Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-69/2025 18.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X16, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 2006-cı ildə Ağstafa rayonunun Poylu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ağstafa rayonu, Poylu qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, Qazax Rayon Məhkəməsinin 1(023)-74/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə üzərində saxlanılmış 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmiş, barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)- 158/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 18 iyun 2025-ci il tarixdə saat 11.30-da məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında, zərərçəkmiş şəxsin üzərindən çıxarmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 14:30 radələrində Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi istiqamətində piyada hərəkədə olan X9 vətəndaşı Zərərçəkmiş şəxs3 Yosef A oğlunun qoluna girib eyni istiqamətdə bir neçə metr hərəkət edərkən, S.Vurğun küçəsində yerləşən şüşəli yeraltı keçidə çatdıqda, sonuncunun əynindəki qara rəngli gödəkçənin sağ yan cibində saxladığı həmin dövrün milli manat məzənnəsi 1700 manat təşkil edən 1000 ABŞ dollar nağd pulu çıxardıb gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs3 Yosef A oğluna 1700 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs azyaşlılar X10, Şahid2 və Şahid5 ilə birlikdə xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyli küçəsində yerləşən “Malakan bağı” adlanan parkda Zərərçəkmiş şəxs2 əynində olan şalvarın arxa cibində olan 451 manat nəğd pulu ələ keçirmək üçün, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib, öz aralarında cinayətkar rolları bölüşdürmüş və cinayətkar məqsədlərinə nail olmaq üçün birlikdə aralarında əldə edilmiş razılığa əsasən Şahid5 və digər şəxslərlə ətrafı müşahidə etməklə Zərərçəkmiş şəxs2 yayındırmış, Ulduzə Bukavazin isə Zərərçəkmiş şəxs2 əynində olan şalvarın arxa cibində olan 451 manat nəğd pulu çıxarıb gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs2ə 451 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, yetkinlik yaşma çatmayan Bədirova X8 Ulduza Əsəd qızı azyaşlılar X10, Şahid2 və Şahid5 ilə birlikdə xx.xx.2023-cü il tarixdə saat 22:30 radələrində Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 77 ilə S.Vurğun küçəsinin kəsişməsində yerləşən Nəsimi heykəlinin yaxınlığında Zərərçəkmiş şəxs1 Jameelin əynindəki şalvarının cibində olan 3500 ABŞ dolları nəğd pulu ələ keçirmək üçün, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib, öz aralarında cinayətkar rolları bölüşdürmüş və cinayətkar məqsədlərinə nail olmaq üçün birlikdə aralarında əldə edilmiş razılığa əsasən X10 və digər şəxslərlə ətrafı müşahidə etməklə Zərərçəkmiş şəxs1 Jameelin fikrinin yayındırmışlar, Şahid5 isə Zərərçəkmiş şəxs1 Jameelin əynindəki şalvarının cibində olan həmin dövrün milli manat məzənnəsi 5950 manat təşkil edən 3500 ABŞ dolları nəğd pulu çıxarıb yerə atdığı pul qabını Ulduza Bukavizin yerdən götürüb hadisə yerindən uzuqlaşmaqla özgə əmlakını gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 Jameelə 5950 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, birinci epizod üzrə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi istiqamətində piyada hərəkədə olan X9 vətəndaşı Zərərçəkmiş şəxs3 Yosef A oğlunun cibindən 1700 manat təşkil edən 1000 ABŞ dollar nəğd pulu götürərək oğurlamışdır. Həmin pul məbləğini geri qaytarmışdır. İkinci epizod üzrə X10, Şahid2 və Şahid5 ilə birlikdə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyli küçəsində yerləşən Malakan bağında Zərərçəkmiş şəxs2 cibindən 451 manat nağd pulu ələ keçirmişlər. Həmin pul məbləğini də geri qaytarmışlar. Üçüncü epizod üzrə X11, X10, Şahid2 və Şahid5 ilə birlikdə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 77 ilə S.Vurğun küçəsinin kəsişməsində yerləşən Nəsimi heykəlinin yaxınlığında Zərərçəkmiş şəxs1 Jameelin əynindəki şalvarının cibində olan 3500 ABŞ dolları nəğd pulu ələ keçirmişlər. Həmin pul məbləğini də geri qaytarmışlar. Heç bir pulu xərcləyə bilməmişlər. Himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X9 vətəndaşı Zərərçəkmiş şəxs3 Yosef A oğlu ölkə ərazisində olmadığından və yerini müəyyən etmək mümkün olmadığından məhkəmə iclasında iştirak edə bilməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs3 Yosef A oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, 09 fevral 2023-cü il tarixdə dostu Muhammad ilə birlikdə Bakı şəhərinə turist kimi gəlmişlər. xx.xx.2023-cü il tarixdə dostları ilə birlikdə “Torqovıy” adlanan əriziyə gəzmək üçün çıxmışlar. Təxminən saat 14:30 radələrində tanımadığı iki nəfər qız qoluna girərək birlikdə onları müşahidə etməyə başlamışlar. Təxminən 5 metr birlikdə irəlilədikdən sonra qızlar qaçaraq aralınmışlar. Həmin vaxt nə olduğunu anlamamış, pulu dəyişmək üçün “Kapital banka” getmişlər. Orada əlini cibinə atdıqda həmin pulun üzərində olmadığını və 1000 ABŞ dolları pulunun yoxa çıxdığını aşkar etmişdir. Zərərçəkmiş şəxs X9 vətəndaşı Zərərçəkmiş şəxs2 ölkə ərazisində olmadığından və yerini müəyyən etmək mümkün olmadığından məhkəmə iclasında iştirak edə bilməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Səudiyyə Ərəbistanından Azərbaycana gəlmiş, Vyndham Bakı otelində qalmışdır. xx.xx.2023-cü il tarixdə saat 23.09 radələrində o, qardaşı və dostu ilə gəzinti üçün şəhərin mərkəzinə gəlmişlər. 3 gənc qız “Malakan bağı” adlanan yerdə pul istəmişlər, o isə sonunculara pul verməmişdir. Daha sonra içində 451 manat olan pul qabısı oğurlanmışdır. Qızlardan birinin pul qabını oğurlamasından şübhələnir. Zərərçəkmiş şəxs Pakistan İslam Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs1 Jameel ölkə ərazisində olmadığından və yerini müəyyən etmək mümkün olmadığından məhkəmə iclasında iştirak edə bilməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs1 Jameel ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, iş adamıdır, Pakistan İslam Respublikasının vətəndaşıdır, bəzən Pakistanda, bəzən də işi ilə bağlı bəzi vaxtlarda Dubayda yaşayır. 06 avqust 2023-cü il tarixdə sərmayə qoyulması və iş görülməsi məqsədilə Azərbaycan Respublikasına gəlmiş, 09 avqust 2023-cü il tarixdə saat 22.30 radələrində birlikdə işlədiyi Şahid1 ilə Səbail rayonu ərazisində yerləşən Nizami küçəsində gəzişmiş, Nəsimi heykəlinin yaxınlığında yerləşən yeraltı keçidin yaxınlığında 5 nəfər azyaşlı qız uşağı yaxınlaşaraq pul istəmişlər. Sonuncuların dilənçi olduğunu başa düşmüş və təkidlərinə baxmayaraq getmələrini bildirən zaman qızlardan 3 nəfəri əllərini arxadan tutmuş, digər iki qız isə ani hərəkətlə qarşıdan yaxınlaşmış və sonunculardan bir nəfər azyaşlı qız uşağı əynində olan şalvarın sağ yan cibindən 3500 ABŞ dollarını çıxarmış və qızlar qaçaraq oradan uzaqlaşmışlar. Oğurluq nəticəsində ona 3500 ABŞ dolları məbləğində maddi ziyan dəymişdir. Həmin vaxt qızlar ona hədə-qorxu gəlməmiş, hər hansı bir silah qismində əşya və ya silah göstərməmişlər. 05 mart 2023-cü il tarixdə X9 vətəndaşı Zərərçəkmiş şəxs3 Yosef A 1000 ABŞ dolları nağd pulun oğurlanması faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış, icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. 06 mart 2023-cü il tarixli qərarla cinayət işi üzrə X3 vətəndaşı Zərərçəkmiş şəxs3 A zərərçəkmiş şəxs qismində tanınmışdır. 24 avqust 2023-cü il tarixdə Pakistan İslam Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs1 Jameelin 3500 ABŞ dolları nağd pulun oğurlanması faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.5-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış, icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. 24 avqust 2023-cü il tarixli qərarla Pakistan İslam Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs1 Jameel zərərçəkmiş şəxs qismində tanınmışdır. 11 sentyabr 2023-cü il tarixdə ********* və ********* nömrəli cinayət işləri üzrə cinayət hadisələri Təqsirləndirilən şəxs tərəfindən törədildiyindən hər iki cinayət işi bir icraatda birləşdirilmiş və istintaqı ********* nömrə altında davam etdirilmişdir. 25 sentyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs (X5) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. 25 sentyabr 2023-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs (X5) barəsində axtarış elan edilmişdir. 24 noyabr 2023-cü il tarixdə X4 vətəndaşı Zərərçəkmiş şəxs2 451 manat nağd pulun oğurlanması faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.5-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. 24 noyabr 2023-cü il tarixli qərarla ********* və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş və ********* nömrə altında istintaq davam etdirilmişdir. 01 iyun 2024-cü il tarixli qərarla ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs və digər şəxslərin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.4 və 177.2.5-ci maddələri ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. 01 iyun 2024-cü il tarixli qərarla ********* nömrəli cinayət işinin materiallarından X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. 02 iyun 2024-cü il tarixli qərarla icraatda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.5-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi icraatda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.5-ci maddələri ilə olan ********* nömrəli cinayət işinə birləşdirilmiş və ********* nömrə altında bir icraatda istintaq davam etdirilmişdir. 240020253 nömrəli cinayət işi üzrə xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.4 və 177.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilmiş, lakin istintaqdan qaçıb yayındığına görə ittihamın ona elan edilməsi üçün barəsində axtarış elan edilmiş və həmin tarixdə iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Səbail RPİ-nin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs saxlanılaraq Səbail RPİ- nin İstintaq şöbəsinə təhvil verilmişdir. 17 sentyabr 2024-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. 17 sentyabr 2024-cü il tarixli qərarla bütün istintaq sənədlərində X1 Təqsirləndirilən şəxs kimi oxunması barədə qərar qəbul edilmişdir. 17 sentyabr 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 03 oktyabr 2024-cü il tarixli qərarla iş üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.4 və 177.2.5-ci maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.2, 177.2.4 və 177.2.5-ci maddələrinə tövsif edilmişdir. 04 oktyabr 2024-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4 və 177.2.5-ci maddələri ilə elan olunmuş ittihamın məzmunu dəyişdirilməklə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4 və 177.2.5-ci maddələrində nəzədə tutulan yenidən ittiham elan edilmişdir. 04 oktyabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla Zərərçəkmiş şəxs3 A oğluna məxsus 354 ABŞ dolları və 240 manat məbləğində pul iş üzrə maddi sübut qismində tanınmış və sahibinə qaytarılması nəzərə alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, X3 vətəndaşı Zərərçəkmiş şəxs3 ǝ (Y497574) məxsus itirilmiş pul idarənin əməkdaşları tərəfindən tapılmışdır. Bununla əlaqədar olaraq tapılmış pulun Polis idarəsindən götürülməsi səfirliyin əməkdaşı Cavadzadə Bəhruza (Y10022) etibar edilir. İstintaq zamanı zərərçəkmiş şəxsin nümayəndəsi X12 ərizə ilə müraciət edərək bildirmişdir ki, hüquqlarını təmsil etdiyi X3 vətəndaşı Zərərçəkmiş şəxs3 A oğlu Bakı şəhərində turist olarkən xx.xx.2013-cü il tarixdə Səbail rayonu Nizami küçəsində cibindən 1.000 ABŞ dolları nağd pul oğurlanmış, cinayəti törətmiş şəxs tərəfindən pulun bir hissəsi ödənildiyindən o, zərərçəkmiş şəxsin nümayəndəsi kimi və zərərçəkmiş şəxsin ona verdiyi səlahiyyətə əsaslanaraq pulun qalan hissəsini tələb etmir, təqsirləndirilən şəxsə qarşı zərərçəkmiş şəxsin heç bir şikayəti, tələbi və iddiası olmadığını, bu xüsusatın istintaq zamanı nəzərə alınmasını xahiş etmişdir. Cinayət işinə əlavə edilmiş qəbzlərdən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 Jameelə dəymiş 3.500 ABŞ dolları məbləğində maddi ziyan tam şəkildə ödənilmişdir. İstintaq zamanı Zərərçəkmiş şəxs1 Jameel ərizə ilə müraciət edərək bildirmişdir ki, 09 avqust 2024-cü il tarixdə Bakı şəhəri Səbail rayonu Nizami küçəsi 77 ilə S.Vurğun küçəsinin kəsişməsində yerləşən Nəsimi heykəlinin yaxınlığında üzərindən 3.500 ABŞ dolları pul oğurlanmışdır. Həmin pul tam şəkildə istintaq zamanı ona ödənilmişdir. Buna görə də, onun heç bir şikayəti və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş elektron sistemdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs bir uşağı var: xx.xx.2024-cü il təvəllüdlü X17. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-158/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 03 mart 2025-ci il tarixdən 21:25-dən hesablanmışdır. Qazax Rayon Məhkəməsinin 1(023)-74/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə Təqsirləndirilən şəxs üzərində saxlanılmış 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu tamamilə sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4 və 177.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ziyanın qismən ödənilməsini və himayəsində azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4 və 177.2.5-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni azadlığın məhdudlaşdırılması növündə cəzanın da təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrumetmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs on dörd yaşına çatmamış uşağını böyütdüyünü nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 79-cu maddəsinin tətbiq edilməsini mümkün hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Buna görə də, məhkəmə Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının xx.xx.2024-cü il təvəllüdlü X13 14 (on dörd) yaşına çatanadək təxirə salınmasını məqsədəuyğun hesab edir. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı Şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxsə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında qeyd olunmuşdur ki, şərti məhkum edilmiş şəxsin birinci iş üzrə hökm çıxarılanadək başqa cinayət törədilməsində də təqsirli olması müəyyən edilərsə, bu halda CM-nin 65-ci maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilmir, belə ki, CM-nin 71-ci maddəsində şərti məhkumetmənin ləğv edilməsi əsaslarının tam siyahısı verilmişdir. Belə hallarda birinci və ikinci işlər üzrə hökmlər müstəqil icra olunur. Məhkəmə hesab edir ki, Qazax Rayon Məhkəməsinin 1(023)-74/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 06 (altı) ay sınaq müddəti müstəqil icra olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-158/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış zərərçəkmiş şəxs X9 vətəndaşı Zərərçəkmiş şəxs3 A oğluna məxsus 354 ABŞ dolları və 240 manat məbləğində pulun zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4 və 177.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsi tətbiq edilməklə cəzanın icrası Təqsirləndirilən şəxs uşağı xx.xx.2024-cü il təvəllüdlü X17 14 (on dörd) yaşına çatanadək təxirə salınsın. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı Şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Qazax Rayon Məhkəməsinin 1(023)-74/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 06 (altı) ay sınaq müddəti müstəqil icra olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-158/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış zərərçəkmiş şəxs X9 vətəndaşı Zərərçəkmiş şəxs3 A oğluna məxsus 354 ABŞ dolları və 240 manat məbləğində pulun zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 605 (altı yüz beş) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun bank hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-69/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-69/2025
18.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver