Məhkəmə qərarları › İş №1(009)-68/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-68/2021

20.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-68/2021 20.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, Bakı şəhərində xx xxxxx 2021-ci il tarixdə saat 09:30-da xx xxxxxx 1987-ci Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasın;n vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İttiham aktına əsasən, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 0,627 qram olan kustar üsulla hazırlanmış qəhvəyi rəngli tozşəkilli narkotik vasitə heroini, şəxsi istehlak miqdarından artıq miqdarda olmayan, yəni ümumi təmiz çəkisi 3,977 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış bitki mənşəli narkotik vasitə qurudulmuş marixuananı və şəxsi istehlak miqdarından artıq miqdarda olmayan, yəni təmiz çəkisi 0,034 qram olan kustar üsulla hazırlanmış ağ rəngli kristal şəkilli narkotik vasitə metamfetamini əldə edib özündə saxlayaraq daşımış, xx xxxxxx 2020-ci il tarixdə saat 23:15 radələrində Azərbaycan Respublikası ərazisində tətbiq edilən komendant rejimi ilə əlaqədar olaraq Bakı şəhəri, Səbail rayonu, Niyazi küçəsi ilə Neftçilər küçəsinin kəsişməsində qurulmuş 8 nömrəli postda sərnişini olduğu X3 idarə etdiyi “Mercedes” markalı 99HC-494 dövlət nömrə nişanlı avtomobilə keçirilən axtarış və götürmə zamanı həmin narkotik vasitədən təmiz çəkisi 0,578 qram qram olan narkotik vasitə heroin bir ədəd üzərində “LD Compact” yazılan siqaret qutusunun içərisində olmaqla bir ədəd şəffaf polietilen bükümdə avtomobil arxa sağ yan oturacağının üzərindən, həmin tarixdə saat 23:50 radələrində Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsində keçirilən şəxsi axtarış və götürmə zamanı həmin psixotrop maddə və narkotik vasitələrdən şəxsi istehlak miqdarından artıq miqdarda olmayan, yəni təmiz çəkisi 0,049 qram olan narkotik vasitə heroin bir ədəd gümüşü rəngli kağız bükümdə, şəxsi istehlak miqdarından artıq miqdarda olmayan, yəni təmiz çəkisi 1,056 qram olan narkotik vasitə qurudulmuş marixuana bir ədəd kibrit qutusunun içərisində, təmiz çəkisi 2,921 qram olan narkotik vasitə qurudulmuş marixuana bir ədəd salfet kağızma bükülmüş vəziyyətdə və şəxsi istehlak miqdarından artıq miqdarda olmayan təmiz çəkisi 0,034 qram olan narkotik vasitə metamfetamin bir ədəd gümüşü rəngli kağız bükümdə olmaqla onun əynindəki göy rəngli cins şalvarının sol yan cibindən aşkar edilərək götürülmüşdür. İşin halları və ittihamın dəlilləri: Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixində Salyan rayonundan tanıdığı X4 və dostu X7 ilə birlikdə Bakı şəhərinə gəlmişdir. Onun arvadı Salyan rayonunda müəllimə işlədiyinə görə Salyana getmiş, 18:00 radələrində oraya çatmış və 30 dəqiqə qaldıqdan sonra geri qayıtmışdırlar. X8muş, sonuncunun “Mercedes” markalı **-HC-*** dövlət nömrə nişanlı avtomobili olmuşdur. O və dostu Seymur Mayılov, arxa oturacaqda əyləşmişlər. Onun üzərində bir büküm “şüşə” adlanan narkotik vasitə, iki büküm “heroin”, bir büküm salfetin arasında “marixuana”, bir ədəd kibrit qutusunda “marixuana” olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə axşam saat 23 radələrində Bakı şəhəri Səbail rayonu Niyazi küçəsi ilə Neftçilər prospektinin kəsişməsində polis əməkdaşları tərəfindən postda avtomobili yoxlanılan zaman o, içərisində bir biiktim narkotik vasitə “heroin” olan siqaret qutusunu avtomobildə qoymuşdur. Bu zaman avtomobilə baxış keçirilmiş və ona məxsus bir büküm narkotik vasitə heroin avtomobildən aşkar edilmişdir. Səbail RPİ-nin 9-cu Polis Bölməsində onun üzərinə şəxsi axtarış keçirilmiş və digər narkotik vasitələr aşkar edilərək götürülmüşdür. O, bütün narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etmiş, satış məqsədi olmamışdır. O, həmin narkotik vasitələri müxtəlif vaxtlarda tanımadığı şəxslərdən şəxsi istifadəsi üçün əldə etmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasının, ilk dəfə az ağır cinayət törətməsinin, yaşayış yeri üzrə müsbət xarakterizə olmasının, cinayətin açılmasında fəal kömək etməsinin, himayəsində iki azyaşlı uşağının olmasının və gənc olmasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, ekspertiza rəyləri, sənədlər və tədqiq olunmuş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Səbail RPİ-nin Post Patrul xidməti bölməsinin polis nəfərləri polis serjantı Şahid4, Cümşüt Əliyev və Turqut Yusubov raport ilə müraciət edərək, Azərbaycan Respublikası ərazisində tətbiq edilən komendant saatı ilə əlaqədar, Bakı şəhəri Səbail rayonu Niyazi küçəsi ilə Neftçilər prospektinin kəsişməsində 8 saylı postda xidmətdə olarkən, X3 idarə etdiyi “Mercedes” markalı ** HK *** dövlət nömrə nişanlı avtomobildə narkotik vasitələr, qanunla dövriyyəsi qadağan olunmuş sübut əhəmiyyətinə malik olan digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olmuşdur. Ona görə, “Nəqliyyat vasitəsinə baxış, axtarış və götürmə aparılması” haqqında xx xxxxxx 2020-ci il tarixli qərara əsasən, həmin tarixdə saat 23:15 radələrində Bakı şəhəri Səbail rayonu Niyazi küçəsi ilə Neftçilər prospektinin kəsişməsində 8 saylı postda video çəkilişdən istifadə edilməklə sürücü X3 iştirakı ilə “Mercedes” markalı ** HK *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə baxış, axtarış və götürmə aparılmış, baxışda o da, iştirak etmişdir. Nəqliyyat vasitəsinə baxış, axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılara videoçəkiliş aparılması barədə xəbərdarlıq edilmiş, sonra S.Quliyev qərarla tanış edilmiş, avtomobilində narkotik vasitələr, qanunla dövriyyəsi qadağan olunmuş sübut əhəmiyyətinə malik olan digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif olunmuşdur. “Mercedes” markalı ** HK *** dövlət nömrə nişanlı avtomobilin sağ arxa oturacağının üzərində “LD Compact” yazılı siqaret qutusunun içərisində narkotik vasitəyə bənzər kütlə olan bir ədəd şəffaf sellofan büküm aşkar olunmuş, baxış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək “LD Compact” yazılı siqaret qutusu içərisində narkotik vasitəyə bənzər kütlə qablaşdırılaraq götürülmüşdür. Daha sonra bu barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalandıqdan sonra aşkar olunaraq götürülmüş kütlə məhkəmə-bioloji ekspertiza keçirilməsi üçün ekspertizaya göndərilmişdir. Bundan sonra, həmin tarixdə saat 23:50 radələrində X3 idarə etdiyi “Mercedes” markalı ** HC *** dövlət nömrə nişanlı avtomobilin sərnişini olmuş və Səbail RPİ-nin 9-cu Polis bölməsinə aparılmış şübhəli şəxs Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan olunmuş, yaxud iş üzrə sübut əhəmiyyəti daşıya biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan, “Şəxsi axtarış və götürmə aparılması” haqqında xx xxxxxx 2020-ci il tarixli qərara əsasən, Səbail RPİ-nin 9-cu Polis bölməsinin inzibati binasında təhqiqatçının xidməti otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmadan əvvəl bütün iştirakçılara videoçəkiliş aparılması barədə xəbərdarlıq edilmiş, sonra Təqsirləndirilən şəxs qərarla tanış edilmiş, paltarlarında, əşyalarında və bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan olunmuş, yaxud iş üzrə sübut əhəmiyyəti daşıya biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif olunmuşdur. Bu təklifdən sonra şübhəli Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qadağan olunmuş əşya və predmet olduğunu bildirərək içərisində tünd yaşıl rəngli, spesifik qoxuya malik, narkotik vasitə olan “marixuana”ya bənzər kütlə olan 01 ədəd salfeti, içərisində tünd yaşıl rəngli, spesifık qoxuya malik, narkotik vasitə olan “marixuana”ya bənzər kütlə olan 01 ədəd kibrit qutusunu, içərisində tünd qəhvəyi rəngli, narkotik vasitə olan “heroin”ə bənzər kütlə olan 01 ədəd gümüşü rəngli kağızdakı və içərisində şəffaf kristal formalı kütlə olan 01 ədəd gümüşü rəngli kağızdakı bükümləri və narkotik vasitəni çəkmək üçün nəzərdə tutulmuş kustar üsulla hazırlanmış kağız bükümü təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncunun əynində olmuş cins şalvarının sağ yan cibindən içərisində 06 ədəd siqaret olan 01 ədəd “Winchester” markalı siqaret qutusu olması aşkar edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olan biləcək əşyalar və predmetlər qablaşdırılaraq götürülmüş, daha sonra bu barədə protokol tərtib edilmiş, iştirakçılar tərəfindən imzalandıqdan sonra aşkar edilərək götürülmüş kütlələr və madddələr məhkəmə-bioloji və məhkəmə-kimyəvi ekspertizaların keçirilməsindən ötrü ekspertizaya göndərilmişdir. Bundan sonra xx xxxxxx 2020-ci il tarixdə saat 00:30 radələrində X3 idarə etdiyi “Mercedes” markalı ** HK *** dövlət nömrə nişanlı avtomobilin sərnişini olmuş və Səbail RPİ-nin 9-cu Polis bölməsinə aparılmış şübhəli şəxs X5 üzərində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan olunmuş, yaxud iş üzrə sübut əhəmiyyəti daşıya biləcək digər əşyaların və ya sənədlərin olmasım ehtimal etməyə kifayət qədər əsaslar olduğundan, “Şəxsi axtarış və götürmə aparılması” haqqında xx xxxxxx 2020-ci il tarixli qərara əsasən, Səbail RPİ-nin 9-cu Polis bölməsinin inzibati binasında təhqiqatçının xidməti otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş X7 barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmamışdan əvvəl bütün iştirakçılara videoçəkiliş aparılması barədə xəbərdarlıq edilmiş, sonra Seymur Mayılov qərarla tanış edilmiş, üzərində narkotik vasitələr, qanunla dövriyyəsi qadağan olunmuş, yaxud sübut əhəmiyyəti daşıya biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif olunmuşdur. Bu təklifdən sonra şübhəli şəxs X5 üzərinə şəxsi axtarış keçirilərkən sonuncunun üzərindən ümumilikdə 21 manat məbləğdə kağız pul əskinazları, bağlı vəziyyətdə olan “LD Compact” yazılı siqaret qutusu olması aşkar olunmuşdur. Şübhəli şəxs X5 üzərinə şəxsi axtarış aparılması zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olan biləcək əşya və ya predmet aşkar olunmamışdır. Sonda Təqsirləndirilən şəxs Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid3, Şahid4, Şahid5, X10 və ifadəsi elan olunmuş Şahid2 ifadələrində Şahid1 ifadəsində göstərilmiş xüsusatları təsdiq edərək eyni məzmunda ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəxsi axtarış və götürmə aparılması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşya və predmet olduğunu bildirərək, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən içərisində tünd yaşıl rəngli, spesifik qoxuya malik, narkotik vasitə olan marixuanaya bənzər kütlə olan 01 ədəd salfeti, içərisində tünd yaşıl rəngli, spesifik qoxuya malik, narkotik vasitə olan marixuanaya bənzər kütlə olan 01 ədəd kibrit qutusunu, içərisində tünd qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər kütlə olan 01 ələl gümüşü kağızdakı və içərisində şəffaf rəngli kristal formalı kütlə olan 01 ədəd gümüşü kağızdakı bükümləri və narkotik vasitəni çəkmək üçün nəzərdə tutulmuş kustar üsulla hazırlanmış kağız bükümü polis əməkdaşlarına təqdim etmiş, daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sağ yan cibindən içərisində 06 ədəd siqaret olmuş 01 ədəd “Winchester” markalı siqaret qutusu olması aşkar edilmişdir. X3 etibarnamə ilə idarə etdiyi və Bakı şəhəri Səbail rayonu Niyazi küçəsi ilə Neftçilər prospektinin kəsişməsində olan 8 saylı postda saxlanılmış “Mercedes” markalı ** HC *** dövlət nömrə nişanlı avtomobilə baxış, axtarış və götürmə aparılmış, baxış, axtarış zamanı göstərilən avtomobilin sağ arxa oturacağının üzərində olmuş “LD Compact” yazılı siqaret qutusunun içərisində narkotik vasitə, təmiz çəkisi 0,578 qram kütlə olan bir ədəd şəffaf sellofan büküm aşkar olunmuş və qablaşdırılaraq götürülmüşdür. Məhkəmə-kimyəvi ekspertizanın xx xxxxxx 2020-ci il tarixli, 6/2368 saylı ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində: “Vətəndaş Təqsirləndirilən şəxs götürülmüş...” yazısı olan zərfdəki, bir ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 0,578 qr, bir ədəd “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi 0,049 qr, ümumi təmiz çəkisi 0,0627 qr qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindlir və bir ədəd “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi 0,034 qr ağ rəngli kristall şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrəm, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına daxildirlər. Məhkəmə-bioloji ekspertizanın xx xxxxxx 2020-ci il tarixli, 7/779 saylı ekspert rəyində göstərilmişdir ki, vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd kibrit qutusunda təmiz çəkisi 1,056 qram və bir ədəd salfet kağızma bükülmüş təmiz çəkisi 2,921 qram, ümumi təmiz çəkisi 3,977 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Zərfdə olan 1 ədəd siqaret şəkilində yuvarlanmış içi boş olan kağızda narkotik maddələrin qalığları və izləri yoxdur. Məhkəmə-narkoloji ekspertizanın xx xxxxxx 2020-ci il tarixli, 3190 saylı rəyində göstərilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə baxış zamanı aşkar edilərək götürülmüş təmiz çəkisi 0,578 qram olan narkotik vasitə heroin, təmiz çəkisi 0,049 qram olan narkotik vasitə heroin, təmiz çəkisi 1,056 qram olan narkotik vasitə qurudulmuş marixuana, təmiz çəkisi 2,921 qram olan narkotik vasitə qurudulmuş marixuana və təmiz çəkisi 0,034 qram olan narkotik vasitə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra ümumi təmiz qalıq çəkisi 0,527 qram narkotik vasitə heroin, ümumi təmiz qalıq çəkisi 0,014 qram psixotrop maddə metamfetamin və ümumi təmiz qalıq çəkisi 3,937 qram narkotik vasitə qurudulmuş marixuana məhkəmənin qanuni qüvvəsini alacaq hökmün icra olunmasınadək saxlanılması üçün Səbail RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması, X5 üzərində şəxsi axtarış və götürmə aparılması və X3 idarə etdiyi “Mercedes” markalı **- HC-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə baxış keçirilməsi və götürmə aparılması hərəkətlərini özündə əks etdirən 03 ədəd məlumat-yaddaş daşıyıcısı iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. Şübhəli şəxsin tutulması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan və təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli Səbail rayon prokurorunun qərarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxx 2020-ci il tarixdə onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunmuş və o, dərhal azad edilmişdir. Qətimkan tədbirinin seçilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx xxxx 2009-cu il təvəllüdlü X11, xx xxxxxx 2011-ci il təvəllüdlü X6 övladları var. Suraxanı rayonu 103 saylı MKİS-dən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş xx xxxxx 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutları sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs, narkotik vasitə olan təmiz çəkisi 0,049 qram heroinin, təmiz çəkisi 3,977 qram narkotik vasitə qurudulmuş marixuananın və təmiz çəkisi 0,034 qram olan psixotrop maddə olan metamfetaminin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib özündə saxlanılması ilə əlaqədar ittiham irəli sürülmüşdür. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Sihaları”nın İ siyahısı- “Narkotik vasitələr”-in 5-ci bəndinə əsasən təmiz çəkisi 0,15 qram heroin, 10 qram qurudulmuş marixuana və İİ siyahısı - “Psixotrop maddələr”-in 67-ci bəndinə əsasən 0,15 qram metafetamin şəxsi istehlak miqdarından artıq miqdarını təşkil edir və cinayət məsuliyyəti yaradır. Belə olan halda Təqsirləndirilən şəxs verilmiş ittihamdan təmiz çəkisi 3,977 qram narkotik vasitə qurudulmuş marixuananın və təmiz çəkisi 0,034 qram olan psixotrop maddə olan metamfetaminin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib özündə saxlanılması hissəsi xaric olunmalıdır. Təqsirləndirilən şəxs həmin hissədə əməlində olan inzibati xəta tərkibinin əlamətlərinə hüquqi qiymət verilməsi məqsədi ilə müvafiq materiallar hökm qanuni qüvvəsini aldıqdan sonra Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli Qərarının 13-cü hissəsində göstərilmişdir ki, cinayət qanununun sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlüyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsası göstərilməlidir. Eləcə də müttəhimin şərti məhkum olunması, ona cinayət üçün qanunda nəzərdə tutulduğundan aşağı hədd cəza təyin edilməsi və ya daha yüngül başqa cəzaya keçirilməsi, habelə müttəhimin cəzadan azad edilməsi və ya onu ümumi qaydadan kənara çıxmaqla koloniya növü təyin olunması zərurəti barədə nəticəyə gəlməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, cinayətin açılmasında fəal kömək etməsini, müsbət xarakterizə olmasını, himayəsində iki az yaşlı uşağın olmasını və gənc olmasını nəzərə alaraq onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək, 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Eyni zamanda ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin məhkəmənarkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 3190 saylı rəyində göstərilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut Səbail RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan 0, 527 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, tədqiqat zamanı sərf olunduqdan sonra qalan 0,15 qram psixotrop maddə metafetaminin və 3.937 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra inzibati xəta tərkibinin əlamətlərinə hüquqi qiymət verilməsi məqsədi ilə Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə verilməsini, iki ədəd “CD” disk iş materiallarında saxlanılmasını, həmçinin Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı və məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək, 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazisini tərk etməmək, ünvan 3 ünvanı yaşayış yerini hər gün saat 2300-dən 700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli Bakı şəhəri Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs verilmiş ittihamdan təmiz çəkisi 3,977 qram narkotik vasitə olan qurudulmuş marixuana və 0,034 qram olan psixotorop metamfetaminin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib özündə saxlanılması hissəsi xaric olunsun. Təqsirləndirilən şəxs həmin hissədə əməlində olan inzibati xəta tərkibinin əlamətlərinə hüquqi qiymət verilməsi məqsədi ilə müvafiq materiallar hökm qanuni qüvvəsini aldıqdan sonra Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə göndərilsin. İş üzrə maddi sübut Səbail RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan 0, 527 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, tədqiqat zamanı sərf olunduqdan sonra qalan 0,15 qram psixotrop maddə metafetaminin və 3.937 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra inzibati xəta tərkibinin əlamətlərinə hüquqi qiymət verilməsi məqsədi ilə Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə verilsin, iki ədəd “CD” disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 186 (yüz səksən altı) manat, Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə 408 (dörd yüz səkkiz) manat pul tutulub, “Kapital Bank” 1 saylı 3 saylı vəkil bürosunun Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar