Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-76/2023 08.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X6 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, 01 avqust 1987-ci ildə Bakı şəhərində anadan olmuş, məhkum olunmamış, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, Şahid1 sonucunun rəhbəri olduğu "xxxx" ASC-nin fəaliyyəti ilə bağlı Azərbaycan Yaşıl Kartların satışının həyata keçirilməsinə kömək edəcəyinə dair yalan vəd verib inandırdıqdan sonra, 2021 -ci ilin may ayından 2021-ci iyul ayınadək olan müddət ərzində ünvan 2 ünvanında yerləşən “Gümüş Plaza” iş mərkəzində "xxxx" ASC-nin baş ofisində Azərbaycan Yaşıl Kartlarını əldə etməyə nail olduqdan sonra o, dələduzluq niyyətini pərdələmək üçün həmin kartların satışını həyata keçirərək bir müddət ASC-yə məxsus ödəmələri elektron formada həyata keçirib daha da etibar qazanmış, daha sonra ona qarşı yaranmış etibardan sui-istifadə edərək vahid niyyətlə əhatə olunan qəsdlə ünvan 2 ünvanında yerləşən “Gümüş Plaza” iş mərkəzindən xx.xx.2021-ci il tarixdə GSS********** nömrəli 120 manat və GSS********** nömrəli 1200 manat sığorta haqqı olan yaşıl kartları Şahid6 sataraq sonuncudan nağd qaydada 1320 manat, xx.xx.2021-ci il tarixdə GSS********** nömrəli 400 manat sığorta haqqı olan yaşıl kartı "xxxx" MMC-yə sataraq həmin MMC-nin direktoru X5 nağd qaydada 400 manat, xx.xx.2021-ci il tarixdə GSS********** nömrəli 1200 manat və GSS********** nömrəli 120 manat sığorta haqqı olan yaşıl kartları X3 sonuncudan nağd qaydada 1320 manat, həmin tarixdə X4 GSS********** nömrəli 1200 manat sığorta haqqı olan yaşıl kartı sataraq sonuncudan nağd qaydada 1200 manat, həmin tarixdə "xxxx" MMC-yə GSS********** nömrəli 400 manat sığorta haqqı olan yaşıl kartı sataraq MMC-nin direktoru X5 nağd qaydada 400 manat, xx.xx.2021-ci il tarixdə Şahid7 GSS********** nömrəli 1200 manat sığorta haqqı olan yaşıl kartı sataraq sonuncudan nağd qaydada 1200 manat, xx.xx.2021-ci il tarixdə Şahid5 GSS********** nömrəli 1200 manat və GSS********** nömrəli 120 manat sığorta haqqı olan yaşıl kartları sataraq sonuncudan nağd qaydada 1320 manat, xx.xx.2021-ci il tarixdə X12 GSS********** nömrəli 400 manat sığorta haqqı olan yaşıl kartı sataraq sonuncudan nağd qaydada 400 manat,xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-yə GSS********** nömrəli 400 manat sığorta haqqı olan yaşıl kartı sataraq sonuncunun rəhbəri X5 nağd qaydada 400 manat, xx.xx.2021-ci il tarixdə X2 GSS********** nömrəli 400 manat sığorta haqqı olan yaşıl kartı sataraq sonuncudan nağd qaydada 400 manat, xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-yə olan GSS********** nömrəli 400 manat , GSS********** nömrəli 400 manat GSS********** nömrəli 400 manat sığorta haqqı olan yaşıl kartları sataraq sonuncunun rəhbəri X5 nağd qaydada 1200 manat, xx.xx.2021-ci il tarixdə Şahid4 GSS********** nömrəli 1200 manat və GSS********** nömrəli 120 manat sığorta haqqı olan yaşıl kartları sataraq sonuncudan nağd qaydada 1320 manat, xx.xx.2021 -ci il tarixdə Şahid5 GSS********** nömrəli 1200 manat və GSS********** nömrəli 120 manat sığorta haqqı olan yaşıl kartları sataraq sonuncudan nağd qaydada 1320 manat pulu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla ümumilikdə "xxxx" ASC-yə 12.200 (on iki min iki yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2019-cu il tarixdən 2022-ci ilin ayında "xxxx" ASCdə satış mütəxəssisi vəzifəsində işləmişdir. "xxxx" ASC-nin idarə heyətinin sədri Şahid1 əvvəllər "xxxx" ASC-də idarə heyətinin sədr müavini işləmişdir. Onun Orxan ilə münasibəti həmin vaxtdan yaranmışdır. Sonradan Şahid1 "xxxx" ASCnin idarə heyətinin sədri vəzifəsinə təyin edildikdən sonra əlaqələri kəsilməmişdir. Bir neçə dəfə onunla və iş yoldaşları ilə görüşmüşdür. 2020-ci ilin əvvəllərində Şahid1 onu iş yoldaşı, yəni hazırda da "xxxx" ASC-də işləyən Murad ilə birlikdə ofisə dəvət etmişdir. Həmin vaxtı Şahid1 Azərbaycan Sənaye Sığorta» ASC-nin beynəlxalq sığorta müqaviləsi olan Azərbaycan Yaşıl Kartlarının satışını həyata keçirməyi təklif etmişdir. Qanunvericiliyə əsasən Azərbaycan Yaşıl Kartlarının satılması yalnız bu sahədə fəaliyyət göstərmək hüququ olan şəxslərə verilir. Belə ki, bununla bağlı Agentlik sertifikatı alınmalı və həmin şəxs hər-hansı digər sığorta fəaliyyəti ilə məşğul olmamalıdır. Lakin Murad və o, "xxxx" ASC-də işləyirmişlər. Eyni zamanda yaşıl kartların satışı müqabilində sığorta şirkəti tərəfindən qanunvericiliyə əsasən həmin yaşıl kartın satışını həyata keçirən şəxslərə kartın dəyərinin 13 faizi məbləğində pulun verilməsi qeyd olunsa da, Şahid1 Murad və ona 20 faiz ödənilməsini təklif etmişdir. Bundan sonra Murad ilə o, Şahid1 ilə razılaşmışlar və 2021-ci ilin dekabr ayına qədər "xxxx" ASC-nin yaşıl kartlarını müxtəlif müştərilərə satmışdır. Belə ki, Cəmiyyətə məxsus Azərbaycan yaşıl kartlarının satışı məqsədi ilə müvafiq təhvil-təslim aktları Satış Departamentinin əməkdaşı Samirə Süleymanova və onun tərəfindən imzalanaraq ünvan 3 ünvanında yerləşən «Gümüş Plaza» iş mərkəzində yerləşən baş ofisində ona təhvil verilmişdir. Bəzən onun işlədiyi "xxxx" ASC-yə kuryer vasitəsilə göndərirmişlər və o, imza etməklə həmin kartları götürmüşdür. Həmin yaşıl kartları o, sığorta sahəsində işlədiyi müddət ərzində əməkdaşlıq etdiyi şəxslərə və ya onların vasitəsilə digər şəxslərə satırmış. Yaşıl kartların dəyəri nağd və ya köçürmə vasitəsilə "xxxx" ASC-nin hesabına ödənilirdi. Belə ki, kimsə yaşıl kart almaq istəyəndə ona müraciət edir və o, həmin müraciət əsasında şəxsin məlumatlarını ”Azərbaycan Sənaye Sığorta” ASC-yə göndərmişdir. Orada sistemə məlumatlar yazıldıqdan sonra o, həmin sistemə girib məlumatlar olan səhifəni boş yaşıl kart blankına çap edib müştəriyə verirmiş. Yaşıl kart ciddi hesabat sənədidir və müştəriyə hüquq verir ki, xarici ölkədə yol-nəqliyyat hadisəsi törədən zaman həmin kartı sığorta şirkətinə təqdim etməklə sığorta ödənişini alsın. Ötən müddət ərzində o, "xxxx" ASC-yə məxsus çoxlu sayda yaşıl kartların satışını həyata keçirməklə 80.000 manatdan artıq məbləğdə pul ödənilməsini təmin etmişdir.Həmin kartların satışına görə nağd qaydada özü aldığım pulları şirkətə təqdim etmiş və şirkət tərəfindən həmin pulun 20 faizi gördüyü işlərin müqabilində ona verilmişdir. "xxxx" ASC-nin müraciəti ilə bağlı bildirmişdir ki, müraciətdə qeyd edilən 20 (iyirmi) ədəd Azərbaycan yaşıl kartları qeyd etdiyi kimi müvafiq təhvil-təslim aktına imza etməklə şirkətdən götürmüşdür. Sığortoaolunanlara, yəni "xxxx" MMC-yə, Şahid6, Şahid7, Şahid8, Şahid4, X4, X12, Şahid5, X1 və pullarını nağd qaydada götürmüşdür. Kartlar müştərilərə satılan zaman hər biri barədə olan məlumatlar sığorta şirkətinin özü tərəfindən sistemə daxil edilmişdir. 2020ci ilin əvvəlindən 2020-ci ilin təxminən dekabr ayına kimi olan müddət ərzində o, "xxxx" ASC-yə məxsus çoxlu sayda yaşıl kartların satışını həyata keçirmişdir. İşlədiyi müddət ərzində ümumilikdə kartların satışında nağd şəkildə olan ümumilikdə 12.200 manat məbləğində pulu o, "xxxx" ASC-nin idarə heyətinin sədri Şahid1 nağd qaydada vermişdir. Sonuncu dəfə o, müştərilərdən aldığı təxminən 3-4 min manat köçürmə və nağd şəkildə ödənişləri sığorta şirkətinə ödəmişdir. Müştərilərdən pulu yığa bilmədiyi üçün şirkətə təxminən 8-9 min manat verəcəyi qalmışdır. Təxminən 2021-ci ilin sonlarından etibarən Şahid1 və sığorta şirkətinin digər şəxsləri ona müxtəlif təhdidlər edərək həmin pulu tələb etmişlər. O, da pulları müştərilərdən yığa bilmədiyi üçün, müştərilərdən aldıqdan sonra verə biləcəyini demişdir. Beləliklə hazırda onun sığorta şirkətinə təxminən 8-9 min manat verəcəyi qalmışdır. Əlavə olaraq işlədiyi təxminən bir il ərzində etdiyi satışın müqabilində ona 20 faiz, yəni qazanc olaraq ümumilikdə təxminən 16.000 manat pul verilsə də, qalan hazırda xatırlamadığı məbləğdə pulu ona verməmişlər. Verilən suallara cavab olaraq bildirmişdir ki, qeyd olunan pul işlədiyi müddət ərzində yığılan ümumi nağd pul olmuşdur. Hazırda onun sığorta şirkətinə təxminən 8-9 min manat verəcəyi qalmışdır. Qeyd olunan kartları satdığı müştərilər kartların pullarını ona nağd şəkildə, ödəmə terminalı vasitəsilə hesabına köçürmə ilə, həmçinin şirkət müştəriləri öz hesablarından sığorta şirkətinin hesabına köçürmə vasitəsilə ödəniş etmişlər. O, müştərilərdən əldə etdiy nağd pulları şirkətə nağd qaydada, həmçinin müştərilər özləri öz şirkətlərinin vasitəsilə köçürmə yolu ilə sığorta şirkətinə ödəniş edirmişlər cinayət işinin materiallarına əlavə edilmiş diskdəki səs yazısının özünə məxsus oduğunu bildirmiş, şirkətin işçiləri altı ay ondan pul istəməyib altı aydan sonra bir günün içində ondan pul istəmələri onu əsəbləşdirdiyi üçün o, bu sözləri demişdir. Həmçinin son məhkəmə iclasında Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf etdiyini, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanın müəyyən faizini dövlət büdcəsinə ödədiyini və bu barədə ərizə təqdim edərək barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etiraf edici ifadəsi, zərərçəkmiş şəxsin nümayindəsinin ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə kifayət qədər sübuta yeririlmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, "xxxx" ASC sığorta şirkəti olaraq “avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta müqavilələrinin satışını həyata keçirir. Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə icbari sığorta müqaviləsinin növlərindən biri də beynəlxalq sığorta müqaviləsidir. (Azərbaycan Yaşıl Kartı). Xarici daşımaları həyata keçirən hər bir nəqliyyat vasitəsinin sahibindən sərhəd yoxlamalarında qeyd olunan Azərbaycan Yaşıl Kartı tələb olunur. Belə ki, xarici ölkələrə səfər edən sürücülər xaricdə olduqları müddət ərzində mülki məsuliyyətini yaşıl kart vasitəsilə siğortalamalıdırlar. Bu kart həmçinin səfər etdiyi hər bir xarici ölkənin sərhədində vətəndaşları yeni mülki məsuliyyət siğortası almaq tələbindən azad edir. “İcbari sığortalar haqqında” Qanunun 63-2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş avtonəqliyyat vasitəsinin sahibi Azərbaycan Yaşıl Kartını yalnız X16 fəaliyyət göstərmək hüququna malik olan yerli sığortaçılarla bağlayır. Rəsmi olaraq icbari sığorta bürosunun verdiyi razılıq əsasında "xxxx" ASC yaşıl kart sisteminə qoşulmuş və hal hazırda satışını həyata keçirməkdədir. Digər icbari sığorta növlərindən fərqli olaraq Azərbaycan Yaşıl Kartlarının satışı onlayn deyil, xüsusi blankda çap edilib avtonəqliyyat vasitələri sahiblərinə təqdim edilməklə həyata keçirilir. Bu səbəbdən sığorta şirkətləri Azərbaycan Yaşıl Kartının satışını həyata keçirmək üçün bu sahədə müştəri bazasına malik şəxslərin xidmətlərindən də istifadə edir. Təqsirləndirilən şəxs şifahi müraciət edərək, “A-Qroup Sığorta Şirkəti" ASC-də satış mütəxəssisi işləməklə Azərbaycan Yaşıl Kartının satışı üçün çoxsaylı müştəri bazasına və geniş əlaqələrə malik olduğunu, bu məqsədlə bir neçə sığorta şirkəti ilə əməkdaşlıq etdiyini bildirmiş və Azərbaycan Yaşıl Kartının satışını həyata keçirməyi təklif etmişdir. Təqsirləndirilən şəxs sığorta şirkətləri üçün Azərbaycan Yaşıl Kartının satışını təşkil etdiyi, bu sahədə çoxsaylı müştəri bazasına malik olduğu dəqiqləşdirildikdən sonra Azərbaycan Yaşıl Kartları satış məqsədi ilə müvafiq təhvil-təslim aktları ilə Satış Departamentinin əməkdaşı Samirə Süleymanova və Təqsirləndirilən şəxs özü tərəfindən imzalanaraq bir hissəsi ünvan 4 ünvanında Gümüş Plaza iş mərkəzində yerləşən cəmiyyətin Baş ofisində, digər hissəsi isə şəxsən özünə aparılıb təhvil verilmişdir. Lakin Təqsirləndirilən şəxs dələduzluq edib cəmiyyətin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünə olan inam və etimaddan istifadə edərək, cəmiyyətdən təhvil aldığı 20 (iyirmi) ədəd Azərbaycan Yaşıl Kartlarını sığortaolunanlara - "xxxx" MMC-yə (**********) (xx.xx.2021-ci il tarixli. GSS********** nömrəli, xx.xx.2021-ci il tarixli, GSS********** nömrəli, xx.xx.2021-ci il tarixli, GSS********** nömrəli, xx.xx.2021-ci iltarixliGSS********** nömrəli, xx.xx.2021-ci il tarixli, GSS********** nömrəli, xx.xx.2021-ci il tarixli, GSS********** nömrəli), Şahid6 (xx.xx.2021-ci il tarixli, GSS********** nömrəli, xx.xx.2021-ci il tarixli, GSS********** nömrəli), Şahid7 (xx.xx.2021-ci il tarixli, GSS********** nömrəli), X13 (xx.xx.2021-ci il tarixli, GSS********** nömrəli, xx.xx.2021-ci il tarixli, GSS********** nömrəli), Şahid4 (xx.xx.2021-ci il tarixli, GSS********** nömrəli, xx.xx.2021-ci il tarixli, GSS********** nömrəli, xx.xx.2021-ci il tarixli, GSS********** nömrəli), X4 (xx.xx.2021-ci il tarixli, GSS********** nömrəli), X12 (xx.xx.2021-ci il tarixli, GSS********** nömrəli), Şahid5 (xx.xx.2021-ci il tarixli, GSS********** nömrəli, xx.xx.2021-ci il tarixli, GSS********** nömrəli, xx.xx.2021-ci il tarixli, GSS********** nömrəli, xx.xx.2021-ci il tarixli, GSS********** nömrəli), X2 (xx.xx.2021-ci il tarixli, GSS********** nömrəli) satmış, həmin Yaşıl Kart blanklarını həmin şəxslərə təhvil verməklə cəmiyyətə ödənilməli sığorta haqqını nağd şəkildə almış, lakin cəmiyyətlə yaranmış etibarlı münasibətlərdən istifadə edərək, satışdan əldə etdiyi xeyli miqdar təşkil edən, ümumilikdə 12200 (on iki min iki yüz) manat məbləğində pul vəsaitini əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirib öz şəxsi ehtiyaclarına sərf etmiş, yəni xeyli miqdarda maddi ziyan vurmuşdur. Uzunmüddətli şifahi danışıqlar zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Cəmiyyətə məxsus 12200 (on iki min iki yüz) manat pul vəsaitini əvəzsiz və qanunsuz olaraq talamağa niyyəti Azərbaycan Yaşıl Kartlarını satıb həmin pul vəsaitini əldə edənədək yaranmış, əvvəlcədən sözügedən Azərbaycan Yaşıl Kartlarının satışından əldə etdiyi pul vəsaitinin təhvil verilməsi üzrə cəmiyyət qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmamışdır. Təqsirləndirilən şəxs siyahıda qeyd olunan Azərbaycan Yaşıl Kartlarını satışını həyata keçirib pul vəsaitini aldığı şəxslərlə aparılan danışıq və görüşlər zamanı həmin şəxslər Yaşıl Kart blanklarının əldə edilməsi müqabilində pullarını nağd şəkildə Təqsirləndirilən şəxs təhvil verdiklərini bildirmişlər. Buna görə də o, Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini və Cəmiyyətə dəymiş ziyanın qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs şirkətin əməkdaşı olmamışdır. Buna görə də Səbuhi ilə aralarında əmək müqaviləsi və ya tam maddi məsuliyyət haqqında müqavilə bağlanmamışdır. Eləcə də, yaşıl kartların satılması ilə bağlı da Təqsirləndirilən şəxsla aralarında heç bir müqavilə bağlanmamışdır.Yalnız şifahi qaydada razılaşmışlar. Təqsirləndirilən şəxs yaşıl kartlar verərkən təhvil təslim aktları tərtib edilmişdir. Təqsirləndirilən şəxs əvvəllər də müxtəlif vaxtlarda müvafiq təhvil-təslim aktları əsasında Cəmiyyətdən Yaşıl Kartlar alaraq nağd qaydada müştərilərə sataraq pulu nağd qaydada almış, həmin pulu onlayn qaydada müvafiq əməliyyatları aparmaqla Cəmiyyətin hesabına köçürmüşdür. Həmçinin zərərçəkmiş şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs tərəfindən "xxxx" ASC-yə dəymiş ziyanın tam ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, 2019-cu ilin iyul ayının sonlarınadək “A-Group” sığorta şirkətində idarə heyətinin sədr müavini, həmin tarixdən hal-hazıradək "xxxx" ASC-nin İdarə heyətinin sədri vəzifəsində işləyir. Vəzifəsi ASC-nin ümumi olaraq idarə olunmasından ibarətdir. "xxxx" ASC sığorta şirkəti olaraq “avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta müqavilələrinin satışını həyata keçirir. Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə icbari sığorta müqaviləsinin növlərindən biri də beynəlxalq sığorta müqaviləsidir. (Azərbaycan Yaşıl Kartı). Xarici daşımaları həyata keçirən hər bir nəqliyyat vasitəsinin sahibindən sərhəd yoxlamalarında qeyd olunan Azərbaycan Yaşıl Kartı tələb olunur. Belə ki, xarici ölkələrə səfər edən sürücülər xaricdə olduqları müddət ərzində mülki məsuliyyətini yaşıl kart vasitəsilə siğortalamalıdırlar. Bu kart həmçinin səfər etdiyi hər bir xarici ölkənin sərhədində vətəndaşları yeni mülki məsuliyyət siğortası almaq tələbindən azad edir. Rəsmi olaraq icbari sığorta bürosunun verdiyi razılıq əsasında "xxxx" ASC yaşıl kart sisteminə qoşulmuş və hal hazırda satışını həyata keçirməkdədir. Digər icbari sığorta növlərindən fərqli olaraq Azərbaycan Yaşıl Kartlarının satışı onlayn deyil, xüsusi blankda çap edilib avtonəqliyyat vasitələri sahiblərinə təqdim edilməklə həyata keçirilir. Bu səbəbdən sığorta şirkətləri Azərbaycan Yaşıl Kartının satışını həyata keçirmək üçün bu sahədə müştəri bazasına malik şəxslərin xidmətlərindən də istifadə edir. Təqsirləndirilən şəxs “A-Group” sığorta şirkətində işlədiyi ərəfədə tanımışdır. Təqsirləndirilən şəxs həmin şirkətdə satış mütəxəssisi vəzifəsində çalışırmış. Belə ki, o, "xxxx" ASC-yə təyinat alandan sonra Səbuhi onunla əlaqə yaradaraq şirkətdə iş tapmağına köməklik etməyini xahiş etmişdir. Səbuhi Azərbaycan Yaşıl Kartının satışı üçün çoxsaylı müştəri bazasına və geniş əlaqələrə malik olduğunu, bu məqsədlə bir neçə sığorta şirkəti ilə əməkdaşlıq etdiyini bildirmiş və cəmiyyət üçün Azərbaycan Yaşıl Kartının satışını həyata keçirməyi təklif etmişdir. O, da Səbuhinin xahişini nəzərə alıb 2021-ci ilin yanvar ayından etibarən Azərbaycan Yaşıl Kartlarını satış məqsədi ilə müvafiq təhvil-təslim aktları Cəmiyyətin Satış Departamentinin əməkdaşı Samirə Süleymanova və Təqsirləndirilən şəxs özü tərəfindən imzalanaraq bir hissəsi ünvan 4 ünvanında Gümüş Plaza iş mərkəzində yerləşən cəmiyyətin Baş ofisində, digər hissəsi isə şəxsən özünə aparılıb təhvil verilmişdir. Səbuhi kartları satışından əldə olunan pulu özü və müştərilər tərəfindən şirkətin hesabına ödəmişdir. Lakin 2021 -ci ilin sentyabr ayında Səbuhinin hesaba pul ödəmədiyini görüb araşdırma aparmışlar. Müəyyən etmişlər ki, Təqsirləndirilən şəxs dələduzluq edib. Belə ki, kartları satdığı vətəndaşlara şirkətin hesabına onlayn şəkildə ödənişlərin texniki problemlər ucbatından ödəməyin mümkün olmadığını bildirirək sığorta haqlarının özünə ödənilməsini tələb etmiş və nəticədə cəmiyyətin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmişdir. Səbuhi təhvil aldığı 20 (iyirmi) ədəd kartları satmış, həmin Yaşıl Kart blankları həmin şəxslərə təhvil verməklə onlardan ödənilməli sığorta haqqını nağd şəkildə almış, lakin cəmiyyətlə yaranmış etibarlı münasibətlərdən istifadə edərək, satışdan əldə etdiyi xeyli miqdar təşkil edən, ümumilikdə 12200 (on iki min iki yüz) manat məbləğində pul vəsaitini əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirib öz şəxsi ehtiyaclarına sərf etmiş, yəni cəmiyyətə xeyli miqdarda maddi ziyan vurmuşdur. Uzunmüddətli şifahi danışıqlar zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Cəmiyyətə məxsus 12200 (on iki min iki yüz) manat pul vəsaitini əvəzsiz və qanunsuz olaraq talamağa niyyəti Azərbaycan Yaşıl Kartlarını satıb həmin pul vəsaitini əldə edənədək yaranmış, əvvəlcədən sözügedən Azərbaycan Yaşıl Kartlarının satışından əldə etdiyi pul vəsaitinin təhvil verilməsi üzrə cəmiyyət qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmamışdır. Təqsirləndirilən şəxs siyahıda qeyd olunan Azərbaycan Yaşıl Kartlarının satışını həyata keçirib pul vəsaitini aldığı şəxslərlə aparılan danışıq və görüşlər zamanı həmin şəxslər Yaşıl Kart blanklarının əldə edilməsi müqabilində pullarını nağd şəkildə Təqsirləndirilən şəxs təhvil verdiklərini bildirmişlər. Verilən suallara cavab olaraq bildirmişdir ki, o, Səbuhinin işlədiyi ərəfədə bir dəfə də olsun nağd şəkildə pul almamışdır. Səbuhi satışdan əldə etdiyi pulları birbaşa şirkətin hesabına köçürmüşdür. Səbuhinin dedikləri təmamilə yalandır. Təqsirləndirilən şəxs əvvəllər də müxtəlif vaxtlarda müvafiq təhvil-təslim aktları əsasında Cəmiyyətdən Yaşıl Kartlar alaraq nağd qaydada müştərilərə sataraq pulu nağd qaydada almış, həmin pulu onlayn qaydada müvafiq əməliyyatları aparmaqla Cəmiyyətin hesabına köçürmüşdür. Təqsirləndirilən şəxs şirkətin əməkdaşı olmamışdır. Buna görə də Səbuhi ilə aralarında əmək müqaviləsi və ya tam maddi məsuliyyət haqqında müqavilə bağlanmamışdır. Eləcə də, yaşıl kartların satılması ilə bağlı da Təqsirləndirilən şəxsla aralarnda heç bir müqavilə bağlanmamışdır. Yalnız şifahi qaydada razılaşmışlar. Təqsirləndirilən şəxs yaşıl kartlar verərkən təhvil təslim aktları tərtib edilmişdir. Səhuhi Təvəkkülov hazırki vaxta kimi 12.200 (on iki min iki yüz) manat məbləğində pulu ödəməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, xx.xx.2020-ci il tarixdən "xxxx" ASC-nin Biznesin İnkişafı Departamentinin müdiri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs "xxxx" ASC-yə qarşı dələduzluq etdikdən sonra Təqsirləndirilən şəxs anası onun mobil nömrəsini öyrənərək ona zəng edib, oğlu barəsində söhbət etmişdir. Həmin səs yazıları olan disk istintaqa təqdim edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs yaşıl kartları satdığı müəyyən şəxslərlə şirkət olaraq söhbət etdikdə həmin şəxslər bildirmişlər ki, kartları nağ pul ödəməklə əldə etmişlər. Bundan başqa "xxxx" MMC-nin direktoru X8 "xxxx" ASC-yə müraciət edərək bildirmişdir ki, 6 ədəd yaşıl kart üzrə 2.400 manat sığorta haqqını nağd formada Təqsirləndirilən şəxs ödəmişdir. Məhkəmə iclasında iş materiallarına əlavə edilmiş diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, diskdə iki ədəd “AUD-20221110-WA0000” və “AUD- 20221110-WA0001” adlı audio fayllar vardır. “AUD-20221110-WA0000” adlı fayl dinlənilən zaman müəyyən olundu ki, bir nəfər kişi cinsinə mənsub olan şəxs yaşıl kartların bütün pullarının özündə olduğunu və satış etdiyi kartların pullarını vermədiyini, hətta satış elədiyi müştəriləri də gətirə biləcəyini və onların da pulu Səbuhiyə verdiklərini deyəcəklərini bildirir. Təqsirləndirilən şəxs istintaqa ifadə verərkən həmin səs yazısının özünə məxsus olduğunu bildirmişdir. “AUD-20221110-WA0001” adlı fayl dinlənilən zaman müəyyən olundu ki, bir nəfər özünü Səbuhinin anası kimi təqdim edən qadın "xxxx" ASC-nin Biznesin İnkişafı Departamentinin müdiri Fərid Abdurrahmanova zəng edərək Səbuhinin internetdə pul uduzduğunu, sonralar xəstələndiyini və müalicə aldığını deyərək, Fərid Abdurrahmanovdan xahiş edir ki, Səbuhi üçün güzəşt etsin. İş materiallarında olan 04 may 2021-ci il tarixli təhvil təslim aktından görünür ki, Təqsirləndirilən şəxs RA seriyalı, nömrəsi 81116-dan 81135-dək 20 ədəd, xx.xx.2021-ci il tarixli təhvil təslim akıtna əsasən GA seriyalı, nömrəsi 13674-dən 13683- dək 10 ədəd, həmin tarixdə RA seriyalı, nömrəsi 51141-dən 81145-dək 5 ədəd, xx.xx.2021- ci il tarixli təhvil təslim aktına əsasən RA seriyalı, nömrəsi 81187-dən 81216- dək 30 ədəd şəhadətnaməni "xxxx" ASC-dən təhvil almışdır. İş materiallarında olan ərizədən görünür ki, "xxxx" MMC-nin direktoru X8 "xxxx" ASCyə müraciət edərək GSS**********, GSS**********, GSS**********, GSS**********, GSS**********, GSS********** nömrəli yaşıl kart müqavilələri üzrə nağd formada Təqsirləndirilən şəxs 2400 manat sığorta haqqını ödədiyini bildirmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 22/853 nömrəli məktubdan görünür ki, Azərbaycan Sənaye Sığorta şirkəti tərəfindən Səbail RPİ-yə daxil olmuş "xxxx" ASC-nin Təftiş komissiyası tərəfindən cəmiyyətin Biznesin İnkişafı Departamenti üzrə 2021-ci ilin debitor borclarının ödəmə vəziyyətinin yoxlanılmasının nəticələrinə dair hesabatdan görünür ki, müəssisənin 2021-ci il üzrə debitor borcları və ödəmə vəziyyəti kontrol edilmiş qalan 12.200 manat borcun 2021-ci ildə yaranması və hərəkətsiz vəziyyətdə qalması müəyyən edilmişdir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən "xxxx" ASCyə ödənilməyən 20 ədəd sığorta şəhadətnaməsinə (yaşıl kart) dair cədvəl aşağıdakı kimidir: "xxxx" MMC-yə 400 manat sığorta haqqı olan, xx.xx.2021-ci il tarixli, GSS********** nömrəli, 400 manat sığorta haqqı olan xx.xx.2021-ci il tarixli, GSS********** nömrəli, 400 manat sığorta haqqıolan xx.xx.2021-ci il tarixli, GSS********** nömrəli, 400 manat sığorta haqqıolan xx.xx.2021-ciiltarixli GSS********** nömrəli, 400 manat sığorta haqqı olan xx.xx.2021-ci il tarixli, GSS********** nömrəli, 400 manat sığorta haqqı olan xx.xx.2021-ci il tarixli, GSS********** nömrəli, Şahid6 120 manat sığorta haqqı olan xx.xx.2021-ci il tarixli, GSS********** nömrəli, 1200 manat sığorta haqqı olan xx.xx.2021-ci il tarixli, GSS********** nömrəli, Şahid7 1200 manat sığorta haqqı olan xx.xx.2021-ci il tarixli, GSS********** nömrəli, X13 1200 manat sığorta haqqı olan xx.xx.2021-ci il tarixli, GSS********** nömrəli,120 manat sığort haqqı olan xx.xx.2021ci il tarixli, GSS********** nömrəli, Şahid4 1200 manat sığorta haqqı olan xx.xx.2021 -ci il tarixli, GSS********** nömrəli, 120 manat sığorta haqqı olan xx.xx.2021-ci il tarixli, GSS********** nömrəli, X4 1200 manat sığorta haqqı olan xx.xx.2021-ci il tarixli, GSS********** nömrəli, X12 400 manat sığorta haqqı olan xx.xx.2021-ci il tarixli, GSS********** nömrəli, Şahid5 1200 manat sığorta haqqı olan xx.xx.2021-ci il tarixli, GSS********** nömrəli, 1200 manat sığorta haqqı olan xx.xx.2021-ci il tarixli, GSS********** nömrəli, 120 manat sığorta haqqı olan xx.xx.2021ci il tarixli, GSS********** nömrəli, 120 manat sığort haqqı olan xx.xx.2021-ci iltarixli,GSS********** nömrəli, X2 400 manat sığorta haqqı olan xx.xx.2021-ci il tarixli, GSS********** nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş "xxxx" ASC tərəfindən məhkəməyə daxil olmuş ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən "xxxx" ASC-yə dəymiş ziyanın tam ödənilmiş və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur. Həmçinin "xxxx" ASC tərəfindən verilmiş mülki iddiadan imtina edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə ünvanlanan ərizə və ona əlavə olunmuş 08 iyun 2023-cü il tarixli 8110 saylı qəbzdən görünür ki, ona elan olunmuş ittihamın məbləğinin 25 (iyirmi beş) faizi tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Odur ki, bəraətverici əsaslar olmadan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə, iş üzrə zərərçəkmiş şəxsin, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş materiallarına olan mülki iddia ərizəsindən, görünür ki, "xxxx" ASC tərəfindən Təqsirləndirilən şəxs qarşı 12200 manat məbləğində ziyan vurulmasına dair mülki iddia verilmiş, "xxxx" ASC mülki iddiaçı qismində tanınmışdır. Həmçinin "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış ərizələrindən görünür ki, "xxxx" ASC Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbləri yoxdur, dəymiş ziyan ödənilmişdir, mülki iddiadan imtina edir və iş üzrə icraata xitam verilməsini xahiş edir. Belə olan halda "xxxx" ASC-nin Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi ziyanın ödənilməsinə dair mülki iddiadan imtinası qəbul olunmalı və mülki iddia üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 186.1 və 186.2-ci maddələrinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Məhkəmə, eyni zamanda, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. "xxxx" ASC-nin Təqsirləndirilən şəxs qarşı maddi ziyanın ödənilməsinə dair mülki iddiadan imtinası qəbul olunsun və iş üzrə icraata xitam verilsin. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən təqsirləndirilən şəxs X10 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 190 (yüz doxsan) manat tutulub, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun “Access Bank”-ın Səbail rayon filialındakı hesabına keçirilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-76/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-76/2023
08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver