Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-70/2021 13.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 02 avqust 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Salyan Rayon Məhkəməsinin 19 noyabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 185.2.1, 185.2.2-ci maddələri ilə təqsirli bilinərək 04 (dörd) il 06 (altı) ay müddatinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasının sonu ilə 22 sentyabr 2018-ci ildə azad edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti “A” inzibati binasında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını açıq olaraq talama məqsədi ilə tanışı Şahid3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 07 dekabr 2019-cu ildə saat 17 radələrində Bakı şəhəri, Səbail rayonunda yerləşən ”Xəqani” istirahət parkında Şahid3lə əvvəlcədən aralarında olan razılaşmaya görə o, Zərərçəkmiş şəxs diqqətini yayındırdıqdan sonra Şahid3 skamyanın üzərindən Zərərçəkmiş şəxs məxsus üzərində 5 manat dəyərində ***-***-**-** “Azərfon” mobil operatoruna aid mobil nömrə olan 600 manat dəyərində “Redmi-Xiaomi Mi-8 Lite” markalı mobil telefonu, cəmi 605 manat dəyərində əmlakını açıq talayıb hadisə yerindən qaçaraq soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o Şahid3 28 may metrosunun yanında yerləşən S.Vurğun bağından tanıyır. 07 dekabr 2019-cu il tarixdə o Eminlə Malakan bağında gəzərkən orada şəkil çəkdirən qızların arasından təsadüfən keçmiş və buna görə də qızlardan üzr istəmişdir. Daha sonra Şahid3 ona “tez gəl” demiş və onlar sürətlə oradan uzaqlaşmışlar. Nizami küçəsinə daxil olan zaman Şahid3 ona Malakan bağında skamyaya qoyulmuş telefonu oğurladığını demişdir. Hadisə zamanı onların arxasınca gələn hər hansı bir şəxsi görməmiş və onları kiminsə çağırdığını eşitməmişdir. Sonra isə Emin ona qızlardan birinin şəxsiyyət vəsiqəsini və tələbə biletini zibilliyə tullamağı üçün vermişdir. O isə həmin sənədləri Nizami küçəsində olan muzeyin yanında yerə atmışdır. Emin telefon parolda olduğu üçün sata bilməyəcəyini ona bildirmiş və onlar birlikdə 28 may metrostansiyasının yaxınlığında yerləşən dükanlardan birinə yaxınlaşmış, kodu açdırmaq üçün dükana Şahid3 tək girmiş və 10-15 dəqiqə sonra dükandan çıxaraq kodu açdırdığını bildirmişdir. Daha sonra onlar birlikdə Puşkin küçəsinə gələrək həmin küçədə yeləşən telefon dükanında “X4-8 Lite” markalı mobil telefonu 150 manata satmışlar. Həmin vaxt Şahid3 şəxsiyyət vəsiqəsi olmadığından o öz şəxsiyyət vəsiqəsinin surətini telefon dükanına vermişdir. Bundan sonra onlar 28 may küçəsinə gələrək şam yeməyi yemiş, sonra o Emindən ayrılmışdır. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmədiyini, telefonun skamyadan götürülməsindən sonradan məlumatı olduğunu bildirərək məhkəmədən nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 07 dekabr 2019-cu il tarixdə saat 17 radələrində o, rəfiqəsi Şahid1 ilə şəhərin mərkəzində görüşüb “Xəqani” bağına getmişlər. Həmin bağa gələn zaman artıq saat 17:30 radələri olmuşdur. Onlar orada skamyaların birində əyləşib söhbət etmişlər və sonra o, özünə məxsus “Xiaomi Mi 8 Lite” markalı mobil telefonu və əl çantasını skamyanın üzərinə qoyub skamyadan şəkil çəkdirmək üçün durmuşdur ki, Fidan parkda onun şəkilini çəksin. O, skamyanın yanında arxası skamyaya tərəf, Fidan isə ondan 4-5 metr aralıda üzü ona tərəf dayanmışdır. O, Fidanın telefonu ilə Fidanın şəkilini çəkməyə başlamışdır. Bu zaman onların arasında arıq bədən quruluşlu orta boylu, əynində boz rəngli jaket və başına kapuşon taxılmış, 20-25 yaşlarında oğlan keçmiş və onların arasından keçdiyinə görə onlardan üzür istəmişdir. Oğlan onlardan “Xəqani” ticarət mərkəzinə tərəf 20-30 metr hərəkət etdikdən sonra Fidan ona həmin oğlan onların arasından keçən anda başqa bir oğlanın onun əşyalarını qoyduğu skamyadan nəyisə götürdüyü təəssüratını onda yaratdığı üçün “Nəsə götürdü o?” sözlərini demiş və ona əşyalarını yoxlamağı demişdir. O, geriyə çönüb skamyaya baxan zaman Fidanın ikinci telefonunun skamyanın üstündə olduğunu görsə də, özünə məxsus telefonun isə skamyada olmadığını görmüşdür. Bu zaman o, düşünmüşdür ki, həmin oğlan gizli olaraq onun telefonunu götürmüşdür. Oğlanların getdikləri istiqamətə tərəf o, baxanda oğlanların birləşib qaçdıqlarını görmüşdür. Onlar sonuncuların arxasınca qaçaraq telefonu qaytarmalarını bildirmiş, lakin oğlanların arxasınca qaçmağa başladıqda oğlanlar onların görünüş dairəsindən itmişlər. Fidan isə oğlanların səsləyirdi ki, dayansınlar. Bundan sonra Fidan öz mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng etmişdir. Hadisə nəticəsində ona 605 manat məbləğində maddi ziyan dəymişdir. Mobil telefonun üzərində 070 *** ** ** olmuşdur və nömrənin qiyməti 5 manat, telefonun qiyməti isə 600 manatdır. Dəymiş zərər ödənilməmişdir. Məhkəmə iclasında cinayət əməlini törətmiş şəxs və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-39/2021 saylı, 19 fevral 2021-ci il tarixli hökmü ilə məhkum edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 07 dekabr 2019-cu il tarixdə saat 17 radələrində o, Bakı şəhəri, Səbail rayonunda yerləşən “Xəqani” bağında olan zaman Ceyhun adlı tanışını görmüşdür. Parkda gəzərkən skamyanın üzərində adı və soyadı sonradan, yəni polisdə olan zaman ona məlum olan Zərərçəkmiş şəxs rəfiqəsi ilə şəkil çəkdirdiyini və kənarda olan skamyanın üzərində iki ədəd mobil telefonun olduğunu görmüşdür. Qızların onu görmədiyini görüb o, skamyada olan “X4-8 Lite” markalı mobil telefonu götürüb qaçmışdır. Ceyhun da həmin vaxt onunla bərabər qaçmışdır. Ancaq Ceyhunun onun skamyanın üstündən telefonu götürməyindən xəbəri olmamışdır. Qızlardan uzaqlaşmış və Ceyhun da gəlib ona çatanda Ceyhun ondan nəyə görə qaçdığını soruşduqda Ceyhuna skamyadan telefon götürdüyünü demişdir. Telefon qabında Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqəsi və tələbə bileti olmuşdur. Şəxsiyyət vəsiqəsi və tələbə bileti ona lazım olmadığından onları oğurlamaq niyyəti olmayıb. Buna görə də şəxsiyyət vəsiqəsini və tələbə biletini o, Ceyhuna vermişdir ki, Ceyhun onları kənarda bir yerə qoysun və sənədləri kimsə görüb sahibinə qayatarar. Ceyhunla daha sonra 28 May küçəsinə gəlmiş və telefondan sim kartı çıxarıb atmışdır. Mağazalardan birinə 5 manat verib telefonun kodunu açdırmış, daha sonra Puşkin küçəsinə gəlib həmin küçədə olan mağazada telefonu Ceyhunun şəxsiyyət vəsiqəsi ilə 150 manata satmışdır. Həmin puldan Ceyhuna heçnə verməmişdir. Lakin telefonu oğurlanmasından Ceyhunun sonradan xəbəri olmuşdur. Telefonu ondan alan oğlanın da telefonun oğurluq olmasından xəbəri olmamışdır. 28 May metrostansiyası tərəfə gəlib orada olan kefelərdən birində Ceyhunla yemək yemiş və sonra o, Ceyhundan ayrılmışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 Müzəffər oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Bakı şəhəri 28 may küçəsində 80B ünvanda yerləşən telefon satışı mağazasında telefon ustası işləyir. 13 dekabr 2019-cu il tarixdə əvvəllər tanımadığı, bir neçə il əvvəl iş yerinin qarşısında avtomaşınları yumaqla məşğul olan Emin adlı şəxs bir neçə polis əməkdaşı ilə birlikdə onun yanına gəlmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, 07 dekabr 2019-cu il tarixdə saat 17-18 radələrində Eminin sensor parolunu yaddan çıxardığını deyib parolunu açmaq üçün ona verdiyi «X4-8 Lite» modelli mobil telefonu sonuncu cinayət yolu ilə əldə etmişdir. O, həmin telefonun parolunu açdıqdan sonra yenə də Eminə qaytarmış, sonuncu isə zəhmət haqqı kimi ona 10 manat pul vermişdir. 09 dekabr 2019-cu il tarixdə Zərərçəkmiş şəxs məxsus əmlakın qanunsuz götürülməsi və açıq talama faktı ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır (1********). 12 dekabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs və Şahid3 şübhəli şəxs qismində tutulmuşlar. 14 dekabr 2019-cu il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə cinayət hadisəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsindən həmin Məcəllənin 177.1-ci maddəsinə tövsif edilmiş və Şahid3 CM-nin 177.1-ci maddəsinə tövsif edilmişdir. 14 dekabr 2019-cu il tarixli qərarla Təqsirləndirilən şəxs Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad olunmuşdur. 14 dekabr 2019-cu il tarixdə Şahid3 CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. 01 fevral 2020-ci il tarixli qərarla Şahid3 barəsində axtarış elan edilmiş və işin icraatı CPMnin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. 25 fevral 2020-ci il tarixli qərarla dayandırılmış icraat təzələnmişdir. 27 fevral 2020-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 177.1-ci maddəsindən həmin Məcəllənin 180.2.1-ci maddəsinə tövsif edilmişdir. Eyni tarixli qərarla Şahid3 CM-nin 180.2.1-ci maddəsi ilə təqsriləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. 28 fevral 2020-ci il tarixdə cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs müəyyən etmək məqsədi ilə dayandırılmışdır. 01 may 2020-ci il tarixdə iş üzrə icraat təzələnmiş və müəyyən edilmişdir ki, Şahid3 barəsində Bakı şəhər Yasamal Rayon Polis İdarəsində CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işinin istintaqı aparılır. 01 may 2020-ci il tarixli qərarla ********* nömrəli cinayət işi Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsində istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilərək, eyni icraatda baxılması üçün Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilmişdir. Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Orxan Süleymanlı tərəfndən 23 sentyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsriləndirilən şəxs qismində cəlb edilmişdir. Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Orxan Süleymanlının 24 sentyabr 2020-ci il tarixli qərarına əsasən Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsində istintaq olunan Şahid3 və digərlərinin Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 v 180.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 180.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. 12 oktyabr 2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsriləndiriləməsinə dair ********* nömrəli cinayət işi ibtidai istintaqın davam etdirilməsi üçün ərazi aidiyyatı üzrə Bakı şəhər Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilmişdir. 29 oktyabr 2020-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə Bakı şəhər Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Anar Bağırov tərəfindən icraata qəbul edilmişdir. 09 noyabr 2020-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və həmin tarixdə də cinayət işi üzrə icraat dayandırlmışdır. Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 30 noyabr 2020-ci il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs 29 noyabr 2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yaxalanaraq Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-597/2020 saylı 01 dekabr 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 01 ay 15 gün müddətinə olmaqla 15.01.2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 30 noyabr 2020-ci il tarixdən hesablanmışdır. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 03 fevral 2020-ci il tarixli 422 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilməyən tədqiq edilən bir ədəd «Xioami Mİ-8- Life» markalı mobil telefonun işlənmiş vəziyyətdə 07 dekabr 2019-cu il tarixə istismar olunmasını, təyinatı üzrə istifadəyə yaralığını, istimar müddətini, hadisə vaxtı üstündə satış üçün telefonun kopmlektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və köhnəlməsini nəzərə alaraq respublikadaxili orta bazar pərakəndə satış qiyməti nəzəri hesablama yolu ilə şərti olaraq təxminən 480,00 manat müəyyən edilir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 20.12.2019-cu il tarixli tələbnamədən görünür ki, Rəşidov X2 Rayon Məhkəməsinin 19 avqust 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 300 manat cərimə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin 19 noyabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 185.2.1, 185.2.2-ci maddələri ilə təqsirli bilinərək 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur.22 sentyabr 2019-cu il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. İş materiallarına əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin 19 avqust 2011-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 600 manat miqdarında cərimə cəzası təyin edilmiş, CM 69.4-cü maddəsinə əsasən 21 aprel 2011-ci il tarixdən 19 avqust 2011-ci il tarixədək 3 ay 28 gün həbsdə saxlanması nəzərə alınaraq ona təyin olunmuş cərimə cəzasından 300 manat çıxılmış və üzərində 300 manat miqdarında cərimə cəzası saxlanılmışdır. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 1(057)-133/2014 saylı, 19 noyabr 2014-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 185.2.1 və 185.2.2-ci maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Sözügedən iş üzrə verilmiş ittihamın nəticəvi hissəsinə əsasən Şahid3 tamah niyyəti ilə özgənin əmlakını açıq olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan şəxs halında özgənin əmlakını açıq talamaqla soyğunçuluq etməsi ittihamı irəli sürülmüş və Yasamal Rayon Məhkəməsinin 1(004)-39/2021 saylı 19 fevral 2021-ci il tarixli hökmü ilə Şahid3 Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-39/2021 saylı 19 fevral 2021-ci il tarixli hökmünə əsasən Şahid3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 180.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Şahid3 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Şahid3 şübhəli şəxs qismində tutulduğu 12 dekabr 2019-cu il tarixdən 14 dekabr 2019-cu il tarixədək 02 (iki) gün, 25 fevral 2020-ci il tarixdən 27 fevral 2020-ci il tarixədək 02 (iki) gün və 23 mart 2020-ci il tarixdən 25 mart 2020-ci il tarixədək 02 (iki) gün, ümumilikdə 06 (altı) gün müddət nəzərə alınmaqla, sonuncunun üzərində qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1097/2021 saylı, 11 avqust 2021-ci il tarixli qərarı ilə məhkum Şahid3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(002)-39/2021 saylı 19.02.2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci təqsirli bilməyərək yalnız əməlinin törədilməsi barədə sonradan məlumatı olduğunu bildirsə də, zərərçəkmiş şəxsin ifadəsi, həmçinin istintaqa verdiyi əvvəlki ifadəsində ona sürülmüş ittihamla özünü təqsirli bilməsi və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittihamda təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar aşkar olunmadı. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Salyan Rayon Məhkəməsinin 19 noyabr 2014-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 177.2.1, 177.2.2, 185.2.1 və 185.2.2-ci maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM 185.2.1 və 185.2.2ci maddələri ilə təqsrili bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq 04 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 22 sentyabr 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, lakin iki il keçmədən, yəni 07 dekabr 2019-cu il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə Cinayət Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs oğlunun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 12 dekabr 2019-cu il tarixdən 14 dekabr 2019-cu il tarixədək həbsdə saxlanıldığı müddətinin 02 (iki) günü 02 (iki) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs oğlu əvvəl törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda onun əməlində residiv müəyyən edildiyindən ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 30 noyabr 2020-ci il tarixli məktubuna əsasən axtarışda olan Təqsirləndirilən şəxs 29 noyabr 2020-ci il tarixdə tutulduğundan, yəni onun azadlığının faktiki olaraq 29 noyabr 2020-ci il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən, məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli 29 noyabr 2020-ci il tarixdən hesablanmalıdır. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs oğluna tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.3-cü maddəsinə əsasən cinayət təqibi üzrə bir neçə şəxs məhkum olunmuşsa, məhkəmə məsrəfləri məhkumların hər birindən təqsirlilik dərəcəsi, təyin olunmuş cəzanın ciddiliyi və əmlak vəziyyəti nəzərə alınaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə tutulmalıdır. CPM-nin 346.1.21-ci maddəsinə görə məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə xərclərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu müzakirə edilir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-39/2021 saylı 19 fevral 2021-ci il tarixli hökmü ilə 03 fevral 2020-ci il tarixli 422 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının tədqiqatının xərci 50 (əlli) manat Şahid3 tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, 03 fevral 2020-ci il tarixli 422 nömrəli məhkəməəmtəəşünaslıq ekspertizasının tədqiqatının xərci 50 (əlli) manat Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hökmü ilə Şahid3 tutulduğundan, hazırki iş üzrə Təqsirləndirilən şəxs Tofiq oğlu ekspertiza xərclərindən azad edilməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 12 dekabr 2019-cu il tarixdən 14 dekabr 2019-cu il tarixədək həbsdə saxlanıldığı müddətinin 02 (iki) günü 02 (iki) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 29 noyabr 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 840 (səkkiz yüz qırx) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-70/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-70/2021
13.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver