Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-70/2025 21.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi6, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5 iştirakları ilə, 25 avqust 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, sürücü işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx xxx 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əczaçı işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, ev 94B, mənzil 10 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 30 avqust 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fəhlə işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi küçəsi, ev 111, mənzil 10 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə 21 may 2025-ci il tarixdə saat 11.00-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında ictimai qaydanı kobud zurətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tədbiq edilməsi və əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1, tanışları Təqsirləndirilən şəxs3, X4 və X5 ilə birlikdə 12 fevral 2024-cü il tarixdə saat 04:30 radələrində ünvan 5 ünvanda yerləşən «Paramount Baku» restoranında müştəri qismində olarkən, onlara edilmiş iaşə xidmətinin hesabı təqdim edildikdə, o, adları qeyd edilən tanışları ilə birlikdə sərxoş vəziyyətdə bir qrup şəxs halında birləşib, hesabın cox istənilməsini cüzi səbəb kimi bəhanə edib, heç bir əsaslı səbəb olmadan, əsassız mübahisə yaradaraq, ictimai yerdə kafenin normal iş fəaliyyətinin pozulması və digər müştərilərin də narahatçılığına səbəb olmaqla, öz şəxsiyyətlərini ictimai qaydaya qarşı və cəmiyyətin fövqündə qoymaqla, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını yəni, ictimai qaydanı kobud surətdə pozan, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinatsızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş ümumdavranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə yəni, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə , o əvvəlcə kafedəki masanın üzərində olan 250 manat dəyərində qəlyan aparatını əli ilə yerə çırparaq özgə əmlakını zədələmiş, daha sonra onlar xiliqanlıq hərəkətlərinin davamı olaraq kafenin qarşısına çıxaraq orada həmrəylik nümayiş etdirməklə bir qrup şəxs halında birləşdiyi tanışları Təqsirləndirilən şəxs3, Nəsib Sadıqlı və Ayxan Kərimovla birlikdə şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə yenidən hesabı tələb edən Zərərçəkmiş şəxs hər biri bədənin müxtəlif nahiyyələrinə əl və ayaq zərbələri vuraraq sonuncuya sağ saidin orta -yuxarı 1/3-nin arxa səthinin ləkə şəkillində piqmentasiya sahələri-qançır izləri kimi zərərçəkmiş şəxsin sağlamlığına zərərvurmayan, dərəcələri təyin edilməyən xəsarətlər yetirib, bir qrup şəxs halında ictimai qaydanı kobud zurətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tədbiq edilməsi və əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında ictimai qaydanı kobud zurətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tədbiq edilməsi və əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2, tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və X5 ilə birlikdə 12 fevral 2024-cü il tarixdə saat 04:30 radələrində ünvan 5 ünvanda yerləşən «Paramount Baku» restoranında müştəri qismində olarkən, onlara edilmiş iaşə xidmətinin hesabı təqdim edildikdə, o, adları qeyd edilən tanışları ilə birlikdə sərxoş vəziyyətdə bir qrup şəxs halında birləşib, hesabın cox istənilməsini cüzi səbəb kimi bəhanə edib, heç bir əsaslı səbəb olmadan, əsassız mübahisə yaradaraq, ictimai yerdə kafenin normal iş fəaliyyətinin pozulması və digər müştərilərin də narahatçılığına səbəb olmaqla, öz şəxsiyyətlərini ictimai qaydaya qarşı və cəmiyyətin fövqündə qoymaqla, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını yəni, ictimai qaydanı kobud surətdə pozan, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinatsızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş ümumdavranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə yəni, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə , əvvəlcə Təqsirləndirilən şəxs1 kafedəki masanın üzərində olan 250 manat dəyərində qəlyan aparatını əli ilə yerə çırparaq özgə əmlakını zədələmiş, daha sonra onlar xiliqanlıq hərəkətlərinin davamı olaraq kafenin qarşısına çıxaraq orada həmrəylik nümayiş etdirməklə bir qrup şəxs halında birləşdiyi tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Ayxan Kərimovla birlikdə şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə yenidən hesabı tələb edən Zərərçəkmiş şəxs hər biri bədənin müxtəlif nahiyyələrinə əl və ayaq zərbələri vuraraq sonuncuya sağ saidin orta -yuxarı 1/3-nin arxa səthinin ləkə şəkillində piqmentasiya sahələri-qançır izləri kimi zərərçəkmiş şəxsin sağlamlığın dərəcələri təyin edilməyən sağlamlığa zərərvurmaya aid xəsarətlər yetirib, bir qrup şəxs halında ictimai qaydanı kobud zurətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tədbiq edilməsi və əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs3 bir qrup şəxs halında ictimai qaydanı kobud zurətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tədbiq edilməsi və əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs3, tanışları Təqsirləndirilən şəxs1, X4 və X5 ilə birlikdə 12 fevral 2024-cü il tarixdə saat 04:30 radələrində ünvan 5 ünvanda yerləşən «Paramount Baku» restoranında müştəri qismində olarkən, onlara edilmiş iaşə xidmətinin hesabı təqdim edildikdə, o, adları qeyd edilən tanışları ilə birlikdə sərxoş vəziyyətdə bir qrup şəxs halında birləşib, hesabın cox istənilməsini cüzi səbəb kimi bəhanə edib, heç bir əsaslı səbəb olmadan, əsassız mübahisə yaradaraq, ictimai yerdə kafenin normal iş fəaliyyətinin pozulması və digər müştərilərin də narahatçılığına səbəb olmaqla, öz şəxsiyyətlərini ictimai qaydaya qarşı və cəmiyyətin fövqündə qoymaqla, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını yəni, ictimai qaydanı kobud surətdə pozan, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinatsızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş ümumdavranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə yəni, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə , əvvəlcə Təqsirləndirilən şəxs1 kafedəki masanın üzərində olan 250 manat dəyərində qəlyan aparatını əli ilə yerə çırparaq özgə əmlakını zədələmiş, daha sonra onlar xiliqanlıq hərəkətlərinin davamı olaraq kafenin qarşısına çıxaraq orada həmrəylik nümayiş etdirməklə bir qrup şəxs halında birləşdiyi tanışları Təqsirləndirilən şəxs1, Nəsib Sadıqlı və Ayxan Kərimovla birlikdə şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə yenidən hesabı tələb edən Zərərçəkmiş şəxs hər biri bədənin müxtəlif nahiyyələrinə əl və ayaq zərbələri vuraraq sonuncuya sağ saidin orta -yuxarı 1/3-nin arxa səthinin ləkə şəkillində piqmentasiya sahələriqançır izləri kimi zərərçəkmiş şəxsin sağlamlığın dərəcələri təyin edilməyən sağlamlığa zərərvurmaya aid xəsarətlər yetirib, bir qrup şəxs halında ictimai qaydanı kobud zurətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tədbiq edilməsi və əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, 12 fevral 2024-cü il tarixdə Nəsib, Elvin, Ayxan ilə birlikdə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən «Paramount Baku» restoranına getmişlər. Birinci dəfə hesab 150 manat gəlmiş, hesabı ödəmişlər. Qəlyan ikinci sifarişdə gəlmişdir. İkincici hesab təxminən 90 manat civarı olmuşdur. Sonuncu sifarişdə 136 manat istəmişlər, lakin hesabın çox gəldiyini düşünmüş və hesabı verməyəcəklərini demişlər. Bu səbəbdən restoranda aralarında mübahisə yaranmışdır. Həmin zaman sərxoş vəziyyətdə idilər. Hadisəni dəqiq olaraq xatırlamır. Zərərçəkmiş şəxslə barışmalarını, dəymiş zərəri ödədiklərini nəzərə alaraq barəsində yüngül cəza tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, 12 fevral 2024-cü il tarixdə Ruslan, Elvin, Ayxan ilə birlikdə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən «Paramount Baku» restoranına getmişlər. Birinci dəfə hesab 150 manat gəlmiş, hesabı ödəmişlər. Qəlyan ikinci sifarişdə gəlmişdir. İkinci hesab təxminən 90 manat civarı olmuşdur. Sonuncu sifarişdə 136 manat istəmişlər, lakin hesabın çox gəldiyini düşünmüş və hesabı verməyəcəklərini demişlər. Bu səbəbdən restoranda aralarında mübahisə yaranmışdır. Dalaşan Ruslanla özü olmuşdur. Elvin onları ayırmağa çalışırdı. Qarşı tərəfin sayı çox idi. Zərərçəkmiş şəxslə barışmalarını, dəymiş zərəri ödədiklərini nəzərə alaraq barəsində yüngül cəza tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, 12 fevral 2024-cü il tarixdə Ruslan, Nəsib, Ayxan ilə birlikdə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən «Paramount Baku» restoranına getmişlər. Birinci dəfə gələn hesabı bağlamışlar. İkinci dəfə hesab gələndə məbləğ çox olduğu və razı qalmadıqları üçün mübahisə yaranmışdır. 150 manat hesab deyilmişdi. Mübahisə bu səbəbdən yaranmışdır. Mühafizəçilər üstlərinə gəlmişlər. Mübahisəyə birinci zərərçəkmiş Kənan başlamışdır. Ofisiant özü etiraf etmişdir ki, hesab səhv gəlmişdir. Hadisə obyektin çöl hisəsində olmuşdur. Kənan aqressiv danışdığı üçün işçilər üstlərinə gəlmişlər. Sonradan polis əməkdaşları yaxınlaşmışlar, lakin hadisənin şahid olmadığı üçün buraxmışlar. Lakin 4 gün sonra əməliyyatçılar saxlamışlar. Zərərçəkmiş şəxslə barışmalarını, dəymiş zərəri ödədiklərininin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə 12 fevral 2024-cü il tarixdə gecə saat 03 radələrində Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən «Paramount Baku» pubda, baş vermişdir. Hesab gəlmiş, içəridə mübahisə olmuş, qəlyan yerə düşərək sınmışdır. Çölə çıxıb yaxınlaşaraq hadisənin nə səbəbdən olduğunu soruşmuş, lakin sərxoş vəziyyətdə olduqları üçün aralarında sözlə mübahisə yaranmışdır. Qəlyan qırıldığı üçün onlara yaxınlaşmışdır. Qəlyanı qırmalarının qəsdən olub-olmadığını bilmir. Özü sərxoş vəziyyətdə olmamışdır, ayıq olmuşdur. Təqsirləndirilən şəxslərlə barışmışdır, zərər ödənmişdir, heç bir şikayət və tələbi yoxdur. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında Şahid ifadəsində göstərmişdir ki, şəxsləri müştəri kimi tanıyır. Mübahisənin qəlyan qırıldığı üçün baş verdiyini bilir. İçərini mühafizə edir. İçəridə heç bir mübahisə olmamışdır. Mübahisə çöldə olmuşdur. Hər iki tərəf sərxoş vəziyyətdə olmuşdur. Başqa məlumatı yoxdur. Məhkəmə-tibbi ekspertizasının 25 sentyabr 2024-cü il tarixli 478 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ saidin orta-yuxarı 1/3-nin arxa səthinin ləkə şəklində piqmentasiya sahələri - qançır izləri bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti xx.xx.2024-cü il tarixinə zidd deyildir, müayinə olunanın göstərdiyi şəraitdə, yəni kənar şəxs (şəxslər) tərəfindən qeyd olunan nahiyəyə yumruqla (təpiklə) vurma nəticəsində əmələ gələ bilərdi və hər biri ayrılıqda, eləcə də ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. 23 iyul 2024-cü il tarixli qərarla fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. 29 iyul 2024-cü il tarixli qərarla qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi icraata qəbul edilərək istintaqı davam etdirilmişdir. 17 avqust 2024-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin istintaqı davam etdirilməsi üçün icraata qəbul edilmişdir. 01 sentyabr 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilmişdir. 01 sentyabr 2024-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 yeri müəyyən edilənədək cinayət işi üzrə icraat dayandırılmışdır. Səbail Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsi barədə Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə Heydər Əliyev adına X2 saxlanılaraq Səbail RPİ-nə gətirilmiş və MSY-ə təhvil verilmişdir. 08 sentyabr 2024-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. 08 sentyabr 2024-cü il tarixli qərarla cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. 09 sentyabr 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və saxlanıldığı yerdən azad edilmişdir. 09 sentyabr 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 17 sentyabr 2024-cü il tarixli qərarla Zərərçəkmiş şəxs qismində tanınmışdır. 01 oktyabr 2024-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 yeri müəyyən edilənədək cinayət işi üzrə icraat dayandırılmışdır. Səbail Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsi barədə Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə Nəsimi rayonu ərazisində saxlanılaraq Səbail RPİ-nə gətirilmiş və MSY-ə təhvil verilmişdir. 05 oktyabr 2024-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. 07 oktyabr 2024-cü il tarixli qərarla cinayət işi üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. 07 oktyabr 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və saxlanıldığı yerdən azad edilmişdir. 07 oktyabr 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 08 oktyabr 2024-cü il tarixli qərarla cinayət işi üzrə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. 08 oktyabr 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs3 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 10 oktyabr 2024-cü il tarixli qərarla qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işindən X5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1- ci maddəsilə başqa cinayət işi ayrılaraq ayrıca icraata qəbul edilmiş və ********* nömərli cinayət işindən müvafiq sənədlərin kserosurətləri və əsilləri ayrılmış cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-70/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmişdir. Səbail Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsi barədə Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixdə Abşeron rayonu ərazisində saxlanılaraq Səbail RPİ-nə gətirilmiş və Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxslərin hər üçü ilə barışmışdır, dəymiş zərər ödənilmişdir, azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın verilməsi xahiş edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsinə onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özlərinin etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, ekspert rəyi və işin digər halları ilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etməsi tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs1 əməli etiraf edərək səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslə barışmasını və ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs1 06 sentyabr 2024-cü il tarixdən 09 sentyabr 2024-cü il tarixədək, yəni 03 (iki) gün müddətində həbsdə olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, 06 (altı) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 əməli etiraf edərək səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslə barışmasını və ondan şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs2 05 oktyabr 2024-cü il tarixdən 07 oktyabr 2024-cü il tarixədək, 12 fevral 2025-ci il tarixdən 21 may 2025-ci il tarixədək, yəni 03 (üç) ay 11 (on bir) gün müddətində həbsdə olması bir günə iki gün hesabı ilə hesablanmaqla, 06 (altı) ay 22 (iyirmi iki) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, ev 94B, mənzil 10 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və Təqsirləndirilən şəxs2 dərhal məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs3 özünü təqsirli bilməsini, yəni bir qrup şəxs halında ictimai qaydanı kobud zurətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tədbiq edilməsi və əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq cinayətini törətməməsini təqsirləndirilən şəxslərin ifadələri, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, ekspert rəyi və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə Təqsirləndirilən şəxs3 belə məzmunda ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittihamda qismən təqsirli bilməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və bununla razılaşmaq olmazMəhkəmə, Təqsirləndirilən şəxs2 əməli etiraf edərək səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslə barışmasını və ondan şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs3 ilk dəfə cinayət törətməsini, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslə barışmasını və ondan şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs3 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi küçəsi, ev 111, mənzil 10 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxslərə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslərə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 350-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə 06 sentyabr 2024-cü il tarixdən 09 sentyabr 2024-cü il tarixədək, yəni 03 (üç) gün müddətində həbsdə olması bir günə iki gün hesabı ilə hesablanmaqla, 06 (altı) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi6 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 450 (dörd yüz əlli) manat tutulub Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə 05 oktyabr 2024-cü il tarixdən 07 oktyabr 2024-cü il tarixədək və 12 fevral 2025-ci il tarixdən 21 may 2025-ci il tarixədək, yəni 03 (üç) ay 11 (on bir) gün müddətində həbsdə olması bir günə iki gün hesabı ilə hesablanmaqla, 06 (altı) ay 22 (iyirmi iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 11 (on bir) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, ev 94B, mənzil 10 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və Təqsirləndirilən şəxs2 dərhal məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 420 (dörd yüz iyirmi) manat tutulub Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi küçəsi, ev 111, mənzil 10 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5 tərəfindən Təqsirləndirilən şəxs3 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 420 (dörd yüz iyirmi) manat tutulub Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-70/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-70/2025
21.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver