Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-72/2025 28.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X9 qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, xx xxxx 1966-ci il tarixdə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işsiz, əvvəllər məhkum olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, özgənin əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 30 may 2023-cü il tarixdə saat 17 radələrində ünvan 3 ünvanında yerləşən Moskva Univermağına müştəri qismində gələrək Zərərçəkmiş şəxs1 qızıl-zinət əşyalarının satışı ilə məşğul olduğu yerdə Zərərçəkmiş şəxs1 fikrini yayınmasından istifadə edib piştaxtanın üzərindən "Tiffany Co" markalı, 750 ǝyyarlı, 7,67 qram çəkidə, 1300 manat dəyərində olan bir ədəd qadın qızıl üzüyünü gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 1300 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 30 iyun 2023-cü il tarixdə saat 16:25-də Zərərçəkmiş şəxs5 işlədiyi Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti 10 ünvanında yerləşən "MUM” ticarət mərkəzinə müştəri qismində gələrək orada qızıl-zinət əşyaları satılan piştaxtaya müştəri qismində yaxınlaşaraq Zərərçəkmiş şəxs5 fikrinin yayınmasından istifadə edib həmin piştaxtadan 1400 manat dəyərində 01 ədəd qızıl qolbağı gizli yolla talayıb Zərərçəkmiş şəxs5 ümumilikdə 1400 manat miqdarında maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 17 iyul 2023cü il tarixdə saat 17 radələrində Sumqayıt şəhǝri, 34-cü məhəllə ərazisində yerləşən "Karvan" Ticarət Mərkəzinə müştəri qismində gələrək Zərərçəkmiş şəxs2 məxsus qızıl alqısatqı dükanında satıcının fikrinin yayınmasından istifadə edərək 640 manat dəyərində 01 ədəd qadın qızıl boyunbağını gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 640 manat miqdarında maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 05 avqust 2023-cü il tarixdə saat 17 radələrində Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində yerləşən "Karvan" Ticarət Mərkəzinə müştəri qismində gələrək Zərərçəkmiş şəxs6 məxsus qızıl alqısatqı dükanında satıcının fikrinin yayınmasından istifadə edərək 300 manat dəyərində 01 ədəd qadın qızıl üzüyünü gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 300 manat miqdarında maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 24 oktyabr 2023-cü il tarixdə saat 18:10 radələrində Zərərçəkmiş şəxs3 işlədiyi Bakı şəhəri, Yasamal rayonu, Nizami 63 A ünvanda yerləşən «Qızıl-antik» əşya mağazasına müştəri qismində gələrək vitrinin üzərində satış üçün qoyulmuş Zərərçəkmiş şəxs3 məxsus 1600 manat dəyərində bir ədəd əyarı 585, çəkisi 14,75 qram olan qızıl qolbağını gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 1600 manat manat miqdarında maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsində yerləşən "MUM" ticarət mərkəzinin 1-ci mərtəbəsində olarkən arada olan "Marguise" adlı qızıl-zinət əşyalarının satışını keçirdən mağazada piştaxtanın üzərində olan Zərərçəkmiş şəxs4 məxsus 06 qramlıq 600 manat dəyərində qızıl boyunbağını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs4 maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o sonuncu dəfə Bakı şəhəri Xətai rayon məhkəməsinin 08 avqust 2024-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 04 ay 29 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Maddi vəziyyəti yaxşı olmadığı üçün qərara almışdır ki, oğurluq edib qazanc əldə etsin. Buna görə də 30 may 2023-cü il tarixdə təxminən saat 16:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Moskva Univermağına daxil olmuşdur ki, qızıl-zinət əşyası oğurlasın. O, Moskva Univermağında bir qədər gəzdikdən sonra cavan bir qızın qızıl-zinət əşyaları satdığı piştaxtaya yaxınlaşmış, həmin satıcıya özünü qızıl-zinət əşyası almaq istəyən şəxs kimi təqdim edib qızıl-zinət əşyalarına baxıb qadın qızıl qolbağının qiymətini hesablamağını satıcı qıza demişdir. Satıcı qız qızıl qolbağın dəyərini hesablayanda onun başının qarışıq olmasından istifadə edib bir ədəd qadın qızıl üzüyünü gizlincə pul kisǝsinin altına qoymuş, sonra qızıl qolbağın qiymətinin onu qane etmədiyini deyib həmin qızıl üzüyü pul kisəsi ilə birlikdə götürüb oradan uzaqlaşıb getmişdir. Həmin üzüyün üzərində 05 ədəd qaş olmuşdur. Həmin gün “Xalqar Dostluğu” metrosunun yaxınlığında yerləşən qızıl-zinət əşylarının alış-satışı mağazasına gedib həmin üzüyü orada işləyən kişi cinsli şəxsə 630 manata satmışdır. Həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, 30 iyun 2023-cü il tarixdə, təxminən saat 16:25-də oğurluq etmək məqsədilə Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti 10 ünvanında yerləşən “MUM” ticarət mərkəzinə daxil olub, ticarət mərkəzinin 2-ci mərtəbəsində yerləşən qızıl-zinət əşyalarının satışı vitrininə yaxınlaşmışdır. Həmin vitrinin arxasında tanımadığı satıcı qadın olmuşdur. O, həmin satıcıya qadın üçün qızıl qolbaq almaq istədiyini bildirmişdir. Həmin satıcı qadın ona bir neçə çeşiddə qızıl qolbaqlar göstərməyə başlamışdır. Bu vaxt o, satıcının fikrinin yayındığını görüb, fürsətdən istifadə edərək vitrinin üzərində olan 01 ədəd qızıl boyunbağını gizli yolla oğurlamış və oranı tərk etmişdir. O, həmin ticarət mərkəzindən çıxaraq birbaşa Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən metronun «Xalqlar Dostluğu» stansiyasının yaxınlığında yerləşən qızıl-zinət əşyalarının alqı-satqı mağazasına gedərək, öz şəxsiyyət vəsiqəsini təqdim etməklə 680 manat pulun müqabilində adını Ramin kimi bildiyi şəxsə satmışdır. Əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. O, Ramin adlı şəxsin anket məlumatları və əlaqə nömrəsini bilmir. O, həmin qolbağı öz şəxsiyyət vəsiqəsi əsasında satmaqla özünə məxsus olduğunu demiş, oğurluq yolu ilə əldə etməyini bildirməmişdir. Oğurluq cinayəti etməyi barədə hərhansı bir şəxsə məlumat verməmişdir. Bundan başqa o, Bakı şəhərində artıq oğurluqlar etdiyindən və orada onu tanıya biləcəklərindən ehtiyat etdiyi üçün oğurluğu Sumqayıt şəhərində məşhur olan Karvan Ticarət mərkəzində etməyi qərarlaşdırmışdır. Bu məqsədlə, 14 iyul 2023-cü il tarixdə saat 17 radələrində həmin ticarət mərkəzində fəaliyyət göstərən qızıl alqı-satqısı piştaxtasına yaxınlaşmış, həmin vaxt satıcı orta yaşlarında qadın olmuşdur. O, satıcıdan ona qadın qızıl boyunbağılarını göstərməsini xahiş etmiş, qadın ona qızıl boyunbağıları yığılmış qızıl qabı təqdim etmişdir. Həmin qabda olan təxmini çəkisi 5 qramdan yuxarı bir ədəd qızıl boyunbağını bəyənmiş, oğurlayacağı təqdirdə yaxşı qiymətə sata biləcəyini düşündüyü üçün həmin boyunbağını sağ əlinin içində saxlamışdır. Qadının diqqətini yayındırıb digər boyunbağını qadına göstərmiş və həmin boyunbağını bəyəndiyini deyərək səhəri gün gəlib alacağını bildirmişdir. Qadın ondan şübhələnməyərək qızıl qabını vitrinə geri qoymuşdur. Oğurladığı boyunbağını Bakı şəhəri, “20 Yanvar” dairəsi adlanan ərazidə qızıl-alqı satqısı xidmətini göstərən mağazada, hazırda adını xatırlamadığı şəxsə öz şəxsiyyət vəsiqəsini təqdim etməklə 300,0 manat müqabilində satmışdır. Əldə etdiyi pulun bir qismini borclarına, digər qismini isə şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, 05 avqust 2023-cü il tarixdə oğurluq etmək qərarına gəlmiş və bu məqsədlə Sumqayıt şəhəri, 34-cü məhəllədə yerləşən "Karvan" Ticarət Mərkəzinə yaxınlaşmışdır. Orada yenidən qızıl almaq məqsədi ilə piştaxtaxaya yaxınlaşmışdır. Qadın satıcıya qızıl üzük almaq istədiyini deyib ondan seçimləri ona təqdim etməsini xahiş etmişdir. Satıcı ona qadın qızıl üzükləri yığılmış qızıl qabını təqdim etmişdir. Həmin qabdan 01 ədəd qızıl üzüyü sağ əlinin içərisində gizlədərək, qabda olan üzükləri bəyənmədiyini ona deyib oradan uzaqlaşmışdır. Həmin vaxt üzük artıq onda olmuşdur. O, oğurladığı qızıl üzüyü də əvvəlki qaydada Bakı şəhəri, “20 Yanvar” dairəsi adlanan ərazidə qızıl alqı-satqı dükanında 150,0 manat müqabilində satmışdır. Qeyd olunan qızıl-zinət əşyalarını oğurlayarkən nə satıcı, nə də digər hər hansı bir şəxs onun oğurluq etməyini görməmişdirlər. Bundan başqa o, xx.xx.2023-cü il tarixdə axşam saatlarında içərişəhər metrosundan üzü “Tarqovuya” tərəf düşən zaman Mərkəzi Univermaqla üzbəüz Yasamal rayonu, ünvan 6 ünvanında yerləşən "Qızıl Antik" adlı əşya mağazası görmüş, içəridə bir neçə qadın olduğunu və başlarının qarışıq olduğunu görüb həmin mağazaya girmiş, vitrində üzərində çoxlu qızıl qolbaqlar olan dəstə baxmaq üçün istəmişdir. Qolbaqlara baxan zaman satıcı qadının başının qarışıq olmasından istifadə edərək həmin qızıl qolbaqlardan birini qoyulduğu yerdən çıxararaq həmin vaxt əlində olan qara rəngli pul kisənin altında gizlətmiş, sonra isə həmin mağazanı tərk etmişdir. Elə həmin gün o, mağazadan çıxan kimi həmin ünvanda 3-4 mağaza sonrakı Zərgər dükanına girmiş və həmin qızıl qolbağını orada 820 manata satmışdır. Qızıl qolbağın üzərində ağ rəngli qaşları olmuşdur. Oğurladığı həmin qızıl qolbağı satdıqdan sonra əldə etdiyi 820 manat pulu öz borcları və ehtiyaclarına üçün xərcləmişdir. Bundan başqa o, xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsində yerləşən "MUM" ticarət mərkəzinin 1-ci mǝrtəbəsində olduğu zaman "Marguise" mağazasının vitrininin üzərində qızılları görmüşdür. Həmin mağazaya yaxınlaşaraq satıcıdan qızıl barədə məlumat öyrəndikdə satıcı götürdüyü qızılın 585 karat olduğunu və 700 manat dəyərində olduğunu bildirmişdir. Satıcının başı qarışıq olduğu zaman həmin mağazanın vitrininin üzərində olan qızıl boyunbağını "Marguise" adlı mağazanın satıcısının başını suallar ilə qataraq vitrinin üzərində olan boyunbağını ehtiyacı olduğu üçün oğurlamışdır. Qızıl boyunbağını oğurladıqdan sonra o, Bakı şəhəri, Nəsimi rayonu, 28 may ərazisində yerləşən adını bilmədiyi mağazaya getmiş və orada oğurladığı boyunbağını 430 manata satmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında yerləşən Moskva Univermağına qızıl-zinǝt əşyalarının satışı ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində bir nəfər kişi cinsli şəxs müştəri qismində onun qızıl-zinət əşyaları satdığı vitrinə yaxınlaşaraq qadın üçün qızıl qolbaqlara baxmağa başlamışdır. O da həmin şəxsin baxmaq istədiyi qızıl-zinət əşyalarını ona göstərməyə başlamışdır. Lakin sonradan həmin şəxs heç bir qızıl-zinət əşyası almayaraq oradan uzaqlaşmışdır. Həmin şəxs çıxıb gedəndən sonra məlum olmuşdur ki, həmin şəxs onun fikrinin yayınmasından istifadə edib piştaxtanın üzərindən "Tiffany Co" markalı, 750 ǝyyarlı, 7,67 qram çəkidə, 1300 manat dəyərində olan bir ədəd qadın qızıl üzüyünü oğurlamışdır. Həmin şəxs üzüyü oğurlayanda görməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, təxminən 18 ildir ki, Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti 10 ünvanında yerləşən “MUM” ticarət mərkəzində satıcı işləyir. 30 iyun 2023-cü il tarixdə, təxminən saat 16:25 radələrində bir nəfər kişi cinsli şəxs müştəri qismində onun qızıl-zinət əşyaları satdığı vitrinə yaxınlaşaraq qadın üçün qızıl qolbaqlara baxmağa başlamışdır. O da həmin şəxsin baxmaq istədiyi qızıl-zinət əşyalarını həmin şəxsə göstərməyə başlamışdır. Lakin sonradan həmin şəxs heç bir qızıl-zinət əşyası almayaraq oradan uzaqlaşmışdır. Bundan sonra ona məlum olmuşdur ki, həmin şəxs onun fikrini yayındıraraq ona məxsus 01 ədəd 1400 manat dəyərində qadın üçün olan qızıl qolbağı gizli yolla oğurlamışdır. Lakin o, həmin şəxsin oğurluq etməsini görməmişdir. Həmin qızıl boyunbağı ona məxsus olduğundan ona maddi ziyan dəymişdir. Sonradan polis bölməsində olarkən ona məlum olmuşdur ki, həmin oğurluq hadisəsi Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Lakin o, həmin şəxsi əvvəllər tanımamış, həmin şəxslə heç bir düşmənçilik və ya ədavəti olmamışdır. Bu hadisə nəticəsində ona ümumilikdə 1400 manat maddi ziyan dəymişdir. Həmin qızıl qolbağın çəkisi 15,336 qram və 585 ǝyarlı olmuşdur. Həmin şəxs yalnız 01 ədəd 1400 manat dəyərində qızıl qolbağı gizli yolla oğurlamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, onun Sumqayıt Ticarət Mərkəzində piştaxtası var, orada qızıl alqı-satqısı ilə məşğul olur. Bəzən piştaxtanın arxasında özü, bəzən isə satıcısı Samirə adlı qadın dayanır. xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində Samirə piştaxtanın arxasında olarkən təxminən 55-60 yaş aralığında bir nəfər kişi ona yaxınlaşaraq qadın üçün qızıl sep almaq istədiyini bildirərək Samirədən ona nümunələr göstərməsini xahiş etmişdir. Həmin vaxt orada qeyd etdiyi şəxsdən savayı bir neçə müştəri də olmuşdur. Samirə adını sonradan bildiyi Emin adlı şəxsə qadın üçün qızıl sep nümunələri göstərdikdən sonra, Emin Samirənin başının qarışıq olmasından istifadə edərək dəyəri 640,0 manat olan 585 ǝyarlı 7,24 qram çəkidə qadın qızıl sepi oğurlamışdır. Bu barədə Samirə ona məlumat verdikdən sonra ilk əvvəl həmin şəxsi özü müəyyən etmək istəsə də, müsbət nəticə əldə edə bilmədiyindən məcbur qalıb xx.xx.2023-cü il tarixdə oğurluq hadisəsi barədə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə məlumat vermişdir. Oğurlanmış qadın qızıl sepi 7,24 qram çəkidə, 585 əyarlı olmuş, oğurluq nəticəsində ona 640,0 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, onun Sumqayıt Ticarət Mərkəzində piştaxtası var. Orada qızıl alqı-satıqısı ilə məşğul olur. 05 avqust 2023-cü il tarixdə, saat 17 radələrində piştaxtanın arxasında olarkən təxminən 55-60 yaş aralığında bir nəfər kişi ona yaxınlaşaraq qadın üçün qızıl üzük almaq istədiyini bildirərək, ona nümunələr göstərməsini xahiş etmişdir. Həmin vaxt orada qeyd etdiyi şəxsdən savayı bir neçə müştəri də olmuşdur. O, sonradan adının Emin olduğunu bildiyi şəxsə qadın üçün qızıl üzük nümunələri göstərdikdən sonra, Emin onun başının qarışıq olmasından istifadə edərək dəyəri 300,0 manat olan 585 ǝyarlı 2,87 qram çəkidə qadın qızıl üzüyü oğurlamışdır. Bu barədə dərhal xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 Xidməti Zəng Mərkəzinə məlumat vermiş və daha sonra həmin tarixdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə ərizə ilə müraciət etmişdir. Oğurluq nəticəsində ona 300,0 manat maddi ziyan dəymişdir. Oğurluq hadisəsinin birbaşa şahidi olmamış, Emin çıxıb getdikdən sonra üzük də yoxa çıxmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, 2013-cü il tarixdən “Antique Jewellery” qızıl və antik əşyalar mağazasında satıcı kimi işləyir. Mağazanın sahibi isə Şahid3dır. 24 oktyabr 2023cü il tarixdə, saat 18:00-da işlədiyi mağazaya gəlmişdir. Həmin vaxt mağazada ondan başqa Zeynəb xanım və Olya adlı digər satıcı olmuşdur. Onlar artıq mağazanı bağlamağa hazırlaşmışlar, saat 18:10 radələrində mağazaya qara kofta tünd rəngli kostyumda olan bir nəfər kişi daxil olmuş, o vitrində olan qızıl zinət əşyalarına baxmış, sonra isə satıcı Olyadan qızıl qolbaqlar düzülən manikenə baxmaq istədiyini bildirmişdir. Olya ona manikenin birini təqdim etmiş, manikenin üzərində isə 7 ədəd qızıl qolbaq olmuşdur. Həmin şəxs manikenə baxıb Olyaya qaytarmış və sonra isə qolbaqların qiymətini soruşaraq yoldaşı ilə gələcəyini deyib mağazanı tərk etmişdir. Bundan bir dəqiqə sonra Olya tez ona qızılın birinin manikenin üzərindən əksik olduğunu bildirmişdir. Həmin şəxsin arxasınca çölə çıxsa da, onu tapa bilməmişdir. Onlar qolbaqlara baxdıqda satış qiyməti 1600 manat 01 ədəd 585 ǝyarlı, 14,75 qram çəkidə üzərində sirkon qaşlar olan Bulgary model sarı qızıl qolbağın oğurlandığını müəyyən etmişdirlər. Həmin mağaza Şahid3 aid olsa da, həmin qızılları o, özü alaraq həmin mağazaya satmaq üçün qoymuşdur. Oğurluq hadisəsi nəticəsində maddi ziyan ona vurulmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 25 ildir ki, Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsində yerləşən "MUM"un birinci mərtəbəsində yer götürüb "Marguise" adlı mağazada qızıl alqısatqısı ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində işdə olduğu zaman bir nəfər şəxs qızıl almaq üçün piştaxtaya yaxınlaşmışdır. Ona boyunbağılar olan qutunu göstərmişdir. Piştaxtanın üzərində qızıl boyunbağılara baxarkən özü də bir neçəsini ona təqdim etmək üçün üzərinə taxmışdır. Bir qədər sonra bir qızılı bəyəndiyini deyib, axşam 18 radələrində arvadı ilə gəlib qızılı alacağını bildirmişdir. Həmin vaxt onun oğurluq etdiyini bilməmişdir. Sonra hesabat apararkən qızıllardan birində əksiklik olduğunu müəyyən etmiş və iş yerində olan müşahidə kamerasına baxış keçirən zaman həmin şəxsin oğurluq etdiyini müəyyən etmişdir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən əvvəl onun mağazasına 2 dəfə gəlmiş və müxtəlif qızıl əşyalarına baxmış, qiymətləri soruşmuş, lakin heç nə almamışdır. xx.xx.2024-cü il tarixdə isə qızıl boyunbağının əksik olduğunu müəyyən etmişdir. xx.xx.2024-cü il tarixdə onun mağazasından oğurlanan 585 ǝyarlı qızıl boyunbağının çəkisi həqiqətən də 6 qramdır, lakin o, həmin oğurluqdan sonra onun ümumilikdə 16 qram qızıl əşyalarının əksik olduğunu müəyyən etmiş və həmin qızıl əşyalarda boyunbağı olduğu üçün şübhələnmişdir ki, əvvəlki gəlişlərində onları da Təqsirləndirilən şəxs oğurlamışdır. İzahat və ifadələrində fikirlərini aydın ifadə edə bilmədiyi üçün o, cəmi 16 qram qızılının oğurlandığını bildirmişdir. Lakin xx.xx.2024-cü il tarixdə onun MUM-da olan mağazasından Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 585 ǝyarlı qızıl boyunbağının çəkisi 6 qram, qiyməti isə 600 manat olmuşdur. Mağazasından oğurlanmış 585 ǝyarlı 6 qram çəkidə qızıl boyunbağını məhkəmə əmtəəşünaslıq rəyində 540 manat dəyərində qiymətləndirilməsi ilə razı deyildir, həmin 585 ǝyarlı qızıl boyubağının qiyməti 600 manatdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 eyni məzmunlu ifadə verərək zərərçəkmiş şəxs X1 ifadəsində göstərdiyi halları və xüsusatları təsdiq etmişdir. Şahidlər Şahid1 və Şahid3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, ittiham və müdafiə tərəfi həmin şahidi dindirmək istəmədiyini bildirmiş, bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 01 aprel 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsində yerləşən “MUM” ticarət mərkəzidir. Həmin ticarət mərkəzində naməlum şəxs Zərərçəkmiş şəxs4 məxsus olan 1600 manat dəyərindəki qızıl boyunbağını oğurlamışdır. Qızıl boyunbağının 10 qram çəkisi olmuşdur (cild İ, i.v. 11-12). “İfadənin yerində yoxlanması haqqında” 27 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanılmamışdan əvvəl ifadəsində bildirdiyi törətmiş olduğu hadisəni törətmə üsulu və yerini göstərməyi təklif olundu. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində göstərdiyi halları və xüsusatları əyani şəkildə göstərməyə hazır olduğunu bildirdi. Bundan sonra istintaq hərəkəti iştirakçıları ilə birlikdə Təqsirləndirilən şəxs göstərdiyi qaydada Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsində yerləşən "MUM" ticarət mərkəzinin 1-ci mərtəbəsində yerləşən "Marguise” mağazasının vitrinini göstərərək xx.xx.2024-cü il tarixdə saat 12 radələrində satıcısının başını suallar ilə qataraq vitrinin üzərində olan boyunbağını oğurladığını göstərdi, boyunbağını oğurladıqdan sonra o, Bakı şəhəri, Nəsimi rayonu, 28 may ərazisində yerləşən “Karat gümüş qızıl” mağazasına satdığını əyani surətdə göstərdi. İfadənin yerində yoxlanması zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (Cild İ, i.v. 71-79). “Baxış keçirilməsi haqqında” 25 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 7 ünvanda “Qızıl Antik” mağazasında yerləşən X1 qızıl zinət əşyalarını satdığı piştaxtadır (cild İ, i.v. 116-118). “Baxış keçirilməsi haqqında” 15 iyun 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nəsimi rayonu, M.Cəfərov küçəsi 15 ünvanında “Moskva” ticarət mərkəzinin daxilində yerləşən Zərərçəkmiş şəxs1 məxsus qızıl-zinət əşyalarının alqı-satqı köşküdür (cild İ, i.v. 268-270). “Videogörüntülərə baxış keçirilməsi haqqında” 15 iyun 2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 17:02-də bir nəfər orta yaşlı şəxsin “Moskva” ticarət mərkəzininin "Surragah" adlanan zalında yerləşən qızıl-zinət əşyaları satılan köşkə yaxınlaşması, köşkün qarşısında satıcı ilə söhbət etməsi, ona göstərdiyi qızıl qolbağın çəkisini ölçdüyü zaman qızıl üzüyü gizli şəkildə pul kisəsinin altına qoyaraq gizlətməsi və oğurlayıb getməsi müşahidə olunmuşdur. (cild İ, i.v. 271-272). “İfadənin yerində yoxlanması haqqında” 09 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi halları və xüsusatları təsdiq edərək, Bakı şəhəri, Nəsimi rayonu, M.Cəfərov küçəsi 15 ünvanda «Moskva» ticarət mərkəzininin daxilində Zərərçəkmiş şəxs1 işlədiyi qızıl-zinət əşyalarının alqı satqı köşkdə piştaxtanın üzərindən xx.xx.2023-cü il tarixdə saat 17 radələrində qızıl üzüyü gizli şəkildə oğurladığını əyani olaraq göstərmişdir (cild İ, i.v. 318-319). “İfadənin yerində yoxlanması haqqında” 09 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi halları və xüsusatları təsdiq edərək xx.xx.2023-cü il tarixdə saat 17 radələrində “Moskva” ticarət mərkəzinindən qızıl üzüyü oğurlayıb satdığı Bakı şəhəri, Nizami rayonu, Qara-Qarayev prospekti "Xalqlar dostluğu" metrostansiyasının şimal çıxışında yerləşən qızıl-zinət əşyalarının alqı satqı mağazasını ǝyani olaraq göstərmişdir. İfadənin yerində yoxlanması zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild İ, i.v. 321-323). “Hadisə yerinə baxış keçirilməsi barədə” 04 iyul 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsində yerləşən “MUM” ticarət mərkəzidir (cild İİ, i.v. 9-10). “İfadənin yerində yoxlanması haqqında” 24 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 işlədiyi Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti 10 ünvanında yerləşən “MUM” ticarət mərkəzində yerləşən qızıl-zinət əşyaları satdığı vitrini təqdim edərək özünə məxsus qızıl qolbağın oğurlandığı yeri əyani olaraq göstərmişdir. Hadisə yerinin foto şəkilləri çəkilərək cinayət işinə əlavə edilmişdir (cild İİ, i.v. 24-27). “Diskə baxış keçirilməsi haqqında” 04 iyul 2023-cü il tarixli protokoldan görünür ki, həmin diskdə cəmi 01 (bir) ədəd olmaqla “mp4” formatlı faylın olması müəyyən olunmuş, həmin fayl açıldıqda 30 iyun 2023-cü il tarixdə, saat 16:25-dən etibarən əynində açıq rəngli şalvar və qara rəngli qısaqol köynək olan Təqsirləndirilən şəxs “MUM” ticarət mərkəzində qızıl-zinət əşyaları satılan vitrinlərə baxaraq qarşı tərəfə addımlaması, ön sol tərəfdə yerləşən mərkəzində qızıl-zinət əşyaları satılan vitrinə yaxınlaşması və həmin vitrindən oğurluq etməsi müşahidə olunur. Baxış zamanı Təqsirləndirilən şəxs həmin vitrindən 01 ədəd qızıl qolbaq oğurladığını etiraf etmişdir (cild İİ, i.v. 32). Alqı-satqı qəbzindən görunur ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs AZE №15962930 saylı şəxsiyyət vəsiqəsini təqdim etməklə bir ədəd 15,4 ölçülü qolbağı 780 manata satmışdır (cild İİ, i.v. 39). “Sübutların qiymətləndirilməsi haqqında” 17 iyul 2023-cü il tarixi qərardan görünür ki,cinayət işi üzrə oğurluq hadisəsini özündə əks etdirən həmin 01 (bir) ədəd DVD disk və şahid qismində dindirilmiş Şahid5 istintaqa təqdim etdiyi alqı-satqı qəbzi iş üçün sübut əhəmiyyətinə malik olduğundan sübut növü kimi tanınmışdır (cild İİ, i.v. 66-71). “Elektron məlumat daşıyıcısı olan diskin götürülməsi və baxış keçirmə haqqında” 06 iyun 2024-cü il tarixli protokoldan görünür ki, DVD formatlı diskin yaddaşına köçürülmüş 48 saniyə müddəti əhatə edən "WhatsApp Video 2024-08-03 at 11.30.44" adlanan video faylda "MUM” ticarət mərkəzininin 1-ci mərtəbəsində yerləşən "Marquise" qızıl alqı-satqı mağazasında piştaxtanın üstünə qızıl-zinət əşyalarının düzülməsi, həmin vaxt piştaxtanın qarşısında dayanan Təqsirləndirilən şəxs sağ əlində mobil telefon, sol əlində pul kisəsi tutması və piştaxtanın arxa tərəfində dayanmış Zərərçəkmiş şəxs4 boyunbağını boynuna taxmaqla məşqul olması, qarşısında olan güzgüyə baxması, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 başının qarışmasından və fikirinin yayınmasından istifadə edərək piştaxtanın üzərində olan bir ədəd boyunbağını götürərək sol əlinin ovuc hissəsinə ötürərək üstünə pul kisəsini qoyaraq gizlətməsi və daha sonra əlinədəki mobil telefonu qurdalaması və Zərərçəkmiş şəxs4 ilə sağollaşaraq oradan uzaqlaşması müşahidə olunur. Monitorda titr vaxtı videogörüntünün başlanmasını xx.xx.2024-ci il saat 12.21.12, qurtarmasını saat 12.22.00 göstərir, baxışda iştirak edən Zərərçəkmiş şəxs4 videokamera düzgün qurulmadığı üçün hadisənin baş verdiyi tarixi 2 gün əvvəli göstərmişdir, fakti olaraq hadisə xx.xx.2024-ci il tarixdə baş vermişdir (cild İİİ, i.v. 11-12). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 15 avqust 2024-cü il tarixli, 9/5302 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən zərgərlik məmulatlarının 2023-cü ilin oktyabr ayına və 2024-cü ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 3233,75 manat müəyyən olunur. O cümlədən: Zərərçəkmiş şəxs3 məxsus əyarı 585, çəkisi 14,75 qram olan qızıl boyunbağı - 1253,75 manat (14,75 qram x 85,00 manat); Zərərçəkmiş şəxs4 məxsus zərgərlik məmulatları - 1980,00 manat. Həmin zərgərlik məmulatlarının ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir (cild İİİ, i.v. 25-26). “Sübutların qiymətləndirilməsi haqqında” 06 oktyabr 2024-cü il tarixi qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən məhkəmə nəzəri əmtəəşünaslıq ekspertizasının 15 sentyabr 2024-cü il tarixli, 9/5302 nömrəli ekspert rəyi sübut kimi qiymətləndirilməsin, rəydə qeyd olunan qolbağ sözləri boyunbağı kimi tanınaraq oxunsun. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus "Tiffany Co" markalı, 750 ǝyarlı, 7,67 qram çəkidə üzüyün dəyəri ifadəsində göstərdiyi kimi 1300 manat, zərərçəkmiş Zərərçəkmiş şəxs5 məxsus 01 ədəd qızıl qolbağın dəyəri ifadəsində göstərdiyi kimi 1400 manat, Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd qadın qızıl boyunbağının dəyəri ifadəsində göstərdiyi kimi 640 manat, Zərərçəkmiş şəxs6 məxsus 01 ədəd qadın qızıl üzüyünün dəyəri ifadəsində göstərdiyi kimi 300 manat, zərərçəkmiş şəxs X2 məxsus 585 ǝyarlı, çəkisi 14,75 qram olan qızıl boyunbağının dəyəri ifadəsində göstərdiyi kimi 1600 manat və Zərərçəkmiş şəxs4 məxsus 585 ǝyarlı, çəkisi 6 qram olan qızıl boyunbağın dəyəri 600 manat dəyərlərində qiymətləndirilmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən məhkəmə-nəzəri əmtəəşünaslıq ekspertizasının 15 sentyabr 2024-cü il tarixli, 9/5302 nömrəli rəyi sübut kimi qəbul edilməmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs tərəfindən 30 iyun 2023-cü il tarixdə, saat 16:25-dən etibarən ünvan 3 ünvanında yerləşən X7 Məmmədovaya məxsus qızıl üzüyü oğurlaması hadisəsini özündə əks etdirən elektron məlumat daşıyıcısı olan 01 (bir) ǝdǝd «DVD» disk, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs AZE №15962930 saylı şəxsiyyət vəsiqəsini təqdim etməklə bir ədəd 15,4 ölçülü qolbağı 780 manata Şahid5 satmasına aid qəbz, Zərərçəkmiş şəxs4 işlədiyi mağazada quraşdırılmış təhlükəsizlik kamerası Təqsirləndirilən şəxs tərəfindən boyunbağını oğurlaması hadisəsini özündə əks etdirən elektron məlumat daşıyıcısı olan 01 (bir) ədəd “DVD” disk maddi sübut kitmi tanınmış və cinayət işinin materiallarında saxlanılmışdır (cild İİİ, i.v. 50-67). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, hadisə yerinə baxış protokolları, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 2ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin qərarın 20-ci bəndində göstərilmişdir ki, anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, təkrar törədildikdə və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 66.2-ci maddəsinə əsasə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 26 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 10:30-da tutulmuşdur. (cild İ, i.v. 37). “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 27 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və sonuncu saxlanıldığı Səbail RPİ-nin MSY-dən azad edilmişdir (cild İ, i.v. 54-55). 27 aprel 2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs4 dəymiş ziyanın 200 (iki yüz) manatını almışdır (cild İ, i.v. 70). “Cinayət işlərinin bir icraatda birləşdirilməsi, cinayət əməllərinin tövsif edilməsi haqqında” 30 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinə birləşdirilərək cinayət işinin istintaqının ********* nömrə altında aparılması qərara alınmış və həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə tövsif edilərək istintaqı davam etdirilmişdir (cild İ, i.v. 89-91). “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 28 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:30-da tutulmuşdur (cild İ, i.v. 141-142). “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 30 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və sonuncu saxlanıldığı Yasamal RPİ-nin MSY-dən azad edilmişdir (cild İ, i.v. 173-174). "Cinayət təqibi üzrə cinayət işlərinin bir icraatda birləşdirilməsi və cinayət işi üzrə törədilmiş əməllərin və cinayət işinin materiallarını tövsif edilməsi haqqında" 06 dekabr 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinə birləşdirilərək cinayət təqibinin bir icraatda aparılması qərara alınmış və həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə tövsif edilərək ********* nömrə altında cinayət işinin istintaqı davam etdirilmişdir (cild İ, i.v. 187-188). "Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında" 07 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:30-da tutulmuşdur (cild İ, i.v. 224). "Təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi barədə" 09 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş və sonuncu saxlanıldığı Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir (cild İ, i.v. 247-248). “Qətimkan tədbiri seçilməsi barədə” 09 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmişdir (cild İ, i.v. 312-313). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2000-ci ildək qüvvədə olan Mirbəşir (indiki Tərtər) rayon Xalq Məhkəməsinin xx.xx.1985-ci il tarixli hökmü ilə Azərbaycan SSR CM-nin 207-ci maddəsinin 2-ci hissəsi, 207-ci maddəsinin 3-cü hissəsi və 102-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 5 il müddətinə, Nəsimi rayon Xalq Məhkəməsinin xx.xx.1991-ci il tarixli hökmü ilə xx.xx.2000-ci ildək qüvvədə olan Azərbaycan Respublikası CM-nin 226-1-ci maddəsinin 1-ci hissəsi ilə 1 il müddətinə, Xətai rayon Xalq Məhkəməsinin xx.xx.1992-ci il tarixli hökmü ilə xx.xx.2000-ci ildək qüvvədə olan Azərbaycan Respublikası CM-nin 189-1-ci maddəsinin 2-ci hissəs və 220-ci maddəsinin 2-ci hissəsi ilə ilə 3 il müddətinə, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 11.04.205-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 178.3.2-ci maddəsi təqsirli bilinərək 10 il müddətinə, Nərimanov rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1. və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 5 il 6 ay müddətinə, Nərimanov rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi təqsirli bilinərək 66.5-ci maddəsini tətbiq etməklə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nə dəyişikliklər edilməsi haqqında xx.xx.2020-ci il tarixli Qanuna əsasən cəzadan azad edilmişdir. Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi olan cinayət üzrə icraata Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən zərərçəkmişlə barışdığına görə CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilərək xitam verilmişdir. Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsilə təqsirli bilinərək 3 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsilə təqsirli bilinərək həmin Məcəllənin 66.5 və 69.3-cü maddələrini tətbiq etməklə ümumilikdə 04 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmışdır. (cild İİ, i.v. 87-90) “Axtarışda olan şəxsin tutulmasına dair” 08 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur (cild İİ, i.v. 95). “Qətimkan tədbirinin nəzərə alınması haqqında” 08 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmişdir (cild İİ, i.v. 119). “Axtarışda olanın tutulmasına dair” 07 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur (cild İİ, i.v. 95). "Təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin nəzərə alınması və MSY-dən azad edilməsi barədə" 09 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş və sonuncu saxlanıldığı Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir (cild İİ, i.v. 163-164). "Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında" 28 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:30-da tutulmuş və 30 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild İİ, i.v. 169-170). “MSY-dən azad edilməsi və qətimkan tədbiri seçilməsi haqqında” 27 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş və sonuncu saxlanıldığı Səbail RPİ-nin MSY-dən azad edilmişdir (cild İİ, i.v. 228). Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-328/2024 saylı, 19 noyabr 2024-cü il tarixli qərarından görünür ki, “barəsində polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və sonuncu barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı İstintaq Təcridxanasının 19 fevral 2025-ci il tarixli məktubundan görünür ki, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs 15 fevral 2025-ci il tarixdə Səbail RPİ-nin əməkdaşları tərəfindən tutularaq Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-354/2024 saylı, 08 avqust 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Astara Rayon Məhkəməsinin 1(018)-33/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət ona təyin edilmiş 05 (beş) ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılmış və üzərində 04 (dörd) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmiş, cəzaçəkmə müddətinin əvvəli 06 may 2024-cü il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməmişdir. Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin 1(018)- 33/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən birinə dəymiş zərərin qismən ödənilməsini, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı səmimi peşman olduğunu bildirməklə bərabər, onun əməlindən peşman olması yalnız sözlərində deyil, həm də davranışlarında və hərəkətlərində ifadə olunur. Belə ki, o, törətdiyi cinayət əməlini etiraf etməklə ibtidai istintaq və məhkəmə istintaqı zamanı cinayət əməlinin sübut olunmasında çətinliklər yaratmamışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra cəzanı çəkib qurtarmış şəxsin hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu təqdirdə cəzanın təyin edilərkən Cinayət Məcəlləsinin 66.5-ci maddəsində cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməsi təsbit edilmişdir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair qəbul edilmiş Qərarında “hökm çıxarılmazdan əvvəl”, “hökm çıxarıldıqdan sonra”, “məhkum” ifadələrinin mənası açıqlanaraq, həmin maddədə qanuni qüvvəyə minmiş hökmün nəzərdə tutulduğu qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halı həmin hökmün qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətə görə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinin mümkünlüyünu istisna edən əsas kimi qəbul edilə bilməz. Belə ki, göstərilən halda Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Beləliklə, cinayət qanunvericiliyi birinci hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halına aid hər hansı müstəsna qayda müəyyən etmədən, şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur. Qanunvericinin belə tənzimetməsi onunla izah olunur ki, cinayətlərin məcmusunun mövcud olduğu hər bir halda, o cümlədən birinci hökm üzrə cəzanın çəkilib qurtardığı halda da müvafiq qaydada cəza təyin edilməsi mütləqdir. Əks yanaşma, yəni şəxsə hökmün qanuni qüvvəyə mindiyi ana qədər törədilmiş cinayətə görə cinayətlərin məcmusu qaydasında deyil, ayrılıqda cəza təyin edilməsi cinayət qanununun cəza təyinetmə ilə bağlı qaydalarına zidd olmaqla yanaşı, həmçinin şəxsə daha ağır həddə cəza təyin edilməsi ilə nəticələnə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-354/2024 saylı, 08 avqust 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilən 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmalıdır. Bundan sonra Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəlki iş üzrə cəzasını çəkdiyi 05 (beş) ay müddət və hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu 10 (on) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan əlavə məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.5ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs cəzasının əvvəlinin Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-328/2024 saylı, 19 noyabr 2024-cü il tarixli qərarına əsasən həbs qətimkan tədbirinin seçilməsini və 15 fevral 2025-ci il tarixdən tutularaq istintaq təcridxanasına yerləşdirildiyini nəzərə alaraq cəzaçəkmə müddətinin əvvəlinin həmin tarixdən hesablanmasını və barəsində seçilmiş həbs növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 991.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut 03 ədəd disk cinаyət işinin mаtеriаllаrındа saxlanılmalıdır. İş üzrə təyin edilmiş ekspertizalarının üzrə aparılmış tədqiqatların dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 (on bir) manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 29 aprel 2025ci il tarixədək 1 saatı 6 manat olmaqla 35 (otuz beş), həmin tarixdən sonra 1 saatı 11 manatdan hesablanmaqla 61 saata görə 567 (beş yüz altmış yeddi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Bakı şəhəri 21 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-354/2024 saylı, 08 avqust 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilən 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs 02 (iki) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəlki iş üzrə cəzasını çəkdiyi 05 (beş) ay müddət və hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu 10 (on) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 10 (ay) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 15 fevral 2025-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut 03 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə aparılmış tədqiqatların dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 29 aprel 2025ci il tarixədək 1 saatı 6 manat olmaqla 35 (otuz beş), həmin tarixdən sonra 1 saatı 11 manatdan hesablanmaqla 61 saata görə 567 (beş yüz altmış yeddi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Bakı şəhəri 21 saylı Vəkil Bürosunun “Ekspress Bank”dakı hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan təqsirləndirlən şəxsə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-72/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-72/2025
28.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver