Məhkəmə qərarları › İş №1(009)-68/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-68/2024

04.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-68/2024 04.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Məmmədova Məryəmxanım Elman qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı4, Müdafiəçi “Yasa” vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2002-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləmiyən, məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olmaqla, yaşayan barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 86.750 qram olan narkotik vsasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı PB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, 11 mart 2023-cü il tarixdə saat 20:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xəqani küçəsində saxlanılaraq Binəqədi RPİ-nin 6-cı PB-nə aparılmış, orada həmin tarixdə saat 20:55-dən etibarən xidməti otaqların birində keçirilən şəxsi axtarış və götürmə zamanı həmin vaxtı əynində olan boz rəngli idman gödəkçəsinin sağ yan cibindən 1 ədəd üzərisi qara rəngli izoletnlə bağlanmış şəffaf sellofana bükülmüş bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 86.750 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan beş ədəd sellofan bükümlərdə şəxsi istehlak miqdardan artıq miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 1.020 qram, 1.669 qram, 1.120 qram, 1.089 qrram və 1.058 qram ümumi təmiz çəkisi 5.956 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib əynində olan qara rəngli şalvarının sağ qabaq cibində saxlayaraq daşımış, Əlahiddə ÇPA-nın 4-cü patrul bölüyünün əməkdaşları tərəfindən 22 iyun 2023-cü il tarixdə saat 23:00 radələrində xidmət apardıqları Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, 7-ci Bayıl adlanan ərazidə saxlanılıb, Səbail RPİ-nin 8-ci PB-nə aparılmış, orada həmin tarixdə saat 00:35-dən etibarən xidməti otaqların birində keçirilən şəxsi axtarış və götürmə zamanı həmin vaxtı əynində olan qara rəngli şalvarın sağ qabaq cibindən beş ədəd sellofan bükümlərdə şəxsi istehlak miqdardan artıq miqdarda ayrı-ayrıhqda təmiz çəkiləri 1.020 qram, 1.669 qram, 1.120 qram, 1.089 qrram və 1.058 qram ümumi təmiz çəkisi 5.956 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı aşkar edilərək götürülmüşdür. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş itthamda özünü təqsirli bilərək göstərmişdir ki, 11 mart 2023-cü il tarixdə səhər saatlarında Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində tanımadığı şəxsdən öz istifadəsi üçün 1 ədəd şəffav sellofana bükülmüş bükümdə narkotik vasitə olan qurudulmuş narixuananı 900 manata alıb üzərində şəxsi istifadəsi üçün saxlamışdır. 11 mart 2023-cü il tarixdə saat təxminən 20:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xəqani küçəsi ara məhllə ilə yol gedərkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və onu qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli bilindiyini üçün Binəqədi RPİ-nin 6-cı PB-nə gətirmişlər. Bölmədə Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasında xidməti otaqların birində üzərinə onun öz razılığı ilə müdafiəçinin iştrakı olmadan videoçəkiliş altında baxış keçirilərkən əynində olan boz rəngli idman gödəkçənin sağ yan cibində 1 ədəd şəffav sellofana bükülmüş halda olan bükümdə narkotik vasitə hesab edilən qurudulmuş marixuanam aşkar edilərək zərfə qoyularaq qabladşırılmış və möhürlənmişdir. Həmin Narkotik vasitəni Masazır qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 900 manata almışdır. 21 iyun 2023-cü il o, dostu Şahid4 ilə Yasamal rayonu ərazisində görüşmüş Şahid4 öz şəxsi istifadəsi üçün güclü təsir edən həb, o isə qurudulmuş marixuana onlayn qaydada almış və Yeganə şadlıq sarayının yanında yerləşən yaşayış binalarının birinin işıq sayğacının qutusundan 5 büküm qurudulmuş marixuananı və 7 list həbləri götürmüşlər. Bundan sonra onlar Şahid4 məxsus avtomobillə birlikdə sonuncu həbləri, o isə qurudulmuş marixuananı istifadə etmək üçün Bakı şəhəri, Bayıl qəsəbəsinə yola düşmüş, avtomobili Bayıl qəsəbəsi ərazisində saxlamaq istəyərkən polis avtomobili onların yanında saxlamış, 2 nəfər polis əməkdaşı avtomobildən aşağı düşüb onlara yaxınlaşmış və özlərini təqdim edərək onların həmin ərazidə nə etdiklərini soruşmuşlar. Onlar həmin vaxt həyacanlı olduqlarına görə polis əməkdaşları onların narkotik vasitənin istifadəsində şübhəli bilindiklərini deyib Səbail RPİ-nin 8-ci PB-nə dəvət etmişlər. Bölmədə videoçəkiliş aparılmaqla müdafiəçinin iştirakı ilə üzərinə axtarış aparılmış bu zamanı o, 5 ədəd şəffav sellofana bükülmüş bükümləri çıxarıb polis işçilərinə təqdim etmiş və həmin bükümlərin içərisində olan maddənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Sonra həmin bükümlər zərfə qablaşdırılmışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 göstərmişdir ki,l 1.03.2023-cü il tarixdə xidmət etdiyim Binəqədi RPİ-nin 6-cı PB-də olan zaman ona ünvan 1-də qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, əldə etməsi, saxlaması və daşıması barədə məlumat daxil olmuş və həmin məlumat əsasnda tədbir keçirilməsi barədə Binəqədi RPİ-nin 6-cı PB-nin sahə rəisi Şahid6 bildirmişdir. Bu barədə rəhbərliyə məruzə edildikədn həmin şəxsin ifşa edilməsi məqsədi ilə əməliyyataxtarış tədbirlərin keçirilməsi barədə qərar qəbul edilmiş və daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə Binəqədi RPİ-nin 6-cı PB-nin sahə rəisi Şahid6 və ondan ibarət əməliyyat qrupu təşkil edilmişdir. 11 mart 2023-cü il tarixdə saat 20:00 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xəqani küçəsində olması barədə təkrar məlumat daxil olmuşdur. Məlumat əsasında yaradılmış əməliyyat qrupu ilə birlikdə həmin küçəyə gəlmişlər və məlumatda göstərilən əlamətlərə bənzər şəxsin həmin yerdə olduğunu görmüşlər. Onlar ona yaxınlaşıb saxlamışlar və özlərini təqdim edərək ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək adının Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar ona qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, daşıma, gəzdirmədə şübhəli bilindiyinə görə saxlanıldığını bildirib onu Binəqədi RPİ-nin 6-cı PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməyərək onlarla polis bölməsinə gəlmişdir. Onlar keçirtdikləri əməliyyat tədbiri barədə bölmənin rəhbərliyinə məruzə etdikdən sonra araşdırmanın aparılması növbətçi təhqiqatçısına həvalə edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuş, müvafiq sənədləşmə aparıldıqdan sonra videoçəkilişlə onun üzərinə şəxsi axtarış aparılacağını təhqiqatçı tərəfindən izah edərək ondan bu hərəkətə dair etirazının olub-olmamasını soruşulmuşdur. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkilişlə üzərində olan əşyaları masanın üzərinə qoyması xahiş edilmişdir. Təqsirləndirilən şəxs bu zaman əynində olan boz boz rəngli üzərində “Santa Monica 05” sözü yazılmış idman gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffav sellofana bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümün içərisində olan maddənin naroktik vasitə qurudulmuş marixuana olduğunu, özü şəxsi istifadə üçün Abşeron rayonu, Masazır kəndi ərazisində tanımadığı şəxsdən 900 manata aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə axtarış aparılmış lakin heç bir qadağan olunmuş əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə bir ədəd şəffav sellofana bükülmüş büküm zərfə qablaşdırılmış, möhürlənmiş və zərf iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 iş üzrə şahid qismində dindirilmiş Şahid5 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 21 iyun 2023-cü il tarixdə saat 23:00 radələrində 2449 çağırılışlı avtopatrulla Şahid1 və Şahid2 ilə birlikdə inzibati ərazidə xidmət aparan zaman Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi 7-ci Bayıl adlanan ərazidə Kia markalı ** DY *** dövlət qeydiyyat nişah avtomobilin içərisində olan şəxslərin özlərini şübhəli apardıqları üçün avtomobil saxlayıb onlara yaxınlaşmışlar və avtomobilin salonunda otura 2 nəfər şəxsin özlərini şübhəli apardıqları üçün onlara verilən suallara qeyri- adekvat cavablar verdiklərindən narkotik vasitənin təsiri altında olmalarıma dair əsaslı şübhələr yarandığından Səbail RPİ-nin 8-ci PB-nə gətirilərərk raportla təqdim etmişlər. Həmin şəxslərin şəxsiyyətləri müəyyən edilərkən onlardan birinin X3 digərinin isə BayramhƏli Nazim oğlu olduğu müəyyən edilmişdir. Həmin şəxslərin üzərinə axtarış keçirilməsi üçün növbədə olan təhqiqatçıya həvalə edilmişdir. Səbail RPİ-nin 8-ci PB-nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuşdur. Təqsirləndirilən şəxs vəkil təqdim olunduqda sonuncu vəkilə heç bir etirazının olmadığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra vəkilin iştirakı ilə videoçəkiliş həyata keçirilməklə hüquq və vəzifələri izah olunduqdan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində hərhansı bir qeyri-qanuni əşya və ya predmet varsa könüllü surətdə təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 05 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş bükülü aşkar edilmişdir. Həmin bükümlər açılan zaman 05 ədəd şəffaf sellofan kəsiyində yaşıl rəngli, spesifik qoxuya malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə,olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən maddəni haradan və kimdən əldə etməsi soruşulduqda sonuncu həmin bükümlərin içərisində narkotik vasitə qurudulmuş marixuana olmasını, həmin bükümləri 21 iyun 2023-cü il tarixdə saat 21:00 radələrində “Vatçap” sosial şəbəkəndə +**********01 nömrəli mobil nömrəsi ilə Renat adh şəxsdən ********** hesabına 180 manat göndərməklə aldığını və şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, lakin üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddələr olan 05 ədəd büküm bir ədəd içərisi boş olan kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 iş üzrə şahid qismində dindirilmiş Şahid3 ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan 11 mart 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 mart 2023-cü il tarixdə, saat 20:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 11 mart 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasında şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli üzərində SANTA MONİCA 05 sözləri yazılmış idman gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümünü çıxarıb masanın üzərinə qoyur, içində narkotik vasitə qurudulmuş marixuana olmasını, həmin bükümü səhər saatlarında Abşeron rayonu Masazır qəsəbəsində tanımadığı şəxsdən 900 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır, lakin üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilmir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olan 01 ədəd büküm bir ədəd içərisi boş olan kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənərək götürülür. İş materiallarında olan 12 mart 2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7/373 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş təmiz çəkisi 86.750 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarında olan 12 mart 2023-cü il tarixli “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair aktdan görünür ki, AR DİN Səbail RPİ-nin 08-ci PB-si tərəfindən 86.750 qram olan ekspertiza tədqiqatından sonrakı qalıq qalmış 86.7 qram narkotik vasitə qurudulmuş marixuana geri qaytarılmışdır. İş materiallarında olan 12 mart 2023-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi icraata götürülərək istintaqı davam etdirilmişdir. İş materiallarında olan 12 mart 2023-cü il tarixli “elektron məlumat daşıyıcısına baxış keçirilməsi barədə” protokoldan görünür ki, üzərində markası olmayan, ağ rəngli 1 ədəd DVD diski «HP» markalı kompüterin disk oxuducusu vasitəsi ilə açıldıqda içərisində 04 ədəd video fayl olduğu müəyyən edildi. Həmin video fayllara baxış keçirilərkən müəyyən edildi ki, şübhəli şəxs əynində olan boz rəngli idman gödəkçəsinin sağ yan cibindən 1 ədəd üzərisi qara rəngli izolentlə bağlanmış şəffaf sellofana bükülmüş halda olan bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddəni çıxarıb masanın üzərinə qoymuşdur. İş materiallarında olan 13 mart 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan 14 mart 2023-cü il tarixli Bakı şəhəri Binəqədi rayon məhkəməsini 4(001)-241/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində verilmiş vəsatət təmin edilməmiş və o dərhal həbsdən azad edilmişdir. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 14 mart 2023-cü il tarixli “elektron məlumat daşıyıcısına baxış keçirilməsi barədə” protokoldan görünür ki, baxış zamanı telefonda Təqsirləndirilən şəxs “Oğlum” kimi qeyd olunan +98- 938-967-5166 saylı mobil nömrəyə göndərdiyi səsyazısına qulaq asarkən Təqsirləndirilən şəxs tez götürmək və gecəyə qalmamaq üçün İrəc adı ilə müraciət etdiyi şəxsdən tez həll etməsini istədiyi, ondan göndərəcəyinin özündə olduğu kimi normal olub-olmadığını soruşduğu aşkar edilmişdir. Çatın davamında işarələnmiş yerin, bir ədəd bağlamanın fotoşəkilləri, eləcə də Kamrn Mustafazadənin həmin şəxsə göndərdiyi “götürdüm”, “ikisi də bir yerdə skoçlanıb?” kimi ifadələrdən ibarət səsyazıları müəyyən edilmişdir. Bu faktı Təqsirləndirilən şəxs təsdiqləmiş və özü istifadə etməkdən ötrü narkotik vasitə almaq üçün İran İslam Respublikası vətəndaşı ilə əlaqə saxladığını etiraf etmişdir. Bundan başqa baxış zamanı aşkar edilmiş mobil nömrə sahibinin anket məlumatları barədə Təqsirləndirilən şəxs sual verilərkən həmin mobil nömrənin İrəc adı ilə tanıdığı İran İslam Respublikası vətəndaşına məxsus olduğunu, lakin onun haqqında narkotik vasitə, psixotrop maddələrin satışı ilə məşğul olmasından savayı hər hansı məlumatı olmadığını bildirmişdir. İş materiallarında olan 20 iyun 2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Publik hüquqi şəxsin 3914 nömrəli ambulator məcburi- narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 22 iyun 2023-cü il tarixli cinayət işinin başlanması, icraata qəbul edilməsi və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış icraata qəbul edilmiş və istintaq olunması üçün aidiyyəti üzrə Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. İş materiallarında olan 22 iyun 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 iyun 2023-cü il tarixdə, saat 23:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 22 iyun 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 21 iyun 2023-cü il tarixdə Səbail RPİ-nin 8-ci PB-nin inzibati binasında şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ cibindən 05 ədəd şəffav sellofan bükümləri çıxararaq masanın üzərinə qoymaqla təqdim etdi. Həmin qutunun içərisinə baxış keçirilən zaman oradan 05 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş bükülülər aşkar edildi. Həmin bükümlər açılan zaman 05 ədəd şəffaf sellofan kəsiyində tünd yaşır rəngli, spesifik qoxuya malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olması aşkar edildi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən maddələri haradan və kimdən əldə etməsi soruşulduqda sonuncu həmin bükümlərin içərisində narkotik vasitə qurudulmuş marixuana olmasını, həmin bükümləri 21 iyun 2023-cü il tarixdə saat 21:00 radələrində “Vatçap” sosial şəbəkəndə +**********01 nömrəli mobil nömrəsi ilə Renat adlı şəxsdən ********** hesabına 180 manat göndərməklə aldığını və şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirdi. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparıldı, lakin üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilmədi. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddələr olan 05 ədəd büküm bir ədəd içərisi boş olan kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənərək götürülmüşdür. İş materiallarında olan 22 iyun 2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7/917 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində « Vətəndaş Təqsirləndirilən şəxs üzərindən...» yazısı və imzalar olar kağız paketdə 05 (beş) ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri- 1.020 qram, 1.669 qram, 1.120 qram, 1.089 qram, 1.058 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 5.596 qramdır. İş materiallarında olan 22 iyun 2023-cü il tarixli “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair aktdan görünür ki, AR DİN Səbail RPİ-nin 08-ci PB-si tərəfindən 5.956 qram olan ekspertiza tədqiqatından sonrakı qalıq qalmış 5.706 qram narkotik vasitə qurudulmuş marixuana geri qaytarılmışdır. İş materiallarında olan 22 iyun 2023-cü il tarixli cinayət işinin başlanması, icraata qəbul edilməsi və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış icraata qəbul edilmiş və istintaq olunması üçün aidiyyəti üzrə Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. İş materiallarında olan 22 iyun 2023-cü il tarixli “elektron məlumat daşıyıcısına baxış keçirilməsi barədə” protokoldan görünür ki, Kamran Fikrət oğlu əynindəki qara rəngli şalvarının sağ qabaq cibində - adığı şəffaf selofana bükülmüş beş bükümdə olan yaşıl rəngli marixuanaya bənzər maddəni çıxarıb təqdim edir. Həmin bükümlər açıldıqda içərisində narkotik vasitə marixuanaya bənzər yaşıl rəngli kütlələrin olması aşkar edilir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs bildirir ki, üzərindən aşkar edilmiş parkotik vasitə marixuanandır, həmin maddələr ona məxsusdur və həmin narkotik vasitə marixuanaları 21 iyun 2023-cü il tarixdə saat 21.00 radələrində onlayn olmaqla tanımadığı şəxsdən 180 manat pul ödəməklə Nəsimi rayonu Yeganə şadlıq sarayının yaxınlığında evin blokundan götürmüşdür və öz şəxsi istifadəsi üçün özündə saxlamışdır. X4 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, geyim əşyaları və ayaqqabıları bir-bir yoxlanılır, lakin onun üzərindən heç bir qeyri-qanuni əşya və ya maddə aşkar edilmir. videogörüntü həmin anda başa çatır. İş materiallarında olan 23 iyun 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan 23 iyun 2023-cü il tarixli “vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs saxlandığı yerdən azad edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi məsələsinin həll edilməsi qərara alınmışdır. İş materiallarında olan 23 iyun 2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 01 iyul 2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan 29 iyul 2023-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi icraata götürülərək istintaqı davam etdirilmişdir. İş materiallarında olan 29 iyul 2023-cü il tarixli cinayət işləri üzrə icraatların birləşdirilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək ********* nömrə altında istintaq davam etdirilmişdir. İş materiallarında olan 06 noyabr 2023-cü il tarixli “sübut növü kimi tanınma barədə” qərardan görünür ki, Cinayət işi üzrə şəxsi axtarış və götürmə zamanı çəkilmiş görüntünü özündə əks etdirən 02 r) ədəd DVD disk, ilkin araşdırma materialları, məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan espublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 7/917 yh və xx.xx.2023-cü il tarixli, 7/373 sayh rəyləri, ambulator məcburi-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator X1 xx.xx.2023-cü il tarixli, 3914 nömrəli rəyi, “şəxsi axtarış və götürmə barədə” 11 mart 2023-cü il və 22 iyun 2023-cü il tarixli protokolları, diskə baxış keçirilməsi haqqında» xx.xx.2023-cü il tarixli protokolu, şahidlərin, şübhəli və təqsirləndirilən şəxsin dindirmə protokolları cinayət işi üzrə sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan 06 noyabr 2023-cü il tarixli cinayət işinin materiallarından ayrıca icraata cinayət işinin ayrılması və cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işinin materiallarından Şahid4 güclü təsir edici maddənin əldə etməsi və həmin maddələri ona satmış şəxsin barələrində Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsi ilə ayrıca icraata ********* saylı cinayət işi ayrılmışdır. İş materiallarında olan 07 noyabr 2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 23 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamların məzmununda dəyişdirilmədən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. Məhkəmə Elektron Sisteminin çıxarışından görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahidlərin ifadələri, ekspertizaların rəyləri, maddi sübutlar, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasın, əvvəllər məhkum olunmamasını və müharibə veteranı olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinin tələblərinə əsasən cinayətin təkrar törədilməsi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal olaraq nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən hallarını, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxsa cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədəuyğun hesab edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 11 mart 2023-cü il tarixdən 14 mart 2023-cü il tarixədək və 22 iyun 2023-cü tarixdən 23 iyun 2023-cü il tarixədək tutulduğu cəmi 04 (dörd) gün müddət bir günə iki gün hesablanaraq 08 (səkkiz) gün müddət təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut olan 07 (yeddi) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut olan - Səbail Rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 5.706 qram və 86.7 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 145 (bir yüz qırx beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 mart 2023-cü il tarixdən 14 mart 2023-cü il tarixədək və 22 iyun 2023-cü tarixdən 23 iyun 2023-cü il tarixədək tutulduğu cəmi 04 (dörd) gün müddət bir günə iki gün hesablanaraq 08 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Yasamal rayonu, Ü.Əkbərov küçəsi ev 83S ünvanını axşam saat 22:00-dan səhər saat 08:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut olan 07 (yeddi) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan - Səbail Rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 5.706 qram və 86.7 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 143 (bir yüz qırx üç) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X7¬liyi Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. “Yasa” vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 200 (iki yüz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından tutularaq “Yasa” vəkil Bürosunun bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar