Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-69/2021 27.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Məmiyev Elnur Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi “VERDİKTUM” Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, X1 iştirakları ilə, 04 iyun 1990-cı ildə Rusiya Federasiyası, Voronej vilayətində anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Rusiya Federasiyası, Voronej vilayətində qeydiyyatda olmaqla, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 3cü döngə, ev 90A-da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təqsirləndirilir, ondan ötrü ki, o, zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 22 avqust 2020-ci tarixdə saat 13:00 radələrində yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 3-cü döngə, 90A saylı evin ikinci mərtəbəsində şəxsi münasibətlər zəminində, yəni aralarında mətbəxdə yerləşən kondisionerin pultunun yerində olmaması ilə bağlı baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs sağ əl nahiyəsinə bir neçə dəfə yumruqla vuraraq ona sağ əldə ağrı və hərəkət məhdudluğu ilə müşaiyət olunan sağ əlin ovuc və arxa səthlərinin geniş ölçülü hematoması, eləcə də, sağ əlin İV, V barmaqlarının distal falanqalarının arxa səthlərinin sıyrıqları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş xəsarətlər yetirərək qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 3-cü döngə, ev 90A-da ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun qaynanasıdır və onlarla birlikdə eyni evdə yaşayır. 22 avqust 2020-ci tarixdə Zərərçəkmiş şəxs döyülməsi ilə bağlı DİN-in 102 xidmətinə zəng etmiş və polis əməkdaşları yaşadığı evə gəlmişlər. Həmin gün qaynanasının nə səbəbə görə görə belə hərəkətlər etməsini dəqiq bilməsə də, sonradan bilmişdir ki, qaynanası Zərərçəkmiş şəxs əri Şahid2 bacısı və yeznəsi tərəfindən döyülməsi faktı ilə bağlı Səbail rayon Polis İdarəsinin İstintaq şöbəsində istintaqı aparılan cinayət işinin icraatına xitam verilməsi üçün onun barəsində şikayət etmişdir ki, Gündüz məcbur qalıb həmin cinayət işi üzrə barışıq ərizəsi versin. Həmçinin Arzu Səfərovanın əsas məqsədi oğlu Gündüzü və ailəsini yaşadıqları evdən çıxartsın. Bununla bağlı məhkəməyə də müraciət etmişdir. 22 avqust 2020-ci il tarixdə səhər saatlarında qaynanası Zərərçəkmiş şəxs DİN-in 102 xidmətinə zəng edərək guya onların, yəni onun və Gündüzün evə quraşdırılmış müşahidə kameralarının onun yataq otağında olan yaddaş blokunu oğurladıqlarını bildirmişdir. Bu həqiqətə uyğun deyil, çünki Zərərçəkmiş şəxs özü 19 avqust 2020-ci il tarixdə evə gəlmiş və 3 gün keçdikdən sonra həmin şikayəti etmişdir. Polis əməkdaşları evdən getdikdə Gündüz də onlarla birlikdə çıxıb getmiş, saat 13 radələrində qaynanası Zərərçəkmiş şəxs mühafizəçisi Şahid1 ilə birlikdə mətbəxə keçmişdir. O da azyaşlı övladı ilə aşağı mərtəbədən evin ikinci mərtəbəsinə qalxmış, otağa qalxanda otağın kilidinə açarı salan zaman arxadan kiminsə gəldiyini eşitmişdir. Qapını açıb uşağı yerə qoymuş, bu zaman qaynanası Arzu ondan mətbəxə quraşdırılmış kondisionerinin pultunu ona verməsini tələb etmiş, o da Arzuya pultun onda olmadığını bildirmişdir. Bu zaman Zərərçəkmiş şəxs onun əynindəki paltardan yapışaraq əynindəki maykanın ipini dartmağa başlamışdır. Arzu onun boynunu və sinəsini cırmaqlamış, sağ qolunun dirsəkdən yuxarı hissəsinə də yumruqla vurmuşdur. Zərərçəkmiş şəxs onun maykasının ipini dartdığı üçün maykanın ipi qopduğuna görə o, otağa daxil olmuşdur. Arzu da əsəbi halda otağa daxil olmaq istədikdə mühafizəçisi Ayşən gələrək Arzunu özü ilə birinci mərtəbəyə aparmışdır. O da Gündüzə zəng edərək bu barədə məlumat vermiş və Gündüzlə danışdıqdan dərhal sonra DİN-in 102 xidmətinə zəng edərək döyülməsi barədə məlumat vermişdir. Gündüz gəldikdən sonra onun anası ilə etdiyi söhbətə qulaq asmış, Gündüz anası Arzuya nə səbəbə görə bir pulta görə bu qədər mübahisə yaratdığını soruşmuş, bundan sonra da, Gündüz Ayşənə da iradlarını bildirərək Zərərçəkmiş şəxs arxasınca nə səbəbə görə getmədiyini soruşmuşdur. Ayşən Zərərçəkmiş şəxs ikinci mərtəbəyə onun arxasınca qalxdığını bilmədiyini, pultu axtarmaq üçün getdiyini düşündüyünü bildirmişdir. Həmçinin göstərmişdir ki, qaynanası Zərərçəkmiş şəxs tərəfindən döyülməsi nəticəsində qolunda və boynunda dırnaq izləri və sağ qolunda da hematoma yaranmışdır. Polis əməkdaşları gəlib gedəndən sonra uşaqlar özlərini narahat hiss etdikləri üçün həmin gün tibbi ekspertizaya gedə bilməmiş, 6-7 gün həmin xəsarətin izləri qalmış, ondan sonra da getmişdir. Birinci gün ekspertiza müayinəsindən keçmədiyinə görə, həmçinin karantin rejimi olduğundan ekspertiza müayinəsindən keçmək istəməməmişdir. Bundan başqa, polis əməkdaşları onun DİN-in 102 xidmətinə verdiyi məlumatla bağlı evinə gəldikdə ondan döyülməsi ilə bağlı ərizə aldıqdan sonra bədəninin üzərində olan xəsarətlərlə bağlı ekspertiza müayinəsindən keçməsi üçün yazılı göndəriş verməmişdir. Zərərçəkmiş şəxs 22 avqust 2020-ci il tarixdə saat 11:17-də DİN-in 102 xidmətinə etdiyi ilkin müraciətində göstərdikləri həqiqətə uyğun deyil. Təhlükəsizlik kameralarının bloku Zərərçəkmiş şəxs yataq otağında yerləşdirilmiş və Arzu evdən gedəndə otağının qapısını açarla bağlamışdır. Onun və yoldaşı Gündüzün bununla bağlı heç bir məlumatı yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, döngə 3, ev 90A-da qeydiyyatda olmaqla yaşayır, “xxxx” MMC dərman şirkətinin direktorudur və şirkətin ofisi yaşadığı evində yerləşir. Şahid2 onun oğludur, Təqsirləndirilən şəxs Gündüzün arvadıdır. O, ərindən boşandıqdan sonra oğlu Şahid2 atasının yanında Rusiya Federasiyasında yaşamışdır. Gündüz ali təhsilini Rusiya Federasiyası Voronej şəhərində almış və atası vəfat etdikdən sonra Gündüz arvadı Olesya və iki azyaşlı uşaqları ilə birlikdə Bakı şəhərinə köçərək ona məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, döngə 3, ev 90A-da yanında yaşamağa başlamışdır. Yaşadığı evlə bağlı aralarında dəfələrlə mübahisələri, eləcə də, məhkəmə çəkişmələri olduğunu, yaşadığı evdə 2020-ci ilin mart ayında həyətini müşahidə edən kameralar quraşdırdığını və həmin kameraların yaddaş blokunun onun yataq otağında yerləşmişdir. X9 hamilə olduğu müddətdə onun evində yaşamağa başlamış, elə həmin evdə də qeydiyyatdadır. Əvvəllər qızı Fitatın oğlu Gündüz və arvadı Olesya ilə münasibətləri yaxşı olsa da, sonradan onların əmlakla bağlı onunla mübahisə etdikləri və onu həmin evdən kənarlaşdırmaq istədikləri üçün münasibətləri pisləşmişdir. Qızı doğuşdan sonra 2020-ci ilin aprel ayında elə əmlakla bağlı yaranmış mübahisə nəticəsində oğlu Gündüzlə onun arasında dava-dalaş baş vermiş və həmin dava-dalaşla bağlı başlanmış cinayət işinin istintaqını Səbail rayon Polis İdarəsinin İstintaq şöbəsində müstəntiqi Musa Məhərrəmov aparmışdır. Bütün bunlarla bağlı o, Səbail Rayon Məhkəməsində oğlu Şahid2 həmin evdən çıxarılması ilə bağlı iddia qaldırmış və həmin müddət ərzində qızının evində yaşamışdır. Məhkəmə tərəfindən qərardad çıxarıldıqdan sonra o, şəxsi hexxxxına müqavilə bağladığı mühafizə şirkətinin əməkdaşı cangüdən Şahid1 ilə evinə gəlmiş, mobil telefonunda evdə quraşdırdığı kameraların qeydə aldığı görüntülər görsənmədiyi üçün videokameraların yaddaş blokunun yataq otağında olmadığını görmüşdür. Həmçinin ofisində şirkətlə bağlı bəzi sənədləri və möhürün yerində olmadığını görmüşdür. Ona görə də, o, 22 avqust 2020-ci il tarixdə DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Məlumat əsasında evinə gələn polis əməkdaşları baxış keçirmiş, onlar ilkin araşdırmanı etdikdən sonra evindən getmişlər. Bundan sonra, o, cangüdən Ayşən xanımla birlikdə mətbəxə keçmiş, Olesya da otağına qalxmışdır. O, mətbəxdə olan kondisionerin pultunu tapmamışdır. Saat 13:00 radələrində evin ikinci mərtəbəsinə qalxaraq Olesyanın otağının qapısını döyüb açmış və ondan pultun harada olmasını soruşmuşdur. Olesya da bilmədiyini deyəndə ona indicə mətbəxdə olduğunu və işləyən kondisioneri söndürdüyünü bildirmişdir. Olesya da ona kobud cavab verərək otaqdan rədd olmasını bildirmişdir. Buna görə də, aralarında mübahisə yaranmış, Olesya əli ilə onu sinəsindən itələmişdir. O da yıxılmamaq üçün qapıdan yapışmış, Olesya isə yumruqla onun sağ əlinə dəfələrlə vuraraq əlini qapıdan çəkməsini və otaqdan çıxmasını istəmişdir. O, pultun Olesyada olduğunu və vermək istəmədiyini bildiyi üçün otaqdan çıxmamış və pultu ondan tələb etmişdir. Olesyanın sağ əlinə yumruqla vurması nəticəsində o, xəsarət almışdır. Cangüdəni Ayşən mübahisəyə müdaxilə edərək onu kənarlaşdırmış və əlinə sarğı qoymuşdur. Buna görə də, təkrarən DİN-in 102 xidmətinə zəng edərək döyülməsi barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları yenidən onun evinə gəlmiş və oğlu Şahid2 də evə gəlmişdir. Gündüz evə gəldikdən sonra pultu hardansa tapıb evdə olan pianonun üstünə qoymuşdur. Yəqin ki, elə o pultu arvadı Olesyadan alıb oraya qoymuşdur. Həmin gün o, 34 saylı poliklinikaya gedib əlindəki xəsarətlərlə bağlı müayinə olunmuşdur. Araşdırma dövründə də tibbi ekspertizadan keçmişdir. Həmçinin göstərmişdir ki, evində maneəsiz yaşamaqla bağlı məhkəmə qərardadını aldıqdan sonra 19 avqust 2020-ci il tarixdə evinə gəlmiş və yataq otağında olan təhlükəsizlik kameralarının blokunun yerində olmadığını aşkar emişdir. Ekspert müayinəsi zamanı onun sağ əlinin üzərində aşkar edilən xəsarətləri ona Gündüzün arvadı Olesya 22 avqust 2020-ci il tarixdə saat 13:00 radələrində yumruqla vuraraq yetirmişdir. Təqsirləndirilən şəxs DİN-in 102 xidmətinə zəng edərək onun tərəfindən döyülməsi barədə verdiyi məlumat yalandır. O, yaşlı qadın olduğu üçün, heç Olesya ilə dalaşmağa və ona xəsarət yetirməyə fiziki gücü də çatmaz. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, “VƏTƏN-N” mühafizə xidmətində xidmət üzrə müfəttiş vəzifəsində işləyir. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 3-cü döngə, ev 90A-yaşayan Zərərçəkmiş şəxs “VƏTƏN-N” mühafizə xidməti ilə bağladığı 19 avqust 2020-ci il tarixli müqaviləyə əsasən həmin tarixdən Zərərçəkmiş şəxs yaşadığı ünvanda onun şəxsi mühafizəçisi kimi fəaliyyət göstərmişdir. Zərərçəkmiş şəxs evində xidmət göstərərək mülkiyyəti və Zərərçəkmiş şəxs şəxsi təhlükəsizliyini, sağlamlığını təmin etməkdən ibarət idi. Həmin evdə tez-tez münaqişələr yaranırdı. İstər Olesya, İstər sə də Gündüz tərəfindən münaqişələr yaranırdı. Bu münaqişələr də onun işinə maneə törədirdi. Həmin şəraitdə işi yerinə yetirmək çətin olurdu. 22 avqust 2020-ci il tarixdə Zərərçəkmiş şəxs yaşadığı evində olan müşahidə kameralarının oğurlanması barədə DİN-in 102 xidmətə verdiyi telefon məlumatı əsasında Səbail RPİ-nin 41-ci polis bölməsinin əməkdaşları gəlmiş və hadisə yerinə baxış keçirdikdən sonra getmişlər. Onlar getdiyi zaman Zərərçəkmiş şəxs oğlu Şahid2 də evdən çıxıb getmişdir. Bundan sonra, o və Zərərçəkmiş şəxs mətbəxdə oturmuşlar. Bu zaman Gündüzün arvadı Təqsirləndirilən şəxs mətbəxdə olan kondisioneri söndürmüş və evin ikinci mərtəbəsinə qalxmışdır. O, Arzu xanımla mətbəxdə oturan zaman mətbəx isti olduğu üçün Arzu xanım kondisioneri işə salmaq istədikdə kondisionerin pultunu tapa bilməmiş və mətbəxdən çıxaraq pultu axtarmaq üçün getmişdir. O, Zərərçəkmiş şəxs qonaq otağında pultu axtardığını düşünmüş, çox keçmədən ikinci mərtəbədə mübahisə səslərini və Zərərçəkmiş şəxs onu köməyə çağırdığını eşitmişdir. O, dərhal ikinci mərtəbəyə qalxmış və Olesyanın Zərərçəkmiş şəxs otaqdan çıxması üçün itələdiyini görmüşdür. Zərərçəkmiş şəxs da ondan pultu tələb edərək otaqdan çıxmamaq üçün əlləri ilə otağın giriş qapısının çərçivəsindən tutmuşdur. Hadisə vaxtı Olesya Arzunun ünvanına rus dilində “ тварь, мрась, ничтожество” sözlərini işlədirdi. O da mübahisəyə müdaxilə edərək onları ayırmış, sakitləşdirmiş və Arzu xanımla birlikdə mətbəxə düşmüşdür. Hadisədən uzun müddət keçdiyindən Arzu xanımın hansı əlində xəsarət olduğunu dəqiq xatırlamır, əlin barmaqlarında şişkinlik və göyərti olduğunu görmüşdür. Mətbəxdə dərhal onun əlinə soyuq su tökmüş və buz qoyaraq sarımışlar. Zərərçəkmiş şəxs bununla bağlı yenidən DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Polis əməkdaşları məlumatla bağlı yenidən evə gəlmiş, onlar getdikdən sonra Zərərçəkmiş şəxs tibbi yardım almaq üçün poliklinikaya getmişdir. Hadisədən sonra Olesya Gündüzə zəng vurmuş, təxminən 15 dəqiqə sonra Gündüz evə gəlmiş və onun üzərinə gələrək hadisə vaxtı harada olduğunu soruşmuşdur. Bundan sonra Gündüz kondisionerin pultunu tapıb gətirib vermişdir. Şahid1 qeyd etmişdir ki, Təqsirləndirilən şəxs və yoldaşı Şahid2 hər ikisi ona təziq göstərirdilər ki, o müqaviləni pozsun və həmin evdə işləməsin. Tez-tez həmin evdə hər hansı hadisənin, münaqişənin yaranması üçün cəhd göstərirdilər. Olesya mütəmadi olaraq gizli şəkildə onu və Zərərçəkmiş şəxs telefona çəkmiş, səslərini telefona yazmışdır. Hərdən isə Olesya gizli çəkiliş aparan zaman Zərərçəkmiş şəxs tərəfindən hücuma məruz qaldığını bildirən ifadələr səsləndirmişdir. Həmçinin də Gündüz və Olesya hər yola əl ataraq onu və həmin evdə mühafizəçi kimi xidmət edən digər əməkdaşı evdə işləməkdən uzaqlaşdırmağa cəhd göstərirdilər. Bundan başqa Zərərçəkmiş şəxs həmin mühafizə şirkətinə müraciət etmişdir ki, evdə hər otaqda videomüşahidə kameraları quraşdırılsın. Lakin Gündüzün və Olesyanın səyi nəticəsində kameralar quraşdırılmamışdır. Bundan təxminən 15-20 gün sonra həmin evdə partlayış oldu. Gündüzlə Zərərçəkmiş şəxs arasında dava-dalaş baş verdikdə onları ayırır, ayıra bilmədikdə isə növbətçi hissəyə məlumat verirdi. Bir dəfə Gündüz onunla aqressiv şəkildə mübahisə yaratmış, onun həmin evdə olmasından narazılığını bildirmiş və həmin mübahisə münaqişəyə çevrilmiş, o Gündüzə müqavilə əsasında həmin evdə xidmət apardığını bildirsə də, Gündüz aqressiv hərəkətlərini davam etdirmiş və buna məhəl qoymamışdır. O isə bu barədə rəisinə məruzə etmiş, rəis isə həmin ünvana gəlmişdir. Həmçinin Şahid1 onu da qeyd etmişdir ki, bir neçə dəfə Arzu Səfərova evdə olmadığı zaman işə gələrkən Olesya evin qapısını bağlı saxlamış, qapını bağlı saxlamağda Olesyanın məqsədi onun və Zərərçəkmiş şəxs evə daxil olmasının qarşısını almaq olmuşdur. O və Zərərçəkmiş şəxs gecə ayrı otaqlarda yatmış, gecələr çolə çıxmağı məsləhət görməmiş, çölə çıxmaq istəyərkən isə mobil telefon vasitəsi ilə zəng edərək onu oyatdıqdan sonra müşayəti ilə çölə çıxdığını bildirmişdir. Olesya ona mütəmadi psixoloji təsir edərək onun həmin evdə işləməməsi üçün səy göstərmişdir. Müqavilə bitdikdən sonra Zərərçəkmiş şəxs mühafizəçinin kişi cinsindən olmasını istəsə də, Gündüzün hərəkətlərinə görə şirkət onunla yeni müqavilə bağlamamışdır. Gündüz Olesyaya bütün hadisələrdə onu müdafiə edəcəyini, həmçinin ona qarşı hər hansısa bir hərəkət olduqdan həmin şəxsi vurmaq üçün Olesyaya icazə verdiyini bildirirdi. Ümumiyyətlə Gündüz mütəmadi olaraq evdə müxtəlif hərəkətlə, sözlərlə onların işlərini icra etməyə maneəliçik törətmiş, anası Zərərçəkmiş şəxs ilə tez-tez mübahisə etmiş, hətta onunla da mübahisə etmişdir. Zərərçəkmiş şəxs mühafizə olunması üçün yenidən idarəyə müraciət edərək müqavilənin müddətini artırmaq istəmiş, lakin Gündüzün hərəkətlərinə görə şirkət imtina etmişdir. O, 22 avqust 2020-ci il tarixdə mübahisə səs-küyünə və Arzu xanımın onu yardıma çağırışlarına getdikdə və onları ayırdıqda Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət görməmiş, əksinə Zərərçəkmiş şəxs xəsarət almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etməyərək göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 3-cü döngə, ev 90A-da qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. 22 iyun 2014-cü il tarixdə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, birgə nikahdan iki övladı olmuşdur. Təqsirləndirilən şəxs Rusiya Federasiyası vətəndaşı olduğunu, ailə qurduqdan sonra həyat yoldaşı Təqsirləndirilən şəxs ilə valideynlərinə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 3-cü döngə, ev 90A-da yaşamışdır. Zərərçəkmiş şəxs onun anasıdır və onlarla birlikdə həmin evdə yaşamışdır. 22 avqust 2020-ci il tarixdə anası DİN-in 102 xidmətinə zəng edib bildirmişdir ki, guya o və yoldaşı Olesya evdə quraşdırılmış müşahidə kameralarının yaddaş blokunu onun otağından oğurlamışlar. Məlumatla bağlı evə saat 12 radələrində 41-ci polis bölməsinin əməkdaşları gəlmiş və evə baxış keçirdikdən sonra getmişlər. O da polis əməkdaşları gedəndə öz işləri olduğu üçün evdən çıxmış, çox keçmədən yoldaşı Olesya ona zəng edərək mətbəxdə uşaqlara yemək verdikdən sonra ikinci mərtəbədə yerləşən otağına daxil olarkən anası Arzunun onun arxası ilə qaçaraq ikinci mərtəbəyə qalxdığını və əsassız şəkildə onu təhqir edərək mətbəxin kondisionerinin pultunu verməsini ondan tələb etdiyini, o da Zərərçəkmiş şəxs pultun onda olmadığını deyərək pultun evin birinci mərtəbəsində ola biləcəyini dediyini, Arzunun da onun üstünə cumduğunu bildirmiş, o da həmin zəngdən sonra təcili evə gəlmişdir. Evə gəldikdə polis əməkdaşlarının yenidən evə gəldiyini görmüş, onlar yoldaşı Olesyanın DİN-in 102 xidmətinə verdiyi məlumat əsasında gəlmişlər. Həmçinin, anası Arzu da DİN-in 102 xidmətinə yenidən zəng edərək guya yoldaşı tərəfindən döyüldüyünü bildirmişdir. Yoldaşının isə qolu, sinəsi və boyun nahiyələri cızılmışdır. Lakin həmin cızıqları xəsarət hexxxx etmədikləri üçün ekspertiza müayinəsindən keçməmişlər. Həmçinin, anası Zərərçəkmiş şəxs müraciətlərində yalan deyir. Yoldaşı ona heç vaxt əl qaldırmayıb və qaldırmaz. Məhkəmə iclasında Şahid2 ibitidai istintaq zamanı vermiş olduğu ifadəsini hər hansı bir əsas göstərmədən təsdiq etmədiyini bildirilməsi ilə əlaqədar dindirmə protokolu ifadə elan olunmamışdan əvvəl Şahid2 göstərilmiş və o dindirmə protokolunun sonuncu səhifəsində əlyazması ilə olan qeydlərinin onun tərəfindən yazıldığını təsdiq edərək dolayısı ilə ifadənin sonuncu vəərəqdəki hissəsinin onun sözləri ilə yazıldığını təsdiq etmiş və protokolun digər səhifələrindəki mətni isə mahiyyətinə varmadan hər hansı bir tutarlı əsas gətirmədən onun verdiyi ifadə olduğunu təsdiq etməmişdir. Bununla belə məhkəmə iclasında Şahid2 ifadəsi elan olunmuş və ibitidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqında verdiyi ifadə arasında ziddiyyət müəyyən olunmamışdır. Məhkəmə-tibbi ekspertizasının 24 avqust 2020-ci il tarixli 422 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ əldə ağrı və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ əlin ovuc və arxa səthlərinin geniş ölçülü hematoması, eləcə də, sağ əlin İV, V barmaqlarının distal falanqalarının arxa səthlərinin sıyrıqları, küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 22 avqust 2020-ci il tarixdə qeyd olunan nahiyələrə əl ilə vurma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlərin xarakterik xüsusiyyətlərinə, lokalizasiyasına, eləcə də, müayinə olunanın verdiyi anamnestik məlumatlara əsaslanıb, xəsarətlərin özü yıxılma zamanı və ya özü tərəfindən özünə yetirmə nəticəsində deyil, kənar şəxs tərəfindən yetirilmiş lokal zərbələr təsirindən törənə bilinmələri barədə fikir söyləmək mümkündür. Müdafiə tərəfi məhkəmə iclasında məhkəməyə DVD disk təqdim edərək həmin diskdəki 22 avqust 2020-ci il tarixdə baş vermiş hadisədən 15-20 dəqiqə sonra evin mətbəxində Şahid2 ilə anası Zərərçəkmiş şəxs ilə olan söhbətinin əks olunduğu bildirmiş və bu səbəbdən əsasən diskin iş üzrə sübut kimi tanınması barədə vəsatət vermişdir. Məhkəmə iclasında diskdəki görüntülərə baxış keçirilmiş və göüntülərdə Şahid2 arvadı Olesyanın hücuma məruz qaldığının səbəbini araşdırarkən zəzrərçəkmiş şəxs Zərərçəkmiş şəxs sağ əlini göstərərək ”Bəs bunu kimi edib?” Gündüzə müraciət etdiyini görsənir. Eləcə də videogörüntüdə Şahid2 Təqsirləndirilən şəxs müraciət edərək Şahid1 və Zərərçəkmiş şəxs nəzərdə tutaraq “ Sənə kimsə toxunsa, o da, o birisi də, hamını it kimi döyə bilərsən” ifadəsini işlətdiyi görsənir. Müdafiə tərəfi diskdəki videogörüntünü Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs hər hansı bir xəsarət yetirmədiyini, ümumiyyətlə Zərərçəkmiş şəxs həmin gün xəsarət almamasını göstərmək, nəticədə Təqsirləndirilən şəxs bəraət verilməsi məqsədi ilə təqdim etmiş olsa da, diskdə keçirilmiş baxış zamanı müdafiə tərəfinin gətirdiyi dəlillər öz təsdiqini tapmamış, əksinə Zərərçəkmiş şəxs sağ əlini nümayiş etdirməklə xəsarət almasını bildirməsi iş materialları ilə uyğunluq təşkil edir. Bu hal onu deməyə əsas verir ki, 22 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 3-cü döngə, 90A saylı evin ikinci mərtəbəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vuraraq ona xəsarət yetirmişdir. 30 sentyabr 2020-ci il tarixdə Bakı şəhər Səbail rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanılmışdır. 26 noyabr 2020-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. 15 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham elan edilmişdir və o, təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. 15 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 27.11.2020-ci il tarixli tələbnamədən görünür ki, 04.06.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Doğum haqqında şəhadətnamələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Valeryevananın iki uşağı vardır – 02 dekabr 2014-cü il təvəllüdlü X4 və 03 avqust 2018-ci il tarixli X6. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hexxxx edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin ifadələri, ekspert rəyləri və işin digər rəyləri tam sübuta yetirilir və ona düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hexxxx etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hexxxx edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, əvvəllər məhkum olunmamasını, himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəzaya məhkum edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hexxxx edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hexxxx edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347,349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1500 (bir min beş yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimklan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 30 (otuz) manat pul tutulub, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun (“xxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hexxxxı AZ75AİİB**********3500216105, VÖEN **********) hexxxxına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-69/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-69/2021
27.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver