Məhkəmə qərarları › İş №1(009)-72/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-72/2020

24.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-72/2020 24.07.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Məmmədov Azər Rasim oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi “KREDO” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs Tərcüməçi X1 iştirakları ilə, xx xxxx 1998-ci ildə X3 vilayətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işsiz, məhkum olunmamış, ünvan 1 mənzil 10-da qeydiyyatda olan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Nəsimi rayon polis idarəsinin İstintaq şöbəsində istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə barəsində Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(006)-119/2020 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdəistintaqaməlumolmayan şəxsdənsatış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda-0,870 qram çəkidə metafetamin və 1,55 qram təşkil edən 23 ədəd MDMA (metilendioksimetafetamin, ekstazi) həbləri olan psixotrop maddələri əldə edib saxlayaraq daşımışdır. xx xxxxxx 2019-cu il tarixdə gecə vaxtı saat 02 radələrində Bakı şəhəri, Səbail rayonu Bayıl qəsəbəsi, Sara Qədimova küçəsində Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X16 Alayının Patrul bölüyünün polis nəfərləri tərəfindən saxlanılaraq Səbail rayon polis idarəsinin 8-ci polis bölməsinin inzibati binasına gətirilmiş, şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçənin yan ciblərindən 2 ədəd polietelin torbacıqda təmiz çəkiləri 0,440 qram və 0,430 qram ağ rəngli kristal hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə olan metafetamin və 1 ədəd sellofan torbacıqdakı 8 ədəd yaşıl rəngli və 15 ədəd çəhrayı rəngli ürək formasında psixotrop maddə olan MDMA (metilendioksimetafetamin, ekstazi) həbləri, həmçinin şəxsi istehlak miqdarında olan 1,932 qram narkotik vasitə marixuana və güclü təsir edən 3,62 qram preqabalin maddəsi aşkar edelərk götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxsona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, bir neçə ildir ki, narkotik vasitə, psixotrop maddə olan ekstazidən və metafetamindən istifadə edir. xx xxxxxx 2019-cu il tarixə gecə saat 02 radələrində Bayıl qəsəbəsində “Bayıl” marketinin yaxınlığında əvvəllər də bir neçə dəfə narkotik vasitə aldığı şəxsi görüb 300 manat həmin oğlana verərək ondan təxminən 20-25 ədəd ədəd ekstazi həbləri, selofan torbada olan bir qədər də metafetamin almış, həmin şəxs ona əlavə bir dəfə istifadə etməli miqdarda narkotik vasitə olan marixuana və metafetaminlə birlikdə istifadə etmək üçün toz şəklində güclü təsir edən maddə vermiş və o, həmin şəxsdən aldığı bütün narkotik maddələri əynindəki gödəkçənin ciblərinə qoymuşdur ki, bir hissəsini oradan uzaqlaşıb heç kəsin görmədiyi yerdə qəbul etsin, qalan hissəsini isə yaşadığı evinin yanında gizlədib sonra təklikdə qəbul etsin. Bir neçə dəqiqə sonra ona polis maşını yaxınlaşmış, polis geyimində olan iki nəfər şəxs düşüb özlərini təqdim edərək orada nə etdiyini və üzərində narkotik vasitə olub-olmadığını soruşmuşlar, o, yalan deyəcəyi təqdirdə üzərinə baxış keçirəcəklərini düşünmüş, səmimi olaraq onlara cibində narkotik vasitə olduğunu bildirmişdir. Polis əməkdaşları onu Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinə aparmışlar, bölmədə üzərinə baxış keçirilmiş və baxış zamanı əynində olan gödəkçənin yan ciblərində saxladığı iki selofan paketdə marixuana, iki selofan paketdə metafetamin , bir selofan paketdə ekstazi həbləri və bir selofan paketdə sitramon həbin tozunu polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs qeyd etmişdir ki, aşkar edilən narkotik vasitə və psixotrop maddəni öz istifadəsi üçün əldə etmiş, həmin vasitələri satmaq və ya digər şəxsə vermək niyyəti olmamışdır. Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, əməlindən peşman olmasını nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD-R diskində olan videogörüntü və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Daxili İişlər Nazirliyinə bilavaitə tabe olan X16 Alayının Patrul bölüyünün polis nəfəridir, Səbail rayon polis idarəsinə ezam olunmuşdur.O, hər gün saat 21:00-dan növbəti gün saat 09:00dək xidmət aparır. xx xxxxxx 2019-cu il tarixdə saat 21 radələrində iş yoldaşı polis nəfəri Şahid2la xitmətə başlamışdır. xx xxxxxx 2019-cu il tarixdə gecə saat 02 radələrində Bakı şəhəri, Səbail rayonu Bayıl qəsəbəsi, Sara Qədimova küçəsində xidmətdə olan zaman sonradan adını və soyadını öyrəndiyi Təqsirləndirilən şəxs özünü şübhəli apardığını görmüş, Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsini təqdim etməsini xahiş etmiş, lakin Təqsirləndirilən şəxs özünü təqdim edə bilməmiş, üstündə narkotik vasitə olduğunu bildirmiş, ona görə Təqsirləndirilən şəxs Səbail RPİ-nin 8-ci Polis bölməsinə dəvət etmişlər. Atem Savin da razılaşıb onlarla birlikdə Səbail RPİ-nin 8-ci Polis bölməsinə getmişdir. Polis bölməsində təhqiqatçının, vəkilin iştirakı ilə videoçəklişlə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, sonuncu əynində olan qara rəngli gödəkçənin yan ciblərində iki selofan paketdə marixuanaya bənzər maddə, iki selofan paketdə metafetaminə bənzər maddə, bir selofan paketdə ekstazi həbləri və bir selofan paketdə sitramona bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddələri 300 manata tanımadığı şəxsdən almışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş şahid Daxili İşlər Nazirliyinə bilavastə tabe olan X16 Alayının Patrul bölüyü polis nəfəri X10 eyni məzmunlu ifadə verərək Şahid2 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 qeyd etdiyi xususatları təsdiq etmişdir. Cinayət işinin materiallarında xx xxxxxx 2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 03.15-də şübhəli şəxs qismində tutulmuşdur. xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və həmin tarixdə saat 19.00-da Səbail RPİ-nin X9 azad olunmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının xx.xx.2019-cu il tarixli, 30888 №-li rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzəindən aşkar edilmiş.........” yazılar və imzalar olan zərfdə bir ədəd polietilen paketdə təmiz çəkisi-1,368 qram və həmin zərfdə ikinci polietilen paketdə ümumi təmiz çəkisi 0,732 qram qarışıq kütlədə təmiz çəkisi-0,564 qram bitki mənşəli kütlələr, tərkiblərində narkotik madələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanalardır. Həmin marixuanaların ümumi təmiz çəkisi 1,932 qramdır. Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 30889 saylı rəyi ilə müəyyən edilmişdir ki, “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...”və s.qeydlər olan zərfdəki: 2 ədəd polietilen torbacıqda təmiz çəkiləri 0,440 qram və 0,430 qram, ümumi təmiz çəkisi 0,870 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət maddələr- kustar üsulla hazırlanmış psixotrop maddə-metafetamindir; 1 ədəd selofan torbacıqdakı 8 ədəd yaşıl rəngli və 15 ədəd çəhrayı rəngli ürək formasında həblər MDMA (metilendioksimetafetamin,ekstazi) preparatıdır. Ümumi sayı 23 ədəd həbin tərkibində MDMA təsir maddəsinin ümumi təmiz çəkisi 1,55 qram təşkil edir. Metafetamin və MDMA (metilendioksimetafetamin) xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ite təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (Siyahı l) daxildir. Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 31025 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ..... mənşəyi məlum olmayan toz halında toz” yazısı olan zərfdəki, bir ədəd polietilen torbacıqda təmiz çəkisi 5,350 qram olan ağ rəngli tozşəkilli maddə kütləsi preqabalin tərkibli dərman preparatıdır və həmin kütlədə təsiredici maddəsi – preqabalinin miqdarı 3,62 qram təşkil edir. Preqabalin tərkibli dərman preparatı “Güclü təsir edən maddələr və onların külli miqdarının” siyahısına daxildir. Vət. Təqsirləndirilən şəxs götürülmüş, ilkin tədqiqat zamanı ümumi təmiz çəkisi 0,870 qram olan psixotrop maddə olan metafetaminlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər (xx xxxxxx 2019-cu il tarixli 30889 saylı ekspert rəyi). Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 30971 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş mərkəzə məxsus qəhvəyi rəngli kağız paketdə birinci polietilen paketdəki təmiz çəkisi – 1, 348 qram marixuana ilə ikinci polietilen paketdə tütündən ayrılmış təmiz çəkisi 0, 544 qram marixuana tərkiblərinə görə eynidirlər. (İlkin tədqiqat zamanı həmin marixuanaların çəkiləri -1, 368 qram, 0,564 qram, ümumi çəkisi 1, 932 qram olmuşdur, rəy №30888). Respublika Narkoloji Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 262 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metafetamindən sui-istifadə edilməsi nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx xxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1,932 qram qurudulmuş marixuana ilə bağlı hissəyə CM-nin 234.1-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə cinayət təqibinə xitam verilmişdir. xx xxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 3,62 qram təşkil edən preqabalin maddəsi ilə bağlı hissəyə CM-nin 240.1-ci maddəsinin müəyyən ounmadığından həmin xüsusat üzrə cinayət təqibinə xitam verilmişdir. xx xxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 1,852 qram qurudulmuş marixuana, qalıq çəkisi 0,780 qram metafetamin, qalıq-21 həb MDMA (metilendioksimetafetamin, ekstazi) psixotrop maddə, qalıq çəkisi 5,250 qram preqabalin tərkibli maddə maddi sübut kimi tanınmış və saxlanılması üçün Səbail Rayon Polis İdarəsinə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(009)-119/2020 saylı qərarından görünür ki, Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Cavid İskəndərovun vəsatəti qismən təmin edilərək Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X4 tərəfindən xx xxxxxx 2019-cu il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işində olan DVD-R diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə Səbail RPİ-nin 8-ci PB-nin inzibati binasında həmin bölmənin təhqiqatçısı Yasəf Rüstəmov tərəfindən DİN-ə bilavasitə tabe olan X16 Alayının Patrul bölüyünün polis nəfərləri Şahid2 və Şahid1, 12 saylı Hüquq Bürosunun vəkili X6, tərcüməçi X7 iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs əynində olan gödəkçənin cibindən polietilen paketlərdə marixuana, MDMA (metilendioksimetafetamin, ekstazi) psixotrop maddə, metafetamin və içərisində toz şəklində maddəni çıxararaq masanın üzərinə qoyur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, iş materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD-R diskində olan videogörüntü və işin digər halları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə edərək saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini və ilk dəfə cinayət törətməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət törətməsini, eləcə də, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CMnin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. növündə cəza təyin olunarkən nəzərə alınmalıdır. İstintaq dövründə Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən saat 03.15-dən xx xxxxxx 2019-cu il tarixdə saat 19.00-dək müddətə tutularaq həbsdə olması Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, 04 (dörd) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Nəsimi rayon polis idarəsinin İstintaq şöbəsində ********* nömrəli cinayət işinin istintaqı aparılmışdır. Həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(006)-119/2020 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir və o hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır. Hazırlıq iclasında məhkəmə Təqsirləndirilən şəxs haqqında Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(006)-119/2020 saylı qərarı ilə həbs qətimkan tədbirinin seçildiyini nəzərə alaraq ibtidai istintaq zamanı seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirini ləğv etmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri – ünvan 1 mənzil 10 ünvanını tərk etməmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan əlavə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X2 ekspert komissiyasının xx xxxxxx 2020-ci il tarixli 262 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Səbail rayon polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış çəkisi 1,852 qram qurudulmuş marixuana, qalıq çəkisi 0,780 qram metafetamin, qalıq-21 ədəd MDMA (metilendioksimetafetamin, ekstazi) psixotrop maddə, qalıq çəkisi 5,250 qram olan preqabalin (preqabalinin miqdarı 3,62 qram təşkil edir) tərkibli maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış və götürmə prosessual hərəkətini əks ektdirən 01 (bir) ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının (məhkəmə-bioloji və materialların məhkəmə ekspertizası) xərci 355,38 (üç yüz əlli beş manat, otuz səkkiz qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət‑Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq dövründə xx xxxxxx 2019-cu il tarixdə saat 03:15-dən xx xxxxxx 2019-cu il tarixdə saat 19:00-dək, yəni 02 (iki) gün tutularaq həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri – ünvan 1 mənzil 10 ünvanını tərk etməmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müvafiq İcra və Probasiya qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(006)-119/2020 saylı qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş materiallarına əlavə edilmiş 01 (bir) ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. Səbail Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,852 qram qurudulmuş marixuana, qalıq çəkisi 0,780 qram metafetamin, qalıq-21 ədəd MDMA (metilendioksimetafetamin, ekstazi) psixotrop maddə, qalıq çəkisi 5,250 qram olan preqabalin (preqabalinin miqdarı 3,62 qram təşkil edir) tərkibli maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 355,38 (üç yüz əlli beş manat, otuz səkkiz qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili X6 tərəfindən ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə 150 (bir yüz əlli) manat pul tutulub, Bakı şəhəri 12 saylı vəkil bürosunun “xxxxxxxxxx” QSC-nin Səbail rayon filialındakı (kod 504960, müxbir hesabı AZ10NABZ********************, VÖEN **********) hesabına keçirilsin. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 18 (on səkkiz ) manat Bakı şəhəri 03 saylı vəkil bürosunun “xxxxxxxxxxxx” ASC-nin Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB**********3500216105, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar