Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-73/2022 23.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Bakı şəhəri 03 saylı Vəkil bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə, xx xxxxx 1991-ci ildə Lənkəran rayonu, Sütəmurdov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkumluğu olmuş lakin məhkumluğu ödənilməmiş və götürülməmiş, Lənkəran rayonu Sütəmurdov kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda kirayədə yaşamış, hazırda barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri, xx xxxxxx 1980-ci ildə Zəngilan rayonu, Mincivan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, natamam orta təhsilli, evli, taksi sürücüsü işləyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, “Spot İnternat” ümumi yaşayış binasında nömrəsiz otaqda yaşayan, hazırda barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri, xx xxxx 1991-ci ildə Rusiya Federasiyası, Xabarovsiy vilayəti, Xabarovsiy şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Xaçmaz rayonu, Üçgün kəndində qeydiyyatda olmaqla ünvan 4 ünvanda yaşamış, hazırda barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri təqsirləndirilmələrinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında 23 dekabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən: Təqsirləndirilən şəxs1 cinayətin törədilməsinə dəlalət edən kifayət qədər sübutların məcmusuna əsasən təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olaq bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olaraq, zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ilk dəfə 10 sentyabr 2021-ci il tarixdə axşam saat 19-20 radələrində Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü Yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs məxsus və yaşayış sahəsi hesab olunan üç mərtəbəli ünvansız evinə qanunsuz daxil olaraq, oradan 01 ədəd 600 (altı yüz) manat dəyərində aliminium materialdan olan pəncərə və 01 ədəd 300 (üç yüz) manat dəyərində lazer aparatını, 12 sentyabr 2021-ci il tarixdə axşam saat 21 radələrində Təqsirləndirilən şəxs2lə birlikdə eyni üsulla həmin ünvandan 01 ədəd 600 (altı yüz) manat dəyərində aliminium materialdan olan pəncərə və 01 ədəd 200 (iki yüz) manat aliminium materialdan olan qapının bir tayını, 14 sentyabr 2021-ci il tarixdə axşam saat 20-21 radələrində Təqsirləndirilən şəxs2lə birlikdə eyni üsulla həmin ünvandan 01 ədəd 50 (əlli) manat dəyərində qızılı rəngli, İran İslam Respublikası istehsalı, dəmir materialdan olan samovar dəstini (çaydanlığı, cürdəyi və sini qabı ilə birgə), hər birinin qiyməti 600 (altı yüz) manat olmaqla, aliminium materialdan olan 02 ədəd pəncərəni və 01 ədəd 200 (iki yüz) manat aliminium materialdan olan qapını və sonuncu dəfə 25 sentyabr 2021-ci il tarixdə axşam saat 17-21 radələrində tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında eyni üsulla həmin ünvandan 01 ədəd 350 (üç yüz əlli) manat dəyərində “Total” markalı kompressoru, 01 ədəd 40 (qırx) manat dəyərində ədəd “Euromax” markalı 620 W-luq, orta ölçülü drel-perferatoru, 01 ədəd 280 (iki yüz səksən) manat dəyərində tünd yaşıl rəngli, böyük ölçülü “Total” markalı elektrkli mişarı, 01 ədəd 01 ədəd 250 (iki yüz əlli) manat dəyərində açıq yaşıl rəngli, kiçik ölçülü “Total” markalı elektrkli mişarı, 01 ədəd 80 (səksən) manat dəyərində “XO MMA-X315” markalı qaynaq aparatı, 01 ədəd 05 (beş) cihazını (beyini) vahid niyyətlə əhatə olunmuş qəsdlə gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 6.705 (altı min yeddi yüz beş) manat məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 cinayətin törədilməsinə dəlalət edən kifayət qədər sübutların məcmusuna əsasən təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olaq bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olaraq, zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ilk dəfə 10 sentyabr 2021-ci il tarixdə axşam saat 19-20 radələrində Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü Yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs məxsus və yaşayış sahəsi hesab olunan üç mərtəbəli ünvansız evinə qanunsuz daxil olaraq, oradan 01 ədəd 600 (altı yüz) manat dəyərində aliminium materialdan olan pəncərə və 01 ədəd 300 (üç yüz) manat dəyərində lazer aparatını, 12 sentyabr 2021-ci il tarixdə axşam saat 21 radələrində Təqsirləndirilən şəxs1 ilə birlikdə eyni üsulla həmin ünvandan 01 ədəd 600 (altı yüz) manat dəyərində aliminium materialdan olan pəncərə və 01 ədəd 200 (iki yüz) manat aliminium materialdan olan qapının bir tayını, 14 sentyabr 2021-ci il tarixdə axşam saat 20-21 radələrində Təqsirləndirilən şəxs1 ilə birlikdə eyni üsulla həmin ünvandan 01 ədəd 50 (əlli) manat dəyərində qızılı rəngli, İran İslam Respublikası istehsalı, dəmir materialdan olan samovar dəstini (çaydanlığı, cürdəyi və sini qabı ilə birgə), hər birinin qiyməti 600 (altı yüz) manat olmaqla, aliminium materialdan olan 02 ədəd pəncərəni və 01 ədəd 200 (iki yüz) manat aliminium materialdan olan qapını və sonuncu dəfə 25 sentyabr 2021-ci il tarixdə axşam saat 17-21 radələrində tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında eyni üsulla həmin ünvandan 01 ədəd 350 (üç yüz əlli) manat dəyərində “Total” markalı kompressoru, 01 ədəd 40 (qırx) manat dəyərində ədəd “Euromax” markalı 620 W-luq, orta ölçülü drel-perferatoru, 01 ədəd 280 (iki yüz səksən) manat dəyərində tünd yaşıl rəngli, böyük ölçülü “Total” markalı elektrkli mişarı, 01 ədəd 01 ədəd 250 (iki yüz əlli) manat dəyərində açıq yaşıl rəngli, kiçik ölçülü “Total” markalı elektrkli mişarı, 01 ədəd 80 (səksən) manat dəyərində “XO MMA- X315” markalı qaynaq aparatı, 01 ədəd 05 (beş) manat dəyərində qaynaq aparatı üçün dəbilqəni, hər birinin qiyməti 100 (yüz) manat olmaqla, İran İslam Respublikası istehsalı olan, üzərində “mərzərə” təsvirli, 100x50 sm ölçülü 04 ədəd xalçanı, 01 ədəd 150 (yüz əlli) manat dəyərində elektrikli taxta yonan aləti (frez), hər birinin qiyməti 600 (altı yüz) manat olmaqla aliminium materialdan olan 02 ədəd pəncərəni və həyətyanı sahədə saxlanılmış “VAZ-21014” markalı avtomobilin 800 (səkkiz yüz) manat dəyərində yaddaş cihazını (beyini) vahid niyyətlə əhatə olunmuş qəsdlə gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 6.705 (altı min yeddi yüz beş) manat məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 cinayətin törədilməsinə dəlalət edən kifayət qədər sübutların məcmusuna əsasən təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olaq bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olaraq, zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 25 sentyabr 2021-ci il tarixdə axşam saat 17-21 radələrində Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü Yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs məxsus və yaşayış sahəsi hesab olunan üç mərtəbəli nömrəsiz evinə qanunsuz daxil olaraq, oradan 01 ədəd 350 (üç yüz əlli) manat dəyərində “Total” markalı kompressoru, 01 ədəd 40 (qırx) manat dəyərində “Euromax” markalı 620 W-luq, orta ölçülü drel- perferatoru, 01 ədəd 280 (iki yüz səksən) manat dəyərində tünd yaşıl rəngli, böyük ölçülü “Total” markalı elektrkli mişarı, 01 ədəd 250 (iki yüz əlli) manat dəyərində açıq yaşıl rəngli, kiçik ölçülü “Total” markalı elektrkli mişarı, 01 ədəd 80 (səksən) manat dəyərində “XO MMA-X315” markalı qaynaq aparatı, 01 ədəd 05 (beş) manat dəyərində qaynaq aparatı üçün dəbilqəni, hər birinin qiyməti 100 (yüz) manat olmaqla, İran İslam Respublikası istehsalı olan, üzərində “mərzərə” təsvirli, 100x50 sm ölçülü 04 ədəd xalçanı, 01 ədəd 150 (yüz əlli) manat dəyərində elektrikli taxta yonan aləti (frez), hər birinin qiyməti 600 (altı yüz) manat olmaqla, aliminium materialdan olan 02 ədəd pəncərəni və həyətyanı sahədə saxlanılmış “VAZ-21014” markalı avtomobilin 800 (səkkiz yüz) manat dəyərində yaddaş cihazını (beyini) gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 3.555 (üç min beş yüz əlli beş) manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, həqiqi hərbi xidmətdə olmamış, 2016cı ilin fevral ayında Xəzər rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, 03 il 09 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və 2021-ci ilin noyabr ayında azadlığa çıxmışdır, əvvəllər narkotik vasitə marixuana qəbul etsə də, 2021-ci ilin iyun ayından etibarən müalicəsinin nəticəsi olaraq, narkotik vasitələrdən asılılığı yoxdur, heç bir fiziki, ruhi xəstəliklərdən əziyyət çəkmir, xroniki xəstəlik kimi onda «astma» xəstəliyinin ilkin əlamətləri müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs3 2018-ci ildən cəza çəkdiyi 14 saylı Cəzaçəkmə müəsissəsindən tanıyır, sonuncu ilə tanışlar kimi normal münasibətləri olmuşdur, düşmənçiliyi və ya ədavəti olmamışdır. Təqsirləndirilən şəxs2 təxminən 01 ildir taksi sürücüsü kimi tanıyır, sonuncunun «Hyundai İ 30» markalı avtomobil idarə etdiyini bilmiş, normal müştəri-sürücü münasibətləri olmuşdur, heç vaxt ədavəti və ya düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs Bakı şəhəri ərazisində iş axtardığı vaxt təxminən 02 il əvvəl tanımış və sonuncu ilə normal münasibətləri olmuşdur. Məcidin Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi ərazisində yerləşən fərdi evində təmir işlərində köməklik edib işləmiş, hər gün səhər saat 08-09 radələrində işə gedib axşam saat 18:00-18:30 radələrində işdən çıxmış, evdə daimi yaşayış və ya Məciddən icazəsiz və ya xəbərsiz daxil olmaq və ya hər hansı bir əşyanı özünə götürmək kimi hüquqları olmamış, həmin evdə sadə işçi kimi işləmiş və gündəlik 20-25 manat məbləğdə məvacib almışdır. 2021-ci ilin avqust ayından etibarən Zərərçəkmiş şəxs evini və içərisində olan əşyaları ona tapşıraraq işləri davam etdirməsini bildirib yaşadığı rayonu getmişdir. Təqsirləndirilən şəxs3 həbsdən azadlığa çıxandan sonra 2021-ci ilin avqust ayında onlar təsadüfən görüşmüş və münasibətləri davam etmişdir. «İlham» adlı şəxsi əvvəllər tanımamış və sonuncu ilə heç vaxt münasibəti olmamışdır. 2021-ci ilin avqust ayında Məcid Lənkəran rayonuna getdikdən sonra o, zəng edib Nəcməddinin də işsiz olduğunu demiş, onunla birlikdə Məcidin evində təmizlik işlərində köməklik edib işləməsi üçün icazə istəmişdir və Məcid razı olduqdan sonra Nəcməddin bir neçə gün onunla birlikdə Məcidin evində işləməyə başlamış və onlar günün çox vaxtını birlikdə keçirmişlər. 09 sentyabr 2021-ci il tarixdə ona təcili pul lazım olduğu üçün Bəxtiyara zəng edib işlədiyi evə çağırmış və borc pul istəmiş, həmin vaxtı Bəxtiyar özünün idarə etdiyi «Hyundai İ 30» markalı avtomobillə tanışı «İlham- adlı şəxs ilə birlikdə onun işlədiyi Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəs 3-cü Yaşayış masshində yerləşən Zərərçəkmiş şəxs məxsus evin qarşısına getmiş, həmin vaxtı o, Nəcməddin, Bəxtiyar və İlham görüşüb söhbət etmişlər. İlham və Nəcməddin Bəxtiyarın avtomobilində əyləşib düşməmişlər, o, və Bəxtiyar birlikdə Zərərçəkmiş şəxs evinə daxil olmuşlar. Həmin vaxt Bəxtiyar evin bir divarına söykənmiş Zərərçəkmiş şəxs məxsus aliminium qapı və pəncərələri göstərərək. “Bu de, pul” - deyə bildirmiş, onları oğurlayıb satmağını və rahat pul əldə etməsini demişdir. Bəxtiyarın təklifi onu maraqlandırmış, onlar bu barədə Bəxtiyar, Bəxtiyarın tanışı İlham və Nəcməddin ilə birlikdə söhbət etsələr də, İlham oğurluq etmək istəmədiyini, ətrafda video-kameralarm quraşdırıldığını və tutulmaq istəmədiyini bildirdiyinə görə həmin gün onlar Zərərçəkmiş şəxs məxsus evdən heç nə oğurlamamışlar və oradaq çıxıb getmişlər. Ertəsi gün, yəni 10 sentyabr 2021-ci il tarixdə axşam saat 19-20 radələrində o, Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3cü yaşayış massivində yerləşən fərdi evdə tək olanda bir ədəd aliminium pəncərəni «uqlarez», yəni elektrikli mişar ilə kəsib doğramış, 02 kisəyə doldurmuş və əvvəlcədən planlaşdırdıqları kimi, o, Bəxtiyara zəng edib Zərərçəkmiş şəxs məxsus evə çağırmışdır. Bəxtiyar həmin evə getdikdən sonra avtomobilini hasardan bayırda saxlamış, özü avtomobildən düşüb Məcidin evinə daxil olmuş, ortalıqda gəzərkən, bir ədəd lazer aparatını şkafdan götürüb bəyəndiyini, özünə götürdüyünü deyərək, evdən çıxarıb aparmış, avtomobilinə qoymuşdur. O, Bəxtiyarın ardınca evdən çıxıb doğradığı aliminiumların kisələrini bayıra çıxartmış, Bəxtiyar avtomobilinin baqajını açmış və o. kisələri baqaja qoyandan sonra oradan çıxıb getmişlər. O, Bəxtiyarla həmin aliminiumları satmaq istədikləri üçün Bəxtiyar Binəqədi kəndinə getməyi təklif etmiş və orada müştəri tapa biləcəklərini demişdir, lakin yolüstündə Yasamal rayonu 2-ci Alatava küçəsində olanda Bəxtiyar metal qəbulu sext görüb avtomobilini saxlayıb düşmüş, o, avtomobildə qalmış. Bəxtiyar isə metal qəbulu sexinə gedib oradakı tanımadığı şəxslə söhbət etmiş, şəxsiyyət vəsiqəsini göstərmişdir. Sonra o, avtomobildən düşüb Bəxtiyarın yanma getmiş, Bəxtiyar avtomobilində satılıq aliminium qapı-pəncərə olduğunu, fəhlə kimi işlədiklərini evdən söküntü zamanı köhnə olduğuna görə onlara verildiyini və satmaq istədiklərini demişdir. O, Bəxtiyarın dediklərini təsdiqləmiş və sonra Bəxtiyar razılıq aldıqdan sonra tanımadığı həmin şəxsə 02 kisə doğranmış aliminium qapı-pəncərəni təxminən 78-80 manata satmışlar. O, pulu aldıqdan sonra həmin puldan Bəxtiyara 20 (iyirmi) manat məbləğdə pul vermişdir. O, ilk dəfə Bəxtiyarla oğurluq edərkən tanışı Təqsirləndirilən şəxs3 da onlarla birlikdə, Bəxtiyarın avtomobilində olmuş, lakin oğurluqda onlarla birlikdə iştirak etməmişdir. İkinci dəfə o, 12 sentyabr 2021-ci il tarixdə axşam saat 20-21 radələrində Təqsirləndirilən şəxs2 eyni qaydada Zərərçəkmiş şəxs məxsus evə çağırmış, orada evin içinə birlikdə daxil olmuş, onun əvvəlcədən doğrayıb 02 kisəyə doldurduğu 01 ədəd aliminium pəncərə və 01 ədəd ailiminium qapının bir tayını eyni üsulla Bəxtiyarın avtomobilinə yükləmişlər və yenə Yasamal rayonu 2-ci Alatava küçəsində yerləşən metal qəbulu sexində təxminən 70-80 manata satmışlar, o, həmin puldan da Bəxtiyara 20 (iyirmi) manat məbləğdə pul ödəmişdir. O, üçüncü dəfə 14 sentyabr 2021-ci il tarixdə axşam saat 20-21 radələrində Təqsirləndirilən şəxs2 eyni üsulla Zərərçəkmiş şəxs məxsus evə çağırmış, Bəxtiyar evin içinə gəzərkən, ikinci mərtəbəyə qalxmış, oradan Zərərçəkmiş şəxs məxsus mis materialdan samovarı bəyəndiyini demiş, o da, həmin samovarı götürə biləcəyini bildirmişdir. Sonra o, əvvəlcədən doğrayıb 02 kisəyə doldurduğu 02 ədəd aliminium pəncərə və 01 ədəd ailiminium qapının bir tayını eyni üsulla Bəxtiyarın avtomobilinə yükləmiş və yenə Yasamal rayonu 2-ci Alatava küçəsində yerləşən metal qəbulu sexində təxminən 120 manata satmışlar, o, həmin puldan da Bəxtiyara 40 (qırx) manat məbləğdə pul vermişdir. Sonuncu, dördüncü dəfə isə 25 sentyabr 2021-ci il tarixdə o, Təqsirləndirilən şəxs3 ilə birgə Zərərçəkmiş şəxs məxsus evdə olarkən axşam saat 20- 21 radələrində Təqsirləndirilən şəxs2 yenə oğurluq etmək məqsədi ilə öz idarə etdiyi «Hyundai İ 30» markalı avtomobillə Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü Yaşayış massivində yerləşən fərdi evə getmiş, həmin vaxtı onun əvvəlcədən özü ilə doğrayıb 02 kisəyə doldurduğu 02 ədəd aliminium pəncərəni və 01 ədəd aliminium qapının hər iki tayını, 01 ədəd qaynaq aparatını. 01 ədəd qaynaq aparatının dəbilqəsini və 01 ədəd «Euromax» markalı perferator-dreli oğurlayıb Bəxtiyar və Nəcməddinlə birlikdə Bəxtiyarın avtomobilinə yükləmişlər. Sonra eyni ilə Yasamal rayonu 2-ci Alatava küçəsində yerləşən metal qəbulu sexinə yollanmışlar, orada həmin doğranmış aliminium qapı və pəncərələri təxminən 78-80 manata satmışlar. O, həmin puldan 20 (iyirmi) manatını Bəxtiyara vermiş, Nəcməddin kiməsə borcu olduğunu bildirərək, ondan 60 (altmış) manat məbləğdə pul istəmiş və o, həmin pulu da Nəcməddinə vermişdir. Sonra onlar oğurladıqları qaynaq aparatı, qaynaq aparatı dəbilqəsini və perferatoru satmaq istəyərkən. Bəxtiyar öz xalası oğlu «Kamil» adlı şəxsə zəng edib satılıq qaynaq aparatı, qaynaq aparatı üçün dəbilqə və perferator olduğunu demişdir. X8 rayonu Biləcəri qəsəbəsi ərazisində görüşmüşlər, həmin vaxtı Nəcməddinlə o, Bəxtiyarın avtomobilində oturmuş və görüşdə iştirak etməmişlər. Bəxtiyar “Kamil” adlı şəxslə görüşərək, sonnucuya qaynaq aparatı, qaynaq aparatı üçün dəbilqəni və perferatoru göstərib 70 (yetmiş) manata satdığını, həmin əşyaların ona məxsus olduğunu və onun rayona getməsi üçün təcili pula ehtiyacı olduğuna görə həmin əşyalarını satmaq istədiyini demişdir. Kamil həmin şəyaları bəyəndiyi üçün Bəxtiyara 70 (yetmiş) manat məbləğdə pul verib almışdır. Sonra o, həmin puldan da Bəxtiyara 10 (on) manat məbləğdə pul verib yerdə qalan hissəsini özünə götürmüşdür. Həmin tarixdən sonra o, bir daha Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü Yaşayış massivində yerləşən evinə getməmiş və bir daha həmin evdən oğurluq etməmişdir. 11 oktyabr 2021-ci il tarixdə o, Səbail rayonu Badamdar qəsəbəsi Mikayıl Müşviq küçəsinin yaxınlığında, dəqiq ünvanı bilmədiyi yerdə olarkən, Səbail RPİ-nin əməkdaşları onu saxlayıb 41-ci Polis Bölməsinə aparmışlar, orada izahatı alındıqdan sonra oradan Səbail RPİ-nin İstintaq Şöbəsinə aparmışlar, istintaq hərəkətlərində iştirak etdikdən sonra isə onu Səbail RPİ-nin X10 keçirmişlər və iki gün oradan qaldıqdan sonra azad edilmişdir. Zərərçəkmiş şəxs evi mebel sexi deyildir, sadəcə öz evində taxta materialdan təmir işləri həyata keçirmişdir. O, Zərərçəkmiş şəxs məxsus evdən 04 (dörd) dəfə oğurluq etmiş və onların hamısında avtomobil kimi Təqsirləndirilən şəxs2 iştirak etmişdir. Təqsirləndirilən şəxs2 lap əvvəldən onların Zərərçəkmiş şəxs məxsus evdən oğurluq etdiklərini bilmişdir. Təqsirləndirilən şəxs2 həqiqətən hər 04 dəfə törətdikləri oğurluqda onunla birlikdə Zərərçəkmiş şəxs məxsus evə daxil olmuş və həmin evdən ona dedikdən sonra özü bir ədəd lazer aparatı və bir ədəd samovarı oğurlayıb özü ilə aparmışdır. Bəxtiyar lazeri və samovarı oğurladığını dərk etmiş, onları Bəxtiyara o, hədiyyə etməmişdir. Təqsirləndirilən şəxs2 ona oğurladıqları əşyaları daşımaqda kömək etmişdir, yalnız qapını açmamış, hətta ya ikinci, ya da üçüncü dəfə oğurluq edərkən avtomobili evin həyətyanı sahəsinə salmış və oradan oğurluq etməkdə ona kömək etmişdir. O, Bəxtiyara üç dəfə həqiqətən də 20 (iyirmi) manat pul vermiş, lakin bundan əlavə bir dəfə 40 (qırx) manat və bir dəfə də 10 (on) manat məbləğdə pul vermiş, Bəxtiyarin həmin pulun yol pulu olduğunu deməsi düzgün deyildir, çünki getdikləri yol qısa olduğuna görə yol pulu 20 manat təşkil edə bilməzdi. Təqsirləndirilən şəxs2 qohumu “Kamil” adlı şəxs həqiqətən də satdıqları əşyaların oğurluq olduğunu bilməmiş, lakin Bəxtiyar həmin malların oğurluq yolu ilə əldə etdiklərini çox yaxşı bilmiş, çünki birlikdə oğurlamışlar və o, həqiqətən də, Bəxtiyara tapşırmışdır ki, qohumuna rayona getmək istədiyi üçün pula ehtiyacı olduğuna görə həmin əşyaları satmaq istədiyini desin. Lakin “Kamil” adlı şəxs 70 manat məbləğdə pulu ona deyil, məhz Təqsirləndirilən şəxs2 vermiş, çünki həmin vaxt o, avtomobildə oturmuşd və Bəxtiyar avtomobildən düşüb qohumu ilə söhbət etmişdir, əşyalar da Bəxtiyarın avtomobilində olmuşdur. O, heç vaxt Təqsirləndirilən şəxs2 oğurladıqları əşyaların sahibi tərəfindən ona hədiyyə edildiyini, onları söküb satmaq lazım olduğunu deməmişdir, “İlham” adlı şəxs qapı-pəncərəni sökmək üçün vaxt lazım olduğunu deməmiş, lakin demişdir ki, onları söksələr, səs-küyə insanlar gələr, həm də ətrafda video-kameralar vardır və görüntüləri əks oluna bilər. Ona görə də, onlar həmin günü Zərərçəkmiş şəxs məxsus evdən oğurluq etməmişlər. Qeyd edilən görüş zamanı tanışı Təqsirləndirilən şəxs3 onlarla birlikdə olmuş və görüşdə iştirak etmişdir. Təqsirləndirilən şəxs2 həqiqətən də bütün 04 dəfə olan oğurluqlarda taksi sürücüsü kimi gəlmiş, o da, oğurluq edərkən iştirak etmişdir, hətta aliminium qapı və pəncərəni satıb pula çevirməyi də ona şəxsən Təqsirləndirilən şəxs2 özü təklif etmişdir. Bəxtiyara qədər, o, işlədiyi evdən oğurluq etməyi düşünməmiş, Təqsirləndirilən şəxs2 əvvəl heç vaxt oğurluq etməmişdir, aliminium qapı-pəncərələri 2-ci Alatava küçəsində satdığım şəxsi əvvəllər tanımamış və sonuncu ilə heç bir münasibəti olmamış, həmin adama aldığı aliminium qapıların və pəncərələrin oğurluq yolu əldə edilməsi barədə heç bir məlumat verməmişlər. Təqsirləndirilən şəxs1 xəstəliyinin olmasının, anasının xərçəng xəstəliyindən əziyyət çəkməsinin, eləcə də zərərçəkmiş şəxsə vurduğu ziyanın ödənilməsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 11 yaşlı oğlu və arvadı ilə birlikdə yaşayır, 1993-cü ildə Zəngilan rayonu erməni işğalçıları tərəfindən işğal edildikdən sonra Bakı şəhərinə məcburi köçkün kimi köçüb həmin vaxtdan etibarən hazırda yaşadığı evdə yaşamış. 1998-1999-cu illər ərzində həqiqi hərbi xidmətdə olmuşdur. 2021-ci ilin əvvəllərindən tutulduğu 12 oktyabr 2021-ci il tarixədək “Hyundai İ 30” markalı ** DZ *** dövlət qeydiyyatlı nömrə nişanlı avtomobili gündəlik 25 (iyirmi beş) manata etibarnamə əsasında icarəyə götürərək taksi fəaliyyəti ilə məşğul olub ailəsini dolandırmışdır. “Zərərçəkmiş şəxs” adlı şəxsi tanımır və sonuncu ilə münasibəti, ədavəti və ya düşmənçiliyi olmamışdır. “Təqsirləndirilən şəxs3” adlı şəxsi 2021-ci ilin sentyabr ayının əvvəllərindən müştəri kimi tanımış və normal münasibətləri olmuşdur, ədavəti və ya düşmənçiliyi olmamışdır. “Təqsirləndirilən şəxs1” adlı şəxsi 2021-ci ilin müştəri kimi ortalarından tanımış, taksi sürücüsü olduğu üçün sonuncu ilə normal müştəri-sürücü münasibətləri olmuş, heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi ərazisində, ünvanı dəqiq bilmədiyi evdə usta işlədiyini, bəzən həmin evdə gecələdiyini bilmişdir. “İlham” adlı şəxsi o, ümumiyyətlə tanımamış və həmin şəxsin barəsində məlumatı olmamışdır. “Təqsirləndirilən şəxs1” adlı şəxs 2021-ci ilin sentyabr ayının əvvəllərində, tarixi dəqiq xatırlamadığı gün axşam saat 19-20 radələrində ona zəng edərək, usta kimi işlədiyi Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi ərazisində yerləşən evə dəvət etmiş, aliminiumu olduğunu, satıb qazanc əldə etmək istədiyini və qazancı başqasına deyil, ona vermək istədiyini bildirmişdir. O, taksi sürücüsü olduğu üçün Xəyalın təklifi ilə razılaşmış, yolda Badamdar qəsəbəsi T.Məmmədov küçəsində yerləşən “Araz” marketin yanında Xəyalla görüşmüş, onun idarə etdiyi “Hyundai İ 30” markalı ** DZ *** dövlət qeydiyyatlı nömrə nişanlı avtomobillə yuxarıda göstərilən ünvanda yerləşən evə birlikdə getmişlər. Orada Xəyal 02 ədəd kisədə doğranmış vəziyyətdə olan aliminiumları onun avtomobilinə yükləmiş və birlikdə həmin aliminiumları satmaq üçün yer axtarmağa başlamışlar, yolüstü olduğuna görə o, Yasamal rayonu 2-ci Alatava küçəsində fəaliyyət göstərən bir ədəd əlvan metal qəbulu məntəqəsini görmüş və avtomobili saxlamış. Xəyal özü avtomobildən düşərək, aliminium kisələrini özü ilə götürmüş, metal qəbulu məntəqəsinə gedərək aliminiumları tərəzidə çəkmiş, sonra o, avtomobilə qayıtmış, Xəyal isə bir neçə dəqiqə sonra əlvan metal qəbulu məntəqəsindən geri qayıdaraq yol pulu kimi ona 20 (iyirmi) manat məbləğdə pul vermişdir. Sonra o, Xəyalı Badamdar qəsəbəsinə qaytarmış, Xəyal yolda düşüb bazarlıq etmiş və o, Xəyalı evinə aparıb düşürtmüşdür. İkinci dəfə bundan iki və ya üç gün sonra axşam saat 19-20 radələrində Təqsirləndirilən şəxs1 yenə ona zəng edərək, işlədiyi evə çağırmış, o, eyni qaydada Xəyalın dediyi ünvana getmiş, Təqsirləndirilən şəxs1 onun idarə etdiyi “Hyundai İ 30” markalı ** DZ *** dövlət qeydiyyatlı nömrə nişanlı avtomobilə 02 ədəd kisədə aliminium qapı və pəncərənin kəsiklərini yerləşdirmiş və onlar eyni ilə 2-ci Alatava küçəsində yerləşən metal qəbulu sexinə gedərək, orada həmin aliminium pəncərə-qapı kəsiklərini satmışlar, həmin vaxtı da Xəyal eyni ilə yol pulu olaraq ona 20 (iyirmi) manat məbləğdə pul vermişdir. Sonuncu, üçüncü dəfə Xəyal yenidən ona zəng edərək, yenidən işlədiyi evə çağırdı. Mən həmin gün axşam saat 19-20 radələrində Xəyalın işlədiyi Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi ərazisində yerləşən evə getmiş, evdə təxminən 2-3 gün əvvəl tanıdığı “Təqsirləndirilən şəxs3” adlı şəxs də olmuş, həmin gün Xəyal və Nəcməddin onun idarə etdiyi avtomobilə Xəyalın kəsib 02 ədəd kisəyə doldurduğu aliminium qapı və pəncərə, eləcə də bir ədəd qaynaq aparatı, bir ədəd qaynaq aparatı üçün dəbilqə və bir ədəd perferator-dreli yerləşdirmişlər. O, evin içərisinə daxil olaraq, oradan bir ədəd lazer aparatı və və bir ədəd samovar dəstini bəyənmiş, Xəyaldan onları ona verməsini istəmiş. Xəyal lazer aparatının özünə lazım olduğunu bildirsə də, o, Xəyala demişdir ki. lazer aparatı onun özündə olacaqdır, nə vaxt istəsə, istifadə etməsi üçün Xəyala verə bilər. Bununla yanaşı, Xəyal onun samovarı bəyəndiyini görüb dəsti ilə birlikdə ona hədiyyə etmişdir. Sonra onlar aliminiumları Bakı şəhəri Yasamal rayonu 2-ci Alatava küçəsində yerləşən metal qəbulu məntəqəsinə aparmışlar, Xəyal həmin aliminiumları orada satmış, ona yol pulu kimi 20 (iyirmi) manat məbləğdə pul verdikdən sonra avtomobilə yüklədiyi perferator-dreli, qaynaq aparatı və qaynaq aparatı üçün dəbilqəni satmaq istədiyini bildirmişdir. O, həmin əşyaları satmaq üçün xalası oğlu Şahid1 zəng edib bildirmiş, Kamil həmin aparatları almaq istədiyini demiş və bunun üçün o. Kamillə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi DSK yolu Binəqədi şossesi 4-cü küçədə görüşmüş, Xəyal və Nəcməddin avtomobildə gözləmişlər, o isə, avtomobildən düşüb Kamillə görüşərək demişdir ki, satılan əşyaların sahibi avtomobildə əyləşmişdir, təcili rayona getməli olduğu üçün özünə məxsus əşyaları ucuz qiymətə satır. Kamil ondan həmin əşyaların oğurluq olub-olmadığını soruşmuş və oğurluq işlərinə qatmamasım xahiş etmişdir, lakin o, Kamilə demişdir ki, əşyalar oğurluq deyildir, Xəyalın özünə məxsus əşyalardır, satmaq istəyir, hətta Kamilə demişdir ki, o, həmin əşyaları almazsa, sahibi onları başqa adama satacaqdır. O, Kamilə əşyaların oğurluq yolu ilə əldə edilməsi barədə heç bir fikir bildirməmişdir. Kamil perferator-dreli, qaynaq aparatını və qaynaq aparatının dəbilqəsini aldığı üçün ona 70 (yetmiş) manat məbləğdə pul vermiş və o, həmin pulu Xəyala ödəmiş, Xəyal isə həmin əşyaları tez satdığı üçün ona 10 (on) manat məbləğdə pul vermişdir. O, Xəyalın işlədiyi evdən götürdüyü samovar dəstinin istifadəyə yararsız olduğunu görüb təmir etdirmək məqsədi ilə Binəqədi rayonu Xırdalan dairəsi kimi tanınan yerdə yerləşən, ünvanı dəqiq xatırlamadığı və əvvəllər tanımadığı qalayçıya aparıb vermiş və lazer aparatını tutulduğu tarixədək idarə etdiyi avtomobildə saxlayıb gəzdirmişdir. O, Xəyalın işlədiyi Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi ərazisində yerləşən evə cəmi üç dəfə taksi sürücüsü kimi getmiş, oğurluqların heç birində iştirak etməmiş, Təqsirləndirilən şəxs1 avtomobilinə yükləyib satdığı aliminium qapı-pəncərə kəsiklərinin, eləcə də bir ədəd qaynaq aparatı, bir ədəd qaynaq aparatı üçün dəbilqə və bir ədəd perferator-drelin evin sahibi tərəfindən Xəyala hədiyyə verildiyi, həmin əşyaların bayırda, yağışlı havada çirklənməməsi üçün evinə aparmaq, satıb pul qazanmaq istədiyini demiş və həmin əşyaları oğurluq yolu ilə əldə etdiyini bildirməmişdir. 12 oktyabr 2021-ci il tarixdə axşam saatlarında o, yaşadığı Bakı şəhəri Binəqədi rayonu Binəqədi kəndində olarkən, bir neçə nəfər mülki geyimli şəxslər yaxınlaşaraq, polis əməkdaşları olduqlarını və birlikdə Səbail rayon Polis İdarəsinə gedəcəyimi bildirmişlər. O, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə polis əməkdaşlarının təklifi və müşayiəti ilə Səbail RPİ-nə gedərək. İstintaq Şöbəsində xidməti otaqların birinə daxil olmuş, orada onun üzərinə şəxsi axtarış aparılmış, lakin heç nə aşkar olunmamışdır. Sonra onun həmin vaxtlar idarə etdiyi “Hyundai İ 30” markalı ** DZ *** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilmiş, avtomobilin salonundan Binəqədi qəsəbə sakini kimi tanıdığı X7 məxsus narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin aşkar edilib götürüldüyü üçün o, şübhəli şəxs qismində tutulmuş, sonra barəsində həbs qətimkan tədbiri seçilmiş və 12 yanvar 2022-ci il tarixədək Bakı İstintaq Təcridxanasında saxlanılmışdır. O, Təqsirləndirilən şəxs1 oğurluq cinayətləri törətməsini, özü ona zəng edib qohumu Şahid1 satdığı əşyaların “zibilinin çıxdığını” dedikdən sonra öyrənmiş, Xəyalın oğurladığı aliminium qapı-pəncərələri doldurduğu kisələri avtomobilə yükləməmiş, sadəcə avtomobilin qapısını açmış, Xəyal özü həmin kisələri onun avtomobilinə yerləşdirmişdir. Sonuncu, üçüncü dəfə isə Xəyal həm kisələri, həm də qaynaq aparatı, qaynaq aparatı dəbilqəsi və perferator-dreli özü avtomobilə yükləmişdir, lazer aparatı və samovar dəstini ona hədiyyə etdiyinə görə onları o, özü oğurluq olmuş evdən götürüb avtomobilə yerləşdirmişdir. Xəyal yol pulu ilə birlikdə ona ümumilikdə 90 (doxsan) manat məbləğdə pul vermişdir. O, Xəyalın işlədiyi və oğurluq olan evə oğurluq zamanı cəmi üç dəfə getmiş, Xəyal oğurladığı əşyaları satmaq istədiyini ona deməmişdir. O, Xəyalın həmin əşyaları oğurladığını yalnız özü bu barədə məlumat verəndən sonra öyrənmiş, Təqsirləndirilən şəxs1 ilk dəfə onun idarə etdiyi “Hyundai İ 30” markalı avtomobillə onu və ünvan 9 ünvanda yerləşən evə aparmış, orada onlara aliminium qapı və pəncərələri göstərib həmin əşyaların sahibi tərəfindən hədiyyə edildiyini, şuruplarından söküb satmaq lazım olduğunu demiş, həmin vaxtı İlham qapı-pəncərələrin sökülməsinə uzun müddət tələb olunduğu və bunu etmək istəmədiyini bildirdiyi üçün onlar həmin gün heç nə götürməyib həmin evdən çıxıb getmişlər. Təqsirləndirilən şəxs3 yalnız bir dəfə, yəni sonuncu dəfə onlarla birlikdə olmuşdur, o, Nəcməddini Xəyalın işlədiyi evdə olarkən görmüş, Xəyal aliminium qapı və pəncərələrin olduğu kisələri onun avtomobilinə yüklədikdən sonra Nəcməddin evdə təmizlik işləri ilə məşğul olmuş və Təqsirləndirilən şəxs3 onlarla birlikdə yalnız sonuncu dəfə oğurlanmış qapı və pəncərələri 2-ci Alatava küçəsində satmağa getmişdir. Təqsirləndirilən şəxs2 ittihamın əsassız olduğunu bildirərək, ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2009-2011-ci illər ərzində həqiqi hərbi xidmətdə olmuş, oğurluq etdiyi üçün Xaçmaz Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən cəzası 01 il müddətinə azaldılmışdır. O, 21 aprel 2018-ci ildən 14 iyun 2021-ci il tarixlər ərzində cəzasını Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə müəsissəsində çəkmişdir, heç bir fiziki, ruhi və ya xroniki xəstəliklərdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs1 2018-ci ildən cəzasını çəkdiyi 14 saylı Cəzaçəkmə müəsissəsindən tanıyır, sonuncu ilə normal münasibətləri olmuş, düşmənçiliyi və ya ədavəti olmamışdır. Xəyal azadlığa çıxandan sonra sonuncu ilə əlaqəsi kəsilsə də, 2021-ci ilin avqust ayında Bakı şəhərində olduğu vaxt Xəyalı görmüş, həmin vaxtdan sonra onlar əlaqələrini yenidən bərpa edib görüşməyə başlamışlar. Təqsirləndirilən şəxs2 təxminən 03-04 aydır, taksi sürücüsü kimi tanıyır və «Hyundai İ 30» markalı avtomobil idarə etdiyini bilir, Bəxtiyarın Xəyalın tanış olduğunu bilmiş və Bəxtiyarla heç vaxt ədavəti və ya düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs isə əvvəllər tanımamış, Bakı şəhərində olduğu vaxt Xəyalın sayəsində təxminən 03 ay əvvəl tanımış, heç vaxt münasibətləri olmamışdır. O, azadlığa çıxandan sonra ünvan 10 ünvanın yaxınlığında yerləşən avtomobillərin yuyulması məntəqəsində yuyucu kimi işləməyə başlamış, həmin ərəfələrdə, yəni 2021-ci ilin sentyabr əvvəllərində Xəyal ona zəng edərək, işlədiyi evin təmirində təmizlik işlərində köməklik göstərməsini, ev sahibi “Məcid” adlı şəxsdən pul alıb ona verəcəyini demişdir. O, Xəyal ilə razılaşdıqdan sonra həmin gün işdən çıxıb axsam saat təxminən 17 radələrində Xəyalın işlədiyi evə çatmış və orada təmizlik işlərində köməklik göstərmişdir. Bundan sonra o, Xəyalla eyni evdə yanaşı yaşadığı üçün sonuncu ilə tez-tez görüşmüşdür. 25 sentyabr 2021-ci il tarixdə Xəyal kirayə haqqını gecikdiyi üçün ona zəng edərək xahiş etmişdir ki. ev sahibi ilə danışsın və sonuncudan 05 oktyabr 2021-ci il tarixədək möhlət istəsin. O, Xəyalla razılaşıb ev sahibindən möhlət vaxt istəmiş, həmin gün o, Xəyaldan 60 (altmış) manat borc pul istəyib kirayə haqqını ödəmək üçün kömək edəcəyini bildirmişdir. Həmin tarixdə axşam saat 17 radələrində Xəyal ona zəng edərək, işlədiyi evə dəvət etmiş və onunla işi olduğunu demişdir. O, işdən çıxaraq, Xəyalın işlədiyi Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü Yaşayış massivində yerləşən evə getmiş, evin içərisində oturub Xəyalı gözləyən vaxt başını qatmaq üçün bəzi təmizlik işləri görməyə başlamış, həmin vaxtı Xəyalın bayırda divara söykədilmiş aliminium pəncərə və qapını elektron mişarla doğradığını görüb bunu nə üçün etdiyini soruşanda, Xəyal aliminium qapı-pəncərələrin yararsız olduğunu və atmaq üçün doğrayıb həyəti təmizlədiyini demişdir. Sonra Xəyal işini bitirmiş, aliminiumları kisələrə doldurmuş və Bəxtiyara zəng edərək, taksi sürücüsü kimi Məcidin evinə dəvət etmişdir. Bəxtiyar həmin evə gedəndən sonra avtomobildə əyləşmiş, Xəyal ona avtomobildə əyləşib gözləməsini tapşırmış, özü aliminiumları doldurduğu 2-3 ədəd kisəni avtomobilin baqajına yükləmişdir. Onlar birlikdə Yasamal rayonu 2-ci Alatava küçəsinə getmişlər, Bəxtiyarla o, avtomobildə gözləmişlər, Xəyal kisələri avtomobildən düşürüb orada yerləşən əlvan metal qəbulu məntəqəsinə aparmış, orada onun bilmədiyi məbləğdə pula satmışdır. Sonra Xəyal avtomobilə qayıtmış, Bəxtiyar onları kirayə yaşadıqları evin qarşısına aparıb düşürdərək getmiş və bundan sonra Xəyal ona borc olaraq 60 (altmış) manat məbləğdə pul vermişdir. 2021-ci ilin oktyabr ayının əvvəllərində isə Zərərçəkmiş şəxs ona zəng edərək, özünə məxsus evdən bəzi tikinti-təmir əşyalarının yerində olmadığını. Xəyala zəng etsə də, zəng çatmadığını demiş və ondan soruşmuşdur ki, Xəyal həmin əşyaları götürərək, başqa evdə işləməyə getmişdirmi? O isə, bu barədə məlumatlı olmadığını, Xəyalla danışıb geri zəng edəcəyini bildirmişdir. Həmin gün axşam saatlarında o, Xəyalla yaşadıqları evdə görüşmüş, Məcidin zəngi barədə məlumat verib əlaqə saxlamağı bildirmişdir. O, 11 oktyabr 2021-ci il tarixdə Səbail RPİ-nin 41-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulduqdan sonra Xəyalı da xidməti polis avtomobilində qolları qandallı görmüş və həmin vaxtı Xəyalın Zərərçəkmiş şəxs məxsus evdən oğurluq etdiyini öyrənmişdir. 2021-ci ilin sentyabr ayının əvvəllərində Xəyal ona zəng edib işlədiyi evə getməyi təklif etmişdir və arxasınca avtomobil gələcəyini bildirmişdir. Həmin gün Xəyalla o, Badamdar qəsəbəsində yerləşən “Araz” marketin qarşısında olarkən, ilk dəfə gördüyü Təqsirləndirilən şəxs2 idarə etdiyi “Hyundai İ 30” markalı avtomobillə “Araz” marketin qarşısına getmiş, onlar görüşüb salamlaşmışlar, tanış olmuşlar, həmin vaxtı Bəxtiyarın avtomobilində ilk dəfə gördüyü “İlham” adlı şəxs olmuşdur. Onlar dördü Xəyalın işlədiyi evə getmişlər. Xəyal və Bəxtiyar avtomobildən düşüb Zərərçəkmiş şəxs məxsus evin həyətinə daxil olmuşlar, hətta o, onların da avtomobildən düşüb getməklərini təklif etsə də, Xəyal evin həyətində it olduğunu və avtomobildə oturub gözləmələrini bildirmişdir. Ona görə də, o və İlham avtomobildə qalmışlar. Xəyalla Bəxtiyar Zərərçəkmiş şəxs məxsus evin həyətinə daxil olmuşlar, təxminən 30 dəqiqə sonra geri qayıtmışlar və onlar oradan çıxıb getmişlər. Nə əvvəl, nə də geri qayıtdıqları vaxt Xəyal və ya Bəxtiyar həmin evdən oğurluq edəcəkləri barədə heç nə danışmamışlar. Hətta o özü, Xəyala bildirmişdir ki, birdən həmin evdən oğurluq etmək istəyərsə, bunu ağlından çıxartsın, lakin Xəyal onu əmin etmişdir ki, oğurluq etmək haqqında fikirləşmir də. Həmin gün “İlham” adlı şəxs isə, oğurluq etmək istəməməsi, kameralara düşmələri barədə heç nə deməmişdir. Ümumiyyətdə, həmin gün oğurluq barədə heç nə danışmamışlar, o, şəxsən bu barədə heç nə eşitməmişdir. Təqsirləndirilən şəxs3 ittihamın əsassız olduğunu bildirərək, ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən 02 ildir tanıyır, sonuncu ilə normal münasibətləri olmuşdur, heç vaxt düşmənçiliyi və ədavəti olmamışdır. “Təqsirləndirilən şəxs2” və “Təqsirləndirilən şəxs3” adlı şəxsləri əvvəllər heç vaxt görməmiş, tanımamış və həmin şəxslərlə heç vaxt münasibəti, düşmənçiliyi və ya ədavəti olmamışdır. Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü Yaşayış Massivində yerləşən fərdi yaşayış evi ona məxsusdur, həmin evdə özü və əvvəllər tanıdığı Təqsirləndirilən şəxs1 bir neçə müddətdir, evin təmiri üçün xırda ölçülü işlər görür, yəni taxta və aliminium materiallardan qapı-pəncərə quraşdırırlar, lakin təxminən 2021-ci ilin avqust ayından etibarən o, Lənkəran rayonuna getdiyi, yalnız bir dəfə tarixini dəqiq xatırlamadığı gün ayaqüstü evə girib-çıxdığına görə onun olmadığı dövrdə evdən oğurluq olmasından xəbəri olmamışdır, həmin vaxt ərzində evdə təmizlik və nəzarət işlərini tanıdığı Təqsirləndirilən şəxs1 tapşırmışdır. 2021-ci ilin sentyabr ayında Xəyal ona zəng edərək, “Nəcməddin” adlı şəxslə kirayədə yaşadığını, həmin şəxsin də işsiz olduğunu və sonuncu ilə birlikdə ona məxsus evdə nəzarət və təmir işlərində köməklik etməsi üçün ondan icazə istəmiş, o, Xəyalla razılaşıb heç bir etirazı olmadığını bildirmişdir. 11 oktyabr 2021-ci il tarixdə səhər saatlarında o, yenidən təmir işlərini davam etdirmək üçün yuxarıda göstərilən ünvanda yerləşən özünə məxsus evə getmiş, həmin vaxtı işləmək üçün ona kompressor lazım olduğu üçün onu axtarmış və tapmadığına görə evdən oğurluq olmasından şübhələnib bütün evə diqqətlə baxdıqda, evdə olan, ona məxsus aşağıdakı əşyaların oğurluq yolu ilə ələ keçirildiyini müəyyən etmişdir: 01 ədəd 350 (üç yüz əlli) manat dəyərində “Total” markalı kompressor, 01 ədəd 150 (yüz əlli) manat dəyərində “Euromax” markalı perferator, (həmin perferatoru həm də drel kimi istiafdə etmək olar), 01 ədəd 280 (iki yüz səksən) manat dəyərində “uqlarez” kimi tanınan tünd yaşıl rəngli, nisbətən böyük ölçülü “Total” markalı elektrkli mişar, 01 ədəd 250 (iki yüz əlli) manat dəyərində “uqlarez” kimi tanınan açıq yaşıl rəngli, nisbətən kiçik ölçülü “Total” markalı elektrkli mişar, 01 ədəd 350 (üç yüz əlli) manat dəyərində qaynaq aparatı, 01 ədəd 06 (altı) manat dəyərində qaynaq aparatı üçün dəbilqə (kaska), 01 ədəd 300 (üç yüz) manat dəyərində “Bosch” markalı lazer aparatı, 01 ədəd İran İslam Respublikasından aldığı 300 (üç yüz) manat dəyərli mis materialdan samovar, hər birinin qiyməti 100 (yüz) manatolanİran İslam Respublikasından aldığı, üzərində “mərzərə” təsvirli 100x50 sm Ölçülü 04 ədəd xalçalar, 01 ədəd 150 (yüz əlli) manat dəyərində elektrikli taxta yonan alət (frez), hər birinin qiyməti 600 (altı yüz) manat olan aliminium materialdan hazırlanmış 06 ədəd pəncərə, hər birinin qiyməti 200 (iki yüz) manat olan aliminium materialdan hazırlanmış 02 ədəd qapı (həmin əşyalar üçün ümumilikdə 4.000 (dörd min) manat məbləğdə pul ödəmişdir) və həmçinin həyətyanı sahədə saxladığı “VAZ-21014” markalı avtomobilinin 800 (səkkiz yüz) manat dəyərində yaddaş cihazı (beyni). O, oğurluq hadisəsini müəyyən etdikdən dərhal sonra qonşuluqda yaşayan tanımadığı şəxsin müşahidə kamerasına baxıb görmüşdür ki, Xəyal və sonradan tanıdığı “Bəxtiyar” adlı şəxs sonuncuya nəxsus avtomobillə gecə saatlarında ona məxsus Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü Yaşayış Massivində yerləşən fərdi evə getmiş, səhər saat təxminən 10-11 radələrində aliminiumları doğrayıb doldurduqları kisələri hər ikisi birlikdə “Bəxtiyar” adlı şəxsin idarə etdiyi avtomobilə yükləyərək, oradan çıxıb getmişlər. O, artıq bir görüntünü gördüyünə görə oğurluq hadisəsini törətmiş şəxsləri tanımış, sonra başqa görüntülərin olub-olmadığı ilə maraqlanmamış və görüntülərə baxmaq istəməmişdir. Sonra o, Təqsirləndirilən şəxs1 zəng etsə də, sonuncunun telefon nömrəsinə zəng çatmamış, ona görə də, o, “Nəcməddin” adlı şəxsin telefon nömrəsinə zəng etmiş, lakin Nəcməddinin onunla qeyri-səmimi danışdığını gördüyü üçün oradan Səbail RPİ-nin 41-ci Polis Bölməsinə gedib evindən oğurluq olması barədə ərizə ilə müraciət etmişdir. Sonra Təqsirləndirilən şəxs1, “Bəxtiyar” və “Nəcməddin” adlı şəxslər polis əməkdaşları tərəfindən tutulduqdan sonra həmin şəxslər tərəfindən ona məxsus oğurladıqları bir ədəd perferator (drel), bir ədəd samovar, bir ədəd qaynaq aparatı və bir ədəd qaynaq aparatı üçün dəbilqəni polis əməkdaşlarına təhvil vermişlər, sonra o, həmin əşyalarını qəbzlə polis əməkdaşlarından təhvil almışdır. Bundan başqa, baş vermiş oğurluq əməli nəticəsində ona vurulmuş maddi ziyan Təqsirləndirilən şəxs1 tərəfindən tam ödənildiyinə görə bu barədə heç bir şikayəti və tələbi yoxdur. Ona məxsus evdən baş vermiş oğurluq nəticəsində ümumilikdə 7.336 (yeddi min üç yüz otuz altı) manat məbləğdə maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs X9 ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə barışıq əldə etdiyini, ona dəymiş ziyanın tam olaraq ödənildiyini və təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun doğma xalası oğludur, Bəxtiyarla hər zaman normal münasibətləri olmuşdur, heç vaxt ədavəti və ya düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və “İbrahim” adlı şəxsi tanımır və həmin şəxslərlə heç vaxt münasibəti olmamışdır. Xalası oğlu Təqsirləndirilən şəxs2 “Hyundai İ 30” markalı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuş, onun Bəxtiyarın tanışları və nə işlə məşğul olması barədə heç bir məlumatı olmamışdır. 2021-ci ilin sentyabr-oktyabr aylarında, dəqiq xatırlamadığı tarixdə xalası oğlu Bəxtiyar ona zəng edərək, tanışında təcili satdığı 01 ədəd perferator və 01 ədəd qaynaq aparatı olduğunu demiş, onları almağı ona təklif etmiş və bildirmişdir ki, tanışı təcili olaraq rayona getməlidir, ona görə də, pula ehtiyacı olduğuna görə özünə məxsus olan həmin əşyaları ucuz qiymətə satır. O, həmin əşyaların oğurluq olub-olmadığını soruşmuş və onu bu işlərə qatmamasım xahiş etmişdir, lakin Bəxtiyar onu əmin etmişdir ki, həmin əşyalar oğurluq deyildir və tanışının özünə məxsus əşyalardır, satmaq istəyir, hətta bildirmişdir ki, o, həmin perferatorla qaynaq aparatını təcili almasa, başqa şəxsə satacaqlar. O düşünmüşdür ki, qaynaq aparatı lazımdır və ucuz qiymətə ala bilərsə, problem olmaz. Ona görə, xalası oğlu Təqsirləndirilən şəxs2lə razılaşmış, həmin gün olduğu Sumqayıt şəhərindən Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəi DSK yolu kimi tanınan əraziyə gəlmiş, Bəxtiyar da öz idarə etdiyi avtomobillə əşyaların sahibi olduğunu bildirdiyi tanımadığı bir nəfər qısa boylu şəxslə birlikdə həmin ünvana getmişlər. O, Bəxtiyargilin satdığı 01 ədəd perferator və 01 ədəd qaynaq aparatına baxıb bəyəndiyi üçün həmin əşyaları almaq qərarına gəlmiş və elə orada, 70 (yetmiş) manat pulu Bəxtiyara verib həmin əşyaları onlardan almış, öz idarə etdiyi avtomobilə yerləşdirmiş və sonra Bəxtiyarla həmin şəxs Bəxtiyarın avtomobilinə əyləşib çıxıb getmişlər, o da, həmin əşyaları öz evinə aparmışdır. Bəxtiyarın tutulduğu tarixdə ona Səbail rayon Polis İdarəsinin əməkdaşları zəng edib təxminən bir ay əvvəl xalası oğlu Təqsirləndirilən şəxs2 ona satdığı əşyaların oğurluq yolu ilə əldə etdiklərini, həmin əşyaları sahibinə geri qaytarmalı olduğunu bildirmişlər. Ona görə də, o, polis əməkdaşları ilə Binəqədi rayonu ərazisində görüşmüş, Bəxtiyargildən aldığı bir ədəd perferator və bir ədəd qaynaq aparatını öz avtomobilindən polis əməkdaşlarının avtomobilinə yükləyib eyni avtomobillə Səbail RPİ-nin İstintaq Şöbəsinə gətirmiş və orada təhvil vermişdir. O, xalası oğlu Təqsirləndirilən şəxs2 aldığı 01 ədəd perferator və 01 ədəd qaynaq aparatının həmin şəxslər tərəfindən oğurluq yolu ilə əldə edilməsi barədə heç bir məlumatı olmamış, Bəxtiyar ona demişdir ki, həmin əşyaların sahibi rayona gedir, təcili pula ehtiyacı olduğu üçün özünə məxsus olan əşyaları təcili ucuz qiymətə satır, o da, ucuz olduğu üçün onları almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Hacıyev X2 Xəyal Xeybər oğlu, Təqsirləndirilən şəxs3 və Zərərçəkmiş şəxs adlı şəxsləri tanımır, həmin şəxslərlə heç vaxt münasibəti, ədavəti və düşmənçiliyi olmamışdır. O, təxminən 06-07 ay olar, Bakı şəhəri Yasamal rayonu 2-ci Alatava küçəsində yerləşən əlvan metal qəbulu məntəqəsini açıb işlədir, obyektdə yalnız özü işləyir. 2021-ci ilin sentyabr ayının ortalarında əvvəllər tanımadığı və ilk dəfə həmin gün gördüyü Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birlikdə Təqsirləndirilən şəxs2 idarə etdiyi gümüşü-metallik rəngli “Hyundai İ 30” markalı dövlət nömrə nişanına diqqət etmədiyi avtomobillə onun işlətdiyi metal qəbulu məntəqəsinə getmişlər, həmin vaxtı Bəxtiyar taksi sürücüsü olduğunu bildirmiş, “Xəyal” adlı şəxs tikinti obyektində usta işlədiyini, işlədiyi yerdə artıq aliminium qapı-pəncərə yığıldığını və onları satmaq istədiyini bildirmişdir. Sonra o, həmin şəxslərdən ona satmaq istədikləri malların oğurluq olub-olmadığını soruşmuş, onlar Bəxtiyarın avtomobilinin yük yerini açıb oradan ona bir neçə tikinti-inşaat alətləri, yəni laqonda, drel kimi bir neçə alətləri göstərmişlər. Ona görə də, onun həmin şəxslərə inamı yaranmış və doğrayıb kisələrə yığdıqları aliminium qapı-pəncərələri kiloqramı 2.30 (iki manat otuz qəpik) manatdan hesablamaqla, almağa razılıq vermişdir. Həmin vaxtı o,bir neçə gün sonra oğurlanmış mobil telefonu ilə Təqsirləndirilən şəxs1 adlı şəxsin şəxsiyyət vəsiqəsinin fotoşəklini çəkmişdir. Bundan sonra razılaşdığı kimi, həmin şəxslərdən birinci dəfə 02 ədəd kisədə aliminium pəncərə- qapı qırıntılarını, ikinci dəfə bundan təxminən 06-07 gün sonra 02 ədəd kisədə həmin şəxslərdən aliminium pəncərə və qapı qırıntılarını, sonuncu, üçüncü dəfə isə, təxminən 03 ədəd kisədə eyni ilə həmin şəxslərdən aliminium pəncərə-qapı qırıntılarını kilqramı 2.30 manatdan hesablayıb xammal kimi almışdır, hər bir kisə təxminən 40 kiloqrama yaxın aliminium xammalını almaq üçün o, Təqsirləndirilən şəxs1 birinci və ikinci dəfə təxminən 80 manatdan çox, üçüncü dəfə 120 manatdan çox pul ödəmişdir. Həmin vaxtı onunla bazarlığı yalnız Xəyal etmiş, Bəxtiyar isə taksi sürücüsü olduğu üçün avtomobilində əyləşmişdir. O, Xəyal və Bəxtiyar adlı şəxslərdən xammal kimi aldığı aliminium qırıntılarını Sumqayıt şəhərində yerləşən əlvan metal qəbulu zavodunun tanımadığı əməkdaşlarına satmışdır. O, Xəyal və Bəxtiyar adlı şəxslərdən xammal kimi aldığı aliminium qapı-pəncərə qırıntılarının oğurluq yolu ilə əldə edilməsini bilməmiş və bu barədə heç biri ona məlumat verməmiş, tikintidə usta işlədiklərini, aliminium qapı-pəncərələrin atılıq olduğunu, ona görə, doğrayıb satmaq istədiklərini demişlər. O, oğurluq barədə polis əməkdaşları məlumat verdikdə öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Zərərçəkmiş şəxs adlı şəxsləri tanımır, həmin şəxslərlə heç vaxt heç bir münasibəti, ədavəti və ya düşmənçiliyi olmamışdır. O, 06 il olar ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi-Xırdalan şossesində, “Nihat” marketin yanı kimi tanınan yerdə özünə məxsus olan qalayçı obyekti açıb işlədir. 2021-ci ilin sentyabr ayının ortalarında əvvəllər tanımadığı və ilk dəfə həmin gün gördüyü Təqsirləndirilən şəxs2 onun işlədiyi obyektə gedərək bir ədəd samovar dəstini çaydanlığı, cürdəyi və sini qabı ilə onun obyektinə aparmış və həmin samovar dəstinin özünə məxsus olduğunu, maddi vəziyyəti pis olduğu üçün satmaq istədiyini bildirmişdir. O, həmin samovara baxıb mis materialdan olduğunu görmüş, samovarı o vəziyyətində satmağın çətin olacağını, təmizləndikdən sonra sata biləcəyini, lakin onun özünün samovar almadığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs2 onunla razılaşıb həmin samovar dəstini 30 manat pulun müqabilində təmizləməsini xahiş etmiş, o, Təqsirləndirilən şəxs2 apardığı samovar dəstini müəyyən məhlullarla təmizləyib obyektdə saxlamış, Bəxtiyara 04 gündən sonra samovar dəstini aparmasını bildirmiş, lakin Bəxtiyar danışdıqları vaxtda gedib samovarı aparmamış, onun zəhmət haqqını ödəməmişdir. Qeyd edilən samovar dəsti təxminən 20 gün ərzində onun obyektində qalmış, 2021-ci oktyabr ayının əvvəllərində Səbail RPİ-nin əməkdaşları ilə birlikdə obyektinə getmiş Təqsirləndirilən şəxs2 ona təmizləməyə verdiyi bir ədəd samovar dəstini, çaydanlığı, sini və cürdəyi ilə göstərmiş, sonra o, polis əməkdaşları tərəfindən Səbail RPİ-nə dəvət olunmuş və samovar dəstini özü ilə birlikdə Səbail RPİ-nin İstintaq Şöbəsinə aparıb könüllü surətdə polis əməkdaşlarına təhvil vermişdir. O, həmin samovarın oğurluq yolu ilə əldə edilməsini bilməmiş və bu barədə ona heç kim məlumat verməmiş, Bəxtiyar samovarın özünə məxsus olduğunu demişdir. O, bu barədə polis əməkdaşları məlumat verdikdən sonra məlumatlı olmuş və samovar dəstini polis əməkdaşlarına təhvil vermişdir. Məhkəməyədək icraat dövüründə keçirilmiş və məhkəmə iclasında tədqiq olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/8932 saylı, 05 yanvar 2022-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 175,00 manat müəyyən edilir. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir: 01 ədəd “XO MMA-X315” markalı qaynaq aparatı 80 manat, 01 ədəd “Euromax” markalı 620 W-luq, orta ölçülü drel 40 manat, 01 ədəd qara rəngli qaynaq üçün istifadə olunan dəbilqə 5 manat və 01 dəst qızılı rəngli, dəmir materialdan olan suvenir samovar 50 manat. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş məhkumluq haqqında arayışdan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs2 əvvəllər məhkumluğu olmamışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Xəzər rayon məhkəməsinin 01 iyul 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 Xaçmaz Rayon Məhkəməsinin 20 fevral 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin 09 iyul 2019-cu il tarixli qərarına əsasən, cəzası 01 (bir) il müddətinə azaldılmış və cəzasının sonu ilə azad olunmuşdur. Səbail Rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış **********22 saylı məktubdan görünür ki, məhkəmənin qərarına əsasən axtarışda olan Təqsirləndirilən şəxs1 17 iyun 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi tərəfindən göndərilmiş 06 oktyabr 2022-ci il tarixli məktubdan görünür ki, məhkəmənin qərarına əsasən axtarışda olan Təqsirləndirilən şəxs3 Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsinin 17 noyabr 2022-ci il tarixli məktubundan görünür ki, məhkəmənin qərarına əsasən axtarışda olan Təqsirləndirilən şəxs2 Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulmuşdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 tərəfindən törədilən cinayət əməlləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmələrini etiraf etməsələr də, onların həmin maddələrlə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri özlərinin qismən etirafedici ifadələri ilə yanaşı, zərərçkəmiş şəxsin və şahidlərin ifadələri, hadisə yerinə baxış, ifadənin yerində yoxlanılması, könüllü təqdim etmə, götürmə, əşyanın tanınmaya təqdim edilməsi və üzləşdirmə protokolları, məhkəməəmtəəşünaslıq ekspertizasının 9/8932 saylı, 05 yanvar 2022-ci il tarixli ekspert rəyi, əldə edilmiş maddi sübutlar və cinayət işi üzrə toplanmış digər materiallarla tam təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPMnin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəyini və iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutları sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmiş, onların həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləri sübuta yetirilmiş və onlar törətdikləri cinayət əməllərinə görə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətinə cəlb olunmalarını istisna edən hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. İş üzrə Təqsirləndirilən şəxs1 Xəzər rayon məhkəməsinin 01 iyul 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs1 isə hazırki cinayət hadisəsini 10 sentyabr 2021-ci il tarixində, yəni cəzanı çəkib qurtardığı gündən iki il keçmədən törətmişdir. Belə olan halda Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunması, həmin məhkumluq ödənilmədən və götürülmədən yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivinin yaranmasını iş üzrə ağırlaşdırıcı hal kimi nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın müddəti həmin maddədə göstərilən azadlıqdan mərhum etmənin yuxarı həddinin yarısından az olmamalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Bununla belə məhkəmə, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışmasını, cinayət nəticəsində ona dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin şikayətçi olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci, 59.1.13-cü və 59.2ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmasını və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmənin əvvəli 17 iyun 2022-ci il tarixdən hesablanmasını əsaslı hesab edir. Məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs1 hərəkətlərində cinayətin residivi yarandığı üçün ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs1 11 oktyabr 2021-ci il tarixdən 13 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs3 Xaçmaz Rayon Məhkəməsinin 20 fevral 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin 09 iyul 2019-cu il tarixli qərarına əsasən, cəzası 01 (bir) il müddətinə azaldılmış və cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs3 isə hazırki cinayət hadisəsini 25 sentyabr 2021-ci il tarixində, yəni cəzanı çəkib qurtardığı gündən iki il keçmədən törətmişdir. Belə olan halda Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunması, həmin məhkumluq ödənilmədən və götürülmədən yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 əməlində cinayətlərin residivinin yaranmasını iş üzrə ağırlaşdırıcı hal kimi nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın müddəti həmin maddədə göstərilən azadlıqdan mərhum etmənin yuxarı həddinin yarısından az olmamalıdır. Bununla belə məhkəmə, Təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxslə barışmasını, cinayət nəticəsində ona dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin şikayətçi olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci, 59.1.13-cü və 59.2ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmasını və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmənin əvvəli 03 oktyabr 2022-ci il tarixdən hesablanmasını əsaslı hesab edir. Təqsirləndirilən şəxs3 11 oktyabr 2021-ci il tarixdən 13 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-ci, 59.1.12-ci, 59.1.13-cü və 59.2-ci maddələrinə uyğun olaraq, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamasını, ilk dəfə olaraq az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını və ona vurduğu ziyanı tam olaraq ödədiyini, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını nəzərə alaraq onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş “həbs” qətimkan tədbirinin ləğv olunmasını və barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin seçilməsini və onun dərhal məhkəmə zalından azad edilməsini, “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda, məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəza təyin edərkən həbsdə saxlanılmanın 01 (bir) gününə azadlığın məhdudlaşdırılması növündə cəzanın 02 (iki) günü hesablanmaqla Təqsirləndirilən şəxs2 12 oktyabr 2021-ci il tarixdən 12 yanvar 2022-ci il tarixədək, 13 noyabr 2022-ci il tarixdən 23 dekabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla, onun üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzasının saxlanılmasını əsaslı hesab edir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 xüsusi müsadirə cinayəthüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxslərdən tutulmasını, iş üzrə maddi sübutlar – 01 ədəd samovar, 01 ədəd qaynaq aparatı, 01 ədəd qaynaq aparatı üçün dəbilqə, 01 ədəd lazer aparatı və 01 ədəd drelperferatorun Zərərçəkmiş şəxs geri qaytarıldığı nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 yanvar 2010-cu il tarixli, 21 saylı qərarına əsasən Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxslərin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 11 oktyabr 2021-ci il tarixdən 13 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmənin əvvəli 17 iyun 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 11 oktyabr 2021-ci il tarixdən 13 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmənin əvvəli 03 oktyabr 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 12 oktyabr 2021-ci il tarixdən 12 yanvar 2022-ci il tarixədək, 13 noyabr 2022-ci il tarixdən 23 dekabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla onun üzərində qəti olaraq 01 (bir) il 10 (on) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, “Spot İnternat” ümumi yaşayış binasındakı nömrəsiz otaqda olan yaşayış yerini hər gün saat 23-00-dən 700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli məhkumun yaşadığı yer üzrə Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar – 01 ədəd samovar, 01 ədəd qaynaq aparatı, 01 ədəd qaynaq aparatı üçün dəbilqə, 01 ədəd lazer aparatı və 01 ədəd drel-perferatorun Zərərçəkmiş şəxs geri qaytarıldığı nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş 50 (əlli) manat təşkil edən məhkəmə ekspertiza tətqiqatının xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 hər birindən 17 (on yeddi) manat, Təqsirləndirilən şəxs2 16 (on altı) manat olmaqla tutulub Azərbaycan Respublikası Mərkəzi Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X3 Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclasları zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 408 (dörd yüz səkkiz) manat, Müdafiəçi3 tərəfindən Təqsirləndirilən şəxs3 hüquqlarının məhkəmə iclasları zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 348 (üç yüz qırx səkkiz) manat, Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə iclasları zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 348 (üç yüz qırx səkkiz) manat pul tutulub, “Kapital Bank”-ın 03 saylı Vəkil Bürosunun Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-73/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-73/2022
23.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver