Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-7/2021 29.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məhərrəmli Vüsal İbadullah oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X6 nümayəndəsi “Fides” Vəkil Bürosunun vəkili X7, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi 3 saylı Vəkil Bürosunun vəkili MüdafiəçiN, Təqsirləndirilən şəxsN və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1985-ci ildə Goranboy rayonu, Quşçular kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, məhkum olunmamış, işləməyən, Goranboy rayonu, Quşçular kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi, ö/t ev 4 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx xxx 1991-ci ildə Masallı rayonu, Köhnə Alvadı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, məhkum olunmamış, işləməyən, Masallı rayonu, Köhnə Alvadı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi, ev N5, mənzil 75 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxsN Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N63.N-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1 “BC” kateqoriyalı AB 778N48 №-li sürücülük vəsiqəsinə əsasən minik avtomobilini idarə etmək hüququ olan sürücü kimi özünə məxsus olan və idarə etdiyi **-NH-*** dövlət qeydiyyat nişanlı “LİFAN LF 713N/N 3N0” markalı avtomobili ilə N avqust N018-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Bakı-Qazax magistral yolu ilə üzü Bibiheybət qəsəbəsi istiqamətində icazə verilən 60 km/s sürətlə hərəkət edərkən həmin magistral yolun N-ci kilometrliyində qabağında hərəkət edən, dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan “Hyundai” avtomobilinin sürəti kəskin azaltdığını görüb «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozaraq qabaqda gedən nəqliyat vasitəsi sürəti kəskin azaltdıqda və gözlənilmədən dayandıqda onunla toqquşmanın qarşısını almaq mümkün olması üçün sürətdən və hərəkət şəraitindən asılı olaraq ara məsafəsi saxlamalı olduğu və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməyib «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq 1.1-1.3 üfiqi nişanlanma xətlərini kəsib keçərək əks istiqamətli hərəkət hissəsinə çıxaraq sürücü Təqsirləndirilən şəxsN idarə etdiyi **-SR-*** dövlət qeydiyyat nişanlı “BMW-X5” markalı minik avtomobilini qabaq tərəfindən ehtiyatsızlıqdan vurması nəticəsində **-NH-*** dövlət qeydiyyat nişanlı “LİFAN LF 713N/N 3N0” markalı avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxsN ehtiyatsızlıqdan aldığı baş-beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızmalarla müşayiət olunan sağdan gicgah və ənsə sümüklərinin, eləcə də kəllə əsası sümüyünün kəllə əsasına keçən xətti sınıqları xəsarətlərindən ölməsinə, Zərərçəkmiş şəxs3 isə ehtiyatsızlıqdan aldığı baş-beynin yüngül dərəcəli əzilməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, sifətin sağ yarısının əzilmiş yarası, eləcə də sağ bazunun aşağı 1/3-nin bayır səthinin sıyrığı kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmasına və avtomobilləri zədələdiyinə görə **-SR-*** dövlət qeydiyyat nişanlı “BMW-X5” markalı minik avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxs1 9590 manat maddi ziyan vurmasına səbəb olmuşdur. İttiham aktına əsasən Təqsirləndirilən şəxsN nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxsN “BC” kateqoriyalı AB 190798 №-li sürücülük vəsiqəsinə əsasən minik avtomobilini idarə etmək hüququ olan sürücü kimi atası Zərərçəkmiş şəxs1 məxsus və etibarnamə əsasında idarə etdiyi **-SR-*** dövlət qeydiyyat nişanlı “BMW-X5” markalı minik avtomobili ilə N avqust N018-ci il tarixdə saat 16:40 radələrində Bakı şəhəri, Səbail rayonu, Bakı-Qazax magistral yolu ilə üzü Bayıl qəsəbəsi istiqamətində icazə verilən 50 km/s sürətlə hərəkət edərkən, həmin magistral yolun N-ci kilometrliyində əks istiqamətli hərəkət hissəsi ilə icazə verilən 60 km/s sürətlə hərəkətdə olmuş sürücü Təqsirləndirilən şəxs1 idarə etdiyi **-NH-*** dövlət qeydiyyat nişanlı “LİFAN LF 713N/N 3N0” markalı avtomobilinin qoşa xətti kəsib keçərək onun hərəkətdə olduğu yola daxil olduğunu görüb «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməyib **-NH-*** dövlət qeydiyyat nişanlı “LİFAN LF 713N/N 3N0” markalı avtomobilin sağ yan tərəfindən ehtiyatsızlıqdan vurması nəticəsində **-NH-*** dövlət qeydiyyat nişanlı “LİFAN LF 713N/N 3N0” markalı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxsN ehtiyatsızlıqdan aldığı baş-beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızmalarla müşayiət olunan sağdan gicgah və ənsə sümüklərinin, eləcə də kəllə əsası sümüyünün kəllə əsasına keçən xətti sınıqları xəsarətlərindən ölməsinə, **-NH-*** dövlət qeydiyyat nişanlı “LİFAN LF 713N/N 3N0” markalı avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs1 ehtiyatsızlıqdan aldığı döş sümüyünün, sağ kürək sümüyünün və sağdan İ qabırğanın sınıqları ilə müşaiət olunan döş qəfəsinin qapalı küt travması kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurmasına, **-NH-*** dövlət qeydiyyat nişanlı “LİFAN LF 713N/N 3N0” ” markalı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs3 ehtiyatsızlıqdan aldığı baş-beynin yüngül dərəcəli əzilməsi ilə müşayiət olunan qapalı kəllə - beyin travması, sifətin sağ yarısının əzilmiş yarası, eləcə də sağ bazunun aşağı 1/3-nin bayır səthinin sıyrığı kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmasına və avtomobilləri zədələdiyinə görə idarə etdiyi **-SR-*** dövlət qeydiyyat nişanlı “BMW-X5” minik avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxs1 9590 manat və **-NH-*** dövlət qeydiyyat nişanlı “LİFAN LF 713N/N 3N0” avtomobilin mülkiyyətçisi Təqsirləndirilən şəxs1 6970 manat maddi ziyan vurmasına səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, müharibə veteranı, İ qrup əlil olduğu üçün və hərbi xidmətdə olarkən güllə yarası aldığından N014-cü ildə ona Qarabağ əlili kimi “Naz Lifan” markalı ** HN *** dövlət qeydiyyat nişanlı minik avtomobili dövlət tərəfindən verilmiş, avtomobil onun adınadır və həmin avtomobili özü idarə edirdi. Rəsmi iş yeri olmadığından, himayəsində beş azyaşlı uşaq olduğundan ailəsini dolandırmaqdan ötrü həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. N avqust N018-ci il tarixdə saat 16:10 radələrində metronun Koroğlu stansiyasının çıxışı qarşısında avtomobilinə sərnişin kimi adı sonradan ona məlum olan hərbiçi Zərərçəkmiş şəxsN və başqa bir nəfər sərnişin, adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs3 əyləşib xidmət haqqı müqabilində Lökbatan dairəsinə aparmağı istəmişlər, qiymət barədə razılaşmışlar, Rza qabaq sağ oturacaqda, hərbiçi Balarəhim isə arxa sağ oturacaqda oturmuşlar və onlar yola düşmüşlər. Hər ikisini o Lökbatan dairəsində düşürməli idi. Metronun Koroğlu stansiyasının çıxışı qarşısında Heydər Əliyev prospekti işə şəhərin mərkəzi istiqamətində, sonra Neftçilər prospekti ilə Bayraq Meydanı istiqamətində hərəkət edib, Bibiheybət məscidi istiqamətində hərəkət edən zaman enişli yoxuşlu yola daxil olmuş və 60 km/s sürətlə həmin yolla əks istiqamətli nəqliyyat axınlarını ayıran qoşa xəttin yanı ilə Bibiheybət məscidi istiqamətində öz hərəkətini davam etmişdir. Yolun yoxuşlu hissəsində yolun sol tərəfindəki “Socar” yanacaqdoldurma məntəqəsini keçdikdən 100-N00 metr sonra qarşısında hərəkət edən “Hyundai” markalı avtomobil anidən tormoz etmiş, o da həmin avtomobili arxadan vuracağını zənn etdiyi üçün, sağ tərəfində başqa avtomobillər də hərəkət etdiyindən anidən sükanı sola buraraq qoşa xətti yarıb yolun əks istiqamətli hərəkət hissəsinə çıxmış, əks yola çıxdığı andan sürətlər qutusunun dəstəyini “3” vəziyyətindən “1” vəziyyətinə gətirməklə, həmçinin tormozdan istifadə etməklə avtomobili səki kənarında saxlamışdır. Əks istiqamətli yolda hərəkət zamanı “BMW X5” markalı hərəkətdə olduğu sürətlə ona yaxınlaşıb qabaq tərəfi ilə onun idarə etdiyi avtomobili sağ yan tərəfdən vurmuş, zərbə arxa sağ qapı və qanad tərəfdən dəymiş və onun avtomobili yolda fırlanaraq dayanmışdır. Hadisə nəticəsində onun idarə etdiyi avtomobilin arxa sağ oturacağında əyləşmiş sərnişin, hərbi qulluqçu Balarəhim vəfat etmiş, qabaq sağ oturacaqda oturan digər sərnişin Rza isə bədən xəsarəti, özü də xəsarət almışdır. Qoşa xətti yarmazdan əvvəl o əks istiqamətli yola da baxmış, ona ən yaxın “BMW X5” markalı avtomobil olmuşdur, öz yolunun orta zolağı ilə, enişlə hərəkət edirdi, aralarında ən azı 45-50 metr məsafə olmuşdur, məhz buna görə o əks istiqamətli yola çıxmışdır, hərəkətdə olduğu 50-60 km/s sürətlə sola manevr etmişdir, düşünmüşdür ki, “BMW X5” markalı avtomobil aralarında olan 45-50 metr məsafəni qət edənə kimi o yolun səkisi kənarında avtomobilini saxlayacaq. Qoşa xətti kəsərək əks yola çıxarkən çəpəki hərəkət edərək toqquşma nöqtəsinədək təxminən 5-6 metr məsafə qət etdiyini, toqquşma N saniyədən çox müddətdə baş verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 qəzanın da məhz birinci və ikinci hərəkət zolağının arasında baş verdiyini, həmçinin əks yola çıxmağa məcbur olduğunu, maşını əks yola çıxaraq səkinin yanında saxladığı zaman isə “BMW” markalı avtomobilin təxminən 50 metr uzaqda olduğunu və qəzadan yayınmaq üçün imkanının olduğunu, eyni zamanda “BMW” markalı avtomobilinin N-3 dəfə işiq siqnallarından istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 N9 mart N0N1-ci il tarixli məhkəmə iclasında əks istiqamətli yola çıxan zaman sürətini 40-50 km/s –a saldığını, səkinin kənarında dayandıqdan sonra “BMW X5” markalı avtomobilin onun idarə etdiyi avtomobili arxa hissədən vurduqdan sonra idarə etdiyi maşının fırlandığını və həmin anda avtomobilin ban hissəsi, şüşə qırıntılarının orta hərəkət zolağına dağıldığını bildirmişdir. Əməlindən səmimi peşman olduğunu, Zərərçəkmiş şəxs3 və zərərçəkmiş şəxsin hüquqi varisi Rəcəb Əliyevlə barışıq əldə etdiyini, 1-ci qrup əlil olduğunu, himayəsində beş yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxsN özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, “BMW X5” markalı, ** SR *** dövlət qeydiyyat nişanlı avtomobil atası Zərərçəkmiş şəxs1 mülkiyyətindədir, həmin avtomobili o baş etibarnamə əsasında idarə edir. N avqust N018-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, “Azneft” dairəsi istiqamətində hərəkətə başlamışdır. Bibiheybət məscidinin qarşısında quraşdırılmış işıqforun qırmızı işığında dayanmış, yaşıl işıq yandıqdan sonra isə hərəkətə başlayaraq “Azneft” dairəsi istiqamətində hərəkətini davam etdirmişdir. Enişli yola daxil olmuş və hərəkət surəti 50-60 km/s sürəti ilə orta zolaqla hərəkət etmişdir. Hərəkət zamanı onun sağ və sol tərəfində avtomobil olmamışdır. Həmin yolla hərəkət edərkən yolun sağ tərəfindəki “Socar” yanacaqdoldurma məntəqəsinə təxminən 100-N00 metr məsafə qalmış əks istiqamətli hərəkət hissəsi ilə ayırıcı zolağın yanı ilə, yəni hərəkət istiqaməti üzrə sol kənar zolaqla üzü Bibiheybət məscidi istiqamətində hərəkət edən “Naz Lifan” markalı avtomobil anidən qoşa xətti kəsərək onun hərəkət etdiyi yola daxil olmuşdur. Bunu görən zaman onun hərəkət sürəti 50-60 km/s olmuşdur və o həmin avtomobilin qoşa xətti yarıb onun hərəkət yoluna çıxdığını görən an qəza baş vermiş yerdən N-3, 3-4 metrlik məsafədə olmuşdur. Təqsirləndirilən şəxs həmçinin ifadəsində orta hərəkət zolağı ilə hərəkət edərkən “Naz Lifan” markalı avtomobilin anidən qarşısına çıxdığını, işıq siqnallarından istifadə etmədiyini və hadisələr anidən baş verdiyindən tormozlama aparmağa çatdırmadığını, həmçinin hadisə saniyədən də az müddətdə baş verdiyi üçün sağ və ya sol hərəkət zolağına çıxmağa çatdırmadığını, qəzanın baş verdiyi yerdən 40-50 metr məsafədə olmadığını bildirmişdir. Məhkəmədən ona bəraət verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin yol patrul xidməti inspektoru Şahid ifadəsində bildirmişdir ki, “N avqust N018-ci il tarixdə saat 07:00-dan xidmətdə olmuş, ona təhkim edilmiş xidməti BMW markalı **- YP-*** dövlət qeydiyyat nişanlı avtomobillə dislokasiya yeri üzrə xidmət aparmışdır. Həmin tarixdə, saat 16:40 radələrində xidməti avtomobildə tək olub idarə edərək Salyan şossesi ilə Bibi Heybət məscidinin qarşısından Bayıl qəsəbəsinə doğru, yəni Bayraq Meydanı istiqamətində maqistral yolla hərəkət edirdi. Həmin vaxt hərəkət intensiv olmuşdur. Bibiheybət məscidinin qarşısından keçərkən önündə “Mercedes” markalı avtomobil, ondan qarşıda isə qara rəngli “BMW X5” markalı avtomobil qoşa xətt tərəfdən birinci zolaqla hərəkət etmiş, hərəkətdə olduqları yolun enişli hissəsinə daxil olduqdan sonra isə görmüşdür ki, BMW X5 markalı avtomobil hərəkət zolağını tədricən dəyişərək qoşa xətt tərəfdən ikinci zolağa, yəni hərəkət hissəsinin orta zolağına keçmişdir. Yolun sağ tərəfində yerləşən “Socar” yanacaqdoldurma məntəqəsinə çatmamış əks istiqamətli hərəkət hissəsindən “Naz Lifan” markalı avtomobil çıxaraq onun hərəkətdə olduğu yola daxil olub. “BMW X5” markalı avtomobil tormoz etməmiş, hərəkətdə olduğu sürətlə də “Naz Lifan” markalı avtomobili vurmuşdur. “BMW X5” markalı avtomobilin qabaq hissənin sağ tərəfi və “Naz Lifan” markalı avtomobilin sağ yan hissəsi arasında toqquşma baş vermişdir. Toqquşmadan sonra xüsusi sayrışan işıqları yandıraraq hadisə yerində saxlamış və efir vasitəsilə rayon polis idarəsinin növbətçi hissəsinə məlumat vermişdir. Toqquşma BMW X5 markalı avtomobilin qabaq hissəsi ilə NAZ Lifan markalı avtomobilin sağ yan hissəsi arasında baş vermişdir. Toqquşmadan sonra o xüsusi sayrışan işıqları yandırıb hadisə yerində saxlamışdır və efir vasitəsi ilə rayon polis idarəsinin növbətçi hissəsinə hadisə barədə məlumat vermişdir. Bundan sonra o toqquşan avtomobillərə yaxınlaşmış və görmüşdür ki, NAZ Lifan avtomobilin içərisində hərbi geyim paltarında bir nəfər nəfər N5-30 yaşlarında oğlan əyləşib, ağzından və qulağından qan axırdı və tərpənmirdi. Bundan başqa o görmüşdür ki, sərnişin qapısı yanında bir nəfər dolu bədən quruluşlu oğlan huşsuz vəziyyətdə və ondan bir qədər aralıda daha bir nəfər eyni yaşlarında oğlan asfalt üzərində uzanmış vəziyyətdədir. Həmin oğlanın sifəti cızılmışdır. Bundan sonra hadisə yerinə təcili yardım avtomobilləri gəlmişlər və ilkin olaraq hərbiçini, sonra yerdə uzanan, sonda isə sərnişin qapısına söykənmiş dolu oğlanı tibbi yardım göstərilməsi üçün hadisə yerindən aparmışlar. Hadisədən uzun müddət keçdiyindən dəqiq xatırlamasa da, “NAZ Lifan” markalı avtomobilin qoşa xətti kəsib əks istiqamətə çıxdığı anda “BMW X5” markalı avtomobillə arasındakı məsafənin 5-6 metr təşkil edə bilərdi. Məhkəmənin N9 mart N0N1-ci il tarixli iclasında Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, N avqust N018-ci il tarixdə Koroğlu metrostansiyasının şəhərin mərkəzi istiqamətindəki çıxışı qarşısında yaşadığı ünvana, yəni Qaradağ rayonu, Qobustan qəsəbəsinə getməsi üçün “Naz Lifan” markalı avtomobilə yaxınlaşmışdır. Həmin vaxt avtomobil boş olmuş, yəni sürücü və özündən başqa avtomobildə heç kim olmamışdır. O avtomobilin qabaq sağ oturacağında əyləşmişdir. Bundan təxminən N-3 dəqiqə sonra isə həmin taksiyə hərbi geyimdə olan cavan oğlan əyləşmişdir. Taksidə iki sərnişin üçün yer boş qaldığından gözləməli olmuşlar. Bir müddətdən sonra bir sərnişin də əyləşmiş və çatışmayan bir nəfər sərnişinə görə də gediş haqqını özü ödəyəcəyini bildirib sərnişi gözləməməyi və yola düşməyi sürücüdən xahiş etmişdir. Beləliklə onlar yola düşmüşlər. Bayıl qəsəbəsində ən son avtomobilə əyləşmiş şəxs avtomobildən düşmüş və sərnişin olaraq avtomobildə N şəxs, yəni o və hərbi qulluqçu qalmışlar. Daha sonra Bibiheybət məscidi istiqamətində enişli yoxuşlu yola daxil olmuşlar. Həmin yolla hərəkət edən zaman “Socar” yanacaqdoldurma məntəqəsini keçəndən sonra onun əyləşdiyi “Naz Lifan” markalı avtomobili idarə edən sürücü hansısa səbəbdən sükanı anidən sola tərəf qaçırdıb əks istiqamətli yola çıxmışdır. Bu andan sonra baş verənləri ümumiyyətlə xatırlamır. O xəstəxanada ayılmışdır. Zərərçəkmiş şəxs öz ifadəsində hadisəyədək, yəni dönmə anınadək olan hadisələri xatırladığını, onları hansı avtomobilin vurduğunu görmədiyini və qəzanın baş vermə anı yadında qalmamışdır. Zərərçəkmiş şəxs3 ərizə təqdim edərək göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X11 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxsN onun doğma qardaşıdır, vəfat edənə qədər eyni ünvanda yaşamışlar, qardaşı Balarəhim subay olmuşdur, hərbi qulluqçu idi. Qardaşı Balarəhimin vəfat etdiyi yolnəqliyyat hadisəsinin iştirakçıları olmuş avtomobillərin sürücülərindən heç birini tanımır, düşmənçiliyi və ya ədavəti olmamışdır. X9 rayonu ərazisində yerləşən N saylı hərbi hissədə işləyirdi. N avqust N018-ci il tarixdə qardaşı işə getmişdir. Balarəhimin avtomobili olmadığı üçün ictimai nəqliyyat vasitəsi ilə, həmçinin taksi ilə işə gedirdi. Həmin gün saat 19 radələrində qardaşının iş yerindən ona zəng vurub xəbər vermişlər ki, qardaşı Balarəhim işə gəlməmişdir, o təəcüblənib bildirmişdir ki, vaxtında evdən çıxmışdır, işə gecikə bilməzdir. Həmin gün qardaşı Balarəhim mobil telefonunu unudaraq evdə qoymuşdur. O evdən çıxıb Qobustan rayonuna getmişdir ki, qardaşını axtarıb tapsın. Təxminən saat N1 radələrində yenidən ona qardaşının iş yerindən xəbər vermişlər ki, qardaşı Balarəhim yol-nəqliyyat hadisəsi nəticəsində ölmüşdür. O da ora getmiş və qardaşının meyitini görüb tanımışdır, sonra meyitini təhvil alıb dəfn etmişlər. Qardaşının necə və hansı şəraitdə ölməsini o görməmişdir, yol-nəqliyyat hadisəsinin şahidi olmamışdır, lakin istintaqı aparan Səbail Rayon Polis İdarəsindən öyrənmişdir ki, toqquşma nəticəsində qardaşı ölmüşdür, “Naz Lifan” markalı avtomobildə sərnişin kimi əyləşmişdir. X11 məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN ilə barışdığını, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, “BMW X5” markalı 10- SR- 686 dövlət qeydiyyat nişanlı avtomobil onun adına olmaqla mülkiyyətindədir, N4 iyul N009cu il tarixdə oğlu Təqsirləndirilən şəxsN adına etibarnamə vermişdir. N avqust N018-ci il tarixdə saat 16-17 radələrində Bakı şəhəri, Səbail rayonu, Bakı-Qazax maqistral yolunda oğlu Təqsirləndirilən şəxsN ona məxsus olan “BMW X5” markalı ** SR *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “Naz Lifan” markalı avtomobil onun oğlunun hərəkətdə olduğu yola çıxmış və hərəkəti üçün təhlükə yaratmaqla məlum yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində ona məxsus olan “BMW X5” markalı ** SR *** dövlət qeydiyyat nişanlı avtomobilin kapotu, hər iki qabaq qanadları, qabaq bamper, qabaq faralar, bir sözlə bütöv qabaq tərəfi zədələnmişdir, nəticədə ona maddi ziyan dəymişdir. Hadisədən sonra ona məxsus “BMW X5” markalı **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qüsur aktını çıxartdırmışdır, belə ki, mütəxəssis zədələnmiş halda olan ona məxsus həmin avtomobilə baxış keçirtmiş və dəymiş maddi ziyanla bağlı ona rəsmi sənəd təqdim etmişdir. Həmin sənədə əsasən ona 9590 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə-tibbi ekspertizasının N9.09.N018-ci il tarixli 68 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxsN meyiti müayinə olunarkən baş-beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızmalarla müşayiət olunan sağdan gicgah və ənsə sümüklərinin, eləcə də kəllə əsası sümüyünün kəllə əsasına keçən xətti sınıqları aşkar edilmişdir. Qeyd olunan xəsarətlər həyati olub, ölümdən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər. 31.08.N018-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində (hərəkətdə olan avtomaşınların toqquşması nəticəsində sərnişin qismində) əmələ gələ bilərdilər, baş vermiş ölümlə səbəbli əlaqəsi vardır, dərəcəsinə görə ağır zərərvurmaya aiddir. Ölümə səbəb almış olduğu bədən xəsarətləri nəticəsində baş vermiş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızmalar olmuşdur. Məhkəmə-tibbi ekspertizasının 17.09.N018-ci il tarixli 545 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs3 tibbi müayinəsi zamanı bədənində baş-beynin yüngül dərəcəli əzilməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, sifətin sağ yarısının əzilmiş yarası, eləcə də sağ bazunun aşağı 1/3-nin bayır səthinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər. 31.08.N018-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Məhkəmə-tibbi ekspertizasının 17.09.N018-ci il tarixli 537 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs1 tibbi müayinəsi zamanı bədənində döş sümüyünün, sağ kürək sümüyünün və sağdan İ qabırğanın sınıqları ilə müşayiət olunan döş qəfəsinin qapalı küt travması bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər. 31.08.N018-ci il tarixdə yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya aiddirlər. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə trasoloji-kimyəvi ekspertizasının 05.10.N018-ci il tarixli N3614/15 saylı rəyinə əsasən nəqliyyat vasitələri ilk kontakt anında “Naz Lifan” markalı ** NH *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan sahəsi ilə “BMW-X5” markalı ** SR *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sahəsi arasında toqquşma təxminən 85-90 dərəcə bucaq altında baş vermişdir. “Naz Lifan” markalı avtomobilin arxa bamperinin sağ sahəsi (sağ kılıq) tamamilə qırıldığından və qopduğundan həmin sahə ilə digər nəqliyyat vasitəsinin toqquşmasını (kontaktda olmasını) müəyyən etmək mümkün deyildir. Zədələrə əsasən nəqliyyat vasitələrinin hərəkət sürətini müəyyən etmək mümkün deyildir. “Naz Lifan” markalı ** NH *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qapı hissəsində qara rəngli sürtünmə şəkilində boya izləri vardır. Həmin sürtünmə izləri qara rəngli “BMW-X5” markalı ** SR *** dövlət qeydiyyat nişanlı avtomobilin üst emal qatının lak-boya örtüyünə uyğun gəlir, yəni onlar ümumi cins mənsubiyyəti təşkil edir. Qara rəngli “BMW-X5” markalı ** SR *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsində qara rəngli sürtünmə şəklində boya izləri vardır, həmin sürtünmə izləri, qara rəngli “Naz Lifan” markalı ** NH *** dövlət qeydiyyat nişanlı avtomobilin üst emal qatının lak-boya örtüyünə uyğun gəlir, yəni onlar ümumi cins mənsubiyyəti təşkil edir. Ekspertizaya dair aparılmış tədqiqatın dəyəri N60 (iki yüz altmış) manatdır. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-yol-nəqliyyatı hadisələri ekspertizasının 03.1N.N018-ci il tarixli N9739 saylı rəyindən görünür ki, BMW-X5 markalı ** SR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxsN ifadəsində göstərdiyi real hadisə mexanizminə uyğun deyildir. İstintaq tərəfindən təqdim olunan “Naz Lifan” markalı ** NH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 3-cü hissəsinin və 69cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur və həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “BMW-X5” markalı ** SR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxsN hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunan Hyundai markalı avtomobil toqquşmada iştirak etmədiyindən, yəni hadisə iştirakçısı olmadığından onun hərəkətlərinin tədqiqi üçün yol-nəqliyyat hadisələri ekspertizası sahəsində xüsusi texniki bilik tələb edilmədiyindən ekspertin səlahiyyətinə aid deyildir. Ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manatdır. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kompüter-texniki N7.1N.N018-ci il tarixli N3576 saylı rəyindən görünür ki, təqdim edilmiş bir ədəd “Transcend” markalı 3N Gb həcmində “SDHC” tipli yaddaş kartında N avqust N018-ci il tarixdə saat 16:00-dan 17:00-dək müddət ərzində qeydə alınmış mövcud olan və silinmiş hallarda videogörüntülərin izləri aşkarlanmamışdır. Ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 61,17 (altmış bir manat on yeddi qəpik) manatdır. Azərbaycan Respublikası DİN-nin Təhlükəsiz Şəhər Xidmətinin TŞ1-0N0 və TŞ1-117 kameralarının 31.08.N018-ci il tarixli videogörüntüləri ilə müəyyən edilmişdir ki, görüntü sahəsinə Bakı-Qazax yolunun Bibiheybət məscidindən Bayraq Meydanı istiqamətində aparan iki tərəfli, eniş-yoxuşlu hərəkət hissəsi düşür. Saat 16:39-da görüntü sahəsinə üzü Bayraq Meydanı istiqamətində hərəkət edən qara rəngli BMW X5 markalı avtomobil daxil olur, həmin avtomobil əks istiqamətli nəqliyyat axınlarını ayıran qoşa xəttin yanı ilə, yəni soldan birinci hərəkət zolağı ilə hərəkət edir, arxasınca dövlət qeydiyyat nişanı görünməyən metalik rəngli Mercedes markalı avtomobil, onun arxasınca isə YPX avtomobili eyni istiqamət üzrə hərəkət edirlər. BMW X5 markalı avtomobil hərəkət hissəsinin enişli sahəsinə daxil olduqdan sonra hərəkətini soldan birinci zolaqdan soldan ikinci zolağa dəyişir və hərəkətini həmin zolaqda davam etdirir. Saat 16:40-da əks istiqamətli hərəkət hissəsi ilə, Bibiheybət məscidi istiqamətində aparan yoxuşlu hərəkət hissəsinin sağ kənar hərəkət zolağı ilə, yəni qoşa xəttin yanı ilə hərəkət edən ağ rəngli universal tipli avtomobilin arxa tərəfindən tünd rəngli minik avtomobili anidən qoşa xətti yararaq əks istiqamətli hərəkət hissəsinə çıxıb hərəkətini hərəkət istiqaməti üzrə çəpinə davam etdirir və əks istiqamətli hərəkət hissəsinin (enişli hərəkət hissəsi) orta zolağı ilə hərəkət edən BMW X5 markalı avtomobili lə toqquşur, belə ki, Bayraq Meydanı istiqamətində aparaq hərəkət hissəsi 3 zolaqlı olmaqla orta zolaqda toqquşma baş verir, həmin zolaqla hərəkət edən BMW X5 markalı avtomobilin qabaq tərəfi ilə əks istiqamətli hərəkət hissəsinə daxil olmuş tünd rəngli minik avtomobilinin sağ yan tərəfi toqquşur, toqquşma nəticəsində zərbə təsirindən BMW X5 markalı avtomobili hərəkət hissəsinin soldan birinci zolağında (qoşa xətt tərəfdən birinci zolaqda), onunla toqquşmuş tünd rəngli minik avtomobili isə sağ tərəfində olmaqla dayanırlar. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxsN müdafiəçisinin vəsatəti təmin edilərək iş üzrə N9 mart N0N1-ci il tarixdə əlavə məhkəmə yol-nəqliyyatı ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-yol-nəqliyyatı hadisələri ekspertizasının 04.06.N0N1-ci il tarixli 8/1004 saylı rəyinə əsasən: 1.3. Təhlükə yaranan andan, yəni Lifan LF-713N/N 3N0 markalı avtomobilin 50-60 km/saat sürətlə qoşa xətti kəsib keçərək, əks hərəkət zolağına daxil olduğu nöqtədən toqquşma nöqtəsinə qədər 5-6 metr məsafə qət etməsi və təhlükə yarandığı anda BMW X5 markalı avtomobilin toqquşma nöqtəsindən 45-50 metr məsafədə olması şəraitində təhlükə yaranan andan toqquşmaya kimi BMW X5 markalı avtomobil N81-3N1-313-357-338-386-375- 4N9km/saat sürətlə hərəkətdə olmalı idi. N. Təhlükə yaranan andan, yəni Lifan LF-713N/N 3N0 markalı avtomobilin 50-60 km/saat sürətlə qoşa xətti kəsib keçərək, əks hərəkət isiqamətinə daxil olduğu nöqtədən toqquşma nöqtəsinə qədər 5-6 metr məsafə qət etməsi, BMW X5 markalı avtomobilin 50-60km/saat sürətlə hərəkətdə olması və toqquşmanın BMW X5 markalı avtomobilin hərəkət zolağında baş verməsi şəraitində BMW X5 markalı 10SR686 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxsN hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. 4.5. Hadisənin müdafiə tərəfinin təqdim etdiyi mexanizm üzrə, yəni təhlükənin qoşa xəttin kənarı ilə hərəkətdə olan Lifan LF-713N/N 3N0 markalı avtomobili öz hərəkəti istiqamətində sərt manevrlə sola istiqamətləndirdiyi andan yaranması, həmin andan toqquşma yerinə kimi Lifan LF-713N/N 3N0 markalı avtomobilin 50-60 km/saat sürətlə sürətlə 5-7-8-10 metr məsafə qət etməsi, BMW X5 markalı avtomobilin 50-60km/saat sürətlə hərəkətdə olması və toqquşmanın BMW X5 avtomobilin hərəkət zolağında baş verməsi şəraitində BMW X5 markalı 10SR686 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxsN hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. 6.7. Təqdim olunan məlumatlara əsasən Lifan LF-713N/N 3N0 markalı, 99NFİ646 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1 -ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.
8. 50-60 km/ saat surətlə hərəkətdə olan Lifan LF-713N/N 3N0 markalı avtomobilin qarşı sol hərəkət hissəsinə çıxdığı andan toqquşma yerinə kimi qət etdiyi 5-6 metr məsafədə dayandırılması mümkün deyildir və sürücü Təqsirləndirilən şəxs1 göstərdiyi Lifan LF- 713N/N 3N0 markalı avtomobili toqquşmaya kimi dayandırılması real hadisə mexanizminə uyğun deyildir. Ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manatdır. N0 noyabr N019-cu il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, məzmununda cinayət təqibi üçün əhəmiyyət kəsb edən görüntülər olan 5 ədəd DVD disklər maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş qiymət təklifinə əsasən “BMW X5” markalı ** SR *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa məbləği 9590 manat təşkil edir. "xxxx" MMC tərəfindən tərtib edilmiş nöqsan aktı və arayışdan görünür ki, ** NH *** dövlət qeydiyyat nişanlı «LİFAN LF 713N/N 3N0” avtomobilinin təmir-bərpa məbləği 6970 manat təşkil edir. N0 noyabr N019-cu il tarixdə Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin N63.N-ci maddəsi ilə ittiham elan edilmişdir. N0 noyabr N019-cu il tarixdə ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmişdir. N0 noyabr N019-cu il tarixdə Təqsirləndirilən şəxsN təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin N63.N-ci maddəsi ilə ittiham elan edilmişdir. N0 noyabr N019-cu il tarixdə Təqsirləndirilən şəxsN barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 08 sentyabr N018-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 08 sentyabr N018-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1991-ci il təvəllüdlü X5 əvvəllər məhkum olunmamışdır. AZ-İ 964457 nömrəli ölüm haqqında şəhadətamədən görünür ki, Zərərçəkmiş şəxsN 31.08.N018-ci il tarixdə, kəllə əsasının sınığı diaqnozu ilə ömüşdür. Zərərçəkmiş şəxs3 ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X6 ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN heç bir şikayət və tələbi yoxdur, barışmışlar. İşə əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 5 uşağı vardır- 04.08.N003-cü il təvəllüdlü Nuray Abdullayeva, 14.0N.N011-ci il təvəllüdlü Zəhra Abdullayeva, N3.08.N01N-ci il təvəllüdlü Aydan Abdullayeva, 05.07.N015-ci il təvəllüdlü Ayan Abdullayeva və 07.01.N018-ci il təvəllüdlü Əbülfəz Abdullayev. İşə əlavə edilmiş 1N.10.N01N-ci il tarixli, N5341 nömrəli əlillik vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 1-ci qrup əlildir (hərbi xidmət vəzifəsinin yerinə yetirərəkən) . Məhkəmə Təqsirləndirilən şəxs1 istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N63.N-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, həmçinin iş üzrə keçirilmiş ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci bəndinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr N013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı Qərarda məhkəmələrin diqqətinin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilməsi tövsiyyə edilmişdir. Həmin Qərarın N1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin N63.N, N63.3, N63-1.3, N63-1.4, 351.N və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü özlüyündə CM-nin 61.1.N-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi əməldən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini və əvvəllər məhkum olunmamasını, cinayətin hadisələrin təsadüfi axarı zəminində törədilməsi, zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 və zərərçəkmiş şəxsin hüquqi varisi Rəcəb Əliyevin ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışıq əldə edilməsini və dəymiş ziyanı ödənilməsini, mülki iddianın olmamasını, himayəsində 5 yetkinlik yaşına çatmayan uçağın olmasını, hərbi xidmət vəzifəsinin yerinə yetirərəkən əlil olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə bu Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 59.1-ci maddəsinin 1N-ci bəndinə görə zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, 13-cü bəndinə görə isə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin Azərbaycan Respublikası CM-nin 60.1.-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin N63.N-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəzası təyin edilməli və o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.N-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.N-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxsN cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1N4-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının, ekspertiza rəyi və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxs X8 tərəfindən hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N63.N-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, X3 törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş və onun hərəkətlərində cinayət tərkibinin olması öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin N1.N-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxsN özünü təqsirli bilməyərək göstərmişdir ki, o, N avqust N018-ci il tarixdə Səbail rayonu “Azneft dairəsi istiqamətində hərəkətə başlamışdır. Bibiheybət məscidinin qarşısında quraşdırılmış işıqforun qırmızı işığında daynmış, yaşıl işıq yandıqdan sonra isə hərəkətə başlayaraq “Azneft” dairəsi istiqamətində hərəkətini davam etdirmişdir. Enişli-yoxuşlu yola daxil olmuş və hərəkət surəti 50-60 km/s sürəti ilə orta zolaqla hərəkət etmişdir. Hərəkət zamanı onun sağ və sol tərəfində avtomobil olmamışdır. Həmin yolla hərəkət edərkən yolun sağ tərəfindəki “Socar” yanacaqdoldurma məntəqəsinə təxminən 100-N00 metr məsafə qalmış əks istiqamətli hərəkət hissəsi ilə ayırıcı zolağın yanı ilə, yəni hərəkət istiqaməti üzrə sol kənar zolaqla üzü Bibiheybət məscidi istiqamətində hərəkət edən “Naz Lifan” markalı avtomobil anidən qoşa xətti kəsərək onun hərəkət etdiyi yola daxil olmuşdur. Bunu görən zaman onun hərəkət sürəti 50-60 km/s olmuşdur və o həmin avtomobilin qoşa xətti yarıb onun hərəkət yoluna çıxdığını görən an qəza baş vermiş yerdən N-3, 3-4 metrlik məsafədə olmuşdur. Təqsirləndirilən şəxs həmçinin ifadəsində orta hərəkət zolağı ilə hərəkət edərkən “Naz Lifan” markalı avtomobilin anidən qarşısına çıxdığını, işıq siqnallarından istifadə etmədiyini və hadisələr anidən baş verdiyindən tormozlama aparmağa çatdırmadığını, həmçinin hadisə saniyədən də az müddətdə baş verdiyi üçün sağ və ya sol hərəkət zolağına çıxmağa çatdırmadığını, qəzanın baş verdiyi yerdən 40-50 metr məsafədə olmadığını bildirmişdir. Bundan başqa hadisənin şahidi Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin yol patrul xidməti inspektoru Şahid ifadəsində bildirmişdir ki, hadisədən uzun müddət keçdiyindən dəqiq xatırlamasa da, “NAZ Lifan” markalı avtomobilin qoşa xətti kəsib əks istiqamətə çıxdığı anda “BMW X5” markalı avtomobillə arasındakı məsafənin 5-6 metr təşkil edə bilərdi. Məhkəmə, Şahid oğlunun ibtidai istintaq zamanı verdiyi təkrar 0N.10.N018-ci il tarixli ifadəsini qəbul etmir, hesab edir ki, onun ibtidai istintaq zamanı verdiyi 04.09.N018-ci il tarixli ilkin ifadəsi və məhkəmə baxışında verdiyi ifadə həqiqətə daha çox uyğundur, digər iş materialları ilə də uyğunluq təşkil etdiyindən həmin ifadə əsas götürülməlidir. Həmçinin ibtidai istintaq zamanı 04.09.N018-ci il tarixdə Şahid baş vermiş hadisədən 4 gün keçdikdən sonra dindirilmişdir və baş vermiş hadisənin şəraitini daha ətraflı xatırlamışdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 məhkəmənin N9 mart N0N1-ci il tarixli iclasında göstərmişdir ki, əks istiqamətli yola çıxan zaman sürətini 40-50 km/s –a saldığını, səkinin kənarında dayandıqdan sonra “BMW X5” markalı avtomobilin onun idarə etdiyi avtomobili arxa hissədən vurduqdan sonra idarə etdiyi maşının fırlandığını və həmin anda avtomobilin ban hissəsi, şüşə qırıntılarının orta hərəkət zolağına dağıldığını bildirmişdir. Bununla bağlı məhkəmənin N9.03.N0N1-ci il tarixli, 1(009)-7/N0N1 saylı qərarı ilə cinayət işi üzrə əlavə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmiş və Məhkəmə- Ekspertizası Mərkəzinin 04.06.N0N1-ci il tarixli 8/1004 saylı rəyi ilə müəyyən edilmişdir ki, 1.3. Təhlükə yaranan andan, yəni Lifan LF-713N/N 3N0 markalı avtomobilin 50-60 km/saat sürətlə qoşa xətti kəsib keçərək, əks hərəkət zolağına daxil olduğu nöqtədən toqquşma nöqtəsinə qədər 5-6 metr məsafə qət etməsi və təhlükə yarandığı anda BMW X5 markalı avtomobilin toqquşma nöqtəsindən 45-50 metr məsafədə olması şəraitində təhlükə yaranan andan toqquşmaya kimi BMW X5 markalı avtomobil N81-3N1-313-357-338-386-375- 4N9km/saat sürətlə hərəkətdə olmalı idi. N. Təhlükə yaranan andan, yəni Lifan LF-713N/N 3N0 markalı avtomobilin 50-60 km/saat sürətlə qoşa xətti kəsib keçərək, əks hərəkət isiqamətinə daxil olduğu nöqtədən toqquşma nöqtəsinə qədər 5-6 metr məsafə qət etməsi, BMW X5 markalı avtomobilin 50-60km/saat sürətlə hərəkətdə olması və toqquşmanın BMW X5 markalı avtomobilin hərəkət zolağında baş verməsi şəraitində BMW X5 markalı 10SR686 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxsN hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. 4.5. Fladisənin müdafiə tərəfinin təqdim etdiyi mexanizm üzrə, yəni təhlükənin qoşa xəttin kənarı ilə hərəkətdə olan Lifan LF-713N/N 3N0 markalı avtomobili öz hərəkəti istiqamətində sərt manevrlə sola istiqamətləndirdiyi andan yaranması, həmin andan toqquşma yerinə kimi Lifan LF-713N/N 3N0 markalı avtomobilin 50-60 km/saat sürətlə sürətlə 5-7-8-10 metr məsafə qət etməsi, BMW X5 markalı avtomobilin 50-60km/saat sürətlə hərəkətdə olması və toqquşmanın BMW X5 avtomobilin hərəkət zolağında baş verməsi şəraitində BMW X5 markalı 10SR686 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxsN hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Göründüyü kimi sürücü Təqsirləndirilən şəxsN hərəkəti üçün təhlükə, sürücü Təqsirləndirilən şəxs1 qoşa xəttin kənarı ilə idarə etdiyi **-NH-*** dövlət qeydiyyat nişanlı «Lifan LF-713N/N 3N0» markalı avtomobili öz hərəkəti istiqamətində sərt manevrlə sola istiqamətləndirdiyi anda yaranmışdır. O, qoşa xətti kəsib keçərək, 60 km/saat sürətlə Təqsirləndirilən şəxsN hərəkətdə olduğu yola daxil olub, göstərilən sürətlə 5-5,5 metr məsafə qət etdiyi ana qədər davam etmişdir. Bununla da, BMW X5 markalı avtomobilin 50-60 km/saat sürətlə hərəkətdə olması və toqquşmanın BMW X5 markalı avtomobilin hərəkət zolağında baş verməsi şəraitində Təqsirləndirilən şəxsN hadisənin qarşısını almağa texniki imkanı olmamışdır. İş üzrə hər iki məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəylərində hadisənin mexanizmi və baş vermə şəraiti eyni olsa belə, məhkəmə hesab edir ki, məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının 04.06.N0N1-ci il tarixli 8/1004 saylı rəyi əsas götürülməlidir. Çünki ibtidai istintaq orqanı tərəfindən məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilərkən səthi yanaşaraq suallar ekspert qarşısında ətraflı qoyulmamışdur. Əlavə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilərkən suallar hər iki sürücüyə münasibətdə qoyulmuş, suallar qoyularkrən onların eyni vaxtda qarşılıqlı hərəkəti zəminində toqquşma nöqtəsinə qədər baş vermiş hadisənin qarşısını almağa texniki imlanların olub-olmaması, yol hərəkəti qaydalarının pozulub-pozulmaması müəyyən etməyə yönəlmişdir. İbtidai istintaq orqanı hadisənin konkret olaraq hansı şəraitdə baş verməsini araşdırmadan Təqsirləndirilən şəxsN tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N63.N-ci maddəsində nəzərdə tutulmuş cinayəti törədilməsi barədə əsassız nəticəyə gəlmişdir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının CPM-in N8.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. Həmin Məcəllənin N8.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının CPM-in 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 1N5, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin sübutların mümkünlüyünü müəyyən edən 1N5-ci maddəsində təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikasının CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Qanunun mənasına görə əldə edilən istənilən sübut yalnız yoxlanıldıqdan və digər sübutlarla müqayisəli şəkildə qiymətləndirildikdən sonra qəbul edilir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146-cı maddəsi). Azərbaycan Respublikasının CPM-in 3N.N.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. (CPM N1.3) CPM-nin 138.N-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikasının CPM-in N1.N-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “X14rşı” işi üzrə N5 sentyabr 199N-ci il tarixli qərarında göstərmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur(§ 36). Azərbaycan Respublikasının CPM-in 139.0, 139.0.N və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 39.1.N-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.N və 39.N-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. 41.5-ci maddəsinə əsasən məhkəmə baxışı başlanandan sonra məhkəmə cinayət təqibini istisna edən halları aşkar edərsə, məhkəmə baxışını başa çatdırır və dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etmədiyi hallarda bəraət hökmü çıxarır; 4N.1.N-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda çıxarılır 4N.N.N-ci maddəsinə əsasən bu Məcəllənin 4N.1.N-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır. 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, 349.5.N-ci maddəsinə görə bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və 349.5.3-cü maddəsinə əsasən isə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə - məhkəmənin hökmü əsaslı hesab edilir. 350.N-ci maddəsinə əsasən bu Məcəllənin 4N.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.N-ci maddələrinin şərh edilməsinə dair” 1N may N009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Ədalətli məhkəmə araşdırması hüquq ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, “ədalət mühakiməsi mahiyyət etibarilə ədalət anlayışına cavab verməli və hüquqların təsiri şəkildə bərpa olunmasını təmin etməlidir”. Bu baxımdan təqsirliliyi sübuta yetirilmədikdə şəxslərə bəraət verilməsi ədaləti bərqərar etmiş olur. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda təsvir olunanlardan görünür ki, məhkəmə baxışı zamanı ittiham tərəfi Təqsirləndirilən şəxsN Azərbaycan Respublikasının CM-in N63.N-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən mötəbər sübut təqdim olunmamışdır. Əksinə olaraq Təqsirləndirilən şəxsN təqsirsizliyi ilə bağlı məhkəmə istintaqında tədqiq olunmuş dəlillər daha məntiqli və ardıcıl olmaqla bir-biri ilə uzlaşaraq öz təsdiqini tapır. Həmin sübutlar onun təqsirsizliyi ilə bağlı işin faktiki hallarına uyğundur, tam qanuni və əsaslıdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxsN əməlində cinayət tərkibinin olması ilə bağlı istintaq orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından əməlində cinayət tərkibi olmaması əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N63.N-ci maddəsi ilə Təqsirləndirilən şəxsN irəli sürülmüş ittiham üzrə bəraət verilməlidir. Təqsirləndirilən şəxsN barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikasının CPM-in 56 və 6N.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Təqsirləndirilən şəxsN cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsi ilə bağlı müraciət etmək hüququ izah edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış məzmunuda cinayət təqibi üçün əhəmiyyət kəsb edən görüntülər olan 5 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 5N1,17 (beş yüz iyirmi bir manat, on yeddi qəpik) manat Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.N və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.0N.N001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN hüquqlarının məhkəmədə müdafiə edilmələrinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 350-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N63.N-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 0N (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxsN Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N63.N-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə əməldə cinayət tərkibinin olmaması əsası ilə bəraət verilsin. Təqsirləndirilən şəxsN barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxsN izah edilsin. İş üzrə maddi sübut kimi tanınmış məzmunuda cinayət təqibi üçün əhəmiyyət kəsb edən görüntülər olan 5 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci – ümumilikdə 5N1,17 (beş yüz iyirmi bir manat, on yeddi qəpik) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 14N319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: XN, Kod N10005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZNN, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili MüdafiəçiN tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 10N0 (bir min iyirmi) manat dövlət büdcəsindən Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod N00059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxsN hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 480 (dörd yüz səksən) manat dövlət büdcəsindən tutulub, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod N00059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan N0 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova