Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-70/2024 14.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı4, Müdafiəçi Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2001-ci ildə Neftçala rayonu, Qırmızı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, Neftçala rayonu, Qırmızı kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Qobu qəsəbəsi, Dədə Qorqud küçəsində yaşayan, hazırda barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiıi seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 04 sentyabr 2023-cü il tarixdə saat 05:31 radələrində etibarnamə əsasında idarə etdiyi “X14” markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə saatda 50-60 km sürətlə Bakı şəhəri, Səbail rayonu, Bül-bül prospekti ilə Ü.Hacıbəyov küçəsi istiqamətində hərəkətdə olarkən piyada Zərərçəkmiş şəxs yolu sağdan sola doğru keçmək istədiyini görüb, hərəkəti üçün təhlükə yarandığını anlayıb, hadisənin qarşısını almağa texniki imkanı olsada, “Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yəni, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyib avtomobilin ön sol hissəsı ilə piyada Zərərçəkmiş şəxs vuraraq ona açıq kəllə beyin travması, baş beyin əzilməsi, sol təpəgicgah nahiyəsində lövhəvari subdudal hematoması, subaraxnoidal qansızma, sol gicgah sümüyünün kəllə əsasında keçən xətti sınığı, sağ dirsək sümüyünün oynaqdaxili sınıq və çıxığı, başın ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası, alın, burunüstü, sol yanaq, sol almacıq, sol üst göz qapağı nahiyələrinin, sağ bazunun, sol saidin orta və yuxarı 1/3-nin arxa səthlərinin sıyrıqları; sol gözaltı nahiyənin, sol bud-çanaq oynağı nahiyəsinin, sağ dirsək oynağı nahiyəsinin, sol budun orta 1/3-nin bayır səthinin, sağ budun aşağı 1/3-nin ön səthinin, sağ bazunun aşağı 1/3-nin ön səthinin qançırları kimi ölümlə birbaşa səbəbli əlaqəli, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olmuş yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da, o Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi verilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 04 sentyabr 2023-cü il tarixdə təxminən saat 05:30 radələrində idarə etdiyi “X14” markalı, **-VU-*** dövlət nömrə nişanlı avtomobil ilə saatda 50-60 km sürətlə Bül-bül prospekti ilə Ü.Hacıbəyov küçəsinə doğru yolun orta zolağı ilə hərəkətdə olarkən həmin vaxt işıqforun yaşıl işığında yolun sağ istiqamətindən sol istiqamətinə doğru hərəkət edən sonradan adını bildiyi piyada Zərərçəkmiş şəxs idarə etdiyi “X14” markalı avtomobilin qarşına çıxmış, o təhlükə yaranmasını gec görmüş, əyləcdən istifadə etmədən həmin sürətlə idarə etdiyi avtomobilin ön sol hissəsi ilə piyada Zərərçəkmiş şəxs vurmuşdur. Piyada Zərərçəkmiş şəxs yerə yıxılmış, o, dərhal avtomobildən düşüb piyadaya yaxınlaşıb ona köməklik göstərib və idarə etdiyi avtomobilə əyləşdirib onu xəstəxanaya aparmışdır. Bundan bir neçə saat sonra Zərərçəkmiş şəxs xəstəxanada vəfat etmişdir. Əməlindən peşmandır. 2-ci Qarabağ müharibəsi iştirakçısı olmaqla “Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə medallar ilə təltif edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X5 ifadəsində göstərmişdir ki, mərhum 1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs onun doğma qızıdır. 04 sentyabr 2023-cü il tarixdə saat 16 radələrində ona məlum oldu ki, qızı Tünzaləni Bakı şəhəri, Səbail rayonu ərazisində avtomobil vuraraq onun ölümünə səbəb olmuşdur. Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur, ziyan ödənilmi.dir. O, Təqsirləndirilən şəxs ilə barışmışdır. İş materiallarında olan 04 sentyabr 2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərarından görünür ki, fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başanılmış və icraata qəbul edilmişdir. İş materiallarında olan 04 sentyabr 2023-cü il tarixli “yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə” protokolundan görünür ki, hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin sxemi və foto şəkillər çəkilərək iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan 04 sentyabr 2023-cü il tarixli 2/31357 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsinin aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən vaxt ayıq olmuşdur. İş materiallarında olan 05 sentyabr 2023-cü il tarixli 5697 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Publik hüquqi şəxsin ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müaliciyə ehtiyacı yoxdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxxx 1993-cü il təvəllüdlü X3 anası X4r. İş materiallarında olan 15 sentyabr 2023-cü il tarixli “zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınması haqqında” qərarından görünür ki, X6 mərhum X3 hüquqi varisi qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 19 sentyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Fizuli Hərbi Məhkəməsinin 09 avqust 2022-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.3, 62-ci maddələri ilə təqsirli bilinərək 200 manat cərimə cəzası təyin edilmiş, cərimə 21 sentyabr 2022-ci il tarixdə tam ödənilmişdir. İş materiallarında olan 19 sentyabr 2023-cü il tarixli 55 saylı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Elmi Təcrübi və X12 Hüquqi Şəxsin məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs adına “X13" publik hüquqi şəxsinin tərtib etdiyi 12850 xəstəlik tarixinin təsdiqlənmiş kserosurətində qeyd olunanlardan görünür ki, o, xx.xx.2023-cü il tarixdə həmin xəstəxanaya ağır vəziyyətdə gətirilmiş, aparılmış reanimasion tədbirlərə baxmayaraq 04 sentyabr 2023-cü il tarixində saat 11:15 radələrində bioloji ölüm baş vermişdir. Son klinik diaqnoz: Açıq kəllə beyin travması. Baş beyin əzilməsi. Sol təpəgicgah nahiyəsində lövhəvari subdudal hematoma. Subaraxnoidal qansızma. Sol gicgah sümüyünün kəllə əsasında keçən sınığı. Dirsək oynağının çıxığı. Mərhum Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarətlər aşkar edildi: baş-beyin toxumasma, onun mədəciklərinə və qişaları altına qansızmalarla müşayiət olunan soldan gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı, sağ dirsək sümüyünün oynaqdaxili sınıq və çıxığı, başın ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası, alın, burunüstü, sol yanaq, sol almacıq, sol üst göz qapağı nahiyələrinin, sağ bazunun, sol saidin orta və yuxarı 1/3-nin arxa səthlərinin sıyrıqları; sol gözaltı nahiyənin, sol bud-çanaq oynağı nahiyəsinin, sağ dirsək oynağı nahiyəsinin, sol budun orta 1/3-nin bayır səthinin, sağ budun aşağı 1/3-nin ön səthinin, sağ bazunun aşağı 1/3-nin ön səthinin qançırları. Qeyd olunan xəsarətlər həyati olub, ölümündən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni 04 sentyabr 2023-cü il tarixdə yolnəqliyyat hadisəsi, o cümlədən piyadanın hərəkətdə olan avtomaşının qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdilər, baş vermiş ölümlə səbəbli əlaqələri vardır, dərəcəsinə görə ümumilikdə AĞİR zərərvurmanın əlamətlərinə aiddirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb sol gicgah sümüyünün kəllə əsasına keçən sınığı ilə müşayiət olunan baş beyin toxumasına, onun mədəcikləıinə və qişaları altına qansızmalar olmuşdur. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində alkoqol və narkotik maddələr aşkar edilməmişdir. İş materiallarında olan 25 sentyabr 2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 05:31 radələrində Honda Civic markalı ** VU *** dövlət qeydiyyat nişanlı avtomobil Bül-Bül prospektində üzü Neftçilər prospekti istiqamətində hərəkətdə olarkən piyada zolağının kənarı ilə yolu sağdan sola doğru keçən piyadanı vurur, piyada yuxarı qalxaraq bir qədər irəlidə yerə düşür. Avtomobil saxladıqdan sonra avtomobildən sürücü düşərək piyadaya yaxınlaşır. Kənardan insanlar piyadanın düşdüyü yerə toplaşırlar. Avtomaşınıh qabaq sağ oturacağından düşən qadın sərnişin isə naməlum istiqamətə doğru getdiyi və piyada yolun sağ kənarından sola hərəkət hissənin yarısından çox hissəsini qət etmişdir. Baxış zamanı başqa xüsusat aşkar edilməmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs X3 hüquqi varisi X2 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, 04 sentyabr 2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan tam ödənilmiş,ona qarşı heç bir şikayəti və tələbi yoxdur, onunla barışmışdır. İş materiallarında olan 25 oktyabr 2023-cü il tarixli 8\3025 saylı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, Honda Civic markalı **-VU-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan 07 noyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan 07 noyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 25 dekabr 2020-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamından görünür ki, Təqsirləndirilən şəxs 2-ci Qarabağ müharibəsi iştirakçısı olmaqla “Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə medallar ilə təltif edilmişdir. İş materiallarında olan 07 noyabr 2023-cü il tarixli xasiyyətmədən görünür ki, Qəsəbədə yaşadığı müddətdə Təqsirləndirilən şəxs özünü sakit aparmış ,dostlarının və qonşularının hörmətini qazanmışdır. Təqsirləndirilən şəxs və onun ailəsi barəsində nümayəndəliyə heç bir yazılı və ya şifahi ərizə şikayət daxil olmamışdır. İş materiallarında olan 10 noyabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri, hadisə yerinə baxış protokolu və sxemi, məhkəmə-tibbi ekspertizasının 18 sentyabr 2023-cü il tarixdə verdiyi 55 saylı rəyi, məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 25 oktyabr 2023-cü il tarixli 8/3025 saylı rəyi, məhkəmə-narkoloji ekspertizasının 05 sentyabr 2023-cü il tarixli 5697 saylı rəyi, sərxoşluq vəziyyətinin 2/31357 nömrəli tibbi müayinə protokolu, diskə baxış protokolu və baş vermiş yol-nəqliyyat hadisəsinin videogörüntüsü köçürülmüş 1 ədəd DVD disk sübut növü kimi qəbul edilsin. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, həmçinin iş üzrə keçirilmiş ekspertiza rəyləri, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, hadisə nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, “İkinci Qarabağ” müharibəsinin iştirakçısı olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, işin digər mühüm və diqqətə layiq halların, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə təqsirli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkir. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə 01 ədəd disk və fotoşəkillər işin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia yoxdur. İş üzrə 01 (bir) ədəd disk və fotoşəkillər işin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X8¬liyi Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-70/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-70/2024
14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver