Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-67/2025 24.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi5, Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkilləri X1, Müdafiəçi1, Müdafiəçi2, Müdafiəçi4, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxx 2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, işləməyən, əvəllər məhkum olunmamış, subay, orta təhsilli, Laçın rayonu, Bülüldüz kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi, döngə 4-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 221.3-cü maddələri ilə xx xxxxx 1999-cu il tarixdə Sabirabad rayonun Qulaqayın kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmuş, Füzuli rayonu, Dövlətyarlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Nizami rayonu, 14 saylı Peşə məktəbinin yataqxanasında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 221.3-cü maddələri ilə xx xxxxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, işləməyən, əvəllər məhkum olunmuş, subay, orta təhsilli, Füzuli rayonu, Seyid Mahmudlu kəndində qeydiyyatda olan, Bakı şəhəri, Səbail rayonu, A.İsmayılov küçəsi, ev 48-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə 24 iyul 2025-ci il tarixdə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs3, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silahdan istifadə etməklə şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmiş, habelə qanunsuz olaraq soyuq silahı əldə edib üzərində gəzdirmişdir. Belə ki, o, tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə 02 avqust 2024-ci il tarixdə, gecə saat 02 radələrində ünvan 1 ünvanında yerləşən “Ultra Baku” gecə klubuna əylənmək üçün gəlmiş, gecə klubuna daxil olmaq istəyərkən, klubun giriş hissəsində dayanmış mühafizəçi Zərərçəkmiş şəxs giriş üçün depozit pul ödəmələrinə dair haqlı tələbinə məhəl qoymayaraq, bunu cüzi səbəb kimi bəhanə edib, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la bir qrup şəxs halında birləşib, əsassız mübahisə yaradaraq öz şəxsiyyətini ictimai qaydaya qarşı və cəmiyyətin fövqündə qoymaqla, ictimai yerdə, kafedə olan digər müştərilərin də narahatçılığına, habelə həmin kafenin normal iş fəaliyyətinin pozulmasına səbəb olan, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarını yəni, ictimai qaydanı kobud surətdə pozan, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinatsızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş ümumdavranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə yəni, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə əvvəlcə Təqsirləndirilən şəxs2 həmin kafedə mühafizəçi işləyən Zərərçəkmiş şəxs fiziki zor tətbiq edəcəyi ilə hədələmiş, daha sonra o, qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi soyuq silah hesab edilmiş zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi təyinatı ov bicağı ilə Zərərçəkmiş şəxs qəsdən sağ bazu və döş nahiyyələrindən vuraraq, sol bazunun ön səthində 1 (bir) ədəd geniş ölçülü deşilmişkəsilmiş, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, döş qəfəsinin sol yarısının ön səthindəki kiçik ölçülü deşilmişkəsilmiş, sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, habelə, onlarla həmrəylik nümayiş etdirən Təqsirləndirilən şəxs1 qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi soyuq silah hesab edilmiş zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi təyinatı ov bicağı ilə Zərərçəkmiş şəxs hücum edərək xəsarət yetirməsə də, istifadə etdiyi həmin bıçaqla sonuncunun həyat və sağlamlığı ilə bağlı real təhlükə yaratmış, bunula da o, həmin hərəkətləri ilə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silahdan istifadə etməklə şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmiş, habelə qanunsuz olaraq soyuq silahı əldə edib üzərində gəzdirmişdir. Təqsirləndirilən şəxs1, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silahdan istifadə etməklə şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmiş, habelə qanunsuz olaraq soyuq silahı əldə edib üzərində gəzdirmişdir. Belə ki, o, tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə 02 avqust 2024-ci il tarixdə, gecə saat 02 radələrində ünvan 1 ünvanında yerləşən “Ultra Baku” gecə klubuna əylənmək üçün gəlmiş, gecə klubuna daxil olmaq istəyərkən, klubun giriş hissəsində dayanmış mühafizəçi Zərərçəkmiş şəxs giriş üçün depozit pul ödəmələrinə dair haqlı tələbinə məhəl qoymayaraq, bunu cüzi səbəb kimi bəhanə edib, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la bir qrup şəxs halında birləşib, əsassız mübahisə yaradaraq öz şəxsiyyətini ictimai qaydaya qarşı və cəmiyyətin fövqündə qoymaqla, ictimai yerdə, kafedə olan digər müştərilərin də narahatçılığına, habelə həmin kafenin normal iş fəaliyyətinin pozulmasına səbəb olan, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarını yəni, ictimai qaydanı kobud surətdə pozan, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinatsızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş ümumdavranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə yəni, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə əvvəlcə Təqsirləndirilən şəxs2 həmin kafedə mühafizəçi işləyən Zərərçəkmiş şəxs fiziki zor tətbiq edəcəyi ilə hədələmiş, daha sonra Təqsirləndirilən şəxs3 qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi soyuq silah hesab edilmiş zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi təyinatı ov bicağı ilə Zərərçəkmiş şəxs qəsdən sağ bazu və döş nahiyyələrindən vuraraq, sol bazunun ön səthində 1 (bir) ədəd geniş ölçülü deşilmiş-kəsilmiş, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, döş qəfəsinin sol yarısının ön səthindəki kiçik ölçülü deşilmiş-kəsilmiş, sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, habelə, o, bir qrup şəxs halında birləşdiyi tanışları ilə həmrəylik nümayiş etirərək qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi soyuq silah hesab edilmiş zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi təyinatı ov bicağı ilə Zərərçəkmiş şəxs hücum edərək xəsarət yetirməsə də, istifadə etdiyi həmin bıçaqla sonuncunun həyat və sağlamlığı ilə bağlı real təhlükə yaradıb, həmin hərəkətləri ilə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silahdan istifadə etməklə şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmiş, habelə qanunsuz olaraq soyuq silahı əldə edib üzərində gəzdirmişdir. Təqsirləndirilən şəxs2, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, o, tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə 02 avqust 2024-ci il tarixdə, gecə saat 02 radələrində ünvan 1 ünvanında yerləşən “Ultra Baku” gecə klubuna əylənmək üçün gəlmiş, gecə klubuna daxil olmaq istəyərkən, klubun giriş hissəsində dayanmış mühafizəçi Zərərçəkmiş şəxs giriş üçün depozit pul ödəmələrinə dair haqlı tələbinə məhəl qoymayaraq, bunu cüzi səbəb kimi bəhanə edib, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3la bir qrup şəxs halında birləşib, əsassız mübahisə yaradaraq öz şəxsiyyətini ictimai qaydaya qarşı və cəmiyyətin fövqündə qoymaqla, ictimai yerdə, kafedə olan digər müştərilərin də narahatçılığına, habelə həmin kafenin normal iş fəaliyyətinin pozulmasına səbəb olan, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarını yəni, ictimai qaydanı kobud surətdə pozan, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinatsızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş ümumdavranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə yəni, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə əvvəlcə o, həmin kafedə mühafizəçi işləyən Zərərçəkmiş şəxs fiziki zor tətbiq edəcəyi ilə hədələmiş, daha sonra o, Təqsirləndirilən şəxs3 qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi soyuq silah hesab edilmiş zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi təyinatı ov bicağı ilə Zərərçəkmiş şəxs qəsdən sağ bazu və döş nahiyyələrindən vuraraq, sol bazunun ön səthində 1 (bir) ədəd geniş ölçülü deşilmiş-kəsilmiş, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, döş qəfəsinin sol yarısının ön səthindəki kiçik ölçülü deşilmiş-kəsilmiş, sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, habelə, onlarla həmrəylik nümayiş etdirən Təqsirləndirilən şəxs1 qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi soyuq silah hesab edilmiş zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi təyinatı ov bicağı ilə Zərərçəkmiş şəxs hücum edərək xəsarət yetirməsə də, istifadə etdiyi həmin bıçaqla sonuncunun həyat və sağlamlığı ilə bağlı real təhlükə yaratmış, bunula da o, həmin hərəkətləri ilə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdirdir ki, o, Laçın rayonu, Bülüldüz kəndində qeydiyyatda olsa da, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi, döngə 4-də yaşayır, heç bir yerdə işləmir, əvvəllər məhkum olmamışdır. Sənan Məmisovu o, təxminən iki il olar ki, tanıyır normal münasibəti olmuş, mütəmadi bir yerdə oturub-durmuşlar. Belə ki, 02 avqust 2024-cü il tarixdə, gecə saat 01 radələrində o, yaşadığı evin həyətində olduğu zaman tanışı Sənan zəng edərək, Bakı şəhərinin “Torqovıy” adlanan əraziyə çağıraraq, orada birlikdə əylənməyi təklif etmişdir. O, da razılaşaraq taksi ilə Sənanın dediyi “Torqovıy” adlanan ərazisiyə, “Ultra Baku” gecə klubunun qarşısına gəlmişdir. Orada Sənanla və yanında orada ilk dəfə gördüyü Oruc adlı həmyaşıd oğlanı görüb tanış olmuşdur. Sənan Orucun özlərini qonaq edəcəyini ona demiş, həmin vaxt 02 avqust 2024-cü il tarixi, gecə saat 02 radələri olmuşdur. Sonra Oruc qabağa düşüb həmin klubun yerləşdiyi yaşayış binanın zirzəmisinə pilləkənlərlə düşmüş, o, Sənana arxasınca getmiş, barın girişdə Orucu mühafizəçi qarşılamış və kluba daxil olmaq üçün depozit istəmiş, Oruc mühafizəçiyə şifarişi yerində tam ödəyəcəyini bildirərək depozit verməkdən imtina etmiş, mühafizəçi yenə razılaşmamış, eyni zaman da həmin vaxt kluba heç bir maneyə olmadan depozitsiz xarici yəni ərəblərə oxşar şəxslərin girməsini görmüşlər. Buna görə Oruc mühafizəçi ilə mübahisə edərək içəri daxil olmağa cəhd edərkən, Orucu kimsə qəflətən qarnından təpiklə vurmuş, Oruc arxası ilə geriyə gedib yerə yıxılmışdır. Həmin vaxt o, özünü müdafiə etmək məqsədi ilə əynindəki şalvarının bel hissəsində gəzdirdiyi açılıb-qatlanan bıçağı çıxarıb onlara hücum çəkən barın işçilərinə tərəf tutaraq hücumun qarşısını almağı çalışmış, lakin əlində olan bıçaq təsədüfən sonradan şəxsiyyəti ona məlum olan barın mühafizəçisi Zərərçəkmiş şəxs dəymişdir. Bundan sonra o, yerdə uzanmış Orucu qaldırıb oranı tələsik tərk etməyə başlamış, çünki oraya klubun digər işçiləri və kulubun içərisində olan tanımadığı şəxslər bayıra çıxmağa başlamışlar. O, Oruc və Sənan barın pilləkənlərindən qalxdıqdan sonra oradan iti adımlarla uzaqlaşmışlar. Həmin vaxt hava qaranlıq və ətrafda tanımadıqları adamlar olımuşlar. O, Sənan və Orucla birlikdə gecə klubundan xeyli aralandıqda, o, əlindəki cib bıçağının qan içində olmasını görmüş, yanında olan Sənan və Oruc soruşduqda o, dava zamanı mühafizəçinin qoluna həmin bıçağın dəydiyini bildirmişdir. Sonra Oruc kiməsə zəng edib taksi çağırmış, həmin taksi gəldikdə o, tanışları ilə birlikdə avtomobilə əyləşdikdə, taksi sürücüsü Orucun tanışı adı Məhərrəm olmasını bilmişdir. Sonra o, internet üzərindən Xətai rayonu, UPD qəsəbəsi ərazisində yerləşən gündəlik kirayə verilən evi karta 40 manat ödəməklə kirayə tutmuş, birlikdə həmin evə gəldikdə, evdə heç kəs olmamış, gecəni o, Oruc, Sənan və Məhərrəm həmin həyət evində gecələmişlər. Səhər açıldıqda oraya polis əməkdaşları gəlib ona və orada olan digər şəxslərə şiddət göstərərək Səbail RPİ-nin 9-cu PB-nə aparmışlar. Eyni zamanda hadisə zamanı onun üzərində olan bir ədəd bıçağı polis əməkdaşları protokolla götürmüşlər. Onun üzərində olan bıçaq adi cib bıçağı olmuş, həmin bıçağı o, bazardan özü üçün alaraq üzərində gəzdirmişdir. Mühafizəçiyə bıçağın dəyməsinə görə səmimi peşmandır. Həmin mübahisə və dava 3 – 4 dəqiqə davam etməsini, o, tanışları ilə oranı dərhal tərk etməsini, həmin hadisə zamanı o, heç bir xəsarət almamasını, mühafizəçi Orucu təpiklə vursa da Oruc gözlə görünən xəsarət almamasını, gecə barda Sənanı kiminsə vurmasını və ya Sənanın kimisə vurmasını o, görməməsini, orada o, yalnız mühafizəçi Zərərçəkmiş şəxs sol qolunun kəsilməsini görməsini, başqa xəsarət alan olmamasını, gecə klubunda baş vermiş mübahisə zamanı heç kimin nalayiq ifadələrinin işlədilmədiyini göstərmişdir. Təqsirləndirilən şəxs3, son sözündə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilmədiyini və yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə özünü təqsirli bilməsini, ibtidai istintaq zamanı təzyiqlərə məruz qalmasını, eyni zamanda “Ultra Baku” adlanan gecə klubunda hər hansı şəxsə xəsarət yetirmək niyyətində olmadığını, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ona qarşı heç bir şikayətinin olmamasını və zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, habelə gəncliyini və ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini bildirərək barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdirdir ki, o, Füzuli rayonu, Dövlətyarlı kəndində qeydiyyatda olsa da, faktiki olaraq Bakı şəhəri, Nizami rayonu, 14 saylı Peşə Məktəbin yataqxanasında məskünlaşmış, heç bir yerdə işləmir, əvvəllər 02 avqust 2021ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 01 il 10 ay müddətinə həbs cəzasına məhkum olunmuş, 09 iyun 2023-cü il tarixdə cəzanı çəkib qurtararaq azadlığa buraxılmış, həmin vaxtdan sonra heç bir cinayət əməli törətməmişdir. O, dostları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təxminən 2 il olar ki, tanıyır, yaxın münasibətləri var, bir yerdə oturub-dururlar. Təqsirləndirilən şəxs3 ailəsi ilə birlikdə Bakı şəhəri, Sabunçu qəsəbəsində, Təqsirləndirilən şəxs2 isə Səbail rayonu, Bayıl qəsəbəsində yaşayır, Tural və Oruc heç bir yerdə işləmirlər. 01 avqust 2024-cü il tarixdə axşam saat 23 radələrində o, tanışı Orucun dəvəti ilə Qaradağ rayonu, Lökbatan yol dairəsi yaxınlığında yerləşən kafelərin birinə pivə işməyə getmiş, orada o, tanışı Orucla və Orucun tanışı Məhərrəm oturub bir neçə saat söhbət edib əylənmiş, o, və Oruc bir neçə saat ərzində təxminən 3 – 4 bokal pivə içmiş, Məhərrəm avtomobil idarə etdiyi üçün pivə içməmişdir. Sonra 02 avqust 2024-cü il tarixinə keçən gecə, birlikdə Bakı şəhərin mərkəzi hissəsəsində yerləşən barların birinə gedib əylənməyi davam etməyə razılaşmışlar. Oruc Səbail rayonu “Torqovıy” adlanan ərazidə “Ultra Baku” adlanan gecə klubunda bir neçə dəfə olmasını, yaxşı xidmət edildiyini demişdir. Sonra Məhərrəm idarə etdiyi avtomobilə onu və Orucu Səbail rayonu, "Torqovıy” adlanan ərazisində yerləşən həmin bara gecə saat 02 radələrində gətirib düşürmüş və müəyyən vaxtlıq işi olmasını, sonra onlara qoşulacağını deyib çıxıb getmişdir. Onun dəvəti ilə oraya dostu Tural gələrək “Ultra Baku” gecə klubun qarşısında görüşmüş, sonra birlikdə kluba daxil olmaq üçün binanın zirzəmisində yerləşən girişinə yaxınlaşdıqda, klubun mühafizəçi onları içəri buraxmamış, səbəbini isə ya rezervasiya olmasını və ya depozit pul ödəməli olmalarını demişdir. Bu səbəbdən Orucla mühafizəçinin arasında mübahisə yaranmış, bu zaman Orucu kimsə təpiklə vurduqda sonuncu yerə yıxıldı. Şəxsiyyəti sonradan ona məlum olan mühafizəçi Əliyev X10 üzərinə getdikdə o, arxadan tutub geri çəkmiş, bu zaman barın başqa işçiləri bayıra çıxmış və ara qarışmış, həmin şəxslər üstlərinə hucum çəkməsinlər deyə o, şalvarının bel hissəsində gəzdirdiyi suvenir kimi olan düz qatlanmayan bıçağı əlinə alıb qarşısında tutmuşdur. Həmin mübahisə 2 – 3 dəqiqə davam etmiş və ara sakitləşdikdə, o, geri çəkilib və bıçağı qatlayıb cibinə qoymuş, sonradan Oruca qalxmağa kömək edərək Oruc və Turalla pilləkənlə qalxıb oradan uzaqlaşarkən, Turalın hansısa xatırlamadığı bir əli qan içində olmasını və əlində açılıb-qatlanan bıçağın olmasını görmüşdür. Sonra o, və Oruc Turalın əlindəki qan barədə soruşarkən, sonuncu əlindəki bıçağın mühafizəçinin qoluna dəyib kəsməsini bildirmişdir. O, hadisə vaxtı Turalın mühafizəçini vurmasını görməməsini, həmin mübahisə zamanı o, bıçaq çıxarsa da, həmin bıçaqla, əllə və ya təpiklə heç kəsi vurmamasını və ya xəsarət yetirməməsini, həmçinin o, orada olan şəxslərə hər hansı bir alətlə, əllə və ya təpiklə vurmamasını, həmin vaxt o, heç bir xəsarət almamasını, sonra oraya Orucun tanışı Məhərrəm avtomobili ilə gəlib Xətai rayonu, UPD qəsəbəsi ərazisində yerləşən, evdə sahibi olmayan həyət evinə aparmasını, gecəni həmin evdə o, Oruc, Tural və Məhərrəm gecələmələrini, səhər açmıldıqda oraya polis əməkdaşları gəlib onlara şiddət göstərib Səbail RPİ-nin 9-cu PB-nə gətirməsini, orada onun üzərində olan bir ədəd bıçağı, həmçinin Turalın üzərində olmuş bıçaqı polis əməkdaşları protokolla götürməsini, gecə klubunda baş vermiş mübahisə zamanı heç kimin nalayiq ifadələrinin işlədilmədiyini göstərmişdir. Təqsirləndirilən şəxs1, son sözündə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilmədiyini və yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə özünü təqsirli bilməsini, ibtidai istintaq zamanı təzyiqlərə məruz qalmasını, eyni zamanda “Ultra Baku” adlanan gecə klubunda hər hansı şəxsə xəsarət yetirmədiyini, hər hansı şəxsin ona qarşı heç bir şikayətinin olmamasını, zərər çəkmiş şəxsin onlardan şikayətçi olmamasını və barışmasını, habelə gənc olmasını bildirərək barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdirdir ki, o, valideyinləri ilə birlikdə Füzuli rayonu, Seyid Mahmudlu kəndində qeydiyyatda olsa da, faktiki olaraq Bakı şəhəri, Səbail rayonu, A.İsmayılov küçəsi, ev 48-də yaşayır, heç bir yerdə işləmir, əvvəllər 2021-ci il tarixdə Səbail Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, 2022-ci ilin təxminən ortalarında cəzasını çəkib qurtarmış, həmin vaxtdan sonra heç bir cinayət əməli törətməmişdir. Sənan Məmişovu o, təxminən 5 – 6 ay olar ki, tanıyır, sonuncu məhkum olunmuş qardaşı Süphanla birlikdə həbsdə olmuşdur. O, hərdən Sənanla əlaqə saxlayıb görüşərək vaxtlarını keçirmişlər. Belə ki, 01 avqust 2024-cü il tarixdə axşam saat 23 radələrində, o, tanışı Sənana zəng edib onu pivə içməyə dəvət etmiş, eyni zamanda Sənan 8ci km qəsəbəsində yaşadığından, o, qonşusu və öz avtomobili ilə taksilik fəaliyyəti ilə məşğul olan Məhərrəmdən xahiş etmiş ki, Sənanı onun yanına gətirsin. O, Qaradağ rayonu, Lökbatan yol dairəsi yaxınlığında yerləşən kafelərin birinə getmiş, Məhərrəm də Sənanı həmin kafəyə gətirib düşürüb çıxıb getmişdir. O, Sənanla oturub bir neçə saat pivə içmiş, sonra isə şəhərə gecə klublarının birinə, əvvəllər bir neçə dəfə olduğu Səbail rayonu “Torqovıy” adlanan ərazisində yerləşən “Ultra Baku” gecə klubunda getməyi təklif edib razılaşmışlar. Sonra o, qonşusu Məhərrəmə zəng edib oraya çağırmış, sonuncu avtomobili ilə onu və Sənanı Səbail rayonu “Torqovıy” adlanan ərazidə düşürüb çıxıb getmişdir. Eyni zamanda Sənan gecə klubuna birlikdə getmək üçün tanışı Turala da zəng edib oraya dəvət etmiş, Turalı o, əvvəllər tanımamışdır. O, Sənan və Tural “Ultra Baku” gecə klubunun qarşısında görüşmüş, bu vaxt 02 avqust 2024-cü il tarixdə, gecə saat 02 – 03 radələri olmuşdur. Həmin vaxt o, qabaqda Sənan və Tural arxasınca gecə klubuna, həmin klubun yerləşdiyi yaşayış binanın zirzəmisinə düşmüş, girişdə onu mühafizəçi qarşılamış və kluba daxil olmaq üçün 30 manat depozit istəmiş, o, mühafizəçiyə şifarişi yerində tam ödəyəcəyini bildirərək depozit verməkdən imtina etmiş, eyni zamanda o, kluba heç bir maneyə olmadan depozitsiz xarici, yəni ərəblərə oxşar şəxslərin girməsini görmüş və bu hal ona pis təsir etmişdir. Bu səbəbdən o, mühafizəçi ilə mübahisə edərək içəri daxil olmağa cəhd edərkən, ona klubun işçilərindən biri gözləmədiyi halda təpik vurmuş və o, arxası ilə yerə yıxılmış, bu zaman ara qarışmışdır. Həmin qarışıqlığa Sənanla Tural da girmiş, qarışıqlıq təxminən 5 – 6 dəqiqə davam etmiş, sonra o, Tural və Sənan oradan çıxıb qaçaraq uzaqlaşmışlar. Klubundan uzaqlaşdıqda və işıqlı bir yerə çatdıqda, Turalın hansısa bir xatırlamadığı əlində açılıb-qatlanan bıçağın olmasını və həmin əlini qan içində olmasını görmüşdür. O, və Sənan Turaldan əlindəki qan barədə soruşarkən, sonuncu əlindəki bıçağın klubun mühafizəçisinin qoluna dəyib kəsməsini bildirmişdir. O, Turalın mühafizəçini vurmasını görməməsini, həmçinin Turalı və Sənanı mühafizəçinin vurulmasını görməməsini, həmin dava zamanı ona klubun işçilərdən biri təpiklə qarşıdan qarın nahiyyəsinə vursa da, o, heç bir xəsarət almamasını, heç kimi vurmamasını, gecə klubunda mübahisənin və dava 5 – 6 dəqiqə davam etməsini, o, Sənan və Tural həmin bardan uzaqlaşdıqdan sonra zəng edib yenə tanışı Məhərrəmi avtomobili ilə oraya çağırmasını və birlikdə Xətai rayonu, UPD qəsəbəsi ərazisində yerləşən gündəlik kirayə verilən həyət evini Tural tutmasını, həmin evdə gecəni o, Sənan, Tural və Məhərrəm birlikdə gecələmələrini, səhər açıldıqda oraya polis əməkdaşları gəlib onlara şiddət göstərib Səbail RPİ-nin 9-cu PB-nə aparmalarını göstərmişdir. Təqsirləndirilən şəxs2 son sözündə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilmədiyini, heç kimi söymədiyini və vurmadığını bildirib barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.Qardaşxan küçəsində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, ailəsini dolandırmaq üçün 2024-cü ilin təxminən aprel ayından Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 48 ünvanda yerləşən “Ultra Baku” gecə klubunda mühafizəçi olaraq işləyir. Həmin gecə klubu hər gün axşam saat 22 radələrindən səhər saat 05 radələrinə kimi işləyir. Həmin gecə klubunu icarə əsasında Tərlan adlı şəxs işlədərək ona gündəlik pulunu ödəyir. Həmin gecə klubunda ondan başqa Tural və Orxan adlı şəxslər mühafizəçi kimi eyni şərtlərlə işləyirlər. O, və Tural klubun girişində dayanır, Orxan isə klubun salonuna nəzarət edir. Həmin gecə klubu dördmərtəbəli yaşayış binasının zirzəmisində yerləşir. O, və Tural klubun girişində dayanıb içəriyə daxil olan şəxslərin, yəni yetkinlik yaşına çatmış olan şəxslər olmasına, səliqəli və problemsiz şəkildə içəriyə daxil olmasını, eyni zamanda müştərilərə kluba daxil olarkən kassaya ilkin olaraq adam başı 30 manat miqdarında depozit ödəməsini təmin edir, həmin depozit müştəri gedərkən verdiyi sifarişinə çıxılır, artıq qalan pul isə müştərinin özünə qaytarılır. Müştərilər tərəfindən depozit kassaya ödənilir. Klubda mühafizəçilərdən başqa bir nəfər kassir, 3 – 4 nəfər ofisiant, 2 nəfər barmen işləyir, həmin işçilərdində iş rejimi mühafizəçilərin iş rejimi ilə eynidir. Klubun ümumi iş rejiminə Tərlan özü nəzarət edərək idarə edir. Belə ki, 01 avqust 2024-cü il tarixdə axşam saat 22 radələrində həmişə olduğu kimi “Ultra Baku” gecə klubunda işə başlamış, o, digər mühafizəçi Turalla birlikdə klubun girişində dayanıb kluba gələn müştərilərin içəriyə daxil olmasını təmin etmişdir. 02 avqust 2024-cü il tarixdə, qapıda mühafizəçi Tural dayandığı zaman o, kənarda dayanmış, bu zaman görmüşdür ki, bir nəfər cavan oğlan yanında dayanmış bir neçə tanışı ilə Turalla mübahisə edirlər. O, yaşca ağsaqqal olduğu üçün nə baş verdiyini öyrənib aranı sakitləşdirmək üçün yaxınlaşmış, nə baş verməsini iş yoldaşı Turaldan soruşarkən, həmin şəxslər kluba depozit vermədən daxil olmaq istədiklərini bildirmiş, buna imkan vermədiyinə görə mübahisə yaranmışdır. Eyni zamanda o, Turalla mübahisə edən Orucun və yanında dayanan 2 nəfər cavan oğlanların içkili olmaları hiss olunurdu. O, həmin şəxslərə kluba daxil olarkən depozit verilməsi klubun sahibi tərəfindən müəyyən edildiyini, mühafizəçiyə aid olmadığını, həmin qaydaya riayət etmələrini bildirdikdə, qabaqda dayanmış ağ köynəkli sonradan adı Oruc olmasını bildiyi cavan oğlan içəriyə daxil olmağa cəhd etməklə, Turala müdiriyyəti oraya çağırmasını tələb etmişdir. Bundan sonra kimsə təpiklə Orucun qarın nahiyyəsindən vurmuş və Oruc aldığı zərbədən geri çəkilərək pilləkənin üstünə yıxılmışdır. O, araya girib məsələni sakit həll edilməsi üçün aşağı əyilib Orucu qaldırmağa cəhd edərkən digər iki nəfər, biri qara rəngli köynəkli digəri isə alabəzək köynəkli cavan oğlanlar bellərindən uzun tiyəli bıçaqlar çıxarıb onun və Turalın üzərinə gəlməyə başlayaraq, əllərindəki bıçaqları onlara tərəf hərrəmişlər. O, yaşda böyük olduğundan, Turaldan önə cavanların qarşısına çıxaraq bir daha sakit olmalarını xahiş edib, əllərini önə uzadaraq bıçaqları yığışdırmalarını xahiş etmişdir. Bu zaman klubun girişi alaqaranlıq, klublara xas olan mavi alatoran işıqlarla işıqlanmışdır. Buna baxmayaraq həmin şəxslərdən iki nəfərin əlində böyük tiyəli bıçaqlar olması görmüş və qarşıda dayanıb həmin şəxsləri sakitləşdirməyə çalışarkən, sol tərəfində dayanan alabəzək köynək geyinmiş, sonradan polis, bölməsində adı Tural olduğu bildiyi şəxsin əlindəki bıçaq ehtiyyatsızlıqdan onun sol qoluna dəymiş və sol qolunun dirsəkdən yuxarı, çiyninə yaxın hissədən kəsmişdir. Bunu görən həmin cavan oğlanlar tələsik oranı tərk etmişlər. Sonra orada olan iş yoldaşları ona tibbi yardım göstərərək xəstəxanaya aparmışlar. Həmin hadisə zamanı ona yalnız sonradan adı Tural olmasını bildiyi şəxsin əlindəki bıçaqdan xəsarət almış, onu başqa vuranın və ya xəsarət yetirənin olmamasını, həmin hadisə 4 – 5 dəqiqə davam etməsini və o, heç bir kəsə zərbə vurmamasını, xəsarət yetirməməsini, hadisə zamanı Tural və Orucla gəlmiş digər üçüncü şəxs bıçaq çıxardıb nümayiş etdirməsini, heç kəsi vurmamasını və ya xəsarət yetirməməsini, hadisə zamanı Oruc mühafizəçi Turalı itəliyərək zorla klubun salonuna daxil olmaq işlətdiyinə görə kimsə təpiklə Orucun qarın nahiyyəsindən vurub bayıra itələməsini, həmin vaxt Orucun xəsarət alıb-almamasını, həmin an Oruc mühafizəçi Turala sillə vurub-vurmamasını, həmçinin mühafizəçi Turalı kimisə vurmasını görməməsini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizəsi ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslərlə barışıq əldə etdiyi və onlara qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, 2024-cü ilin təxminən iyun ayından Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 48 ünvanda yerləşən “Ultra Baku” geçə klubunda mühafizəçi olaraq işləyir. Həmin gecə klubu hər gün axşam saat 22 radələrindən səhər saat 05 radələrinə kimi işləyir. Həmin gecə klubunu icarə əsasında Tərlan adlı şəxs işlədir və onun gündəlik pulunu ödəyir. Həmin gecə klubunda ondan başqa Mübariz və Orxan adlı şəxslər mühafizəçi kimi eyni şərtlərlə işləyir, o, Mübarizlə klubun girişində dayanırlar, Orxan isə klubun salonuna nəzarət edir. Həmin gecə klubu 4 mərtəbəli yaşayış binasının zirzəmisində yerləşir. O, və Mübariz klubun girişində dayanıb içəriyə daxil olan şəxslərin, yəni yetkinlik yaşına çatmış olan şəxslər olmasına, səliqəli və problemsiz şəkildə içəriyə daxil olmasını, eyni zamanda müştərilərə kluba daxil olarkən kassaya ilkin olaraq adam başı 30 manat miqdarında depozit ödəməsini təmin edir, həmin depozit müştəri gedərkən verdiyi sifarişinə çıxılır, artıq qalan pul isə müştərinin özünə qaytarılır. Müştəri tərəfindən depozit kassaya ödənilir, həmin depozit mühafizəçilərə verilmir. Klubda mühafizəçilərdən başqa bir nəfər kassir, 3 – 4 nəfər ofisiant, 2 nəfər barmen işləyir, həmin şəxslərində iş rejimi mühafizəçilərin iş rejimi ilə eynidir. Klubun ümumi iş rejiminə Tərlan özü nəzarət edərək idarə edir. 01 avqust 2024-cü il tarixdə axşam saat 22 radələrində həmişə olduğu kimi “Ultra Baku” gecə klubunda işə başlamış, o, digər mühafizəçi Mübarizlə birlikdə klubun girişində dayanıb kluba gələn müştərilərin içəriyə daxil olmasını təmin etmişlər. 02 avqust 2024-cü il tarixdə, gecə saat 02 radələrində, o, klubun girişində dayanmış, bu zaman bir neçə nəfər cavan oğlan kluba daxil olmaq üçün girişə yaxılaşmış, qabaqda gələn əynində ağ rəngli könəyi olan, sonradan adı Oruc olmasını bildiyi şəxsə kluba daxil olarkən adam başı 30 manat depozit verilməsini bildirmişdir. Həmin Oruc adlı şəxs əvvəllərdə kluba bir neçə dəfə gəldiyindən o, üzdən tanımış, Oruc ona əvvəllər də həmin kluba gəldiyini və heç bir depozit tələb edilmədiyini demiş, o, da Oruca depozidin bir neçə gün öncə müdiriyyət tərəfindən təyin edildiyini bildirmişdir. Eyni zaman o, Orucun və yanında yəni arxasında dayanmış şəxslərin artıq içkili olması hiss olunduğundan, Oruc onunla kobud danışaraq oraya klubun müdiri Tərlanı çağırmasını tələb edərək, zorla kluba daxil olmağa çalışmışdır. Bu zaman o, hər müştərinin tələbi ilə müdir çağrılmadığını, klubun qaydalarına riayət etməsini bildirərək Orucun qarşısına keçmiş, onların arasında sözlə mübahisə yaranmış, bir-birlərini əlləri ilə itələmişlər. Bu zaman kimsə Orucu təpiklə qarın nahiyyəsindən vurub geri itələmiş, onun zərbəsindən Oruc geri gedib pilləkənin üstünə yıxılmışdır. Həmin vaxt araya digər mühafizəçi iş yoldaşı ağsaqqal olan Mübariz girib həmin şəxslərə sakit olmalarını bildirmiş, elə bu zaman Orucun yanında olan və arxasında dayanmış sonradan adları Sənan, digəri isə Turalın əynindəki şalvarlarının bel nahiyyələrindən uzun tiyəli bıçaqlar çıxartmalarını görmüş, həmin şəxslər əllərində olan bıçaqları önlərində tutub onlara tərəf tutaraq, onun qarşısında üzü Oruc və dostlarına tərəf dayanmış iş yoldaşı Mübarizin həmin şəxslərə sakit olmalarını və bıçaqları yığışdırmalarını demişdir. Bu zaman mübahisə baş verən klubun giriş hissəsi alatoran mavi işıqla işıqlansa da, həmin şəxslərin əlində olan bıçaqların tiyələri aydın şəkildə görünmüş, Mübariz aranı sakitləşdirməyə çalışarkən, o, Mübarizin sol qolundan qan gəlməsini görmüş, sonuncu sol tərəfində dayanmış Tural adlı şəxs bıçaqla vurmasını bildirmişdir. Mübarizin qolundan qan gəlməsini görən həmin dava edən və bıçaq çıxaran şəxslər tələsik oranı tərk edib getmişlər. O, və klubun digər işçiləri ilə Mübarizin qolunu sarımış və əlavə tibbi yardım edilməsi üçün avtomobillə xəstəxanaya aparmışlar. Həmin hadisə 4 – 5 dəqiqə davam etməsini, həmin hadisə zamanı yalnız iş yoldaşı Mübariz bıçaq yarası almasını, başqa xəsarət alan olmamasını, başqa heç bir şəxsin heç bir xəsarət almamasını, həmin şəxslər xəsarət yetirdikləri və nümayiş etdirdikləri bıçaqları özləri ilə aparmalarını göstərmişdir. Həmçinin Şahid2 mübahisə zamanı özünün heç kimin vurmadığını, onu da təqsirləndirilən şəxslər tərəfindən heç kimin vurmadığını, təqsirləndirilən şəxslər tərəfindən klubun işçilərinin hədələmədiklərini, hər hansı nalayiq ifadələrinin işlənilməməsini, ibtidai istintaq zamanı məhkəmədə verdiyi ifadəsinə uyğun ifadə verdiyini, ibtidai təhsillə malik olduğu üçün oxumasının zəif olduğunu, bu səbəbdən də istintaqda ifadəni verəndən sonra protokolu oxumadan imzaladığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Şahid3 ifadəsində göstərmişdir ki, o, 2023-cü ilin avqust ayının 01-dən 02-nə keçən gecə saat 03:30 radələrində, Bakı şəhəri, Səbail RPİnin 9-cu PB-də əməliyyat qrupunda xidmətdə olarkən, PB-nin növbətçi hissəsinə inzibati ərazidə xidmət aparan Səbail RPİ-nin PPXB-nin əməkdaşlarının Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 48 ünvanda yerləşən “Ultra Baku” gecə klubunda dava dalaş etməsi və həmin gecə klubunun mühafizəçisi Zərərçəkmiş şəxs bıçaqla qolundan xəsarət alması barədə məlumat alıb, həmin günü növbədə olan iş yoldaşlları əməliyyat müvəkkilləri, polis leytenantları Nurçin Sərifli və Şahid4la birlikdə hadisə baş verən ünvana yollanmışdır. Hadisə yerində tərəflərindən keçirilmiş əməliyyat axtarış tədbirləri nətiçəsində baş vermiş hadisədə iştirak etməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid1 hadisə törətdikdən sonra Bakı şəhəri, Xətai rayonu, UPD qəsəbəsi ərazisində kirayə tutduqları evdə müəyyən edilib saxlanılaraq 9-cu PB-nə dəvət edilmiş, həmin şəxslər PB-nə gətirərək saxlanılmaları barədə raportla 9-cu PB-nin rəhbərliyinə məruzə etmişdir. Bundan başqa tərəflərindən Təqsirləndirilən şəxs3 və Senan Məmişli saxlanılarkən üzərlərində hadisə vaxtı tədbiq və nümayiş etdirdikləri iki ədəd bıçaqlar aşkar edilmiş, həmin bıçaqlar araşdırma aparan PB-nin təhqiqatçısı polis baş leytenantı Ələkbər Ələkbərov tərəfindən protokol tərtib edilərək götürülmüşdür. Şahid3 ifadəsində əlavə olaraq bildirmişdir ki, 02 avqust 2024-ci il tarixdə, gecə saat 02 radələrində ünvan 1 ünvanında yerləşən “Ultra Baku” gecə klubunda baş vermiş hadisələrin bilavasitə şahidi olmamış, hadisə barədə gecə klubun işçilərin şifahi izahatlarından və təqdim olunan videgörüntülərdən xəbərdardır. Məhkəmə iclasında iştirak edən Şahid4 Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında əlavə şahid qismində iştirak edən ibtidai istintaqı aparmış müstəntiq X5 ifadəsində bildirmişdir ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs və Şahid2 ifadələrini o, almışdır. Zərərçəkmiş şəxs və Şahid2 verdikləri ifadələr olduğu kimi müvafiq dindirilmə protokollarında əks etdirilmiş və sonuncular tərəfindən imzalanmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 15 avqust 2024-cü il tarixli 391 №-li rəyindən görünür ki, vətəbdaş Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol bazunun ön səthində 1 (bir) ədəd geniş ölçülü və döş qəfəsinin sol yarısının ön səthində ön qoltuqaltı xətt üzrə İV qabırğa proyeksiyası səviyyəsində 1 (bir) ədəd kiçik ölçülü deşilmiş-kəsilmiş yaralar, deşici-kəsici xarakterli alətin (alətlərin) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 02 avqust 2024-cü il tarixində, kənar şəxs tərəfindən qeyd olunan nahiyələrə ekspertizaya təqdm edilmiş bıçaqla vurma nəticəsində əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlərdən – sol bazunun ön səthində 1 (bir) ədəd geniş ölçülü deşilmiş-kəsilmiş yara dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya, döş qəfəsinin sol yarısının ön səthindəki kiçik ölçülü deşilmiş-kəsilmiş yara isə sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlərə aiddirlər. İş üzrə təyin edilmiş məhkəmə-balistik ekspertizasının 16 sentyabr 2024-cü il tarixli 3/1351 №-li rəyindən görünür ki: İ. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi təyinatı ov bıçağıdır, soyuq silah hesab edilir. İİ. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi təyinatı ov bıçağıdır, soyuq silah hesab edilir. Məhkəmə iclasında tədqiq edilmiş videogörüntüdən görünür ki, yaşayış binasının yarı zirzəmisində yerləşən gecə klubun giriş qapısının sağ tərəfindən, tavanda quraşdırılmış və bir istiqamətə, yəni klubun giriş qapısının qarşısındakı sahəyə və həmin sahəyə düşən pilləkənə yönəlmiş müşahidə kamerası vasitəsi ilə çəkilməklə, həmin sahələri əhatə edir. Görüntü qaranlıq hava şəraitində, alatoran işıqlanma ilə qeydə alınmış, görüntüdə gecə klubun giriş qapısının arxası ilə çıxışa tərəf üzü gecə klubun içərisinə istiqamətində dörd nəfər kişi cinsindən olan şəxslərin dayanması, həmin şəxslərdən üç nəfərin əynində açıq rəngli qolu qısa köynək olması, sağ kənarda dayanmış şəxsin əynində qara rəngli və ağ naxışlı qolu qısa köynək olması, həmin şəxslərdən bir qədər arxada üzü eyni istiqamətdə yəni klubun içərisinə tərəf dayanmış bir nəfər qara rəngli qısa qol köynəkdə olan oğlanın dayanması, bir neçə saniyədən sonra pilləkənin qarşısındakı sahəyə qolu qısa ağ maykalı cavan oğluna qolu uzun ağ köynəkli orta yaşlı kişinin çıxıb qarşı-qarşıya dayanıb söhbət etmələri, bu zaman gecə klubunun girişi istiqamətindən şəxsiyyəti görünməyən şəxsin təpiklə vurması, sonuncu zərbədən arxası ilə pilləkənin üzərinə yıxılması və bu an uzun qol ağ köynəkli orta yaşlı kişi sonuncuya yaxınlaşmaq istəyərkən, qolu qısa qara köynəkli oğlanın onu arxadan əlləri ilə tutub kənara itələməsi, həmin şəxs gecə klubunun girişinə tərəf keçdikdə, əynində qolu qısa qara rəngli köynək olan şəxs bıçağa oxşar predmet çıxarıb sağ əlində, digər əynində qara rəngli və ağ naxışlı qolu qısa köynəkli olan şəxsin sol əlində bıçağa oxşar predmeti nümayiş etdirərək gecə klubun girişində dayanmış şəxslərlə danışmaları, bu zaman oraya əlavə şəxslərin toplaşması, əllərində bıçağa oxşar predmet olan və əynində ağ rəngli mayka olan şəxslərin pilləkənlə qalxaraq oradan çıxıb getmələri müşahidə olunur. Digər videogörüntü isə yaşayış binasının yarı zirzəmisində yerləşən gecə klubunun giriş qapısının sağ tərəfində, tavanda quraşdırılmış və bir istiqamətə, yəni klubun giriş qapısının qarşısındakı sahəyə və həmin sahəyə düşən pilləkənə yönəlmiş müşahidə kamerası vasitəsi ilə çəkilməklə həmin sahələri əhatə edir. Görüntü qaranlıq hava şəraitində, alatoran işıqlanma ilə qeydə alınmış, görüntüdə gecə klubun giriş qapısının qarşısında şəxsiyyətləri aydın görünməyən, iki nəfər kişi cinsindən olan biri qolu uzun ağ köynəkli yaşca nisbətən yaşlı, digəri ağ rəngli qolu qısa maykada geyinmiş yaşca cavan oğlanın və qarşılarında üzü klubun girişinə, həmin şəxslərdən bir qədər aralı sol tərəfdə bir nəfər cavan, şəxsiyyəti dəqiq görünməyən qızın dayanıb həmin şəxslərə baxması, bu zaman pilləkən ilə düşüb klubun giriş qapısına yaxınlaşaraq, qapıda dayanmış uzun qol ağ köynəkli kişi ilə əl verib görüşən, əynində qara rəngli və üzərində ağ naxışları olan köynək geyinmiş, üzü saqqallı oğlanın dayanması, bir neçə saniyədən arxasınca iki nəfər şəxsiyyətləri dəqiq görünməyən, biri sol tərəfdə olan qolu qısa tünd rəngli mayka geyinmiş, başında kepka qoymuş, üzü saqqallı olması hiss olunan, digəri sağ tərəfində olan isə tünd rəngli köynək geyinmiş cavan oğlanın pilləkən ilə düşərək, qara rəngli ağ naxışlı qolu qısa köynək geyinmiş oğlanın arxasına çatıb pilləkənlərdə dayanmaları, bu zaman sol tərəfdə dayanmış bir nəfər qızın sol tərəfə keçərək görüntüdən çıxması müşahidə olunur. 02 avqust 2024-cü il tarixli “şübhəli şəxs qismində tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.3cü maddələrində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutularaq saxlanılması üçün Səbail RPİ-nin MSY-nə yerləşdirilmişdir. 02 avqust 2024-cü il tarixli “şübhəli şəxs qismində tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutularaq saxlanılması üçün Səbail RPİ-nin MSY-nə yerləşdirilmişdir. 02 avqust 2024-cü il tarixli “şübhəli şəxs qismində tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Rşid oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutularaq saxlanılması üçün Səbail RPİ-nin MSY-nə yerləşdirilmişdir. Səbail Rayon məhkəməsinin 02 avqust 2024-cü il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs1 barəsində həbs etmənin əvvəli 02 avqust 2024-cü il tarixdən hesablanmaqla 3 ay müddətinə, yəni 03 noyabr 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilərək ƏN-nin PX-nin Bakı İstintaq Təcridxanasına yerləşdirilmişdir. Təqsirləndirilən şəxs3 10 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 228.4-cü maddələrində nəzərdə tutulan yeni məzmunda ittihamlar elan edilmişdir. Təqsirləndirilən şəxs1 10 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CMnin 221.3 və 228.4-cü maddələrində nəzərdə tutulan yeni məzmunda ittihamlar elan edilmişdir. Təqsirləndirilən şəxs2 10 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-cü maddəsində nəzərdə tutulan yeni məzmunda ittiham elan edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş məhkumluq haqqında arayışdan və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhər Nizami Rayon Məhkəməsini xx.xx.2022-ci il tarixli hökmü ilə 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzası 02(iki) il 01(bir) ay müddətə endirilib. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 02(iki) ay, 23(iyirmi üç) gün müddətə vaxtından əvvəl cəzadan azad edilib. Məhkumluğu olan şəxsdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmayıbdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş məhkumluq haqqında arayışdan və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmiş şəxsdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 3-16-17/38/2-363/2025 nömrəli 19 aprel 2025-ci il tarixli məktubu ilə təqdim edilmiş 17 aprel 2025-ci il tarixli tibbi arayışından görnür ki, həbs edilmiş X9 03 avqust 2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilmişdir. Sorğu zamanı həbsdən əvvəl zədə aldığını bildirmişdir. Bədəninə baxış keçirən zaman sol bazunun bayır səthində 2 sm ölçüdə yaşımtıl qançır aşkar edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş 02 iyul 2025-ci il tarixli məktubdan görünür ki, 480-c-25 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dərəcəsi təyin edilməyən bədən xəsarətlərinin hansı şəraitdə və hadisə nətəcəsində alınmasının müəyyən edilməsi məqsədilə material ayrılaraq Baş Prokurorluğun Daxili İşlər Orqanlarında istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə göndərilmişdir. Məhkəmə cinayət işin hallarını tam və hərtərəfli araşdırıb, iş üzrə toplanmış sübutları bir-biri ilə müqayisəli şəkildə təhlil edib, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə məcmu şəkildə obyektiv hüquqi qiymət verərək aşağıdakılar barədə qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 №-li 24 dekabr 2021-ci il tarixli qərarında qeyd olunur: Hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir (6-cı bənd). CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz (9-cu bənd). Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (23-cü bənd). Hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır (33-cü bənd). Məhkəmə araşdırılması zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs və Şahid2 hər birisi ayrılıqda cinayət işinə əlavə edilmiş video-diskdə olan 1-ci “Whatsapp Video 2024-8-02 at 13.28.14.mp.4” adlı faylda və video-diskdə olan 2-ci “Whatsapp Video 2024-8-02 at 13.28.15.mp.4” adlı faylda əks etdirilmiş videogörüntülərin 02 avqust 2024-ci il tarixdə, gecə saat 02 radələrində ünvan 1 ünvanında yerləşən “Ultra Baku” gecə klubunda baş vermiş hadisələrə aid olduğunu təsdiq etmişlər. Təqsirləndirilən şəxslər, zərərçəkmiş şəxs və şahid qeyd olunan videogörüntülərdə klubun içərisinə tərəf dayanmış bir nəfər qara rəngli qısa qol köynəkdə olan dayanmış oğlanın təqsirləndiriləş şəxs Təqsirləndirilən şəxs1 kimi, pilləkənin qarşısındakı sahədə qolu qısa ağ maykalı cavan oğlanın Təqsirləndirilən şəxs2 kimi, əynində qara rəngli və ağ naxışlı qolu qısa köynəkli olan şəxsin Təqsirləndirilən şəxs3 kimi, qolu uzun ağ köynəkli orta yaşlı kişinin Zərərçəkmiş şəxs kimi eynilləşdirmişlər. İstər cinayət işin materiallarında olan “CD diskə baxış keçirilməsi haqqında” 02 avqust 2024-cü il tarixli protokolundan, istərsə cinayət işinə əlavə edilmiş video-diskdə olan 1-ci “Whatsapp Video 2024-8-02 at 13.28.14.mp.4” adlı fayldan və video-diskdə olan 2-ci “Whatsapp Video 2024-8-02 at 13.28.15.mp.4” adlı fayldan göründüyü kimi, Təqsirləndirilən şəxs2 Şahid2 ilə mübahisə etdiyi, Şahid2 və yaxud hər hansı başqa şəxsə zərbə atdığı, habelə sair şəkildə qanunsuz əməllərə yol verdiyi müəyyən olunmur. Qeyd olunan videogörüntülərdən eyni zamanda müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 kimi eynilləşdirilən əynində qara rəngli qısa qol köynəkdə olan şəxs Təqsirləndirilən şəxs2 təpik atılana qədər sadəcə dayanaraq hər hansı qanunsuzluğa yol verməmiş, Təqsirləndirilən şəxs2 təpik atılıb yerə yıxılandan sonra Zərərçəkmiş şəxs kimi eynilləşdirilən şəxsi arxadan tutub Təqsirləndirilən şəxs2 ayırmağa çalışmış, sonradan əynində olan bıçağı çıxardıb nümayiş etdirmişdir. Sözügedən videogörüntülərdən həmçinin müəyyən olunur ki, təqsirləndirilən şəxs X6 eynilləşdirilən əynində qara rəngli və ağ naxışlı qolu qısa köynəkli olan şəxs kimi eynilləşdirilən şəxs Təqsirləndirilən şəxs2 təpik atılana qədər sadəcə dayanaraq hər hansı qanunsuzluğa yol verməmiş, Təqsirləndirilən şəxs2 təpik atılıb yerə yıxılandan sonra əynində olan bıçağı çıxardıb nümayiş etdirmiş və Zərərçəkmiş şəxs xəsarət yetirmişdir. İttiham tərəfinin təqdim olunan sübutlardan biri hesab olunan – müstəntiq Yalçın Məmmədov tərəfindən tərtib olunmuş “CD diskə baxış keçirilməsi haqqında” 02 avqust 2024cü il tarixli protokolundan Təqsirləndirilən şəxs2 kimi eynilləşdirilən şəxsin hər hansı qanunsuzluğa yol verməməsi müəyyən edilmişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 25.3-cü maddəsinə müvafiq olaraq, hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsin hərəkətlərində xuliqanlıq motivinin olmaması qənaətinə gəldikdə, yəni təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğunu müəyyən etmədikdə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: – 124-cü maddəsinə əsasən, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur (124.1.). Bu sübutlar: hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir (124.1.2.). Cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri (124.2.1.); ekspertin rəyi (124.2.2.); maddi sübutlar (124.2.3.); istintaq və məhkəmə hərəkətlərinin protokolları (124.2.4.); digər sənədlər (124.2.5.). – 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: cinayət hadisəsinin baş vermə faktı və halları (139.0.1.); şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi (139.0.2.); cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri (139.0.3.); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi (139.0.4.); cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (139.0.5.); bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar (139.0.6.). – 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. – 145-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir (145.1.). Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (145.2.). İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (145.3.). – 146-cı maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (146.1.). Cinayət təqibi üzrə sübutların kifayət etməsi aşağıdakılara nail olunmasına kömək edir: ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına (146.2.1.); cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə (146.2.2.); cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə (146.2.3.). Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3, 349.4, 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. İşin yuxarıda təsvir olunan hallarından və qanunvericiliyinin istinad olunan normalarının müddəalarından göründüyü kimi, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs2 verilmiş ittiham zidiyyətli sübutlara əsaslandığı üçün, habelə işin digər halları və sübutlarla təsdiq edilmədiyi üçün, həmin sübutlar mötəbər hesab oluna bilməz. Belə olan halda, yəni ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadığı üçün Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələblərinə müvafiq olaraq həmin şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 58-ci bəndinə əsasən, … Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. “Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, … nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Konstitusiyasımızın 63-cü maddəsinin İİ bəndinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 25.2-ci maddəsinə əsasən, hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər. Həmin Məcəllənin 350-ci maddəsinə əsasən, məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir (350.1.). Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır (350.2.). Məhkəmənin bəraət hökmünə bəraət almış şəxsin təqsirsizliyini şübhə altına qoyan ifadələrin daxil edilməsi yolverilməzdir (350.3.). Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, ekspertiza rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, video görüntüləri və iş üzrə digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, cinayət işin materiallarına əlavə edilmiş videogörüntüləri, “CD diskə baxış keçirilməsi haqqında” 02 avqust 2024-cü il tarixli protokolunu və cinayət işin digər materialları tədqiq edib, belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs3 tanışı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə 02 avqust 2025-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 48 ünvanında yerləşən “Ultra Baku” gecə klubuna əylənmək üçün gəlmiş, gecə klubuna daxil olmaq istəyərkən klubun giriş hissəsində mühafizəçi Zərərçəkmiş şəxs həmin şəxslərdən Təqsirləndirilən şəxs2 arasında hadisələrin təsadüfi axarı nəticəsində yaranmış söz mübahisəsi zamanı Təqsirləndirilən şəxs2 sözügedən gecə klubunun giriş hissəsindən pilləkənlərə doğru itələmiş, daha sonra təpiklə onu vuraraq pilləkənlərə yıxmış, həmin vaxt Təqsirləndirilən şəxs3 bel nahiyəsində olan bıçağı çıxararaq Zərərçəkmiş şəxs üzərinə getmiş və sonuncuya sol bazunun ön səthində 1(bir) ədəd geniş ölçülü deşilmiş-kəsilmiş yara dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlıya yüngül zərərvurmaya aid, həmçinin döş qəfəsinin sol yarısı ön səthindəki kiçik ölçülü deşilmiş-kəsilmiş yara- dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. Bununla yanaşı Təqsirləndirilən şəxs1da tədqiq olunan videogörüntüdə əvvəlcə bel nahiyəsindən çıxardığı bıçağı nümayişkəranə formada hər kəsin görə biləcəyi şəkildə çıxarmış, daha sonra təkrar bel nahiyyəsinə qoymuşdur. Sözügedən hadisənin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və X7 münasibətdə əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Bu səbəbdən hər iki təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 228.4-cü maddələri ilə təqsirli bilinməli və onlara həmin maddələrin sanksiyası daxilində cəza verilməli, digər Təqsirləndirilən şəxs2 münasibətdə əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə iclasında tədqiq olunan videogörüntüdə, təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahilərin ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs2 mühafizəçi Zərərçəkmiş şəxs ilə mübahisə zamanı sonuncunun vurduğu təpik zərbəsi nəticəsində klubun giriş hissəsində olan pilləkənlərə yıxılmış, bundan sonra onun hər hansı hadisəni istər qəsd, istərsə də dolayı yolla törətmə imkanını mümkünsüz olmuşdur. Həmçinin hadisə Təqsirləndirilən şəxs2 münasibətdə zərərçəkmiş şəxsin təşəbbüsü ilə baş verdiyi üçün, əməl xulqanlıq olaraq qiymətləndirilə bilməz. Belə olan halda Təqsirləndirilən şəxs2 təqsiri sübuta yetirilmədiyinə görə hazırki cinayət işi üzrə ona bəraət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: – 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. – 10-cu maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz (10.1.). İctimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır (10.2.). Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur (10.4.). – 24-cü maddəsinə əsasən, əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır (24.1.). Ehtiyatsızlıqdan törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda cinayət sayılır (24.2.). Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmçinin Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Odur ki, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsənin 221.3 və 228.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərindən peşman olmalarını, zərərçəkmiş şəxslə barışıq əldə etmələrini, onun şikayət və tələblərinin olmamasını, gənc olmalarını, Təqsirləndirilən şəxs3 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, Təqsirləndirilən şəxs1 hadisələrinin ictimai təhlükəliyinin qarşısını almağa yönəlmiş sonrakı davranışını cəzalarını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkumluğunun ödənilmədiyindən cinayətlərin residivini onun cəzasını ağırlaşdıran hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların törədilməsi hallarını, əməllərindən peşman olmalarını, gənc olmalarını, zərərçəkmiş şəxslə barışıq əldə etmələrini və sonuncunun şikayətçi olmamadığını, Təqsirləndirilən şəxs1 əvvəllər də digər cinayətlərin törədilməsinə görə məhkum olunmasını, Təqsirləndirilən şəxs1 hadisələrinin ictimai təhlükəliyinin qarşısını almağa yönəlmiş sonrakı davranışını, habelə cəzanı yüngüləşdirən halları və cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzalarının şəxslərin islah olunmalarına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 onlara istinad olunan maddələr üzrə təyin olunacaq cəzanın aşağı həddi ilə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Ona görə də, Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, həmçinin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından məhkəmə Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını, cəzaçəkmə müddətinin əvvəlinin 02 avqust 2024-cü il tarixdən hesablanmasını və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. Ona görə də, Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, həmçinin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından məhkəmə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını, cəzaçəkmə müddətinin əvvəlinin 02 avqust 2024-cü il tarixdən hesablanmasını və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci və 353.4.10-cu maddəsinə uyğun olaraq iş üzrə maddi sübut qismində tanınmış 02 (iki) ədəd “CD” diskin iş materiallarında saxlanılmasını, iş üzrə 64 manat dəyərində məhkəməbalistik ekspertizasının dəyərinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulmasını, iş üzrə təqsirləndirilən şəxslərdən götürülmüş və soyuq silah hesab edilmiş, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi təyinatı 01 (bir) ədəd ov bıçağın və soyuq silah hesab edilmiş zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi təyinatı 01 (bir) ədəd ov bıçağının məhv müsadirə edilməsini, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsiri sübuta yetmədiyindən bəraət verilsin Təqsirləndirilən şəxs2 barəsində iş üzrə seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən vurulmuş ziyanın ödənilməsi ilə bağlı kompensasiya tələb etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü və 228.4-cü maddələri ilə təqsirli bilinsin və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi 08 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 təyin olunmuş cəzalar qismən toplanılmaqla 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 02 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü və 228.4-cü maddələri ilə təqsirli bilinsin və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi 08 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzalar qismən toplanılmaqla 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 02 avqust 2024-cü il tarixdən hesablansın İş üzrə maddi sübut qismində tanınmış 02 (iki) ədəd “CD” disk iş materiallarında saxlanılsın. İş üzrə təqsirləndirilən şəxslərdən götürülmüş və soyuq silah hesab edilmiş, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi təyinatı 01 (bir) ədəd ov bıçağı və soyuq silah hesab edilmiş zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi təyinatı 01 (bir) ədəd ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş məhkəmə-balistik ekspertizasının dəyəri 64 (altmış dörd) manatın Təqsirləndirilən şəxs3 32 (otuz iki) manat hissəsi və Təqsirləndirilən şəxs1 32 (otuz iki) manat hissəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, SWİFT BİK: CTREAZ22,Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkilləri X3 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 786 (yeddi yüz səksən altı) manat, Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs3 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 786 (yeddi yüz səksən altı) manat, Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 786 (yeddi yüz səksən altı) manat pul tutulub, Bakı şəhəri 03 saylı Vəkil Bürosu”nun “Kapital Bank”-ın Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-67/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-67/2025
24.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver