Məhkəmə qərarları › İş №1(009)-74/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-74/2024

28.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-74/2024 28.03.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1994-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanda yaşayan, halhazırda barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İttiham aktına əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psoxotrop maddə-metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 17 oktyabr 2023-cü il tarixdə saat 21:10 radələrində Bakı şəhəri Səbail RPİ-nin 8-ci PB-nin və DYPŞ-nin YPX-nin əməkdaşları tərəfindən narkotik vasitələrin istifadəsində şübhəli bilindiyi üçün Bakı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsi 88 saylı üanvanında qarşısında saxlanılaraq Səbail RPİ-nin inzibati binasına dəvət edilib saat 23:10 radələrindən etibarən üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən qızılı rəngli kağıza bükülmüş vəziyyətdə təmiz çəkisi 0,486 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsülla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən iki ay bundan əvvəl “İnstaqram” sosial şəbəkəsi vasitəsi ilə anket məlumatları məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuş, tanışlıq zamanı həmin şəxs narkotik maddə hesab edilən metanfetaminin satışı ilə məşğul olmasını bildirmişdir. 17 oktyabr 2023-cü il tarixdə günorta saatlarında həmin iranlı ilə sosial şəbəkə vasitəsi ilə yazışaraq ondan onlyn qaydada 30 manata narkotik maddə olan metamfetamin almışdır. Belə ki, həmin narkotik maddə olan metamfetamini götürdüyü yerə 30 manat pul qoymuş, götürdüyü metamfetamini sonra istifadə edəcəyi üçün əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə saxlamışdır. Bundan sonra ünvan 3 ünvanın qarşısında olarkən tanımadığı şəxslər yaxınlaşıb özlərini təqdim etdikdən sonra məlum oldu ki, həmin şəxslər Səbail RPİ-nin 8-ci PB-nin və DYPŞ-nin YPX-nin əməkdaşlarıdı və bir az söhbət etdikdən sonra şiibhəjəndikləri üçün Səbail RPİ-nin 8-ci PB-nə dəvət etmişdilər. Həmin bölmədə olan zaman xidməti otqaların birində hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilmiş vəkilin iştirakı ilə videoçəklişlə şəxsi axtarış və götürmə aparılmağı bildirdikdə buna etiraz etməmişdi. Üzərində şəxsi axtaış və görürmə aparılan zaman üzərində olan qeyri-qanuni əşya və predmeti könüllü təqdim etməyi təklif olunduqda əynində olan göy rəngli cins şalvarımın sağ yan cibindən siqaretin qızılı rəngli kağızına bükülmüş büküm aşkar edilərək masanın üzərinə qoyumuşdu. Bundan sonra polis əməkdaşları həmin bükümün içərisinə açıb baxdıqda onun narkotik maddəyə bənzər metamfetamin olmasını bildirdilər. Daha sonra orada aşkar edilmiş narkotik madə hesab edilən metanfetamin polis əməkdaşları tərəfindən qablaşdırıldı, bu barədə protokol tərtib olundu və DİN-nin 52 saylı möhürü ilə möhürləndi. Bundan başqa şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi.Üzərimdən aşkar edilmiş narkotik vasitələri anket məlumatları məlum olmayan İran İslam Respublikasının vətəndaşı tərəfindən satılmışdır. Həmçinin onu da bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik maddəni satmaq niyyəti olmamışdır, onu öz şəxsi istifadəsi üçün almışdı. Heç bir ruhi əsəb dispanserində qeydiyyatda olmamış və heç bir xəstəlikdən əziyyət çəkmir Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasını, təqsirini boynuna almasını, ilk məhkumluğunun olmasını, himayəsində körpə övladının olmasını və anasının ağır xəstə olmasını bildirərək barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail rayon Polis İdarəsinin DYPŞnin YPX-nin kiçik inspektorıı Şahid2 ifadəsində göstərmişdir ki, 17 oktyabr 2023-cü ildə, təxminən saat 21:10 radələrində Səbail RPİ-nin 8-ci PB-nin əməliyyat müvəkkili Şahid3 və Səbail DYPŞ-nin əməkdaşı Şahid1la birlikdə ünvan 4 ünvanın qarşısında Təqsirləndirilən şəxsu görüb onun yaxınlığından keçən zaman sonuncu özünü şübhəli apardığına görə yaxınlaşıb söhbət etdikdə verilən şullara adekvat cavab vermədiyi üçün onun narkotik maddənin təsiri altında olan şəxslər kimi daşınmasında şübhəli bilib saxlanılaraq 8-ci PBnin inzibarti binasına dəvət etmişlər. Həmin zaman baş təhqiqatçı Fərid Nəsibov tərəfindən video-çəkilişdən istifadə edilməklə orada olan iştirakçıların və həmçinin dəvət edilmiş vəkil X3 yanında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilmişdi. Baxış başlanmazdan əvvəl sonuncuya hüquq və vəzifələri izah edilərək paltarında, əşyalarında və ya bədənində narkotik vasitə və ya iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sair predmetlər varsa onları təqdim etməsi təklif edildikdə Qəşəm əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı 01 ədəd siqaretin qızılı rəngli kağızma bükülmüş vəziyyətdə içərisində metamfetamin olan bükümü çıxarıb masanın üzərunə qoyaraq həmin bükümün içərisində narkotik maddə mütamfetamin olmasını bildirmişdi. Sorğu-sual zamanı o, həmin metamfetamini 17 oktyabr 2023-cü ildə günüz vaxtı onlayn olaraq anket məlumatlarını bilmədiyi İran İslam Respublikası vətəndaşından 30 manata özü qəbul etməsi üçün almasını bildirmişdir. Götürülmüş həmin narkotik maddə orada olan iştirakçıların yanında açılaraq içərisinə baxıldıqda bükümdə ağ rəngli kraistallik nartotik maddə olması müəyyən edildiyindən şübhələr olduğu üçün bükümü kağız zərfə qablaşdırılaraq üzəri Azərbaycan Respublikası DİN-nin “ZƏRFLƏR ÜÇÜN” 52 saylı möhürü ilə möhürlənmişdi. Bundan sonra bu barədə protokol yazıldı, protokol ucadan oxunmuş, orada olan iştirakçıların hamısı protokolun düzgünlüyünü təsdiq retmək üçün protokola və içərisində narkotik maddə olan zərfin üzərində imza etmişdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail rayon Polis İdarəsinin DYPŞnin YPX-nin kiçik inspektoru Şahid1 ifadəsində göstərmişdir ki. 17 oktyabr 2023-cü ildə, təxminən saat 21:10 radələrində Səbail RPİ-nin 8-ci PB-nin əməliyyat müvəkkili Şahid3 və Səbail DYPŞ-nin əməkdaşı Rafiq Mirzəyevlə birlikdə ünvan 4 ünvanın qarşısında Təqsirləndirilən şəxsu görüb onun yaxınlığından keçən zaman sonuncu özünü şübhəli apardığına görə yaxınlaşıb söhbət etdikdə verilən şullara adekvat cavab vermədiyi üçün onun narkotik maddənin təsiri altında olan şəxslər kimi daşınmasında stibhəli bilib saxlanılaraq 8-ci PB-nin inzibarti binasına dəvət etmişlər. Həmin zaman baş təhqiqatçı Fərid Nəsibov tərəfindən video-çəkilişdən istifadə edilməklə orada olan iştirakçıların və həmçinin dəvət edilmiş vəkil X3 yanında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilmişdi. Baxış başlanmazdan əvvəl sonuncuya hüquq və vəzifələri izah edilərək paltarında, əşyalarında və ya bədənində narkotik vasitə və ya iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sair predmetlər varsa onları təqdim etməsi təklif edildikdə Qəşəm əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı 01 ədəd' siqaretin qızılı rəngli kağızma bükülmüş vəziyyətdə içərisində metamfetamin olan bükümü çıxarıb masanın lizərunə qoyaraq həmin bükümün içərisində narkotik maddə mütamfetamin olmasını bildirmişdi. Sorğu-sual zamanı o, həmin metamfetamini 17 oktyabr 2023-cü ildə günüz vaxtı onlayn olaraq anket məlumatlarını bilmədiyi İran İslam Respublikası vətəndaşından 30 manata özü qəbul etməsi üçün almasını bildirmişdir. Götürülmüş həmin narkotik maddə orada olan iştirakçıların yanında açılaraq içərisinə baxıldıqda bükümdə ağ rəngli kraistallik nartotik maddə olması müəyyən edildiyindən şübhələr olduğu üçün bükümü kağız zərfə qablaşdırılaraq üzəri Azərbaycan Respublikası DİN-nin “ZƏRFLƏR ÜÇÜN” 52 saylı möhürü ilə möhürlənmişdi. Bundan sonra bu barədə protokol yazıldı, protokol ucadan oxunmuş, orada olan iştirakçıların hamısı protokolun düzgünlüyünü təsdiq etmək üçün protokola və içərisində narkotik maddə olan zərfin üzərində imza etmişdilər. Məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olnumuş Səbail rayon Polis İdarəsinin 8-ci PB-nin əməliyyat müvəkilli Şahid3 ifadəsində göstərmişdir ki, 17 oktyabr 2023-cü ildə, təxminən saat 21:10 radələrində Səbail DYPŞ-nin əməkdaşları Şahid1 və Rafiq Mirzəyevlə birlikdə ünvan 4 ünvanın qarşısında Təqsirləndirilən şəxsu görüb onun yaxınlığından keçən zaman sonuncu özünü şübhəli apardığına görə yaxınlaşıb söhbət etdikdə verilən şullara adekvat cavab vermədiyi üçün onun narkotik maddənin təsiri altında olan şəxslər kimi daşınmasında şübhəli bilib saxlanılaraq 8-ci PB-nin inzibarti binasına dəvət etmişlər. Həmin zaman baş təhqiqatçı Fərid Nəsibov tərəfindən video-çəkilişdən istifadə edilməklə orada olan iştirakçıların və həmçinin dəvət edilmiş vəkil X3 yanında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilmişdi. Baxış başlanmazdan əvvəl sonuncuya hüquq və vəzifələri izah edilərək paltarında, əşyalarında və ya bədənində narkotik vasitə və ya iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sair predmetlər varsa onları təqdim etməsi təklif edildikdə Qəşəm əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş vəziyyətdə içərisində metamfetamin olan bükümü çıxarıb masanın tizərunə qoyaraq həmin bükümün içərisində narkotik maddə mütamfetamin olmasını bildirmişdi. Sorğu-sual zamanı o, həmin metamfetamini 17 oktyabr 2023-cü ildə günüz vaxtı onlayn olaraq anket məlumatlarını bilmədiyi İran İslam Respublikası vətəndaşından 30 manata özü qəbul etməsi üçün almasını bildirmişdir. Götürülmüş həmin narkotik maddə orada olan iştirakçıların yanında açılaraq içərisinə baxıldıqda bükümdə ağ rəngli kraistallik nartotik maddə olması müəyyən edildiyindən şübhələr olduğu üçün bükümü kağız zərfə qablaşdırılaraq üzəri Azərbaycan Respublikası DİN-nin “ZƏRFLƏR ÜÇÜN” 52 saylı möhürü ilə möhürlənmişdi. Bundan sonra bu barədə protokol yazıldı, protokol ucadan oxunmuş, orada olan iştirakçıların hamısı protokolun düzgünlüyünü təsdiq retmək üçün protokola və içərisində narkotik maddə olan zərfin üzərində imza etmişdilər. Məhkəmə iclasında iş üzrə “şəxsi axtarış aparılması və götürmənin” nəticələrini özündə əks etdirən videogörüntü olan 01 ədəd “DVD” diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Səbail RPİ-nin 8-ci PB-nin əməkdaşları və müdafiəçi qismində dəvət olunmuş X4 iştirakı ilə baş təhqiqatçı Fərid Nəsibov tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs şəxsi axtarışı həyata keçirilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək paltarında, əşyalarında və ya bədənində sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü surətdə verməsi təklif edildikdən sonra o, əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd siqaretin qızılı kağıza bükülmüş narkotik vasitə olan metamfetamin çıxarıb təqdim etmişdir. Sorğu-sual zamanı o. həmin narkotik vasitəni 17 oktyabr 2023-cii il tarixdə Bakı şəhərində İran İslam Respublikası vətəndaşından onlayn olaraq 30 manata aldığını bildirmişdir. Götürülmüş narkotik vasitə bir ədəd kağız zərfə qablaşdırılaraq üzəri Azərbaycan Respublikası DİN-nin “ZƏRFLƏR ÜÇÜN” 52 saylı möhürü ilə möhürlənmişdir. Sonra bu barədə protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 18 oktyabr 2023-cü il tarixli 6/5559 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir: Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərf ər üçün 52" dairəvi möhr olan, “Vət.Təqsirləndirilən şəxs ...” sözləri, soy adı və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükülmdə təmiz çəkisi 0.486 qram olan ağ kristallik olan maddə kustar üsualla hazırlanmış psixitrop maddə metcımfetamundir. Metamfetamin 2005-ci il 28 iyun tarxli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 şəxsi Ambulator X1 xx.xx.2023-cü il tarixli 6858 nömrəli rəyində ekspert komissiyasının gəldiyi nəticə hissəsində göstərilmişdir: Müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin, hal-hazırda absintensiya əlamətlərinin olmamasını nəzərə alaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülmsəi və qalan kütlələrin geri qaytarılmasına dair 18 oktyabr 2023-cü il tarixli aktdan görünür ki, 0,486 qram qəbul olunmuş, 0.05 qram nümunə götürülmüş və 0,436 qram metamfetamin geri qaytarılmışdır. Həmçinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, 3-16-16/2-6/5559 saylı 18 oktyabr 2023-cü il tarixli materialların məhkəmə ekspertizasının rəyinə əsasən aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat təşkil etmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. “AZE MİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 14 iyun 2022-ci il təvəllüdlü X7 var. “Şübhəli şəxsin tutulması haqqında” protokoldan, “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” və “qətimkan tədbirinin seçilməsi haqqında” qərarlardan görünür ki, 17 oktyabr 2023-cü il tarixdə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, 19 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Səbail Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv olunmuş və həbs qətimkan tədbiri seçilmişdir. Bakı İstintaq Təcridxanası tərəfindən göndərilmiş 20 fevral 2024-cü il tarixli məktubdan görünür ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində axtarış elan edilməklə haqqında həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 09 fevral 2024-cü ildə tutulmuş və 10 fevral 2024cü il tarixdə Bakı İstintaq Təcridxanası gətirilmişdir. Səbail Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutları sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, əməlini etiraf etməsini, cinayətin açılmasında fəal kömək etməsini, təqsirini boynuna almasını, əvvəllər məhkum olunmamasını və gənc olmasını nəzərə alaraq onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilməsini və onun dərhal məhkəmə zalından azad edilməsini, “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 17 oktyabr 2023-cü il tarixdən 19 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğunu, habelə 09 fevral 2024-cü il tarixdən 28 mart 2024cü il tarixədək həbsdə saxlanıldığı müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla, həmin müddətin təyin olunmuş cəzadan çıxılmasını əsaslı hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərci 81 (səksən bir) manatın təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut qismində tanınmış Səbail Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 0,436 qram psixatrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, bir ədəd “DVD” diskin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 17 oktyabr 2023-cü il tarixdən 19 oktyabr 2023-cü il tarixədək tutulduğu, 09 fevral 2024-cü il tarixdən 28 mart 2024-cü il tarixədək həbsdə saxlanıldığı müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 18 (on səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazilərini tərk etməmək, ünvan 5 ünvanındakı yaşayış yerini hər gün saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli məhkumun Bakı Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut Səbail Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,436 qram psixatrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd “DVD” disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 270 (iki yüz yetmiş) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 03 saylı Vəkil Bürosunun “Kapital Bank”-ın Səbail rayon filialındakı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar