Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-75/2024 15.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Təqsirləndirilən şəxs X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı X2 xüsusi ittiham qaydasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X3 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. 19 aprel 2024-cü il tarixdə xüsusi ittihamçı X3 tərəfindən Məhkəmə elektron sistemində yerləşdirdiyi ərizəsindən görünür ki, o, X5 barəsində verdiyi xüsusi ittiham qaydasında ittihamdan imtina edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə xüsusi ittihamçı tərəfindən verilmiş ərizəsini nəzərdən keçirərək hesab edir ki, xüsusi ittihamçı X3 ittihamdan imtina etdiyindən təqsirləndirilən şəxs X5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə başlanılmış cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən Məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli qərarının 17-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinə xitam həmçinin xüsusi ittihamçının irəli sürdüyü ittihamdan imtina etdiyi və ya üzrlü səbəblər göstərmədən təkrarən məhkəmə iclasına gəlmədiyi hallarda da verilir (CPM-nın 43.1.1 və 43.2-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.5-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında təqib olunan şəxsə bəraət verildikdə və ya xüsusi ittihamçı məhkəmədə ittihamın müdafiəsindən imtina etdikdə, məhkəmə həmin Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə məsrəflərini tam və ya qismən xüsusi ittihamçının üzərinə qoymağa haqlıdır. Məhkəmə iş üzrə keçirilmiş ekspertiza xərcinin xüsusi ittihamçının üzərinə qoyulmasını qanuni və ədalətli hesab edir. Belə ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti xüsusi ittihamçı X1 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən X4 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.2, 43.1.1, 344-347, 356, 358 və 384-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Xüsusi ittihamçı X3 ittihamdan imtina etdiyindən təqsirləndirilən şəxs X5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə başlanılmış cinayət təqibinə xitam verilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti xüsusi ittihamçı X1 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxs X4 hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından tutularaq Bakı şəhəri 12 saylı vəkil Bürosunun ("xxxx" QSC-nin Səbail rayon filialı, kod 504960, müxbir hesabı AZ10 NABZ ********************4, SWİFT ACABAZ 22, Hesab AZ20ACAB ********************, VÖEN**********) bank hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20(iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti qərara həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-75/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-75/2024
15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver