Məhkəmə qərarları › İş №1(009)-74/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-74/2023

01.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-74/2023 01.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X3 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, hazırda barəsində “polisin nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İttiham aktına əsasən, Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd 6 ml həcmli şprisin içərisində 1 ml həcmli quru halda təmiz çəkisi 0,2 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla ünvan 2 ünvana daşımış, 21 sentyabr 2022-ci il tarixdə saat 20:50 radələrində Bakı şəhəri, Səbail RPİ-nin PPXB-nün əməkdaşları tərəfindən ünvan 2 ünvanın qarşısında saxlanılaraq 39-cu Polis Bölməsinin inzibati binasına dəvət olunmuş, PB-nin inzibati binasında olan xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əlindəki şəffaf rəngli selofan torbanın içərisində qara rəngli pul qabının içərisindən 01 ədəd 6 ml həcmli göy rəngli şprisin içərisində 1 ml həcmli quru halda çəkisi 0,2 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, təxminən 7 ildir ki, narkotik vasitə narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən istifadə edir. Narkotik vasitə heroini yandırıb burunu çəkmək və inyeksiya yolu ilə qəbul edir. Bədənində olan güclü ağrılar səbəbindən narkotik vasitəni tez-tez qəbul edir. İstifadə etdiyi narkotik vasitəni və psixotrop maddəni əvvəlcədən tanımadığı və şəxsiyyətləri haqqında heç bir məlumatı olmayan şəxslərdən əldə edir. 21 sentyabr 2022-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Avtoş dönər” adlı restoranın arxasındakı məhəllədə olan zaman yerdən içərisində qəhvəyi rəngli məhlul olan bir ədəd tibbi şpris tapıb. Daha sonra Səbail rayonu ərazisində gəzişməyə başlayıb. Həmin gün saat 20:50 radələrində Səbail rayonu, Nizami küçəsi 70 saylı ünvanda yerləşən “Kontinental” marketin qarşısında olan zaman iki nəfər polis geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstəriblər. Polis əməkdaşları onun hərəkətlərindən şübhələndiklərini bildirib əlində olan tibbi şprisi görüblər. Tibbi şprisin içərisində olan məhluldan və onun hərəkətlərindən şübhələnib onu yaxınlıqda yerləşən Səbail RPİ-nin 39cu Polis Bölməsinə dəvət ediblər. Polis əməkdaşlarına etiraz etməyib və onlarla birlikdə polis bölməsinə gedib. Orada olan zaman polis əməkdaşları onu və əlindəki əşyaları polis bölməsinin növbətçi hissəsinə təhvil veriblər. Polis Bölməsində xidməti otaqlardan birində dəvət olunmuş vəkilin və polis əməkdaşlarının iştirakı ilə ona hüquq və vəzifələri izah edildikdən sonra təqdim etdiyi əşyalara və üzərinə şəxsi axtarış keçirilməyə başlanıb. Onunla birlikdə polis bölməsinə təqdim olunan əşyalara baxış keçirilərkən təqdim olunan əşyaların 01 ədəd içərisində narkotik vasitəyə bənzər məhlul olan tibbi şpris, sellofan torbada 03 ədəd içərisi boş tibbi şpris, 01 ədəd siqaret qutusu, 01 ədəd azadlığın məhdudlaşdırılması üçün nəzərdə tutulmuş qolbağın nəzarət cihazı, 01 ədəd qara rəngli pul kisəsi, 01 ədəd boş plastik qutu və 01 ədəd salfet qutusu olması müəyyən edilib. Bundan sonra üzərinə fiziki axtarış keçirilib və əynində olan şalvarın sağ yan cibindən 01 ədəd alışqan və 01 ədəd siqaret qutusu aşkar edilib. Polis əməkdaşları tibbi şprisin içərisindəki məhlulun narkotik vasitəyə bənzədiyini və iş üzrə maddi !sübut əhəmiyyətinə malik olduğunu bildirib aşkar edilmiş 01 ədəd tibbi şprisi müvafiq ekspert rəyi alınmasından ötrü ekspertizaya göndərilməsi üçün kağız zərfə qoyularaq qablaşdırıb. Daha sonra iştirakçılarla birlikdə o da həmin zərfin üzərinə imza edib. Həmin tibbi şprisi 21 sentyabr 2022-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Avtoş dönər” adlı restoranın arxasındakı məhəllədə olan zaman yerdən tapmışdır. Tibbi şprisin içərisinə dostları ilə zarafatlaşmaq üçün əridilmiş şokolad doldurmuşdur. Saxlanılan zaman, eləcə də, üzərinə baxış keçirilən zaman ona polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixi təzyiq göstərilməmişdir Təqsirləndirilən şəxs son sözündə, əməlindən səmimi peşman olmasını, narkotik vasitə istifadəçisi olduğunu lakin saxlanılan zaman üzərində heç bir narkotik vasitə olmadığını bildirərək barəsində həbslə əlaqədar olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-in Bakı şəhəri Səbail RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid1 vermiş olduğu ifadəsində göstərmişdir ki, hazırda DİN-in Səbail rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri vəzifəsində xidmət edir, polis serjantı rütbəsindədir. O, Səbail RPİ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı Şahid2 ilə birlikdə 21 sentyabr 2022-ci il tarixdə saat 20:50 radələrində Səbail RPİ-nin 39-cu Polis Bölməsinin inzibati ərazisində xidmətdə olarkən ünvan 2 ünvanın qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşıblar. Onlar həmin şəxsə özlərini təqdim etdikdən sonra xidməti vəsiqələrini göstərməklə həmin şəxsdən özünü təqdim etməsini istəmiş və üzərində şəxsiyyətini təsdiq edən sənədin olub- olmadığını soruşublar. Bu zaman həmin şəxs özünü təqdim etmədən üzərində şəxsiyyəti təsdiq edən heç bir sənədinin olmadığını bildirərək suallara qeyriadekvat cavab verib. Daha sonra onlar həmin şəxsi Səbail RPİ-nin 39-cu Polis Bölməsinə dəvət ediblər və o, etiraz etməyərək onarla birlikdə Polis Bölməsinə gedib. Polis Bölməsində həmin şəxsin xx xxxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X7 olması müəyyən edilib. Bundan sonra onlar tərəfindən raport tərtib edilərək həmin şəxsi əlində olan əşyalarla birlikdə aidiyyəti üzrə Səbail RPİ-nin 39-cu Polis Bölməsinin növbətçi hissəsinə təhvil verib öz xidməti yerlərinə qayıdıblar. X1 və Səbail RPİ-nin 39-cu Polis Bölməsinə gətirilən zaman ona qarşı hər hansı bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-in Bakı şəhəri Səbail RPİ-nin 39cu PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 vermiş olduğu ifadəsində göstərmişdir ki, hazırda DİN-in Səbail RPİ-nin 39-cu Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis leytenantı rütbəsindədir. 21 sentyabr 2022-ci il tarixdə xidmət etdiyi Polis Bölməsində xidmətdə olan zaman Səbail RPİ-nin PPXB-nün əməkdaşları tərəfindən Polis Bölməsinə özünü şübhəli apardığı üçün bir nəfər kişi cinsli şəxs gətirilib. PPXB-nün əməkdaşları həmin şəxsi əlində olan əşyalarla birlikdə aidiyyəti üzrə polis bölməsinin növbətçi hissəsinə təhvil veriblər. Həmin şəxsin xx xxxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X7 olması müəyyən edilib. Bundan sonra gətirilmiş şübhəli bilinən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili X6 dəvət olunaraq şübhəli şəxsə təqdim olunub. Təqsirləndirilən şəxs hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə etirazı olmadığını bildirib və onlara konfıdensial ünsiyyət saxlamaq üçün şərait yaradılıb. Onlar konfıdensial ünsiyyət saxladıqdan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilib, həmçinin ona hüquq və vəzifələri izah edilib. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs videoçəkilişdən istifadə edilməklə onun üzərinin və təqdim olunan əşyaların yoxlanılacağı, üstündə olan əşyalara baxış keçiriləcəyi bildirilib. Təqsirləndirilən şəxs buna etiraz etmədiyini, şəxsi axtarış və baxış keçirilməsinə razı olduğunu bildirib. Təqdim olunan əşyalara və üzərinə baxış həyata keçirilməzdən əvvəl şübhəli şəxsə Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilib. Bundan sonra təqdim olunan əşyalara və Təqsirləndirilən şəxs üzərinə baxış mobil telefon vasitəsilə videoçəkliş aparılmaqla həyata keçirilməyə başlanılıb. Təqsirləndirilən şəxs PPXB-nün əməkdaşları tərəfindən saxlanılıb polis bölməsinə təhvil verilərkən onunla birlikdə polis bölməsinə təhvil verilmiş əşyalara baxış keçirilən zaman müəyyən edilib ki, həmin əşyalar 01 ədəd içərisində narkotik vasitəyə bənzər məhlul olan tibbi şpris, sellofan torbada 03 ədəd içərisi boş tibbi şpris, 01 ədəd siqaret qutusu, 01 ədəd azadlığın məhdudlaşdırılması üçün nəzərdə tutulmuş qolbağın nəzarət cihazı, 01 ədəd qara rəngli pul kisəsi, 01 ədəd boş plastik qutu və 01 ədəd salfet qutusudur. Bu zaman Təqsirləndirilən şəxs içərisində narkotik vasitəyə bənzər məhlul olan tibbi şprisin içərisindəki mhəlulun şokolad suyu olduğunu bildirib. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə fiziki axtarış keçirilib və əynindəki şalvarın sağ yan cibindən 01 ədəd alışqan və 01 ədəd siqaret qutusu aşkar edilib. Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd içərisində narkotik vasitəyə bənzər məhlul olan tibbi şpris cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb, Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 49 saylı möhürü ilə möhürlənərək götürülüb. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməyib. Təqdim olunan əşyalara və üzərinə baxışın keçirilməsinin nəticələrinə dair protokol tərtib olunub, protokol iştirakçılara ucadan oxunub, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunub. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmayıb. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman ona qarşı hər hansı bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Səbail RPİ-nin 39-cu PBnin əməliyyat müvəkkili, polis leytenantı Şahid4 iş üzrə digər şahid qismində dindirilmiş Şahid3 ilə analoji ifadə verərək onun dediklərini bir daha təsdiqləmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Səbail RPİ-nin PPXBnin polis nəfəri, polis kiçik serjantı Şahid2 iş üzrə digər Şahid1 ilə analoji ifadə vermişdir. Məhkəmə kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 22 sentyabr 2022-ci il tarixli, 6/5407 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Saxlanılan şəxs İqbal Təqsirləndirilən şəxs yazılan zərfdə 1 ədəd 6 ml həcmli göy rəngli şprisin içərisində 1 ml həcmli tünd qəhvəyi rəngli məhlul heroin məhluludur və quru halda heroinin ümumi çəkisi 0,2 qramdır. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında məhkəməyədək icraat mərhələsində aparılmış şəxsi axtarış və götürülmə aparılmasını əks etdirən video görüntüyə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, videofayldakı çəkilişin 06 dəqiqə 35 sanivə müddətində olması, çəkilişin xidməti otaqların birində aparılması, çəkilişdə bir nəfər kisi cinsli şəxs barəsində təqdim olunmuş əsyava və üzərinə baxış istintaq hərəkətinin aparılması, istintaq hərəkəti zamanı saxlanılan şəxslə birlikdə polis bölməsinə təqdim olunan əsvalara baxış keçirilən zaman həmin əsyaların 01 ədəd içərisində narkotik vasitəvə bənzər məhlul olan tibbi şpris. sellofan torbada 03 ədəd içərisi bos tibbi şpris, 01 ədəd siqaret qutusu. 01 ədəd azadlığın məhdudlaşdırılması ücün nəzərdə tutulmuş qolbağın nəzarət cihazı, 01 ədəd qara rəngli pul kisəsi, 01 ədəd bos plastik qutu və 01 ədəd salfet qutusu olması, saxlanılan şoxs narkotik vasitə və psixotrop maddə istifadəçisi olsa da, içərisində narkotik vasitəvə bənzər məhlulu olan tibbi şprisin içərisindəki məhlulun narkotik vasitə vox, şokolad suvu olmasını bildirməsi, bundan sonra saxlanılan şəxsin üzərinə fiziki axtarış keçirilməsi və əvnində olan şalvarın sağ van cibindən 01 ədəd alışqan və 01 ədəd siqaret qutusu aşkar edilməsi, daha sonra həmin şəxsdən götürülmüş 01 ədəd içərisində narkotik vasitəvə bənzər məhlul olan tibbi şpris müvafiq ekspert rəvi alınması ücün zərfə qovularaq qablaşdırılması və zərfin möhürlənərək iştirakçılar tərəfindən imzalanması, bununla da istintaq hərəkətinin vekunlasdırıldığınm elan edilməsi və görüntünün sona çatması müşahidə edilir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs - bir ədəd 6 ml həcmli göy rəngli şprisin içərisində 1 ml həcmli məhlulun tərkibində quru halda çəkisi 0,2 qram narkotik vasitə heroinin maddi sübut hesab edilmiş, ekspertiza tədqiqatından sonrakı qalıq 0,9 ml qram heroin isə saxlanılmasından ötrü Bakı şəhəri Səbail RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış məhkumluq haqqında arayışdan və cinayət işinə əlavə olunmuş hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmadıqlarından Təqsirləndirilən şəxs əməlində residiv müəyyən olunmamışdır. Şübhəli şəxsin tutulması haqqında protokoldan, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi barədə qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 21 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 23 sentyabr 2022-ci il tarixdə onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və həmin tarixdə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Daha sonra Təqsirləndirilən şəxs, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin şərtlərini pozaraq istintaqdan yayındığına görə barəsində axtarış elan edilmiş, 24 noyabr 2022-ci il tarixdə Səbail RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılaraq Səbail RPİ-nin MSY-nə təhvil verilmiş və 25 noyabr 2022-ci il tarixdə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutları sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə düzgün tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri özünün etiraf edici ifadəsi, şahid ifadələri, “şəxsi axtarış və götürmə aparılması” haqqında protokol, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin-Kimyəvi Ekspertizasının, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X11 şəxsi Ambulator X2 Ekspertizasının rəyləri və işdə olan digər istintaq sənədləri ilə tam sübuta yetirilmiş və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını və gənc olmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 21 sentyabr 2022-ci il tarixdən 23 sentyabr 2022-ci il tarixə, 24 noyabr 2022-ci il dən 25 noyabr 2022-ci il tarixədək tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 03 (üç) gün çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Eyni zamanda məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş Məhkəmə narkoloji ekspertizası üzrə Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsinin 25 noyabr 2022-ci il tarixli 7134 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs müayinə zamanı OPİOİDLƏRİN və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müaliciyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərci 88 (səksən səkkiz) manatın təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut qismində tanınmış Səbail Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan – 0,9 ml qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, 01 (bir) ədəd “DVD” diskin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı və məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 21 sentyabr 2022-ci il tarixdən 23 sentyabr 2022-ci il tarixə, 24 noyabr 2022-ci il dən 25 noyabr 2022-ci il tarixədək tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 03 (üç) gün çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazilərini tərk etməmək, ünvan 1-də olan yaşayış yerini hər gün saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli Bakı Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. İş üzrə maddi sübut Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan – 0.9 ml heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd “DVD” disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 88 (səksən səkkiz) manat, Təqsirləndirilən şəxsndən tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 450 (dörd yüz əlli) manat pul tutularaq Bakı şəhəri “Access Bank” -ın Səbail rayon filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar