Məhkəmə qərarları › İş №1(009)-75/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-75/2020

31.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-75/2020 31.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş Prokurorluğu Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1976-cı ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, A.Abbaszadə küçəsi, Səbail RPİ-də qeydiyyatda olan və ünvan 1 yaşayan ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 196.1 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs təqsirli bilinmişdir ondan ötrü ki, o, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini icra etməyərək kreditor borcunu ödəməkdən qəsdən yayınmaqla banka xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, o, cavabdeh kimi ondan və X1 müştərək qaydada ümumilikdə 21.571,91 ABŞ dolları məbləğində borc pulun qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınaraq Zərərçəkmiş şəxs ASC-yə ödənilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(010)- 857/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Səbail Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 3(009)- 381/2018 saylı qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1‑ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq edilməsinə və ona icra üçün yeni müddət təyin olunmasına baxmayaraq hərəkətlərini davam etdirməklə qeyd olunan rayon məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən kreditor borcunu ödəməkdən qəsdən yayınmaqla banka xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 196.1-ci maddəsilə elan edilmiş ittihamda özünü təqsirli qismən bilmiş və ifadəsində göstərmişdir ki, hazırda yaşadığı ərazidə “Qəbələ Xanlar” restoranın qarşısında olan avtomobil dayanacağında gözətçi kimi işləyir, aylıq gəliri təxminən 500-600 manat təşkil edir. X4 anadangəlmə ağır xəstə olduğundan və üzərində cərrahi əməliyyat aparılması üçün zərurət yarandığından "xxxxxxxx(Azərbaycan)” ASC-yə kredit alınması üçün müraciət etmiş və xx xxxxxx 2014-cü il tarixdə Zərərçəkmiş şəxs ASC-nin 1 saylı Əcəmi filialından xx xxxxxx 2017-ci il tarixədək illik 21% hesablanmaqla ümumilikdə 19.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Qohumu X3 həmin kredit müqaviləsi üzrə zamin qismində çıxış etmişdir. Həmin ərəfədə “xxxxxx” MMC-də ekspeditor vəzifəsində işləyərək 5 (beş) ay müddətində hər ay 500 manat məbləğində kredit müaviləsi üzrə ödəniş etmiş, lakin manatla ödəniş apardığından və ölkədə baş verən devalivasiya nəticəsində aylıq ödənişi iki dəfədən artıq artmış və iş yerində ixtisarlar baş verdiyindən işdən azad olunmuş və bu səbəbdən sonradan kredit müqaviləsi üzrə ödəniş apara bilməmiş, çünki gəlir yeri olmamış, digər tərəfdən anası ağır xəstəliyə düçar olduğundan əlavə bankdan kredit götürərək maddi durumu çətin vəziyyətə düşmüşdür. Uzun müddət ödəniş apara bilmədiyindən bank tərəfdən kredit borcunun qaytarılması ilə bağlı məhkəməyə müarciət olunmuş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(010)-857/2016 saylı qətnaməsinə əsasən ondan və X1 müştərək qaydada ümumilikdə 21.517,91 ABŞ dolları məbləğində borc pul qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınaraq Zərərçəkmiş şəxs ASC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamə üzrə barəsində verilmiş icra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Səbail Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraat başlanaraq ona tələbin könüllü icra olunması üçün 10 günlük müddət verilmiş, lakin həmin məbləğdə pulun qaytarılmasına imkanı olmadığından irəli sürülən tələbi icra edə bilməmiş, daha sonra barəsində məcburi icra tədbirləri həyata keçirilmiş, icra vərəqəsi üzrə tələbi icra etmədiyindən Səbail Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətində inzibati qaydada həbs edilmişdir. Məhkəmə qətnaməsini icra etməməyinə görə cinayət məsuliyyətinə cəlb olunacağı barədə dəfələrlə icra məmuru tərəfindən xəbərdar olunmuşdur. Maddi vəziyyəti pis olduğundan qətnaməni tam icra etməyə imkanı yoxdur. İcra zamanı qətnamə üzrə hər ay ödəniş aparmış, lakin ödənişlər cuzi olsa da, digər kreditlər üzrə də ödənişlər həyata keçirmişdir. Yuxarıda qeyd olunan kredit borcu ilə əlaqədar borcun hissə-hissə ödənilməsi ilə bağlı bankla qarşılıqlı razılığa gəldiyindən sonuncu, yəni Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(010)-857/2016 saylı qətnaməsi əsasında verilmiş icra sənədini məhkəməyə qaytarılması ilə bağlı Səbail Rayon İcra və probasiya Şöbəsinə müraciət etmişdir. Təqsirləndirilən şəxs əməlindən peşmançılıq çəkdiyini, ehtiyyacdan pul götürdüyünü, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi olmamasını, hissəhissə ödənilmə ilə bağlı razılıq əldə olunmasını və ərizə verərək barəsində olan iş üzrə icraata xitam verilməsinə etiraz etməməsini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş “xxxxxxxx” (Azərbaycan) ASC-nin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, 2017-ci ilin may ayından Zərərçəkmiş şəxs ASC-nin Problemli Aktivləri ilə İş İdarəsinin mütəxəssisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ASC-nin müştərisi olmuş, yaranmış kredit borcuna dair öhdəliyi yaranmışdır, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(010)-857/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən Təqsirləndirilən şəxs və X1 müştərək qaydada ümumilikdə 21.517,91 ABŞ dolları məbləğində borc pul qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınaraq Zərərçəkmiş şəxs ASC-yə ödənilməlidir. Həmin qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraat başlanaraq icra tədbirləri həyata keçirilmiş, lakin icra zamanı qətnamədə qeyd olunan məbləğdə pul Təqsirləndirilən şəxs tərəfindən qaytarılmadığından Səbail Rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətində inzibati qaydada həbs olunmuşdur. Daha sonra dəfələrlə borcluya xəbərdarlıq olunmasına baxmayaraq qətnaməni icra etməmiş, az məbləğdə ödənişi təmin olunmuşdur. Hazırda qətnamə üzrə Təqsirləndirilən şəxs 21.283 (iyirmi bir min iki yüz səksən üç) ABŞ dolları məbləğində borcu qalmışdır. Lakin Təqsirləndirilən şəxs banka digər kredit borcu olduğundan və həmin kredit üzrə aylıq ödənişləri etdiyindən bank tərəfdən yuxarıda qeyd olunan qətnamə üzrə hissə-hissə ödənilməsi barədə razılığa gəlinmiş və icra qurumda olan icra vərəqəsinin icrasından imtina edərək icra olunmadan məhkəməyə geri qaytarılmasını xahiş edilmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə “xxxxxxxx” (Azərbaycan) ASC-nin məhkəməyə ünvanlandığı yazılı müraciətini təqdim edərək, Təqsirləndirilən şəxs barəsində şikayət və tələblərinin olmamasını, onunla barışdıqlarını, hissə-hissə ödənilməyə dair razılıq əldə olunmasını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid2 ifadəsində göstərmişdir ki, Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(010)-857/2016 nömrəli qətnaməsi üzrə verilmiş icra vərəqəsini xx xxxxx 2016-cı il tarixdə icraata qəbul edərək onu könüllü icra edilməsi üçün borclu Təqsirləndirilən şəxs 10 gün vaxt verilmişdir. Lakin borclu Təqsirləndirilən şəxs ona müəyyən vaxtın verilməsinə, yazılı xəbərdarlığın edilməsinə baxmayaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən icra etmədiyinə görə inzibati məsuliyyətə cəlb edilərək xx xxxx 2018-ci il tarixdə Səbail Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada 10 gün müddətinə həbs edilmiş və məhkəmə qətnaməsini icra etməsi üçün ona yeni müddət təyin olunmuşdur. Buna baxmayaraq borclu Təqsirləndirilən şəxs yenidən öz hərəkətlərini davam edərək qətnaməni icra etmədiyi üçün barəsində cinayət təqibinin başlanması məsələsinə baxılması üçün təqdimatı Ədliyyə Nazirliyi İstintaq İdarəsinə göndərilmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Səbail Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid1 ifadəsində Şahid2 ifadəsində göstərilmiş xüsusatları təsdiq edərək eyni məzmunda ifadə vermişdir. İş materiallarından görünür ki, Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(010)-857/2016 Ne-li qətnaməsi üzrə xx.xx.2016-ci il tarixdə verilmiş icra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Səbail Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Səbail Rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə icraata qəbul ediərək borclu Təqsirləndirilən şəxs icra tələbini könüllü icra edilməsi üçün bildiriş göndərilmişdir Səbail Rayon İcra və Probasiya Şöbəsi tərəfindən icra vərəqəsi icraata qəbul edilərək onu könüllü icra edilməsi üçün Təqsirləndirilən şəxs 5 gün vaxt verilmişdir. Lakin borclu Təqsirləndirilən şəxs ona müəyyən vaxtın verilməsinə, yazılı xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi üzrə müəyyən edilmiş kreditor borcunu qəsdən yayınaraq qətnaməni üzrsüz səbəbdən icra etməmişdir. Qətnamə Təqsirləndirilən şəxs tərəfindən icra edilmədiyinə görə inzibati qaydada protokol tərtib edilərək Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Səbail Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinn 528.1-ci maddəsilə təqsirli bilinib inzibati qaydada 10 gün müddətinə həbs edilmişdir. “xxxxxxx” MMC üzrə xx.xx.2011-ci il tarixli əmrin çıxarışından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2010-cu il tarixdən xx xxxxxx 2011-ci il tarixədək həmin MMC-də sürücü-ekspeditor işləmişdir “xxxxxxxx” ASC arayışlarından görünür ki, Təqsirləndirilən şəxs “xxxxxxxx” ASC-yə xx xxxxxx 2019-cu il tarixə olan borcu 21283,7 ABŞ dolları, xx xxxxxx 2020-ci il tarixə isə borcu 21.150,97 ABŞ dolları təşkil edir. xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, “xxxxxxxx” (Azərbaycan) ASC tərəfindən Təqsirləndirilən şəxs 19000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cinayət işinin materiallarına əlavə edilən məhkəmə qətnaməsinin icrası ilə bağlı Təqsirləndirilən şəxs ünvanlanmış borcu könüllü ödənilməsinə dair xx xxxxx 2016-cı il tarixli bildirişdən, Səbail Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarından, xx xxxx 2018-ci il, xx xxxxxx 2018-ci il, xx xxxxxxxx 2019-cu il və xx xxxxxx 2019-cu il tarixli bildiriş və xəbərdarlıqdan, habelə digər icra sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(010)-857/2016 nömrəli qətnaməsi üzrə müəyyən edilmiş kreditor borcunun ödəməsindən qəsdən yayınmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 196.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 196.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair cinayət təqibindən imtina edərək, onun cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cinayət prosesi tərəflərinin fikirlərini dinləyib, dövlət ittihamçısının mövqeyini və aşağıda şərh olunanları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 196.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair cinayət təqibinə xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, xx xxxx 2020-ci il tarixdə qüvvəyə minmiş "Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının xx xxx 2020-ci i! tarixli Qanununa görə, həmin Məcəllənin 190-cı maddəsinin "Qeyd" hissəsində "iyirmi" sözü "əlli" sözü ilə əvəz edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 190-cı maddəsinin "Qeyd" hissəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 196-cı maddəsində qeyd olunan "xeyli miqdar" dedikdə, "əlli min manatdan yuxarı, iki yüz min manatdan artıq olmayan məbləğ" başa düşülür. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarına əsasən 21.571,91 ABŞ dolları, yəni 36.672,247 manat məbləğində borc pulu ödəməkdən yayınması hazırda qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 196.1-ci maddəsinə görə cinayət məsuliyyəti yaratmır. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndində əsasan fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinay ət qanunu ilə müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzam aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyin) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasım çəkmiş, lakin rnəhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının xx xxx 2020-ci il tarixli Qanunun 2.4-cti bəndində göstərilmişdir ki. bu Qanunun 1-ci maddəsinə əsasən cinayət hesab olunmayan əməllərə dair məhkəmələrin, ibtidai istintaq və ya təhqiqat orqanlarının icraatında olan cinay ət işlərinə və materiallara əməlin cinayət olmasını və cəzalanmalı olmasını aradan qaldıran yeni qanunun qüvvəyə minməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilmə əsasları ilə xitam verilir və ya cinayət təqibinin başlanması rədd edilir və bu əməllərin inzibati məsuliyyətə səbəb olması məsələsi araşdırılır. Azərbaycan Respublikası Cinayət‑Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası Cinayət‑Prosessual Məcəlləsinin 41.3‑cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən hallan aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət‑Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə görə dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə cinayət işinə xitam verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 321.2.2-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ləğv edilməsini, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia, məhkəmə xərcləri, müsadirə olunası əmlak və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 39.1.11, 43.1, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 196.1-ci maddəsi ilə nəzərdə tutulmuş əmələ görə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri, 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 300 (üç yüz) manat, pul tutulub, “Kapital Bank” 1 saylı 3 saylı vəkil bürosunun Səbail filialındakı hesabına keçirilsin. Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə büdcəsindən 90 (doqsan) manat pul tutularaq 19 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar