Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-7/2024 29.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: “Kamandar Nəsibov və Partnyorları” saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, 26 yanvar 1981-ci ildə Kürdəmir rayonu Karrar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Kürdəmir rayon Karrar kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs 25000 manat müqabilində Socar “X10”-də mühəndis vəzifəsinə işə düzəldəcəyini yalandan vəd verib inandıraraq, sonuncunun onlara qarşı yaranmış etibarından sui-istifadə edib, 20 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 73 saylı ünvanın yaxınlığında Zərərçəkmiş şəxs 25000 manat pulu alıb ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyib aldatmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs 25000 (iyirmi beşmin) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, Şahid1 3 il olar ki tanıyır. Belə ki, Tərlan onlara yaxın məhəllədə yaşayır. Onlar bəzi vaxtlarında görüşüb çay içirmişlər. Təxminən 3 il əvvəl Niyazi adlı şəxslə tanış olmuşdur və onların aralarında dostluq münasibəti yaranmışdır. 2021-ci il əvvələrində Tərlan ona X5 xeyli sayda vakant yer olduğunu söyləyib ondan işə düzəlmək istəyib-istəmədiyini soruşmuş, o, da ona işə düzəlmək istədiyini, lakin işə düzəlmək üçün pulunun olmadığını bildrmişdir. Tərlan isə yaxın müddət ərzində orada işə düzələcəyini daha sonra isə onu ora işə düzəldəcəyini söyləmişdir. Həmin ərəfədə Niyazi ilə görüşən zaman Niyazi X5 xeyli sayda vakant iş yerləri olduğunu və tanışının oraya işə düzəldə biləcəyini söyləmişdir. Bu söhbətdən təxminən 1 ay keçdikdən sonra Niyazi ona zəng vuraraq İlkin adlı dostunun işə düzəlmək istədiyini söyləmiş və onlar görüşüb üzbə-üz söhbət etmişlər. Söhbət zamanı o, onlara bu işi Tərlan adlı dostunun edəcəyini söylədikdə, İlkin və dayısı Eldəniz Tərlanla görüşmək istədiklərini söyləmişlər. Bundan sonra o, Tərlanla danışıb onunla görüşmək istədiyiklərini bildirmiş, lakin Tərlan övladının əməliyyat olduğu üçün başının qarışıq olduğunu, buna görə də onlarla görüşə bilməyəcəyini bildirmişdir. O, ondan bu işin nə cür həll olacağını soruşduqda Tərlan, ona İlkinə dair bəzi sənədlərin surətini aparıb X5 hüquqşünas işləyən Elşad adlı şəxsə verməklərini bildirmişdir. Onun bu sözündən sonra İlkin lazımı sənədlərinin surətini çıxardıb və onlar birlikdə Azneft dairəsi yaxınlığına getmişlər. Orada Tərlana zəng vurub Birliyin yanında olduqlarını söylədikdə X16 yaxınlaşaraq özünü onunla danışmasını bildirmişdir. Bundan sonra İlkin Birliyin giriş hissəsinə tərəf getmiş, o, isə kənarda dayanıb onu gözləməyə başlamışdır. İlkin bir neçə diqqədən sonra geri qayıtmış və bildirmişdir ki, Elşadla söhbət etmiş və sənədləri ona vermişdir, o, özü onu qəbul edəcəkmiş. Bundan sonra onlar çıxıb getmişlər. Sonradan o, Tərlandan bu işin hansı məbləğdə başa gələcəyini soruşduqda Tərlan demişdir ki, Elşad bu işin həlli üçün 25000 manat istədiyini bildirdi. O, onun dediyini İlkinə dedikdə o, onunla razılaşmışdır. 20 aprel 2021-ci il tarixində o, Azneft dairəsi yaxınlığına gəlmişdir. Orada Elşad və Tərlanla görüşmüşlər. İlkin isə dayısı ilə birlikdə gəlmişdir. Həmin vaxt Elşad İlkinə işə girməsi ilə bağlı əmr vermişdir. İlkin həmin əmri götürüb “whatsup” vasitəsi ilə yoxlamaq üçün kiməsə göndərmişdir. Həmin yerdən İlkinə əmrin düz olduğunu bildirmişlər. Bundan sonra onlar birlikdə avtomobilə getmişlər və orada İlkin ona sellofan torbada 25000 manat pul verişdir. Avtomobildən düşdükdən sonra o, həmin pulun üzərindən 7000 manat götürüb qalan 18000 manatı torbada Tərlana vermişdir. Tərlan isə içərisində 18000 manat olan torbanı Elşada vermişdir. Elşad həmin torbanı götürdükdən sonra onlar Elşaddan ayrılmışlar. Xatılradığına görə İlkin may ayının 3-dən işə çıxmalıymış. 03 may 2021-ci il tarixdə İlkin Elşadın iş yerinə getmişdir. Elşad İlkinə əmək müqaviləsi verib və həmin müqaviləyə görə İlkin iyun ayında işə çıxmalıymış. X13 yanına getmiş və orada İlkin bilmişdir ki, Elşad onu aldadıbdır. İlkin bu barədə onlara dedikdən sonra onlar Elşadla əlaqə saxladıqda o, kiçik problem yasrandığı, lakin tez bir zamanda bunun həll edəcəyini bildirmişdir. Bu minvalla Elşad təxminən 5-6 ay onları yola verməyə başlamışdır. Sonradan İlkin pulu ona, o isə Tərlana, Tərlanda hamısını Elşada verdiyini, Elşadın isə onu aldatdığını bildirdi. Zərərçəkmiş şəxs ona 25000 manat vermiş o, da həmin 25000 manatdan, 7000 manatı götürüb qalan 18000 manatını Tərlana vermişdir, Tərlan da həmin pulu Elşada vermişdir. Təqsirləndirilən şəxs son sözündə himayəsində iki azyaşlı övladının olmasını, həyat yoldaşının ankoloji xəstə olmasını və vurulmuş ziyanı qismən ödədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2021-ci ilin mart ayının sonlarında Niyazi adlı tanışı ilə söhbət edən zaman ona özünə iş axtardığını demişdir. Niyazi isə Samir adlı tanışının onu “Socar”-a işə düzəldəcəyinə söz verdiyini bildirmişdir. O, Niyazidən onu də işə düzəltməsini bildirdikdə, Niyazi Samirlə əlaqə saxlayaraq ona birlikdə gedib görüşməyi təklif etmiş və onlar birlikdə Keşlə bazarı adlanan yerdə yerləşən “50 Qəpik” restoranında Təqsirləndirilən şəxs ilə görüşmşdür. Onlar Samirlə görüşən zaman Samir onu “Socar”ın X6 öz ixtisası üzrə, yəni biznesin idarə edilməsi ixtisasına uyğun aylıq 1800 manat əmək haqqlı işə 25000 manata düzəldəcəyini və bu işə də Tərlan adlı tanışının vasitəsi ilə həll edəcəyini bildirmişdir. O, bunun sərfəli təklif olduğunu düşünüb onunla razılaşmış, Samir isə ondan xəbər gözləməsini bildirmişdir və onlar ayrılmışlar. Həmin görüşdən sonra bir neçə dəfə Samirlə görüşüb eyni məsələ haqqında danışmışlar. 20 aprel 2021-ci il tarixdə Samir onunla əlaqə saxlayıb pulla birlikdə “X10”-nin yanına gəlməsini bildirmişdir. O da həmin gün dayısı Şahid2la birlikdə həmin yerə getmişdir. Orada Samirlə görüşdükdən sonra ilk dəfə Şahid1 ilə tanış olmuşdur. Samir onları tanış edib məsələni Tərlanın vasitəsi ilə həll edəcəyini bildirmişdir. Görüş zamanı Tərlan DTX sədri Əli Nağıyevin qudası olduğunu və geniş əlaqələri olduğunu bildirmişdir. Bir neçə dəqiqə gözlədikdən sonra Birliyin binası tərəfindən bir nəfər şəxs gəlib onlarla görüşmş və Tərlan onları onunla tanış edərək adının Elşad olduğunu və onun işini onun həll edəcəyini bildirmişdir. Elşad onlarla görüşdükdən sonra o, ona üzərində “Socar” emblemi olan bir əmr vermişdir. Həmin əmir onun “X10” İdarəetmə aparatı, Risklərin İdarə edilməsi şöbəsinə böyük mühəndis vəzifəsinə işə qəbul olunması barədəymiş. O, əmrin üzərində möhür olduğunu gördükdən sonra onun real olduğunu inanmış və Samirə birlikdə kənara çəkilərək ona məxsus avtomobildə 25000 manat pul vermişdir. Pulu verdikdən sonra onlar avtomobildən düşüb ona yaxınlaşmışlar və onların hamısı onun bir neçə günə işə çağıralacağımı söyləmişdir. Bundan sonra o, dayısı ilə birlikdə onlarla sağollaşıb oradan getmişdir. 03 may 2021-ci il tarixdə Elşad 055 *** ** ** saylı mobil telefon nömrəsi ilə onunla əlaqə saxlayıb əmək müqaviləsini gəlib götürməyini söyləmiş, o, da həmin gün Birliyin binasına getmişdir. Orada Elşad onu qarşılamışdır. Onlar birlikdə birinci mərtəbədə yerləşən qəbul otağına getmişlər. Orada o, əmək müqaviləsini imzalamış və müqaviləni bir nüsxəsini onlarda, digər nüsxəsi isə onda qalmışdır. O, Elşaddan nə zaman işə çıxacağını soruşduqda o, bir neçə günə işə başlayacağını və ondan xəbər gözləməsini bildirmişdir. Həmin gündən sonra bir neçə gün keçdi Elşada zəng vuran zaman onun mobil telefonuna zəng çatmamışdır. Bundan sonra o, məcbur qalıb Samir və Tərlanla əlaqə saxlamağa başlamışdır. Lakin onlar Elşadın arvadının Rusiya Federasiyasında əməliyyat olunduğunu, buna görə də Elşadın da ora getdiyini bildirmişlər. O, onlara inanmış və bir müddət gözlədikdən sonra onların onu aldatdığını bilib ona qarşı dələduzluq etiklərini başa düşmüşdür. O, Samir və Tərlanla əlaqə saxlayıb onun pulunu geri qaytarmalarını tələb etməyə başlamış. O, dəfələrlə Samir və Tərlandan pulu geri qaytarmalarını tələb etsə də onlar hər dəfə müxtəlif bəhanələrlə onu aldatmışlar. O, 25000 manat pulu Təqsirləndirilən şəxs, Şahid1 və Elşad Hüseynzadəyə “X10” İdarəetmə aparatı, Risklərin İdarə edilməsi şöbəsinə böyük mühəndis vəzifəsinə işə düzəlmək üçün vermişdir. O, Təqsirləndirilən şəxs verdiyi 25000 manat pulu Təqsirləndirilən şəxs kimə verdiyini görməmişdir. Lakin sonrada Samir və Tərlan pulun bir hissəsinin Elşada verdiklərini bildirmişlər. Sonda Zərərçəkmiş şəxs bildirmişdir ki, ona dəymiş 25000 manat ziyandan 10.000 manat Elşad Hüseynzadə tərəfindən, 2000 manat isə Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Hal-hazırda ziyandan 13000 manat qalıq qalmışdır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o Təqsirləndirilən şəxs və iş üzrə şahid qismində adı gedən Şahid1 qarşı şikayətçidir. 25000 manat pulu “X10” İdarəetmə aparatı, Risklərin İdarə edilməsi şöbəsinə böyük mühəndis vəzifəsinə düzəlmək adı ilə Təqsirləndirilən şəxs və Şahid1 Məmmədağa oğluna vermişdir və verdiyi pulu hər iki şəxsdən tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə 2019-cu ildə tanış olmuşdur. Təqsirləndirilən şəxs onun yaşadığı evin yaxınlığında yaşayırmış. Onlar müəyyən vaxtlarda görüşüb çay içirmişlər. X7yla isə 2019-cu ildə Bakı şəhəri, Səbail rayonu, “X10”-də işə düzəlmək üçün gedən zaman tanış olmuşdur. Elşad Hüseynzadə həmin vaxt “X10”-də hüquqşünas vəzifəsində işləyirmiş. Elşad onu işə düzəlməkdə köməklik edəcəyini bildirmişdir. Bir neçə gündən sonra o, Elşadın iş yerinə gedib öz sənədlərini ona vermişdir. Elşad sənədləri ondan götürdükdən sonra rəhbərliklə danışdığını, onu “Socar”-a məxsus torpaq sahələrinə nəzarətçi “sahə rəisi” vəzifəsinə götüzdürəcəyini buna görə də hörmət etməli olacağını bildirmişdir. Həmin vəzifəyə görə o, 1400 manat əmək haqqı alacağını demişdir. O, Elşaddan işə düzəlməsinə görə hansı məbləğdə pul verəcəyini soruşduqda, o, ona 1 nəfər işə düzəlmək istəyən şəxs tapmasını, həmin şəxsi işə düzəltdikdən sonra onu ucuz qiymətə işə düzəldəcəyini bildirmişdir. Elşad həmçinin ona “Birlik”də çoxlu sayda vakant yerlərinin olduğunun və buna görə gözləməsini bildirmişdir. O, Elşada pul vermədiyindən ondan xəbər gözləməyə başlamışdır. O, Samirlə görüşüb söhbət edən zaman Samirə demişdir ki, “X10”-də Elşad adlı tanışı var, o, birliyə işə adam düzəldə bilir. 2021-ci ilin əvvəllərində Samirlə həmişəki kimi görüşən zaman Samir ona Niyazi adlı tanışının olduğunu və Niyazinin dostu İlkinin işə düzəlmək istədiyini bildirmişdir. O, da “Azneft@ X4 dediyi kimi xeyli sayda vakansiyaların olduğunu və ora işə düzəlməsini mələhət görmüşdür. Samir İlkinlə bu barədə danışdıqdan sonra İlkinin onunla görüşmək istədiyini bildirmişdir, lakin həmin ərəfədə onun övladı əməliyyat olduğundan başı qarışıq olduğu üçün onlarla görüşə bilməmiş və onları Elşadla calaşdırmışdır. Bir müddətdə sonra Samir ona bildirmişdir ki, onlar Elşadla görüşüb iş barədə ətraflı danışmışlar. Bundan sonra Elşad ona zəng vurub, İlkini 18000 manat müqabilində “X10”-ə mühəndis kimi işə düzəldəcəyini bildirmişdir, o, da onun dediklərini Samirə demişdir. Samir İlkinlə danışıb ona xəbər edəcəyini bildirmişdir. Bir müddətdən sonra Samir ona zəng vurub, İlkinin razı olduğunu bildirmişdir. O, da bu barədə Elşada demişdir. O, Elşadla danışdıqdan sonra “X10”-nin qarşısında görüşməyə razılaşmışlar. 20 aprel 2021-ci il tarixdə o, Samir, İlkin və İlkinin dayısı Elşadla razılaşdığı yerdə, yəni “X10”nin qarşısında görüşmüşlər. Elşad İlkingillə “Socar” tərəfindən verilmiş əmr və əmək müqaviləsini vermişdir. İlkingil də sənədi yoxlatdırmaq istədiklərini bildirmişlər və Elşadın onlara verdiyi sənədlərin şəkillərini çəkib kiməsə göndərmişlər. Təxminən 15-20 dəqiqədən sonra İlkingilə cavab gəlmiş və orada məlum olmuşdur ki, əmr və əmək müqaviləsi qanunidir. Razılaşmaya görə İlkin 03 may 2022-ci il tarixdə işə çıxmalıymış. Bundan sonra Samirlə İlkin kənara çəkilmişlər və bir müddətdən sonra Samir əlində torba ilə geri qayıtmışdır. İlkigil isə getmişlər. Samir içərisində 18000 manat pul olan torbanı gətirib ona vermiş və onlar birlikdə Elşadın yanına yaxınlaşmış və o, pulu Elşada vermişdir. Elşad pulu onlardan aldıqdan sonra ona və Samirə söz verdiyi işin düzələcəyini bildirib “X10”-nin binasına daxil olmuşdur. Elşadın verdiyi vaxt gəlib çatdıqda sonra Samir ona zəng vurub İlkinin işinin yubandığını demişdir. Buna görə də o, istifadəsində 050 *** ** ** saylı mobil telefon nömrəsi ilə Elşadın istifadəsində olan 055 *** ** ** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlamış və Elşaddan İlkinin işinin nə üçün yubandığını soruşmuşdur. Elşad ona müxtəlif bəhanələr gətirimiş və onu inandırmışdır ki, yaxın müddətdə İlkinin işi düzələcək. Elşad hər dəfə ona verdiyi vədləri, o, zəng vurub Samirə deyirmiş. Sonuncu dəfə 2022-ci iyul ayı olarmış ki, o, Elşadın iş yerinə getmişdir ki, onunla görüşüb pulu qaytarmasını desin. Lakin Elşadın iş yerində ona demişlər ki, Elşad adam aldadıb pul alıb və qaçmışdır. O, Elşadın iş yerinə getdikdən sonra Elşad ona zəng vurmuş və bildirmişdir ki, onun arvadı ankoloji xəstədir buna görə də o, arvadını Rusiya Federasiyasına aparmışdır. O, Elşada iş yerinə getdiyini və orada ona dediklərini demişdir. Elşad da ona heç yerə qaçmadığını, arvadının müalicə aldıqdan sonra geri qayıdacağını bildirmişdir. O, Elşada pulu qaytarmasını demişdir, Elşad da ona 1 həftəyə geri qayıdacağını və pulu qaytaracağını demişdir. Bundan sonra o, Elşadla əlaqə yaratmaq istəmiş lakin Elşadı tapa bilməmişdir. O, Elşadı axtarmağa başlamış və Elşadın atası Nazimi Gəncə şəhərində tapmışdır. O, Nazimə Elşadın onları aldadıb 18000 manat pulu alıb aldatdığını bildirmişdir. Nazim pulu qatracağmı demiş, lakin Nazim heçnə qaytarmamışdır. Onda olan məlumata görə Elşad Rusiyaya qaçmışdır. Təqsirləndirilən şəxs ona 18000 manat verib o, da həmin 18000 manatı Elşada vermişdir. Sonradan İlkinin işi alınmadığından sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 25000 manat almışdır. Zərərçəkmiş şəxs 25000 manat pulu “X10”-ə işə düzəlmək üçün Samirə vemiş, Samir pulu gətirib ona vermiş, o, da həmin pulu Samirin yanında Elşada vermişdir. Elşad Hüseynzadə ona və Təqsirləndirilən şəxs işə girmək üçün adam gətiridiyi halda “X10”-də işə düzəldəcəyini söz verdiyinə görə, o fikirləşmiş ki, güya o iş düzəltmişdir və Elşad Hüseynzadə onun işini həll edəcəkdir, o, da Samiri işə düzəldəcəkdir. Elşad Hüseynzadə onlara 18000 manat puldan heçnə verməmişdir. Elşad Hüseynzadə ona söz vermişdir ki, “X10”-də onu işə düzəlmək üçün adamlar təşkil etsə o, onu “Socar”-a məxsus torpaq sahələrinə nəzarətçi “sahə rəisi” vəzifəsinə düzəldəcəkdir. O, da onun sözlərinə inanmışdır. Elşad Hüseynzadə “X10”-nin direktorunun razılıq verdiyini demişdir. Lakin aldığı puldan kiməsə verməsi barədə heçnə deməmişdir. Zərərçəkmiş şəxs yalan dediyin bildirmişdir. O. İlkinlə ilk dəfə 20 aprel 2022-ci il tarixdə “X10”-nin qarşısında görüşmüşdür. Həmin vaxta qədər o, Samirlə danışmışdır. İşlə bağlı İlkinlə heç vaxt danışmamışdır. İş materiallarında olan 26 avqust 2022-ci il tarixli “baxış” protokoluna əsasən, Zərərçəkmiş şəxs oğlu göstədiyi ünvanın ünvan 2diq olunmuşdur. “Üzləşmə” protokoluna əsasən iş üzrə Şahid1, Təqsirləndirilən şəxs üzünə qarşı təkrar etməklə ifadəsini bir daha təsdiq etmiş, Təqsirləndirilən şəxs Şahid1 dediklərini təsdiq etmişdir. Əmək müqaviləsindən görünür ki, işə götürən direktor vəzifəsində çalışan Şahmar Hüseynov ilə Zərərçəkmiş şəxs oğlu arasında 03 may 2021-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. İşçi 03 may 2021-ci il tarixdən SOCAR-ın “Azneft” X2 aparatının SƏTƏM departamentində 15-ci dərəcəli böyük mütəxəssis vəzifəsində işə qəbul edilib. İşçi 14 iyun 2021-ci il tarixdən işə başlayır. Müqavilənin sonunda tərəflər həmin müqaviləni öz imzaları ilə təsdiq etmiş və “Azneft” İstehsalat Birliyinin möhürü əks olunmuşdur. Təqsirləndirilən şəxs tərəfindən verilmiş qəbzdən görünür ki, 25000 manatdan ona çatan 7000 manat hissəsindən 2000 manat pulu Səbail RPİ-nin müstəntiqi Yaşar İsgəndərova təhvil vermişdir. Zərərçəkmiş şəxs oğlunun nümayəndəsi X8 tərəfindən verilmiş qəbzdən görünür ki, Zərərçəkmiş şəxs oğluna çatdırmaq üçün 2000 manat pulu Səbail RPİ-nin müstəntiqi Yaşar İsgəndərovdan təhvil almışdır. “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması” barədə 17 fevral 2023cü il tarixli qərara əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4 maddələri ilə istintaq olunan ********* saylı cinayət işindən X3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4 maddələri ilə ********* saylı cinayət işi ayrıca icraata ayrılmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən əldə olunmuş 16 noyabr 2022-ci il tarixli məhkumluğa dair arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 178.3.2-ci maddələri ilə təqsirli bilinib 09 il azadlıqdan məhrum etmə cəzasına 4000 manat cərimə cəzasına məhkum olunmuşdur. Xəzər Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci madddəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsinə tovsif edilərək 05 il 06 aya endirilmişdir. 06 aprel 2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs 06 aprel 2018-ci ildə cəzasının sonu ilə azad olduğu müddətdən 2 il keçməsinə baxmayaraq, Təqsirləndirilən şəxs barəsində təyin olunmuş əlavə cəza 3000 manatı ödəməmişdir. Bakı Probasiya İdarəsinin 14 fevral 2024-cü il tarixli məktubdan görünür ki, Suraxanı Rayon Məhkəməsinin 29 dekabr 2017-ci il tarixli qərarı ilə təyin edilmiş 3000 manat cərimə məbləğindən cəmi 700 manat ödəniş etmiş, ödənilməmiş məbləğ 2300 manat təşkil edir. Əlavə olaraq Təqsirləndirilən şəxs cəzadan yayındığı üçün barəsində axtarış verilmiş və Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən 07 gün müddətinə tutulması qərara alınmışdır. Suraxanı Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs müıkiyyətində olan “Moskiviç 2141201” minik markalı maşının üzərinə həbs qoyulmuşdur. Səbail Rayon Polis İdarəsinin 21 yanvar 2023-cü il tarixli məktubu, “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” və “qətimkan tədbirinin seçilməsi haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 20 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, 22 yanvar 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Səbail Rayon Məhkəməsinin 1(009)-158/2023 saylı, 06 aprel 2023-cü il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, həbs qətimkan tədbiri seçilmiş və o, tapılanadək iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail Rayon Polis İdarəsinin 13 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs 12 dekabr 2023-cü il tarixdə tutularaq Səbail Rayon Polis İdarəsinin MSY-nə təhvil verilmişdir. Nərimanov Rayon Qeydiyyat Şöbəsindən verilmiş arayışlardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 10 iyul 2009-cu il təvəllüdlü X11, 03 iyul 2012-ci il təvəllüdlü X9 adlı uşaqları vardır. Qalxnavari vəzinin ultrasəs müayinəsi və sitoloji müayinənin cavabından görünür ki, Təqsirləndirilən şəxs arvadı Rəfiyeva Sücaət ankoloji xəstədir. Hazırki cinayət işinin ittiham aktının arayış hissəsindən görünür ki, cinayət nəticəsində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs 25000 manat dəymiş maddi ziyandan, Təqsirləndirilən şəxs çatan 7000 manat hissəsindən 2000 manat ödənilmişdir. Zərərçəkmiş şəxs dəymiş 23000 manat maddi ziyan ödənilməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, özünü qismən təqsirli bilməsini, himayəsində iki azyaşlı uşağının olmasını həyat yoldaşının ankoloji xəstə olmasını və ailənin yeganə qazanc gətirən şəxsi olmasını, vurulmuş ziyanı qismən ödəməsini nəzərə alaraq onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilməsini və onun dərhal məhkəmə zalından azad edilməsini, barəsində seçiləcək “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Suraxanı Rayon Məhkəməsinin 29 dekabr 2017ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs 3000 manat cərimə cəzası təyin edilmişdir. Bakı Probasiya İdarəsinin 14 fevral 2024-cü il tarixli məktubdan görünür ki, Suraxanı Rayon Məhkəməsinin 29 dekabr 2017-ci il tarixli qərarı ilə təyin edilmiş 3000 manat cərimə məbləğindən cəmi 700 manat ödəniş etmiş, ödənilməmiş məbləğ 2300 manat təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Bu səbəbdən, məhkəmə, Suraxanı Rayon Məhkəməsinin 29 dekabr 2017-ci il tarixli qərarı ilə təyin edilmiş 3000 manat cərimə məbləğindən ödənilməmiş 2300 manat cərimə cəzası hazırki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilməli və təyin edilmiş 2300 manat miqdarında cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Eyni zamanda, məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 20 yanvar 2023-cü il tarixdən 22 yanvar 2023-cü il tarixədək tutulduğu və 12 dekabr 2023-cü il tarixdən 29 fevral 2024-cü il tarixədək həbsdə saxlanıldığı müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla ona təyin olunacaq cəza müddətindən çıxılmasını əsaslı hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, eyni zamanda, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Suraxanı Rayon Məhkəməsinin 29 dekabr 2017-ci il tarixli qərarı ilə müəyyən olunmuş və ödənilməmiş 2300 manat miqdarında cərimə cəzası hazırki hökmlə təyin olunmuş 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə birləşdirilsin və ona 01 (bir) il 08 (səkkiz) ay azadlığın məhdudlaşdırılması cəzası və 2300 manat miqdarında cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 20 yanvar 2023-cü il tarixdən 22 yanvar 2023-cü il tarixədək tutulduğu, 12 dekabr 2023-cü il tarixdən 29 fevral 2024-cü il tarixədək həbsdə saxlanıldığı müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası və 2300 manat miqdarında cərimə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 2300 manat miqdarında cərimə cəzası müstəqil icra edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu ərazisini tərk etməmək, ünvan 3 ünvanındakı yaşayış yerini hər gün saat 23-00-dən 700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli məhkumun Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 360 (üç yüz altmış) manat dövlət büdcəsindən tutularaq “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun "xxxx" ASC-nin Səbail filialındakı bank hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-7/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-7/2024
29.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver