Məhkəmə qərarları › İş №1(009)-73/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-73/2024

23.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-73/2024 23.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X25 qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs (mülki iddiaçı): X5 və onun nümayəndəsi Nümayəndə, Müdafiəçi: Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs (mülki cavabdeh): X7 iştirakları ilə, 29 avqust 1984-cü il tarixdə Lənkəran rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, müğənnilik fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri, Nəsimi rayonu, X31 Küçəsi, ev 48a, mənzil 42 ünvanında qeydiyyatda olan X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilmələrinə dair X5 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətə Bakı şəhərində, məhkəmənin binasında 23 fevral 2024-cü il tarixdə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : X5 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyaları həddində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi haqqında ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh X15 onun bacısının qızıdır. Bacısı rəhmətə gedənə qədər uzun illər qonşu kimi eyni binada yaşamışlar və mehriban qohumluq əlaqələri olmuşdur. Lakin daha sonra bacısı rəhmətə getdikdən sonra bilmədiyi səbəblərdən Nüşabə ona və övladlarına qarşı qərəzli olaraq düşmənçilik mövqeyindədir. Belə ki, “ATV” telekanalında yayımlanan “Bizimlsən” verilişində 20 iyun 2023-cü il tarixdə yayımlanmış, Zaur Baxşəliyevin aparıcısı olduğu verilişdə (müsahibədə) o, X15 tərəfindən olduqca pis və ağır formada təhqir olunmuşam və ona böhtan atılmışdır. Həmin verilişin tam video mətni olan disk məhkəməyə təqdim olunur. Kütləvi informasiya vasitəsi olan televizada (ATV telekanalında) qeyd olunan ve erilişdə Nüşabə Musayeva onun haqqında dediyi təhqir və böhtan xarakterli ifadələrdən biri belədir: “Anam xəstəxanada can üstündə olanda xalamla atamı yataqda tutdum.” Tərəfindən həmin müsahibəyə baxış keçirilərkən onun barəsində X15 tərəfindən “Anam xəstəxanada can üstündə olanda xalamla atamı yataqda tutdum”, “60 yaşlı xalam bu gün də evli kişi ilə eşq yaşayır” ifadələri işlətməklə onu çox pis və ağır formada təhqir etmiş və ona böhtan atmışdır. Qeyd edir ki, X7 onun ünvanına istifadə etdiyi “Anam xəstəxanada can üstündə olanda xalamla atamı yataqda tutdum”, “60 yaşlı xalam bu gün də evli kişi ilə eşq yaşayır” ifadələri açıq-aydın böhtandır və mənim şərəf və ləyaqətimi ləkələmək məqsədi güdür. X7 mənim barəmdə işlətdiyi “60 yaşlı xalam bu gün də evli kişi ilə eşq yaşayır” ifadəsi cəmiyyət arasında «əxlaqsız» mənasında işlədilir. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında izah edilir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru lmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmətinə ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında ətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir, başqası haqqında yalan məlumat yayan şəxsin hərəkətində cinayətin əlamətləri olduqda təhqir, böhtan) zərər çəkən şəxslər onun cinayət məsuliyyətinə cəlb edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə bilər. X15 televiziyada yalan olduğunu bilə-bilə, heç bir sübut olmadığı halda mənim barəmdə “Anam xəstəxanada can üstündə olanda xalamla atamı yataqda tutdum”. “60 yaşlı xalam bu gün də evli kişi ilə eşq yaşayır” ifadələri işlətməklə onu təhqir etmiş və ona böhtan atmışdır. Qeyd edilən verilişi televiziya kanalında milyonlar izləmiş, “Yöutube'” sosial şəbəkəsində qeyd olunan videoya müxtəlif şəxslər tərəfindən, həmçinin onun dost-tanışları, qohumları və onu tanıyan şəxslər tərəfindən 252.000 baxış olmuşdur. Göründüyü kimi, mənim xüsusi ittiham qaydasında şikayətimin icraata qəbul edilməsi üçün kifayət qədər faktiki və hüquqi əsaslar mövcuddur: Belə ki, cinayət haqqında məlumatı təqdim etmək vəzifəsi mənim üzərimə düşür və ıtihamm təsviri aşağıdakı kimidir: X15 televiziyada (“ATV” telekanalında) 20 iyun 2023-cü il tarixdə yayımlanmış, “Bizimləsən” adlı verilişdə (müsahibədə), heç bir təsdiqedici məlumatlara malik olmadığı halda X2 ünvanına qarşı “Anam xəstəxanada can üstündə olanda xalamla atamı yataqda tutdum”, “60 yaşlı xalam bu gün də evli kişi ilə eşq yaşayır” ifadələri işlətməklə böhtan atmış, habelə X15 heç bir təsdiqedici məlumatlara malik olmadığı halda X3 “Anam xəstəxanada can üstündə olanda xalamla atamı yataqda tutdum”, “60 yaşlı xalam bu gün də evli kişi ilə eşq yaşayır” ifadələri işlədərək bilavasitə X3 “əxlaqsız” adlandırmaqla şəxiyyətini alçaldaraq təhqir etmiş və bununla da yalan olduğunu bilə-bilə X2 şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldan məlumatları kütləvi nümayiş etdirilən televiziya kanalında yaymaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Cinayət əməllərinin X15 tərəfindən törədilməsini təsdiq edən ciddi sübut: 1 (bir) ədəd CD disk, (şikayətə əlavə olunur). Göründüyü kimi X7 tanınmış müğənni olması mənim kimi yaşlı qadına böhtan atmaqla və məni təhqir etməklə öz həddini aşmağa əsas vermir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 299 və 351-ci maddələrini rəhbər tutaraq məhkəmədən, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyaları həddində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi haqqında ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Daha sonra xüsusi ittihamçının nümayəndəsi Nümayəndə ərizə ilə müraciət edərək, təqsirləndirilən şəxs X7 X5 barəsində yalan və böhtan xarakterli məlumatlar yayması və onu təhqir etməsi nəticəsində ona vurulmuş 30000 (otuz min) manat məbləğində mənəvi ziyanın təqsirləndirilən şəxs X6 alınaraq ona ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Mülki iddia onunla əsaslandırılmışdır ki, “ATV” telekanalında yayımlanan “Bizimlsən” verilişində 20 iyun 2023-cü il tarixdə yayımlanmış, Zaur Baxşəliyevin aparıcısı olduğu verilişdə (müsahibədə) o, X15 tərəfindən olduqca pis və ağır formada təhqir olunmuş və ona böhtan atılmışdır. Kütləvi informasiya vasitəsi olan televizada (ATV telekanalında) qeyd olunan verilişdə Nüşabə Musayevanın onun haqqında dediyi təhqir və böhtan xarakterli ifadələrdən biri belədir: “Anam xəstəxanada can üstündə olanda xalamla atamı yataqda tutdum.” Tərəfindən həmin müsahibəyə baxış keçirilərkən onun barəsində X15 tərəfindən “Anam xəstəxanada can üstündə olanda xalamla atamı yataqda tutdum”, “60 yaşlı xalam bu gün də evli kişi ilə eşq yaşayır” ifadələri işlətməklə məni çox pis və ağır formada təhqir etmiş və mənə böhtan atmışdır. X15 televiziyada yalan olduğunu bilə-bilə, heç bir sübut olmadığı halda mənim barəmdə “Anam xəstəxanada can üstündə olanda xalamla atamı yataqda tutdum”, “60 yaşlı xalam bu gün də evli kişi ilə eşq yaşayır” ifadələri işlətməklə məni təhqir etmiş və mənə böhtan atmışdır. Qeyd edilən verilişi televiziya kanalında milyonlar izləmiş, “Youtube” sosial şəbəkəsində qeyd olunan videoya müxtəlif şəxslər tərəfindən, həmçinin mənim dost- tanışlarım, qohumlarım və məni tanıyan şəxslər tərəfindən 252.000 baxış olmuşdur. X15 televiziyada (“ATV” telekanalında) 20 iyun 2023cü tarixdə yayımlanmış, “Bizimləsən” adlı verilişdə (müsahibədə), heç bir təsdiqedici məlumatlara malik olmadığı halda X2 ünvanına qarşı “Anam xəstəxanada can üstündə olanda xalamla atamı yataqda tutdum”, “60 yaşlı xalam bu gün də evli kişi ilə eşq yaşayır” ifadələri işlətməklə böhtan atmış, habelə X15 heç bir təsdiqedici məlumatlara malik olmadığı halda, X3 “Anam xəstəxanada can üstündə olanda xalamla atamı yataqda tutdum”, “60 yaşlı xalam bu gün də evli kişi ilə eşq yaşayır” ifadələri işlədərək bilavasitə X3 “əxlaqsız” adlandırmaqla şəxiyyətini alçaldaraq təhqir etmiş və bununla da, yalan olduğunu bilə-bilə X2 şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldan məlumatları kütləvi nümayiş etdirilən televiziya kanalında yaymaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. cavabdeh X7 barəmdə bu cür yalan və böhtan xarakterli məlumatlar yayması cəmiyyətdə və dost-tanış içində şərəf və ləyaqətimin zədələnməsinə və nüfuzdan düşməyimə gətirib çıxarmışdır. Cavabdeh X7 bu cür qanunsuz əməlləri nəticəsində onun şərəf və ləyaqətinə ciddi xələl gəlmiş, ciddi mənəvi sarsıntı keçirməklə cəmiyyətdə, həmçinin dost-tanışlarının yanında olan nüfuzum ciddi zədələnmişdir, nəticədə o, artıq cəmiyyət içinə, dost-tanışlarımın arasına çıxmağa utanc hissi keçirir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli Qərarına əsasən, Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasma, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X5, izahatında bildirmişdir ki, o, mərhum bacısının əri ilə rəsmi nikaha daxil olmuşlar, bu ev məsələsilə bağlı mənzil istismar idarəsi tərəfindən deyilənlərə görə olmuşdur. Bundan əlavə təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş səs yazılarına məhkəmə iclasında qulaq asıldıqdan sonra həmin səslərin ona məxsus olduğunu bildirmişdir. Həmin səsləri bir neçə il bundan qabaq göndərmişdir. O, həmin vaxt subay – dul qadın olmuşdur. Xüsusi ittiham qaydasında şikayətini müdafiə edərək, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyaları həddində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi haqqında ittiham hökmü çıxarılmasını və mülki iddianın təmin edilməsini, X7 onun barəsində yalan və böhtan xarakterli məlumatlar yayması və onu təhqir etməsi nəticəsində ona vurulmuş 30000 (otuz min) manat məbləğində mənəvi ziyanın təqsirləndirilən şəxs X6 alınaraq ona ödənilməsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçının nümayəndəsi Nümayəndə, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyaları həddində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi haqqında ittiham hökmü çıxarılmasını və mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X15 özünü təqsirli bilməyərək, ifadəsində bildirmişdir ki, şikayətə etiraz edir. O, ittihamda qeyd edilən cümlələri verilişdə ekspert qismində iştirak etdiyi zaman səsləndirmişdir. Həmin verilişdə onun doğma atasını tapmışlar. Əvvəl danışanda adını çəkməmişdir, sonra qardaşı danışanda “xalam” demişdir. Xalam barədə məlumat vermirdi, yaxın qohumum deyirdi. Qardaşı şahiddir, birlikdə yaşayırlar. Anasının sağlığında bilinmişdir. 11 yaşı olmuşdur. Anası səhər saat 7-də əməliyyat olunmalı idi. Həmin gecə görmüşdür. Dedikləri həqiqətə uyğundur. Sabir müəllim 3 il öncə rəhmətə getmişdir. Anası rəhmətə gedəndən sonra atası ilə xalası rəsmi nikaha girmişlər. Eyni zamanda o, Lənkəranda olanda xalasının Sevanə adlı şəxsin mobil telefonuna atdığı səsləri təsadüfən dinləmiş və onun əsasında bu fikri səsləndirmişdir. Bunların nəzərə alınıb, əməlində cinayət tərkibi olmadığından ona bəraət verilməsini, mülki iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Müdafiəçi, nəyin böhtan, nəyin təhqir olduğunu xüsusi ittihamçı məhkəməyə dəqiq bildirmədiyini və sübuta yetirmədiyini nəzərə alıb, mülki iddianın təmin edilməməsini, təqsirləndirilən şəxs X7 əməlində qeyd edilən maddələr üzrə cinayət tərkibi olmadığından ona bəraət verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, X5 onun anasıdır, anasına deyilən sözlər yalnışdır. Onlar Sabir müəllimlə ər arvad münasibətlərində olmamışlar. Kağız üzərində nikahda olmuşlar. Bu, evlə bağlı olmuşdur. Həmin vaxtlar onun 15 yaşı olardı. Yataqxanada yaşamışlar. Nüşabə anası rəhmətə gedəndən bir il sonra ərə getmişdir. 3 otaq olmuşdur ev, 2-si onların 1-i xalası gilin. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, X5 onun bacısıdır, Nüşabə bacısı qızıdır. Anasından eşitmişdir, lakin gözü ilə görməmişdir. Bu barədə sözlər mərhum bacısının sağlığında çıxmışdır. Bacısının yas mərasimində anası demişdir ki, bunların nikahı var, bir otağından çıxanda görmüşlər. Nikahının olmasını öz ağzından eşitmişdir, qonşu ilə dava zamanı demişdir. Anası da demişdir ki, bu əvvəldə olub indidə. Sonralar da xeyirdə şərdə bir olmuşlar. Bacısı xəstəxanada olanda o, Lənkəranda olmuşdur. Bir yerdə yaşamaqlarını görməmişdir. Nə düşmən nə də dost olmamışdır Sabirlə. Bacısının yeznə ilə ər arvad münasibətində olduğunu anasından eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində bildirmişdir ki, X5 onun bacısı qızıdır. Şahsənəm bir dəfə rəsmi ailə qurmuşdur. X32 Caniyeva ilə ailəli olmuşdur. Sabirlə Şahsənəmin ailəli olması ilə bağlı məlumatı yoxdur. Onların ər arvad münasibətlərində olmasını eşitməmişdir. Bacılar mehriban olmuşlar. Şahsənəm bacısı uşaqlarının zəhmətini çəkmişdir. Lerikdə yaşayır. Bakıya gedib-gəlmişdir. Yataqxanada olan ünvana getmişdir. Şahsənəm kitabxanada işləmişdir, bir seksiyada yaşayırdılar. Sabiri Bakıya gələndə Şamaxinkada olan evlərində görmüşəm. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, X5 onun qardaşının ailəsi olmuşdur. Nüşabəni uşaqlıqdan tanımışdır. Şahsənəmin evinə getmişdir Nüşabənin anası onun qabağına çay qoymuşdur. Qardaşı rəhmətə gedib. Uşaqlar balaca olanda boşanmışlar. Nüşabə gilin evində olmamışdır. Şahsənəmin evinə getmişdir. Şahsənəm ailə həyatı qurmayıb. Ev məsələsi olmuşdur. Ora gedəndə 2 dəfə Sabir müəllim gəlib onunla görüşmüşdür. Daimi əlaqədə olmuşlar. Qohumdan əqrabadan eşitməmişdir belə bir məsələnin olmasını. Kənd Şahsənəm həsəd aparmışdır. Şahsənəm qardaşı ilə mehriban olmuşlar. O, Rusiyadan qayıdanda bilmişdir ki, boşanıblar səbəbini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində bildirmişdir ki, o, Nüşabə Musayevanın əmisi oğludur. Musayev Sabir onun əmisidir. Onun əmisi ilə Caniyeva Şahsənəm ər-arvad münasibətində olmuşlar. Caniyeva Şahsənəm satıcı işləmişdir Pedaqoji Universitetdə. Onları bir yerdə görmüşdür. İş yerində öpüşdüklərini, Sabirin Şahsənəmə sığal çəkməyinin şahidi olmuşdur. X22 sağlığında baş vermişdir. O, oraya əmisinə kömək etməyə gedirmiş. Qapını açıb qucaqlaşdıqlarını görüb bağlamışdır. Kitabxanada işləyən vaxtlar 1993-1994-cü illər olardı. Rəhmətlik qardaşı da bu danışdıqlarını görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadəsində bildirmişdir ki, o, Nüşabə Musayevanın qardaşıdır. 2008-ci ilə kimi o, Sabir Musayev, xalası Şahsənəm Caniyeva və onun qızı ilə bir evdə yaşamışlar. Onlar ər-arvad münasibətlərində olmuşlar. Bir damın altında yaşamışlar. Onlar bir yataq otağında qalırlarmış. Anasının əməliyyat olunduğu ili xatırlamır. Yataqxanada o, atası anası bacısı yaşamışlar. Yol hərəkəti qəzasından sonra evi satıb çıxmışlar, qonşular qınamışlar. 1 otaqlı evə köçmüşlər. Sonra Şamaxinkaya köçmüşlər 2 otaqlı evə, əskərliyə Xırdalandan getmişdir. 1995-ci ildə olanları isə o, xatırlamır. Məhkəmə iclasında xüsusi ittihamçı tərəfindən təqdim edilmiş “CD” diskdə olan videogörüntülərə cinayət prosesi tərəflərinin iştirakı ilə baxış keçirilmişdir. Həmin görüntülərdə “ATV” telekanalında yayımlanan “Bizimləsən” verilişinin 20 iyun 2023-cü il tarixli verilişindən olduğu müəyyən edilmişdir. Təqdim edilmiş videomaterialda X10 öz həyatından anasından danışır, onun danışdıqlarının bəzi hissələrində səsin kəsilməsi səbəbindən nə deyildiyi aydın olmamışdır. Məhkəmə iclasında müdafiə tərəfindən təqdim edilmiş və tərəflərin iştirakı ilə tədqiq edilmiş 2 ədəd yaddaş kartında olan görüntülərə baxış keçirilərək müəyyən edilmişdir ki, Şahsənəm Caniyeva ilə Sabir Musayev qohumların xeyir işlərində, ümumiyyətlə ailə məclislərində bir yerdə iştirak etmişlər. Görüntülərdən onların səmimi olduqları, bir birlərini qucaqladıqları və Şahsənəm Caniyeva ilə Sabir Musayevin üzündən opdüyü görünür. Bunda əlavə yaddaş kartında olan 4 ədəd səs yazısında deyilir ki, “bu videonun mənə heç bir aidiyyəti yoxdur heç mənimçün onun heç dedikləri də heç maraqlı deyil, mənimçün maraqlı olan sənsən. Bu gün neynirsən, maşınla gəlirsən, piyada gəlirsən gəl. Səni mən bu gün görməliyəm. Eşitdin nə dedim sənə, bu gün səni görməliyəm. Görməsəm özün bilərsən, heçnə demirəm sənə. Bilmirəm, istəyirsən piyada gəl, istəyirsən maşınla gəl, istəyirsən maşınsız gəl. Mən bu gün səni görməliyəm, qurtardı. Mənə bir hə yox de, saat neçədə gələ bilərsən”, “niyə pissən, içmisən ona görə pissən, iç də nə olsun ki, sən içən günü pis olursan. İç özün bilərsən sənin şəxsi fikrindi. Mən səni istəmirəm, heç istəmirəm, Allaha and olsun istəmirəm. Belə hərəkətləri görürəm özümə qarşı nifrət edirəm özümə də, sənə də. Eşitdin. Sadəcə olaraq sənin səsini eşidirəm, mənə həmin gün yazmayanda da mesajdır videodur mənimçün maraqsızdır. Sənin səsinə qulaq asıram başqa bir adam oluram, ancaq sənin səsini eşidəndə çox pis oluram. Sən məni başa düşməyəndən sonra nə deyim. Mən qadınam, sən qorxaqın biri imişsən. Mən bilseydim belə qorxaqsan addım atmazdım. Kişi özünə güvənib addım atar. Qadının ürəyinə yıxılmış ağaca balta vurmaz. Sən elə bilki mənim ürəyimin başından baltalamısan. İstəmirəm səni, nə bu gününü nə sabahı heç bir günü istəmirəm. Sənə cavab verməyəcəm daha, yazmayacam, söndürəcəm telefonu.. özümü pis hiss edirəm özümə nifrət edirəm, mən səhv hərəkət etməmişəm bəlkə də, sadəcə olaraq səni sevdim istədim, sənə ehtiyyacım var..sən mənim yanımda çox günah işlətdin.. bir dul qalmış xanıma..14 ildir burada yaşayıram.. səni çox sevdim, çox bağlandım vuruldum sənə, sənə ehtiyyacım oldu.. ancaq indi heç istəmirəm, nifrət edirəm sənə qorxaqsan sən.” “belədə deyirsən əsəbiyəm fikrim var dərdim var, nə dərdin var ki, evindəsən, özün də deyirsən hamısı mənim yanımdadı, Allah səni xoşbəxt eləsin Allah uşaqları xoşbəxt eləsin...mən indi səni tanıdım.. çox səhv etmişəm.. özümə çox özümə lənət oxuyuram.. sağ ol, əlvida əlvida mənim gözəl sevgilim, əlvida mənimçün dəyərli insan, insanım..mənimlə səninki alınmayacaq...ailənin yanında ol mənim də istəyim odur, ailən də sənin yanında..”. “Sən deyən olmayacaq bu gün mən deyən olacaq”. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq xüsusi ittihamçının onun nümayəndəsinin, təqsirləndirilən şəxsin və müdafiəçinin şahidlərin iş üzrə ifadələrini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə görə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 saylı qərarının 5-ci bəndinə əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə. idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinin mənasına görə, şəxs təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o, halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Həmçinin şərəf və ləyaqəti alçaldan hərəkətlər təhqir olunan şəxsin iştirakı olmadan da törədilə bilər və burada mühüm odur ki, şərəf və ləyaqət kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində alçaldılmış olsun. Bundan əlavə, 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, 1966-cı il “Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt”da və Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində göstərilmişdir ki, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə görə təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş təhqir cinayətinin bilavasitə obyekti şəxsiyyətin şərəf və ləyaqətidir. Həmin cinayət obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltmada ifadə olunur. Təhqiredici hərəkətlərin nalayiq olması qiymətləndirilən anlayışdır və onun məzmununun nalayiq olub-olmamasını cəmiyyətdə qəbul edilmiş mənəvi-əxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq məhkəmə, ilk növbədə isə zərərçəkmiş şəxs müəyyən edir. Başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltma həmin şəxsin şəxsiyyətinə mənfi qiymət verməklə onu əhatənin (dostlarının, tanışlarının və s.) gözündə nüfuzdan salan hərəkətlərlə xarakterizə olunur. Məhkəmə araşdırılması zamanı xüsusi ittihamçı X2 təqsirləndirlən şəxs X15 tərəfindən təhqir edilməsi, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətinin nalayiq formada qəsdən alçaldılması həmçinin X2 X15 tərəfindən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılması öz təsdiqini tapmadı. Xüsusi ittihamçı X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, “ATV” telekanalında yayımlanan “Bizimləsən” verilişinin 20 iyun 2023-cü il tarixli verilişində X15 “Anam xəstəxanada can üstündə olanda xalamla atamı yataqda tutdum”, “60 yaşlı xalam bu gün də evli kişi ilə eşq yaşayır” ifadələri işlətməklə onu çox pis və ağır formada təhqir etmiş və ona böhtan atmışdır. Məhkəmə iclasında həmin verilişlə bağlı görüntülərə baxış keçirildikdə bəzi hissələrdə səsin olmadığı müəyyən edilsə də, məhkəmənin hazırlıq və digər iclaslarında X15 deyilənləri qəbul edərək canlı efirdə işlətdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı təqdim olunmuş görüntülərdən, səs yazılanlardan və məhkəmə prosesində izahatları alınmış şahidlərin ifadələri ilə müəyyən edilmişdir ki, deyilənlər böhtan və təhqir olmamışdır. X1, X11, X13 Şahsənəm Caniyeva ilə Sabir Musayevin ər-arvad olduqlarına dair verdikləri ifadələr, eyni zamanda digər şahidlər tərəfindən də onların rəsmi nikahda olmasını və bir evdə yaşadıqlarından məlumatlı olduqlarını təsdiqləyən ifadələr verilməsi onu sübut edir ki, Nüşabə Musayevanın səsləndirdiyi “Anam xəstəxanada can üstündə olanda xalamla atamı yataqda tutdum” fikri həqiqətə uyğun fikirdir. Bu fikrin həqiqət olmamasını sübut edən heç bir başqa hal da yoxdur. Nüşabə Musayevanın atası ilə xüsusi ittihamçının arasında rəsmi nikahın olması faktı bu halın həqiqiliyini təsdiqləyən sübutlardan biridir. Bundan əlavə “60 yaşlı xalam bu gün də evli kişi ilə eşq yaşayır” ifadəsinin işlədilməsi hissəsində məhkəmə müəyyən edir ki, X5 həqiqətən də, ailəli adamla sevgi münasibətində olmuş, o, dəfələrlə ona eşq məhəbbət sözləri ilə müraciət edərək, səs yazısı vasitəsilə danışmışdır. Bu onun qarşı tərəfə göndərdiyi “evindəsən, özün də deyirsən hamısı mənim yanımdadı”, “ailənin yanında ol mənim də istəyim odur, ailən də sənin yanında” səslərdəki ifadələrlə də açıq aydın müəyyən olunur. Həmçinin məhkəmə prosesində xüsusi ittihamçının səs yazılarının ona məxsus olduğunu və bir neçə il bundan qabaq sevgi münasibətinin olmasının etiraf etməsi deyilən sözlərin həqiqiliyində şübhəni tam aradan qaldırır. Nəzərə alsaq ki, dilimizdə eşq sözünün mənası – sevgi, məhəbbət, sevda, böyük istək hissi, sonsuz bağlılıq kimi izah olunur, xüsusi ittihamçının səs yazılarında bu əlamətlərin hamısı var. Məhkəmə araşdırması zamanı sübuta yetirilmişdir ki, “Anam xəstəxanada can üstündə olanda xalamla atamı yataqda tutdum” və “60 yaşlı xalam bu gün də evli kişi ilə eşq yaşayır” ifadələri yalan deyil, xüsusi ittihamçısı X2 həyatından hamıya məlum olan məlumatlardır. Bu məlumatların səsləndirməsində təhqir, şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma əlamətləri müəyyən edilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi, cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsi). Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 138.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 145.3-cü maddəsinə müvafiq olaraq ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 28.5-ci maddəsinin tələbinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 42.1-ci maddəsinin tələbinə görə cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda, həmçinin təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 42.1.2-ci maddəsində göstərilmişdir ki, əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, xüsusi ittihamçının nümayəndəsi Nümayəndə (mülki iddiaçı) təqsirləndirilən şəxs (mülki cavabdeh) X14 qarşı cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə dair mülki iddiası təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 89-cu maddəsinin tələblərinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki şəxs və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinin tələblərinə əsasən əmlaka vurulmuş ziyana görə fiziki şəxs və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı “ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda” mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: 354.1.1. iddianın tam və ya qismən təmin edilməsi; 354.1.2. iddianın rədd edilməsi; 354.1.3. iddianın baxılmamış saxlanması. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 353.3.4.-cü maddəsinə əsasən Məhkəmənin bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 353.5.4.-cü maddəsinə əsasən Bəraət hökmünün nəticəvi hissəsində mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi (kimin və hansı məbləğdə ödəməsi) göstərilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 №-li qərarının 67-ci bəndinə görə məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Hazırki, tələb bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğundan, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Eyni zamanda “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 74-cü bəndinə əsasən təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.1-ci maddəsinə müvafiq olaraq - cinayət hadisəsinin olmamasına və yaxud 42.1.3-cü maddəsinə müvafiq olaraq – onun cinayətin törədilməsinə aidiyyətinin olmamasına görə bəraət verilirsə, məhkəmə mülki iddianı rədd edir və bəraət hökmünün nəticəvi hissəsində buna dair qərar verir. Beləliklə, məhkəmə iş üzrə toplanmış, məhkəmə iclaslarında tədqiq edilmiş sübutları bir daha təhlil edib, məhkəmə istintaqının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulan xüsusi ittiham üzrə, X7 əməlində cinayət tərkibi olmadığından ona bəraət verilməli və mülki iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Belə olan halda X7 bəraət almış təqsirləndirilən şəxs kimi vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut qismində tanınmış 1 ədəd “CD” diskin və 2 ədəd yaddaş kartının iş materiallarında saxlanılmasını əsaslı hesab edir. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. İş üzrə üzərinə həbs qoyulmuş əmlak və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 350, 352-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: X7 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmadığına görə ona bəraət verilsin. X14 vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. Xüsusi ittihamçının nümayəndəsi Nümayəndə təqsirləndirilən şəxs X14 qarşı cinayət nəticəsində vurulmuş ziyanın ödəniməsinə dair mülki iddiası təmin olunmasın. İş üzrə maddi sübut olan bir ədəd “CD” disk və iki ədəd yaddaş kartı iş materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hökmdən şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar