Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-7/2023 01.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Bakı şəhəri 12 saylı Vəkil bürosunun vəkili X5, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən narkotik vasitə və psixotrop maddəni qanunsuz olaraq əldə edib üzərində saxlayıb daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi ilə, qanunsuz olaraq təmiz çəkisi 1,094 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroini və təmiz çəkisı 0,538 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamıni əldə edərək gələcəkdə satmaq məqsədi ilə üzərində saxlamaqla daşımış, Azərbaycan Respublikası DİN-nin ƏÇPA-nın 4-cü Patrul Bölüyünün əməkdaşlarının narkotik vasitələrin istifadəsində və qanunsuz dövriyyəsində şübhəli bilinərək xx.xx.2021-ci il tarixdə, saat 02:50 radələrində Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında idarə etdiyi “Toyota Prius” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə saxlanılaraq Səbail RPİ-nin 41-ci PB-nin inzibati binasına gətiriləndən sonra orada üzərində şəxsi axtarış aparılan zaman onun əynindəki qara rəngli parça materialdan olan lasina adlandırılan cibsiz dar şalvarın bel hissəsinin qabaq sol tərəfində saxladığı üzərində “Paris” yazısı və şəkillər olan dairəvi formalı kosmetika qabının içərisindən, ümumilikdə 7 (yeddi) ədəd ağ poletilenə bükülmüş şəkildə bükümlərdə, onlardan 5 (beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,319 qram, 0,325 qram, 0,112 qram, 0,276 qram və 0,062 qram olmaqla ümumi təmiz çəkisi 1,094 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin, digər 2 (iki) ədəd bükümdə isə ayrı-ayrılıqda təmiz çəkiləri 0,420 qram və 0,148 qram olmaqla, ümumi təmiz çəkisi 0,568 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür.Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsində nəzərdə tutulumuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş itthamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 1 ildir ki, “kokos” adlandırdığı heroini və “patı” adlandırdığı metamfetamini istifadə edirdi. “Whatsapp” sosial şəbəkəsi vasitəsilə tanış olduğu İran vətəndaşının bank kartına pul göndərməklə narkotik vasitələri alırdı. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə, saat 20 radələrində onunla “Whatsapp” vasitəsilə yazışıb, narkotik vasitəni 45 manata almağa razılaşmışdır. Həmin gün Gənclik metrostansiyasının yanında “Milliön” ödəmə terminalından İran vətəndaşının “Whatsapp” vasitəsilə onun telefonuna göndərdiyi bank kartına 4 manat pul köçürtmüş və qəbzin şəkilini çəkib ona göndərmişdir. Təxminən 2 saatdan sonra onun telefonuna konum, yəni narkotik maddələri qoyacağı yeri göndərilmişdir. O, onun göndərdiyi konum yerinə Hövsan qəsəbəsində yanacaq doldurma məntəqəsinin yanındakı parkın içərisində olan yaşıl boruların üstündən üzərində 1 ədəd siqaret qutusunu götürmüş və açıb baxdıqda, içərisində 5 ədəd “kokos” və 2 ədəd “patı” olan 7 ədəd bükümləri özü ilə gəzdirdiyi dairəvi kosmetika qabına qoyub oradan uzaqlaşmışdır. xx.xx.2022-ci il tarixdə gecə saatlarında bacısı oğlu Həsənağa Abdulrəhmanov ona zəng edib dostu Fəridin ad günü olduğunu və avtomobildə gəzmək istədiklərini demişdir. O, Həsənağanı və dostları Elçini, Fəridi Yasamal rayonu, “ASAN” xidmətin yanından götürmüş və dairəvi yolla “ağ şəhər” istiqamətində hərəkət edib, ayağındakı ayaqqabını dəyişmək üçün Şıxov qəsəbəsində yolun kənarında maşını saxlamışdır. Bu zaman polis əməkdaşları onlar yaxınlaşaraq avtomobilin qabaq sol tərəfinin harada əzildiyini soruşmuşlar, o, üzərində narkotik vasitə olduğu üçün həyəcanlanmış və polis əməkdaşları onun hərəkətlərindən şübhələnərək onları polis bölməsinə dəvət etmişlər. Polis bölməsində üzərində olan kosmetika qabını masanın üzərinə qoyub, içərisində kakos və şüşə adlandırdığı narkotik maddələrin olduğunu bildirdikdən sonra həmin qabın zamokunu açaraq, içərisindəki 7 ədəd bükümləri və falqadan düzəltdiyi borunu masanın üzərinə düzmüşdür. Onunla bərabər avtomobildə olan sərnişinlər, bacısı oğlu X2, onun dostları X6 və X7 narkotik vasitə qəbul etmirlər, həmçinin o da onların yanında heç vaxt narkotik maddə qəbul etməmiş və onların heç birinin onun üzərində narkotik maddələr olması barədə məlumatları olmamışdır. Özünü yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin X16 İdarəsinin bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının yol patrul inspektoru, polis serjantı Şahid1 ifadəsində göstərmişdir ki, 10 dekabr 2021-ci il tarixdə inzibati ərazidə xidmətdə olarkən saat 02:50 radələrində Bakı şəhəri, Salyan şossesi 32 ünvanında yolun kənarında qabaq sol hissəsi əzilmiş vəziyyətdə olan “Toyota Prius” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayanmasını və maşının içərisində 4 nəfər şəxsin oturmasını görüb onlara yaxınlaşdıqda avtomobilin sürücüsü olan qadın avtomaşından düşərək həyəcanlı şəkildə onları polis bölməsinə aparmamalarını xahiş etmişdir. Bu əksinə onlarda şübhə yaratdığından onları polis bölməsinə dəvət etmişlər. 3 nəfər oğlan avtopatrul maşınına otuzdurulmuş və bir nəfər polis əməkdaşı isə xanımın avtomaşınına oturmaqla Səbail RPİ-nirı 41-ci polis bölməsinə getmişlər. Bölmədə həmin qadın sürücü daha da həyəcanlanaraq üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bölmədə olarkən həmin şəxslərin Təqsirləndirilən şəxs, onun bacısı oğlu X2, onun dostları X8 və X7 olduğunu bilmişlər. Bundan sonra onlar həmin şəxslər barəsində raport yazaraq 41-ci PB-nin əməkdaşlarına təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsi ilə analoji ifadə verərək onun ifadəsində göstərmiş olduğu xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 41-ci polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis baş leytenanat Şahid4 ifadəsində göstərmişdir ki, 10 dekabr 2021-ci il tarixdə xidmətdə olarkən saat 02:50 radələrində DİN-nin ƏÇPA-nın 4-cü Patrul Bölüyünün əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Bakı şəhəri, Salyan şossesi 32 ünvanında saxlanılaraq Səbail RPİ-nin 41-ci PB-nə gətirilmiş, onun üzərində şəxsi axtarış və götürmə aparılmasında zərurət yaranmışdır. Ona üzərində olan qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş və bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki uzunqol köynəyin sol aşağı hissəsini qaldırıb, qara rəngli parça materialdan lasina adlandırılan cibsiz dar şalvarının bel hissəsinin qabaq sol tərəfində saxladığı üzərində “Paris" yazısı və şəkillər olan dairəvi şəkilli qabı masanın üzərinə qoyub, qabın kosmetika qabı olduğunu və içərisində “kakos" və “şüşə" adlandırdığı narkotik maddələrin olduğunu bildirdikdən sonra həmin qabın zəncirbəndini açaraq, içərisindəki 7 (ədəd) ağ rəngli poletilenə bükülmüş bükümləri və boru şəkildə düzəldilmiş gümüşü rəngli falqanı masanın üzərinə düzmüşdür. Təqsirləndirilən şəxs bükümləri bir-bir açaraq 5 ədəd polietilenə bükülmüş qəhvəyi rəngli bükümlərin içərisindəkinin “kakos” adlandırdığı narkotik vasitə heroin olduğunu, 2 ədəd polietilenə bükülmüş bükümlərin içərisindəkinin “patı” və ya “şüşə” adlandırdıqı psixotrop maddə metamfetamin olduğunu, boru şəkildə düzəldilmiş gümüşü rəngli falqanı isə narkotik maddəni qəbul etmək üçün istifadə etdiyini bildirərək, həmin bükümlərdəki maddələri 3 gün əvvəl tanımadığı İran vəntandaşı ilə “Whatsapp" sosial şəbəkəsi vasitəsilə yazışaraq, həmin şəxsin bank kartına “Milliön” terminalı vasitəsilə 84 manat pul göndərdikdən sonra aldığı narkotik vasitənin və psixotrop maddənin Hövsan qəsəbəsindən götürdüyünü, bütün narkotik vasitənin və psixotrop maddələrin həmin şəxsdən aldığını, özünə məxsus olduğunu və şəxsi istifadəsi üçün üzərində saxladığını qeyd etmişdir. Aşkar olunmuş, ümumilikdə 7 (yeddi) ədəd büküm və 1 (bir) ədəd boru şəkildə düzəldilmiş gümüşü rəngli falqa cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Şahid4 ifadəsi ilə analoji ifadə verərək onun ifadəsində göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən bir il bundan əvvəl bacısın tanışı Aygünün vasitəsi ilə tanımışdır. Belə ki, həmin vaxt ailəsində problemlər olduğu üçün psixolojı vəziyyəti pis olduğundan Aygün onu rəfiqəsi Elnarənin evinə dəvət edərək sən gəl biz səni vəziyyətdən çıxardarıq demişdir. O, etiraz etməyərək onların taksi ilə Yasamal rayonunda yerləşən dəqiq bilmədiyi ünvana getmiş, orada olarkən onlar bir qədər dərdləşdikdən sonra Elnarə adını şüşə kimi dediyi psixotrop maddə çıxardaraq Aygün ilə birlikdə istifadə etməyə başlamışlar və o da onlarla birlikdə istifadə etmişdir. Həmin vaxtdan sonra Elnarə ona telefonda yazmış və o, onun telefon nömrəsini telefonunun yaddaşına qeyd etmişdir. 11 dekabr 2021-ci il tarixdə isə onun atasının səhhəti pisləşdiyi üçün onu xəstəxanaya yerləşdirmiş və gərgin olduğu üçün qərara gəlmişdir ki, Elnarə ilə əlaqə saxlayıb ondan şüşə deyilən psixotrop maddə alsın. Bu məqsədlə ona neçə dəfə yazsa da Elnarə cavab verməmişdir. İş materiallarında olan cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 10 dekabr 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və ibtidai istintaqın davam etdirilməsi üçün aidiyyəti üzrə Səbail RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” 10 dekabr 2021-ci il tarixli protokoldan görünür ki Təqsirləndirilən şəxs 10 dekabr 2021-ci il tarixdə, saat 02:50 dəqiqədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 10 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə videokameradan istifadə edilməklə şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs 5 (beş) ədəd bükülüdə içərisində qəhvəyi rəngdə, toz şəkilli, spesifik iyə malik olan maddə və 2 (iki) ədəd bükülüdə isə şəffaf ağ rəngli kristal şəkilli maddə aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Şəxsi axtarışın gedişatını əks etdirən görüntülər “DVD" diskə köçürülməklə iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan “avtomobildə axtarış və götürmə aparılması haqqında” 10 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşında axtarış və götürmə aparılmış və axtarış zamanı Təqsirləndirilən şəxs məxsus “İphone 6” markalı mobil telefon iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən götürülmüş və bu barədə protokol tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 10 dekabr 2021-ci il tarixli 5/5450 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «xx.xx.2021-ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə iki ədəd bükümdə təmiz çəkisi 0,420 qram, 0,148 qram ümumi təmiz çəkisi 0,568 qram olan ağ rəngli, kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Digər beş ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,319 qram, 0,325 qram, 0,112 qram, 0,276 qram, 0,062 qram ümumi təmiz çəkisi 1,094 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İİ) daxildir. Tədqiqatın dəyəri 65 (altmış beş) manatdır. İş materiallarında olan “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair 10 dekabr 2021-ci il tarixli aktdan görünür ki, AR DİN Səbail RPİ-nin 41-ci Polis Bölməsi tərəfindən 0,319 qram, 0,325 qram, 0,112 qram, 0,276 qram, 0,062 qram, cəmi 1,094 qram qəhvəyi rəngli maddə qəbul edilmiş, 0,15 qram nümunə götürülmüş, 0,944 qram maddə geri qaytarılmış, 0,420 qram və 0,148 qram olmaqla, cəmi 0,568 qram ağ rəngli, kristallik maddə qəbul edilmiş, 0,08 qram nümunə götürülmüş, 0,488 qram maddə geri qaytarılmışdır. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 11 dekabr 2021-ci il tarixdə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” Səbail rayon prokuroru vəzifəsini icra edən ədliyyə müşaviri Ədalət Aslanovun 11 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət rədd edilmiş, Təqsirləndirilən şəxs saxlandığı MSY-dən dərhal azad edilməsi və barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsi məsələsinin həll edilməsi qərara alınmışdır. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi barədə” 11 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin 22 dekabr 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barədə Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarından olan 19 yanvar 2022-ci il tarixli “təqsirləndirilən şəxsin axtarışının elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. İş materiallarında olan Səbail RPİ-nin 12 mart 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 11 mart 2022-ci il tarixdə Səbail RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi barədə” 13 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Səbail RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan 13 mart 2022-ci il tarixli “baxış aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkətinin gedişatı barədə 10 dekabr 2021-ci il tarixdə tərtib edilmiş protokolda göstərilənlər həmin istintaq hərəkətinin videogörüntüləri köçürülmüş DVD diskindəki görüntülərə uyğundur və protokolda göstərilənlərlə görüntülərdə əks olunanlar eynilik təşkil edir. İş materiallarında olan 13 mart 2022-ci il tarixli “baxış aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşında aparılmış axtarış və götürmə istintaq hərəkətinin gedişatı barədə 10 dekabr 2021-ci il tarixdə tərtib edilmiş protokolda göstərilənlər həmin istintaq hərəkətinin videogörüntüləri köçürülmüş DVD diskindəki görüntülərə uyğundur və protokolda göstərilənlərlə görüntülərdə əks olunanlarla eynilik təşkil edir. İş materiallarında olan 13 mart 2022-ci il tarixli “baxış aparılması haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “İphone 6” markalı mobil telefon aparatına baxış keçirilmiş və baxış zamanı “iphone 6 markalı” mobil telefon aparatında olan «WhatsApp» ani mesajlaşma proqramına daxil olduqda Təqsirləndirilən şəxs 050-892-60- 09, ***-***-**-**, ***-***-**- ** saylı nömrələrlə narkotik vasitə və psixatrop maddələrin qanunsuz dövriyyəsınə dair «sms» mübadiləsinin olması və telefonun qalereya bölməsində Təqsirləndirilən şəxs elektron tərəzidə narkotik vasitə və psixotrop maddəyə bənzər maddənin çəkməsinə dair videogörüntülərin olması müəyyən edilmiş, görüntülər “DVD" diskə köçürülməklə iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 19 aprel 2022-ci il tarixli, 1917 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müaliciyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 19 aprel 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinə tövsif edilməklə ona həmin maddə ilə yeni məzmunda yenidən ittiham elan edilməsi, cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümümilikdə 7 (yeddi) ədəd ağ polietilenə bükülmüş şəkildə bükümlərdə, onlardan 5 (beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,319 qram, 0,325 qram, 0,112 qram, 0,276 qram və 0,062 qram olmaqla ümumi təmiz çəkisi 1,094 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin, digər 2 (iki) ədəd bükümdə isə arı-ayrılıqda təmiz çəkisi 0,420 qram, 0,148 qram olmaqla ümumi təmiz çəkisi 0,568 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 0,944 qram narkotik vasitə heroin və 0,488 qram metamfetamin saxlanması üçün Səbail RPİ-in maddi sübutların saxlandığı kameraya təhvil verilmiş, cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşından götürülmüş “İphone 6” markalı mobil telefon aparatına baxış keçiriləkən çəkilmiş görüntülərin köçürüldüyü “DVD" disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan 20 aprel 2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı İstintaq Təcridxanasının 16 avqust 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 10 avqust 2022-ci il tarixdə Səbail RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin qərarın 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Belə ki, istintaq zamanı 13 mart 2022-ci il tarixdə mobil telefona baxış keçirilməsi nəticəsində əldə edilmiş video görüntülər, sms yazışmaların mətnləri və həmin yazışmaların məhkəmə iclasında tədqiqi zamanı müəyyən edilmiş faktlar ittihamın əsaslı olduğunu sübut edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitənin qanunsuz olaraq satılması kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma—üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda deyil, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs ondan aşkar olunmuş narkotik vasitəni satış məqsədilə deyil, şəxsi istifadəsi üçün saxlamasına dair ifadəsində göstərdiyi xüsusat məsuliyyətini yüngülləşdirmək məqsədilə verilmiş ifadə kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, qəsdin əsas obyektini əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektini isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrin normal fəaliyyətini təmin edən ictimai münasibətlər, konkret insanın-fərdin sağlamlığı təşkil etməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi məqsədəuyğundur və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Tutulduğu, həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs istintaq dövründə 10 dekabr 2021-ci il tarixdən 11 dekabr 2021-ci il tarixədək, 11 mart 2022-ci il tarixdən 13 mart 2022-ci il tarixədək tutulduğu, cəmi 03 (üç) gün müddət ona təyin olunacaq cəzadan çıxılmalı və 10 avqust 2022-ci il tarixdən hökmün çıxarıldığı tarixədək həbsdə qaldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkmə müddətinin başlanğıcı 10 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Səbail Rayon Polis İdarəsində Təqsirləndirilən şəxs götürülmüş “İphone 6 markalı” mobil telefon aparatı Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə maddi sübut olan Səbail rayon Polis İdarəsində saxlanılan 0,944 qram narkotik vasitə heroin və 0,488 qram çəkidə dövriyyəsi qadağan olunmuş psixotrop maddə olan metamfetamin məhv edilməlidir. İş üzrə maddi sübut olan 04 (dörd) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346- 347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 dekabr 2021-ci il tarixdən 11 dekabr 2021-ci il tarixədək, 11 mart 2022-ci il tarixdən 13 mart 2022-ci il tarixədək tutulduğu, cəmi 03 (üç) gün müddət təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkmə müddətinin başlanğıcı 10 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə mülki iddia yoxdur. Səbail Rayon Polis İdarəsində Təqsirləndirilən şəxs götürülmüş “İphone 6 markalı” mobil telefon aparatı Təqsirləndirilən şəxs qaytarılsın. 210020326 saylı cinayət işi üzrə maddi sübut olan - Səbail rayon Polis İdarəsində saxlanılan 0,944 qram narkotik vasitə heroin və 0,488 qram çəkidə dövriyyəsi qadağan olunmuş psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. 210020326 saylı cinayət işi üzrə 04 (dörd) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci –65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X3 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X10 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun ("xxxx" QSC-nin Səbail rayon filialı, kod 504960, müxbir hesabı AZ37 NABZ 013501**********56944, SWİFT ACABAZ 22, Hesab AZ 20 ACAB ********************, VÖEN**********) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-7/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-7/2023
01.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver