Məhkəmə qərarları › İş №1(009)-72/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-72/2022

23.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-72/2022 23.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X29 oğlunun, onun nümayəndəsi və vəkili X11, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 və X9, onların müdafiəçisi Müdafiəçi3 iştirakı ilə, X8 və X9 Azərbaycan Respublikasının CM-nin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X7 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X16 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X8 və X9 Azərbaycan Respublikasının CM-nin 147-ci maddəsi ilə cinayət məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X17 tələbinin haqsız olduğunu bildiyi halda ona qarşı əsassız iddia qaldırmış və bu azmış kimi ona böhtanlar ataraq onu ağır cinayətlərdə ittiham edir. Belə ki, şikayətinə əlavə edilmiş sənədlərdən açıq-aydın bəlli olur ki, X17 onu dələduzluqda, mənimsəmədə, sənədləri saxtalaşdırmaqda və o cümlədən adam ölümündə ittiham edir və bunları əks etdirən sənədləri çoxaldılmış şəkildə, yəni bir şikayətdə çoxsaylı ünvanlar qeyd edərək göndərmişdi. Bununla yanaşı məhkəmə prosesləri zamanı, məhkəmə zallarında, kalidorunda, həyətində onu qeyd etdiyi cinayətlərdə ittiham edib və bunu da məhkəmədəki və ətrafdakı şəxslər eşitmişdir. Belə ki, tərəf olduqları iş üzrə prosesdə X17 və onun oğlu X18 dəfələrlə bildirişmişdir ki, X16 dələduzdur, mənimsəmə, saxtakarlıq edib və həmçinin, X14 ölümünə də səbəbkardır. Məhkəmə tərəfindən sakitçiliyə riayət edilməsi tələb olunsa da onlar öz qanunsuzluqlarına, təhqir və böhtanlarına davam etmişlər. Bunlar məhkəmənin müşahidə kameralarına düşmüşdür. Onu da xüsusilə qeyd edir ki, tərəf olduqları Talıbov, onun vəkili, Rəşad Talıbov, müstəqil tələb irəli sürən üçüncü şəxsin vəkili, İntiqam Talıbovun yanında gələn dostu, iclas katibi və hakim) və bununla yanaşı digər prosesləri gözləyən şəxslər də həmin böhtanların, təhqirlərin edilməsinə şahid olublar. Bir sözlə, X17 və onun oğlu X3 içində onu təhqir edərək böhtan atıblar. Həmin məhkəmə prosesinin, zalların videogörüntüləri rəsmi şəkildə sorğu verilərək əldə edilərsə dedikləri bir daha təsdiqini tapar. Onların ona böhtan atdıqlarını apellyasiya şikayətindən də görmək mümkündür. Belə ki, apellyasiya şikayətində qeyd edirlər ki, “Məhz həmin ərizənin təqdim edilməsindən dərhal sonra da, Elşən Rəhimov intihar edir (istisna etmirik ki, öldütdürülür) və cavahdehlər özərlərinə götürdükləri öhdəlikərindən imtina edirlər. Bütün bunlar məhkəməyə təqdim edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Onu da qeyd etməyi zəruri hesab edir ki, məhkəməyə təqdim edilmiş sübutlarla, əmlak kompleksi üçün tərəfindən 420 min manat məbləğində pulun ödənilməsi tam təsdiqini tapsa da, nədənsə hakim, həmin əmlakın 90 min manata satılmasına da heç bir münasibət bildirməməklə yanaşı, mütəşəkkil şəkildə həyata keçirilmiş bu cinayət hadisəsinə, Elşən Rəhimovun zorla Türkiyədən gətizdırılməsinə, iddia tələbindən imtina barədə məhkəməyə ərizənin verilməsi üçün, Elşən Rəhimovla arasında bağlanan növbəti 26.04.2021-ci il tarixli saxta borc müqaviləsindən və məhkəmənin iş üzrə icraata xitam verilməsi barədə qəbul etdiyi 06.05.2021-ci il tarixli qərardadından sonra qarşı tərəfin ikinci dəfə üzərlərinə götürdükləri öhdəliklərindən imtina etmələrinə və bundan dərhal sonra Elşən Rəhimoun intihar etməsinə (istisna etmirik ki, öldürülməsinə) belə heç bir münasibət bildirilməmişdir. Beləliklə də, məhkəmənin hakimi Günel Abbasova yuxarıda qeyd olunan qaydada qətnamə qəbul etməklə, Azərbaycan Resouhlikasmın Konstitusiyasından və mövcud qanunlarından irəli gələn insan hüquq və azadlıqlarımı kobud şəkildə pozmuş, mülkiyyətçisi olduğum əmlak kompleksinin mənimsənilməsini həyata keçirmiş mütəşəkkil cinayətkar şəbəkənin faktiki olaraq iştirakçısına çevrilmişdir. Bu qeydin özü birbaşa sübut edir ki, onlar yazdıqları kimi, məhkəmə prosesində və eləcə də məhkəmədə onu kütlə içində təhqir ediblər, adam öldürmədə, mənimsəmədə, mütəşəkkil cinayətkar şəbəkənin faktiki iştirakçısı olmaqda ittiham edərək böhtan atıblar. Yəni onların təqsirli hərəkətləri məhz ictimaiyyət qarşısında, iki nəfərdən çox şəxs qarşısında baş verməklə Böhtan cinayətinin tərkibini yaradır. Bununla yanaşı X17 dəfələrlə onun barəsində hüquq mühafizə orqanlarına həm ayrı-ayrılıqda, həm də bir şikayətdə azı 10 ünvana şikayətlər göndərmişdir. Yəni bir şikayətdə eyni anda 10 ünvanın olması artıq bu yazının, müraciətin də kütləviləşməsi deməkdir. Çünki, bir ünvan, yəni ayrı-ayrı şəxslər ayrıcalıqda şikayəti görmürlər, onların hamısı artıq onun barəsində yazılmış həqiqətə uyğun olmayan məlumatları görürlər ki, bu da tək şəxsə ünvanlanmış müraciət kimi yox, artıq kütləviləşmiş, kütləvi xarakter almış müraciət kimi qəbul edilməlidir. Belə ki, eyni anda müxtəlif instansiyalara ünvanlanmış 12.08.2021-ci il tarixli və o cümlədən Azərbaycan Respulikasınm Prezidenti cənab İlham Əliyevə, Prezident Administrasiyasının rəhbəri cənab Samir Nuriyevə, Ədliyyə naziri cənab Fikrət Məmmədova, Baş Prokuror cənab Kamran Əliyevə, Daxili İşlər naziri cənab Vilayət Eyvazova, Ali Məhkəmənin sədri cənab Ramiz Rzayevə, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Əli Nağıyevə, Bakı Apellyasiya Məhkəməsinin sərdinə, Binəqədi Rayon Məhkəməsinin sədrinə, Binəqədi Ravon Məhkəməsinin hakimi xanım Günel Abbasovaya ünvanlanmış 10 yanvar tarixli şikayətlərdə X17 yenə də onu dələduzluqda, mənimsəmədə və o cümlədən adam ölümündə ittiham edir. Belə ki, sözügedən şikayətlərdə qeyd edir ki, “Bu şəxslərin üzərilərinə götürdükləri öhdəliklərdən imtina etməsi ilə və belə nəticəyə gəlinməsinə əsas verdiyindən, istisna edilməməlidir ki, X25, qəsdən və tamah niyyəti ilə öldürtdürülmüşdür...”. “Beləliklə, günün- günorta çağında, məhkəmə hakimiyyətinin və prokurorluq əməkdaşlarının da iştirakı ilə, mütəşəkkil cinayətkar qrup tərəfindən saxta sənədlərin tərtib edilməsi yolu ilə əmakının əlimdən alınması, başqa şəxsin adına özgəninkiləşdirilməsi faktı baş vermişdir.” Bununla yanaşı qeyd etdiyi kimi, X17 24.05.2021 tarixli şikayətlə, 25.05.2021-ci il tarixli teleqramma ilə onu dələduzluqda ittiham edərək, X14 intihar etməsində onu günahkar bilərək onun məsuliyyətə cəlb edilməyi və həmçinin onun özünün və ailəsinin təhlükəsizliyinin təmin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Əli Nağıyevə də müraciət edib. Sözügedən şikayətlər həqiqəti ehtiva etməməklə yanaşı, Talıbov İntiqamın yalan olduğunu bilə-bilə onu ağır cinayətlərdə ittiham etməsi, böhtan atması bu barədə rəsmi şəkildə yazılı qaydada eyni anda müxtəlif instansiyalara müraciət etməsinin özü cinayətdir. İşin hallarının aydın olması və qanuni həllini tapması üçün bildirir ki, qanuni əsaslarla əldə edilmiş əmlaka dair X8 əsassız iddia tələbinə Binəqədi Rayon Məhkəməsində (hakim- xanım Günel Abbasova) 2(001)-6903/2020 saylı mülki iş olmuş və proseslər zamanı Talıbov İntiqamın irəli sürdüyü iddianın mülki qanunvericilik baxımından mümkünsüzlüyü, onun tələbinin, iddiasının qanunvericiliyin tələblərini pozduğu sübut edilmiş və bunu görən X17 da könüllü şəkiidə ərizə ilə məhkəməyə müraciət edərək iddiadan imtina etdiyini bildirmiş və nəticədə onun tələbinə dair iş üzrə icraata xitam verilmişdir. Hətta 06.05.2021-ci il tarixində İntiqam Talıbov iddiadan imtina etməklə yanaşı iddiasının səhv olduğunu, əslində tələbinin onlara qarşı olmadığını, Elşən adlı şəxsin ona qarşı olan öhdəliklərini icra etmədiyi səbəbindən əsassız olduğunu bildiyi halda onu və ailə üzvlərini də cavabdeh qismində qeyd edərək Elşənə bu yolla təzyiq edib nələrsə əldə etmək istədiyini etiraf etdi. Çünki proses zamanı bildirdi ki, onun Elşənlə uzun illərə dayanan münasibəti, alış-verişi var, mübahisənin əslində digər cavabdehlərə aidiyyəti yoxdur. Hətta onu da bildirir ki, qanunsuz iddiasına dəstək olunması üçün üçüncü şəxs qismində qoşduğu X10 ilə hansısa maraqları üst-üstə düşmədiyindən, ona qarşı çıxdığından qeyd etdi ki, iddiasının əsassız olduğunu, müddəti buraxdığını bildiyi üçün ona dəstək olub, təzyiq etmək məqsədilə X6 müraciət edib ki, gəl iddia irəli sür, birləşək təsir edək. Bu qeyd edilənləri sübut edəcək kifayət qədər materiallar var. Birinci intansiya məhkəməsinin yekunlaşmasına, qətnamə və icraata xitam verilmə barədə qərardad qəbul edilməsinə baxmayaraq X2 Elşən Mirzə oğlunun ölməsindən sonra icraata xitam vermə qərardadından şikayət edərək, absurd fikirlər irəli sürərək yenidən müraciət etmişdir. 26.05.2021-ci il tarixli məhkəmə prosesində qərardaddan verilmiş şikayətə baxılan zaman X8 şikayətinin qanunvericiliyə zidd olduğu bildirildiyindən, iddiadan imtina zamanı əslində onlaarın o işə aidiyyəti olmadığını deməsinə baxmayaraq yenidən niyə şikayət etdiyi soruşulduqda qeyd etdi ki, bəs Rəhimov Elşən onunla 26.04.2021-ci il tarixində ******* manat məbləğində kredit müqaviləsi bağlayıb və Elşən də 16.05.2021-ci il tarixində banka ödəniş həyata keçirilməliymiş, lakin 14.05.2021-ci il tarixində Elşən intihar etdiyindən o pulundan məhrum olmuş, belə olan halda onun pulunu kimsə verməlidir. Onu da qeyd edir ki, həmin proses zamanı X27 Təhlükəsizlik Xidmətinə müraciət etdiyini bildirərək dəfələrlə yüksək səslə ona qışqırırdı ki, Abbas, özümü öldürəcəyəm günahı da sənin üstünə atacağam. Heç bir şey etmədiyim halda ona niyə sərt baxırsan, o nə duruşdur, nədir, ona nə edəcəksən, o, də özümü öldürəcəyəm, sən gününü görəcəksən deyərək ona hədə-qorxu gəlib, təzyiqlər etdi. Mübahisə predmeti olan əmlaka dair X8 qeyd etdiklərini təkzib edərək işin əsl hallarını, belə ki, əmlakın necə və hansı qayada əldə edildiyini qeyd etməyi zəruri hesab edir. Məhkəmə prosesləri zamanı verilmiş etiraz –mülahizədə də əks edildiyi kimi X8 qeyd etdiklərinin tam əksinə olaraq heç kim onu aldatmamış, daşınmaz əmlaka dair müqavilə qanunvericiliyin tələblərinə müvafiq şəkildə bağlanılmışdır. Belə ki, o sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsi axtarırdı. Həmin zaman tanışı Elşən ona dedi ki, onun bir tanışının Binəqədi ərazisində torpağı var, lakin hazırda ona pul lazım olduğundan dəyər-dəyməzə satmaq istəyir. İstəyirsənsə yerə baxsınlar, uyğundursa alsın. Bu səbəbdən Elşən vasitəsi ilə İntiqamla əlaqə yaratdı, o da dedi ki, onun böyük biznesi var, Azərbaycandan və Türkiyədən Rusiyaya böyük həcmli mallar vurur. Yüklə dolu maşınlar Türkiyədə qaldığından və pula ehtiyacı olduğundan torpağı satmaq istəyir. Bundan sonra İntiqamın “NİVA”sı ilə gedib “ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 1246,6 kv/m olan əmlak kompleksi’nə baxdıq, oradakı tikinti təmirsiz, yer bataqlıq, qamışlıqla dolu olduğu, qaz, su, kanalizasiya xəttləri olmadığından yeri ona 90.000 manata satacağını bildirdi. O da aralarındakı razılaşmaya əsasən qeyd olunan əmlakın ona satılması ilə bağlı İntiqam Talıbovla 29.09.2015-ci ildə 48 saylı notariat kontorunda alqı-satqı müqaviləsini bağladı. Müqavilə bağlandıqdan sonra tikinti işlərinin necə aparacağını planlaşdırmaq üçün əraziyə getdikdə orada orta yaşlı bir kişi ona yaxınlaşaraq dedi ki, bu yeri sən almısan. Deyəndə ki, hə o, almışam, soruşdu ki, kimdən almısan. Dedi ki, İntiqamdan, o isə cavabında dedi ki, axı bura Xanlarındır. Həmin adam Xanların bacısı oğluna zəng edərək məlumat verdiyindən özünü Xanların bacısı oğlu kimi təqdim edən şəxs gələrək bildirdi ki, bu əmlak əslində dayısına məxsusdur, İntiqam səhv edib onu satıb. Belə olan təqdirdə o mübahisəli əmlak alaraq gələcəkdə özünə problem yaratmamaq üçün İntiqama etirazını bildirdi və onun təkidləri ilə aralarındakı 29.09.2015-ci il tarixli alqı-satqı müqaviləsi ləğv edildi, çünki ona münahisəli yer lazım deyildi. Müqaviləni ləğv etdirdikdən sonra İntiqam ondan əl çəkmədi, xahiş etdi ki, bir anlaşılmazlıq olub, əmlakı əldə etsə heç kim problem yaratmayacaq, təki əmlakı al, biznesi pis gündə qoyma. Bu barədə İntiqam onun yanında Xanlara zəng etdi və Xanlar da dedi ki, bu obyektlə bağlı İntiqamla aralarında heç bir problem yoxdur, İntiqamla aralarında başqa məsələlər var və o da sənə aid deyil. (onlarda olan məlumata görə Xanlar cinayət əməllərinə görə axtarışdadır.) Onu da bildirir ki, hətta həmin vaxt İntiqam ona dedi ki, bir yoldan keçənin sözü ilə boş yerə müqaviləni ləğv etdin. Bu haldan və İntiqamın çoxsaylı israrlarından sonra razı oldu. İşləri ilə əlaqədar müqavilə bağlanılmasında iştirak edə bilməyəcəyindən bu dəfə müqavilə qardaşı Zaur İsmayılovla bağlanıldı. Çünki ailə biznesi olduğu üçün əmlakın hansının adına rəsmiləşməsinin fərqi yoxdur. Onunla hansı şərtlərlə, məbləğdə bağlanılmışdısa Zaur İsmayılovla da bir neçə gün sonra, yəni 26.10.2015-ci il tarixində eyni şərtlərlə alqı-satqı müqaviləsi bağlanıldı. Qeyd etdiklərindən açıq-aydın görünür ki, işin faktiki halları İntiqam Talıbovun müraciətlərində qeyd etdiyi kimi deyil. İntiqam Talıbov qeyd edir ki, guya onunla bağlanan 29.09.2015-ci il tarixli müqavilənin ləğv edilməsini o tələb edib. Guya müqavilə üzrə 90.000 manat pulu ona ödəmədiyindən müqaviləni ləğv etdirib. Onunla bağlanılmış 29.09.2015-ci il tarixli müqavilənin ləğvindən çox keçməmiş qardaşı ilə eyni şərtlərlə müqavilə bağlaması bir daha təsdiq edir ki, aralarındakı müqaviləni ləğv etdirən o olmuş, qardaşı Zaurla bağlanılmış müqavilənin tərəfdarı isə məhz İntiqam olmuş və müqavilə də elə onun xahişləri nəticəsində yenidən bağlanılmışdır. İntiqam qeyd edir ki, formal həyata keçirilmiş alqı-satqıdan sonra bir ay keçdi pulu ödənilmədi, 2 ay, 5 ay və beləliklə hər dəfə Elşən ona and içərək yaxın günlərdə pulunun ödənişini şəxsən də olsa özü ödəyəcəyini bildirməklə faktiki olaraq onu aldatmağa davam etmişdir. İntiqamın dediyinin əksinə olaraq müqavilə formal bağlanılmamış, yuxarıda da qeyd edildiyi kimi və müqavilədə də təsbitini tapan şərtlərlə əmlakın alqı-satqısı olub. Əgər dediyi kimi, ona müqavilə üzrə hansısa ödəniş edilməmişdisə nə üçün bu şərtlər digər şərtlər kimi 26.10.2015-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsində qeyd edilibməyib? Əgər deyirsə ki, onunla bağlanan müqavilə üzrə pulu bir həftə ərzində ödəmədiyindən, aldadıldığından müqaviləni ləğv edibsə, nə üçün yenidən qardaşı ilə müqavilə bağlayırdı? Səbəb, çünki onlara pul lazım idi, özlərinə isə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ərazi. Müqavilənin məzmunundan da göründüyü kimi heç bir aldatma mövcud olmamış, X17 azad iradəsi ilə notariatda müqaviləni bağlamışdır. Lakin bütün bunlara baxmayaraq İntiqam Talıbov nədənsə qanunsuz və əsassız tələb ilə məhkəməyə müraciət edərək onların mülkiyyət hüquqlarını pozmağa çalışdı. Qanunsuz istəklərinə mülki qaydada nail ola bilmədikdə isə şantaj edərək, hədə-qorxu gələrək mülki münasibətə heç bir aidiyyəti olmayan qaydada hüquq mühafizə orqanına müraciət etdi. Artıq 6 ildən çox müddətin keçməsinə baxmayaraq İntiqam indi deyir ki, onu aldadıblar, mütəşəkkil şəkildə dələduzluq, mənimsəmə əməli törədiblər. İddia edir ki, necə ola bilərdi ki, 420.000 manata əldə etdiyi əmlakı 90.000 manata satsın. Alqı-satqı müqaviləsi guya formal olaraq bağlanılmış və bu ona görə edilmişdir ki, X14 X12 olan 600.000 manat borcu bağlanılsın. İntiqam Talıbovun özünə haqq qazandırmağa çalışdığı bu qeydi ilə iddia ərizəsində və şikayətdəki digər bəndlərindəki qeydi bir-birini təkzib edir. Belə ki, İntiqam qeyd edir ki; “Bundan sonra Mirzə adlı yaxın dostumun oğlu, X23 ona bildirmişdir ki, aldığım həmin akumulyator zavodunun ancaq və ancaq torpaq sahəsini və torpaq sahəsində olan tikililərini 600.000 ABŞ dollarına (halbuki iddiada dollar yox, manat qeyd edib) almaq istəyirlər.” Göründüyü kimi, bu qeyddə İntiqam özü etiraf edir ki, ortada pul müqabilində əmlakı almaq istəyən olub. Lakin sonradan bu hallan müxtəlif yollarla iddianın və şikayətin müxtəlif hissələrində təkzib etməyə başlayıb. İntiqamın 420.000 manata əldə etdiyi əmlakı niyə 90.000 manata satmaqla bağlı fikrinə isə münasibət olaraq bildirir ki, iş materiallarındakı sənədlərdən də göründüyü kimi əmlakı hərrac yolu ilə 22.09.2014-cü il tarixində əldə edib. Hətta İtiqamın da bildiyi kimi əmlak əslində İntiqamın dostu Xanlara məxsus olub, lakin X4 adına rəsmiləşib. Hərrac zamanı əmlak üzrə ilkin təyin edilən satış qiymətinə və hərracda satılmış son qiymətinə nəzər yetirdikdə aydın olur ki, məqsədli şəkildə İntiqam alıcı kimi hərraca qoşdurulmuş və əmlakı elə ilkin satışda əldə etmişdir. Daha sonra, İntiqam iddia ərizəsində qeyd edir ki, müxtəlif vaxtlarda Xanların banka olan borclarını o bağlamışdır. Bütün bunları isə indi onlara qarşı istifadə edir ki, guya əmlakı 420.000 manata alıb. Nəzərə alınmalıdır ki, hərracda əmlakın qiyməti 100.000 manat müəyyənləşib və 100.000 manata da əldə edilib. İntiqamla Xanlar arasında borc və ya başqa hansısa anlaşma, öhdəçilik olubsa onun da onlara aidiyyəti yoxdur. İntiqam iddia edir ki, guya 420.000 manata başa gələn əmlakı 90.000 manata satıb, aldanıb. Amma əsl həqiqətdə yuxarıda da qeyd edildiyi kimi ərazi yararsız vəziyyətdə olduğu, tikili təmirsiz olduğu, qaza, suya, kanalizasiyaya görə texniki şərtlər olmadığı, torpaq dövlətə məxsus olduğu və biznesinə pul lazım olduğu üçün əmlakı ona 90.000 manata satıb. Sual yaranır əgər dediyi kimi dələduzluq edilibsə, mənimsəmə olubsa niyə bu günə kimi hüquq mühafizə orqanlarına müraciət etməyib? Niyə bu günə kimi bir dəfə də olsa əmlakın olduğu yerə gəlməyib, onlara hansısa etirazını bildirməyib? Niyə mübahisəyə mülki qaydada qanuni şəkildə baxıldıqdan sonra dələduzluq, mənimsəmə adı ilə hüquq mühafizə orqanlarına müraciət edir? Aldatma ilə bağlı onu da qeyd edir ki, əsl həqiqətdə İntiqam Talıbov müqavilənin tələblərini pozub, onu aldadıb. Belə ki, 26.10.2015-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinin 10-cu bəndində qeyd edilib ki, “Alıcı”nın sahibliyinə verilənədək əmlakın vergisi, telefon, qaz, elektrik enerjisi və digər xidmətlər üzrə yaranmış borcların ödənilməsi “Satıcı”nın üzərinə düşür. Əmlak alqı-satqısından sonra elektrik sayğacı qardaşının adına (Zaur İsmayılov) keçirilmişdir. Əmlakı alan zaman 27.10.2015-ci il tarixə təkcə 395.38 manat borc olduğu bildirilmişdir ki, həmin borc ödənildikdən sonra işığın verilməsi bərpa edilmişdir. Lakin hazırda həmin sayğacı əmlakın qanuni əsaslarla indiki sahibi olan anası İsmayılova Gülnazın adına keçirmək istəyəndə bildirildi ki, sayğacın 32.842.43 manat dondurulmuş borcu var. Yəni göründüyü kimi İntiqam borcu bilsə də gizlətmiş və hazırda bu cür problem yaranmasına səbəb olmuşdur. Onu da bildirir ki, əmlakı əldə edəndən sonra əraziyə qaz, su, kanalizasiya xətləri çəkilmişdir. Həmçinin, İntiqama da məlum olduğu kimi əmlak ona satılan zaman ərazinin yarıdan çoxu qamışlıq, bataqlıq olduğundan öz vəsaiti hesabına ora 1000 maşın torpaq tökdürmüş, ərazini yararlı vəziyyətə gətirmiş, təqribən 100.000 manata əlavə 300 kv/m-lik başqa bir anbar binası tikmiş, oradakı tikilinin remoııtu üçün 100.000 manat pul xərcləmiş, 1000 kv/m-lik soyuducu anbar tikintisinə və avadanlıqlara 800.000 manat pul xərcləmiş, ümumilikdə işlərə 1.000.000 manat pul sərf etmişlər. 2015-ci ildən bu günə kimi bu qədər əziyyət çəkib, vəsait xərcləyəndən sonra İntiqam heç bir hüquqi əsası olmayan hallarla qanunvericiliyin tələblərini pozaraq birbaşa məhkəməyə müraciət edir. Verdiyi iddia tələbindən, şikayətdən və onu əsaslandırmağa çalışdığı bəhanələrdən görünür ki, İntiqam bu müddətdə ərazidə aparılan quruculuq işlərini, tikintiləri görüb və nə yolla olur-olsun onu şantaj etməklə, yalan danışaraq, həqiqəti, rəsmi müqaviləni özünə sərf edən şəkildə təhrif etməklə, eləcə də Elşənlə arasındakı, onlara heç bir aidiyyəti olmayan hansısa mübahisənin səbəbi kimi onları göstərməklə gəlir əldə etmək niyyətindədir. Özü də ki, İntiqam iddiasının mülki qanunvericilik baxımında rədd ediləcəyini bildiyi, verilmiş iddianın Elşəndən pul almaq məqsədi daşıdığını bildiyi və etiraf etdiyi, Elşənlə aralarında hansısa razılaşma əldə etdikdən sonra könüllü ərizə verərək iddiadan imtina etdiyi halda Elşənin ölümündən sonra şikayət etməsi sübut edir ki, İntiqam Elşəndən ala bilmədiklərini nə yolla olur olsun onlardan almaq istəyir. Bu isə yolverilməzdir, onların hüquqlarımızın kobud şəkildə pozulması deməkdir. İntiqam bilir ki, o, 6 il ərzində ərazinin abadlaşdırılmasına, tikinti işlərinin aparılmasına külli miqdarda pul xərcləmişdir. Düşünürdü ki, həqiqəti təhrif edən, qanunuvericiliyin tələblərini pozan iddia verməklə istədiyinə nail olacaq. Lakin onun tələbi qanunsuz və əsassız olmaqla yanaşı, məhkəməyə müraciət üçün qanunvericiliklə müəyyənləşdirilmiş müddəti də buraxdığından tələbinin təmin edilməsi mümkün deyil. Belə ki, İntiqam Talıbov aldatma olmadığını, danışıqları, razılaşma şərtlərini bildiyi halda şikayətlərində, məhkəmədə alqı-satqı müqaviləsinin aldatma ilə bağlanıldığını iddia etməkə bağlanmış əqdlərin etibarsız olduğunu bildirərək tələbinə haqq qazandırmağa çalışıb. Yuxarıda qeyd olunan işin hallarından və qanunvericiliyin tələblərindən aydın olur ki, mübahisəli əmlakın alqı-satqı müqaviləsi əsasında mülkiyyət hüququ ilə əldə edərkən qardaşım X20 həmin əmlakı vicdanlı əldə edib və əmlak üzərində mülkiyyət hüquqlarının yaranmasının əsasını təşkil edən alqı-satqı müqaviləsinin etibarsızlığı üçün qanunda nəzərdə tutulan şərtlər mövcud olmamaqla, əməllərində dələduzluğun, mənimsəmənin və ya digər hansısa cinayətin tərkibi yoxdur. Qeyd olunanlar bir daha sübut edir ki, X17 tərəfindən iddia ərizəsində və şikayətdə qeyd olunmuş hallar təhrif olunaraq onun mənafeyinə xidmət edir. Həmçinin, iddia ərizəsindən və şikayətdən də görünür ki, İntiqam mötəbər sübutu olmadan onları dələduzluqda ittiham edərək, böhtan ataraq qanunvericiliyin tələblərini kobud şəkildə pozur. Mövcud mübahisə mülki xarakter daşıdığından burada hər hansı mənimsəmə və yaxud dələduzluq cinayətinin tərkibi yoxdur və bu mülki mübahisə də məhkəmədə öz qanuni həllini tapıb. Şikayətdə yenə də əsassız yerə qeyd edir ki, guya notariatda aparılan əməliyyatlar qanunsuz olmuş və onlar cavabdehlər tərəfindən həyata keçirilmiş, borcun ödənilməsi müqabilində ona təqdim edilmiş sənədlərə imza edib. Bu qeydin özü də həqiqəti təhrif etməkdən, istəyinə mülki proses qaydasında nail olmadığından yalana əl ataraq, məlumatları özünə sərf edən şəkildə təhrif edərək özünə haqq qazandırmaqdan başqa nəsə deyil. Amma yuxarıda da qeyd edildiyi, məhkəmə prosesində də müəyyən edildiyi kimi İntiqamın dediklərini təkzib edən, müqavilənin məhz onun iştirakı ilə aparıldığını, əmlaka dair ödənişi əldə etdiyini təsdiq edən bank qəbzləri var. Hətta onu da xüsusilə qeyd edir ki, əmlaka dair müqavilələr onun özünün seçdiyi noratiatda həyata keçirilmişdir, bu halın özü də saxtakarlığı təkzib edən haldır. Ümumiyyətlə belə nəticəyə gəlmək olur ki, Talıbov İntiqam onlara aidiyyəti olmayan maraqlarına nail olmaq üçün bu cür əsassız şikayətlər edir. Sual olunur əgər dediyi kimi saxtakarlıq var idisə nə üçün iddiadan imtina edirdi? Cavab, yuxarıda da qeyd edildiyi kimi iddiasının əsassız olmaqla yanaşı müddət buraxılmaqla verildiyini və onların onun Elşənlə arasında mübahisəyə heç bir aidiyyətləri olmadığını bildiyi, yekunda qanunun qələbə çalacağını anladığı və Elşənlə arasında pula dair dediyi razılaşmanı əldə etdiyi üçün iddiadan imtina etdi. İddiadan imtina etmə İntiqamın səhv olduğunu, şikayətində onları yalan yerə cinayətdə ittiham etdiyini göstərən başlıca amildir. X14 intihar etməsində onu təqsirli bilməsinə dair məsələyə isə aydınlıq gətirir ki, X14 intihar etməsində heç bir əlaqəsi olmamışdır. Bunu aşağıda qeyd edilənlər bir daha sübut edir: Belə ki, Talıbov İntiqam şikayətdə qeyd edir kı, məhkəməyə müraciət olunduqdan sonra, cavabdeh X16 ilə aralarında mütəmadi görüşlər olmuş və o, onun tələbinin təmin olunacağına, banka olan borcunun ödənilməsi ilə yanaşı ona dəymiş maddi zərərin ödənilməsinə zəmanət vermişdir. Sonradan ona məlum olmuşdur ki, X16 və onun şəriki olan Zaur adlı şəxs tərəfindən cavabdeh X1 Azərbaycana gətizdirilmiş və banka olan borcunun ödənilməsinin zəmanəti kimi, ona 26 aprel 2021-ci il tarixli “kredit müqavilə”si təqdim edilmişdir. 14.05.2021-ci il tarixdə onlara məlum olmuşdur ki, cavabdeh X26 intihar etmişdir. Bu məsələ ilə əlaqədar olaraq, 15.05.2021-ci il tarixdə digər cavabdeh X19 ilə görüşlərindən və görüş zamanı Zaur adlı şəxslə telefon danışıqlarından sonra ona məlum olmuşdur ki, o və onun şəriki kimi tanıdıqları Zaur adlı şəxs üzərlərinə götürdükləri öhdəliklərdən tamamilə imtina etmişlər. Abbas İsmayılovun və onun şəriki Zaur adlı şəxsin və 48 saylı notariusu Səadət Hüseynovun banka olan borca görə ödənişlər həyata keçirmək niyyətləri olmamış, onlar tərəfindən bu pulun ödənilməsi Elşən Rəhimovdan tələb edilmiş və məhz bu səbəbdən də onun intihar etməsini istisna etmir. Bildirir ki, yuxarıdakı qeydlər də həqiqətə uyğun deyil. İntiqam Talıbovun qeydləri tamamilə yanlışdır. Belə ki, bildirir ki, onun İntiqam Talıbovla bir neçə dəfə görüşməklərinin də başlıca təşəbbüskarı məhz elə İntiqam Talıbov olmuşdur. Xahiş edərək görüşmüş və hər görüşdə isə onun Elşənlə və yaxud digər kimlərləsə İntiqam arasında məsələyə aidiyyətinin olmadığını, əmlakı qanuni əsaslarla aldığınıı, vicdanlı alıcı olduğunu hazırda isə altı il müddət keçəndən sonra onları də qanunsuz yerə cavabdeh qismində qeyd etdiyini, sənədləşmələrin tam düzgün aparılıdığını demiş və ona da sübut etmiş, o da etiraf edib və nəticədə iddiadan könüllü imtina edib. O, ona demişdir ki, sənin tələbin qanunsuzdur və mülki qanunvericiliyə dair normaların tələbləri pozularaq verildiyindən rədd edilməlidir. O da əvvəllər hədə-qorxu gəlsə də, sonradan idiasının hüquqi əsasının olmadığını anladığından, onların onun qarşısında hansısa öhdəçiliyiklərinin olmadığını bildiyindən iddiadan imtina etmişdir. Yəni, onunla görüşlərinin, danışıqlarının mahiyyəti onun iddiasının əsassız olması, onun qarşısında hər hansı öhdəçiliyinin olmaması istiqamətində olub. O da bunu çox yaxşı bilirdi və yuxarıda da qeyd etdiyi kimi 06.05.2021-ci il tarixindəki prosesdə də özü bunları bir daha etiraf etmişdir. Əgər onun dediyi kimi hansısa öhdəliyi olsa idi necə ki, Elşənlə pula dair müqavilə bağlayıb eləcə də ən azı ondan bir qəbz ala bilərdi. Məhkəmə prosesləri zamanı bunları dedikdə isə əsəbi şəkildə səsini yüksəldərək deyir ki, bəs ona kimsə pul verməlidir də. Göründüyü kimi əsl həqiqətdə İntiqam Talıbov qanunsuz yola əl ataraq pul əldə etmək istəyir. Onun qarşısında rəsmi hansısa öhdəçiliyinin olmadığı halda o onları öhdəçilik adı altında yükləmək istəyir. Rəhimov Elşənin bura gətirilməsinə dair isə bildirir ki, onun Elşənin Azərbaycanda olmasından dost- tanışın məlumat verməsindən sonra xəbəri olub və onu da qeyd edir ki, o, Azərbaycanda olduğu müddətdə heç bir görüşləri olmayıb. Sual yaranır əgər İntiqamın dediyi kimi onu onlar gətizdiriblərsə nə üçün heç bir dəfə də olsun görüşməmişlər? Bir halı da xüsusilə qeyd edir ki, İntiqam deyirdi ki, “baxma indi sağlamlığımda problem var, keçmiş polisəm, kifayət qədər gücüm və əlaqələrim var. Həmçinin, İntiqam və Rəşad deyirdi ki, nə olsun ki, Xanlar İnterpolda axtarışdadır, Xanların və Mikayılın kriminal aləmdə kifayət qədər geniş əlaqələri var, danışmışıq, lazım gəlsə əlaqələrdən istifadə edəcəyik, Elşən harda olur-olsun ayağımıza gətizdirəcəyik.” Əgər dediyi kimi kredit müqaviləsini biz bağlatdırmışıqsa nə üçün müqavilə bağlanan zaman orda olmamışıq? Onu da bildirim ki, Elşənlə İntiqam arasında bağlanılmış kredit müqaviləsinin məzmunu ilə məhkəmədən sənədləri əldə edərək tanış olmuşdur. Qeyd edir ki, İntiqam şikayətdə yazır ki, Elşən 16.05.2021-ci il tarixində banka ödəniş etməli idi, amma müqaviləyə baxıldıqda bu barədə qeyd təsbitini tapmayıb. Digər mühüm nüans, Elşənin ölməsi xəbəri ilə bağlıdır. Belə ki, İntiqam onu Elşənin ölümü ilə bağlı günahlandırır, şübhələri onun üstünə atır. Lakin nəzərə almaq lazımdır ki, elə ona Elşənin ölüm xəbərini 14.05.2021-ci il tarixində intiqamın oğlu Rəşad zəng edərək deyib. Yuxarıda da qeyd etdiyi kimi Elşən ölkədə olan zaman onunla heç bir görüşü olmayıb, hətta o vəfat etdikdən sonra Rəşadgillə 15.05.2021-ci il tarixindəki görüşlərində dedi ki, heç rəhmətliklə də görüşmədim, görəsən necə idi. Bu zaman Rəşad telefonda Elşənin şəklini ona göstərdi ki, bax, özüm çəkmişəm. 15.05.2021-ci il tarixindəki İntiqamla görüşünə gəldikdə isə, qeyd edir ki, həmin gün mərhum Elşənin dəfnində iştirak edib yasdan ayrıldıqdan sonra Rəşad ona zəng edərək görüşməklərini xahiş etdi və görüş yeri də onun 9-cu mikrorayonda yerləşən ofisində baş tutdu. Belə ki, İntiqam, Rəşad gəldilər, söhbət əsnasında İntiqam pis vəziyyətdə olduğunu bildirərək ona dedi ki, gəl Zaura qarşı birləşək, pulları ondan alaq. O, də etiraz edərək bildirdi ki, o, niyə səninlə birləşim ki, bu da təzə oyunundur? Dedi ki, o, halallıq adamıdır, saxta işlərdə yoxdur, Zaurla salam-sağolu var bu hərəkət düz deyil, belə də ki, Zaurun nə aidiyyəti. Ondan dəfələrlə xahiş etdi ki, Zaura zəng et gəlsin bura, o, də yox dedikdən sonra özü zəng etdi Zaur götürmədikdə isə Rəşad zəng etdi və dedi ki, atası onunla danışmaq istəyir. İntiqam telefonda Zaura dedi ki, bəs sən pul boyun olmusan, pulları ver. Zaurun səsini eşitmədi, lakin İntiqamın üz ifadəsindən aydın oldu ki, istəyinə nail olmayıb. Bundan sonra o, də İntiqama dedi ki, arada hörmət var, bu cür oyunlara əl atma, dediyin kimi sənin Elşənlə məsələn olub, onun da onlara heç bir aidiyyəti yoxdu. Bundan sonra ondan xahiş etdi ki, görürsən vəziyyəti pisdi, nə olar ona pul ver, ziyandadır, sonra ona qaytarar. Belə olan təqdirdə cavab olaraq bildirdi ki, onun heç bir borcu, öhdəliyi yoxdur. Dedi ki, onun borcda olmağına bir insan kimi o, də pis olurdu, hətta kömək də etmək fikrində idi, amma o ki, Elşənin ölümündən sonra bu cür oyunlara gedirsən, camaatı şərləmək istəyir ona veriləcək pulu yoxdur. Həmçinin dedi ki, məhkəmədə qaldırdığın iddia da qanun əsasında həllini tapıb, tapacaq da. Onu da qeyd edir ki, X8 qanunsuz və əsassız iddiası üzrə artıq biricnci instansiya məhkəməsində iş yekunlaşmış və belə ki, Bitıəqədi Rayon Məhkəməsinin 2(0011-1284/2021 saylı, 17.12.2021-ci il tarixli qətnaməsi ilə X8 iddiası qanunsuz və əsassız olduğundan təmin edilməmişdir. Qeyd olunanlardan göründüyü kimi X17 onu ən ağır cinayətdə ittiham edir, belə ki X14 ölümündə onu günahkar bilir. Lakin nəzərə alınmalıdır ki, qeyd etdiyi kimi onun Elşən Rəhimovun ölümü ilə heç bir əlaqəsi olmayıb. X28 dediklərində bir az da olsa həqiqət, ehtimal olsaydı ölüm hadisəsi ilə bağlı onun də izahatını alardılar. Lakin aidiyyəti qaydada iş materialları tələb olunarsa açıq-aydın görünər ki onu hansısa orqan və ya şəxs bir dəfə də olsun çağırmayıb, nə də ki zəng etməyib. X28 ittihamları həqiqətə uyğun olsaydı o zaman onu də çağırıb sorğu-sual edərdilər. Göründüyü kimi səlahiyyətli şəxslərə də aydın olub ki, Talıbov İntiqam qanunsuz tələbinə təsir etmək, məsələni öz xeyrinə həll etmək üçün bu cür əsassız şikayətlərə əl atır. Onu da qeyd edir ki, Talıbov İntiqam hətta onun ailəsi və özü üçün guya təhlükə yaratdığı bəhanəsi ilə də mühafizə orqanlarına müraciət etmişdir. O, də mahiyyəti üzrə işin əsl hallarını qeyd edərək onun şikayətlərinin əsassız olduğunu, Talıbov İntiqamın hərəkətlərinin cinayət xarakteri daşıdığını, yalan olduğunu bildiyi halda onu ağır cinayətlərdə ittiham etdiyini bir daha diqqətə çatdırmışdır. Nəticə etibarı ilə aidiyyəti qurumlar məsələyə qanun tərəfindən baxaraq İntiqam Talbovun yazdıqlarının heç bir hüquqi əsası oldmadığını bilirlər. Lakin bu qanunsuzluqlarına qarşı tədbir görülmədiyini görən İntiqam Talıbov yenə də bu qanunsuz əməllərindən əl çəkməyərək böhtanlarına, təhqirlərinə, ağır cinayətdə ittihamlarına davam edir. Şikayətə əlavə edilmiş birinci instansiya məhkəməsinin qətnaməsi ilə sübut olunur ki, əməlimdə hansısa dələduzluğun, mənimsəmənin, sənədləri saxtal aşdırmatıın tərkibi yoxdur. Odur ki, İntiqam Talıbov və onun oğlu Rəşad Talıbov əsassız yerə sözügedən cinayətlərdə onu ittiham etdiyinə görə məsuliyyətə cəlb edilməlidir. Bununla yanaşı ölümündə onu təqsirli bildiyi X14 Nərimov Rayon Prokurorluğundakı cinayət işinin işinə baxılarsa mənim hanısasa təqsirimin, əlaqəmin olmadığı bəlli olur. Belə olan halda, yəni Talıbov İntiqamın bunu bildiyi halda yenə də ölümdə onu təqsirli bilməsi, ona ağır cinayətdə böhtan atması səbəbindən o və onun oğlu o cinayət məsuliyyətinə cəlb edilməlidir. Belə ki, işin əsl hallarına, qanunvericiliyin tələblərinə baxmayaraq X17 yenə də ona böhtan atmaqda davam edir, onu ağır cinayətlərdə ittiham edir. O bu qanunsuzluğu ilə öz qanunsuz iddia ərizəsinə haqq qazandırmağa, məhkəməyə təsir etməyə çalışır ki, qanunsuz tələbinə nəsə edə bilsin. Lakin nəzərə alınmalıdır ki, hər kəsin şərəf və ləyaqəti, işgüzar nüfuzu qanunvericiliklə qorunur. X17 düşünməməlidir ki, onun bu oyunlarına, təhqir və böhtanlarına göz yumacağam və oda onu istədiyi kimi biyabır edəcək. Yanılır, çünki, o, haqqını qanuni məhkəmə yolu ilə bərpa edəcək, yəni İntiqam Talıbov və onun oğlu Rəşad Talıbov da layiqli cəzalarını tapacaqlar. Böhtanların əks olunduğu sənədləri sübut kimi qiymətləndirmək üçün şikayətinə əlavə edir. Onu da qeyd edir ki, Binəqədi Rayon Məhkəməsindən böhtanla bağlı çıxışların 26.05.2021, 19.08.2021, 04.11.2021, 02.12.2021 və 17.12.2021-ci il tarixlərdə müşahidə kameralarına düşdüyü video-görüntülərin götürülməsi onun imkanların xaricində olduğundan, belə ki müraciət etsə də ona verilmədiyindən, həmin görüntülərin rəsmi səkildə məhkəmə qaydasında tələb edilərək götürülməsi zəruridir. Beləliklə bildirir ki, X17 və X18 barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət işi başlamaqla cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmaları barədə qərar qəbul edilməlidir. X5 və X18 qanunsuz əməllərindən başqa cür əl çəkməyəcəklər. Göstərilənlərə əsasən, ünvan 3 ünvanda yaşayan X17 və X18 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinin tələblərinə uyğun olaraq xüsusi ittiham qaydasında cinayət təqibinə başlayıb, onlara həmin maddədə nəzərdə tutulan ən yüksək həddə azadlıqdan məhrum etmə cəzasının təyin olunması barədə məhkəmə hökmü çıxarılmasınını məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X29 oğlu şikayətini müdafiə edərək, X17 və X18 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinin tələblərinə uyğun olaraq xüsusi ittiham qaydasında cinayət təqibinə başlayıb, onlara həmin maddədə nəzərdə tutulan ən yüksək həddə azadlıqdan məhrum etmə cəzasının təyin olunması barədə məhkəmə hökmü çıxarılmasınını məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X29 oğlunun nümayəndəsi və vəkili X21 şikayəti müdafiə edərək, X17 və X18 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinin tələblərinə uyğun olaraq xüsusi ittiham qaydasında cinayət təqibinə başlayıb, onlara həmin maddədə nəzərdə tutulan ən yüksək həddə azadlıqdan məhrum etmə cəzasının təyin olunması barədə məhkəmə hökmü çıxarılmasınını məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında barəsində şikayət verilmiş X17 şikayəti qəbul etməyərək, xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsindən imtina olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında barəsində şikayət verilmiş X18 şikayəti qəbul etməyərək, işə aidiyyatı olmadığını bildirmiş, ona görə də xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsindən imtina olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında barəsində şikayət verilmiş X8 və X9 müdafiəçisi Müdafiəçi3 xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsindən imtina olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış materiallara hüquqi qiymət verərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə Məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Məhkəmə qeyd edir ki, cinayət-prosessual qanunvericiliyinə görə, xüsusi ittiham qaydasında verilmiş şikayət o zaman əsaslı hesab edilir ki, şikayətdə istinad olunan əməlin həqiqətən törədildiyi, həmin əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyi, eləcə də qeyd olunan əməlin barəsində şikayət verilən şəxs tərəfindən törədildiyi müvafiq sübutlarla əsaslandırılsın. Odur ki, şikayətdə göstərilənlər müvafiq sübutlarla təsdiqlənmirsə, belə şikayət əsassız hesab edilməlidir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş X29 oğlu xüsusi ittiham qaydasnda şikayətində barəsində şikayət verilmiş X8 və X9 dövlət orqanlarına müraciətlərin istinad etməklə X17 və X18 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinin tələblərinə uyğun olaraq xüsusi ittiham qaydasında cinayət təqibinə başlayıb, onlara həmin maddədə nəzərdə tutulan ən yüksək həddə azadlıqdan məhrum etmə cəzasının təyin olunması barədə məhkəmə hökmü çıxarılmasınını məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, şikayət ərizəsinin məzmunundan cinayət hadisəsi və əməldə cinayət tərkibi əlamətləri müəyyən edilməmişdir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının Qərarının 5-ci bəndində göstərilir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin CM-nin 147.2 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə Məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Bununla da, X29 oğlunun xüsusi ittiham qaydasında şikayətinin yoxlanılması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda, 302.1.7-ci maddəsinə əsasən isə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə Məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə Məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadığından və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən məhkəmə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 və X9 Azərbaycan Respublikasının CM-nin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X29 oğlunun xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88, 293, 299,300, 302, 384-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 və X9 Azərbaycan Respublikasının CM-nin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X7 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar