Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-73/2020 30.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Məmmədov Azər Rasim oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1982-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxsyaşayış sahəsinə qanunsuz daxil olmaqla özgəninin əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2019-cu ilin dekabr ayının 1-dən 2019-cu ilin dekabr ayının 18-nə kimi olan müddət ərzində, saat 23 radələrində vətəndaş Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Səbail rayonu, A.İsmayılov küçəsi ev 38 saylı evin hasarından həyətə qanunsuz daxil olaraq, evin qapısının sol tərəfində yerləşən mətbəxin plastik pəncərisini açaraq həmin mənzilin yataq otağında olan paltar dolabında Zərərçəkmiş şəxs məxsus 1 ədəd 200 manat dəyərində “Samsung grand 2” markalı mobil telefonu gizli olaraq talamış, cinayət əməlini davam etdirərək həmin mənzilin digər otaqlarını gəzdikdə qonaq otağında divara quraşdırılmış vəziyyətdə olan 1 ədəd 690 manat dəyərində “LG” markalı televizoru gizli talamaqla Zərərçəkmiş şəxs Ramil oğluna cəmi 890 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, A.İsmayılov küçəsi ev 37 saylı evdə bir il olar ki, anası Mahirə ilə kirayə yaşayır. Əvvəllər günə muzd fəhlə işləmişdir. Oğurluq etdiyi mənzil evlərinin divar qonşusu olmuşdur. Həmin evdə yaşayan şəxslərin kim olduqları barədə tam məlumatı olmamış sadəcə olaraq bilirmiş ki, bir cavan qız və bir cavan oğlan o mənzildə yaşayırlar. O, onları həmin mənzildə çox az vaxtlarda görürmüş. Hadisənin baş verdiyi tarixi yaddaşında qalmasa da, oğurluq hadisəsini 2019-cu ilin dekabr ayında axşam saatlarında təxminən 23 radələrində törətmişdir. O, təsadüfən bir gün görmüşdür ki, evin işıqları yanmır və həmin günü mənzilə daxil olmaq qərarına gəlmişdir. İlk öncə o, evin həyət qapısı tərəfə gəlmiş, qapı dəstəyini köməkliyi ilə yəni ayağını ora qoyub özünə təkan verib qapının üstünə qalxmışdır. Sonra o həmin həyətə düşmüşdür. O, evdə heç kim olmadığından əmin olduğu üçün həyətdə olan qapının sol tərəfində olan plastik pəncərəyə yaxınlaşıb pəncərəni açmaq üçün pəncərəyə yapışdırılmış rezini yerindən çıxartmış, bunun sayəsində pəncərəni rahat aça bildmişdir. Evə daxil olduqda mətbəxə olduğunu görmüşdür. Mətbəxdən digər otağa keçmiş, həmin otaqdan da yataq otağına keçmiş, yataq otağında pul, qızıl və pula satılası əşya axtarmış, lakin pul və qızıl tapa bilməmişdir. Yataq otağında sağda yerləşən paltar dolabına baxmış və orda olan telefonu götürmüşdür. Telefonun “Samsung” markalı, rəngi qara, sensor ekranlı olmuşdur. O, telefonun sənədlərinin qutunun içərisində olmasını düşünüb qutusu ilə birlikdə götürmüşdür. Sonra o, yataq otağından qonaq otağına keçmiş, divara quraşdırılmış kranşteynə bağlanmış vəziyyətdə televizoru görüb onu da oğurlamaq fikrinə düşmüş və həmin televizoru divardan kranşteynə birləşən yerdən sındırıb götürmüşdür. Həmin televizoru evin həyətində olan nərdivanın yanında olan selofana qoyub həmin mənzili tərk etmişdir. O, mənzildən daxil olduğu qaydada çıxmışdır. O, televizor və telefonu küçədə gizlətmişdir. Düşünmüşdür ki, küçədəki kameralar əlində televizoru aparmağını çəkər. Telefonuda küçənin digər yerində gizlətmişdir. Sonra o, evə qayıtmışdır. Sonra səhər durub televizor və telefonu qoyduğu yerə baxmış, lakin televizoru yerində görə bilməmişdir, telefon isə yerində idi. Bir neçə gün o, telefonu yerindən tərpətməmiş, sonra telefonu qoyduğu yerdən götürüb “28 may” adlanan ərazidə tanımadığı mağazaya daxil olub öz şəxsiyyət vəsiqəsi ilə birlikdə 15 (on beş manata) satmışdır. Həmin mağazaya telefonun özünə məxsus olmasını demiş, həmin şəxsdə ondan telefonun oğurluq olub-olmamasını soruşmuş o, isə cavabında ona telefonun özünə məxsus olmasını, pula ehtiyacı olduğu üçün satdığını bildirmiş, həmin şəxsdə onunla razılaşaraq telefonu almışdır. Daha sonra mağaza sahibi telefonun alması üçün ondan şəxsiyyət vəsiqəsini surətini istəmiş, o vəsiqəni ona verdikdən sonra mağaza sahibi vəsiqənin surətini çıxardıb, həmin kağıza telefonun “imei” kodu və məxsusluğu barədə qeyd aparmasını istəmiş və həmin kağıza öz əl yazısı ilə lazımı qeydləri aparmışdır. O, həmçinin ifadəsində bildirmişdir ki, Şahid2 istintaqa təqdim etdiyi “ 1) Mənə məxsus olan Samsung markalı telefon ........” sözləri ilə başlayan iltizamı telefonu Şahid2 satarkən özü yazmışdır. Mobil telefonu xx xxxxxx 2019-cu il tarixdə satmış, Zərərçəkmiş şəxs mənzilinə 2019-cu ilin 18 dekabr tarixinədək olan müddət ərzində daxil olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkdiyini, bir daha belə hallara yol verməyəcəyini və Zərərçəkmiş şəxs ondan şikayət və tələbinin, eləcə də mülki iddiasının olmadığını bildirib, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, A.İsmayılov küçəsi, ev 37 saylı evi 2019-cu ilin fevral ayında almış və həmin mənzildə özü və həyat yoldaşı Sitarə ilə yaşamışdır. O, həyat yoldaşı ilə birlikdə təxminən 2019-cu ilin sentyabr ayında Sahil qəsəbəsində yaşayan atasının evinə qonaq getmiş, xx xxxxxxx 2019-cu il tarixdə işləmək üçün X2 şəhərinə getmişdir. Arvadı Sitarə isə atasının evində qalmış, orda qalmasına baxmayaraq Sitarə Bakı şəhəri, Səbail rayonu, A.İsmayılov küçəsi ev 37 saylı evə baş çəkirdi. xx xxxxxx 2019-cu il tarixdə Permdən qayıtmış, xx xxxxxx 2019-cu il tarixdə 13 radələrində yaşadığı arvadı ilə birlikdə yaşadığı evə gəlmiş, evin həyət qapısının bağlı olduğunu görmüşlər, açarla açıb həyətə girmiş və görmüşdür ki, evin həyət tərəfə olan plastik pəncərəsi açıq vəziyyətdədir. O və həyat yoldaşı Sitarə evə daxil olmuş evdə nə baş verdiyini öyrənmək istədikdə görmüşlər ki, evin zalında divara quraşdırılmış “LG” markalı televizor oğurlanmış, evə ətraflı baxış keçirtmiş yataq otağında paltar dolabında olan özünə məxsus “Samsung grand 2” markalı telefonun yerində olmadığını görmüş və baş vermiş oğurluq barəsində DİN-nin 102 xidmətinə məlumat vermişdir. Həmçinin bildirmişdir ki, “Samsung grand 2” markalı mobil telefon qara rəngli, sensor ekranlı, korpusunun normal vəziyyətdə, ekranı isə sınmış vəziyyətdə olmuşdur. O qeyd etmişdir ki, dəymiş ziyan ona tam olaraq ödənilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək Təqsirləndirilən şəxs qarşı şikayət, tələbi və heç bir iddiası yoxdur və gələcəkdə də olmayacaqdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, A.İsmayılov küçəsi, ev 37 saylı evi 2019-cu ilin fevral ayında almışlar. Həmin mənzildə o əri Zərərçəkmiş şəxs ilə birlikdə yaşayırdı. 2019-cu ilin sentyabr ayında əri Ramin işləmək üçün X2 şəhərinə getməli olduğundan, onlar qalmaq Sahil qəsəbəsində yaşadığı qaynatasıgilin evinə getmişlər. Oktyabr ayında Ramin Perm şəhərinə getmiş, o isə qaynatasıgildə qalmışdır. Bakı şəhəri, Səbail rayonu, A.İsmayılov küçəsi, ev 37 saylı evə tez-tez baş çəkirdi, sonuncu dəfə 2019-cu ilin dekabr ayının əvvəllərində evə gəlmiş, evdə hər şey qaydasında olmuşdur. Ramin 2019-cu ilin dekabr ayının 15 Bakı şəhərinə qayıtmış, xx xxxxxx 2019-cu il tarixdə həyat yoldaşı ilə birlikdə saat 13 radələrində evə gəlmişlər, evin həyət qapısı bağlı olmuş, Ramin açarla açıb həyətə girmiş evə baxmış və görmüşdür ki, evin həyət tərəfə olan plastik pəncərəsi açıq vəziyyətdədir. O, Raminlə evə daxil olmuş, evdə nə baş verdiyini öyrənmək istədikdə görmüşlər ki, evin zalında divara quraşdırılmış “LG” markalı televizor oğurlanmış, evə ətraflı baxış keçirtmiş yataq otağında paltar dolabında olan “Samsung grand 2” markalı telefonun yerində olmadığını görmüşlər və baş vermiş oğurluq hadisəsi barədə DİN-nin 102 xidmətinə məlumat vermişlər. “Samsung grand 2” markalı mobil telefon qara rəngli, sensor ekranlı, korpusu normal vəziyyətdə, ekranı isə sınmış vəziyyətdə olmuşdur. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 28 may küçəsi 40 saylı ünvanında yerləşən telefon mağazasını 3 il müddətində icarə əsasında işlətmişdir. O, həmin mağazada işlənmiş telefonların alqı-satqısı, xarab telefonların təmiri ilə məşğul olurmuş. xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 15 radələrində tanımadığı bir nəfər oğlan mağazaya daxil olmuş ona demişdir ki, “məndə telefonlar var satmağa gətirmişəm, mən yolda qalmışam mənə pul lazımdır, imkansızlıqdan satmaq məcburiyyətindəyəm”. O həmin şəxsdən satdığı telefonları ona verilməsini istəmiş, telefonların hansı vəziyyətdə olması üçün ondan telefonu götürmüşdür. Həmin şəxs ona iki ədəd mobil telefon təqdim etmişdir. Həmin telefonlardan biri “Samsung Grand 2” digəri isə “HOFMAN- A100” markalı telefon olmuşdur. “Samsung Grand 2” markalı mobil telefonun sensor ekranı sınıq vəziyyətdə, rəngi tam yaddaşında qalmasa da, qara rəngli olduğunu xatırlamışdır. Telefonun bütün korpusu üzərində olmuş, ekranı işlək vəziyyətdə olmuşdur. “HOFMAN-A100” markal mobil telefon qara rəngli olmuş, telefonun korpusu normal vəziyyətdə olmuş lakin zaryatka yığan yeri isə işləmirmiş. O, hər iki telefona baxmış həmin şəxsə ala biləcəyini bildirmişdir. Sonra həmin şəxsə telefonların satılması üçün onun şəxsiyyət vəsiqənin lazım olacağını bildirmişdir. Həmin şəxs onun sözündən sonra şəxsiyyət vəsiqəsini çıxarıb ona təqdim etmişdir. Həmin şəxsin təqdim etdiyi şəxsiyyət vəsiqəsinə baxmış həmin şəxsiyyət vəsiqəsində olan şəkil ilə ona vəsiqəni təqdim edən şəxsin eyni şəxs olduğunu görmüş həmin şəxsiyyət vəsiqəsini iş yerində olan printerlə surətini çıxartmışdır. Həmin şəxs ona telefonu hansı qiymətə alacağını soruşduqda o, telefonların təmirə ehtiyacı olacağını ona görə də, baha qiymətə ala bilməyəcəyini bildirmişdir. O, telefonları hansı qiymətə almağını tam olaraq xatırlamasa da, hər iki telefon üçün ona təxminən 55 (əlli beş) manat pul vermişdir. O həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu şəxsiyyət vəsiqəsini ona təqdim etdikdən sonra bilmiş, o şəxsiyyət vəsiqəsinin surətini ona təqdim edib öz əli satdığı telefonların markasını, İMEİ kodlarını, telefonun kimə məxsusluğu barədə yazılı şəkildə yazmalı olacağını demişdir. Həmin şəxs onunla razılaşıb şəxsiyyət vəsiqəsinin surəti olan kağıza öz əl yazısı ilə deyilən xüsusatları qeyd etməyə başlamışdır. Hər iki mobil telefonun İMEİ kodunu ekrana gətirib İbrahimə göstərmiş o da ekrana baxıb hər iki mobil telefonun İMEİ kodunu kağıza köçürmüş və telefonun ona məxsus olmasını nə olacaqsa məsuliyyəti özü daşıyaçağı, telefonların markasını verdiyi günün tarixini (xx.xx.2019-cu il tarixini) əlaqə üçün telefon nömrəsini və sonda bütün yazılanları öz imzası ilə təsdiq etmişdir. Həmin şəxs pulu götürüb mağazadan uzaqlaşmışdır. xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində şübhəli şəxs qismində tutulmuşdur. xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində ittiham elan edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 4(009)-751/2019 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, Səbail RPİ-nin MSY-dən azadlığa buraxılmışdır. Sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan olunmuş ittihamda talanmış əmlakın dəyəri Zərərçəkmiş şəxs ifadəsinə əsasən “LG” markalı televizorun və “Samsung grand 2” markalı mobil telefonun hər ikisinin ümumilikdə orta bazar qiyməti 890 manat kimi qeyd olunması nəzərə alınmışdır. Həmçinin həmin qərarla mobil telefonu alan Şahid2 əməlində AzərbaycanRespublikasıCM-nin 194.1-cimaddəsində nəzərdə tutulmuş cinayət tərkibi olmadığından barəsində cinayəttəqibininbaşlanılması rədd edilmişdir. Zərərçəkmiş şəxs Bakı şəhəri 2 saylı notariat ofisində təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayət, tələbi və heç bir iddiası yoxdur və gələcəkdə də olmayacaqdır. Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X1 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1982-ci il tarixdə Salyan rayonunda anadan olmuş Təqsirləndirilən şəxs: 1) Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir; xx xxxx 2012-ci il tarixdə Salyan Rayon Məhkəməsinin qərarı ilə AR CM-nin 76-ci maddəsinə əsasən 08 ay 15 gün vaxtından əvvəl şərti azad olunub. 2) Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir; 3) Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx xxxxx 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli hökmü ilə təyin edilmiş 04 il (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 10 (on) ay 27 (iyirmi yeddi) günü yeni hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilərək qəti olaraq 01 (bir) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan yeni ittiham elan edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxstörətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu tamamilə sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, dəymiş ziyanı tam olaraq ödəməsini və zərərçəkmiş şəxsin ondan şikayət, tələbinin və mülki iddiasının olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Cinayət Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx xxxxx 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, lakin iki il keçmədən 2019-cu ilin dekabr ayında yenidən qəsdən az ağır cinayət törətmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətin təhlükəli residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin residivi zamanı əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkdiyindən ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İstintaq dövründə Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək tutularaq həbsdə olması Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla, 01 (bir) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli və barəsində həbs qətimkan tədbiri seçilərək, məhkəmə iclas zalında həbsə alınmalıdır. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət‑Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək, yəni 01 (bir) gün müddətində həbsdə olması, cəmi 01 (bir) gün müddətinin 01 (bir) gün azadlıqldan məhrum etmə cəzasına bərabər tutularaq, 01 (bir) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 03 (üç) il 03 (üç) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxsbarəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaqTəcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili X3 tərəfindən ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə 210 (iki yüz on) manat tutulub, Bakı şəhəri 12 saylı vəkil bürosunun (“xxxxxxxxxx” QSC-nin Səbail rayon filialındakı (kod 504960, müxbir hesabı AZ10NABZ********************, VÖEN **********) hesabına keçirilsin. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 270 (iki yüz yetmiş) manat Bakı şəhəri 03 saylı vəkil bürosunun “xxxxxxxxxxxx” ASC-nin Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-73/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-73/2020
30.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver