Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-74/2021 22.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1988-ci ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli 1(009)-31/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə təqsirli bilinib qəti olaraq 03 (üç) il 02 (iki) ay 27( iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təyin edilmiş cəza Azərbaycan Respublikası CMnin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməklə 02 (iki) il sınaq müddəti təyin olunmuş, qeyd edilən hökmə dair Bakı Apellyasiya Məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli, 1(103)-1383/2019 saylı qərarı ilə CM-nin 70-ci maddəsinə dair müddəalar saxlanılmaqla qəti olaraq üzərində 02 (iki) il 08 (səkkiz) ay 10 (on) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla təkrarən özgə əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24.01.2019-cu il tarixli hökmü ilə təqsirli bilinməklə 03 il 03 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və 28.10.2019-cu il tarixli Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla 02 il 08 ay 10 gün cəzası 02 il sınaq müddəti ilə şərti hesab edilməklə azadlıqa buraxılmış və şərti cəza çəkdiyi müddətdə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 27.05.2020-ci il tarixə keçən gecə saat 04 radələrində Zərərçəkmiş şəxs6 yaşadığı Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları küçəsi, 27 saylı binanın həyətində quraşdırılmış ona məxsus dəmir qutunun asma kilidini sındıraraq içində olan bir ədəd dəyəri 1500 manat olan «İmerqaz» markalı kombi aparatını gizli yolla talayaraq Zərərçəkmiş şəxs6 1500 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 20 iyul 2020-ci il tarixdə saat 13:00-dən 18:00-ə qədər olan müddət ərzində Zərərçəkmiş şəxs3 ünvan 2 ünvanın qarşısında yolun kənarında saxladığı «Mersedes-Benz-190» markalı ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobilin salonuna açıq pəncərədən yəni, saxlanc yerinə qanunsuz olaraq daxil olmaqla avtomaşının əlcək bölməsində olan 1250 manat nağd pulu gizli yolla talayaraq Zərərçəkmiş şəxs3 1250 manat manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə vahid niyyətlə 24 may 2020-ci il tarixdə saat 12 radələrində ünvan 15 binanın birinci mərtəbəsinin pilləkənlərinin altında quraşdırılmış saxlanc yerindən Zərərçəkmiş şəxs4 məxsus bir ədəd 24 diametr ölçülü dəyəri 200 manat olan velosiped və bir ədəd dəyəri 170 manat olan qara rəngli amortizatorlu samokat, 18 avqust 2020-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs4 ünvan 15 binanın 4 və 5-ci mərtəbələri arasında qoyulmuş saxlanc yeri sayılan taxta dolabın dəmir asma qıfılı sındırılmaqla oradan 100 manat dəyərində qab-qacaq və 24 avqust 2020-ci il tarixdə saat 20:30 radələrində Zərərçəkmiş şəxs4 ünvan 15 binanın 4 və 5-ci mərtəbələri arasında qoyulmuş saxlanc yeri sayılan taxta dolabın dəmir asma qıfılı sındırılmaqla oradan bir ədəd dəyəri 50 manat olan elektrik soba, bir ədəd dəyəri 30 manat olan blendr, bir ədəd dəyəri 60 manat olan mikser və dəyəri 150 manat olan ayaqqabıları gizli yolla talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 760 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə vahid niyyətlə ünvan 3 ünvanda yerləşən «Oba» market mağazalar şəbəkəsinin anbarına çöl yan tərəfdən olan qapıdan qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla 10 avqust 2020-ci il tarixdə saat 12 radələrində həmin marketin anbarından 40 manat dəyərində bir bağlamada 44 ədəd sayda olan pampersi, 14 avqust 2020-ci il tarixdə saat 15 radələrində daxil olmaqla iki kaset bir kasetində 24 ədəd olmaqla 33 manat dəyərində «Bizon» içkilərini və 16 avqust 2020-ci il tarixdə saat 16 radələrində həmin anbardan 140 ədəd pampers olan 90 manat dəyərində bir bağlama pampersi gizli yolla talayıb oğurlamaqla Zərərçəkmiş şəxs1 163 manat miqdarında maddi zərər vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə 31 avqust 2020-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Səbail rayonu, F.Qurbanov küçəsi ev 48, mənzil 30 ünvanında yerləşən həyət evinə açıq qapıdan qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs5 otaqda masanın üzərində qoyduğu 400 manat dəyərində “Samsung” markalı notbuku gizli yolla talayıb Zərərçəkmiş şəxs5 400 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 2020-ci ilin sentyabr ayının sonlarında saat 14 radələrində ünvan 4 ünvanın zirzəmi qapısının kilidini sındırma yolu ilə açıb qanunsuz olaraq daxil olmaqla, oradan Zərərçəkmiş şəxs2 oğluna məxsus olan 100 manat manat dəyərində bir ədəd stolüstu lampa, ümumilikdə qiyməti 180 manat dəyərində 4 ədəd yemək qazanını oğurlamaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 280 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, pulu olmadığı üçün, müxtəlif ünvanlardan və ya saxlanc yerlərindən əşyalar oğurlayıb satırdı. 20 iyul 2020-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Səbail rayonu, Ə.Qardaşları küçəsində piyada hərəkət edərkən yolun kənarında dayanmış «Mersedes-190» markalı dövlət nömrə nişanını xatırlamadığı avtomobilin qabaq sağ şüşəsinin açıq olduğunu görüb oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə o, ətrafda heç kimin olmamasından istifadə etməklə ətrafa boylandıqdan sonra əlini şüşədən içəri salmaqla bardaçok deyilən yeri açmışdır. Orada pul olduğunu görüb həmin puldan 30 manat yerində saxlamaqla qalanını götürüb cibinə qoymaqla tez oradan uzaqlaşıb getmişdir. Yolda gedərkən həmin pulu saydıqda pulun 1250 manat olmasını müəyyən etmişdir. Sonradan həmin pulu şəxsi ehtiyyacları üçün xərcləmişdir. Bundan başqa 2020-ci ilin sentyabr ayının sonunda Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi «Bublik» şirniyyat dükanının arxasında yerləşən küçə ilə hərəkət etdiyi zamanı orada ünvanını xatırlamadığı ikimərtəbəli mənzili görmüşdür. Həmin vaxt mənzildən oğurluq etmək qərarına gəlmişdir. Evin birinci mərtəbəsinin giriş qapısı ayrıca küçə istiqamətində olmuşdur. Həmin qapının üz örtüyü lambirin və taxta materialdan olmaqla, qapı asma qıfılla bağlı olmuşdur. Həmin vaxt yerdən dəmir parçası tapıb asma qıfılı sındırmaqla içəri daxil olmuşdur. Həmin yer işıqsız zirzəmifason yer olmuşdur. Həmin vaxt oradan 4 ədəd aliminium materialdan olan yemək qazanını, 1 ədəd gecə lampasını götürüb oradan uzaqlaşmışdır. Oğurladıqı əşyalardan qazanları əzməklə lom halında elə həmin gün “Akape” adlanan yerdə tanımadığı dəmir yığan şəxsə 15 manat pula satmışdır. Bundan sonra 10 avqust 2020-ci il tarixdə günüz vaxtı yaşadığı ətrafda gəzişərkən ünvan 3 ünvanda yerləşən yerləşən «Oba» marketin anbarının çöl yan qapısının açıq olmasını görüb orada heç kimin olmamasından istifadə edərək bir paçka pampersi götürməklə oradan uzaqlaşıb getmişdir. Fikirləşmişdir ki, oradan çox əşya götürsə bu hamının nəzərinə çarpar. Bu səbbəbən 14 avqust 2020-ci il tarixdə bir daha anbara daxil olmaqla oradan iki kasset «Bizon» içkilərini oğurlayıb aparmışdır. Növbəti dəfə yenə anbarda olan əmlaklardan oğurlamaq məqsədi ilə 16.08.2020-ci il tarixdə həmin anbara daxil olub bir ədəd böyük bağlama pampersi oğurlamışdır.Oğurladığı pampersləri tanımadığı şəxslərə 10-20 manata satmış, “Bizon” içkilərindən 5-10 ədədini özü içmiş, qalanını da 10 manata satmışdır. Sonradan mağazanın sahibi mağazada quraşdırılmış müşahidə kamerasına baxmaqla onu tanımış və 163 manat dəymiş zərərlə bağlı pulunun ödənilməsini atasından tələb etmişdir. Maddi durumları pis olduğu üçün həmin pulu mağazaya ödəyə bilməmişlər. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü ona görə qismən təqsirli bilmişdir ki, ona elan edilmiş ittihamda qeyd olunan Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları küçəsi, 27 saylı binanın həyətində quraşdırılmış dəmir qutunun asma kilidini sındıraraq içində olan bir ədəd dəyəri 1500 manat olan «İmerqaz» markalı kombi aparatını gizli yolla talama əməlini, 24 may 2020ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs4 ünvan 15 binanın birinci mərtəbəsinin pilləkənlərinin altında qurraşdırılmış saxlanc yerindən bir ədəd 24 diametr ölçülü dəyəri 200 manat olan velosiped və bir ədəd dəyəri 170 manat olan qara rəngli amortizatorlu samokat, 18 avqust 2020-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs4 ünvan 15 binanın 4 və 5-ci mərtəbələri arasında qoyulmuş saxlanc yeri sayılan taxta dolabın dəmir asma qıfılı sındırılmaqla oradan 100 manat dəyərində qab-qacaq və 24 avqust 2020-ci il tarixdə saat 20:30 radələrində Zərərçəkmiş şəxs4 ünvan 15 binanın 4 və 5-ci mərtəbələri arasında qoyulmuş saxlanc yeri sayılan taxta dolabın dəmir asma qıfılı sındırılmaqla oradan bir ədəd dəyəri 50 manat olan elektrik soba, bir ədəd dəyəri 30 manat olan blendr, bir ədəd dəyəri 60 manat olan mikser və dəyəri 150 manat olan ayaqqabıları gizli yolla talama, ünvan 5 ünvanında yerləşən həyət evinə açıq qapıdan qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs5 otaqda masanın üzərində qoyduğu 400 manat dəyərində “Samsung” markalı notbuku gizli yolla talama əməllərini törədmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs qeyd etmişdir ki, Zərərçəkmiş şəxs4yaşadığı evin blokuna cəmi bir dəfə daxil olmuş, lakin hansı səbəb görə həmin bloka daxil olduğunu bildirməmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin ondan şikayətinin olmadığını və himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 20 sentyabr 2020-ci il tarixdə ailəsi ilə birlikdə Gəncə şəhərinə yas mərasiminə getmişdir. 02 oktyabr 2020-ci il tarixdə nahəra qədər olan vaxtda isə Bakı şəhərinə yaşadığı mənzilə qayıtmışdır. 03 moktyabr 2020-ci il tarixdə səhər saatlarında evinə nəzər yetirdikdə mənzilinin birinci mərtəbəsində zirzəmi kimi istifadə etdiyi yerin qapısındakı qıfılın sındırıldığını aşkar etmişdir. Keçib oraya baxdıqda isə içəridəki əşyaların dağınıq halda olmasını görmüşdür. Həmin vaxt ona bəlli olmuşdur ki, oğurluqa girmiş şəxs zirzəmidən ona məxsus bir ədəd 100 manat dəyərində masaüstü lampanı, ümumi dəyəri 180 manat olan 4 ədəd qazanı oğurlamışdır. Zərərçəkmiş şəxs2 həmin oğurluq nəticəsində ona cəmi 280 manat dəyərində maddi zərər yetirilməsini bildirmişdir. Zərərçəkmiş şəxs2 həmçinin məhkəməyə ərizə ünvanlayaraq iş üzrə Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını, dəymiş zərərin əvəzini ona ödənildiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, atasına məxsus etibarnamə ilə idarə etdiyi “Mersedes 190” markalı **-HZ-*** dövlət nömrə nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Həmçinin ustalıqla, evlərin təmiri ilə bağlı da bacarığı vardır. 16 iyul 2020-ci il tarixdə tanışı ünvan 6 ünvanda yaşayan Patimat Maqamedova ilə telefonda danışan zaman o, evində təmir işləri apardıqı üçün evin giriş qapısını rəngləməyi ondan xahiş etmişdir. 20 iyul 2020-ci il tarixdə saat 13 radələrində idarə etdiyi “Mersedes 190” markalı **-HZ-*** dövlət nömrə nişanlı avtomobillə ünvan 7 ünvanının qarşısına gəlməklə avtomobili yolun sağ kənarında saxlamış, cibində olan pulların hamısını avtomobilin salonunda şitin sağ tərəfində yerləşən bardaçok deyilən yerə qoymuşdur. Avtomobildən düşüb avtomobilin pultunun qapılarını bağlama düyməsini sıxıb saxladıqdan sonra Patimat Maqamedovanın yaşadığı evinə getmişdir. Orada evin qapısını rəngləyib işlərimi yekunlaşdırdıqdan sonra saat 18 radələrində onun evindən çıxıb avtomobilinə yaxınlaşıb əyləşmişdir. Bardaçok deyilən yeri açıb pulu götürmək istədikdə orada saxladığı 1250 manat pulun oğurlanmasını aşkar etmişdir. Həmçinin avtomobilin qabaq yan şüşəsinin açıq olduğunu da görmüşdür. X5 evinə qayıdıb pulunun avtomobildən oğurlandığını bildirmişdir. Sonra da yenidən avtomobilin yanına qayıdaraq DİN-in 102 xidmətinə zəng vurub oğurluq olması barədə məlumat vermişdir. Polis əməkaşları hadisə yerinə gəlib müayinə etmişlər, özü həmin gün Səbail RPİ-nin 8-ci Polis Bölməsinə gedib ərizə və izahat vermişdir. O, həmçinin məhkəməyə ərizə təqdim edərək iş üzrə Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərin ödənildiyini, ondan şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, ünvan 8 ünvan onun qohumu Sümbülə xanımın mənzilidir. Özü həmin ünvanda təxminən 7 ilə yaxın bir müddətdir ki, yaşayır. Həmin ünvan həyət evi olmaqla birmərtəbəli üçotaqlı mənzildir. Həmin həyətin ümumi bir qapısı olmaqla həyətə giriş həmin qapıdandır. Mənzilin 3 otağından birində özü, birində kirayəşin, digər otaqında isə Sümbülə xanım qalır. Özünə məxsus olan «Samsung» markalı nootbuk həmin evdə qaldığı otaqda olur, lazım olanda Sümbülə xanımda həmin notbukdan istifadə edir. 31 avqust 2020-ci il tarixdə Sümbülə xanım ona zəng edərək notbuku götürüb götürmədiyini ondan soruşduqda o, notbukun evdə olmasını bildirdi. Belə olduğu halda Sümbülə xanım bildirdi ki, onda notbuk oğurlanıb. Bundan sonra Sümbülə xanım polisə oğurluq hadisəsi barədə məlumat vermişdir. Ona məxsus olan həmin notbukun dəyəri 400 manat olmuşdur. O, həmçinin məhkəməyə ərizə təqdim edərək iş üzrə Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, özü ünvan 9 ünvanda yaşayır. Həmin mənzil birmərtəbəli həyət evi olmaqla mənzili üç otaqdan ibarətdir. Həyətin yalnız bir ümumi qapısı olmaqla mənzildə yaşayanlar həmin qapıdan həyətə daxil ola bilirlər. Mənzilin otaqlarının birində özü, birində kirayəşin, digərində isə qohumu Amil qalır. Həyətin yalnız bir ümumi qapısı olmaqla mənzildə yaşayanlar həmin qapıdan həyətə daxil ola bilirlər. Mənzilində Amil qaldığı otaqda Amilə məxsus olan «Samsung» markalı nootbuk vardır ki, notbuk həmin otaqda qalır, lazım gəldikdə isə özüdə istifadə edir. Təqsirləndirilən şəxs tanıyır. 31 avqust 2020-ci il tarixdə mənzildə televizora baxırdı, telefonu elektrik cərəyanına qoşmaq üçün digər otağa keçəndə gördü ki, həyətində asdığı paltarlardan biri yoxdur. Sonra otağa keçib baxanda notbukun da yerində olmadığını görmüşür. Bu barədə Amildən soruşduqda o, notbuku götürmədiyini, evdə saxladığını demişdir. Belə olduğu halda başa düşmüşdür ki, oğurluğu edən şəxs asılan yerdən paltarı götürməklə notbuku həmin paltara büküb oğurlamışdır. Ona məxsus götürülən köynək isə bir ədəd ona hədiyyə olunmuş köynək olmuşdur ki, özünə bununla bağlı hər hansı bir maddi zərər dəyməmişdir. Sümbülə Əliyevə əlavə olaraq bildirmişdir ki, notbukun oğurlanmasını aşkar etməmişdən bir qədər öncə o telefonla danışarkən çölə həyətə çıxdıqda qonşuluqda yaşayan Vüsalla Asəfi görmüş və onların saat 16:00 radələrindən qapının qarşısında dayandıqlarını, daha sonra isə Asəfin qohumları gəldiyindən evə getdiyini görmüş, Vüsal isə kənarda tək halda dayanmaqla onun evdə tək olmağını bilmişdir. Hadisə baş verən gün həyətin qapısı açıq olmuşdur. Məhkəmə iclasında Şahid3 notbuku Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını Təqsirləndirilən şəxs üzünə demişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, təqribən 2020-ci ilin may ayının sonunda yaşadığı blokun 1-ci mərtəbəsində pilləkənın altında düzəltdirdiyi yerin taxta qapısından asdığı qıfıl sındırılaraq 24 diametirli təkərləri olan velosiped, qara rəngli dəmirdən olan amartizatorlu samokat, oğurlanmışdır.18 avqust 2020-ci il tarixdə isə 4-5-ci mərtəbələrarası yerdə taxtadan olan şkafdan dəmir qıfıl sındırılmaqla oradan isə ona məxsus qab-qacaqlar oğurlanmışdır. 24 avqust 2020-ci il tarixdə isə saat 20:30 radələrində evdə olduğu zamanı blokdan səs gəlmiş, həmin səsə qapını açıb yuxarı qalxdıqda beşinci mərtəbədəki boşluqda olan saxlanc yerinin qıfılının sındırılmaqla əşyalarının oğurlandığını aşkar etmişdir. Bunu gördükdən sonra o, oğurluqla bağlı ərizə ilə polisə müraciət etmişdir.2020-ci ilin may ayının sonunda oğurluq zamanı 200 manat dəyərində velosiped, 170 manat dəyərində isə samokat, 18 avqust 2020-ci il tarixdəki oğurluq zamanı 100 manat dəyərində qab-qacaq, 24 avqust 2020-ci il tarixdəki oğurluq zamanı 50 manat dəyərində elektrik soba, 30 manat dəyərində blendr, 60 manat dəyərində mikser, 150 manat dəyərində idman ayaqabısı oğurlanmışdır. Həmin oğurluq nəticəsində ona 760 manat dəyərində maddi zərər dəymişdir. O, həmçinin məhkəməyə ərizə təqdim edərək iş üzrə Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, 27 may 2020-ci il tarixdə saat 10:45 radələrində yaşadığı evdə olan zaman isti suyun olmadığını görüb binanın həyətində olan kombinin işləyib-işləmədiyinə baxmaq üçün binanın həyətinə düşmüşdür. Bu zaman kombinin dəmirdən olan qutusunun qapısının acıq vəziyyətdə olduğunu və kombinin yerində olmadığını və oğurlandığını aşkar etmişdir. Bundan sonra o, bu barədə polisə məlumat vermişdir. Zərərçəkmiş şəxs6 oğurlanmış “İmerqaz” markalı kombini 2020-ci ildə aldığını, qiymətinin isə 1500 manat olmaqla həmin məbləğdə ona maddi zərər yetirildiyini bildirmişdir. Zərərçəkmiş şəxs6 həmçinin məhkəməyə ərizə ünvanlayaraq iş üzrə Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2017-ci il tarixdən etibarən Səbail rayonu, Səlyan şossesində yerləşən adsız dəmir qırıntıları qəbulu məntəqəsində işləyir. Həmin məntəqədə dəmir, miss və digər əlvan metalları qəbul edir. Aldığı metalların çəkisi 2 kiloqramdan artıq olduqda bu barədə mütləq kitabında qeydiyyatın aparır. 2020-ci ilin sentyabr ayının əvvəllərində 20-ci sahə adlanan ərazidə yaşayan üzdən tanıdığı Vüsal adlı şəxs bir neçə dəfə məntəqəyə gələrək 2 kiloqram almünum satmışdır. Təqsirləndirilən şəxs 2-3 dəfə, 10- 15 gün fasilə ilə məntəqəyə gəlmişdir. Gətirdiyi metallar bütöv halda deyildi, parçalanmış vəziyyətdə olduğu üçün oğurluq olması barədə şübhələnməmişdir. Həmçinin misin miqdarı az olduğuna görə bu barədə müvafiq qeydiyyat aparmamışdır. Vüsal “Bayıl adamı” idi, onu tanıyırdı. Şübhələndiyi adamın şəxsiyyət vəsiqəsini göstərməsini istəyir, polisə xəbər verirəm. Vüsalı tanıdığı üçün şəxsiyyət vəsiqəsini istəməmişdir. Vüsalın gətirdikləri işlənmiş qazanlar idi, dibi yanmışdı, qaz boruları, kondisioner, kombi qırıq, doğranmış vəziyyətdə idi. Vüsal axırıncı dəfə mis gətirmişdi, onda da polis gəldi. Gətirdiyi mis 2,5-3 kiloqram olardı. Axırıncı dəfə oktyabr ayı idi. 2020-ci ilin oktyabr ayının əvvəllərində polis əməkdaşları Vüsalı işlədiyi məntəqəyə gətirmişlər. Vüsal orada bildirdi ki, oğurladığı əşyalardan əldə etdiyi metalları gətirib onun məntəqəsinə satmışdır. Lakin Vüsal ona həmin metalların oğurluq olması ilə bağlı heçnə bildirməmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş «Oba» marketdən götürülmüş 01 ədəd CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin videogörüntüdə olan şəxsən özünün olmasını və həmin mağazanın anbarından bir neçə dəfə oğurluq etməsini etiraf etmişdir. DİN Kriminalistik Tədqiqatlar idarəsindənin 08.10.2020-ci il tarixli, 011-9707-1220 saylı məktubuna əsasən 03.10.2020-ci il tarixdə ünvan 10 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 məxsus evin zirzəmisində saxlanc yerində baş vermiş oğurluq faktı ilə hadisə yerindən götürülmüş barmaq izləri KTİ-nin ADİS-nin bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmiş, müqayisəli tədqiqat nəticəsində əl izlərinin 01 ədədi xx.xx.1988-ci ildə Ermənistan Respublikasında anadan olmuş Təqsirləndirilən şəxs oğlunun sol əlinin böyük barmağı ilə eynilik təşkil edir. DİN Kriminalistik Tədqiqatlar idarəsindənin ********* nömrəli cinayət işi üzrə 20/661R nömrəli, 05 dekabr 2020-ci il tarixli ekspert rəyinə əsasən 03.10.2020-ci il tarixdə ünvan 11 ünvanda yaşayan Zərərçəkmiş şəxs2 məxsus evin zirzəmisində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerindən götürülmüş 04 ədəd əl-barmaq izlərindən 01 ədədi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. 01 ədəd barmaq izi xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs sol əlinin böyük barmağının əksi ilə eynilik müəyyən edilmişdir. 05 dekabr 2020-ci il tarixli sübutların qiymətləndirilməsi qərarı ilə Zərərçəkmiş şəxs1 müdiri olduğu «Oba» marketdən götürülmüş 01 ədəd CD disk, həmçinin hadisə yerinə baxış zamanı ünvan 11 ünvanın zirzəmisindən götürülmüş əl-barmaq izləri maddi sübut kimi tanınmışdır. 08 oktyabr 2020-ci il tarixdə X2 Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə müraciəti əsasında 03 oktyabr 2020-ci il tarixdə naməlum şəxslər tərəfindən yaşadığı ünvan 11 ünvanın zirzəmisinin qapısının qıfılını sındırma yolu ilə oradan ona məxsus olan 100 manat dəyərində stolüstü lampanın və 180 manat dəyərində qazan dəstinin oğurlanması faktı üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 08 oktyabr 2020-ci il tarixli qərarla Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 09 oktyabr 2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. 03 avqust 2020-ci il tarixdə Zərərçəkmiş şəxs3 20 iyul 2020-ci il tarixdə DİN 102 Xidməti-Zəng mərkəzinə zəng edərək ünvan 12 ünvanında Dünyagöz klinikasının arxasında saxladığı “Mersedes 190” markalı, ** HZ *** dövlət nömrə nişanlı avtomobildən 1500 manat pulun oğurlanması barədə müraciəti əsasında fakt üzrə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 05 avqust 2020-ci il tarixdə Zərərçəkmiş şəxs3 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 04 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs və ya şəxslər müəyyən edilmədiyindən cinayət işi üzrə icraat dayandırılmışdır. 23 sentybar 2020-ci il tarixli qərarla ********* nömrəli iş üzrə dayandırlmış icraat təzələnmişdir. 30 sentyabr 2020-ci il tarixdə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. 01 oktyabr 2020-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs ittiham elan edilməsi üçün tutulması barədə qərar qəbul edilmiş və eyni tarixli qərarla barəsində axtarış elan edilmişdir. 01 oktyabr 2020-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin olduğu yer müəyyən olunmadığından icraat dayandırlmışdır. 09 oktyabr 2020-ci il tarixli axtarışda olan şəxsin yaxalanması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən 08 oktyabr 2020-ci il tarixdə tutulmuşdur. Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı” kitabının çıxarışından görünür ki, Təqsirləndirilən şəxs 08 oktyabr 2020-ci il tarixdə Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə gətirilmiş və X11 təhvil verilmişdir. 09 oktyabr 2020-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. 10 oktyabr 2020-ci il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə başlanılmış ********* saylı cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilərək istintaqı aparılmış və birləşdirilmiş cinayət işində ********* nömrəsi saxlanılmışdır. 06 sentyabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs4 24.08.2020-ci il tarixdə DİN 102 XZM-nə və Səbail RPİ 8-ci PB-nə yaşadığı Səbail rayonu, Xanlar küçəsi, 47 saylı binanın birinci mərtəbəsinin pilləkənlərinin altında quraşdırılmış saxlanc yerindən bir ədəd 24 diametr ölçülü dəyəri 200 manat olan velosiped və bir ədəd dəyəri 170 manat olan qara rəngli amortizatorlu samokat, 18 avqust 2020-ci il tarixdə yaşadığı binanın 4 və 5-ci mərtəbələri arasında qoyulmuş taxta dolabın dəmir asma qıfılı sındırılmaqla oradan 100 manat dəyərində qab-qacaq və 24 avqust 2020-ci il tarixdə saat 20:30 radələrində təkrarən yaşadığı binanın 4 və 5-ci mərtəbələri arasında qoyulmuş taxta dolabın dəmir asma qıfılı sındırılmaqla oradan bir ədəd dəyəri 50 manat olan elektrik soba, bir ədəd dəyəri 30 manat olan blendr, bir ədəd dəyəri 60 manat olan mikser və dəyəri 150 manat olan ayaqqabıların gizli yolla talanması faktına görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəsi altında cinayət işi başlanılmışdır. 08 sentyabr 2020-ci il tarixli qərarla Zərərçəkmiş şəxs4 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 200020218 nömrəli cinayət işi üzrə 09 oktyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. 10 oktyabr 2020-ci il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə başlanmış ********* saylı cinayət işi ********* saylı cinayət işi ilə birləşdirilmiş və birləşdirilmiş cinayət işində ********* nömrəsi saxlanılmışdır. 12 sentyabr 2020-ci il tarixdə ünvan 13 ünvanında 31.08.2020-ci il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs5 məxsus “Samsung” markalı “notebook”u oğurlamaqla zərərçəkmiş şəxsə 400 manat məbləğində maddi ziyan vurulması barədə Səbail RPİ-nin 8-ci Polis Bölməsində toplanmış HK1-930 saylı material əsasında fakt üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 20 sentyabr 2020-ci il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs5 zərərçəkmiş şəxs qismində tanınmışdır. 10 oktyabr 2020-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. 08 iyun 2020-ci il tarixli qərarla Zərərçəkmiş şəxs6 kombinin naməlum şəxs tərəfindən oğurlanması barədə DİN 102 xitmətinə və Səbail RPİ-nin 8-ci PB-nə müraciəti əsasında fakt üzrə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********** nömrəli cinayət işi başlanılmışdır. 12 iyun 2020-ci il tarixli qərarla ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs6 zərərçəkmiş şəxs qismində tanınmışdır. 08 iyul 2020-ci il tarixli qərarla cinayət hadisəsini törətmiş şəxs müəyyən edilmədiyindən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır. 09 oktyabr 2020-ci il tarixli qərarla ********* saylı cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. 09 oktyabr 2020-ci il tarixli qərarla ********* saylı cinayət işi Təqsirləndirilən şəxs barəsində istintaq edilən ********* saylı cinayət işinə birləşdirilərək istintaqı aparılmış və birləşdirilən cinayət işində ********* nömrəsi saxlanılmışdır. 10 oktyabr 2020-ci il tarixli qərarla ********* saylı cinayət işinin materialları Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. 10 oktyabr 2020-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsriləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 4(009)-518/2020 saylı 10 oktyabr 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətiman tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 09 oktyabr 2020-ci il tarixdən hesablanmışdır. 21 oktyabr 2020-ci il tarixli qərarla 16.08.2020-ci il tarixdə Vüsal adlı şəxsin işlədiyi Səbail rayonu, Əli Nəzmi küçəsi 89 ünvanında yerləşən “Oba” marketin anbarından 2 qutu pampers və 2 kaset bizon enerji içkisinin oğurlanması barədə Zərərçəkmiş şəxs1 Yaşar oğlunun müraciəti əsasında Səbail RPİ 8-ci PB-də toplanmış material icraata qəbul edilərək Səbail RPİ-nin İstintaq Şöbəsində istintaq edilən ********* saylı cinayət işinə birləşdirilmişdir. 25 oktyabr 2020-ci il tarixdə X7 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 05 dekabr 2020-ci il tarixli sübutların qiymətləndirilməsi qərarı ilə Təqsirləndirilən şəxs yenidən ünvan 14 ünvanda yerləşən «Oba» marketdən oğurluq etməsi faktıda daxil olmaqla Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan yeni məzmunlu ittiham elan olunmuş və Təqsirləndirilən şəxs vət.Zərərçəkmiş şəxs3 məxsus «Mersedes-Benz-190» markalı ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobilin əlcək yerindən(bardaçokdan) 1250 manat nəğd pulu oğurlaması üzrə əməli saxlanc yerinə qanunsuz olaraq daxil olma kimi qiymətləndilməsi qərara alınmışdır. Həmçinin qərarla Təqsirləndirilən şəxs ünvan 15 ünvandan həmçinin Səbail rayonu, Ə.ünvan 16əfə ayrı-vaxtlarda oğurluq törətməsi xüsusatları üzrə əməl cinayətlərin təkrar törədilməsi kimi deyil vahid niyyətlə törədilməsi olaraq qəbul edilmişdir. 06 dekabr 2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə nəzərdə tutulan yeni ittiham elan edilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 16 dekabr 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: Gəncə Hərbi Məhkəməsinin 23.01.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 331.3-ci və 62-ci maddələri ilə təqsirli bilinərək 300 manat cərimə cəzasına məhkum edilmişdir. 29.03.2009-cu il tarixdə 17.03.2009-cu il tarixli amnistiya qərarına əsasən cərimə cəzasından azad edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24.01.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 02 (iki) il sınaq müddəti təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 11.04.2019-cu il tarixli qərarı ilə apellyasiya protesti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24.01.2019-cu il tarixli hökmlə tətbiq olunmuş 70ci maddəsinin tətbiq olunmasına dair müddəalar xaric edilmiş, 03 (üç) il 02 (iki) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 28.10.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsinin müddəaları saxlanılmaqla üzərində qəti olaraq 2 (iki) il 08(səkkiz) ay 10(on gün) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-31/2019 saylı 24 yanvar 2019-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03(üç ) il 3(üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 03(üç) il 02 (iki) ay 27(iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. CM-nin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəza sınaq müddəti 2 il müəyyən olunmaqla şərti olaraq tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 11 aprel 2019-cu il tarixli, 1(103)-419 saylı qərarı ilə Səbail rayon Məhkəməsinin 1(009)-31/2019 saylı 24 yanvar 2019-cu il tarixli hökmündən verilmiş apellyasiya protesti təmin edilmiş, CM-nin 70-ci maddəsinin tətbiq olunamsına dair müddəalar hökmdən xaric edilmişdir. Məhkum Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, o dərhal məhkəmə iclas zalında həbsə alınmışdır. Cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-1064/2019 saylı, 18 sentyabr 2019-cu il tarixli il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 11 aprel 2019-cu il tarixli, 1(103)-419 saylı qərarı ləğv edilmiş, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1383/2019, 28 oktyabr 2019-cu il tarixli qərarı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-31/2019 saylı, 24 yanvar 2019-cu il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs CM-nin 180.2.3-cü maddəsi ilə təqsirli bilinərək ona təyin olunmuş 3 (üç) il 02 (iki) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası CM-nin 70-ci maddəsinə dair müddəalar dair müddəalar saxlanılmaqla, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 aprel 2019-cu ui tarixdən 28 oktyabr 2019-cu il tarixədək həbsdə olduğu 06 (altı) ay 17(gün) müddət nəzərə alınmaqla həmin müddət təyin edilmiş cəza müddətindən cıxılmış və üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 10 (on) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərinə əsasən Təqsirləndirilən şəxs iki azyaşlı uşağı vardır – 22.04.2014-cü il tarixli X8, 28.02.2010-cu il tarixli X4. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs1 ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur, onlara dəymiş ziyan ödənilmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs6, ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs Hüeyn oğluna qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, iş üzrə mövcud sübutlara hüquqi qiymət verərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs “20 iyul 2020-ci il tarixdə saat 13:00-dən 18:00-ə qədər olan müddət ərzində Zərərçəkmiş şəxs3 ünvan 2 ünvanın qarşısında yolun kənarında saxladığı «Mersedes-Benz-190» markalı ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobilin salonuna açıq pəncərədən yəni, saxlanc yerinə qanunsuz olaraq daxil olmaqla avtomaşının əlcək (bardaçok) bölməsində olan 1250 manat nağd pulu gizli yolla talaması” epizodu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən qeyd edilən epizod üzrə Təqsirləndirilən şəxs saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayaraq oğurluq etməsi ittihamı verilmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs oğurluq cinayətini törətsə də, buna saxlanc yerinə qanunsuz daxil olmaq yolu ilə etməmişdir. Belə ki, iş materiallarından Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 20 iyul 2020-ci il tarixdə saat 13:00-dən 18:00-ə qədər olan müddət ərzində Zərərçəkmiş şəxs3 ünvan 2 ünvanın qarşısında yolun kənarında saxladığı «Mersedes-Benz-190» markalı ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobilin salonuna açıq pəncərədən daxil olmaqla avtomaşının əlcək (bardaçok) bölməsində olan 1250 manat nəğd pulu gizli yolla talayaraq zərərçəkmiş şəxsə 1250 manat manat miqdarında maddi ziyan vurmaqla oğurluq etdiyi göstərilsə də, onun hərəkətlərində saxlanc yeri qanunsuz daxil olma mövcud olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin mənasına görə daxil olma qanunsuz olmalıdır. Ona görə də yaşayış sahəsinə, binaya və ya saxlanc yerinə daxil olmanın qanunvericiliklə müəyyən edillmiş qaydalarını pozmaqla, habelə belə yerlərin mülkiyyətçisinin və ya sahibinin iradəsindən kənar və ya onun iradəsi ziddinə həmin yerlərə daxil olma CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əlaməti yaradacaqdır. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olma şəxs maneələri aradan qaldırmaq və talamaq istədiyi əmlakı əlçatan etmək üçün əlavə səylər göstərir, mənzilin və ya başqa tikilinin qapısını, pəncərəsini sındırır, divarını, döşəməsini, tavanı dağıdır. Daxil olma müxtəlif üsullarla həyata keçirilə bilər. Sındırma yolu ilə daxil olma dedikdə, təqsirli şəxsin yaşayış sahəsinə, binaya anbara və başqa saxlanc yerlərinə girərək orada olan əmlakı aşkar edib ələ keçirmə məqsədi ilə divarların, tavanın, döşəmənin, qapıların, pəncərələrin sökülməsi, sındırıb qırılması, qoparılıb çıxarılması, dağıdılması, eləcə də qapılarda, pəncərələrdə, nəfəsliklərdə və s. olan qıfıl, cəftə, dəmir barmaqlıqların sındırılması, qoparılması, deformasiyaya uğradılması, yəni tamlığının pozulması yolu ilə işəri gorməsi başa düşülür. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Avtomobil və digər nəqliyyat vasitəsinin kabinəsi, oturacaq salonu saxlanc yerlərinə aid olmadığından oradan hər hansı əşyanın gizlin götürülməsi saxlanc yerlərinə daxil olma kimi qiymətləndirilə bilməz. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Yaşayış sahəsi dedikdə yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Bunlara müxtəlif istehsal və ya başqa inzibati tyinatlı tikililəri və s. aid etmək olar. Belə tikili və qurğular daimi vəya müvəqqəti ( məsələn, çadır, quraşdırılan ev və s.) stasionar və səyyari ( məsələn, vaqon) ola bilər. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin «yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq» əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir. Məhkəmə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs ünvan 2 ünvanın qarşısında yolun kənarında saxladığı «Mersedes-Benz-190» markalı ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobilin salonuna açıq pəncərədən daxil olmaqla avtomaşının əlcək(bardaçok) bölməsində olan 1250 manat nəğd pulu gizli yolla talaması cinayətinin saxlanc yerinə qanunsuz daxil olma yolu ilə törədilməsi kimi qiymətləndirməsinə tənqidi yanaşır. İstintaq orqanı baş vermiş hadisəni, yaranmış vəziyyəti əsaslı dəyərləndirməmiş, hadisəyə birtərəfli yanaşmış, bunun nəticəsi olaraq təqsirləndirilən şəxsin qeyd edilən epizod üzrə əməli düzgün qiymətləndirməmiş və faktiki hallara uyğun tövsif etməmişdir. Belə ki, ibtidai istintaq orqanı əməlin saxlanc yerinə qanunsuz daxil olma yolu ilə törədilməsi kimi tövsifini oğurluq baş verdiyi, oğurluq edilən yerin qüvvədə olan qanunvericiliyə əsasən saxlanc yeri hesab edilməsi ilə əlaqələndirmişdir. Məhkəmə Azərbaycan Respublikası Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Plenumunun yuxarıda qeyd edilən hüquqi mövqeyindən çıxış edərək bir daha qeyd edir ki, avtomobilin salonuna açıq pəncərədən daxil olmaqla avtomaşının əlcək(bardaçok) bölməsində olan 1250 manat nəğd pulu gizli yolla talaması saxlanc yerinə qanunsuz daxil olma kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, bu sübutlar sözügedən epizod üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsinin tərkibinin olmadığını göstərir. Bütün bunları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Hüseyn oğluna qeyd edilən epizod üzrə verilmiş ittihamda qanunsuz daxil olma əlaməti ittihamın məzmunundan xaric edilməli və həmin epizod üzrə əməl təkrarlıq əlaməti üzrə qiymətləndirilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda qismən təqsirli bilməsini, yəni ifadəsində 3 epizod üzrə Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları küçəsi, 27 saylı binanın həyətində quraşdırılmış dəmir qutunun asma kilidini sındıraraq içində olan bir ədəd dəyəri 1500 manat olan «İmerqaz» markalı kombi aparatını gizli yolla talama əməlini, 24 may 2020-ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs4 ünvan 15 binanın birinci mərtəbəsinin pilləkənlərinin altında qurraşdırılmış saxlanc yerindən bir ədəd 24 diametr ölçülü dəyəri 200 manat olan velosiped və bir ədəd dəyəri 170 manat olan qara rəngli amortizatorlu samokat, 18 avqust 2020-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs4 ünvan 15 binanın 4 və 5-ci mərtəbələri arasında qoyulmuş saxlanc yeri sayılan taxta dolabın dəmir asma qıfılı sındırılmaqla oradan 100 manat dəyərində qab-qacaq və 24 avqust 2020-ci il tarixdə saat 20:30 radələrində Zərərçəkmiş şəxs4 ünvan 15 binanın 4 və 5-ci mərtəbələri arasında qoyulmuş saxlanc yeri sayılan taxta dolabın dəmir asma qıfılı sındırılmaqla oradan bir ədəd dəyəri 50 manat olan elektrik soba, bir ədəd dəyəri 30 manat olan blendr, bir ədəd dəyəri 60 manat olan mikser və dəyəri 150 manat olan ayaqqabıları gizli yolla talama, ünvan 5 ünvanında yerləşən həyət evinə açıq qapıdan qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs5 otaqda masanın üzərində qoyduğu 400 manat dəyərində “Samsung” markalı notbuku gizli yolla talama əməllərini törədmədiyini bildirsə də, qeyd edilənlər məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Belə ki, Təqsirləndirilən şəxs ibitdai istintaq zamanı müdafiəçinin iştirakı ilə ifadəsi yerində yoxlanılmış və o ifadəsində Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları küçəsi, 27 saylı binanın həyətində quraşdırılmış dəmir qutudakı «İmerqaz» markalı kombi aparatını, ünvan 15 binanın blokundakı saxlanc yerindən velosiped, samokat və digər əşyaları, ünvan 5 ünvanından “Samsung” markalı notbuku oğurladığını göstərmişdir. Həmçinin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs “Samsung” markalı notbuku oğurlamadığını qeyd etsə də, Zərərçəkmiş şəxs5 məhkəməyə ünvanladığı ərizəsində gösstərmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Şahid3 da ifadəsində notbukun məhz Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində ünvan 15 binanın blokuna daxil olduğunu qeyd etsə də, hansı səbəbdən ora daxil olduğunu məhkəməyə bildirməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün qismən etirafı, ekspert rəyi, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun saxlanc yerinə qanunsuz daxil olaraq təkrarən özgələrinin əmlaklarını gizli talayaraq oğurluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini qismən etiraf etməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayətinin olmamasını, iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-31/2019 saylı 24 yanvar 2019-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03(üç ) il 3(üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 03(üç) il 02 (iki) ay 27(iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. CM-nin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəza sınaq müddəti 2 il müəyyən olunmaqla şərti olaraq tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 11.04.2019-cu il tarixli qərarı ilə apellyasiya protesti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24.01.2019-cu il tarixli hökmlə tətbiq olunmuş 70-ci maddəsinin tətbiq olunmasına dair müddəalar xaric edilmiş, 03 (üç) il 02 (iki) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-1064/2019 saylı, 18 sentyabr 2019-cu il tarixli il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 11 aprel 2019-cu il tarixli, 1(103)-419 saylı qərarı ləğv edilmiş, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1383/2019, 28 oktyabr 2019-cu il tarixli qərarı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-31/2019 saylı 24 yanvar 2019-cu il tarixli hökmü dəyişdirilmiş Təqsirləndirilən şəxs CM-nin 180.2.3-cü maddəsi ilə təqsirli bilinərək ona təyin olunmuş 3(üç) il 02 (iki) ay 27(iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası CM-nin 70-ci maddəsinə dair müddəalar dair müddəalar saxlanılmaqla, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02(iki) il 08 (səkkiz) ay 10 (on) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Lakin Təqsirləndirilən şəxs sınaq müddəti ərzində, yəni 2020-ci ildə yenidən qəsdən az ağır cinayətlər törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən və ağırlaşıdıran hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. (CM 67.4-cü maddəsi). Məhkəmə, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli, 1(009)-31/2019 saylı hökmü ilə təyin edilmiş 2 (iki) il sınaq müddətində yenidən az ağır cinayət törətməsini nəzərə alaraq hesab edir ki, şərti məhkum etmə ləğv edilməli və Bakı Apellyasiya Məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli, 1(103)-1383/2019 saylı qərarı ilə təyin edilmiş və çəkilməmiş 02 (iki) il 08 (səkkiz) ay 10 (on) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs əvvəl törətdiyi cinayətə görə təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəza şərti tətbiq edildiyindən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 08 oktyabr 2020-ci il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış ünvan 17 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 müdiri olduğu «Oba» marketdən götürülmüş 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış hadisə yerinə baxış zamanı X3 məxsus ünvan 11 ünvanın zirzəmisindən götürülmüş əl-barmaq izləri nümunələri cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 351-353, 356, 357-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və ona 03 (üç ) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli, 1(009)-31/2019 saylı hökmü ilə Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş 02 (iki) il müddətinə şərti məhkum etmə ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli, 1(103)-1383/2019 saylı qərarı ilə təyin edilmiş və çəkilməmiş 02 (iki) il 08 (səkkiz) ay 10 (on) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 08 oktyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış ünvan 17 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 müdiri olduğu “Oba” marketdən götürülmüş 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış hadisə yerinə baxış zamanı X3 məxsus ünvan 11 ünvanın zirzəmisindən götürülmüş əl-barmaq izləri nümunələri cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs “20 iyul 2020-ci il tarixdə saat 13:00-dən 18:00-ə qədər olan müddət ərzində Zərərçəkmiş şəxs3 ünvan 2 ünvanın qarşısında yolun kənarında saxladığı «Mersedes- Benz-190» markalı ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobilin salonuna açıq pəncərədən yəni, saxlanc yerinə qanunsuz olaraq daxil olmaqla avtomaşının əlcək bölməsində olan 1250 manat nağd pulu gizli yolla talaması” epizodu üzrə verilmiş ittihamda qanunsuz daxil olma əlaməti ittihamın məzmunundan xaric edilsin və həmin epizod üzrə əməl təkrarlıq əlaməti üzrə qiymətləndirilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını istintaq müddətində müdafiə edilməsinə görə 360 (üç yüz altmış) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 840 (səkkiz yüz qırx) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ( "xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-74/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-74/2021
22.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver