Məhkəmə qərarları › İş №1(009)-7/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-7/2022

20.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-7/2022 20.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X8 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs X5 iştirakları ilə, 06 avqust 1987-ci ildə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Neftçala şəhəri, məhəllə 7-də qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış massivi, ev 121, mənzil 11-də kirayə yaşayan, barəsində məhkəmənin 02 sentyabr 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 235.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən X11 təqsirləndirilir ondan ötrü ki, o, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri satış məqsədi ilə talayıb qanunsuz olaraq əldə edib üzərində saxlayıb daşımışdır. Elan olunmuş ittihama görə, o, 2020-ci ilin avqust ayının sonlarında dayısı X17 yaşadığı Nizami rayonu Kamil Balakişiyev küçəsi ev 42, mənzil 7-də olarkən satış məqsədi ilə gizli yolla şəxsi istehlak miqdarından artıq 26,173 qram miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı talayıb əldə edərək özündə saxlamış, 06 sentyabr 2020-ci il tarixdə saat 16:30 radələrində Səbail RPİ-nin NMB və CAŞ-nin əməkdaşları tərəfindən Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış massivi, 121 saylı binanın yaxınlığında saxlanılaraq şübhəli şəxs qismində Səbail RPİ-nə dəvət edilmiş və bölmənin inzibati binasında üstünə baxış keçirilən zamanı gələcəkdə satış məqsədi ilə saxladığı ümumi çəkisi 8,419 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış “qurudulmuş marixuana”, əlində olan yaşıl rəngli parıltılı kisənin içərisində 02 (iki) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 4,385 və 4,034 qram olmaqla aşkar olunub götürülmüşdür. Bundan başqa 06 sentyabr 2020-ci il tarixdə saat 21:30 radələrində X1 yaşadığı Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış massivi, mənzil 11-ə baxış keçirilən zamanı gələcəkdə satış məqsədi ilə saxladığı ümumi çəkisi 9,335 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış “qurudulmuş marixuana” həmin mənzilin yataq otağında paltar dolabının üstündə olan kağız qutunun içərisində ayrı-ayrılıqda bir ədəd corabın içərisində sellofanda bir ədəd kağız bükülüdə təmiz çəkisi 1,382 qram, digər bir ədəd corabın içərisində salfet kağızına bükülmüş 02 (iki) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 3,763 qram və 4,190 qram olmaqla aşkar olunub götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs X11 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 2 ilə yaxın müddətdə başında şiddətli ağrılar olduğuna görə narkotik vasitə olan marixuananı tanımadığı müxtəlif şəxslərdən alıb istifadə etmişdir. 2019-cu ilin may ayında “İnstaqram” sosial şəbəkəsində 5-6 nəfər qızlarla, o cümlədən X14 ilə tanış olub “Fəvvarələr Meydanı” yaxınlığında görüşmüşlər. Həmin qızlardan Nərgiz Əhmədova ilə yaxın münasibət saxlamağa başlamış, söhbət əsnasında Nərgizin də narkotik vasitə istifadəçisi olduğunu öyrənmişdir. Onlar birlikdə əldə etdikləri narkotik vasitə olan marixuananı çəkməklə istifadə etmişlər. 06 sentyabr 2020-ci il tarixdə təqribən saat 16.30 radələrində Nərgizin dəvəti ilə birlikdə narkotik vasitə qəbul etməkdən ötrü görüşmək üçün evdən çıxmış, evin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmış və özü istifadə etmək üçün götürdüyü 2 ədəd kibrit qutusunda olan marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkdaşları onu Səbail rayon Polis İdarəsinə aparmış, bir neçə saat sonra təqribən saat 20-21 radələrində müstəntiq videoçəkilişlə həmin narkotik maddəni təqdim etməyini bildirmişdir. O, narkotik vasitəni tanımadığı şəxslərdən aldığını bildirsə də, polis əməkdaşları ondan narkotikin mənbəyini deməyini tələb etdiklərinə görə məcbur qalıb dayısı Ağalinin narkotik vasitədən istifadə etdiyini bildiyinə görə yalandan ondan aldığını demişdir. Bundan sonra polis əməkdaşları ona dayısının evini göstərməyi təklif etdikdə, polis əməkdaşlarına dayısı Ağali Sadıqovun ona narkotik maddə vermədiyini desə də, artıq onun dedikləri nəzərə alınmamış və ondan dayısının evini göstərməyi tələb etdiklərinə görə məcburiyyət qarşısında razılıq vermişdir. Əsl həqiqətdə isə dayısı Ağalidən narkotik maddə almamış və oğurlamamışdır. X23 münasibətləri soyuq olduğundan 2019-cu ildən, yəni bir ilə yaxın müddət ərzində onların evinə getməmişdir. 06 sentyabr 2022-ci il tarixdə təqribən saat 22- 23 radələrində polis əməkdaşlarının müşayəti ilə dayısı Ağaəli Sadıqovun yaşadığı evi göstərmiş, onu bir saatdan çox müddət ərzində maşında saxlamışlar, sonra polislər həyacanlı vəziyyətdə qayıdıb gəlmiş və polis avtomobili ilə 5 saylı xəstəxanaya getmişlər. Polislərdən biri dayısının xəstəxanaya aparıldığını bildirmiş, lakin özünü yandırması barədə həmin vaxt bilməmiş, təqribən 40 dəqiqə xəstəxananın həyətində gözlədikdən sonra onu idarəyə gətirmişlər. Həmin gecə saat 03-04 radələrində polis əməkdaşları və müstəntiq vəkilin iştirakı ilə onu Suraxanı rayonunda anası və qardaşı ilə birlikdə kirayədə yaşadıqları mənzilə aparmışlar. O, mənzildə qalan istifadəsi üçün tanımadığı şəxsdən aldığı və yataq otağında saxladığı 2 kibrit qutusunda olan narkotik vasitə marixuananı təqdim etmişdir. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, o, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamış, 1-2 dəfə əvəzsiz olaraq şəxsi istifadəsi üçün tanımadığı şəxslərdən aldığı narkotik maddədən Nərgizlə birgə istifadə etmişdir. Nərgizlə birlikdə heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. O, istintaq zamanı verdiyi ifadəsindən imtina etmiş, imtinanın səbəbini həmin ifadəni təzyiq altında verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs X2 sözündə barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Səbail RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid4 ifadəsində bildirmişdir ki, əməliyyat tapşırığına əsasən narkotik vasitələri qanunsuz olaraq əldə edərək saxlamaqla daşınmasında və satışını təşkil etməkdə şübhəli bilinən “Xanım” adlı şəxsin əməliyyat-axtarış tədbirləri nəticəsində X5 olduğu müəyyən edilmiş, Səbail RPİ-nin rəisi tərəfindən verilmiş göstərişə əsasən o, Səbail RPİ-nin CAŞ-nin əməliyyat müvəkkli Elton Məmmədovla birlikdə Xanım Mustafayevanın olduğu yerin müəyyən edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. 06 sentyabr 2020-ci il tarixdə saat 16:30 radələrində X11 ünvan 1 ünvanın qarşısında onlar tərəfindən saxlanılaraq Səbail RPİ-nin inzibati binasına gətirilmişdir. Müstəntiq tərəfindən X5 üzərinə şəxsi axtarış aparılacağı izah edilmiş və şəxsi axtarış zamanı videoçəkilişdən istifadə ediləcəyi ona və iştirakçıların diqqətinə çatdırılmışdır. Şəxsi axtarışa başlanmazdan əvvəl şəxsi axtarışda iştirak etmək üçün Səbail RPİ-nin 8-ci PB-nin YYÇİPŞ-nin baş inspektoru Şahid3 da dəvət edilmişdir. Şəxsi axtarışa başlanmzadan əvvəl iştirakçılara hüquq və vəzifələri, həmçinin şəxsi axtarışın aparılma səbəbi izah edilmişdir. Bundan sonra X7 üzərində qanunsuz maddə və hər hansı bir əşyanın olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi onun diqqətinə çatdırılmışdır. X11 şalvarının sağ yan cibindən «Samsung A30» markalı mobil telefonu və daha sonra əlində olan pul qabını açaraq içərisinndən iki ədəd kibrit qutusunu çıxarıb stolun üstünə qoymuşdur. Xanım Mustafayeva bildirmişdir ki, iki ədəd kibrit qutusunda olan narotik vasitə marixuanadır. Hər iki kibrit qutusu açıldıqda qutularda yaşıl rəgli və spesifik iyi olan, ot şəkilli maddənin olduğu müəyyən edildi. Xanım Mustafayeva marixuananı dayısı Ağalinin evindən götürdüyünü bildirmişdir. İki ədəd kibrit qutusu zərfə qoyularaq qablaşdırılmış, şəxsi axtarış başa çatdıqdan sonra protokol tərtib edilmiş və imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 06 sentyabr 2020-ci il tarixdə Səbail RPİ-nin əməkdaşı Şahid2 tərəfindən idarəyə dəvət edilərək şəxsiyyəti hazırki iş üzrə ona bəlli olan X5 üzərinə şəxsi axtarış aparılmasında iştirak etmişdir. Şəxsi axtarışa başlanmzadan əvvəl iştirakçılara hüquq və vəzifələri, həmçinin şəxsi axtarışın aparılma səbəbi izah edilmişdir. Bundan sonra X7 üzərində qanunsuz maddə və hər hansı bir əşyanın olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi onun diqqətinə çatdırılmışdır. X11 şalvarının sağ yan cibindən «Samsung A30» markalı mobil telefonu və daha sonra əlində olan pul qabını açaraq içərisindən iki ədəd kibrit qutusunu çıxarıb stolun üstünə qoymuşdur. Xanım Mustafayeva bildirmişdir ki, iki ədəd kibrit qutusunda olan narotik vasitə marixuanadır. Hər iki kibrit qutusu açıldıqda qutularda yaşıl rəngli və spesifik iyi olan, ot şəkilli maddənin olduğu müəyyən edildi. Xanım Mustafayeva marixuananı dayısı Ağalinin evindən götürdüyünü bildirmişdir. İki ədəd kibrit qutusu zərfə qoyularaq qablaşdırılmış, şəxsi axtarış başa çatdıqdan sonra protokol tərtib edilmiş və imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Səbail RPİ-nin NMB-nin rəisi vəzifəsində çalışır. Xanım Mustafayevanın yaşadığı mənzildə baxış apaırlması məqsədilə sonuncunun könüllü olaraq razılıq ərizəsi əsasında, müstəntiq Müslüm Quliyev və müdafiəçi Səyyarə Əliyeva ilə birlikdə 06 sentyabr 2020-ci il tarixdə saat 21:00 radələrində ünvan 3 ünvana getmişlər. Baxış zamanı Xanım Mustafayeva mənzilin yataq otağında olan paltar dolabının üstündən bir ədəd qutunu götürüb açaraq içərisindən iki ədəd ağ rəngli corab bağlamasını təqdim etmiş və corablardan birinin içərisində ağ salfetdə və sellofan kəsiyinə bükülmüş vəziyyətdə içərisində yaşıl rəngli və iyi gələn bitki kütləsinin olduğu aşkar olunmuşdur. Digər corabın içində də ağ salfetə bükülmüş içərisində yaşıl rəngli və iyi gələn bitki kütləsinin olduğu aşkar olunmuşdur. Mənzildən götürülmüş bitkilər qablaşdırılmış və protokol tərtib edilmişdir. Şahid2 ifadəsində həmçinin bildirdi ki, Xanım Mustafayevanın üzərinə şəxsi axtarışda iştirak etmək üçün Səbail RPİ-nin 8-ci PB-nin YYÇİPŞ-nin baş inspektoru Şahid3 kim tərəfindən dəvət edildiyi yadında deyil. Həmin gün istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Şahid3 istifadəsində olan ***-***-**-** nömrəsinə zəng ola bilər. X19 üzərinə baxışda iştirak etməmişdir. Xanım Mustafayevanın ifadəsi əsasında sonuncunun dayısı Ağali Sadıqovun evinə getmişlər. Ağali Sadıqov özünü və onu yandırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, narkotik vasitə olan marixuana istifadəçisi olmuşdur. 2019-cu ilin may ayında “İnstaqram” sosial şəbəkəsində X13 ilə tanış olub “Fəvvarələr Meydanı” yaxınlığında görüşmüşlər. Onlar yaxın münasibət saxlamağa başlamış, söhbət əsnasında Xanımın da narkotik vasitə istifadəçisi olduğunu öyrənmişdir. Onlar birlikdə əldə etdikləri narkotik vasitə olan marixuananı çəkməklə istifadə etmişlər. 05 sentyabr 2020-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılıb Səbail RPİ-nə gətirilmiş. Ertəsi günü polis əməkdaşlarının göstərişi əsasında Xanım Mustafayevanı görüşə dəvət etmişdir. Onun dəvəti ilə birlikdə narkotik vasitə qəbul etməkdən ötrü görüşmək üçün çıxarkən Xanım Mustafayeva evin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Xanım Mustafayeva heç vaxt ona narkotik vasitə satmamış, 1-2 dəfə əvəzsiz olaraq şəxsi istifadəsi üçün Xanım Mustafayeva ona narkotik maddə vermişdir. Bir dəfə isə özü Xanıma istifadə etmək üçün tanış qızla narkotik maddə göndərmişdir. Xanımla birlikdə heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. O, istintaq zamanı verdiyi ifadəsindən imtina etmiş, imtinanın səbəbini həmin ifadəni təzyiq altında verdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 ifadəsində göstərmişdir ki, Xanım onun bacısı qızıdır. Mustafayeva Xanımın narkotik vasitəsinin alqı-satqısı ilə bağlı məlumatı yoxdur. Narkotiklə bağlı Xanımla söhbəti olmamışdır, əlaqələri yox idi getmirdi onlara, münasibətləri soyuq olmuşdur. Narkotiklə bağlı əvvəllər onlara polis gəlməmişdir. Xanıma heç vaxt narkotik verməmişdir. Polis əməkdaşları evdən heçnə götürməmişdilər. O, özü marixuanadan istifadə etmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, Mustafayeva Xanım onun bibisi qızıdır. O, axırıncı dəfə onlarda 2019-cu ilin sentyabr ayının əvvəllərində olmuşdur. Onların evinə qardaşının adına kredit götürməkçün gəlmiş, lakin qardaşı razı olmamışdır. Münasibətləri soyuq olmuşdur. Polis əməkdaşları evə gəlmişlər. Xanımı görməmişdir. Atasının narkotik vasitə istifadə edib etməməsini bilmir. Əvvəllər evə polis gəlməmişdir. Xanımın narkotik vasitədən istifadə edib-etmədiyini bilmir. Məhkəmə iclasında və məhkəməyədək icraat dövründə X5 üzərinə xx.xx.2020-ci il tarixdə keçirilmiş şəxsi axtarış aparılmış və şəxsi axtarışın aparılmasına dair videogörüntülərə baxış keçirilmiş və X11 pul qabının içərisində 2 ədəd kibrit qutusunda ayrı- ayrılıqda təmiz çəkiləri 4,385 qram və 4,034 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında və məhkəməyədək icraat dövründə X5 yaşadığı Bakı şəhəri, ünvan 4 ünvanında xx.xx.2020-ci il tarixdə aparılmış baxışın videogörüntülərinə baxış keçirilmiş və onun mənzildən bir ədəd corabın içərisində sellofanda bir ədəd kağız bükülüdə təmiz çəkisi 1,382 qram, digər bir corabın içərisində salfet kağızma bükülmüş 02 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 3,763 qram və 4,190 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqında tədqiq olunmuş məhkəmə-bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli 7/596 nömrəli rəyindən göründüyü kimi tədqiqata təqdim edilmiş üzərində “Vət. X5 üzərindən aşkar edilmiş...” sözləri yazılmış zərfdə yaşıl rəngli parıltılı kisənin içərisində 02 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 4,385 qram və 4,034 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan vasitə qurudulmuş marixuanadır. Umimi çəkisi 8,419 qramdır. Tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs X.Mustafayevanın... mənzildə saxladığı...” sözləri yazılmış bir ədəd corabın içərisində sellofanda bir ədəd kağız bükülüdə təmiz çəkisi 1,382 qram, digər bir corabın içərisində salfet kağızına bükülmüş 02 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 3,763 qram və 4,190 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan vasitə qurudulmuş marixuanadır.Umimi çəkisi 9,335 qramdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış müvafiq tələbnamədən görünür ki, onun məhkumluğuna dair hər hansı bir məlumat yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Məhkəmə təqsirləndirilən şəxs Xanım Mustafayevanın hərəkətlərinin hüquqi tövsifi ilə bağlı aşağıdakıları qeyd edir. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs X5 hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 235.1 -ci maddələri ilə tövsif edilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş iş materiallarnın təhlili göstərdi ki, istintaq orqanı təqsirləndirilən şəxs Xanım Mustafayevanın əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə, yəni satış məqsədilə narkotik vasitəni əldə etmə, saxlama və daşıma kimi, həmçinin həmin Məcəllənin 235.1-ci maddəsi ilə tövsif etməklə səhv nəticəyə gəlmiş və Xanım Mustafayevaya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin həmin maddələri ilə ittiham elan etməkdə haqlı olmamışdır. Belə ki, iş materiallarından göründüyü kimi ********* nömrəli cinayət işi üzrə keçirilmiş əməliyyat-axtarış fəaliyyətinin nəticəsini, yəni həqiqətən də təqsirləndirilən şəxs Xanım Mustafayevanın üzərindən və yaşadığı evdən narkotik vasitə olan marixuananı aşkar edilməsini, həmçinin həmin tədbirin qanuna uyğun həyata keçirilməsini şübhə altında qoya biləcək hər-hansı hal aşkar edilməmişdir. Bu xüsusatlar, qeyd edilən əməliyyat-axtarış tədbirinin həyata keçirilməsində iştirak etmiş polis əməkdaşlarının ifadələri ilə həmçinin təsdiq edilmişdir, lakin cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməsi üçün satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlanma, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma hərəkətlərnin edilməsi müəyyən edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir; “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 9-cu bəndindəki tövsiyələrə əsasən, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, narkotik vasitələr hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs Xanım Mustafayevanın istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onun tərəfindən narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, narkotik vasitələr hazırlanması üçün avadanlığın olması keçirilmiş axtarış təbrirlərinə baxmayaraq onun üzərində və ya yaşadığı evdə müəyyən edilməmiş, satış məqsədinin olmasına dəlalət edə biləcək digər əşyalar da aşkar edilməmişdir. Bu hallar da onu deməyə əsas verir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Xanım Mustafayevanın üzərində və yaxud yaşadığı mənzildə aşkar edilmiş narkotik vasitəni məhz satmaq niyyətində olmasını təsdiq edən heç bir sübut əldə edilməmişdir. Qeyd olunanlardan belə nəticə çıxır ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Xanım Mustafayevanın əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə tövsif edərkən ancaq onun Şahid1 bir neçə dəfə əvəzsiz olaraq istifadəsi üçün marixuana verməsi barədə istintaqdakı ilkin ifadələrinə, həmçinin Xanım Mustafayevadan pul müqabilində narkotik vasitə olan marixuana alması barədə Şahid1 ilkin ifadələrinə əsaslanmışdır. Təqsirləndirilən şəxs Xanım Mustafayevanın üzərində və yaxud yaşadığı mənzildə aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanadan ibarət olmaqla cəmi dörd bükümdə olmuşdur. Bununla bağlı Xanım Mustafayeva narkotik vasitənin 4 bükümdə olmasını və onunla izah etmişdir ki, o, həmin narkotik vasitə olan marixuananı tanımadığı şəxslərdən ayrı-ayrı bükümlərdən ibarət olmaqla əldə etmiş, özü həmin narkotik vasitəni bükümlərə ayırmamışdır. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Xanım Mustafayevanın həmin dlillərini təzkib edə bilən sübutlar da toplanılmamışdır. Bundan əlavə istintaq orqanı Xanım Mustafayevanın narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olmasını təsdiq edən alıcını da müəyyən etməmişdir. Bununla belə istintaq orqanı təqsirləndirilən şəxs Xanım Mustafayeva, habelə şahid qismində dindirilmiş Şahid1 məhkəmədə təsdiqini tapmayan, sonuncu tərəfindən təzkib edilən ilkin ifadələrinə və narkotik vasitənin 4 bükümdə olmasına əsaslanaraq bunu təsdiq edən digər mötəbər sübütların olmamasına baxmayaraq Xanım Mustafayevaya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham elan etmişdir. İstintaq orqanın iş üzrə gəldiyi bu nəticə də, yəni təqsirləndirilən şəxs Xanım Mustafayevanın üzərində və yaşadığı evdə aşkar edilmiş narkotik vasitənin Ağali Saıdqovdan gizli yolla talaması işin müəyyən edilmiş hallarına uyğun olmamaqla ancaq mülahizədən ibarətdir. Təqsirləndirilən şəxs Xanım Mustafayevanın üzərində və yaşadığı evdə aşkar edilmiş narkotik vasitəni 2020-ci ilin avqust ayının sonlarında Ağali Sadıqovun yaşadığı mənzildən gizli yolla talaması və daha sonra satması barədə istintaq orqanının iş üzrə gəldiyi əsas fərziyyəsi- fakt kimi öz təsdiqini tapmamış və yalnış olaraq Xanım Mustafayevaya elan edilmiş ittihamın əsasına qoyulmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 235.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsiri sübuta yetirilmədiyinə görə təqsirləndirilən şəxs Xanım Mustafayevaya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 235.1-ci maddəsi ilə aşağıdaklara görə bəraət verilməlidir. Belə ki, istintaq orqanı təqsirləndirilən şəxs Xanım Mustafayevaya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 235.1-ci maddəsi ilə ittihamı elan edərkən iş üzrə gəlmiş olduğu nəticəni təqsirləndirilən Xanım Mustafayevanın ifadəsi ilə əsaslandırmış, bunu təsdiq edən digər hər hansı sübütü toplamamışdır. Məhkəmə araşdırmasının gedişində də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 235.1-ci maddəsi ilə elan olunmuş ittihamı təsdiq edəcək hər hansı subut müəyyən edilmədi. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Xanım Mustafayeva narkotik vasitəni tanımadığı şəxslərdən aldığını bildirsə də, polis əməkdaşları ondan narkotikin mənbəyini deməyini tələb etdiklərinə görə məcbur qalıb dayısı Ağalənin narkotik vasitədən istifadə etdiyini bildiyinə görə yalandan ondan aldığını demişdir. Bundan sonra polis əməkdaşları ona dayısının evini göstərməyi təklif etdikdə, polis əməkdaşlarına dayısı Ağali Sadıqovun ona narkotik maddə vermədiyini desə də, artıq onun dedikləri nəzərə alınmamış və ondan dayısının evini göstərməyi tələb etdiklərinə görə məcburiyyət qarşısında razılıq vermişdir. O, dayısı Ağalidən narkotik maddə almamış və oğurlamamışdır. X23 münasibətləri soyuq olduğundan 2019-cu ildən, yəni bir ilə yaxın müddət ərzində onların evinə getməmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Ağali Sadıqov və Nazpəri Sadıqova ifadələrində göstərdilər ki, Xanım Mustafayeva ilə 2019-cu ilin avqust ayından münasibətləri soyuq olduğuna görə gediş-gəlişləri olmamış və əlaqə saxlamamışlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işində qeyd edilmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 9 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin cinayət mühakimə icraatının vəzifələri və əsas prinsiplərini tənzimləyən 21.1-ci maddəsinin tələbinə görə, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsində nəzərdə tutulur ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquqi düşüncəsi ilə həll edirlər. 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 42-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılması üçün bir neçə hallar mövcuddur ki, həmin hallardan da ən azı birinin mövcud olması bəraət hökmü çıxarılması üçün əsasdır. 42.1.4-cü təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə bəraət hökmü çıxarır. 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. 124.1-ci maddəsinə görə, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olubolmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. 138.2-ci maddələrinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən,şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. 349.5.1-ci maddəsinə əsasən, məhkəmə yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Cinayət qanunvericiliyinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İttihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə vurğulamışdır ki, hakim sübutların qəbul edilənliyini müəyyənləşdirməyə görə cavabdehlik daşıyır. Hakim bu məsələdə İnsan Hüquqları X9 presedent hüququna uyğun olan tərzdə Cinayət Prosessual Məcəlləsinə istinad etməlidir. Məhkəmə bir sıra qərarlarında qeyd etmişdir ki, “əsaslı şübhə yeri qoymayan” sübut standartları sübutların qiymətləndirilməsi zamanı bütün işlərə tətbiq edilən ümumi prinsipdir. Sübutlar kifayət qədər güclü, aydın və uzlaşdırılmış nəticələrin, yaxud faktlara əsaslanan analoji təkzib edilməz ehtimalların birgə mövcudluğundan irəli gələ bilər. Qaneedici və inandırıcı sübutları təqdim etmək məsələsində sübutetmə yükü ittiham orqanının üzərinə düşür. Hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. İnsan Hüquqlarının və X12 X9 6-cı maddəsinin 2-ci bəndində göstərilir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. BMT Baş Məclisinin 10 dekabr 1948-ci il tarixli 217A (İİİ) nömrəli Qətnaməsi ilə qəbul və bəyan edilmiş İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin birinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər bir şəxs ona müdafiə üçün bütün imkanların təmin olunduğu açıq məhkəmə istintaqında günahı qanuni şəkildə sübut olunanadək günahsız hesab edilmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair" 12 may 2009-cu il tarixli Qərarında göstərilirki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Ədalətli məhkəmə araşdırması hüququ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, “ədalət mühakiməsi mahiyyət etibarilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir” (“Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 420.3-cü maddəsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2002-ci il tarixli qərarı).Bu baxımdan məhkəmə hesab edir ki, təqsirliliyi sübuta yetirilmədikdə şəxslərə bəraət verilməsi ədaləti bərqərar etmiş olur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarında göstərilmişdir ki, Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi, onun təqsirliliyinin sübuta yetirilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Məhkəmə, həmçinin qanunla müəyyən olunmuş hüquq normalarına əsaslanaraq qeyd edir ki, hər bir cinayət işi üzrə müəyyən edilməli olan halların araşdırılmasında obyektiv mövqedən çıxış etməkdə təkcə ittihamı sübut edən sübutların toplanması deyil, həmçinin ittihamı təkzib edən məlumatların toplanması vacib və zəruridir. İbtidai araşdırma orqanı tərəfindən yalnız ittihamedici sübutların toplanması, bəraətverici sübutların toplanmasına səylər göstərilməməsi cinayət işinin birtərəfli, natamam, ittiham istiqamətində aparılmasına və qanunçuluğun, hüquq qaydasının, eləcə də insan hüquq və azadlıqlarının pozulmasına səbəb olması anlamına gəlinməsinə əsas verir. Bununla yanaşı, əldə edilmiş sübutlar təqsirləndirilən şəxsin məhkum olunması ehtimalına bəraət ehtimalından qüvvətli təsir göstərə bilmirsə həmin sübuta yetərli şübhə kimi yanaşılmalı, konkret ziddiyyət təşkil etməyən məlumatlara, sənədlərə və əşyalara söykənməyən təxminlər, fərziyyələr, ehtimallar sübutun həqiqiliyi kimi qəbul edilməməli və qiymətləndirilməməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını, habelə istintaq materiallarını, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini müqayisəli şəkildə təhlil və tədqiq edərək belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 235.1-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə sübut qismində təqdim edilmiş məlumatlar əsasında müəyyən olunmuş və işin faktiki hallarına uyğun olmayan şübhəli, ziddiyyətli məqamların digər sübutlarla aradan qaldırılması mümkün olmadığından, həmin sübutların ittihamın əsası kimi qəbul edilməsi yolverilməzdir və bu hallar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən, məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış, məhkəmə iclaslarında tədqiq edilmiş sübutları bir daha təhlil edib, məhkəmə istintaqının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən verilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 235.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham üzrə, X5 təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməlidir Bundan başqa, iş materiallarından da göründüyü kimi 200020215- N li cinayət işi 06 sentyabr 2020-ci il tarixdə Səbail RPİ-nin 8-ci PB-nin təhqiqatçısı Yasəf Rüstəmov tərəfindən fakta görə Azərbaycan Respubliaksı Cinayət Məcəlləsnin 234.1-ci maddəsi ilə başlanaraq icraatına qəbul edilmişdir. 200020215 N-1İ cinayət işinin başlanması üçün əsas və səbəb Şahid1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamin əldə edərək saxlamaqla daşıması faktı barədə toplanmış material olmuşdur. 06 sentyabr 2020-ci il tarixdə cinayət işi üzrə X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 -ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyinə görə şübhəli şəxs qismində tutularaq Səbail RPİ-nin MSY-nə təhvil verilmiş və 2 cün sonra, yəni 08 sentyabr 2020-ci il tarixdə cinayət işi üzrə X5 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəlləsinin 234.2-ci maddəsinə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə məhkəmə araşdırması nəticələrinə əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Xanım Mustafayevanın üzərindən və yaşadığı mənzildən aşkar olunmuş narkotik maddəni-qurudulmuş marixuananı qohumu Ağaəli Sadıqovun yaşadığı evdən əvvəlcədən gizli yolla talamaqla həmin narkotik vasitəni qanunsuz olaraq məhz satış məqsədilə əldə etməsi, daha sonra qanunsuz olaraq satması və daşıması sübuta yetirilmədiyindən, lakin təqsirləndirilən şəxs Xanım Mustafayevanın istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması əməlini törətməsi təsdiq edildiyindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin məcəllənin 234.1-ci maddəsinə tövsif olunaraq ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməli, təqsirləndirilən şəxs Xanım Mustafayevaya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 235.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə isə təqsirliliyi sübuta yetmədiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin həmin maddəsi ilə onun barəsində bəraət hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs X7 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi X5 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. İbtidai istintaq dövründə X5 06 sentyabr 2020-ci il tarixdən 08 sentyabr 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla 02 (iki) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmədə, təqsirləndirilən şəxs X5 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Ona görə də, təqsirləndirilən şəxs X11 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmənin 02 sentyabr 2021-ci il tarixli qərarı ilə 06 avqust 1987-ci ildə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Neftçala şəhəri, məhəllə 7-də qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış massivi, ev 121, mənzil 11-də kirayə yaşayan X11 barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası tərəfindən göndərilmiş 15 sentyabr 2022-ci il tarixli məktubdan görünür ki, Səbail Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli qərarı ilə barəsində axtarış elan edilməklə haqqında həbs qətimkan tədbiri seçilmiş X11 12 sentyabr 2022-ci il tarixdə Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq 13 sentyabr 2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Axtarışda olan şəxsin yaxalanması barədə protokoldan görünür ki, X11 12 sentyabr 2022-ci il tarixdə Səbail Rayon Polis İdarəsinə könüllü gələrək təslim olmuşdur. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, X5 06 sentyabr 2020-ci il tarixdən 08 sentyabr 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət nəzərə alınmaqla, həmin müddət hazırki hökmlə ona təyin edilmiş əsas cəza müddətindən çıxılmalı və cəzaçəkmə müddətinin əvvəli 12 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X25 şəxsi Ambulator X3 xx.xx.2020-ci il tarixli 2470 nömrəli rəyindən görünür ki, X6 çətənə bitki preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X7 narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs X7 xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Bundan başqa məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-ci maddələrinin tələbləri baxımından iş üzrə maddi sübut kimi tanınmış və Səbail rayon polis idarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 8, 419 və 9,335 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış “qurudulmuş marixuana” hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, 2 ədəd “DVD” disk iş materiallarında saxlanılmasını, cinayət işi üzrə maddi sübut kimi tanınmış və məhkəmə bioloji ekspertizası tədqiqatının dəyəri 89 (səksən doqquz) manat X4 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsini məqəsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4, 344-350, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 235.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilsin. X5 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilsin. X11 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, X5 06 sentyabr 2020-ci il tarixdən 08 sentyabr 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət nəzərə alınmaqla, həmin müddət hazırki hökmlə ona təyin edilmiş əsas cəza müddətindən çıxılsın və üzərində 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. X5 cəzaçəkməsinin əvvəli tutulduğu vaxtdan, yəni 12 sentyabr 2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən X7 narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. İş üzrə maddi sübutlar - Səbail RPİ nin MSY-də saxlanılan X4 aşkar edilib götürülmüş tədqiqatdan sonra qalıq qalmış ümumi çəkisi 8, 419 və 9,335 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış “qurudulmuş marixuana” hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 89 (səksən doqquz) manat X4 tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X10, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar