verilməsinin mümkün olmadığını, lakin “tam kart’’ limitini artıra biləcəyini bildirmişlər. O, bank əməkdaşına tam kartm limitini artırmaq istədiyini bildirmiş və “tam kartın” limitimi 900 manat artırılmışdır. Zərərçəkmiş şəxs3 “Beynəlxalq Bankın” Səbail rayon filialının qarşısında ona “tam kartı” verdikdən sonra o, bankın qarşısında yerləşdirilmiş bankomatdan Zərərçəkmiş şəxs3 məxsus “tam kart”dan 900 manat məbləğində pul vəsaitini çıxartmışdır. O, həmin pul vəsaitini şəxsi ehtiyaclarma xərcləmiş və Zərərçəkmiş şəxs3 vermiş olduğu vədə əməl etməmişdir. Beləliklə o, Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək aldadaraq ona məxsus əvvəlcə 5600 manat məbləğində pul vəsaitini, daha sonra isə 900 manat məbləğində pul vəsaitini almmışdır. O, Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək aldadaraq ona məxsus ümumillikdə isə 6500 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir. O, Zərərçəkmiş şəxs2 ilə birlikdə Səbail rayon X3 işləmişdir. 2023-cü ilin fevral ayının əvvələrində Zərərçəkmiş şəxs2 ondan adına götürdüyü kredit pulunu bağlamağı xahiş etmişdir. O, isə Zərərçəkmiş şəxs2 borclu olduğu kredit pulunun əvəzində onu pulsuz olaraq FHN-nin Bakı şəhəri, Səbail rayon DYMH-dən Bakı şəhəri, Qaradağ rayonu DYMHnə yerini dəyişdirə biləcəyini bildirmişdir. Həmin söhbətdən 10-15 gün keçdikdən sonra yəni, 2023-cü ilin fevral ayının sonlarmda Zərərçəkmiş şəxs2 ondan yerdəyişmə məsələsinin nə yerdə olduğunu soruşduqda o, 1400 manata onun iş yerini dəyişdirə biləcəyini vəd etmişdir. Zərərçəkmiş şəxs2 onun vermiş olduğu vədə inanaraq 2023-cü ilin fevral ayının sonlarında 1400 manat məbləğində pul vəsaitini ünvan 11 ünvanmda yerləşən “Beynəlxalq Bankın” Səbail rayon fılialının qarşısında ona vermişdir. 1400 manat məbləğində pul vəsaitini şəxsi ehtiyaclarına xərcləmişdir. O, Zərərçəkmiş şəxs2 1400 manat məbləğində pul vəsaitini isə FHN-nin Bakı şəhəri, Səbail rayon DYMH-dən Bakı şəhəri, Qaradağ rayonu DYMH-nə yerinə dəyişdirmək adı ilə aldadaraq dələduzluq yolu ilə ələ keçirmişdir.Əməlindən peşmandır. Ziyanı qismən ödəmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onunla birlikdə Səbail rayon X1 işləmişdir. O, 2019-cı ilin oktyabr ayınm ortalarında Səbail rayon X1 Təqsirləndirilən şəxs ilə iş yerində söhbət etdiyi zaman Xətai ona əmisinin Dövlət Gömrük komitəsində yüksək vəzifədə işlədiyini və bu səbəbdən xarici ölkədən 10500 AZN qarşılığında özünə “Prius” markalı avotomobil gətirdiyini bildirmiş və təklif etmişdir ki, ona da həmin qiymətə xaric ölkədən “Toyota Prius” markalı avtomobil gətirə bilər. O, Təqsirləndirilən şəxs təklifı ilə razılaşmışdır. Xətai Əli- zadə ilə aralarında olan şifahi razılaşmaya əsasən o, Təqsirləndirilən şəxs 5600 manat məbləğində pul vəsaitini qabaqcadan verəcəyi, daha sonra isə özünə məxsus “Opel Astra” markalı avtomobili ona 7800 manata satacağı təqdirdə Xətai Əli- zadə xaricdən ona “Toyota Prius” markalı avtomobili gətirə biləcəyini bildirmişdir. O, 5600 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs hissə- hissə olmaqla Bakı şəhərində yerləşən müxtəlif ünvanlarda müxtəlif məbləğlərdə pul vəsaitini nağd şəkildə və öz bank kart hesabma köçürülməsi yolu ilə vermişdir. O, İlk dəfə 2019-cu ilin dekabr aymda 600 manat məbləğində pul vəsaitini ünvan 1 ünvanmda yerləşən Səbail rayon DYMH-də Təqsirləndirilən şəxs vermişdir. 2020ci ilin yanvar ayında 1000 manat məbləğində pul vəsaitini ünvan 1 ünvanmda yerləşən Səbail rayon DYMH-də Təqsirləndirilən şəxs vermişdir. 2020-ci ilin fevral ayında 1000 manat məbləğində pul vəsaitini ünvan 1 ünvanında yerləşən Səbail rayon DYMH-də Təqsirləndirilən şəxs vermişdir. 2020-ci ilin mart ayında 500 manat məbləğində pul vəsaitini ünvan 1 ünvanmda yerləşən Səbail rayon DYMH-də Təqsirləndirilən şəxs vermişdir. 2020-ci ilin aprel ayında 500 manat məbləğində pul vəsaitini ünvan 1 ünvanmda yerləşən Səbail rayon DYMH-də Təqsirləndirilən şəxs vermişdir. 2020-ci ilin iyun ayında 500 manat məbləğində pul vəsaitini ünvan 1 ünvanmda yerləşən Səbail rayon DYMH-də Təqsirləndirilən şəxs vermişdir. 2020-ci ilin iyul ayında 500 manat məbləğində pul vəsaitini ünvan 1 ünvanmda yerləşən Səbail rayon DYMH-də Təqsirləndirilən şəxs vermişdir. 2020ci ilin avqust ayında 840 manat məbləğində pul vəsaitini ünvan 1 ünvanmda yerləşən Səbail rayon DYMH-də Təqsirləndirilən şəxs vermişdir. Sonuncu dəfə isə 2020-ci ilin sentyabr ayının əvvələrində günorta saatlarında 5600 manat məbləğində pul vəsaitini tamamlamaq üçün 160 manat məbləğində olan pul vəsaitini Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi Ə.Qasımov 15 A ünvanmda yerləşən “Ballı marketdə” olan “milli ön” terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan xatırlamadığı bank kartma köçürmüşdür. X7-zadə verdiyi vədə əməl etməyərək ona məxsus 5600 manat məbləğində pul vəsaitini aldadaraq dələduzluq yolu ilə ələ keçirmişdir. O, 5600 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs təklikdə vermiş və bu barədə aralarmda hansı bir formada sənədləşmə aparılmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs 2020-ci ilin sentyabr ayının sonlarmda onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək şəxsi problemlərinə görə ondan 1500 manat məbləğində pul vəsaitini borc olaraq ona verməsini xahiş etmişdir. O, Təqsirləndirilən şəxs həmin məbləğdə pulunun olmadığmı bildirdikdə sonuncu ona öz adına bankdan kreditə pul götürmək istədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs təklifı ilə razılaşaraq xx.xx.2020-ci il tarixdə günorta saatlarında ünvan 4 ünvanında yerləşən “Beynəlxalq Bankın” Səbail rayon fılialında Təqsirləndirilən şəxs ilə görüşmüşdür. O, həmin vaxtı “Beynəlxalq Bank”dan 1500 manat məbləğində pul vəsaitini kreditə götürdükdən sonra 1500 manat məbləğində pul vəsaitini “Beynəlxalq Bankın” Səbail rayon filialınm qarşısında Xətai Əlizadəyə borc olaraq təklikdə vermiş və bu barədə aralarında hər hansı bir formada sənədləşdirmə aparılmamışdır. Bundan başqa Xətai Əlizadə 2021-ci ilin dekabr ayınm sonlarında onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək ona şəxsi problemlərinə görə 1000 manat məbləğində pula ehtiyacının olduğunu və onun adma bankdan kreditə pul götürmək istədiyini bildirmişdir. O, Xətai Əlizadənin təklifı ilə razılaşaraq 29 dekabr 2021 -ci il tarixdə günorta saatlarında ünvan 4 ünvanında yerləşən “Beynəlxalq Bankm” Səbail rayon fıliahnda Təqsirləndirilən şəxs ilə görüşərək “Beynəlxalq Bank”dan öz adına 1000 manat məbləğində pul vəsaitini kreditə götürdükdən sonra “Beynəlxalq Bankın” Səbail rayon fılialı qarşısında 1000 manat məbləğində pul vəsaitini Xətai Əlizadəyə borc olaraq təklikdə vermiş və bu barədə aralarmda hər hansı bir formada sənədləşdirmə aparılmamışdır. Bundan başqa Xətai Əlizadə 2023-cü ilin fevral ayınm əvəllərində onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək anasımn ürək-damar problemlərini müalicə etdirdiyinə görə 3000 manat məbləğində pul vəsaiti lazım olduğunu və bankdan yenidən öz adına onun üçün kredit götürməsini ondan xahiş etmişdir. O, isə Xətai Əlizadəyə əvvəlki kredit borcunu bağlamadığını bildirdikdə sonuncu ona bankdan 5200 manat məbləğində öz adına onun üçün kredit götürməsini təklif etmiş və 5200 manat məbləğində pul vəsaitindən əvvəllər onun üçün öz adına kreditə götürdüyü 2000 manat kredit borclarım bağladıqdan sonra yerdə qalan pulu ona verməsini xahiş etmişdir. O, Xətai Əlizadənin təklifı ilə razılaşaraq xx.xx.2023-cü il tarixdə günorta saatlarında ünvan 4 ünvanında yerləşən “Beynəlxalq Bankm” Səbail rayon fılialmda öz adına 5250 manat məbləğində kredit götürmüş və həmin vəsaitdən Təqsirləndirilən şəxs üçün əvvələr götürdüyü kredit ödənişlərini bağladıqdan sonra yerdə qalan 3000 manat pul vəsaitini ünvan 4 ünvanmda yerləşən “Beynəlxalq Bankm” Səbail rayon fılialınm qarşısında Təqsirləndirilən şəxs idarə etdiyi qırmızı rəngli “Toyota Prius” markalı avtomobilin içində ona 3000 manat məbləğində pul vəsaitini Xətai Əlizadəyə borc olaraq təklikdə vermiş və bu barədə aralarmda hər hansı bir formada sənədləşdirmə aparılmamışdır. Həmin gün bankdan kredit götürdüyünə görə ona 300 manat məbləğində limiti olan tam kart da verilmişdir. Təqsirləndirilən şəxs həmin kartda olan 300 manat məbləğində pul vəsaitini də ondan borc olaraq ona verməsini xahiş etmiş və o, da həmin kartı Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs həmin kartın içində olan 300 manat məbləğində pul vəsaitini çıxarmışdır. Bundan başqa X6 Əlizadə 2023-cü ilin iyun ayınm ortalarmda onun istifadədəsində olan mobil telefon nömrəyə zəng edərək şəxsi problemlərinin olduğunu və yenidən ondan öz adına bankdan kreditə pul götürməsini xahiş etmişdir. O, Xətai Əlizadənin təklifı ilə razılaşaraq xx.xx.2023-cü il tarixdə günorta saatlarında ünvan 4 ünvanmda yerləşən “Beynəlxalq Bankın” Səbail rayon fılialmda öz adına 9200 manat məbləğində kreditə pul götürmüş və həmin vəsaitdən Təqsirləndirilən şəxs üçün əvvələr götürdüyü kredit ödənişlərini bağladıqdan sonra yerdə qalan 1500 manat pul vəsaitini Təqsirləndirilən şəxs “Beynəlxalq Bankın” Səbail rayon fılialınm qarşısmda borc olaraq təklikdə vermiş və bu barədə aralarında hər hansı bir formada sənədləşdirmə aparılmamışdır. Bundan başqa 2023-cü ilin iyun aymın sonlarmda günorta saatlarmda Xətai Əlizadə onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək xaricdən özünə gətirdiyi “Toyota carolla” markalı avtomobilə görə gömrük ödənişlərini ödəməsi üçün 2000 manat pul lazım olduğunu və yenidən onun üçün öz adma bankdan pul götürməsini xahiş etmişdir. Xətai Əlizadə xaricdən gətirdiyi avtomobili satdıqdan sonra güya onun da oradan xeyrinin olacağını ona bildirmişdir. O, da Xətai Əlizadənin təklifı ilə razılaşaraq 2023-cü ilin iyun ayının sonlarmda günorta saatlarında Təqsirləndirilən şəxs ilə birlikdə ünvan 4 ünvanmda yerləşən “Beynəlxalq Bankın” Səbail rayon fılialına getmişdir. Bankdan ona adına kreditin olduğunu və yenidən kredit verilməsinin mümkün olmadığını, lakin tam kart limitini artıra biləcəyini bildirmişlər. O, bankm əməkdaşma tam kartın limitimi artırmaq istədiyini bildirmişdir. Bundan sonra bank əməkdaşı onun tam kart limitimi 900 manat artırmışdır. O, Xətai Əlizadə ilə bankdan çıxdıqdan sonra “Beynəlxalq Bankm” Səbail rayon fılialmm qarşısmda olan bankomatdan Təqsirləndirilən şəxs onun adına olan tam kartını salaraq 900 manat məbləğində pul vəsaitini çıxarmışdır. Təqsirləndirilən şəxs onu aldadaraq əvvəlcə 5600 manat məbləğində pul vəsaitini, daha sonra isə 900 manat məbləğində pul vəsaitimi, ümumillikdə isə 6500 manat məbləğində pulumu dələduzluq yolu ilə ələ keçirmişdir. Xətai Əlizadə 7300 manat məbləğində pulunu isə ondan borc kimi almışdır. Təqsirləndirilən şəxs ondan dələduzluq yolu ilə ələ keçirmiş olduğu 6500 manat məbləğində pul vəsaitindən ona hər hansı bir məbləğdə pul vəsaitini geri qaytarmamışdır. Təqsirləndirilən şəxs ona qaytarmış olduğu 1400 manat məbləğində pul vəsaiti isə sonuncunun bankdan Təqsirləndirilən şəxs üçün öz adına götürdüyü kredit ödənişləri üçün verilmişdir. Təqsirləndirilən şəxs ona məxsus 6500 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirən vaxtı FHN-də çalışmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 Allahqulu oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onunla Səbail rayon X2 birlikdə işləmişdir. Təqsirləndirilən şəxs 2021ci ilin avqust ayının əwvələrində idarə etdiyi avtomobillə onu evə aparan zaman yolda söhbət edərkən ona şəxsi problemlərinin olduğuna görə 4500 manat məbləğində borca pul verməsini xahiş etmişdir. O, Təqsirləndirilən şəxs həmin məbləğdə pul vəsaitinin olmadığım bildirdikdə Xətai ona Beynəlxalq bankdan öz adma onun üçün kredit götürə biləcəyini təklif etmişdir. O, Təqsirləndirilən şəxs təklifı ilə razılaşmışdır. O, növbəti gün, yəni 10 avqust 2021-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs ilə birlikdə ünvan 4 ünvanmda yerləşən “Beynəlxalq Bankm” Səbail rayon fılialına gedərək Təqsirləndirilən şəxs üçün öz adına 4500 manat məbləğində kredit götürmüşdür. O, 4500 manat məbləğdə pul vəsaitini “Beynəlxalq Bankın” Səbail rayon fılialmın qarşısında Xətai Əli- zadənin idarə etdiyi “Toyota Prius” markalı avtomobilin içində ona vermişdir. Təqsirləndirilən şəxs FHNdə çalışdığı dövrdə həmin kredit borcuna hər ay ödənişlər etmişdir. O, 4500 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs borc olaraq təklikdə vermiş və barədə aralarmda hər hansı bir formada sənədləşdirmə aparılmamışdır. O, Təqsirləndirilən şəxs üçün 4500 manat məbləğində kredit götürdüyü gündən 2 həftə sonra sonuncu onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək yenidən şəxsi problemlərinin olduğuna görə ondan 2500 manat məbləğində borca pul verməsini xahiş etmişdir. O, Təqsirləndirilən şəxs həmin məbləğdə pul vəsaitinin olmadığını bildirdikdə Xətai ona Beynəlxalq bankdan öz adma onun üçün kredit götürməsini təklif etmişdir. O, Təqsirləndirilən şəxs təklifı ilə razılaşmışdır. O, növbəti gün yəni, 25 avqust 2021-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs ilə birlikdə ünvan 4 ünvanında yerləşən “Beynəlxalq Bankın5’ Səbail rayon fılialına gedərək Təqsirləndirilən şəxs üçün öz adma 1500 manat pulu kredit formasında, 1000 manatı isə tam kart olaraq kreditə götürmüşdür. O, 2500 manat məbləğində pul vəsaitini “Beynəlxalq Bankın” Səbail rayon filialının qarşısında Xətai Əli- zadənin idarə etdiyi “Toyota Prius” markalı avtomobilin içində ona vermişdir. Təqsirləndirilən şəxs FHN-də çalışdığı dövrdə hər ay həmin kredit borcu üçün ona ödənişlər etmişdir. O, 2500 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs borc olaraq təklikdə vermiş və barədə aralarında hər hansı bir formada sənədləşdirmə aparılmamışdır. Aralarında olan şifahi razılaşmaya əsasən Xətai aylıq ödəniş kimi nəzərdə tutulan 350 AZN pul məbləğini özünün ödəyəcəyini və 6 ay ərzində krediti bağlayacağını ona bildirmişdir. Təqsirləndirilən şəxs ilk 6 ay ərzində bank ödənişlərini ödəmişdir. O, 2023cü ilin fevral ayınm əvvələrində iş yerində Təqsirləndirilən şəxs ilə söhbət edən zaman sonuncu ona pulsuz olaraq onu işlədiyi FHN-nin Bakı şəhəri, Səbail rayon DYMH-dən Bakı şəhəri, Qaradağ rayonu DYMH-nə dəyişdirə biləcəyini bildirmişdir. O, həmin söhbətdən 10-15 gün keçdikdən sonra yəni, 2023-cü ilin fevral ayının sonlarında Təqsirləndirilən şəxs onun yerdəyişmə məsələsiyin nə yerdə olduğunu soruşduqda sonuncu ona 1400 manata həll edə biləcəyini bildirmişdir. O, da Təqsirləndirilən şəxs həmin pul vəsaitini kimə verəcəyini soruşduqda sonuncu ona həmin şəxsin yüksək vəzifədə çalışdığım demiş, lakin həmin şəxsin kim olduğunu, harada və hansı vəzifədə işlədiyini deməmişdir. O, Təqsirləndirilən şəxs ona vermiş olduğu vədə inanaraq 2023-cü ilin fevral ayınm sonlarında günorta saatlarmda 1400 manat məbləğində pul vəsaitini ünvan 4 ünvanmda yerləşən “Beynəlxalq Bankın” Səbail rayon filialının qarşısında vermişdir. Təqsirləndirilən şəxs ona tezliklə FHN-nin Bakı şəhəri, Səbail rayon DYMH-dən Bakı şəhəri, Qaradağ rayonu DYMH-nə yeriyi dəyişdiriləcəyini bildirmişdir. X7- zadə ona vermiş olduğu vədə əməl etməyərək onu aldadaraq ona məxsus 1400 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir. O, Xətai Əli- zadəyə 1400 manat məbləğində pul vəsaitini verərkən aralarmda hər hansı bir formada sənədləşdirmə aparılmamışdır. O, Təqsirləndirilən şəxs ilə 2023-cü ilin iyun aylarınm ortalarında iş yerində söhbət edən zaman sonuncu onf yeni televizor almaq istədiyini bildirmiş və buna görə 200 manat məbləğində pul vəsaitini ona borc olaraq verməsini xahiş etmişdir. O, 200 manat məbləğində pul vəsaitini Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsində yerləşən yeni köçmüş olduğu fərdi evinin qarşısında Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs ümumillikdə ondan 7200 manat məbləğində pul vəsaitimi borc olaraq almış və həmin puldan ona 3900 manat qaytarmışdır. Təqsirləndirilən şəxs 1400 manat məbləğində pul vəsaitini isə FHN-nin Bakı şəhəri, Səbail rayon DYMH-dən Bakı şəhəri, Qaradağ rayonu DYMH-nə yerinə dəyişdirmək adı ilə ondan aldadaraq dələduzluq yolu ilə ələ keçirmişdir. Təqsirləndirilən şəxs dələduzluq yolu ilə ondan ələ keçirdiyi 1400 manat məbləğində pul vəsaitindən ona hər hansı bir məbləğdə pul vəsaiti geri qaytarmamışdır. Təqsirləndirilən şəxs ondan borc kimi 7200 manat pulu alarkən və 1400 manat pulunu dələduzluq yolu ilə ələ keçirərkən FHN-nin əməkdaşı olmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs taksi fəaliyyəti ilə məşğul olan zaman tanımış və onların arasında faktiki olaraq sevgili münasibətləri olmuşdur. O, 2021-ci ilin may ayının əvvələrində xatırlamadığı ünvanda Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə olarkən söhbət zamanı sonuncu ona iş yerində ona təhkim edilmiş avtomobillə qəza törətdiyini və bu səbəbdən 800 manat məbləğində pul vəsaitini borc olaraq ona verməsini ondan xahiş etmişdir. O, Təqsirləndirilən şəxs təklifı ilə razılaşmış və həmin söhbətdən 2-3 gündən sonra 2021-ci ilin may ayınm əvvələrində günorta saatlarında Bakı şəhəri, “20 yanvar” metrostansiyasının yaxınlığmda yerləşən "xxxx" MMC- nin binasınm qarşısmda Təqsirləndirilən şəxs ilə görüşərək ona 800 manat məbləğində pul vəsaitini borc olaraq təklikdə vermiş və bu barədə aralarında hər hansı bir formada sənədləşdirmə aparılmamışdır. Təqsirləndirilən şəxs 800 manat məbləğində pul vəsaitini bir müddət keçdikdən sonra ona geri qaytarmışdır. Bundan başqa Təqsirləndirilən şəxs anasınm “astma” xəstəliyindən əziyyət çəkməsi və müalicəsi üçün pula ehtiyacının olduğuna görə ondan borca pul verməsini xahiş etmiş və o, 2021-ci ilin may aymdan 2021-ci ilin dekabr ayına qədər olan müddət ərzində hissə-hissə olmaqla Bakı şəhərinin müxtəlif ünvanlarında 1700 manat məbləğində pul vəsaitini borc olaraq Təqsirləndirilən şəxs vermiş və bu barədə aralarmda hər hansı bir formada sənədləşdirmə aparılmamışdır. Təqsirləndirilən şəxs bir müddət keçdikdən sonra 1700 manat məbləğində pul vəsaitini ona geri qaytarmışdır. Bundan başqa Təqsirləndirilən şəxs 2021-ci ilin noyabr ayınm əvvələrində özünə xaricdən avtomobil gətirməsi üçün ondan 5000 manat məbləğində pul vəsaitini ona borc olaraq verməsini xahiş etmişdir. Onun yaxm rəfıqəsi olan Şəhnaz İmanovada 5000 manat məbləğində pulu olduğundan o, 2021-ci ilin noyabr aymın əvvələrində Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək həmin 5000 manat məbləğində pul vəsaitini Şəhnaz İmanovadan yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 7-ci MR-da yerləşən yaşayış evinin qarşısından götürə biləcəyini bildirmişdir. 2021-ci ilin noyabr ayınm əvvələrində Təqsirləndirilən şəxs 5000 manat məbləğində pul vəsaitini rəfıqəsi Şəhnaz İmanovadan təklikdə almış və bu barədə aralarmda hər hansı bir formada sənədləşdirmə aparılmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs 2021-ci ilin dekabr ayınm əwələrində ondan şəxsi problemlərinin olması səbəbindən borc olaraq ona 2000 manat məbləğində pul vəsaitini verməyimi xahiş etmişdir. O, Təqsirləndirilən şəxs təklifı ilə razılaşaraq 2000 manat məbləğində pul vəsaitini 2021-ci ilin dekabr ayınm əwələrində günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “28 may” metro stansiyasının yaxmlığmda Təqsirləndirilən şəxs idarə etdiyi qırmızı rəngli “Toyota Prius” markalı avtomobilin içində borc olaraq ona təklikdə vermiş və bu barədə aralarında hər hansı bir formada sənədləşdirmə aparılmamışdır. Bundan başqa o, Təqsirləndirilən şəxs ilə 2023-cü ilin iyun ayının əvvələrində xatırlamadığı ünvanda onun idarə etdiyi “Toyota Prius” markalı avtomobilin içində söhbət edən zaman sonuncu əmisinin Dövlət Gömrük Komitəsində yüksək vəzifədə çalışdığmı və onun vasitəsi ilə ona xarici ölkədən 5000 manat qarşılığında “Mercedes Vito” markalı avtomobili 3 ay müddətində Azərbaycan Respublikasına gətirə biləcəyini bildirmişdir. O, ilk başda Təqsirləndirilən şəxs bu təklifmə şübhə ilə yanaşmış, buna səbəb olaraq “Mercedes Vito” markalı avtomobilin dəyərindən ucuz olması olmuşdur. Lakin sonradan Təqsirləndirilən şəxs ona qabaqcadan 5000 manat, daha sonra “Mercedes Vito” markalı avtomobili Azərbaycan Respublikasına gətirdikdən sonra müxtəlif turizm şirkətlərinə icarəyə verərək yerdə qalan pulunu ödəməyi təklif etmişdir. O, Təqsirləndirilən şəxs təklifı ilə razılaşaraq 2023-cü ilin iyun aylarınm əvvələrində günorta saatlarında yaşadığı ünvan 35 ünvanın qarşısında Xətaiyə 5000 manat məbləğində pul vəsaitini təklikdə vermiş və bu barədə aralarında hər hansı bir formada sənədləşdirmə aparılmamışdır. X7-zadə ona verdiyi vədə əməl etməyərək onu aldadaraq ona məxsus 5000 manat məbləğində pul vəsaitimi dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 2023-cü ilin iyul aylarmın əvvələrində “whatsapp” sosial şəbəkəsində ona yazaraq 5000 manata xaricdən ona gətirəcəyi “Mercedes Vito” markalı avtomobil üçün 2000 manat məbləğində pul vəsaitinin çatmadığım bildirmiş və Dövlət Gömrük Komitəsinin “Rəşad” adlı əməkdaşmm ona yazaraq 2000 manat məbləğində pul vəsatitinin çatızmadığını bildirən “whatsapp” yazışmasının ekran görüntüsünü ona göndərmişdir. O, Xətai Əli- zadəyə inanaraq onunla 2023-cü ilin iyul aylarmm əvvələrində günorta saatlarında Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti 10 ünvanı ilə Nigar Rəflbəyli küçəsi 16A-16F ünavnınm kəsişməsində yerləşən “MUM” ticarət mərkəzinin “Nigar Rəfıbəyli küçəsi 16A-16F ünvanma baxan hissəsində onun idarə etdiyi “Toyota Prius” markalı avtomobilin içində ona 2000 manat məbləğində pul vəsaitini təklikdə vermiş və bu barədə aralarında hər hansı bir formada sənədləşdirmə aparılmamışdır. X7-zadə ona verdiyi vədə əməl etməyərək onu aldadaraq ona məxsus 2000 manat məbləğində pul vəsaitini də dələduzluq yolu ilə ələ keçirmişdir. Ümumillikdə Təqsirləndirilən şəxs ona məxsus 7000 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmiş, 9500 manat məbləğində olan pul vəsaitimi isə borc olaraq ondan almışdır. Xətai Əli- zadə ondan borc olaraq götürdüyü 800 manat və 1700 manat məbləğində pul vəsaitlərini geri qaytarmışdır. Bundan əlavə olaraq Təqsirləndirilən şəxs ona 4200 manat məbləğində pul vəsaiti geri qaytarmışdır. Təqsirləndirilən şəxs ona ümumillikdə 6700 manat məbləğində pul vəsatini geri qaytarmışdır. Təqsirləndirilən şəxs ona qarşı dələduzluq etməmişdən öncə 9500 manat məbləğində pul vəsaitini ondan borc olaraq almış və ona ödəmiş olduğu 6700 manat məbləğində pul vəsaiti Xətai Əli- zadənin ona borcu olduğu hissəsidir. Təqsirləndirilən şəxs dələduzluq yolu ilə ələ keçirdiyi 7000 manat məbləğində pul vəsaitindən hər hansı bir məbləğdə pul vəsaitini ona geri qaytarmamışdır. Təqsirləndirilən şəxs ondan ümumilikdə 9500 manat məbləğində pul vəsaitini borc kimi alan vaxtı və ona məxsus ümumilikdə 7000 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirən vaxtı FHN-nin əməkdaşı olmuşdur. İş materiallarında olan 22 avqust 2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, fakta görə Azərbaycan Respublikası CMnin 177.2.2-ci və 178.2.4-cü maddələr ilə cinayət işi başlanaraq icraata qəbul edilmişdir. İş materiallarında olan 14 yanvar 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokolundan görünür ki, hadisə yeri ünvan 38 ünvanına baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan 23 avqust 2023-cü il tarixli zərərçəkmiş şəxs kimi tanınma haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs3 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 24 avqust 2023-cü il tarixli zərərçəkmiş şəxs kimi tanınma haqqında qərarından görünür ki, X4 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 25 avqust 2023-cü il tarixli zərərçəkmiş şəxs kimi tanınma haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs1 Nadır qızı iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 28 avqust 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, onlar istintaq zamanı verdikləri ifadələri üzləşdirmə zamanı biri-birinin üzünə qarşı bildirməklə ilkin ifadələrini bir daha təsdiq etmişlər. İş materiallarında olan 28 avqust 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, zərərçəkmiş şəxs X4 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, onlar istintaq zamanı verdikləri ifadələri üzləşdirmə zamanı biri-birinin üzünə qarşı bildirməklə ilkin ifadələrini bir daha təsdiq etmişlər. İş materiallarında olan 28 avqust 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 Nadır qızı ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, onlar istintaq zamanı verdikləri ifadələri üzləşdirmə zamanı biri-birinin üzünə qarşı bildirməklə ilkin ifadələrini bir daha təsdiq etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 06 sentyabr 2023-cü il tarixli tələbnaməsindən görünür ki, şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan 12 oktyabr 2023-cü il tarixli, 59 saylı MKİS-nin tərəfindən təqdim olunan xasiyyətnamədsindən görünür ki, Təqsirləndirilən şəxs haqqında nümayəndəliyə yazılı və ya şifahi heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan 12 oktyabr 2023-cü il tarixli sübutlarının qitmətləndirilməsi haqqında qərarından görünür ki, cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs3 tərəfındən təqdim edilmiş Təqsirləndirilən şəxs tərəfindən ona “whatsapp” mobil tətbiqi vasitəsi ilə göndərilmiş səs yazısını özündə əks etdirən 01 ədəd CD disk və Zərərçəkmiş şəxs2 tərəfində təqdim edilmiş Təqsirləndirilən şəxs ilə olan danışıqlarının qeydə alındığı səs yazısını özündə əks etdirən 01 ədəd CD disk maddi sübut kimi tanınmışdır. İş materiallarında olan 27 oktyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs 27 oktyabr 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan 27 oktyabr 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə qetməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 27 fevral 2024-cü il tarixli Zərərçəkmiş şəxs3 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyan tam ödəmişdir, aralarında barışıq əldə olunmuşdur, heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan 05 mart 2024-cü il tarixli Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər tam ödənildiyindən onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd). Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun ifadəsilə, zərərçəkmiş şəxslərin ifadələrilə, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından onlara cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, törətdiyi əməlindən peşman olmasını, vurulmuş ziyanın qismən ödənilməsini yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü nin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını mümkün hesab edir. Hazırki halda təqsirləndirlən şəxs Təqsirləndirilən şəxsa azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunması cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 39 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə məhkəmə xərci yoxdur. Məhkəmə, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək ona 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 39 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə olan maddi sübut olan - 02 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə məhkəmə xərci yoxdur. Bakı şəhəri 12 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 276 (iki yüz yetmiş altı) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından tutularaq Bakı şəhəri 12 saylı vəkil Bürosunun ("xxxx" QSC-nin Səbail rayon filialı, kod 504960, müxbir hesabı AZ37 NABZ ********************4, SWİFT ACABAZ 22, Hesab AZ 20 ACAB ********************, VÖEN**********) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-67/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-67/2024
03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver