Məhkəmə qərarları › İş №1(009)-70/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-70/2022

05.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-70/2022 05.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1982-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, işləməyən, Salyan rayonu, T.Davudzadə küçəsi ev 126 ünanında qeydiyyatda olmaqla, hazırda “polisin nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və tarixdə satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,307 qram narkotik vasitə heroin qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımaqla əlaqədar ittiham elan olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri Səbail rayonu Gülbala Əliyev küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Səbail RPİ-nin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 10 yanvar 2022-ci il tarixdə, saat 15:20 radələrində ünvan 1 ünvanda yerləşən “Halal” marketin qarşısında saxlanılaraq, Polis Bölməsinə dəvət edilmiş və həmin gün saat 16:25-dən etibarən üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan cins şalvarın sağ yan cibindən “West” markalı siqaret qutusunun içərisində siqaretin gümüşü rəngli kağızma bükülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,307 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, narkotik vasitələrin istifadəçisidir və narkotik vasitələri tanımadığı və şəxsiyyətlərini bilmədiyi şəxslərdən əldə etmiş və bu əməlinə görə əvvəllər məhkum olunmuşdur. Hazırda heç bir yerdə işləmir. Narkotik vasitələrdən istifadə etdiyinə görə həyat yoldaşı hazırda Salyan şəhərində atası evində yaşayır. Belə ki, o, uzun müddətdir ki, narkotik vasitədən istifadə edir. Son zamanlarda isə narkotik vasitədən asılılıq səbəbindən məcbur istifadə edir. 10 yanvar 2022-ci il tarixdə, təxminən saat 10:00 radələrində müvəqqəti yaşadığı evin, yəni ünvan 2 ünvanının yaxınlığında olan zaman ağacın dibində yerdən bir ədəd siqaret qutusu tapmışdır. Siqaret qutusunu açan zaman onun içərisində narkotik vasitə olan heroin olduğunu aşkar etmişdir. O, həmin narkotik vasitəni özü ilə götürüb üzərində saxlamışdır. Həmin gün, yəni 10 yanvar 2022-ci il tarixdə, təxminən saat 15:20 radələrində yaşadığı Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Gülbala Əliyev küçəsində yerləşən “Halal” marketin yaxınlığında olan zaman, əvvəllər tanımadığı, mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini ona təqdim edib, polis əməkdaşları olduqlarını və onun narkotik vasitələrin qəbulu, gəzdirmə və satışı ilə məşğul olmağında şübhəli bilindiyi üçün onu Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə dəvət etmişlər. O da etiraz etməyib polis əməkdaşları ilə birlikdə Polis Bölməsinə yolldanmışdır. 8-ci Polis Bölməsinin inzibati binasında xidməti otaqların birində hüquqlarının müdafiə edilməsi üçün ona vəkil təqdim olunmuşdur. O, vəkilə hüquqlarını müdafiə etməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra video çəkiliş aparılmaqla onu şəxsi axtarış və götürmə haqqında qərarla tanış edərək paltarlarında əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməyi təklif edilmişdir. Bu təklifdən sonra o, həmin vaxtı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən, içərisində bir büküm narkotik vasitə heroin olan “West” markalı siqaret qutusunu çıxarıb masanın üzərinə qoymaqla könüllü şəkildə təqdim etmişdir. Həmçinin o, içərisində narkotik vasitə heoroin olan bir ədəd bükümü özü həmin siqaret qutusunun içərisindən çıxarmaqla təqdim etmiş və həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmçinin o, həmin narkotik vasitəni 10 yanvar 2022-ci il tarixdə, təxminən saat 10:00 radələrində müvəqqəti yaşadığı evin, yəni ünvan 2 ünvanının yaxınlığında olan zaman ağacın dibindən taparaq özündə saxlamaqla özü istifadə edəcəyi üçün üzərində gəzdirdiyini polis əməkdaşlarına bildirmişdir. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin bir ədəd kağız zərfə qoyularaq üzəri möhürlənərək iştirakçılar və onun tərəfindən imzalarla təsdiqlənmişdir. Əlavə baxış zamanı onun üzərindən bir ədəd alışqan aşkar edilmiş və iş üçün əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılmışdır. Bundan başqa üzərindən heç bir qeyri qanuni əşya və ya predmet aşkar edilməmişdir Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasını, təqsirini boynuna almasını, cinayətin açılmasında fəal kömək etməsini, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alınmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, ekspert rəyləri, sənədlər və tədqiq olunmuş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-in Bakı şəhəri Səbail RPİnin 8-ci Polis Bölməsinin CA üzrə əməliyyat müvəkkili Şahid3 Qadir oğlu istintaqa vermiş olduğu ifadəsində göstərmişdir ki, 10 yanvar 2021-ci il tarixdə Səbail RPİ-ııin 8-ci Polis Bölməsinə daxil olmuş əməliyyat məlumatı əsasında Səbail RPİ-nin sahə inspektoru Şahid1 və onun iştirakından ibarət əməliyyat qrupunun təşkili barədə qərar qəbul edilmiş və keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanında yerləşən “Halal” marketin Təqsirləndirilən şəxs aşkar edib, ona yaxınlaşaraq özlərini təqdim etməklə üzərində şəxsi axtarış və götürmə aparılması məqsədilə 8-ci Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və birlikdə 8-ci Polis Bölməsinə yollanmışlar. Bundan sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili X7 dəvət olunaraq şübhəli şəxsə təqdim olunmuşdur. Təqsirləndirilən şəxs hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə etirazı olmadığını bildirmiş və onlara konfidensial ünsiyyət saxlamaq üçün şərait yaradılmışdır. Onlar konfidensial ünsiyyət saxladıqdan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, həmçinin ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs videoçəkilişdən istifadə edilməklə onun üzərinə və əynindəki paltarın yoxlanılacağı, üzərində olan əşyalara baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etmədiyini, şəxsi axtarış və baxış keçirilməsinə razı olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə 10 yanvar 2022-ci il tarixdə saat 16:25-də Səbail RPİ-nin 8-ci Polis Bölməsinin sahə inspektoru Şahid2 tərəfindən “Samsung Galaxy A21S” markalı mobil telefon vasitəsilə videoçəkliş aparılmaqla həyata keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs inzibati otaqda olan masaya yaxınlaşaraq həmin vaxtı əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd alışqan çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs həmin vaxtı əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibində olan “West” markalı siqaret qutusunu masanın üzərinə qoymaqla siqaret qutusunun içərisində olan üç ədəd siqareti və siqaretin gümüşü rəngli kağıza bükülmüş 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümün içərisində “kakos” adlanan narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni 10 yanvar 2022-ci il tarixdə, təxminən saat 10:00 radələrində müvəqqəti yaşadığı evin, yəni ünvan 2 ünvanının yaxınlığında olan zaman ağacın dibindən taparaq özündə saxlamaqla özü istifadə edəcəyi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə əlavə baxış keçirilmiş, lakin üzərində heç bir əşya və ya prdemet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş içərisində narkotik vasitəyə bənzər maddə olan 01 ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan və müvafiq ekspertiza tədqiqatına təqdim etmək üçün bir ədəd kağız zərfə qoyularaq qablaşdırılıb, Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 52 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd alışqan və üç ədəd siqaret iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və baxış 10 yanvar 2022-ci il tarixdə saat 16:50-də başa çatmış və video çəkiliş dayandırılmışdır. Şəxsi axtarış və götürmənin keçirilməsinin nəticələrinə dair protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola heç bir əlavə qeyd qeyd daxil olmamışdır. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Bakı şəhəri Səbail RPİ-nin 8-ci Polis Bölməsinin təhqiqatçısı X11, Bakı şəhəri Səbail RPİ-nin sahə inspektoru X5 və Bakı şəhəri Səbail RPİ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid3 Qadir oğlu iş üzrə şahid qismində dindirilmiş Şahid3 Qadir oğlu ilə analoji ifadə vermişlər. Məhkəmə iclasında Bakı şəhəri Səbail RPİ-nin Təhqiqat şöbəsində şəxsi axtarış və götürmə aparılan zamanı qeydə alınmış videogörüntüyə baxış keçirilmişdir və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 10 yanvar 2022-ci il tarixdə, saat 15:20 radələrində ünvan 4 ünvanda yerləşən “Halal” marketin qarşısında saxlayaraq. Polis Bölməsinə dəvət edilmiş və həmin gün saat 16:25-dən etibarən üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan cins şalvarın sağ yan cibindən “West” markalı siqaret qutusunun içərisində siqaretin gümüşü rəngli kağızına bükülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,307 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş məhkəmə kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 11 yanvar 2022-ci il tarixli, 6/136 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət Təqsirləndirilən şəxs üzərindən götürülmüş...”... yazısı olan zərfdəki, 1 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,307 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Elektron Məhkəmə Portalının çıxarışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 09 avqust 2006-cı il təvəllüdlü X1 və 24 iyun 2004-cü il təvəllüdlü X3 adlı yetkinlik yaşına çatmayan uşaqları vardır. İş materiallarından olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin 15.07.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.2, 66.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 27.05.2013-cü tarixində Milli Məclisin 07.05.2013-cü il tarixli Amnistiya qərarının 1 bəndinə əsasən azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Göründüyü kimi Təqsirləndirilən şəxs cinayətlərin residivi müəyyən olunmur. Şübhəli şəxsin tutulması haqqında protokoldan, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 10 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 12 yanvar 2022-ci il tarixdə onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunmuş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutları sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli Qərarının 13-cü hissəsində göstərilmişdir ki, cinayət qanununun sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlüyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsası göstərilməlidir. Eləcə də müttəhimin şərti məhkum olunması, ona cinayət üçün qanunda nəzərdə tutulduğundan aşağı hədd cəza təyin edilməsi və ya daha yüngül başqa cəzaya keçirilməsi, habelə müttəhimin cəzadan azad edilməsi və ya onu ümumi qaydadan kənara çıxmaqla koloniya növü təyin olunması zərurəti barədə nəticəyə gəlməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasını, təqsirini boynuna almasını, cinayətin açılmasında fəal kömək etməsini, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Təqsirləndirilən şəxs 10 yanvar 2022-ci il tarixdən 12 yanvar 2022-ci il tarixədək, 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Eyni zamanda ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsinin 18 yanvar 2022-ci il tarixli 243 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs müayinə zamanı OPİOİDLƏRİN və psixotrop maddə olan metamfetaminin bigə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müaliciyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut qismində tanınmış Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan 0.257 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, bir ədəd “CD- R” diskin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 10 yanvar 2022-ci il tarixdən 12 yanvar 2022-ci il tarixədək, 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazisini tərk etməmək, ünvan 5 ünvanını yaşayış yerini hər gün saat 23-00-dən 700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli Bakı şəhəri Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan 0.257 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd “CD-R” disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 200 (iki yüz) manat pul tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun "xxxx" QSC-nin Səbail filialındakı hesabına keçirilsin. . Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar