Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-74/2025 25.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Müdafiəçilər Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 04 avqust 1996-cı İdə Bakı şəhərində anadan olmuş, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamuş, işsiz, ünvan 3 qeydiyyatda olmaqla yaşayan, halhazırda barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İttiham aktına əsasən, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və vaxtda xeyli miqdarda 01 ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi 0,856 qram olan ağ rəngli, kristallşəkilli kütlə halında kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə saat 13:15 radələrində sərnişin qismində əyləşdiyi taksidə davranışları ilə özünü şübhəli apardığı üçün həmin avtomobilin sürücüsü Şahid3 tərəfindən ünvan 1 ünvanda yerləşən Səbail RPİ-nin 39-cu PB-nin inzibati binasına gətirmiş, orada həmin gün saat 15:15-dən etibarən üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli bustqalterinin içərisindən 01 ədəd qara bükümdə təmiz çəkisi 0,856 qram olan psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, təxminən bir il müddətində psixotrop maddə olan metamfetmindən istifadə etməyə başlamışdır. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində metronun 28 May stansiyası yaxınlığında olarkən Masazır qəsəbəsinə gedib qayıtmaq üçün “Bolt” tətbiqi vasitəsilə taksi sifariş etmişdir. Həmin gün telegram mobil tətbiqi vasitəsilə ilə tanımadığı İran İslam Respublikası vətəndaşı ilə metamfetamin əldə etmək məqsədilə ilə əlaqə qurmuş və həmin şəxs psixotrop maddə olan metamfetamini götürməyim üçün ona konum göndərmişdir. Konum Masazır qəsəbəsini göstərdiyindən, məqsədi göstərilən əraziyə gedib metamfetamini götürərək geri qayıtmaq olmuşdur. X7 Respublikasının vətəndaşı kimi təqdim edən şəxsin kart hesabına 50 manat pul göndərmişdir. Sifariş verdiyi taksi avtomobii ilə konum atıldığı Masazır qəsəbəsində yerləşən əraziyə gedərək avtomobildən düşüb konumda göstərilən daşın altından bir ədəd bükümdə metamfetamini götürüb, əynindəki bustqalterin altına qoymuşdur. Taksi avtomobiinə oturaraq metronun 28 May stnsiyası ərazisinə gəldikləri zaman sürücü ondan ödəniş etməyi tələb etmişdir. Üzərində nağd şəkildə pulu olmadığı üçün sürücüdən ona kart hesab nömrəsi verməsini xahiş etmişdir. Sürücü ona öz kart hesabını sölədikdən sonra, özündə olan kartda pul olmadığı üçün sürücünün kart hesabını whatsapp sosial şəbəkəsi vasitəsilə tanışına göndərmişdir ki, hesaba 12 manat pul keçirsin. Tanışı pulu gecikdirdiyinə görə sürücü ilə onun arasında mübahisə yaranmışdır. Ona görə də sürücü avtomobili idarə edib onu yaxınlıqda yerləşən 39-cu Polis Bölməsinə gətirmiş və ondan şikayət ərizəsi yazmışdır. 39-cu PB-də olarkən artıq polis əməkdaşlarının onun üzərində psixotrop maddə olmasından şübhələndiklərini başa düşmüşdür. Polis bölməsində üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi, video çəkilişdən istifadə ediləcəyi izah olunmuş və dövlət hesabına müdafiəçi təyin edildiyi barədə məlumat verilmişdir.Üzərində psixotrop maddə olduğu üçün etiraz etməmişdir. Polis bölməsinin inzibati binasının otaqlarından birində iştirakçıların və vəkilin iştirakı ilə onun üzərinə video çəkilişdən istifadə etməklə şəxsi axtarış və götürmə keçirilmişdir. Baxış keçirilən zaman o, özü əyninəki qara rəngli bustqalterin içərisindən içində saxladığı psixotrop maddə olan metamfetmin olan 01 ədəd qara rəngli bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı içində psixotrop maddə olan metamfetmin olan 01 ədəd qara rəngli bükümü həmin tarixdə günorta saatlarında Abşeron rayonu, Masazır qəsəbəsi ərazidə əvvəlcədən İran İslam Respublikası vətəndaşının ona göndərdiyi konumda yerləşən daşın altından şəxsi istifadəsi üçün götürdüyünü və üzərində saxladığını bildirmişdir. Təqdim etdiyi psixotrop maddə olan “metamfetmin” zərfə qoyularaq qablaşdırılmış və tərtib edilmiş protokolu iştirakçılarla birlikdə imzalamışdır. Üzərində aşkar edilmiş psixotrop maddə olan metamfetmini özünün istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasını, təqsirini boynuna almasını, ilk məhkumluğunun olmasını bildirərək barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 39-cu polis bölməsinin əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki,4 iyul 2024-cü il tarixdə taksi sürücüsü Şahid3 tərəfindən polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə bölmənin təhqiqatçısı polis baş leytenantı Nicat Oruclu tərəfindən şəxsi axtarış və götürmə zamanı bölmənin sahə polis polkovnik- leytenantı Şahid2 ilə birlikdə iştirak etmişdir. Polis bölməsinin inzibati binasının otaqlarından birində iştirakçıların və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişdən istifadə etməklə şəxsi axtarış və götürmə keçirilmişdir. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs, özü əynindəki qara rəngli bustqalterin içərisindən içində saxladığı psixotrop maddə olan metamfetmin olan 01 ədəd qara rəngli bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs içində psixotrop maddə olan metamfetmin olan 01 ədəd qara rəngli bükümü həmin tarixdə günorta saatlarında Abşeron rayonu, Masazır qəsəbəsi ərazidə əvvəlcədən İran İslam Respublikası vətəndaşının ona göndərdiyi konumda yerləşən daşın altından şəxsi istifadəsi üçün götürdüyünü və üzərində saxladığını bildirmişdir. Təqdim etdiyi psixotrop maddə olan “metamfetmin” zərfə qoyularaq qablaşdırılmış və tərtib edilmiş protokolu iştirakçılarla birlikdə imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ifadəsində göstərdiyi xüsusatları öz ifadəsində bir daha təsdiq edərək anoloji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 04 iyul 2024-cü il tarixdə saat 11:25 dəqiqədə Bakı şəhəriində yerləşən metronun 28 May metrostansiyasının ətrafında taksi fəaliyyəti ilə məşğul olduğu zaman “Bolt” proqramından 28 May ərazisindən Masazır qəsəbəsinə və geri əraziyə sifariş gəlmişdir. Qeyd olunan ərazidə avtomobilə cinsi azlıq nümayəndəsi olan bir şəxs oturaraq Masazır qəsəbəsinə doğru avtomomobili hərəkət etdirmişdir. Müştərinin dediyi yerdə avtomobili saxlamışdır.Sərnişin avtomobildən düşdükdən sonra belini əyərək ətrafda olan daşların arasını axtarmağa başlamışdır. Ona yaxınlaşarkən həmin şəxs qəflətən ayağa qalxmışdır. Sonra avtomobilə oturaraq 28 may metrostansiyasının ərazinə gəldikdən sonra sərnişin gediş haqqını ödəmək üçün ondan kart nömrəmi soruşmuş və ödənişi ləngitməyə başladığı üçün həmin müştərini yaxınlıqda yerləşən 39-cu Polis Bölməsinin inzibati binasının qarşısına gətirərək polisə təqdim etmişdir. Polis idarəsində ərizə yazaraq sərnişinin gediş haqqı olan 12 manat pulu vermədiyini qeyd etmişdir. Avtomobillə Masazır qəsəbəsinə apardığı müştərinin qəsəbədən aralı avtomobili saxlatdıraraq daşların arasında hansı əşya götürdüyünü görməmişdir.Müştərinin gediş-gəliş haqqı 12 manat məbləğdə olmuşdur. Müştəri həmin məbləği ödəməyi ləngtməyə başladığını görüb onu polis bölməsinə gətirmişdir ki,bəlkə gediş haqqını ondan polis əməkdaşlarının əli ilə ala bilsin.Taksi fəaliyyəti ilə məşğul olduğuna görə bölmədə çox qala bilmədiyi üçün ərizə yazıb izahat vermişdir.Lakin indiyədək gediş haqqı ödənilməmişdir. İş materiallarında olan 04 iyul 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 15:15-dən etibarən taksi sürücüsü Şahid3 tərəfindən polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə bölmənin təhqiqatçısı polis baş leytenantı Nicat Oruclu tərəfindən şəxsi axtarış və götürmə zamanı bölmənin sahə polis polkovnik- leytenantı Şahid2, bölmənin əməlliyyat müvəkkili Şahid1 və 3 saylı Vəkil Bürosmunun vəkili X4 iştirak edir. Polis bölməsinin inzibati binasının otaqlarından birində Təqsirləndirilən şəxs üzərinə video çəkilişdən istifadə etməklə şəxsi axtarış və götürmə keçirilir.Baxış keçirilən zaman Təqsirləndirilən şəxs, özü əynindəki qara rəngli bustqalterin içərisindən içində saxladığı psixotrop maddə olan metamfetmin olan 01 ədəd qara rəngli bükümü çıxarıb təqdim edir. Sorğu zamanı Təqsirləndirilən şəxs içində psixotrop maddə olan metamfetmin olan 01 ədəd qara rəngli bükümü həmin tarixdə günorta saatlarında Abşeron rayonu, Masazır qəsəbəsi ərazidə əvvəlcədən İran İslam Respublikası vətəndaşının ona göndərdiyi konumda yerləşən daşın altından şəxsi istifadəsi üçün götürdüyünü və üzərində saxladığını bildirir. Təqdim edilmiş psixotrop maddə olan metamfetmin zərfə qoyularaq qablaşdırılır və tərtib edilmiş protokolu iştirakçılar tərəfindən imzalanır. İş üzrə tərtib tərtib edilmiş 05 iyul 2024-cü il tarixli diskə baxış protokolundan və iş materiallarında olan video görüntülərdən görünür ki, baxış keçirilən zaman Təqsirləndirilən şəxs, özü əynindəki qara rəngli bustqalterin içərisindən içində saxladığı psixotrop maddə olan metamfetmin olan 01 ədəd qara rəngli bükümü çıxarıb təqdim edir. Sorğu zamanı Təqsirləndirilən şəxs içində psixotrop maddə olan metamfetmin olan 01 ədəd qara rəngli bükümü həmin tarixdə günorta saatlarında Abşeron rayonu, Masazır qəsəbəsi ərazidə əvvəlcədən İran İslam Respublikası vətəndaşının ona göndərdiyi konumda yerləşən daşın altından şəxsi istifadəsi üçün götürdüyünü və üzərində saxladığını bildirir. Təqdim edilmiş psixotrop maddə olan metamfetmin zərfə qoyularaq qablaşdırılır və tərtib edilmiş protokolu iştirakçılar tərəfindən imzalanır. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş xx.xx.2024-cü il tarixli qərarla təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024cü il tarixli 3-16-16/2-6/3463 №-li rəyinə əsasən tədqiqata təqdim edilmiş AR DİN- nin Zərflər üçün №49 möhür əksi, Şahid2 imza, Şahid1 imza,Təqsirləndirilən şəxs imza X4 imza qaldaşdırdı Nicat Oruclu imza və yazılar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,856 qram olan ağ rəngli,kristalşəkilli maddə kustar üsull hazırlanmış psixotrop maddəmetamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” in siyahısına (Siyahı 1) daxildir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülmsəi və qalan kütlələrin geri qaytarılmasına dair 04 iyul 2024-cü il tarixli aktdan görünür ki, 0,856 qram qəbul olunmuş, 0.05 qram nümunə götürülmüş və 0,806 qram geri qaytarılmışdır. Həmçinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, 3-16-16/2-6/3463 saylı xx.xx.2024-cü il tarixli materialların məhkəmə ekspertizasının rəyinə əsasən aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat təşkil etmişdir. İş materiallarında olan maddi sübut kimi tanıma barədə 05 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0.856 qram psixatrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Səbail RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. “Şübhəli şəxsin tutulması haqqında” protokoldan, “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” və “qətimkan tədbirinin seçilməsi haqqında” qərarlardan görünür ki, 04 iyul 2024-cü il tarixdə saat 14:15-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulan cinayət əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, 06 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət rədd edilmiş və həmin tarixdə onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Daha sonra 05 sentyabr 2024-cü il tarixdə qəbul olunmuş qətimkan tədbirinin şərtlərini pozan təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, tutularaq Səbail RPİ-nin MSY-nə təqdim edilməsi qərara alınmmış və həmin tarixli qərarla iş üzrə icraat dayandırımışdır. İş materiallarında olan Səbail RPİ-nin 05 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saxlanılaraq Səbail RPİ-nin MSYnə təhvil verilmişdir. “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında 07 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət rədd edilərək o Səbail RPİ-nin MSY-dən azad edilmiş və həmin tarixdə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkna tədbiri seçilmişdir. Səbail Rayon Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv olunmuş və həbs qətimkan tədbiri seçilmişdir. Bakı İstintaq Təcridxanası tərəfindən göndərilmiş 11 fevral 2025-ci il tarixli məktubdan görünür ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs 04 fevral 2025-ci il tarixdə Səbail RPİ-nin əməkdaşları tərəfindən tutularaq Səbail RPİ-nin MSY-nə yerləşdirilmişdir. Səbail Rayon Məhkəməsinin 11 fevral 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının Qanununun İ siyahısına görə psixotrop maddə olan metamfetamin 0.15 qramı şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı isə külli miqdar hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir necə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir.” Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutları sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, əməlini etiraf etməsini, cinayətin açılmasında fəal kömək etməsini, təqsirini boynuna almasını, əvvəllər məhkum olunmamasını və gənc olmasını nəzərə alaraq onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilməsini və onun dərhal məhkəmə zalından azad edilməsini, “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici Cinayət Məcəlləsinin 59.1.1 - 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 04 iyul 2024-cü il tarixdən 06 iyul 2024-cü il tarixədək, 05 oktyabr 2024-cü il tarixdən 07 oktyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğunu, habelə 04 fevral 2025-ci il tarixdən 25 fevral 2025-ci il tarixədək həbsdə saxlanıldığı müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla, həmin müddətin təyin olunmuş cəzadan çıxılmasını əsaslı hesab edir. Məhkəmə iclasında tədqiq edilmiş və məhkəməyədək icraat dövründə keçirilmiş 06 iyul 2024-cü il tarixli qərarla təyin edilmiş məhkəmə-məcburi narkoloji tibbi yoxlamanın 07 oktyabr 2024-cü il tarixli 6689 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan ASLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərci 60 (altmış) manatın təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut qismində tanınmış Səbail Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 0,806 qram psixatrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, bir ədəd “DVD” diskin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 04 iyul 2024-cü il tarixdən 06 iyul 2024-cü il tarixədək, 05 oktyabr 2024-cü il tarixdən 07 oktyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğunu, habelə 04 fevral 2025-ci il tarixdən 25 fevral 2025-ci il tarixədək həbsdə saxlanıldığı müddətin 1 (bir) günü 2 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 08 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazilərini tərk etməmək, ünvan 3 ünvanındakı yaşayış yerini hər gün saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli məhkumun Bakı Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. İş üzrə maddi sübut Səbail Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,806 qram psixatrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd “DVD” disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 300 (üç yüz yetmiş) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 03 saylı Vəkil Bürosunun “Kapital Bank”-ın Səbail rayon filialındakı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-74/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-74/2025
25.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver