Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-76/2024 15.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı4, Müdafiəçi Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi,ev 137, mənzil 2-də qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 31 avqust 2023-cü il tarixdə, gecə saat 04 radələrində Bakı şəhəri, Səbail rayonu, N.Rəfibəyli və Əhməd Cavad küçələrinin kəsişməsində yerləşən “Fəvvarələr Meydanın”-da taxta oturacağın üzərində uzanmış Zərərçəkmiş şəxs yuxlamasından istifadə edib, sonuncunun əynindəki qara rəngli cins şalvarının cibində saxladığı hər birinin qiyməti 05 manat olan cəmi 10 manat dəyərindəki ***-***-**-** və 099- 820-13- 20 saylı danışıq kartı ilə istifadə etdiyi dəyəri 130 manat olan bir ədəd göy rəngli, Çin istehsalı, “Redmi 9” markalı mobil telefonunu, dəyəri 02 manat olan,qara rəngli dəridənki pul kisəsini və həmin pul kisənin içərisində olan cəmi 300 manat nağd pulunugizli şəkildə ələ keçirib oranı tərk etmək istəyərkən, Zərərçəkmiş şəxs yuxudan oyanmasını görüb, onun çağırışlarına məhəl qoymadan ələ keçirdiyi sonuncuya məxsus ümumilikdə 442 manat məbləğində özgənin əmlakını əldə saxlamaq məqsədi ilə oradan qaçaraq açıq talamaqla soyğunçuluq etmişdir. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş itthamda özünü təqsirli bilərək, əməlindən peşman olduğunu və istintaqa verdiyi ifadəni təsdiq etdiyini bildirərək, məhkəmədə ifadə verməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, 2023-cü ilin avqust ayının 30-dan 31-nə keçən gecə saat 02 radələrində,yaşadığı evin ətrafında gəzərkən spirtli enerji içkilərini içmiş,evinə dönüb uzanmış, lakin yata bilmədiyindən,siqareti qurtardığından almaq üçün şəhərə çıxmış və tək gəzərək gecə saat 04 radələrində Bakı şəhəri, Səbail rayonu, Fəvvarələr Meydanına gəlib orada parkda gəzişərkən, parkda yerləşən dairəvi oturacağın birinin üzərində bir nəfər tanımadığı şəxsin uzanıb yatmasını, yanında yerdə isə bir ədəd mobil telefonun işığı yanmasını görmüşdür. O, həmin şəxsə yaxınlaşmış, yerdə olan mobil telefonu götürüb həmin şəxsə qaytarması üçün bir neçə dəfə səsləyərək oyatmağa çalışmış, bu zaman həmin şəxs qəflədən oyanıb onu görüb tullanaraq yerindən qalxmış, onu əli ilə geri itələmiş və ona tərəf təpik atmışdır. O, həmin şəxsin hərəkətlərindən qorxub qaçmağa başlamış, götürdüyü mobil telefon isə onun əlində qalmışdır. O,həmin şəxsdən uzaqlaşıb evinə gəlmiş, gecəni evdə qalaraq mobil telefonu evində qoymuşdur. Sonra növbəti günü o, məhəllədə olan zaman polis əməkdaşları gəlib onu polis bölməsinə dəvət etmişlər. Orada ondan cavan oğlanın cibindən mobil telefonu götürüb qaçması barədə sorğular apararkən,o,səmimi olaraq etiraf edib, 2023-cü ilin avqust ayının 30-dan 31-nə keçən gecə saat 04 radələrində Fəvvarələr Meydanında taxta oturacağın üzərində yatan şəxsin yanında olan mobil telefonu götürüb qaçmasını etiraf etmiş,həmin mobil telefonu polis əməkdaşlarına təqdim etmişdir. O,polis bölməsində olarkən, orada mobil telefonun sahibi olan Zərərçəkmiş şəxs görüb tanımış və orada ona məlum olmuş ki, Vaqif polisə şikayət ərizəsi yazaraq, həmin vaxt güya o,Vaqifin cibindən mobil telefonla bir yerdə içərisində 300 manat nağd pul olan pul kisəsinində oğurlamasını bildirmişdir. O,Vaqifin mobil telefonunu yatdığı skamyanın yanında görüb götürməsini, Vaqifin cibindən pul kisəsini və ya nağd pul götürməməsini, Vaqifin yatdığı oturacağın yanında mobil telefonu görüb götürərkən, ətrafda heç kəsin olmamasını, o, Vaqifin mobil telefonu götürüb qaçarkən,sonuncu arxasınca qaçıb ünvanına söyüş söyməsini və nəsə qışqırmasını, içkili olduğundan Vaqifin nə qışqırmasını xatırlamamasını, qaçaraq binaların arasında Vaqifdən uzaqlaşıb gözdən itməsini, o, telefonu qaytarmaq üçün Vaqifi oyatdıqda,sonuncu əli ilə onu geri itələməsini və təpik atmasını, lakin həmin təpik ona dəyməməsini,o,qorxduğundan oradan qaçmasını və mobil telefonu özü ilə aparmasını, həmin vaxt Vaqifin cibindən pul qabı və içərisində olan 300 manat nağd pulu götürməməsini, qaçaraq Vaqifdən uzaqlaşarkən pul qabını yerə atmamasını, etmiş olduğu cinayət əməlindən səmimi peşman olmasını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri,Səbail RPİ-nin 9-cu PBnin təhqiqatçısı Şahid2 ifadəsində göstərmişdir ki, 31 avqust 2023-cü il tarixdə 9-cu Polis bölməsində xidmətdə olarkən vətəndaş Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək, həmin günü səhərə yaxın saat 04 radələrində, Bakı şəhəri, Səbail rayonu, Fəvvarələr Meydanı ərazisində yerləşən taxta oturağın üzərində yatdığı zaman bir nəfər tanımadığı şəxsin Zərərçəkmiş şəxsa mobil telefonunu və içərisində 300 manat nağd pul olan pul kisəsini götürməsini, sonuncu bunu hiss edib oyandıqda həmin şəxs götürdüyü əşyalarla birlikdə qaçaraq binaların arasında gözdən itməsini və Zərərçəkmiş şəxsa məxsus əmlakını talamasını göstərmişdir. Həmin soyğunçuluq faktı ilə əlaqədar, o, iş yoldaşı Şahid1 ilə birlikdə Fəvvarələr Meydanı ərazisində əməliyyat tədbirləri keçirərkən, həmin soyğunçuluq cinayətini törədməkdə şübhəli bilinən xx xxxx 1985-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Nəsimi rayonu Vidadi küçəsi,ev 137, mənzil 2-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs elə yaşadığı ünvanın yaxınlığında müəyyən edib saxlayaraq Səbail RPİ-nin 9-cu Polis bölməsinə gətirilmişlər. Polis bölməsində Təqsirləndirilən şəxs 2023-cü ilin avqust ayının 31-də Səbail rayonu, Fəvvarələr Meydanı ərazisindəki taxta oturacağın üzərində yatmış bir nəfər tanımadığı cavan oğlanın üzərində olan bir ədəd göy rəngli “Redmi 9” markalı mobil telefonu yatmasından istifadə edib götürməsini, həmin şəxs mobil telefonun götürülməsini hiss edib oyandıqda oradan qaçmasını, taladığı mobil telefonu evində saxlamasını etiraf etmişdir. İş materiallarında olan 31 avqust 2023-cü il tarixli əşyanın götürülməsi haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus “Redmi 9” markalı mobil telefonu təqdim etmişdir. İş materiallarında olan 01 sentyabr 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs, 31 avqust 2023-cü il tarixdə, gecə saat 04 radələrində Bakı şəhəri, Səbail rayonu,“Fəvvarələr Meydanı”-nın ərazisindəki taxta oturacağı əyani göstərərək, həmin oturacağın üzərində uzanıb yatarkən naməlum şəxsin cibindən bir ədəd pul kisəsini və bir ədəd “Redmi 9“ markalı mobil telefonu oğurlamasını və bu zaman o, yuxudan oyandıqda, həmin şəxs oğurladığı əşyaları götürüb qaçmasını bildirmişdir. İş materiallarında olan 01 sentyabr 2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. İş materiallarında olan 01 sentyabr 2023-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərarından görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 01 sentyabr 2023-cü il tarixli əşyanın götürülməsi haqqında protokolundan görünür ki, Zərərçəkmiş şəxs hadisə yerinə yaxın yerdə atılmış özünə məxsus boş pul kisəsini taparaq təqdim etmişdir. İş materiallarında olan 01 sentyabr 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 01 sentyabr 2023-cü il tarixdə, saat 17:40-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 01 sentyabr 2023-cü il tarixli ifadənin yerində yoxlanması haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail rayonu, “Fəvvarələr meydanı”-nda yerləşən yuvarlaq oturacağı görsədərək hadisə yerinin olduğunu bildirmişdir. İş materiallarında olan 03 sentyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-cü maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan 03 sentyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02(iki) ay müddətində həbs qətimkan tədbirinin seçilməsinə dair Səbail RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Yalçın Məmmədovun 03 sentyabr 2023-cü il tarixli vəsatəti təmin edilmədən rədd edilmiş və Təqsirləndirilən şəxs MSY-dən dərhal azad edilmişdir. İş materiallarında olan 03 sentyabr 2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polis nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 09 sentyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddələri ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 67.1, 68.2, 132 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqın məhdudlaşdırılması və 200 manat cərimə cəzasına məhkum olunmuşdur. İş materiallarında olan 19 sentyabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, bir ədəd “Redmi 9” markalı mobil telefon və bir ədəd üzərində “Mont Blanc” yazıları olan qara rəngli pul kisəsi iş üçün əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmışdır. İş materiallarında olan 29 sentyabr 2023-cü il tarixli 9/6830 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən malların istifadə olması nəzərə alınmaqla 2023-cü ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 132.00 manat müəyyən olunur. O cümlədən: -01 ədəd göy rəngli, Çin istehsalı, “Redmi” markalı, “M2004J19G” model mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması nəzərə alınmaqla-130.00 manat, 01 ədəd qara rəngli üzərində “MONT BLANC” yazıları olan pul kisəsi - 2,00 manatdır. İş materiallarında olan 10 oktyabr 2023-cü il tarixli qəbzdən görünür ki, bir ədəd göy “Redmi” markalı mobil telefonu və bir ədəd qara rəngli üzərində “MONT BLANC” yazıları olan pul kisəsi saxlanması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materiallarında olan 15 noyabr 2023-cü il tarixli təqsirləndirilən şəxsin barəsində axtarış elan etmə haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan 18 noyabr 2023-cü il tarixli axtarışda olan şəxsin tutulmasına dair protokolundan görünür ki, Təqsirləndirilən şəxs 18 noyabr 2023-cü il tarixində saat 20:00 radələrində tutulmuş, saat 22:00 radələrində Səbail RPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan 20 noyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı MSY-dən dərhal azad edilmiş və barəsində 03 sentyabr 2023-cü il tarixdə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılmışdır. İş materiallarında olan 10 yanvar 2024-cü il tarixli 1(009)-76/2024 saylı Səbail rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə “həbs” qətimkan tədbirin seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasının 06 fevral 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 26 yanvar 2024-cü il tarixdə tutularaq 27 yanvar 2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. İş materiallarında olan 21 fevral 2024-cü il tarixli teleqram göndərişindən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, maddi sübutlar, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxsa cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədəuyğun hesab edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə saxlamanın və tutmanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 01 sentyabr 2023-cü il tarixdən 03 sentyabr 2023-cü il tarixədək, 18 noyabr 2023-cü il tarixdən 20 noyabr 2023-cü il tarixədək tutulduğu 04 (dörd) gün müddət və həbsdə olduğu 26 sentyabr 2024-cü il tarixdən 15 may 2024-cü il tarixədək 03 (üç) ay 19 (on doqquz) gün müddət təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi,ev 137,mənzil 2 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut olan bir ədəd göy rəngli, Çin istehsalı, “Redmi” “M2004J19G” markalı mobil telefonun və bir ədəd qara rəngli, üzərində “MONT BLANC" yazıları olan pul kisəsinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 sentyabr 2023-cü il tarixdən 03 sentyabr 2023-cü il tarixədək, 18 noyabr 2023-cü il tarixdən 20 noyabr 2023-cü il tarixədək tutulduğu 04 (dörd) gün müddət və həbsdə olduğu 26 sentyabr 2024-cü il tarixdən 15 may 2024-cü il tarixədək 03 (üç) ay 19 (on doqquz) gün müddət, cəmi 03 (üç) ay 23 (iyimi üç) gün müddət bir günə iki gün hesablanaraq 07(yeddi) ay 16(on altı) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 02(iki) il 04(dörd) ay 14(on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi,ev 137,mənzil 2 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut olan bir ədəd göy rəngli, Çin istehsalı, “Redmi” “M2004J19G” markalı mobil telefonun və bir ədəd qara rəngli, üzərində “MONT BLANC" yazıları olan pul kisəsinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X2 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından tutularaq Bakı şəhəri 12 saylı vəkil Bürosunun bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-76/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-76/2024
15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver