Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-73/2021 03.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1983-cü il tarixdə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat 19:55 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “KİO-RİO” markalı **-XZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi ilə üzü Lökbatan dairəsi istiqamətində saatda 70 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbinə əsasən hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görüb hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin təhlükəsizlik tədbirlərinə əməl etməmiş, mövcud şəraitdə Bakı şəhəri Səbail rayonu, Salyan şossesi 32 ünvanın yaxınlığında yolu soldan sağa keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq hissəsilə vuraraq ona ənsə sümüyünün kəllə əsasına keçən xətti sınığı, baş beyinin yumşaq qişası altına və beyin toxumasına qansızmalarla müşayiət olunan qapalı kəllə-beyin travması, ənsə-təpə nahiyəsinin dərialtı hematoması, alın nahiyəsinin sağ yarısının, sağ almacıq nahiyəsinin sıyrığı, sağ yanağın sağ burun boşluğuna açılmış əzilmiş yarası, sol yanağın sıyrığı, döş qəfəsinin arxa səthinin sağ yarısının, sağ bel nahiyəsinin, sağ burun yuxarı 1/3-nin sıyrıqları, sol böyrəkətrafı yumşaq toxumalara və böyrəyin aşağı qütbünə qansızmalar, sol baldır sümüklərinin aşağı 1/3-nin iç topuq proyeksiyasında açıq yerdəyişmiş sınıqları kimi xarakterizə olunan, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ölümünə səbəb olmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, «AB» kateqoriyaları üzrə olan sürücülük vəsiqəsi ilə avtomaşın idarə edir. xx xxxxxx 2020-ci il tarixdə 19:50 radələrində özünə məxsus “Kio-Rio” markalı ** XZ *** dövlət qeydiyyat nişanlı avtomaşını ilə yaşadığı Abşeron rayonu, Xırdalan şəhərinə gedərkən Səbail rayonu, Salyan Şösesi 32 ünvanda təxminən 70 km/saat sürətlə hərəkət edərkən bir qədər öndə hərəkətdə olan avtomaşının qarşısından qəfildən idarə etdiyi avtomaşının qarşısına çıxan bir nəfər kişini ehtiyatsızlıqdan avtomaşının qabaq hissəsi ilə vurmuşdur. Vurub təxminən 5-6 metr məsafə qət etdikdən sonra o, avtomaşını bir qədər arxaya vermişdir ki, vurduğu şəxsin üstündən digər avtomaşınlar keçməsin və avtomaşını yolun hərəkət hissəsində saxlayıb dərhal təcili tibbi yardım çağırmış və DİN-nin 102 xidmətinə zəng edib baş vermiş hadisə barədə məlumat vermişdir. Təxminən 5-10 dəqiqədən sonra hadisə yerinə polis əməkdaşları və sonradan təcili tibbi yardım briqadası gəlmişdir. Həkimlər Zərərçəkmiş şəxs müayinə etdikdən sonra öldüyünü təsdiq etmişlər. O, hadisədən əvvəl avtomobili təxminən 70 km/saat sürətlə idarə edirmiş, həmin kişini o, yalnız avtomaşınla vurduqdan sonra görmüş, sonuncunu bir qədər öndə hərəkətdə olan avtomaşının qarşısından çıxıb qəflətən onun idarə etdiyi avtomaşının qarşısına keçəndə vurmuşdur. Hadisədən əvvəl spirtli içki qəbul etməmiş, hadisədən əvvəl idarə etdiyi avtomaşında hər hansı bir nasazlıq olmamış, həmin avtomaşınla vurduğu şəxsi görməyinə mane olan sonuncunun bir qədər öndə hərəkətdə olan avtomaşının qarşısından qəflətən çıxıb onun idarə etdiyi avtomaşının qarşısına keçməsi olmuşdur. Törətdiyi əmələ görə səmimi peşmandır, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığını, ona qarşı şikayətinin, tələbinin və mülki iddiasının olmamasını, himayəsində iki azyaşlı uşağının olduğunu, həyat yoldaşının ağır xəstəlikdən əziyyət çəkdiyini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma qardaşıdır. Qardaşı Zərərçəkmiş şəxs təxminən bir ilə yaxındır ki, Bakı şəhərinə gəlmiş və burada fərdi əməklə məşğul olaraq, ustalıq edirdi. Qardaşı Zərərçəkmiş şəxs bir övladı var, lakin rəsmi nikaha daxi olmamışdır. Qardaşı Zərərçəkmiş şəxs hadisədən əvvəl təxminən 40-45 gün olardı ki, görmürdü. xx xxxxxx 2020-ci il tarixdə ona polis bölməsindən zəng edərək məlumat vermişlər ki, qardaşı Zərərçəkmiş şəxs Bakı şəhərində, Səbail rayonu ərazisində yolu keçərkən avtomaşın vurmuşdur və ayağı sınmışdır. O, Şabran rayonunda yaşayan qardaşı İlhamla zəngləşib birlikdə xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərinə gəlmiş və burada onlara məlum olmuşdur ki, yol-nəqliyyat hadisəsi zamanı qardaşı Zərərçəkmiş şəxs hadisə yerində vəfat etmişdir. O, həmçinin məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və mülki iddiasının olmadığını, onunla barışdığını, dəymiş ziyanın ödənildiyini göstərmişdir. Məhkəmə-tibb ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 64 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər-ənsə sümüyünün kəllə əsasına keçən xətti sınığı, baş beyinin yumşaq qişası altına və beyin toxumasına qansızmalarla müşayiət olunan qapalı kəllə-beyin travması, ənsə-təpə nahiyəsinin dərialtı hematoması, alın nahiyəsinin sağ yarısının, sağ almacıq nahiyəsinin sıyrığı, sağ yanağın sağ burun boşluğuna açılmış əzilmiş yarası, sol yanağın sıyrığı döş qəfəsinin arxa səthinin sağ yarısının, sağ bel nahiyəsinin, sağ burun yuxarı 1/3-nin sıyrıqları, sol böyrəkətrafı yumşaq toxumalara və böyrəyin aşağı qütbünə qansızmalar, sol baldır sümüklərinin aşağı 1/3-nin iç topuq proyeksiyasında açıq yerdəyişmiş sınıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, həyati əlamətlərə malik olmaqla ölümlə biləvasitə səbəbli əlaqələri vardır, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni xx xxxxxx 2020-ci il tarixli avtomobil travması, o cümlədən piyadanın hərəkətdə olan avtomaşının qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli ağır zərər vurmanın əlamətlərinə malikdirlər.Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb ənsə sümüyünün kəllə əsasına keçən xətti sınığı, baş beyinin yumşaq qişası altına və beyin toxumasına qansızmalarla müşayiət olunan qapalı kəllə-beyin travması olmuşdur.Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzidiazepin törəmələri və salisiatlar aşkar edilməmişdir. Məhkəmə Eskspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 8/2228 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası rəyindən görünür ki, “Kio-Rio” markalı ** XZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin” tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməkdə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddənin tələblərinə əsasən sürücü hrəkət edən təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin suərətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 100 (bir yüz) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələrin İdarəetmə Xidmətindən əldə edilmiş Təhlükəsiz Şəhər Xidmətinin Bakı şəhəri Salyan şosesində quraşdırılmış TŞ 1- 200.2 nömrəli videomüşahidə kamerasının yol-nəqliyyat hadisəsinin qeydə alınması ilə əlaqədar “DVD” diskə baxış protokolundan görünür ki, hadisə baş verən ərazi TŞ 1-200.2 nömrəli videomüşahidə qurğusundan təxminən 150-200 metr məsafədə yerləşir. Yol iki tərəfli olmaqla bir tərəfi üzü Qaradağ rayonu, Lökbatan qəsəbəsi istiqamətinə, digər tərəf isə Bakı şəhəri, Səbail rayonu istiqamətinə gəlir. xx xxxxxx 2020-ci il tarixdə saat 19.49-da Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanda bir nəfər piyada yolun kənarında olan dəmir çəpərin üstündən ayağını aşırmaq yolu ilə keçərək yolu soldan sağa adi yerişlə keçmək istəyir. Bundan sonra, saat 19.50 dəqiqədən başlayaraq hadisə baş verən yolun hərəkət hissəsində hərəkət edən avtomaşınların surəti azalmağa başlayır və bir qədər sıxlıq, tıxac əmələ gəlir. Lakin məsafə çox aralı olduğundan yol-nəqliyat hadisəsinin baş verməsi, yəni adi yerişlə yolu keçən piyadanın avtomaşınla vurulması anı videogörüntüdə öz əksini tapmır. Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx xxxxxx 2020-ci il tarixli, 2/18984 saylı aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs həmin tarixdə ayıq olmuşdur. Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən xx xxxxxx 2017-cı il tarixdə verilmiş sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “B” dərəcəli sürücülük hüququ vardır və xx xxxxxx 2027-ci ilədək etibarlıdır. Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “Kia Rio minik” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2020-ci il, göy metallik rəngli nəqliyyat vasitəsi Təqsirləndirilən şəxs mülkiyyətindədir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin DYP portalından əldə edilmiş çıxarışa əsasən Təqsirləndirilən şəxs sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. xx xxxxxx 2020-ci il tarixdə faktla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. 23 noyabr 2020-ci il tarixdə cinayət işi üzrə X1 zərərçəkmiş şəxs (mərhumun qardaşı) Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınmışdır. xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham elan edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliynin Baş Əməliyyat və X3 tərəfindən verilmiş tələbnamədən görünür ki, xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X2 ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti, tələbi və mülki iddiaıs yoxdur. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs iki azyaşlı uşağı vardır - xx.xx.2010-cu il tarixdə anadan olmuş X6 və xx.xx.20134- cü il tarixdə anadan olmuş Bəşirov Arif Zaur oğlu. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, həmçinin iş üzrə keçirilmiş ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci bəndinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı Qərarda məhkəmələrin diqqətinin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilməsi tövsiyyə edilmişdir. Həmin Qərarın 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini və əvvəllər məhkum olunmamasını, cinayətin hadisələrin təsadüfi axarı zəminində törədilməsi, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışıq əldə edilməsini və dəymiş ziyanı ödənilməsini, həmçinin himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə bu Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 59.1-ci maddəsinin 12-ci bəndinə görə zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, 13-cü bəndinə görə isə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin Azərbaycan Respublikası CM-nin 60.1.-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəzası təyin edilməli və o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: Dövlət Xəzinadarlığı Agentliyi, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE ********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 300 (üç yüz) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin 1 saylı Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-73/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-73/2021
03.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver