Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-75/2022 29.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Qafarov Ağamalı Məmməd oğlunun sədrliyi, Heydərova Elnarə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Bakı şəhəri 3 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Şamaxı şəhərində anadan olan, AR vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyata olan, ünvan 2yan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq yəni təmiz çəkisi 0,614 qram qəhvəyi rəngli toz şəklində kustar üsulla hazırlanmış narkotik vasitə-olan heroini və 1 büküm və gümüş falqaya bükülmüş, içərisində təmiz çəkisi 0,655 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə olan -metamfetamini əldə edərək üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 12 dekabr 2021-ci il tarixdə saat 18:00 radələrində Bakı şəhəri, Səbail rayonu, G.Əliyev küçəsində xidmətdə olan X12 Alayının 4-cü Patrul Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb Səbail rayon Polis idarəsinin 8-ci Polis bölməsinə gətirilmiş orada üzərində şəxsi axtarış və götürmə aparılarkən əynindəki boz rəngli koftanın cibindən gümüşü falqaya bükülmüş, içərisində təmiz çəkisi 0,614 qram qəhvəyi rəngli toz şəklində kustar üsulla hazırlanmış 1 (bir) büküm narkotik vasitə olan heroin və içərisində təmiz çəkisi 0,655 qram olan 1 (bir) büküm ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 2021-ci ilin dekabr ayının 12-si tanışları Şamaxı şəhərindən olan İlkin və Əli adlı şəxslərdən xahiş etmişdir ki, onu Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsinə gətirsinlər. Bayıl qəsəbəsinə gəldikdən sonra əvvəllər onunla fəhlə işləmiş Azər adlı şəxslə görüşmüş və ondan öz istifadəsi üçün 60 manata bir büküm kakos (heroin), bir büküm patı (metamfetamin) almışdır. Maşına oturub qayıdarkən onları polis əməkdaşları saxlamışlar. Polis əməkdaşları onlardan üzərlərində qanunsuz hər hansı əşya olması barədə soruşmuş, o, könüllü olaraq üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onları polis bölməsinə gətirmiş, üzərlərinə orada baxış keçirilmiş və o, könüllü olaraq cibində olan narkotik vasitəni çıxarıb təqdim etmişdir. Əməlindən səmimi peşmançılıq çəkir, evlərində narkomaniyadan müalicə alır, öhdəsində bir azyaşlı uşağının olmasını nəzərə alıb ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, X13 4cü Polis Bölüyünün polis serjantı vəzifəsində işləyir. 12 dekabr 2021-ci il tarixində iş yoldaşları Şahid5 və Şahid4la Səbail rayonu ərazisində Gülbala Əliyev küçəsində xidmətdə olarkən qara rəngli Mercedes markalı avtomobildə olan şəxslərin özlərini şübhəli aparmaları onların diqqətini cəlb etmiş, həmin şəxslərin avtomobilinə yaxınlaşaraq avtomobili saxlamış, avtomobilin içərisində olan şəxslərin şəxsiyyətlərini dəqiqləşdirmiş, avtomobildə olan şəxslər Şamaxı şəhərindən gəldiklərini bildirmişlər. Maşında olan şəxslərdən üzərlərində hər hansı qanunsuz əşya olub-olmamasını soruşduqda aralarında olan Hüsni adlı şəxs üzərində narkotik vasitə olmasını bildirmiş və onlar həmin şəxsləri Səbail rayonu 8-ci Polis bölməsinə gətirib təhvil vermiş, bölmədə Hüsni adlı şəxsin üzərinə baxış keçirilən zaman üzərində narkotik vasitə aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səfərli Səbuhi Sərraf oğlu şahid X4 ifadəsinə uyğun ifadə verərək bildirdi ki, o, da X13 4-cü PB-də xidmət edir. 12 dekabr 2021-ci il tarixdə iş yoldaşları Şahid3 və Şahid4 ilə birlikdə Səbail rayonu ərazisində Gülbala Əliyev küçəsində xidmətdə olarkən qara rəngli Mercedes markalı maşında olan şəxslərin hərəkətləri onların diqqətini cəlb etmiş, həmin şəxslərə yaxınlaşıb maşınlarını saxlatdıqdan sonra içərisində olan şəxslərin şəxsiyyətlərini müəyyən etmiş daha sonra üzərlərində hər hansı qanunsuz əşya olub olmamasını onlardan soruşmuş, maşında arxa oturacaqda oturan hazırki Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirmiş, bundan sonra həmin şəxslər Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinə gətirilmiş, polis bölməsində üzərlərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs cibində olan narkotik vasitəni çıxarıb təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, taksi fəaliyyəti ilə məşğul olur. Şamaxı şəhərindən Bakıya sərnişin aparır. Şamaxı şəhərində avtovağzalda olarkən İlkin adlı şəxs ona yaxınlaşıb onu Bakı şəhərinə aparmağı xahiş etmiş, o, da razılaşmışdır. Bakı şəhərinə gəldikdə Şamaxinka deyilən yerdə Alov zavodun yanına çatanda İlkin adlı şəxs ona dayanmasını bildirmiş və sonradan Hüsni adlı şəxsin yanına gedərək onunla maşına qayıtmış və həmin şəxs Bayıl qəsəbəsinə gedəcəyini bildirmiş və buna görə haqqını ödəyəcəyini demişdir. Onlara yolu tanımadığını dedikdə Hüsni yolu özünün göstərəcəyini bildirmişdir. Bundan sonra X10 qəsəbəsinə gətirmiş, Hüsni maşından düşüb getmiş, kiminləsə görüşüb yenidən qayıdıb gəlib maşına oturmuşdur. Maşın hərəkətə başlayan zaman polis əməkdaşları yaxınlaşıb onları saxlamış, haradan gəldiklərini soruşmuş, o, da polis əməkdaşlarına taksi fəaliyyəti ilə məşğul olduğunu, Şamaxı şəhərindən gəldiyini bildirmişir. Polis əməkdaşları onlardan üzərlərində hər hansı qanunsuz əşya olub-olmadığını soruşmuş, arxa oturacaqda oturmuş Hüsni onlara üzərində narkotik vasitə olduğunu etiraf etmişdir. Bundan sonra polis əməkdaşları onları polis bölməsinə gətirmiş, üzərlərinə baxış keçirmiş, Hüsni cibində olan narkotik maddəni çıxarıb polislərə təqdim etmişdir. İş materiallarında olan «şəxsi axtarış və götürmə haqqında» tərtib edilmiş 12 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, 12 dekabr 2021-ci il tarixdə X12 Alayının 4-cü Patrul Bölüyünün əməkdaşları tərəfindən ərazidə şübhəli şəxs qismində saxlanılaraq Səbail rayon Polis idarəsinin 8-ci Polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində vəkilinin iştirakı ilə şəxsi axtarış aparılmış bu zaman əynindəki boz rəngli koftanın sağ cibindən gümüşü falqaya bükülmüş bükülünün içərisində 1 ədəd toza bənzər qəhvəyi rəngli maddəni və 1 ədəd də ağ kristala bənzər maddənin olması aşkar edilmişdir. Aşkar olunmuş həmin bükümlər qablaşdırılıb möhürlənmiş, baxış zamanı “Apple 11 pro” markalı mobil telefon vasitəsilə video çəkiliş aparılmışdır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 13 dekabr 2021-ci il tarixli 6/5479 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş üzərində «şübhəli şəxs Təqsirləndirilən şəxs (imza)» yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,614 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,655 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təstiq edilməsi haqqında Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş siyahılara əsasən, heroin «Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən narkotik vasitələr»-in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən psixotrop maddələr»-in siyahısına daxildir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 07 yanvar 2022-ci il tarixli 61 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparılan zaman çəkilmiş video görüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, 12.12.2021-ci il tarixdə Səbail RPİ-nin 8-ci PB-nin təhqiqatçısı X7 tərəfindən X12 Alayının polis nəfərləri Şahid3, Şahid4, Şahid5, müdafiəçi X1 iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Videogörüntüdə şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs əşyalarında və ya üzərində dövriyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilir, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli kurtkanın sağ cibindən gümüşü falqaya bükülmüş maddəni çıxarıb stolun üstünə qoyur, təhqiqatçı həmin gümüşü falqanı açır və bu zaman onun içərisində 1 ədəd gümüşü falqaya bükülmüş toza bənzər qəhvəyi rəngli maddənin və 1 ədəd də gümüşü falqaya bükülmüş ağ kristala bənzər maddənin olması müəyyən olunur. Aşkar olunmuş narkotik və psixotrop maddəyə oxşar vasitələr cinayət təqibi orqanı tərəfindən iri kağız zərfdə qablaşdırılıb götürülür. Təqsirləndirilən şəxs bildirir ki, həqiqətən baxış keçirilən şəxs odur. Üzərindən çıxan narkotik vasitələr ona məxsusdur, həmin narkotik vasitələri bildirdiyi kimi öz istifadəsi üçün almışdır. İş materiallarında olan «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» tərtib edilmiş 12 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 dekabr 2021-ci il tarixdə qanunsuz olaraq narkotik vasitələri saxlaması və daşımasında şübhəli olduğundan şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” Səbail rayon Prokuroru vəzifəsini icra edən ədliyyə müşaviri Ədalət Aslanovun 14 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs dərhal müvəqqəti saxlama yerindən azad edilməsi qərara alınmışdır. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi” barədə 14 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqıqda iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 21 yanvar 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan AZ-İİİ 936075 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X6 30 sentyabr 2016-cı ildə Biləsuvar rayonunda anadan olmuşdur. Atası Təqsirləndirilən şəxs, anası X3r. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin və metamfetaminin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün, şahidlərin ifadələri, ekspertizaların rəyləri, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, eyni zamanda onun törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını qanunla nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunması mümkündür, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunması məqsədəuyğundur. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs 12 dekabr 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir. 14 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Səbail RPİ-nin MSY-dən həbsdən azad edilmiş və onun barəsində başqa yerə getməmək haqqıqda iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs 12 dekabr 2021-ci il tarixindən 14 dekabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə 1 (bir) gün hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqıqda iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, həmçinin Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 yanvar 2010-cu il tarixli, 21 saylı qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə təyin olunmuş vəkilin məhkəmə iclaslarında iştirak etdiyi vaxtları üçün 120 (yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan Səbail rayon Polis İdarəsində saxlanılan 0,614 qram heroindən ekspertiza tədqiqatından sonra qalan qalıq, yəni 0,564 qram çəkidə narkotik vasitə olan heroin və 0,655 qram psixotrop maddə -metamfetamindən ekspertiza tədqiqatından sonra qalan qalıq, yəni 0,605 qram çəkidə psixotrop maddə olan – metamfetamin məhv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürüməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət -Prosessual Məçəlləsinin 346-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 dekabr 2021-ci il tarixindən 14 dekabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılmasının 2 (iki) gününə 1 (bir) gün hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan - Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan 0,564 qram çəkidə narkotik vasitə heroin, 0,605 qram psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat ekspertiza xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X2 Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ **********0000003944, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 120 (yüz iyirmi) manat tutulub, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun, «Kapital Bank»-ın 1 saylı Səbail rayon filialındakı hesabına (kod 200059, müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT BİK: AİİBAZ2X, H/hesabı AZ75AİİB********************, VÖEN **********) keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa catdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ağamalı Qafarov
Məhkəmə qərarları › İş №1(009)-75/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-75/2022
29.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver