Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-68/2022 25.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1982-ci il tarixdə Zərdab şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etməsi müəyyən olunmuşdur. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədi ilə ünvan 4 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 İraq Respublikasının vətəndaşı olan əri X7 Azərbaycan Respublikasında yaşamaq hüququ əldə edəcəyini onlarla telefon danışıqları zamanı yalandan vəd verərək, Zərərçəkmiş şəxs2 Türkiyə Respublikasının İstanbul şəhərində “Vestern Union” sistemi vasitəsi ilə 09 dekabr 2020-ci il tarixdə göndərdiyi 500 ABŞ dollarının həmin tarixə Azərbaycan manatının məzənnəsi ilə 826 manat 20 qəpik təşkil edən 486 ABŞ dollarını, 14 dekabr 2020-ci il tarixdə eyni üsulla Aydan Daşovanın göndərdiyi 500 ABŞ dollarının həmin tarixə Azərbaycan manatının məzənnəsi ilə 826 manat 20 qəpik təşkil edən 486 ABŞ dollarını ünvan 5 ünvanında yerləşən “UniBank”-ın 19 saylı filialından alaraq, vahid niyyətlə əhatə olunmuş qəsdlə ümumilikdə 1652 manat 40 qəpik pulu alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib aldatmaqla zərərçəkmiş Zərərçəkmiş şəxs2 1652 manat 40 qəpik ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədi ilə X8 qardaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyi üçün Sabirabad Rayon Polis X6 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş X9 işinə xitam verdirəcəyi və həbsdən azad etdirəcəyinə dair yalandan vəd verərək, 2021-ci ilin aprel ayının əvvəllərində X8 yaşadığı ünvan 6 ünvanında sonuncudan 5000 manat pul alıb ələ keçirmiş, verdiyi vədə əməl etməmiş, aldatmaqla Cəlal Tağıyevə həmin məbləğdə maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək bildirmişdir ki, Zərərçəkmiş şəxs2 əri Mahammedlə ortaq dostları Nihadın vasitəsi ilə tanış olmuş, Mahamedi görməmiş, telefon vasitəsi ilə danışmışdır. O, Nihadla 2019-cu ildən tanışdır. Nihad həmin vaxt Bakı şəhərində olanda təsadüfən tanış olmuşlar. Nihad hal-hazırda Londonda yaşayır. Nihad onun telefon nömrəsini Mahammedə verdiyini ona bildirmiş, Aydanın əri, İraq Respublikasının vətəndaşı olan X7 Azərbaycan Respublikasında yaşamaq hüququ əldə etməsi üçün köməklik etməsini xahiş etmişdir. 2020-ci ilin dekabr ayının əvvəllərində Mahammed Shafık ona yaşadığı Türkiyə Respublikasından zəng vurub danışmış, razılaşdıqdan sonra Mahammed öz sənədlərinin surətini ona göndərmişdir. O da maraqlanmış və düzəltmək üçün kömək edə biləcəyini bildirmişdir. Bir müddət sonra, Muhammed ilə danışıb xidmət haqqı olaraq 1000 ABŞ dolları istəmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə Mahammed Shafıkin yoldaşı Zərərçəkmiş şəxs2 “VesternUnion” vasitəsi ilə onun adına 500 ABŞ dolları pul göndərmişdir. O, həmin pulu Sabunçu rayonu Bakıxanov qəsəbsi ərazisində yerləşən “Uni Bank”dan çıxarmışdır. Daha sonra 14 dekabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 təkrar ona eyni qaydada “VesternUnion” vasitəsi ilə 500 ABŞ dolları göndərmişdir. Həmin 500 ABŞ dollarını da Sabunçu rayonu Bakıxanov qəsəbsi ərazisində elə həmin bankdan çıxarmışdır. Zərərçəkmiş şəxs2 ona ümumilikdə 1 000 (min) ABŞ dolları pul göndərib, o da həmin pulu ehtiyacları üçün xərcləmişdir. O, X1 işini həll edə bilməmiş, pulu da xərcədiyi üçün qaytarmaq imkanı olmamışdır. Bu barədə Zərərçəkmiş şəxs2 ilə telefon vasitəsi ilə bir neçə dəfə danışmış, pulunu tamamilə qaytaracağını desə də qaytara bilməmişdir. Bundan başqa Tağıyev Cəlal ilə 2021-ci ilin əvvəl aylarında Şahid3 evində təsadüfən qonaq olan zaman tanış olmuşlar. Yaşarı onu 2019-cu ildən tanıyır. Yaşar onu hüquqşünas kimi tanıyır və hal-hazırda da elə bilir. Cəlal ilə tanış olan zaman o, sonuncuya öz mobil telefon nömrəsini bildirmiş və hüquqşünas olduğunu demişdir. 2021-ci ilin aprel ayının əvvəllərində Cəlal ona zəng vurmuş və görüşmüşlər. Cəlal qardaşı barəsində 2021-ci ilin yanvar ayında Sabirabad rayon polis şöbəsində cinayət işi başlanaraq 4 ay müddətinə həbs qətimkan tədbiri seçildiyini ona demişdir. O, Cəlalın qardaşına köməklik göstərəcəyini bildirmiş və işin həlli üçün 5 000 manat pul lazım olduğunu demişdir. 2021-ci ilin aprel aynın ilk həftəsində o, Cəlal ilə telefon əlaqəsi saxlayaraq, Cəlalın yaşadığı Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən ünvanına getmişdir. Orada Cəlaldan 5 000 (beş min) manat pul almış və Cəlala qardaşının barəsində olan cinayət işinə xitam verdirib sərbəst buraxdıracağını demişdir. Bunda sonra da həmin pulu öz ehtiyacları üçün xərcləmişdir. Cəlal bir neçə dəfə onunla telefon əlaqəsi saxlayanda işin həll olunacağını demişdir. X10 Azərbaycan Respublikasına gəlmədiyi üçün onun işini düzəltmək mümkün olmamış, o da həmin məbləği xərcləmişdir. Zərərçəkmiş şəxs2 ona 1500 ABŞ dolları göndərməmişdir. Zərərçəkmiş şəxs2 ona 500 ABŞ dolları olmaqla 2 dəfə, ümumilikdə 1000 ABŞ dolları göndərmişdir. Göndərilən pulun qəbzlərinin surətin saxlamışdır, təqdim edə bilər. Zərərçəkmiş şəxs2 ona göndərdiyi səs qeydlərində də 1000 ABŞ dollarını qaytarmağını tələb etməsi vardır. Həmin səs yazılarını təqdim etmişdir. Şahid3 onun Cəlal Tağıyevlə danışıqlarından məlumatı olmayıb, Yaşar onun hansı məqsədlə Cəlaldan pul aldığını bilməmişdir, bu işin Yaşarla heç bir əlaqəsi yoxdur və o, Şahid3 həmin puldan heç nə verməmişdir. Cəlal Tağıyevin qardaşını həbsdən azad etdirmək kimi bir imkanı olmayıb, Cəlal Tağıyevə o, vəkil olduğunu bildirmişdir, Cəlal da onu vəkil bilib həmin məbləği vermişdir. Cəlal Tağıyevə yüksək vəzifədə işləyən qohumunun olması barədə bir söz deməmişdir. Cəlal Tağıyevə və qeyrilərinə yalnız vəkil olduğunu demiş, heç kəsə vəkil olmağına dair hər hansı sənəd, vəsiqə təqdim etməmişdir. Həmin şəxslər onun sözünə inanmışlar. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olduğunu, gələcək vaxtlarda zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödəyəcəyini, həbsdə olduğu müddət ərzində təcridxana tərəfindən müsbət xarakterizə olunduğu, həmçinin böyük oğlunun da hal-hazırda həbsdə olmasını və kiçik oğlunun anası ilə tək qaldığını bildirərək barəsində azadlıqdan məhrumetmə əlaqəli olmayan digər cəza növünün seçilməsini xahiş etdi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli, həm ibtidai istintaq zamanı həm də məhkəmə istintaqı zamanı öz etirafedici ifadələri, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, Zərərçəkmiş şəxs2 tərəfindən pulun göndərilməsinə dair qəbzlərin surətləri, ifadənin yerində yoxlanması protokolu, “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə aparılmış mesajlaşmaların əks olunduğu sənədlərə baxış protokolu və iş üzrə toplanmış digər istintaq sənədləri ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ünvan 8 ünvanında ailəsi ilə birlikdə kirayədə yaşayır. İraq Respublikasının vətəndaşı X10 ilə rəsmi nigaha daxil olmuşdur. Bir azyaşlı övladları var. Əri hazırda Türkiyə Respublikasının İstanbul şəhərində yaşayır. Ona görə də tez-tez İstanbul şəhərinə gedib, bir müddət qalıb təkrar ölkəyə qayıdır. Birlikdə Azərbaycan Respublikasında yaşamalarından ötrü, ərinə Azərbaycan Respublikasında yaşamaq hüququ əldə etməsi məqsədilə, əri Mahammed Londonda yaşayan Nihad adlı dostu ilə əlaqə saxlamış, Nihad Bakı şəhərində Təqsirləndirilən şəxs adında vəkil tanışı olmasını bildirmi və nömrəsini vermiş, onlara bu işdə köməklik göstərə biləcəyini demişdir. O, Təqsirləndirilən şəxsla əlaqə saxlamışdır. Nəsimi bildirmişdir ki, üç ay müddətinə bu işi həll edəcəkdir. Qarşılığında isə onlardan 1500 ABŞ dolları pul istəmişdir. Danışıb razılaşdıqdan sonra birinci dəfə 09 dekabr 2020-ci il tarixdə İstanbul şəhərindən “Vestern Union” vasitəsilə Təqsirləndirilən şəxs adına 500 ABŞ dolları pul göndərmiş, daha sonra 14 dekabr 2020-ci il tarixdə təkrarən Təqsirləndirilən şəxs adlna 500 ABŞ dolları pul göndərmişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxs “VesternUnion” vasitəsilə 500 ABŞ dolları da göndərmişdir. Bundan bir müddət keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs işi həll etməmişdir. Bir neçə dəfə telefonla danışsalar da, hər dəfə bir bəhanə deyərək Təqsirləndirilən şəxs işi həll etməmişdir. O, Təqsirləndirilən şəxs “Whatsapp”-la səs göndərərək işi həll edə bilmədiyi üçün pulunu geri qaytarmasını tələb etsə də, sonuncu zənglərə və mesajlara cavab verməmişdir. Bu səbəbdən məcbur olub 21 avqsust 2021-ci il tarixdə şikayət ərizəsi ilə müraciət emişdir. Bu günə kimi də pulunu qaytarmamış və gizlənmişdir. Pulların qəbzlərini saxlamışdır və ilkin araşdırma zamanı təqdim etmişdir. Sonuncu dəfə 17 və ya 18 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs yenə də “VesternUnion” vasitəsilə 500 ABŞ dolları pul göndərmiş, lakin həmin qəbzi saxlamamış, qəbzin şəkli telefonunda olsa da həmin telefon yararsız olduğuna görə dəyişmiş və hazırda pul göndərdiyi qəbz onda yoxdur. Zərərçəkmiş şəxs X4, Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu və onunla barışmadığını, vurulmuş ziyanın ödənilməsini tələb etdiyini bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş X12 ifadəsində göstərmişdir ki, qardaşı X13 2021-ci ilin yanvar ayında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyi üçün barəsində Sabirabad Rayon Polis Şöbəsində cinayət işi başlanaraq 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin ərəfələrdə qardaşının işinə köməklik göstərilməsi və onun barəsində olan cinayət işinə xitam verilərək həbsdən azad edilməsi üçün o, vəkil axtarırmış. Atasının dostu olan, eyni zamanda oğlu ilə hərbi xidmətdə olduğu, aralarında yaxın münasibət olan və tez-tez onların evinə gəlib-gedən Şahid3 qardaşının həbsdə olmasını bildikdən sonra, sonuncu ona demişdir ki, onun bir nəfər Təqsirləndirilən şəxs adında tanış vəkili var və Təqsirləndirilən şəxs bu işdə qardaşına köməklik edə bilər. O, həmin Nəsimi ilə üç dəfə Yaşarı Niftullayevin yaşadığı evdə görüşüb danışmış, hətta Yaşar demişdir ki, “narahat olma Nəsimi mənim oğlum kimidi”. O, danışan zaman Nəsimi ona vəkil olduğunu, buna baxmayaraq yuxarı vəzifədə qohumu olduğunu, həmin şəxsin vasitəsi ilə qardaşını həbsdən azad etdirə biləcəyini bildirərək, onu tam inandırmış və o, Nəsimi ilə razılaşdıqdan sonra, Nəsimi ona işin həlli üçün 5000 (beş min) manat pul verəcəyini demişdir. O, Nəsimin dediyi məbləğlə razılaşmış və 2021-ci ilin aprel aynın ilk həftəsində Nəsimi onun yaşadığı Səbail rayonu, Badamdar yolu, 102 a ünvanında yerləşən evinə gəlmişdir. O, həyat yoldaşı və iki övladının yanında Nəsimiyə 5000 (beş min) manat pul vermişdir. Nəsimi vəd vermişdir ki, qısa müddətdə qardaşı barəsində olan cinayət işinə xitam verdirib, qardaşını sərbəst buraxdıracaq. Lakin bir müddət sonra qardaşı barəsində əksinə həbsdə saxlanılma müddətinin daha 2 (iki) ay uzadılmasını eşidib Nəsimi ilə əlaqə saxladıqda, Nəsimi hər dəfə ona narahat olmamağını deyirmiş. O, Nəsiminin yardımından imtina edərək verdiyi pulu qaytarmağı tələb etdikdə isə, Nəsimi hər dəfə müxtəlif bəhanələr gətirərək ondan yayınmağa başlamışdır. O, 5 000 manat pulu həyat yoldaşı və iki övladının yanında Təqsirləndirilən şəxs vermişdir. Qeyd olunan məbləği verdiyi gün dəqiq yadında deyil, 2021-ci ilin aprel ayının ilk həftəsində pulu Təqsirləndirilən şəxs vermişdir. Zərərçəkmiş şəxs X12, Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu və onunla barışmadığını, vurulmuş ziyanın ödənilməsini tələb etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X14 onun həyat yoldaşıdır, 2005-ci ildə ailə həyatı qurmuşlar, nigahdan iki övladları var. X5 cinayət törətməkdə şübhəli olduğuna görə 2021-ci ilin yanvar ayında Sabirabad Rayon Polis Şöbəsində tutulmuş və barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həyat yoldaşı Cəlal qardaşı Cabirə köməklik etmək istəyirmiş ki, Cabiri həbsdən çıxarsın. Cəlal, əvvəllər oğlu ilə bir yerdə hərbi xidmətdə olduqları və aralarında yaxın münasibət olan və tez-tez onların evinə gəlib-gedən Şahid3 bu barədə bildirəndə, sonuncu Təqsirləndirilən şəxs adında tanış vəkili olduğunu və Cabirin həbsdən çıxmasına köməklik edə biləcəyini demişdir. Cəlal Nəsimi adlı şəxslə danışmış, Nəsimi bu işi həll edəcəyinə və Cabiri həbsdən azad etdirə biləcəyini bildirərək, işin həlli üçün Cəlala 5000 (beş min) manat pul lazım olduğunu demiş və Cəlal həmin məbləği verəcəyi ilə razılaşmışdır. 2021-ci ilin aprel ayının ilk həftəsində, gün dəqiq yadında deyil, saat təxminən 18-19 radələrində, evdə olduqları vaxt bir nəfər onlara gəlmiş, həyat yoldaşı Cəlal da evdə olmuş və demişdir ki, Cabirin işini həll edəcək həmin adamdı, adı Nəsimidi. Nəsimi adlı şəxs onun qaynı Cabirin azadlığa çıxarılmasına köməklik göstərəcəyi və azadlığa buraxdıracağı barədə çox əminliklə danışırmış. Onlar biraz söhbət etmişlər, Cəlal Nəsimiyə 5000 (beş min) manat pul sayıb vermiş və həmin şəxs işi həll edəcəyinə söz verərək getmişdir. Bundan bir müddət sonra qaynı Cabirin barəsində həbsdə saxlanılma müddətini daha 2 (iki) ayda əlavə uzatmışlar. Cəlal bundan çox narahat olmuş və Nəsimi ilə bir neçə dəfə telefon əlaqəsi saxlamışdır. X18 işini həll edib azadlığa buraxdıracağına söz vermiş, lakin tam əksi olmuşdu. Cəlal işin həll edilmədiyini görmüş və Nəsiminin onu aldatdığını başa düşmüş, telerfon vasitəsi ilə danışaraq verdiyi pulu geri istəmişdir, lakin Nəsimi bəhanələr gətirərək pulu qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Cəlal qızı qanuni nümayəndəsi Şahid1 iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, X14 onun atasıdır. 2021-ci ilin aprel ayında, gün dəqiq yadında deyil, saat təxminən 18-19 radələrində onlara bir nəfər orta yaşlı kişi gəlmişdir. Atası evdə olmuş, bu şəxslə görüşmüş, həmin şəxsə Nəsimi adı ilə müraciət etmişdir. Atası ilə Nəsimi atasının qardaşı, yəni onun əmisi Cabirin tutulması ilə bağlı danışırmışlar, sonra atası həmin adama pul sayıb vermiş və demişdir ki, 5000 (beş min) manat puldur. Həmin şəxs onun atasına demişdir ki, “arxayın ol yaxın müddətdə Cabirin işini həll edəcəm” və çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Tağıyev Cəlal onun oğlunun əsgəri olub, Cəlalı 2005-ci ildən etibarən tanıyır. Ailəvi dostluqları olub, aralarında yaxın münasibət var. O, Nəsimini 2019-cu ildən hüquqşünas kimi tanıyır, Nəsimi ilə də ailəvi dostluqları var. Ay, gün dəqiq yadında deyil, 2021-ci ilin əvvəl aylarında Cəlal onlara gəlmiş, qardaşının tutulması barədə danışmış və qardaşına köməklik etməyi bacaran hüququşunas lazım olduğunu demişdir. O, Cəlala köməklik etməsi üçün Nəsimini Cəlalla tanış etmiş, Nəsimi ilə Cəlal özləri danışmışlar. Ona sonradan məlum olmuşdur ki, X16 iş düzəltmək üçün evində 5 000 (beş min) manat pul verib, işi düzəlməyib və aralarında münasibət pozulub. O, ailəvi dostları kimi Cəlalla Nəsimin arasında biri-birinə köməklik edilməsini istəmiş, başqa heç bir məqsədi və niyyəti olmamışdır. O, Nəsimini hüququşunas kimi tanıdığı üçün Cəlal Tağıyevlə tanış eləmişdir, onların arasında baş vermiş pul alış verişindən sonradan məlumatı olub. Təqsirləndirilən şəxs ona istər bu məsələ ilə bağlı, istərsə də hər hansı bir məsələ ilə bağlı pul verməyib, bunu özü də təsdiq edə bilər. Belə bir məsələ üçün o, heç vaxt pul almamışdır və heç vaxt da istəməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişir ki, Zərərçəkmiş şəxs2 onun qızıdır. X17 Şafiklə ailə həyatı qurub, Türkiyə Respublikasında yaşayırlar. 2021-ci ilin hansısa ayında qızı Aydan həyat yoldaşına vətəndaşlıq sənədi düzəltməsi üçün Nəsimi adlı şəxsə Türkiyə Respublikasından bildiyinə görə üç dəfəyə 1500 (min beş yüz) ABŞ dolları pul göndərib. Nəsimi isə işi görməyib və pulu qaytarmayıb. O, bu barədə Nəsimi adlı şəxslə bir neçə dəfə danışmışdır. Nəsimi müxtəlif bəhanələr gətirmiş, pulu gətirəcəyini desə də qaytarmamışdır. O, Nəsimiyə bir dəfə qızının əsəblərini pozmasını demiş, ondan şikayət edəcəyini bildirmiş, Nəsimi cavabında «nə edirsən et, heç kimdən qorxmuram» deyə cavab vermişdir. Nəsimi dəfələrlə pulu qaytaracağına söz versə də, iş görmək Adı ilə qızından aldığı pulu qaytarmamışdır. Qızı Aydanın deməsinə görə Nəsimiyə 1500 ABŞ dolları pul verib. İbtidai istintaq zamanı aparılmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş axtarışda olan şəxsin tutulması barədə protokola əsasən axtarışda olan Təqsirləndirilən şəxs 05 noyabr 2022-ci il tarixdə Binəqədi rayon ərazisində saxlanılmışdır. Təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında 06 noyabr 2022-ci il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs 06 noyabr 2022-ci il tarixdə Xəzər Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası tərəfindən göndərilmiş 17 iyun 2022-ci il tarixli məktubdan görünür ki, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs 03 iyun 2022-ci il tarixində Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq Bakı İstintaq Təcridxanasına yerləşdirilmişdir. İş materiallarında olan qəbzin surətindən görünür ki, zərərçəkmiş şəxs X4, Təqsirləndirilən şəxs 09 dekabr 2020-ci il tarixdə 500 (beş yüz) dollar və 14 dekabr 2020ci il tarixdə 500 (beş yüz) dollar məbləğində pul göndərmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokola əsasən Təqsirləndirilən şəxs, 09 dekabr 2020-ci il tarixdə və 14 dekabr 2020-ci il tarixində Zərərçəkmiş şəxs2 tərəfindən Türkiyə Respublikasından “VesternUnion” vasitəsi ilə göndərdiyi pulları ünvan 11 ünvanında yerləşən “Uni Bank”-ın 19 saylı filialından almasını təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ibtidai istintaqa təqdim etdiyi diskə baxış keçirilərək, müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 həmin səs yazısında: “Sabahınız xeyir, necəsiniz? Mən anama dedim sizi yığıb, zəng eləyib sizə, mən, yoldaşım mənə dedi ki, yəni yoldaşım, sizə mən dedim zəng vur o avukata o, avukat həll eləyər? İndi yoldaşım mənə əsəbləşib deyir altı ay oldu bizimlə dalğa keçir o adam? Bir gün deyir xəstəyəm, bir gün deyir evdəkilər xəstədi, bir gün deyir rayondayam, belə olmaz axı qardaş, yəni insan məzələnməz yəni insan ələ salmaz. Siz bizə üç ay dediz, dediz üç aydan o tərəf keçməyəcək, tez olacaq gec olmayacaq düzdü? Dedim dəqiq olacaq yoxsa olmayacaqsa biz pulu göndərək? Dediz əlbəttə olacaq. Olmayacaq deyə birşey yoxdu. İndi də biz sizə deyirik biz sidən xahiş eləmirik artıq tələb edirik. Siz bizə üç ay demədiz ? artıq üç ay keçib uje altı ayıdı, altı aydı xahiş eliyirik bizim sənəti hazırlayın hazırlamırsız anam Bakıdadı pulu gedin anamın əlinə min dolları verin. Yəni heç kim pulu yerdən, zibilxanadan tapmır hamı əziyyətinən işliyir pulu qazanır. İnsan sakit danışır deyə o demək deyil ki, insanın işini eləməyəsiniz? Anam deyəndə qızım əsəbidi sizdə demisiz neyniyim qızın əsəbidi, day siz belə eləsəz insan xərçəng xəstəliyi tapar yəni elədiyiniz düzgün deyil axı?” ifadələrini işlədir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPMnin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı həm də məhkəmə istintaqı zamanı öz etirafedici ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, iş materillarında olan diskə köçürülmüş səs yazısını, Zərərçəkmiş şəxs2 tərəfindən pulun göndərilməsinə dair qəbzlərin surətlərini, ifadənin yerində yoxlanması protokolu, “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə aparılmış mesajlaşmaların əks olunduğu sənədlərə baxış protokolunu və iş üzrə toplanmış digər istintaq sənədlərini sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etməsi, yəni 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmiş və onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə tövsif edilmiş və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 yanvar 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 4000 (dörd min) manat məbləğində cərimə cəzasına məhkum edilmiş və 05 oktyabr 2016-cı ildə Azərbaycan Respublikasının Milli Məclisinin 20 may 2016-cı il tarixli aministya haqqında qərarına əsasən təyin edilmiş cəzadan azad edilmişdir. Bakı şəhər Nizami Rayon Məhkəməsinin 21 sentyabr 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2500 (iki beş yüz) manat məbləğində cərimə cəzasına, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 28 sentyabr 2018-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 69.3, 66.5 və 68.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2500 (iki min beş yüz) manat cərimə edilməklə, 02 (iki) il,11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Bakı Apellyasiya Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli qərarı ilə hökm dəyişdirilərək ona qəti olaraq 02 (iki) il 03 (üç) ay 02 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması və 2500 (iki min beş yüz) manat məbləğində cərimə cəzası saxlanılmış və 01 iyul 2021-ci il tarixdə Bakı şəhər Nizami rayon məhkəməsinin qərarı ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından azad edilmişdir. Aministya aktının tətbiq edilməsi haqqında 16 dekabr 2021-ci il tarixli qərara əsasən təyin edilmiş 2500 (iki min beş yüz) manat cərimənin 500 manatı ödənilməklə 2000 manat cərimə cazasından azad edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməməsini, onlara dəymiş ziyanın ödənilməməsini və hal-hazırda həmin şəxslərin şikayətçi olmalarını, həmçinin təqsirləndirilən şəxs tərəfindən əvvəllər də eynicinsli cinayət əməllərinin törədilməsinə görə müxtəlif cəza növlərinə məhkum edilməsini, həmçinin barəsində başqa dələduzluq işlərinin istintaqının aparıldığını nəzərə alaraq hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs islah olunması mümkün deyil və ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşiman olmasını cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci və 353.4.12-ci maddələrinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunmuş cəzanın əvvəli Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində tutulan vaxtdan nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 05 noyabr 2022-ci il tarixdən, 06 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğunu, 03 iyun 2022ci ildən 25 avqust 2022-ci il tarixədək həbsdə olduğu müddət ona təyin edilmiş əsas cəza müddətindən çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 02 (iki) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 05 noyabr 2022-ci il tarixdən 06 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət, 03 iyun 2022-ci il tarixindən 25 avqust 2022-ci il tarixədək həbsdə olduğu müddət ona təyin edilmiş əsas cəza müddətindən çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzacəkmə müddətinin əvvəli axtarışda olan şəxs kimi tutulduğu 03 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə 360 (üç yüz altmış) manat pul vəsaiti dövlət büdcəsindən tutulub, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun “Kapital Bank”-ın 1 saylı Səbail rayon filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-68/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-68/2022
25.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver