Məhkəmə qərarları › İş №1(009)-72/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-72/2021

12.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-72/2021 12.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş Prokurorluğu Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, Bakı şəhərində xx xxxx 2021-ci il tarixdə saat 11:00-da xx xxxxxx 1986-cı il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 mənzil 28 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs, xx xxxxxxx 2020-ci il tarixdə saat 17:30 radələrində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 02 (iki) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri: 3,079 qram; 2,514 qram, ümumi çəkisi 5,593 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üstündə saxlamaqla daşımış, xx xxxxxx 2020-ci il tarixdə saat 21:30 radələrində komendant rejimi qaydalarını pozduğuna görə idarə etdiyi “Kia Pikanto” markalı, 99 NN- 401 dövlət nömrə nişanlı avtomobilində Səbail rayonu, Salyan şossesi 32 ünvanında qurulmuş 1 saylı stasionar komendant postunda saxlanılmış, narkotik vasitənin təsirindən sərxoş vəziyyətdə olduğu aşkar göründüyündən Səbail RPİ-nin 41ci polis bölməsinə aparılaraq orada üzərinə baxış keçirilən zaman həmin narkotik vasitə olan qurudulmuş marixuana əynində olan qara rəngli gödəkçəsinin sol yan iç cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, 2017-ci il tarixdən etibarən ara-sıra narkotik vasitə olan marixuanadan istifadə etmiş, işi ilə əlaqədar olaraq tez-tez Gəncə şəhərinə gedib-gəlir, xx xxxxxxx 2020-ci il tarixdə idarə etdiyi “Kia Picanto” markalı, **-NN- *** dövlət nömrə nişanlı avtomaşınla Gəncə şəhərinə getmiş, xx xxxxxxx 2020-ci il tarixdə saat 17:30 radələrində Gəncə şəhərində olan “Bağbanlar” adlanan yerdə tanımadığı bir nəfər kişi cinsindən olan şəxs görmüş və həmin şəxsdən narkotik vasitə olan marixuana olub-olmamasını soruşmuş, həmin şəxs də ona narkotik vasitə olan marixuana sata biləcəyini demiş, o həmin şəxsin sözü ilə ona 70 manat pul vermiş, həmin şəxs ona içərisində marixuana olan 2 (iki) ədəd kibrit qutusu vermişdir. Bildirmişdir ki, o, idarə etdiyi “Kia Picanto” markalı, **-NN-*** dövlət nömrə nişanlı avtomaşınla xx xxxxxx 2020-ci ildə Gəncə şəhərindən Bakı şəhərinə gələn zaman maşında marixuananın bir hissəsini istifadə etmiş, saat 21:30 radələrində Bakı şəhərinə çatmış, artıq komendant saatı rejimi başlamış, idarə etdiyi avtomaşını Səbail rayonu, Şıxov qəsəbəsində yerləşən komendant postunda saxlanılmış, polis əməkdaşları maşınını yoxlayacaqlarını bildirəndə o, heç bir etiraz etməmiş, polis əməkdaşları onun sərxoş vəziyətdə olduğunu və bu sərxoşluğun narkotikin təsirindən olduğundan şübhələnmiş, polis əməkdaşları idarə etdiyi avtomaşında, yaxud üzərində hər-hansı bir şübhəli əşyanın olub-olmadığını soruşanda o, narkotik vasitə olan marixuanadan istifadə etdiyini və hal-hazırda da üstündə 2 (iki) ədəd kibrit qutusunda marixuana olduğunu etiraf etmiş, sonra o Səbail RPİ-nin 41-ci polis bölməsinə aparılmış, orada vəkil dəvət edilmiş, videokameraya çəkərək üzərində olan şübhə doğuran əşya varsa təqdim etməyi bildirilmiş, o da əynində olan qara rəngli gödəkçəsinin sol qoltuq cibində, içərisində narkotik vasitə olan marixuana olan 2 (iki) ədəd kibrit qutusunu çıxararaq təqdim etmiş, kibrit qutuları zərfə qoyularaq qablaşdırılmış, bundan sonra idarə etdiyi “Kia Picanto” markalı, **-NN-*** dövlət nömrə nişanlı avtomaşına baxış keçirilmiş, avtomaşında şübhəli heç nə aşkar edilməmişdir o, narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmur, saxlanılarkən və polis bölməsində üzərinə axtarış aparılarkən polis əməkdaşları tərəfindən ona təzyiq göstərilməmiş, təhqiqata verdiyi ilkin izahatında nə üçün üzərindən aşkar olunub götürülmüş narkotik vasitəni «Məmmədov» soyadlı əskər yoldaşından aldığını bildirməsini xatırlamır, çox güman ki, həmin gün narkotik vasitədən istifadə edib onun təsiri altında belə izahat vermişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasının, əvvəllər məhkum olunmamasının, cinayətin açılmasında fəal kömək etməsinin, əməlini etiraf etməsini, ailə vəziyyətinin ağır olduğunu və gənc olmasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, ekspert rəyləri, sənədlər və tədqiq olunmuş digər sübutlarla da təsdiq olunur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 41-ci PB sahə inspektoru Şahid3 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci ildə xidmətdə olarkən, həmin gün saat 21:30 radələrində Bakı şəhəri, Səbail rayonu Salyan şossesi 32 ünvanında yerləşən 1 saylı stasionar komendant postundan hərbi vəziyyət rejimi qaydalarını pozduğuna görə bir nəfər şəxsin həmin postda saxlanılması barədə məlumat daxil olmuş, o, əməliyyat qrupunun üzvləri ilə dərhal qeyd edilən ünvana getmiş və orada saxlanılan şəxsin adının Təqsirləndirilən şəxs olması müəyyən olunmuş, postda olarkən Təqsirləndirilən şəxs özünü sərxoş vəziyyətdə apardığı üçün ondan spirtli içki və ya narkotik vasitə istifadə edibedilməməsi soruşulmuş, o isə narkotik vasitə olan marixuanadan istifadə etdiyini və üzərində də qurudulmuş marixuana olduğunu bildirmiş, ona görə də Təqsirləndirilən şəxs 41-ci PB-yə dəvət olunmuş və rəsmi sənədləşmə aparılması üçün aidiyyəti üçün təhqiqatçılara təhvil verilmiş, daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış keçirilən zaman Təqsirləndirilən şəxs özü könüllü surətdə əynində olan qara rəngli gödəkçənin sol yan iç cibindən 2 ədəd kibrit qutularını, idarə etdiyi avtomobilin açarını və pul kisəsini, əynində olan paltarlarını digər ciblərindən isə özünə aid şəxsiyyət və sürücülük vəsiqələrini və digər sənədləri çıxararaq təqdim etmiş, daha sonra təhqiqatçı tərəfindən onun üzərində axtarış aparılmış, axtarış zamanı hər hansı əhəmiyyət kəsb edən əşya və ya başqa predmet aşkar olunmamışdır. Bundan sonra sorğu-sual zamanı Təqsirləndirilən şəxs, təqdim etdiyi 2 ədəd kibrit qutularının içində olan yaşıl rəngli bitki kütləsinin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni Gəncə şəhərində olarkən “Bağbanlar” adlanan ərazidə tanımadığı şəxsdən özünün istifadəsi üçün ümumilikdə 70 manata aldığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş içində narkotik vasitə olan qurudulmuş marixuana olan 2 ədəd kibrit qutusu zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və baxışın iştirakçıları tərəfindən imzalanmış, onun üzərindən aşkar olunmuş pul və digər sənədlər özünə qaytarılmış, daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Picanto” markalı ** NN *** dövlət nömrə nişanlı avtomobilinə baxış keçirilmiş, lakin baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən maddi sübut və ya başqa predmet aşkar olunmamış, bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid3 ifadəsində göstərilmiş xüsusatları təsdiq edərək eyni məzmunda ifadə vermişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Səbail RPİ-nin 41-ci PB sahə inspektoru Şahid1 ifadəsində göstərilmişdir ki, xx xxxxxx 2020-ci ildə xidmətdə olarkən, həmin gün saat 21:30 radələrində Bakı şəhəri, Səbail rayonu Salyan şossesi 32 ünvanında yerləşən 1 saylı stasionar komendant postundan hərbi vəziyyət rejimi qaydalarını pozduğuna görə bir nəfər şəxsin həmin postda saxlanılması barədə məlumat daxil olmuş, o, əməliyyat qrupunun üzvləri ilə dərhal qeyd edilən ünvana getmiş və orada saxlanılan şəxsin adının Təqsirləndirilən şəxs olması müəyyən olunmuş, postda olarkən Təqsirləndirilən şəxs özünü sərxoş vəziyyətdə apardığı üçün ondan spirtli içki və ya narkotik vasitə istifadə edibedilməməsi soruşulmuş, o isə narkotik vasitə olan marixuanadan istifadə etdiyini və üzərində də qurudulmuş marixuana olduğunu bildirmiş, ona görə də Təqsirləndirilən şəxs 41-ci PB-yə dəvət olunmuş və rəsmi sənədləşmə aparılması üçün aidiyyəti üçün təhqiqatçılara təhvil verilmiş, daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış keçirilən zaman Təqsirləndirilən şəxs özü könüllü surətdə əynində olan qara rəngli gödəkçənin sol yan iç cibindən 2 ədəd kibrit qutularını, idarə etdiyi avtomobilin açarını və pul kisəsini, əynində olan paltarlarını digər ciblərindən isə özünə aid şəxsiyyət və sürücülük vəsiqələrini və digər sənədləri çıxararaq təqdim etmiş, daha sonra təhqiqatçı tərəfindən onun üzərində axtarış aparılmış, axtarış zamanı hər hansı əhəmiyyət kəsb edən əşya və ya başqa predmet aşkar olunmamışdır. Bundan sonra sorğu-sual zamanı Təqsirləndirilən şəxs, təqdim etdiyi 2 ədəd kibrit qutularının içində olan yaşıl rəngli bitki kütləsinin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni Gəncə şəhərində olarkən “Bağbanlar” adlanan ərazidə tanımadığı şəxsdən özünün istifadəsi üçün ümumilikdə 70 manata aldığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş içində narkotik vasitə olan qurudulmuş marixuana olan 2 ədəd kibrit qutusu zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və baxışın iştirakçıları tərəfindən imzalanmış, onun üzərindən aşkar olunmuş pul və digər sənədlər özünə qaytarılmış, daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Picanto” markalı ** NN *** dövlət nömrə nişanlı avtomobilinə baxış keçirilmiş, lakin baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən maddi sübut və ya başqa predmet aşkar olunmamış, bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iş materiallarına əlavə olunmuş video-diskə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən keçirilmiş şəxsi axtarış zamanı polis əməkdaşlarının və vəkilin iştirak etməsi, həmçinin Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan iç cibindən 2 ədəd kibrit qutusunu çıxarması, həmin qutuların içində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni Gəncə şəhərindən tanımadığı şəxsdən 70 manata aldığını bildirməsi öz əksini tapmışdır. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-bioloji ekspertizası şöbəsi tərəfindən verilmiş x xxxxxx 2020-ci il tarixli 7/785 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vətəndaş Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan kağız paketdəki 02 (iki) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri: 3,079 qram; 2,514 qram, olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi - 5,593 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında və təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə qərarlardan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunmuş və barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Maddi sübut kimi tanınma və saxlanca verilmə haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 5.593 qram qurudulmuş marixuana maddi sübut hesab edilmiş və təhqiqat zamanı sərf olunduqdan sonra qalan 5.493 qram narkotik vəsitə qurudulmuş marixuana saxlanıması üçün Səbail RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş xx xxxxx 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutları sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli Qərarının 13-cü hissəsində göstərilmişdir ki, cinayət qanununun sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlüyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsası göstərilməlidir. Eləcə də müttəhimin şərti məhkum olunması, ona cinayət üçün qanunda nəzərdə tutulduğundan aşağı hədd cəza təyin edilməsi və ya daha yüngül başqa cəzaya keçirilməsi, habelə müttəhimin cəzadan azad edilməsi və ya onu ümumi qaydadan kənara çıxmaqla koloniya növü təyin olunması zərurəti barədə nəticəyə gəlməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayətin törətməsini, əməlindən səmimi peşman olmasını, cinayətin açılmasında fəal kömək etməsini, əməlini etiraf etməsini və gənc olmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək, 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx xxxxxx 2020-ci il tarixli 3188 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui- istifadə edilməsi ilə nəticələnən başlanğıc mərhələli narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal- hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut qismində tanınmış Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan 5.493 qram narkotik vəsitə qurudulmuş marixuananın hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, iki ədəd “CD-R” diskin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı və məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 01 (bir) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək, 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazisini tərk etməmək, ünvan 1 mənzil 28 ünvanında yaşayış yerini hər gün saat 2300dan 700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli Bakı şəhəri Probasiya İdarəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan 5.493 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, iki ədəd “CD-R” disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 69.82 (altmış doqquz manat səksən iki qəpik) manat, Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Hökmün icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclasları zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 360 (üç yüz altmış) manat pul tutulub, “xxxx” QSC-nin Səbail filialındakı hesabına keçirilsin. Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkilləri X1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 300 (üç yüz) manat pul tutulub, 3 saylı Vəkil Bürosunun “Kapital Bank”ın Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar