Məhkəmə qərarları › İş №1(009)-70/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-70/2023

07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-70/2023 07.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Yeddioymaq kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixatrop maddə olan metamfetamini əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,906 qram olan psixatrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar Şossesi 413/1 ünvanın qarşısınadək daşımış, 07 sentyabr 2022-ci il tarixdə saat 19:40 dəqiqədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirmiş olduğu əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan ünvanın qarşısında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki yaşıl rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,906 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 07 sentyabr 2022-ci il tarixdə saat 19:40-da tanışı Şahid4 və X10 ilə birlikdə Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesində yerləşən yanacaqdoldurma məntəqəsində taksi sürücüsü tərəfindən idarə etdiyi avtomobilə yanacaq alınarkən mülki geyimli şəxslər onlara yaxınlaşaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişlər. Üzərilərində qanunla qadağan olunan hər hansı əşya aşkar edilməmiş, əməliyyat müvəkillərinin etdikləri təzyiqlərdən sonra az miqdarda narkotik vasitənin ona məxsus olmasına razılıq vermişdir. Bundan sonra dəvət edilmiş müdafiəçilərin iştirakları ilə üzərində şəxsi axtarış keçirilmiş, əynində olan şalvarın sağ yan cibindən 1 ədəd içərisində psixotrop maddə sayılan metamfetamin olan büküm, sol yan cibimdən 1 ədəd “Redmi” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs son sözündə ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, narkotik vasitədən istifadə olunması ilə əlaqədar əməlindən səmimi peşiman olmasını, belə hallara bir daha yol verməyəcəyini, gənc olmasını, əvvəllər narkotik vasitələrdən istifadə etsə də, hazırda heç bir narkotik maddə qəbul etmədiyini, 25 oktyabr 2022ci il tarixdən etibarən reabiltasiya mərkəzində stasionar psixoliji xidmət aldığını, hazırda narkomaniya xəstəliyinə qarşı müalicəsinin davam etməsini və azadlıqda qalacağı təqdirdə müalicəsini bitirərək xəstəlikdən tam sağalacağını, bununla da bir daha pis vərdişlərdən istifadə etməyəcəyini, həmçinin sağlamlığı ilə bağlı anadan gəlmə psixi-sinir xəstəliyinin olmasını və bu səbəbdən hərbi xidmətə də yarasız olduğunu bildirərək barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 bildirdi ki, o, 07 sentyabr 2022ci il tarixdə saat 19:40-da tanışları Təqsirləndirilən şəxs və X10 ilə birlikdə Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesində yerləşən yanacaqdoldurma məntəqəsində taksi sürücüsü tərəfindən idarə etdiyi “Opel” markalı avtomobilə yanacaq alınarkən mülki geyimli şəxslər yaxınlaşaraq heçnə demədən onları Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişlər. Üzərilərində qanunla qadağan olunan hər hansı əşya aşkar edilməmiş, əməliyyat müvəkillərinin təzyiqlərindən sonra az miqdarda narkotik vasitənin ona məxsus olmasına razılıq vermiş, bundan sonra dəvət edilmiş müdafiəçilərin və təhqiqatçının iştirakı ilə üzərilərində şəxsi axtarış həyata keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 şahid qismində dindirilmiş Şahid4 ifadəsinə uyğun ifadə verərək onun dediklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, işlədiyi İdarəyə Səbail rayonu, Bağlar küçəsi ev 50 ünvanında yaşayan Təqsirləndirilən şəxs, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X10, ünvan 4 ünvanında yaşayan Şahid4 narkotik vasitələrin qanunsuz dövriyyəsi barədə əməliyyat məlumatı daxil olduğundan bu barədə raportla rəhbərliyə müraciət etmiş, baş idarə rəisinin 07 sentyabr 2022-ci il tarixli Ə28900822 nömrəli əmri ilə yaradılmış əməliyyat qrupunun rəhbəri təyin edilmişdir. İdarənin əməkdaşları ilə birgə keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində, 07 sentyabr 2022-ci ildə, təxminən saat 19:40 radələrində Təqsirləndirilən şəxs, X10 və Şahid4 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesində piyada hərəkət edərkən saxlayıb işlədiyi idarəyə gətirmişlər. X3 xidməti iş otağında şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkil X4 iştirakı ilə üzərində şəxsi axtarış və götürmə aparılması barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan yaşıl rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümü, sol yan cibindən isə bir ədəd Redmi markalı mobil telefonu təqdim edərək masanın üzərinə qoymuş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun üzərindən iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmiş, aşkar edilərək götürülmüş bükümə baxış keçirilən zaman içərisində ağ rəngli kristal şəkilli psixatrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmiş, həmin kütlə tərəzi vasitəsi ilə çəkilmiş və qablaşdırılma ilə birlikdə çəkisinin 1,1 qram olması müəyyən edilmiş, həmin bükülü 01 ədəd boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Əməliiyat tədbiri və şəxslərin üzrələrinə axtarış aparılarkən Təqsirləndirilən şəxs hər hansı bir təzyiqlərə məruz qalmamışdır və bunununla bağlı iradlarını bildirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid5 və Şahid6 Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadələr vermişlər. İş materiallarında olan 25 sentyabr 2022-ci il tarixdə cinayət işi üzrə “şəxsi axtarış aparılması və götürmənin” nəticələrini özündə əks etdirən videogörüntü olan 01 ədəd “DVD” diskə baxış keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, həmin diskdə 1 ədəd fayl var. Həmin fayl 19 dəqiqə 27 saniyədən ibarətdir. Həmin fayldan görünür ki, üç nəfər kişi cinsindən olan şəxsin üzərinə müdafiəçilərinin iştirakları ilə şəxsi axtarış aparılır. Bu zaman hər hansı bir təzyiq olması, üzərlərində xəsarət izlərinin olması görünmür, Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 01 bükümü, sol yan cibindən isə “Redmi” markalı mobil telefonu təqdim edir. Təqdim edilmiş bükümün içərisində ağ rəngli kristal şəkilli metamfetaminə bənzər maddə olması müəyyən edilir. Həmin bükülü elektron tərəzi vasitəsi ilə çəkilməklə ümumi çəkisinin 1,1 qram olması müəyyən edilir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman 01 ədəd “Redmi” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən özünə izah edildikdən sonra götürülür. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim olunmuş: - 10 nömrəli 22 dekabr 2022-ci il tarixli arayışdan görünü ki, Təqsirləndirilən şəxs 25 noyabr 2022-ci il tarixdən "xxxx" MMC-də stationar psixoloji xidmət alır və həmin xidmət dövrü 25 aprel 2023-cü ilədək davam etdiriləcəkdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 saylı Respublika Psixiatriya Xəstəxanası tərəfindən Təqsirləndirilən şəxs barəsində verilmiş 852/2012 nömrəli aktda əsəbilik şikayətləri olduğu, irsiyyəti sinir-psixi xəstəliklərindən əziyyət çəkdiyi göstərilmişdir. - Təqsirləndirilən şəxs məxsus ******* nömrəli hərbi biletdən görünür ki, hərbi xidmətdə olmamış, hərbi təlim keçməmişdir, lakin qeyri-nizami xidmətə yararlıdır. Həmçinin sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə isə məhdud yaralıdır. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 08 sentyabr 2022-ci il tarixli, 6/4897 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata 03 ədəd kağız paketdə təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” və s. yazıları olan 01 ədəd kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 0,906 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamindir. Paketdəki metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Metafetaminin təmiz çəkisi 0,906 qram, qalıq çəkisi 0,856 qram təşkil edir. Aparılmış tədqiqatın dəyəri 110 (yüz on) manat təşkil etmişdir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixatrop maddələrin” siyahısına (Siyahı İ) daxildir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. 07 sentyabr 2022-ci ildə Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqatçısı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 08 sentyabr 2022-ci ildə toplanmış material araşdırmanın davam etdirilməsi üçün Səbail Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında, həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında və qətimkan tədbitinin seçilməsi haqqında qərarından görünür ki. Təqsirləndirilən şəxs 09 sentyabr 2022-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmiş, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə olunmasından imtina olunmuş və Bakı şəhəri Səbail RPİ-nin MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-in BƏSİİ Əməliyyat-Sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs və onunla birlikdə tutulmuş X10 və Şahid4 psixatrop maddələrin onlara məxsus olmamaları və təzyiq altında etirafedici ifadələr vermələrinə tənqidi yanaşaraq qeyd edir ki, belə ifadələr özünümüdafiə xarakterli, cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədilə verilmişdir. Belə ki, hər üç şəxs tutularkən müdafiəçi ilə təmin edilmiş, onlara hüquqları izah edilməklə fikirlərini səsləndirməyə şərait yaradılmışdır. Lakin onlar qanunsuz hərəkətlərə məruz qalmaları barədə heç bir məlumat verməmiş, bundan başqa ibtidai istintaq müddətində azadlıqda qaldıqları müddətlərdə onlara qarşı edilmiş qanunazidd hərəkətlər barədə aidiyyəti orqanlara məlumat verməmiş və yaxud müraciət etməmişlər. Eyni zamanda videogörüntüdən də göründüyü kimi Təqsirləndirilən şəxs üzərində axtarış keçirilərkən onun müdafiəçisi iştirak etmiş və burada nə təqsirləndirilən şəxs, nədəki onunla birlikdə saxlanılan şahidlər X10 və Şahid4 onlara hər hansı bir təzyiq olması barədə məlumat vermir, üzərlərində xəsarətlərin olmasına dəlalət edən əlamətlər aşkar olunmur. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutları sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri şahid ifadələri, “şəxsi axtarış və götürmə aparılması” haqqında protokol, onun əks olunduğu videogörüntü, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin-Kimyəvi Ekspertizasının, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X11 şəxsi Ambulator X1 Ekspertizasının rəyləri və işdə olan digər istintaq sənədləri ilə tam sübuta yetirilmiş və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs şəxsiyyətini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, gənc olmasını, hal-hazırda narkomaniya xəstəliyinə qarşı reabiltasiya mərkəzində müalicəsinin davam etməsini, belə olan halada şəxsiyyəti cəmiyyət üçün yüksək təhlükə törətmədiyini, psixi-sinir xəstəliyindən əziyyət çəkməsini nəzərə alaraq onun cəmiyyətdən tam təcrid edilmədən və ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi məqsədəmüvafiqdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Təqsirləndirilən şəxs 07 sentyabr 2022-ci il tarixdən 09 sentyabr 2022-ci il tarixədək tutulduğu müddətin 02 (iki) günü 04 (dörd) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Eyni zamanda ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 Ekspertizasının 14 sentyabr 2022-ci tarixli 5214 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asıllıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsə xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. İş üzrə mаddi sübut kimi tаnınıb Bakı şəhəri Səbail RPİ-də sахlаnılаn 0,906 qram çəkidə psixatrop maddə olan metamfetamin məhv еdilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxsə aid hissəsinin ondan tutulmasını, iş üzrə maddi sübut qismində tanınmış Səbail Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatına - 0.05 qram sərf edildikdən sonra qalan - 0,856 qram psixatrop maddə metamfetaminin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, 01 (bir) ədəd “DVD” diskin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə müdafiəçiyə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 01 (bir) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 07 sentyabr 2022-ci il tarixdən 09 sentyabr 2022-ci il tarixədək tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazi hüddudlarını tərk etməmək, Bakı şəhəri, Səbail rayonu, Bağlar küçəsi ev 50-də olan yaşayış yerini hər gün saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli Bakı Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. İş üzrə maddi sübut Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan - 0,856 qram psixatrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd “DVD” disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 37 (otuz yeddi) manat dəyərinin ona aid hissəsi Təqsirləndirilən şəxsndən tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 150 (yüz əlli) manat pul tutularaq müdafiəçinin “Kapital Bank” 1 saylı Səbail filialındakı (kod 200059, müxbir hesab: AZ37NABZ********************, SWİFT BİK: AİİBAZ2X, 3 saylı vəkil bürosunun H/hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar