Məhkəmə qərarları › İş №1(009)-71/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-71/2023

30.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-71/2023 30.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs, 24 sentyabr 2022-ci ildə, günorta saatlarında özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Zərərçəkmiş şəxs MTK-ya məxsus Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi 17-də yerləşən yaşayış binasına blokun açıq qapısından keçib, mərtəbələr arası dəhlizlərdə quraşdırılmış 1 metrinin qiyməti 5.00 manat olmaqla 100 metr ağ rəngli, 1 metrinin qiyməti 1,00 manat olmaqla 60 metr qırmızı rəngli və 1 metrinin qiyməti 0,90 manat olmaqla 40 metr mavi rəngli mis əsaslı ərintidən hazırlanmış 3 jilalı elektrik kabellərini gizli olaraq talayıb qeyd olunan MTK-ya cəmi 596,00 (beş yüz doxsan altı) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən. 07 oktyabr 2022-ci ildə, günorta saatlarında özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Zərərçəkmiş şəxs MTK-ya məxsus Bakı şəhəri, Səbail rayonu , A.Abbaszadə küçəsi 17-də yerləşən yaşayış binasına blokun açıq qapısından keçib, mərtəbələr arası dəhlizlərdə quraşdırılmış 1 metrinin qiyməti 5,00 manat olmaqla 30 metr ağ rəngli, 1 metrinin qiyməti 1,00 manat olmaqla 25 metr qırmızı rəngli və 1 metrinin qiyməti 0,90 manat olmaqla 30 metr mavi rəngli mis əsaslı ərintidən hazırlanmış 3 jilalı elektrik kabellərini gizli olaraq talayıb qeyd olunan MTK-ya cəmi 202,00 (iki yüz iki) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən. 08 oktyabr 2022-ci ildə, günorta saatlarında özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Zərərçəkmiş şəxs MTK-ya məxsus Bakı şəhəri, Səbail rayonu A.Abbaszadə küçəsi 17-də yerləşən yaşayış binasına blokun açıq qapısından keçib,mərtəbələr arası dəhlizlərdə quraşdırılmış 1 metrinin qiyməti 5,00 manat olmaqla 25 metr ağ rəngli, 1 metrinin qiyməti 1,00 manat olmaqla 30 metr qırmızı rəngli və 1 metrinin qiyməti 0,90 manat olmaqla 15 metr mavi rəngli mis əsaslı ərintidən hazırlanmış 3 jilalı elektrik kabellərini gizli olaraq talayıb qeyd olunan MTK-ya cəmi 168,50 (yüz altmış səkkiz manat 50 qəpik) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, maddi ehtiyaclarını ödəmək üçün açıq qapısı olan binalardan mis kabel oğurlayıb satmaq qərarına gəlmişdir. Bu məqsədlə 07 oktyabr 2022ci ildə günorta saatlarında Badamdar qəsəbəsi tərəfdə A.Abbaszadə küçəsində yerləşən “Oksford” tədris mərkəzi ilə üz-üzə yeni tikilən binaya daxil olub liftlə 18-ci mərtəbəyə qalxmış və divara bərkidilmiş elektrik şitlərinin birindən, içərisində 3 (üç) ədəd müxtəlif rəngli mis naqil keçən ağ rəngli elektrik kabelin birini kəsdikdən sonra 17-ci mərtəbəyə düşərək həmin kabeli çəkib çıxartmışdır. Beləliklə, binam 13-cü mərtəbəsinə qədər həmin istiqamətdə elektrik kabelini bir istiqamətdə kəsib çıxartmışdır. Binanın blokunda kabelin üzünü üstündə olan rezakla soymuş, içindən çıxan müxtəlif rəngli 3 ədəd mis məftilin üzünü də soyaraq mis məftilləri çıxartmışdır. Çıxardığı mis məftilləri biri-birinə burub bağlamış və bir torbaya qoyaraq binadan çıxmışdır. Həmin mis naqil topasını yaşadığı Yasamal rayonu ərazisində tanımadığı metal toplayan şəxsə 20 (iyirmi) manata satmışdır. Həmin günün sabahısı, yəni 08 oktyabr 2022-ci ildə, günorta saatlarında yenə də kabel oğurlamaq məqsədi ilə kabel oğurladığı həmin binaya gəlmiş, binamın 13-cü mərtəbəsinə qalxıb eyni üsulla binanın 11-ci mərtəbəsinə qədər yenə də ağ rəngli, içərisindən 3 ədəd mis məftil keçən elektrik kakabelini kəsib götürmüşdür. Kabeli və içindən çıxan 3 müxtəlif izolyasiyalı məftillərin üzlüyünü özü ilə apardığı rızakla soyaraq mis məftilləri büküb torbaya qoyaraq yaşadığı ünvana aparmışdır. Orada yoldan keçən metal satan tanımadığı şəxsə misi 15 (on beş) manata satmışdır. Həmçinin, Təqsirləndirilən şəxs həmin MTK-dan oğurladığı ümumi kabelin təxminən 24 metr olduğunu və 24 sentyabr 2022-ci ildə həmin binadan oğurluq etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini və həmin şəxsin şikayətçi olmadığını, gənc olmasını və himayəsində iki azyaşlı uşağının olmasını bildirərək barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza tətbiq edilməsini xahiş etdi. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, işlədiyi Zərərçəkmiş şəxs MTK şirkəti tərəfindən Səbail rayonu Abbasqulu Abbaszadə küçəsi 17-də 9 bloklu 18 mərtəbəli yaşayış evi inşa edilmişdir. 24 sentyabr 2022-ci ildə, təxminən saat 14 radələrində MTK-nın bina 59, M18, M1 ünvanında yaşayan Mübariz adlı sakin müraciət edərək yaşadığı mənzildə elektrik verilişinin dayandığını bildirmişdir. Odur ki. MTK-nin elektrik-mühəndisi Şahid tərəfindən binanın elektrik xətlərinə baxış keçirilmiş və həmin sakinin mənzilinə gedən elektrik xətlərinin kəsilərək oğurlandığı aşkar edilmişdir. Eləcə də həmin vaxtı bina 57-nin elektirik xətlərinə baxış keçirilən zaman M18, M2-də yaşayan Nazim adlı sakinin də mənzilinə gedən elektrik xətlərinin kəsilərək oğurlandığı aşkar edilmişdir. Bundan başqa, 07 oktyabr 2022-ci ildə, təxminən saat 17:30 radələrində MTK-nin bina 47, M18, M1 ünvanında yaşayan Heyran adlı sakini müraciət edərək yaşadığı mənzildə elektrik verilişinin dayandığını bildirmişdir. Odur ki, MTK-nın elektrik-mühəndisi Şahid tərəfindən binanın elektrik xətlərinə baxış keçirilmiş və həmin sakinin mənzilinə gedən elektrik xətlərinin eləcə də həmin vaxtı bina 47, M9, M3 ünvanında yaşayan Fərid adlı sakinin də mənzilinə gedən elektrik xətlərinin, eləcə də MTK-nın işıqlandırılması və digər məqsədlərlə istifadə edilən elektrik xətlərinin kəsilərək oğurlandığı aşkar edilmişdir. Bundan başqa 08 oktyabr 2022-ci il tarixdə həmçinin 49-cu binanın elektrik xətlərinə baxış keçirilən zaman bina 49, M18, M3 ünvanında yaşayan Əliabbas adlı sakinin, bina 49, M 17, M2 ünvanında yaşayan Anar adlı sakinin də mənzilinə gedən elektrik xətlərin, eləcə də MTK-nm işıqlandırılması və digər məqsədlərlə istifadə edilən elektrik xətlərinin kəsilərək oğurlandığı aşkar edilmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində xx.xx.2022-ci il tarixdə 100 metr ağ, 60 metr qırmızı ,40 metr mavi rəngli kabel, xx.xx.2022-ci il tarixdə 30 metr ağ, 25 metr qırmızı, 30 metr mavi və xx.xx.2022-ci il tarixdə 25 metr ağ, 30 metr qırmızı və 15 metr mavi rəngli kabellər oğurlanmışdır. Ümumilikdə təxminən 355 metr elektrik kabelləri oğurlanmışdır. Eləcə də sakinlərin mənzilinə qədər olan elektrik xətləri MTK-ya məxsus olduğundan həmin oğurlanmış elektrik xətlərini MTK öz vəsaiti hesabına bərpa edəcəkdir. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MTK tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayətləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, 2005-ci ildən hal-hazıra kimi Zərərçəkmiş şəxs MTK-da elektrik- mühəndis vəzifəsində işləyir. İşlədiyi şirkət tərəfindən Səbail rayonu Abbasqulu Abbaszadə küçəsi 17-də 1 ədəd 9 bloklu 18 mərtəbəli yaşayış evi inşa edilmişdir. 24 sentyabr 2022-ci ildə, təxminən saat 14 radələrində MTK-nın bina 59, M18, M1 ünvanında yaşayan Mübariz adlı sakin müraciət edərək yaşadığı mənzildə elektrik verilişinin dayandığını bildirmişdir. Odur ki, MTK-nın icraçı direktoru Sahib Rüstəmov ilə birlikdə binanın elektrik xətlərinə baxış keçirmiş və həmin sakinin mənzilinə gedən elektrik xətlərinin kəsilərək oğurlandığını aşkar etmişdir. Eləcə də həmin vaxtı bina 57- nin elektirik xətlərinə baxış keçirilən zaman M18, M2-də yaşayan Nazim adlı sakinin də mənzilinə gedən elektrik xətlərinin kəsilərək oğurlandığını aşkar etmişdir. Həmin gün baş vermiş oğurluq hadisəsi nəticəsində MTK-ya təxminən 1500-2000 manat məbləğində maddi ziyan dəymişdir. Bundan başqa, 07 oktyabr 2022-ci ildə, təxminən saat 17:30 radələrində MTK-nın bina 47, M18, M1 ünvanında yaşayan Heyran adlı sakini müraciət edərək yaşadığı mənzildə elektrik verilişinin dayandığını bildirmişdir. Odur ki, MTK-nın icraçı direktoru Sahib Rüstəmov ilə birlikdə binanın elektrik xətlərinə baxış keçirilmiş və həmin sakinin mənzilinə gedən elektrik xətlərinin eləcə də həmin vaxtı bina 47, M9, M3 ünvanında yaşayan Fərid adlı sakinin də mənzilinə gedən elektrik xətlərinin, eləcə də MTK-nın işıqlandırılması və digər məqsədlərlə istifadə edilən elektrik xətlərinin kəsilərək oğurlandığını aşkar etmişdir. Həmçinin 49-cu binanın elektrik xətlərinə baxış keçirilən zaman bina 49, M18, M3 ünvanında yaşayan Əliabbas adlı sakinin, bina 49, M17, M2 ünvanında yaşayan Anar adlı sakinin də mənzilinə gedən elektrik xətlərin, eləcə də MTK-nın işıqlandırılması və digər məqsədlərlə istifadə edilən elektrik xətlərinin kəsilərək oğurlandığı aşkar edilmişdir. İbtidai istintaq zamanı keçirilmiş və məhkəmə istintaqında tədqiq olunmuş Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 24 noyabr 2022-ci il tarixli 9/7886 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına nümunə əsasında təqdim edilmiş elektrik kabel nümunələrinin istifadə olunması nəzərə alınmaqla 1 metrinin 2022-ci ilin sentyabr ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: - 1 ədəd izolyasiyalı, ağ rəngli, təxminən 17 sm uzunluğunda üzərində markalanma göstəriciləri olmayan, 3 jilalı, hər bir jilanın diametri təxminən 6 mm, ümumi diametri 17 mm, mis əsaslı ərintidən hazırlanmış elektrik kabelin 1 metri 5,00 manat; -1 ədəd izolyasiyalı, qırmızı rəngli, təxminən 13 sm uzunluğunda üzərində markalanma göstəriciləri olmayan, 1 jilalı, ümumi diametri təxminən 8 mm, mis əsaslı ərintidən hazırlanmış elektrik kabelin 1 metri -1,00 manat; 1 ədəd izolyasiyalı, mavi rəngli, təxminən 18 sm uzunluğunda üzərində markalanma göstəriciləri olmayan, 1 jilalı, ümumi diametri təxminən 7 mm, mis əsaslı ərintidən hazırlanmış elektrik kabelin 1 metri -0.90 manat. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il tarixli X4 və xx.xx.2018-ci il tarixli X3 adlı uşaqları vardır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs, Sumqayıt Hərbi Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən, şərti maliyyə vahidinin 100 misli məbləğində yəni, 110 manat cərimə cəzasına məhkum edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2007-ci il tarixli, 17 nömrəli qəbzin surətindən görünür ki, Sumqayıt Hərbi Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən, şərti maliyyə vahidinin 100 misli miqdarında cərimə cəzası Təqsirləndirilən şəxs tərəfindən X5 rayon filialına 110 manat olmaqla tam olaraq ödənilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” protokoldan, “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” və “qətimkan tədbirinin seçilməsi haqqında” qərarlardan görünür ki, 18 oktyabr 2022-ci il tarixdə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, 20 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Səbail Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, həbs qətimkan tədbiri seçilməsi qərara alınmış və o həbs olunanadək iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi və Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi tərəfindən göndərilmiş 20 aprel 2023-cü il tarixli məktubdan görünür ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində axtarış elan edilməklə haqqında həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs 14 aprel 2023-cü ildə Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulmuş və Səbail Rayon Polis İdarəsinin MSY-nə təhvil verilmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, gənc olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin şikayətçi olmadığını, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ilə əvəz edilməsini və onun dərhal məhkəmə zalından azad edilməsini, barəsində seçiləcək “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda, məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 18 oktyabr 2022-ci il tarixdən 20 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu, 14 aprel 2023-cü il tarixdən 30 may 2023-cü il tarixədək həbsdə saxlanıldığı müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla ona təyin olunacaq cəza müddətindən çıxılmasını əsaslı hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu maddəsinə uyğun olaraq iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 18 oktyabr 2022-ci il tarixdən 20 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu, 14 aprel 2023-cü il tarixdən 30 may 2023-cü il tarixədək həbsdə saxlanıldığı müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla üzərində qəti olaraq 08 (səkkiz) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazilərini tərk etməmək, ünvan 1 ünvanındakı yaşayış yerini hər gün saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli məhkumun Bakı Şəhər Probasiya İdarəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat, Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 420 (dörd yüz iyirmi) manat pul tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun “Access Bank”-ın Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar